Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə42/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

317 


Mənə həçinin professor Vatanabe öz humanizm ideyaları ilə təsir edib. Mən humanizmə 

Avropanın əsas prisnsipi kimi baxıram. Bu ideya həmçinin Milan Kunderanın, romanının 

mahiyyəti ilə bağlı verdiyi açıqlamada da əksini tapıb. Vatanabe hərtərəfli öyrəndiyi 

tarixi mənbələr əsasında başda Rable olmaqla, Erasmusdan Sebastian Kastellionadək 

bütün kişilərin və Kraliça Marqeretdən tutmuş Qabriela Destreyədək IV Henriylə əlaqəsi 

olan bütün qadınların bioqrafiyasını qələmə alıb. Vatanabe bu yolla yaponlara 

humanizmin və dözümlülüyün əhəmiyyətini, inasanın öz əli ilə yaratdığı maşınlardan və 

uydurduğu mövhumatdan üstün olduğunu izah etməyə çalışırdı. O, daniyalı filoloq 

Kristofer Niropun sözlərinə istinad edirdi: ―Müharibənin əleyhinə çıxmayanlar müharibə 

tərəfdarlarıdırlar‖. Onun ―misilisiz cürəti‖ və ―Pantaqruel cəsarəti‖ Qərb təfəkkürünün 

əsasını təşkil edən humanizmin Yaponiyada kök salması üçün göstərdiyi cəhdlərdə də 

özünü biruzə verdi. 

Çalışıram həm söz adamları, həm də onların oxucuları, özlərinin və zamanın əzablarından 

xilas ola bilsinlər, ruhlarını ağır yaralardan təmizləsinlər. Vatanabenin şagirdi olmuş bir 

insan kimi mən öz vəzifəmi bunda görürəm. Mən öz ağrı-acılarımdan ədəbiyyat vasitəsilə 

xilas olmuşam, həmçinin həmvətlənlərimin də sağalması üçün dua edirəm. 

Yenə də əqli çatışmazlığı olan oğluma qayıtmaq istərdim. Hikari quşların köməyi ilə Bax 

və Motsartı kəşf etdi. Nəhayət, o öz musiqisini yaratdı. Oğlumun yazdığı ilk əsərlər 

təravət və nəşə ilə dolu idi. Hikarinin musiqisi yaşıl yarpağın üstündə bərq vuran şehi 

xatırladırdı. Həmin əsərlər müəllifinin məsumluğunu əks etdirirdi.  

Hikari bəstələməyə davam edirdi, bir müddət sonra mən onun musiqisində fəryadın və 

qaranlıq ruhun səsini eşitməyə başladım. Əqli çatışmazlığına baxmayaraq, inadkarlığı 

sayəsində o öz əsərlərini cilaladı, bəstəkarlıq texnikasını və musiqi anlayışını 

dərinləşdirdi. Beləliklə, Hikari qəlbinin dərinliklərindəki, bu vaxta qədər sözlə ifadə edə 

bilmədiyi kədəri kəşf etdi.   

―Qaranlıq ruhun və fəryadın səsi‖ gözəldir. Bu səsi musiqidə əks etdirməklə Hikari öz 

ruhunu müalicə edir. Onun musiqisinin dinləyiciləri sağaltdığı da artıq təsdiq edilib. 

Beləliklə, mənim incəsənətin müalicəvi gücünə inanmaq üçün əsasım var. 

Mənim bu inamım özünü hələ tam doğrultmayıb. Cismim zəif olsa da, mən iyirminci 

əsrdə texnologiya və nəqliyyatın nəhəng inkişafının nəticəsi olan bütün səhvlərə bu 

inamın köməyi ilə sinə gərmək istərdim. Magistraldan uzaq, təcrid edilmiş əyalət həyatı 

yaşayan bir insan kimi mən, nəcib və humanist olduğuna ümid etdiyim xidmətlərimlə 

bəşəriyyətin sağalmasına kömək etməyin yollarını axtrarıram. 

 

  Tərcümə: Ülkər Nəsibbəyli 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

318 


1989 — LİBERALİZMİN SON QƏLƏBƏSİ? 

 

 



Amerika politoloqu, Dövlət Departamentinin keçmiş yüksək rütbəli əməkdaşı Frensis 

Fukuyamanın ―Tarixin sonu?‖ essesi 1989-cu ilin yayında ―National Interest‖ (ABŞ) 

jurnalında işıq üzü görmüş və dərhal da bütün dünyada geniş əks-səda doğurmuşdur. 

 

Esse dünya tarixinin dönüş məqamlarının birində – 1989-cu ildə Avropada kommunist 



rejimlərinin bir-birinin ardınca dağıldığı bir vaxtda, dünyanı azad və totalitar dünyalara 

bölmüş Berlin səddi uçqununun ―gurultu‖su yeni eranın — Fukuyamanın fikrincə, 

liberalizmin əbədi erasının başlanğıcından xəbər verdiyi günlərdə qələmə alınmışdır. 

 

―Şahidi olduğumuz hadisələr, — Fukuyama yazırdı, — sadəcə olaraq ―soyuq 



müharibə‖nin və yaxud müharibədən sonrakı dövrün növbəti mərhələsinin sonu deyil, 

özlüyündə tarixin sonudur, bəşəriyyətin ideoloji təkamülünün və idarəetmənin bitkin 

forması kimi Qərb liberal demokratiyasının ümumdünya xarakteri almasının başa 

çatdırılmasıdır‖. 

 

―Tarixin sonu?‖ essesi elə həmin il dünyanın bütün əsas dillərinə tərcümə edildi və 



bəşəriyyətin sonrakı inkişaf yolları haqqında bu gün də davam edən qızğın müzakirə-

lərdən, əsas baxışlardan biri oldu. 

 

Qərb oxucuları Fukuyamanın belə bir tezisini alqışladı ki, onların seçdikləri mənəvi 



dəyərlər və həyat tərzi yeganə düzgün yoldur və tarixin gedişi də bunu sübut edir; tarix 

Marksın dünya proletar inqilabı haqqındakı nəzəriyyəsini təkzib və liberalizm klassikləri 

C.Bentam və C.S.Millin yalnız insanın azadlığına əsaslanan sistemin səmərəli və 

mütərəqqi olması barədəki nəzəriyyələrini təsdiq etdi. 

 

Fukuyama yazır ki, indən belə liberal demokratik düşərgəyə meydan oxumağa qabil olan 



dünya əhəmiyyətli faşist, yaxud kommunist gücü olmayacaqdır.  Müəllif daha uzaqlara 

gedərək təsdiq edir ki, kommunizmin iflasından sonra daha liberalizmin dünyada 

alternativi yoxdur.  Doğrudur, ayrı-ayrı ölkələrdə millətçilik və dini fundamentalizm hələ 

də şüurlara hakim kəsilməkdədir, lakin onların dünya əhəmiyyətli gücə çevrilmək üçün 

heç bir perspektivi yoxdur.  Liberal dəyərlər, yəni demokratiya və insan hüquqlarını 

dünyanın bütün xalqları, aralarındakı mədəni fərqlərə baxmayaraq, tanıyacaqdır. 

 

Eyni zamanda, Fukuyama özü sanki şübhə və tərəddüd keçirirmiş kimi soruşur: bəs 



görəsən, bu ―yeni şərəfli dünya‖ — ideyaların mübarizəsi, mücərrəd məqsədlər naminə 

özünü qurban verməyin, yüksək amallı idealizmin iqtisadi mənfəət, texniki və ekoloji 

problemlərlə əvəz olunduğu bir dünya darıxdırıcı və kədərli olmayacaqmı? Fukuyama bu 

gün bizim yaşadığımız dünya üçün bir ―həsrət‖ duyur.  ―Tarixin sonu‖nu hələlik görə 

bilməyən bizlər isə artıq onun yaşayıb-yaratdığı dünyanın həsrətini çəkirik.   


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

319 


 

FRENSİS FUKUYAMA 

Tarixin sonu?  

(1989) 

 

 

...Liberalizmin yaşamağa qabil heç bir alternativi qalmamış-

dır.  ...Tarixin sonunda meydana gələn dövlət ...insanın ayrıl-

maz azadlıq hüququnu tanıdığına... görə liberal, təbəələrin 

razılığına əsasən mövcud olduğuna görə isə demokratik döv-

lətdir. 

 

 



Təxminən son onillikdə cərəyan edən hadisələri izləyərkən ümumdünya tarixində nə isə 

əsaslı bir hadisənin baş verdiyi hissindən uzaqlaşmaq çətindir.  Ötən il ―soyuq 

müharibə‖nin sonunu və ―sülh‖ün bərqərar olduğunu elan edən çoxlu məqalə yazılmışdır.  

Fəqət bu materialların əksəriyyətində əsaslı məsələləri təsadüfi olanlardan ayırmağa 

imkan verən konsepsiya yoxdur; onlar səthidir.  Belə ki, əgər cənab Qorbaçov Kremldən 

qovularsa və hər hansı yeni ayətullah minillik şahlıq dövrü elan edərsə, bu icmalçıların 

özü dərhal münaqişələr erasının bərpa olunduğunu elan etməyə tələsəcəklər. 

Ancaq gedən prosesin fundamental xarakter daşıması, onun cərəyan edən hadisələrə 

rabitə və nizam verməsi barəsində anlayış artmaqdadır.  İdeoloji zorakılığın paroksizmi 

XX əsrdə  gözlərimiz qarşısında  bütün dünyanı bürümüşdü, liberalizm əvvəlcə mütləqiy-

yətin qalıqları, sonra isə bolşevizm və faşizmlə, nəhayət, bizi nüvə müharibəsi girdabına 

sürükləməklə hədələyən ən yeni marksizmlə mübarizə etmək məcburiyyətində qalmışdı.  

Başlanğıcda Qərb liberal demokratiyasının tam qələbəsinə əmin olan əsr indi, nəhayət, 

nədən başlamışdısa, ona — hələ bu yaxınlara qədər fərz olunan ―ideologiyanın sonu‖ və 

yaxud kapitalizmlə sosializmin uyğunlaşmasına deyil, iqtisadi və siyasi liberalizmin 

şəksiz qələbəsinə qayıdır.  Qərbin, qərbçiliyin qələbəsi ona görə şəksizdir ki, liberalizmin 

yaşamağa qabil heç bir alternativi qalmamışdır.  Son onillikdə ən iri kommunist 

ölkələrində intellektual mühit mühüm islahatlara məruz qalmağa başlayaraq dəyişilmiş-

dir.  Bu fenomen yüksək siyasətin çərçivələrindən kənara çıxır, onu Qərb istehlakçı 

mədəniyyətinin ən müxtəlif formalarda geniş yayılmasında... müşahidə edirik. 

Şahidi olduğumuz hadisələr sadəcə olaraq ―soyuq müharibə‖nin və yaxud müharibədən 

sonrakı dövrün növbəti mərhələsinin sonu deyil, özlüyündə tarixin sonudur, bəşəriyyətin 

ideoloji təkamülünün və idarəetmənin bitkin forması kimi Qərb liberal demokratiyasının 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

320 


universal xarakter almasının başa çatdırılmasıdır.  Lakin bu o demək deyildir ki, bundan 

sonra daha heç bir hadisə baş verməyəcək və “Forin Affearz”ın beynəlxalq münasibət-

lərə dair illik icmallarının səhifələri boş qalacaqdır, liberalizm hələlik yalnız ideyalar

şüur aləmində qalib gəlmişdir; real, maddi aləmdə qələbəyə hələ çox var.   Ancaq ciddi 

əsaslar söyləməyə imkan verir ki, məhz bu ideal aləm son nəticədə maddi aləmi 

müəyyənləşdirəcəkdir.  Bu prosesin mahiyyətini anlamaq üçün əvvəlcə tarixdə baş verən 

dəyişikliklərin təbiəti ilə əlaqədar bəzi nəzəri məsələləri araşdırmalıyıq. 

 

 



Tarixin sonu haqqında təsəvvürü orijinallıq kimi qəbul etmək olmaz.  Onun ən məşhur 

təbliğatçısı Karl Marks olmuşdur.  O hesab edirdi ki, maddi qüvvələrin qarşılıqlı əlaqəsi 

ilə müəyyənləşən tarixi inkişaf məqsədyönlü xarakter daşıyır və bütün ziddiyyətləri həll 

edəcək kommunist utopiyasına çataraq bitəcəkdir.  Tarixin bu konsepsiyasını (əvvəli, 

ortası və sonu olan dialektik proses kimi) Marks özünün böyük alman sələfi 

G.V.F.Hegeldən əxz etmişdi. 

Bunun pis, yoxsa yaxşı olmasından asılı olmayaraq, Hegel tarixiliyinin bir çox cəhətləri 

bu gün əqli biliyimizin tərkib hissəsini təşkil edir.  İnsan şüurunun sosial qurumların 

qəbilə-tayfa, quldarlıq, teokratiya və nəhayət, demokratik eqalitarizm

1

 kimi konkret 



formalarına uyğun gələn bir sıra mərhələləri keçməsi haqqında təsəvvür bu qəbildəndir.  

Hegel filosofların içərisində birinci olaraq müasir ictimai elmin dilində danışmağa 

başlamışdır.  Onun üçün insan ―təbii hüquq‖ nəzəriyyəçilərinin hesab etdikləri kimi, bu 

və ya digər ―təbii‖ atributların məcmusu deyil, konkret tarixi və ictimai mühitin 

məhsuludur.  Və təbiətə yiyələnərək onu elm və texnikanın köməyi ilə dəyişdirmək 

ideyası Marksa deyil, Hegelə məxsusdur.  Tarixi relyativizmdən tout court



2

 relyativizmə 

enmiş sonrakı tarixçilərdən fərqli olaraq Hegel hesab edirdi ki, tarix müəyyən mütləq 

anda zirvə nöqtəsinə çatır, məhz həmin anda cəmiyyətin və dövlətin bitkin, ağlabatan 

forması qalib gəlir. 

Bədbəxtlikdən, çoxları  Hegeli Marksın sələfi kimi  tanıyır və ona marksizm prizma-

sından baxırlar; çox az adam onun əsərləri ilə birbaşa tanış olmaq əziyyətinə qatlaşmışdır.  

Hegeli təfsirçi marksistlərdən xilas etmək və onu müasir dövr üçün əhəmiyyət kəsb edən 

bir filosof kimi həyata qaytarmaq cəhdlərini az-çox fransız tədqiqatçıları etmişdilər.  On-

ların içərisində rus mühaciri, parlaq intellektual Aleksandr Kojev xüsusilə fərqlənirdi. 

Kojev ―Ruhun fenomenologiyası‖ dövrü Hegelini 

 1806-cı ildə tarixin sonunun yaxın-



laşdığını elan etmiş Hegeli dirçəltmək istəyirdi.  Çünki hələ onda Hegel Prussiya 

                                                           

1

 

Bärabärlìyä aludäçìlìk 



— red.

 

2



 

Eläcä bu (fr.)

 



 red.



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

321 


monarxiyasının Napoleon tərəfindən məğlub edilməsində Fransa inqilabı ideallarının 

qələbəsini, azadlıq və bərabərlik prinsiplərini özündə cəmləşdirmiş dövlətin yetişməkdə 

olan universallaşdırılmasını  görürdü.  Kojev israr edirdi ki, əslində Hegel haqlı imiş. 

Yena ətrafında döyüş tarixin sonunu bildirirdi, belə ki, məhz həmin anda bəşəriyyətin 



avanqardının köməyi (bu termin marksistlərə yaxşı tanışdır 



 F.F.) ilə Fransa 

inqilabının prinsipləri həyata keçirildi.   1806-cı ildən sonra da hələ çox iş qalırdı  

   



köləlik və kölə alverinin ləğvi irəlidə idi, fəhlələrə, qadınlara, zəncilərə və başqa irqi 

azlıqlara seçki hüququ vermək lazım idi və s.  Ancaq liberal-demokratik dövlətin 

prinsiplərinin özü o   vaxtdan artıq yaxşılaşdırıla bilməzdi.  Əsrimizdə baş vermiş iki 

dünya müharibəsi, onların ardınca inqilab və çevrilişlər bu prinsiplərin daha geniş 

ərazilərə yayılmasına kömək etdi.  Nəticədə əyalət sivilizasiyanın ön mövqeyinə çıxdı, 

Avropa və Şimali Amerikanın cəmiyyətləri isə liberalizm prinsiplərini həyata keçirmək 

üçün sivilizasiyanın ön cərgəsinə keçdilər.   

Tarixin sonunda meydana gələn dövlət qanunlar sistemi vasitəsilə insanın ayrılmaz 

azadlıq hüququnu tanıdığına və müdafiə etdiyinə görə liberal, təbəələrin razılığına əsasən 

mövcud olduğuna görə isə demokratik dövlətdir.  Kojevə görə, onun təbirincə, bu 

―universal  homogen dövlət‖ müharibədən sonrakı Qərbi Avropa ölkələrində, ən nəhəng 

və cəsur layihələri Ümumi bazardan ibarət olan bu süst, tox, özündənrazı, yalnız özləri ilə 

məşğul olan, zəif iradəli dövlətlərdə gerçək həyata tətbiq edildi.  Başqa cür ola bilərdimi? 

Bəşər tarixi öz münaqişələri ilə ―ziddiyyətlər‖in mövcudluğuna əsaslanır: qədim insanın 

şəxsiyyət kimi tanınmağa can atması, ağa-qul dialektikası, təbiətin dəyişdirilməsi və ona 

sahib çıxması, ümumbəşəri hüquqlar uğrunda mübarizə və proletariatla kapitalistlər arası-

nda dixatomiya

3

 bu qəbildəndir.  Universal dövlətdə isə bütün ziddiyyətlər həll edilmiş və 



bütün tələbatlar ödənilmişdir.  Mübarizə və ciddi münaqişələr yoxdur, ona görə gene-

rallara və dövlət xadimlərinə də ehtiyac yoxdur; yerdə qalan isə, əsasən, iqtisadi fəaliy-

yətdən ibarətdir.  Demək lazımdır ki, Kojev həyatda da öz təliminə əməl edirdi.  O hesab 

edirdi ki, düzgün başa düşülən  Hegel mütləq biliyə nail olduğuna görə filosoflar üçün 

heç bir iş qalmamışdır.  Ona görə də Kojev müharibədən sonra müəllimliyi tərk etmiş və 

1968-ci ildə vəfat edənə qədər Avropa İqtisadi Birliyində (AİB) məmur işləmişdir.   

Kojev tərəfindən tarixin sonunun elan edilməsi, əlbəttə, müasirləri üçün fransız intel-

lektualının dünya müharibəsi və başlanmaqda olan ―soyuq müharibə‖nin nəticələri ilə 

bağlı tipik ekssentrik solipsizmi kimi görünürdü. Hər halda, Kojev tarixin qurtardığını 

hansı cəsarətlə iddia edirdi? Bunu başa düşmək üçün biz bu iddianın Hegel idealizmi ilə 

əlaqəsini araşdırmalıyıq. 

 

 



 

                                                           

3

 Davamlí parçalanmalar 



— red. 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

322 


II 

 

Hegel üçün tarixi hərəkətə gətirən ziddiyyətlər, hər şeydən əvvəl insan şüuru dairəsində, 



yəni ideyalar  

 Amerika siyasətçilərinin seçkiqabağı bayağı vədləri deyil, dünyanın 



geniş birləşdirilmiş cəhətlərini əks etdirən ideyalar səviyyəsində mövcuddur; onları 

ideologiya adlandırmaq daha yaxşı olardı.  İdeologiya, eyniləşdirilməyə adət etdiyimiz 

kimi, siyasi doktrina ilə üst-üstə düşmür, ancaq hər hansı cəmiyyətin əsasında dayanan 

din, mədəniyyət və mənəvi dəyərləri də özündə birləşdirir. 

Hegelin ideal, real və maddi aləmin əlaqəsinə baxışı çox mürəkkəbdir. Ondan başlayaq 

ki, onun üçün onların arasında fərq zahiridir. Hegel üçün real aləm fəlsəfə professor-

larının ideoloji xurafatından asılı deyil; ancaq demək olmaz ki, ideal olan onun üçün 

―maddi‖ aləmdən ayrılıqda mövcuddur. Hegel özü də professor olmaqla Yena döyüşü 

kimi bir maddi hadisənin təsiri altında bir müddət çaşıb qalmışdı.  Amma əgər, bir 

tərəfdən, Hegelin yazarlığına və düşüncəsinə maddi aləmdən atılmış güllə son qoya 

bilərdisə, digər tərəfdən, tətiyin üzərindəki barmaq, öz növbəsində, Fransa inqilabını 

ruhlandırmış azadlıq və bərabərlik ideyası ilə hərəkətə gətirilirdi. 

Hegel üçün maddi aləmdə insanın bütövlükdə özünü aparması, buradan da bütün bəşər 

tarixinin kökü şüurun əvvəlinci vəziyyətindən irəli gəlir...   Şüur nəticə deyil, səbəbdir və 

o, maddi aləmdən kənar inkişaf edə bilməz; ona görə də bizi əhatə edən hadisələr 

burulğanının əsl səbəbi ideologiyadır. 

Sonrakı mütəfəkkirlərin əsərlərində Hegel idealizmi miskin vəziyyətə salındı.  Marks 

şüurun əhatə dairəsində olan dini, incəsənəti və fəlsəfənin özünü həlledici maddi istehsal 

vasitələri ilə əsaslandırdığı ―üstqurum‖un siyahısına keçirərək ideal və real aləm arasında 

əlaqəni tərsinə dəyişdi.  Marksizmin daha bir hüznlü mirası ondan ibarətdir ki, biz siyasi 

və tarixi hadisələrin maddi və əməli izahlarına meylli olmuşuq; biz ideyaların müstəqil 

gücünə inanmaqdan çəkinirik.  Buna sonuncu nümunə Pol Kennedinin böyük uğur 

qazanmış ―Böyük dövlətlərin yüksəlişi və süqutu‖ kitabıdır.  Orada böyük dövlətlərin 

süqutu çox sadə 

 iqtisadi gərginləşmə ilə izah olunur.  Əlbəttə, burada müəyyən 



həqiqət vardır: iqtisadiyyat özünü güclə saxlayan imperiya müflisliyi haqqında sonsuz 

etiraflarla yaşaya bilməz.  Ancaq cəmiyyətin öz ümummilli məhsulunun 3, yaxud 7 

faizini nəyə  

  müdafiəyə, yoxsa istehlak ehtiyaclarına ayıracağı haqqında məsələ bu 



cəmiyyətin siyasi prioritetlərinə daxildir, axırıncılar isə şüur dairəsində müəyyən olunur.   

Müasir düşüncənin materialist meyli təkcə marksizmə rəğbət bəsləyən sollar üçün deyil

bir çox qızğın antimarksistlər üçün də səciyyəvidir.  Məsələn, deyək ki, ―Uoll strit 

cornel‖ jurnalının materialist determinizmi sağ qanada dayanır.  O, ideologiya və mədə-

niyyətin əhəmiyyətini tanımır, insana mahiyyətcə yüksək gəlir dalınca qaçan ağıllı fərd 

kimi baxır.  İqtisadiyyata dair dərsliklərdə məhz bu tip insanları onu hərəkətə gətirən 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

323 


maddi stimullarla birlikdə iqtisadi həyatın əsası kimi götürürlər.  Bu materialist baxışların 

şübhəli tərəflərini misalla göstərək. 

 

Maks Veber özünün məşhur ―Protestant etikası və kapitalizmin ruhu‖ kitabını 



protestant və katoliklərin iqtisadi fəaliyyətindəki fərqləri göstərməklə başlayır.  Bu 

fərqlər belə bir zərb-məsəldə ümumiləşdirilmişdir ki, ―protestantlar şirin bar alır, katolik-

lər şirin yuxuya dalırlar‖.  Veber qeyd edir ki,  insanı yüksək gəlir dalınca qaçan ağıllı 

varlıq hesab edən hər hansı iqtisadi nəzəriyyəyə uyğun olaraq tariflərin yüksəldilməsi 

əmək məhsuldarlığının artmasına gətirib çıxarmalıdır.  Lakin bir çox ənənəvi kəndli 

icmalarında bu, əks nəticə verir 

 daha yüksək tariflər qoyularkən gündə iki marka 



yarım qazanmağa adət etmiş kəndli az işləməklə elə həmin məbləği qazanmaq imkanı 

olduğunu başa düşür və elə də hərəkət edir.  Gəlirə deyil, asudə vaxta, sonra afinalı 

tacirin firavan dolanışığına deyil, spartalı hoplitin

4

 hərbiləşdirilmiş həyat tərzinə, ya da 



hətta aristokratın ənənəvi vaxt keçirməsinə deyil, ilkin kapitalizm dövrü sahibkarının 

asket həyatına üstünlük verilməsini maddi qüvvələrin simasız hərəkətləri ilə izah etmək 

olmaz; seçim əsasən şüur sahəsində, ideologiyada baş verir. 

Veberin əsərinin mərkəzi mövzusu, Marksın əksinə olaraq, belə bir tezisi sübut etməyə 

yönəlir ki, kökləri din və mədəniyyətdə olan maddi istehsal üsulu ―bazis‖ə deyil, ―üstqu-

rum‖a aiddir.  Əgər biz müasir kapitalizmin və gəlirin motivlərinin nə olduğunu başa 

düşmək istəyiriksə, Veberə görə, hər ikisinin şüur sahəsində olan ilkin şərtləri 

öyrənilməlidir. 

Müasir dünya iqtisadi inkişafın materialist nəzəriyyələrinin acizliyini çılpaqlığı ilə 

göstərir.  ―Uoll strit cornel‖ jurnalının materialist determinizm məktəbi azad bazar 

iqtisadiyyatının həyataqabilliyinə sübut kimi Asiyanın son bir neçə onilliklər ərzində əldə 

etdiyi heyrətamiz iqtisadi uğuru misal göstərməyi xoşlayır; nəticə çıxarırlar ki, başqa 

cəmiyyətlər də öz əhalisinə sərbəst şəkildə maddi maraqları rəhbər tutmağa imkan ver-

səydi, onlar da belə uğurlar qazanardı.  Əlbəttə, azad bazar və sabit siyasi sistem iqtisadi 

yüksəlişin vacib şərtidir.  Lakin o da şübhəsizdir ki, Uzaq Şərq cəmiyyətlərinin mədəni 

irsi, əmək, ailə həyatı etikası, qənaətcilliyi, islamdan fərqli olaraq, iqtisadi davranış 

sahəsinə heç bir məhdudiyyət qoymayan dini və özünə yer etmiş digər mənəvi 

keyfiyyətləri onların iqtisadi fəaliyyətini izah edərkən heç də az rol oynamır.  Bununla 

belə, materializm beyinlərə elə təsir edib ki, iqtisadi inkişafın ciddi müasir 

nəzəriyyələrindən heç biri şüur və mədəniyyəti qəbul etmir və görə bilmir ki, bu, mahiy-

yətcə iqtisadiyyatın ana qucağıdır.   

İqtisadi davranışın şüur və mədəniyyətlə şərtləndiyini başa düşməmək geniş yayılmış 

səhvə gətirib çıxarır — təbiətinə görə ideya ilə bağlı olan hadisələri də maddi səbəblərlə 

izah edirlər.  Məsələn, Çin islahatı, son vaxtlar isə Sovet İttifaqında aparılan islahat da 

adətən maddinin ideya üzərində qələbəsi kimi şərh olunur.  İzah etməyə çalışırlar ki, 

ideoloji stimullar maddi marağı əvəz edə bilmədi və irəliləyiş əldə etmək üçün şəxsi 

                                                           

4

 



Aõír sìlahlí pìyada 

— red. 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin