“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
89
Səviyyə 3: Vətəndaş cəmivvəti. Bu, dövlətdən ayrı olan və demokratik siyasi institutların
əsasını təşkil edən, öz-özünə törəyən sosial strukturlar padşahlığıdır. Bu strukturlar siyasi
institutlardan da ləng təşəkkül tapır. Onlar dövlət siyasəti tərəfindən daha az
manipulyasiya edilə bilirlər və çox vaxt dövlət hakimiyyət orqanlarından əks asılılıqda
olurlar: dövlət geri çəkildikcə güclənirlər və ya əksinə. Bu yaxınlara qədər vətəndaş
cəmiyyəti çox nadir hallarda təhlil predmetinə çevrilirdi. Qərbdə çox vaxt onu
modernləşmənin qaçılmaz yol yoldaşı kimi təbii bir hal kimi qəbul edirdilər, Şərqdə isə
marksistlər onu saxta bir şey kimi inkar edirdilər. Vətəndaş cəmiyyəti kommunizmin
süqutundan sonra yenidən dəbə mindi. Çünki, etiraf olundu ki, post-totalitar cəmiyyətlər,
stabil demokratik institutların meydana gəlməsinin məcburi ilkin şərti olan sosial
strukturlar sarıdan xüsusilə kasaddır. Son iyirmi il ərzində həmin təhlil səviyyəsində
politologiya sahəsində böyuk həcmdə maraqlı işlər görülmüşdür və bunun da nəticəsində
müasir vətəndaş cəmiyyətinin demokratik institutlara münasibətinin təsviri üçün zəngin
taksanomiya və dil işlənib hazırlanmışdır.
Səviyyə 4: Mədəniyyət. Bu, ən dərin səviyyə, öziində ailə strukturu, din, mənəvi
dəyərlər, etnik şüur, "vətəndaşlıq" və partikulyarist tarixi ənənələr kimi təzahürləri əks
etdirir. Demokratik institutlar sağlam vətəndaş cəmiyyəti üzərində qurulduğu kimi,
vətəndaş cəmiyyəti də, öz növbəsində, mədəniyyət səviyyəsində öz sələflərinə və ilkin
şərtlərinə malikdir. Mədəniyyəti ənənə vasitəsilə ötürülən arasional etik vərdiş kimi
müəyyən etmək olar. O, tez təsir altına düşə bilsə də və digər üç üst səviyyədə baş verən
hadisələrin təsiri altında öz şəklini asanlıqla dəyişsə də, yalnız ən ləng dəyişikliklərə
meyllidir. Təhlil baxımından bu, sosiaologiya və antropologiya sferasıdır. Politologiya
sahəsində mədəniyyət səviyyəsi və bu səviyyənin vətəndaş cəmiyyətinə təsiri ilə bağlı
araşdırmalar vətəndaş cəmiyyəti ilə bağlı araşdırmalarla müqayisədə çox az aparılmışdır.
Samuel P.Xantinqtonun demokratiyaya keçidin "üçüncü dalğası" adlandırdığı şey bir çox
cəhətdən birinci səviyyə - yəni, ideologiya səviyyəsi səbəbindən doğmuşdur. Legitimliyin
qavranılması bu və ya digər səbəbdən 70-ci illərin sonlarında və 80-cı illərdə sürətlə və
ciddi şəkildə müsbət dəyişikliklərə uğramağa başladı və bu da, məsələn, ona gətirib
çıxardı ki, bazar iqtisadiyyatına meyl göstərən maliyyə nazirləri Latın Amreikasında
hakimiyyətə gəldilər, keçmiş kommunist dünyasında demokratiya tərəfdarı hərəkatlar
meydana çıxdı və həm sağda, həm də solda avtoritarizm tərəfdarları ümumən ruh
düşgünlüyünə uğradılar. İdeologiyadakı bu cür dəyişikliklər ikinci səviyyədə, yəni
institutlar səviyyəində böyük dəyişikliklər baş verməsini sürətləndirdi və məsələn,
"qradualizmlə" "şok terapiyası" arasında, "əwəlcə iqtisadi islahatlar" və "əwəlcə
demokratiya" tezisləri arasında seçim zamanı olduğu kimi daha münasib strategiyalar
barədə çoxsaylı debatlar doğurdu. İnstitutsional möhkəmlənmə prosesi başa çatmaqdan
hələ çox uzaq olsa da, 80-ci illərin inqilablarının baş verdiyi biitiin regionlarda həmin
səviyyədə xeyli nailiyyətlər əldə edilmişdir.
Üçüncü səviyyədə, yəni vətəndaş cəmiyyəti səviyyəsində dəyişikliklər xeyli ləng baş
verdi. Bax burada, dəyişikliklərin tempi açıq-aşkar xeyli dərəcədə dördüncü səviyyənin -
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
90
mədəniyyət səviyyəsinin xarakteristikalarından asılı olur. Vətəndaş cəmiyyəti Polşa,
Macarıstan, Çex Respublikası və Baltikyanı ölkələrdə nisbətən daha sürətlə meydana
gəldi, çünki burada güclü alternativ elitalar var idi və onlar, həm də, köhnə kommunist
elitasını bir kənara atmağa hazır idi. Sağlam özəl sektorun meydana çıxması ilə bu
ölkələrdə iqtisadi böhranın daha da dərinləşməsinə son qoyuldu, siyasi həyat isə tanış
Qərbi Avropa nümunələrinə doğru irəliləməyə başladı. Vətəndaş cəmiyyəti Belarus,
Ukrayna və Rusiyada daha ağır əzab-əziyyətlə doğuldu: bu ölkələr yeni (bəzən isə çox da
yeni olmayan) institutlardakı boş vəzifələri doldurarkən köhnə kommunist elitalarından
hələ xeyli dərəcədə asılı idi. Bu fərqləri mədəniyyətə qədərki səviyyədə izləmək
mümkündür. Üçüncü və dördüncü səviyyələr arasında qarşılıqlı təsirin spesifik
mexanizmlərinin izahı demokratikləşmə prosesinin gələcək tədqiqatçılarının əsas vəzifəsi
olacaqdır.
Qətiyyətlə demək olar ki, son dörd və ya beş il ərzində dünyanın hər yerində "üçüncü
dalğa"nın" tənəzzülə uğramasının müşahidə edilməsi, bu dörd səviyyədə baş verən
dəyişikliklərin tempindəki fərqlərlə izah olunur. Normativ düşüncələrdə, demək olar ki,
bir an içərisində baş verən dəyişikliklərin doğurduğu böyük ümidlər, ardıcıl olaraq daha
dərin səviyyələrdə dəyişikliklərə qarşı müşahidə edilən böyük müqavimətlər nəticəsində
özünü doğrultmadı. Bəzi ölkələrdə bu müqavimət demokratiyaya doğru irəliləyişi, hələ
bu institutların yaranma imkanı meydana çıxmamışdan əwəl yerində saymağa məcbur
etdi. Ümidlə reallıq arasındakı uçurum digər ölkələrdə institutların möhkəmlənməsi
nəticəsində əldə edilən əsl tərəqqini təhdid etməyə başladı, çiinki o, demokratik
inqilabların əsasını təşkil edən normativ düşüncələrə nüfuz edirdi.
Liberal demokratiyanın gələcəkdə üzləşməli olacağı əsas çətinliklərə, çox güman ki,
üçüncü və xüsusilə də dördüncü səviyyədə rast gəlinəcəkdir. Hazırda birinci və ikinci
səviyyələrdə böyük fərqlər mövcud deyil: mümkün ideoloji rəqiblərin adını çəkmək çox
çətindir və hansısa entuziazm doğura biləcək alternativ institutların sayı olduqca azdır.
Bu səviyyələrdə mübahisələr marginal xarakter daşıyır, çünki bu zaman yalnız ümumi
rifah dövlətinin imkanlarını necə genişləndirmək və yaxud məhdudlaşdırmaq, prezident
idarəçiliyinin parlament idarəçiliyindən üstünlükləri və s. kimi məsələlər müzakirə
olunur. Əslində, mən, hətta bunu təsdiqləməyə cəsarət edərdim ki, institutlar
səviyyəsində sosial quruculuq daşdan tikilmiş möhkəm divara dirənmişdir. Ötən
yüzilliyin təcrübəsi demokratik dövlətlərə əyani surətdə göstərmişdir ki, institutların
iddialı şəkildə yenidən qurulması çox vaxt nəyisə həll etmək əvəzinə böyük gözlənilməz
problemlər törədir. Əksinə, müasir demokratik dövlətlərin həyat keyfiyyətlərinə təsir
göstərən real çətinliklər sosial və mədəni normadan yayınmalara aiddir: görünür onlar
institutsional qərarların imkanları xaricində qalırlar, deməli, dövlət siyasətinin də
imkanları xaricindədir. Belə olan halda, mədəniyyət məsələsi dərhal önə çıxır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
91
DEMOKRATİYANIN RƏQİBLƏRİ
Demokratiyanın ən aşkar sistematik rəqiblərindən biri sürətlə qüwə toplayır və deyəsən
doğma ərazisində belə ona meydan oxumaq iqtidarındadır. Bu yeganə ciddi rəqib -Asiya
avtoritarizminin paternalist formasıdır. Digər güman edilən mümkün rəqiblər isə: 1) ifrat
millətçilik və ya faşizm; 2) islam; 3) dirçəlmiş neobolşevizmdir. Bu son üç hərəkatın hər
biri ümumdünya miqyasında ideoloji hərəkata çevilməyə cəhd göstərərkən ciddi
çətinliklərlə üzləşirlər. Nəzərə çarpan odur ki, bu hərəkatların hər üçünün müasir təbiyyət
elmlərinin tələblərinə uyğunlaşmaq qabiliyyəti məhduddur və deməli, onlar, texnoloji
cəhətdən getdikcə daha da qloballaşan iqtisadiyyata inteqrasiya olunmaqdan imtina
etməyə məcburdurlar.
Misal üçün faşizmi nəzərdən keçirək. Son illərdə etnik münaqişələr və miqrasiyalar
ənənəvi liberal siyasət nəzəriyyəsində iri dəliklər üzə çıxarmışdır: vətəndaşları yalnız
fərdlər kimi nəzərdən keçirməklə liberal dövlət real dünya xalqlarının qrup
oriyentasiyasına məhəl qoymur, halbuki, onlar, pis və ya yaxşı olmasına baxmayaraq,
mənşə ümumiliyi əsasında özlərini başqaları ilə eyniləşdirməkdən böyük məmnunluq
duyurlar. Ancaq, bu heç də o demək deyil ki, həmin problem liberal dövlətlər üçün dəf
edilməz bir şeydir. Onların əksəriyyəti, qlobal şəkildə fərdi hüquq prinsiplərinə
istiqamətlənmiş bir mühitdə qrup plüralizminə əsaslanan institutlara müəyyən qədər yer
ayırmağı bacarmışdır. Əksinə, məsələn, Serbiya kimi millətçiliyin daha ifrat təzahürlərinə
meyl göstərən və dözümlülüyün fundamental liberal prinsiplərini pozan dövlətlər heç
nəyə müvəffəq olmadılar. Belə ölkələrdə əhali bircinsli olmadığından, onların etnik
təmizləmə aparmağa can atmaları faktı münaqişələrə, müharibələrə və müasir dövlətin
iqtisadi əsaslarının dağılmasına gətirib çıxarır. Buna görə heç də qəribə görünməməlidir
ki, Rusiya, Moldova və Macarıstan kimi ölkələrdəki bir neçə marginal narazı insan
qrupundan savayı, Serbiya nə Şərqdə, nə də Qərbdə heç kim üçün nümunəvi cəmiyyət ola
bilmədi. Etnik münaqişələrin yaxın zaman kəsiyində demokratiya üçün ciddi təhlükə
olmasına baxmayaraq, bunun ötəri bir təzahür olacağını guman etməyə əsas verən bütöv
bir səbəblər silsiləsi mövcuddur. Eynilə də, islam fundamentalizmi dalğası alovunun
Yaxın Şərqin marginallaşmış qrupları arasında hələ də sönməməsinə baxmayaraq, heç bir
fundamentalist dövlət industrializasiya prosesinin öhdəsindən gəlməyə qadir olduğunu
sübut edə bilməyib. Hətta, zəngin təbii resurslara irsən yiyənməkdə bəxti gətirən
dövlətlərdə belə, onlar, hakimiyyəti ələ keçirmələrinə kömək edən sosial problemləri
səmərəli şəkildə həll edə bilməyiblər. İndiki İranda narazılıq səviyyəsi son dərəcə yüksək
olaraq qalır. Elə bircə bu cəhət islam mədəniyyəti ənənəsi ilə bağlı olmayanların
hamısında islam fundamentalizminə ikrah hissi oyadır.
Liberal demokratiyanın bütün ideoloji rəqibləri adasında nisbətən ən az ciddi olanı
kommunizmin yeniləşmiş formasıdır. Doğrudur, keçmiş kommunistlər Litvada, Polşada,
Macarıstanda və Şərqi Almaniyada hakimiyyətə qayıdıblar və bununla bərabər keçmiş
kommunist dünyasının digər hissələrində onlar hakimiyyəti müəyyən mənada,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
92
ümumiyyətlə, heç zaman əldən verməyiblər. Lakin bu qruplar yalnız kapitalzmə keçid
tempini bir qədər aşağı salmağa çalışır və geniş sosial sığorta sisteminin yaradılmasını
tələb edirlər. İctimai rəy sorğularının nəticələri göstərir ki, onları başlıca olaraq
təqaüdçülər, keçmiş kommunist elitasının üzvləri və köhnə sistem tərəfdarları olan digər
xırda qruplar müdafiə edirlər. Neobolşeviklərin, iqtisadi proqramlarının perspektivdə
uzunmüddətli iqtisadi yeniləşmə vəd etmədiyini isə heç xatırlatmamaq da olar.
Faşizm, islam və neobolşevizmin qlobal ideoloqiyaya çevrilişi üçün kifayət qədər
əsaslara malik olmamaları faktı, heç də o demək deyil ki, onlar öz reqional sferaları
çərçivəsində yayılmaqda davam etməyəcəklər. Burada onlar yerli əhalinin həyat
keyfiyətinə xeyli ziyan vuracaq və işlək demokratik siyasi sistemlərin birləşməsini
geçikdirə və yaxud bəzi hallarda isə qeyri-mümkün edəçəklər. Lakin, onların bu
regionların hüdudlarından kənarda etibar qazanaçaqlarına və hakimiyyətə gələçəklərinə
ümid çox azdır.
Nətiçədə paternalist Asiya avtoritarizmi özunun hansı formasındasa liberal
demokratiyanın yeganə ciddi rəqibi olaraq qalır. Aydındır ki, Asiya avtoritarizmi də
faşizm və ya islam kimi reqional hadisədir. Şimali Amerikada və ya Avropada heç kim
konfusiyaçılığı milli ideologiya kimi qəbul etmək haqqında çiddi düşünmür. Lakin Asiya
təçrübəsi, Qərb insanlarını Qərb cəmiyyətlərinin çatışmazlıqlarını elə bir həddə dərk
etməyə məçbur etdi ki, buna yuxarıda sadalanan üç ideoloqiyadan heç biri nail ola
bilməmişdir. Yalnız asiyalılar muasir texnologiya dünyasina uyğunlaşmağı və Qərblə
rəqabət apara, özu də, demək olar ki, bir çox munasibətlərdə hətta, Qərbi üstələyə bilən
kapitalist çəmiyyətləri qurmağı baçardılar. Asiyanın qlobal hakimiyyətdə payının
durmadan artdığını güman etmək üçün təkcə bu fakt kifayətdir. Lakin Asiya dünyaya
həm də ideoloji cəhətdən meydan oxuyur.
Asiya alternativinə verilən məlum təriflər müasir Qərb siyasi fəlsəfəsinin sosial-siyasi
sistemlərə yalnız institutsionalizm terminləri vasitəsilə tərif vermək həvəsinin ifratçılığı
səbəbindən axsayır. Buna görə də tez-tez belə bir fikir eşitmək mümkündür ki, "yumşaq"
Asiya avtoritarizmi nisbətən azad bazarı nisbətən güçlü siyasi hakimiyyətlə -fərdi
hüquqlar hesabına qrup konsensusunu dəstəkləyən hakimiyyətlə birləşdirir. Bu cür təhlil
müəyyən ölçüdə doğrudur, ancaq onda Asiya cəmiyyətlərinin əhəmiyyətli bir xüsusiyyəti
nəzərdən qaçırılır. Ənənəvi Asiya mədəniyyətlərində siyasi hakimiyyət, institutların
düzgün qurulmasından daha çox fundamental sosial strukturların uzlaşmasını təmin edən
geniş kütlə mənəvi tərbiyəsinə əsaslanır. (Bu mənada konfusiyaçılığın oriyentasiyası
klassik Qərb siyasi fəlsəfəsi oriyentasiyasını xatırladır). Başqa sözlə, müasir Qərb siyasi
düşüncəsi birinci və ikinci səviyyələrə söykənərək, yuxarıdan aşağıya ədalətli sosial
quruluş qurmağa çalışdığı halda, ənənəvi Asiya mədəniyyətləri dördüncü və üçüncü
səviyyələrdən başlayaraq yuxarıya doğru irəliləyir. Buna görə də, konfusiyaçılıq fərdi
individualizmi ailəyə - Çin cəmiyyətinin fundamental tikinti blokuna tabe etdirmək üçün
fərdləri sosiallaşdırır. Daha iri siyasi strukturlar daha aşağı səviyyəli bu cür
elementlərdən təşkil olunmuşdur: nəsil ailələrin ailəsini təmsil edir, bütün Çin imperiya
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
93
sistemi isə bütövlükdə Çin xalqının ailəsi deməkdir, özü də imperatorun hakimiyyəti
ailələr atasının hakimiyyəti nümunəsi üzərində qurulur.
Asiya cəmiyyətləri dördüncü səviyyədən başladığına və sonra yuxarı irəlilədiklərinə görə
onların yaratdıqları və yaxud bir araya sığışa bildikləri siyasi strukturlar tipi bir qədər
qeyri-müəyyən olaraq qalır. Buna görə də modernləşmiş Asiya cəmiyyətləri iyirminci
yüzillikdə konfusi alimi Du Veyminin "Siyasi konfusiyaçılıq" adlandırdığı şeyi "adi
həyat" konfusiyaçılığından ayıra bilməyə müvəffəq oldular. Müfəssəl işlənib hazırlanmış
mandarinlər və xeyirxah alimlər iyerarxiyasına malik imperiya sisteminin mövcudluğunu
diqtə edən ənənəvi siyasi konfusiyaçılıq nisbətən xeyli asanlıqla bir kənara atıla və
cəmiyyətdəki fikir birliyinə heç bir ziyan vurulmadan müxtəlif formalı siyasi institutlarla
əvəz edilə bilərdi. Buna görə də, Asiya alternativini parlamentin mövcudluğu kimi
konkret institutların varlığı və yaxud bəzi fərdi hüquqların yoxluğu ilə eyniləşdirmək
doğru deyildir. Asiya alternativinin mahiyyəti ondan ibarətdir ki, o, fərd əsasında
hüquqlar deyil, güclü sosial strukturların və ictimai həyatın özülünü təşkil edən dərindən
kök atmış mənəviyyat kodeksi əsasında qurulmuş bir cəmiyyətdir. Belə cəmiyyət həm
demokratik (Yaponiya), həm də yarıavtoritar (Sinqapur) dövlətdə mövcud ola bilər. Bəzi
institutların bu tip sosial quruluşla (məsələn, kommunizm) bir araya sığmadığı aydın
görünsə də, o, institutlara görə deyil, sosial strukturlara və onların mədəni fikir birliyinə
əsasən müəyyən edilir.
ASİYA VƏ AMERİKADA VƏTƏNDAŞ CƏMİYYƏTİ
Əgər Asiya alternativinin bu cür qeyri-institutsional formaya malik olması fikrilə
razılaşsaq, onda bütün dünyada demokratiyanın gələcəyi üçün bəzi maraqlı nəticələrin
onunla bağlı olduğunu dərk edə bilərik. Əwələn, konfusiyaçılığın və digər ənənəvi Asiya
mədəniyyəti elementlərinin Asiyada liberal demokratiyanın genişlənməsinə ciddi
maneələr törədə biləcəyi çox şübhəlidir. Onların belə bir maneə təşkil edəcəyini,
Sinqapurun keçmiş baş naziri Li Kvanyu kimi asiyalılar və Qərbin Samuel P.Xantinqton
kimi nümayəndələri iddia edirlər. Li Kvanyunun fikrincə bunun əksini düşünmək
konfusiyaçılığı bilərəkdən, tamahkarcasına təhrif etməkdir; o, konfusiyaçılığı,
hakimiyyətdə olduğu konkret vaxtda Sinqapurda qurmağı münasib saydığı siyasi
quruluşla eyniləşdirir. Tayvan və Koreya kimi digər Asiya cəmiyyətləri son on il ərzində
yaxşı tanınan Qərb demokratiyası istiqamətində irəliləmiş və bununla yanaşı öz
konfusiyaçı xarakterlərini itirməmişlər. Burada, Yaponiyanın yarıkonfusian
mədəniyyətinin iki nəslin həyatı boyunca demokratik institutlara tamamilə uyğun
gəldiyini xatırlatmamaq da olar. 1993-cü ilin iyulunda, liberal-demokrat partiyası öz
hakimiyyətini itirərkən başlayan siyasi həcrmərclik bir müddətdən sonra Yaponiyanı,
indikindən daha da çox amerikan tipli demokratik dövlətə çevirəcək prosesin başlanğıcı
demək idi. Son illərdə Qərb və demokratiya əlehinə Sinqapurda və Malaziyada rəsmi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
94
şəxslər və intellektuallardan eşidilən təcavüzkar ritorika daha çox Li və Malaziyanın baş
naziri Datun Seri Maxatir kimi xadimlərlə bağlıdır. Onları yeni liderlər nəsli əvəz edəndə,
çox güman ki, hər iki cəmiyyət demokratiyanın yapon-tayvan-koreya versiyasının əksinə
deyil, elə o istiqamətdə hərəkətə başlayacaqdır.
Xantinqtonun səhvi təbiəti etibarilə konseptual səhvdir. O, konfusiyaçılığın mahiyyətini
siyasi konfusiyaçılıq kimi müəyyən edir, halbuki konfusiyaçılıq daha aşağı səviyyədə ailə
və digər sosial münasibətlər haqqında təlimdir. Nəzəri cəhətdən, konfusian sosial
strukturlara demokratik siyasi institutlarla birgə və çox uyumlu şəkildə yaşamağa imkan
verməyəcək heç bir səbəb mövcud deyil. Əslinə, qalsa hətta bunun əksini, son illərdə
sonuncuların məhz birincilər sayəsində daha da gücləndiyini sübut etmək olar.
Digər tərəfdən, konfusiyaçılığın müasir demokratiya ilə uyuşa bilməsi faktı heç də o
demək deyildir ki, demokratiya hökmən Asiyaya nüfuz edəcəkdir. Gələcəkdə Asiyada
demokratik institutların nüfuzu, burada Qərb institutlarının səmərəli cəhətlərinin deyil,
Qərb cəmiyyəti və mədəniyyətinə xas problemlərin necə qəbul ediləcəyindən asılı
olacaqdır. Bu nüfuz son iyirmi ildə xeyli sönükləşmişdir: təkcə ona görə yox ki, müasir
kommunikasiya vasitələri Asiya əhalisini ABŞ-da nələr baş verdiyi ilə daha yaxşı tanış
etdi, həm də ona görə ki, Amerikanın sosial problemlərinin (adətən zorakılıq halları,
narkotika, irqi gərginlik, yoxsulluq, natamam ailələr və s. kimi tez-tez sadalanan
problemlər) özü daha dərinləşmişdir. Başqa sözlə, amerikalılar birinci və ikinci
səviyyələrdə müqayisə zamanı asiyalılara həqarətlə yanaşarkən, asiyalılar da üçüncü və
dördüncü səviyyələrdə öz cəmiyyətlərinin Amerika üzərində müəyyən sayda başlıca
üstünlüklərə malik olduqlarını dərk edirlər. Li Kvanyu kimi ABŞ-ın asiyalı tənqidçiləri
belə güman edirlər ki, birinci və ikinci səviyyə üçüncü və dördüncü səviyyə ilə qırılmaz
şəkildə bağlıdır, yəni fərdi hüquqlara əsaslanan liberal institutlar vətəndaş cəmiyyətinə və
mədəniyyətə dağıdıcı təsir göstərir və demokratiya hökmən sosial strukturların iflasına
gətirib çıxarır. Bu səbəbdən Asiyada liberal demokratiyanın taleyi xeyli dərəcədə ABŞ-ın
nisbətən xırda instititsional problemlərin deyil, daha sərt sosio-mədəni problemlərin
öhdəsindən nə qədər uğurla gələ biləcəyindən asılı olacaqdır.
Doğrudan da, bir tərəfdə birinci və ikinci səviyyələr, digər tərəfdə isə üçüncü və
dördüncü səviyyələr arasında müəyyən əlaqə mövcuddur, lakin bu əlaqə, Li və
digərlərinin təsəwür etdiklərindən də xeyli qarışıq əlaqədir. Fərdi hüquqlara əsaslanan
liberalizm, icma xarakterli güclü sosial strukturlar və dissiplinli mədəni vərdişlərlə
tamamilə bir araya sığa bilər. Əslində, belə bir fikri təsdiq etmək olar ki, müasir
demokratik dövlətdə vətəndaş cəmiyyəti və mədəniyyətin əsl əhəmiyyəti məhz elə
onların həm siyasi, həm də iqtisadi ənənəvi liberal doktrinaya xas olan ayırıcı
fərdiyyətçiliyi tarazlaşdırmaq və yaxud səngitmək qabiliyyətindədir. Amerika
cəmiyyətinin Tokvil, Veber və bu kimi digər araşdırmaçılarının qeyd etdikləri kimi,
Amerika heç vaxt bir-birindən ayrı düşmüş fərdlərin "qum yığını"na bənzəməmişdir,
çünki digər amillər (amerikan protestantizminin təriqət xarakteri kimi) qrupların sıx
birləşməsinə tarazlaşdırıcı təsir göstərmişdir. Yalnız son 50 ildə fərdiyyətçi istiqamət
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Dostları ilə paylaş: |