Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3.88 Mb.
PDF просмотр
səhifə6/58
tarix29.11.2016
ölçüsü3.88 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

39 


3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, həm də humanitar elmlərdə 

subyektin aparıcı rolunun vurğulanması; bədii əsərin qavranılması prosesində oxucunun 

ön plana çıxarılması; 

4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz qarşıdurmanın aradan götürülməsi; 

5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata keçirilməsi; ―varlığın vahid 

düsturu‖ axtarışlarından imtina; 

6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi durum və formanın 

əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirilməsi cəhdləri ideyasından onların mümkün 

proqnozlarının verilməsi ideyasına keçid; 

7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər hadisənin izahı üçün 

kontekstdən istifadənin rolunun artması. 

Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının yaranması humanitar yönümlü elmlərə 

də təsir etdi; onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: predmetin 

ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan, yalnız analitik metodologiyanın labüd 

təzyiqi nəticəsində bir-birindən aralı düşmüş bir sıra elmlər vahid postmodernist 

paradiqma əsasında bir araya gəldilər. Məhz bunun nəticəsində müxtəlif problemlər vahid 

görmə bucağından araşdırılmağa və izah olunmağa başladılar. ―Postmodernist fəlsəfə‖, 

―postmodernist kulturologiya‖, ―postmodernist sosiologiya‖, ―postmodernist dilçilik‖, 

―postmodernist estetika‖ anlayışları meydana gəldi. Vahid paradiqmanın təsbiti ilə bağlı 

baş vermiş iki köklü dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. Birincisi, müəyyən 

spesifik məqamlar kənara çıxmaqla bütün humanitar elmlər eyni anlayışlar sistemi 

əsasında, demək olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların yaxınlaşması, əl-

ələ verib müştərək problemləri birgə həll etmək üçün zəmin yaratdı. İkincisi, həm 

sinergetik, həm də postmodernist dünyadərkin əsasını təşkil edən ―asentrizm‖ 

(‖mərkəzyoxluğu‖) prinsipinə tam uyğun olaraq hər hansı bir elmi istiqamətin 

hegemonluq iddiası əsassız hesab olundu. Dünya vahid mərkəzdən məhrum olduğu üçün, 

yaxud onun hər bir nöqtəsi eyni zamanda həm mərkəz, həm də periferiya olduğuna görə, 

bu mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir iyerarxiya prlnsipi əsasında 

düzülüşü qeyri-məqbul hesab olundu. 

 

*** 



 

Bəs bütün XX əsr ərzində get-gedə güclənən mərkəzdənqaçma meyllərin təsiri altında 

sürətlə bir-birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən məhrum olan bu 

müxtəlif istiqamətli elmləri bir araya gətirən paradiqma nə üçün məhz XX əsrin sonu - 

XXI əsrin əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki, bu prosesin bir-birindən 

doğan, bir-birini şərtləndirən, bir-birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

40 


şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən inkişaf səviyyəsinə nail olandan 

sonra gerçəkliyi daha geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından çıxıb bir-

biri ilə çulğalaşmaları ilə bağlıdır. Artıq bu dövrdə ən müxtəlif elmlər vahid və bütöv 

dünyanın analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş perspektivdə tədqiq 

və izah olunması zərurətini hiss edirlər. 

İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist cərəyanların deyil, 

ümumiyyətlə, modernist dünyanıdərk konsepsiyasının dərin böhrana məruz qalması, 

cəmiyyətdə mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin keçmişin total 

inkarı əsasında yalnız indiki zaman müstəvisində təqdim olunması və yozulması, insan 

böhranının səbəblərinin kənara qoyularaq yalnız onun nəticələrinin vurğulanması 

mədəniyyətin özünü ―postmodern‖, yəni çağdaş dönəmdən sonrakı gerçəklik kimi dərk 

və təqdim etməsinə səbəb oldu. Bu, postmodernizmə total inkara əsaslanan modernist 

konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində klasslk ənənələrlə qırılmış 

əlaqələri yeni, fraqmentar əsasda bərpa etmək imkanı verdi. 

Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından başlayaraq bəşəriyyətin guya taleyinə 

təsir göstərə biləcək hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi ehtimalının 

sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini başa vurması va onun posttarix (tarixsonrası) 

mərhələyə qədəm basması haqqında müxtəlif kontekstlərdə mülahizələr söylənilməsi ilə 

nəticələndi. Fransız postmodernist fikrinin erkən nümayəndələrindən olan M.Blanşo 

yazırdı: ―Biz bu və ya digər dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq, 

hamımız yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq‖. 

Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan 

dağınıq hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd 

göstərən mifdən başqa bir şey deyildir. Bədii fikir sahəslndə isə roman analoji funksiyanı 

yerinə yetirir və bir növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq 

olması haqqında illüziyasını bədii obrazlar vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna 

görə də ―tarix əsri eyni zamanda roman əsri‖ (J.Bodriyar) hesab oluna bilər. Bundan belə 

bir nəticə çıxarmaq olar ki, tarixin və romanın məhz XIX əsrdə - bəşər nəslinin ən çox 

illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi deyildir. 

Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər 

hansı bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır. 

Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki, 

əgər tarix dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə 

sığmayaraq gah gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan 

etməsi müşahidə olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm 

sürməsi ilə xarakterizə olunur. Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə 

əhəmiyyətli şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin meydana gəlməsi 

ehtimalı istisna olunur. 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

41 


Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə 

bölür: birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin 

formalaşdırdığı dövr və nəhayət, üçüncüsü, postmodernist dövr. 

Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni 

hadisələr dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman çevrəsinin 

hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını 

qırmaq qeyri-mümkündür. 

İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır; 

hər bir hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl 

şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində 

düzülür. 

Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin 

keçmişin tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür 

olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, ―əvvəl-sonra‖, 

məntiqi ardıcıllıq prinsipinə tabe olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti 

düzümü bərpa etmək - zamanın qırılmış sapını düyünləmək qeyri-mümkün olur. 

Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun 

deyil. Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası 

mifoloji çevrə təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə 

münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri 

şərh etmək, onları sitata çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman 

konsepsiyasının elmi-ənənəvi və modernist konsepsiyaları arasında orta mövqe 

tutmasından xəbər verir. 

Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən 

ibarət keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur, 

indiki zaman hüdudları ilə kifayətlənməyə məcbur olur. Çağdaş dövrdə insan ―diaxron 

yox, sinxron zamanda yaşayır‖ (Ceymison). 

Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin 

təsdiqi deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması) 

prinsiplərinin təsbit olunmasına gətirib çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə 

malik olması ideyasının təsdiqi ilə nəticələnir. 

Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron 

kəsimlərdə vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də 

gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını 

iddia etmək kökündən səhvdir. Fransız postmodernist fikrinin ən görkəmli 

nümayəndələrindən biri olan M.Fuko yazırdı: ―Dünya bir-birindən doğmayan, bir-birini 

izah etməyən, bir-birini tamamlamayan hadisələrin çulğalaşmasıdır. Onun əvvəlini-

axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim bugünkü durumumuz 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

42 


dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb edirik ki, bizi 

buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan 

məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq‖. 

Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim 

onlarla üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə 

çalışır. 

Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq 

keçdiyi və bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən 

etmək qeyri-mümkündür. 

Vaxtı ilə Hegelin ―dünya idrakının hiyləgərliyi‖ kimi dəyərləndirdiyi ―tarixin istehzası‖ 

fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə 

əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək 

cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır. 

Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından 

heç cür yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə 

bilər. Platondan bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir 

futurologiya elmi məhz bu zəmində təşəkkül tapmışdır. Halbuki tarix bizi daim 

barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal nəzarətimizdən çıxır, əvvəlcədən 

onlara sırıdığımız məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən 

də inkar və rədd edir, ağlımıza belə gəlməyən kombinasiyalar əsasında bir-blrilə 

birləşirlər. Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara bəslədiyi ümidləri 

dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə 

düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin 

mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir 

və gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır. 

Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud 

konsepsiyanın yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün 

sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə olunmuşlar. Biz təkrar-təkrar 

vaxtı ilə artıq baş vermiş hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş 

sözləri deməyə məhkumuq. Bu isə postmodernist dönəmdə yaşayan insanı keçmişdən 

tam asılı vəziyyətə salır. 

Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki, 

postmodernizm modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir; 

əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək 

və hətta ləğv etmək olarsa, keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan 

halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən yan keçmək olmur. Keçmiş daim 

bizim həyatımıza müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi kimi dəyişdirir. 

Onun təcavüzündən yaxa qurtarmaq, onu neytrallaşdırmaqdan ötrü həzm-rabedən 

keçirmək, onu özününküləşdirmək lazımdır. Bu isə yalnız keçmişi eyni zamanda həm 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

43 


inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi münasibət bəsləmək əsasında 

mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza əsasında köklənə bilər. İstehzanın 

postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət formalaşdıran 

funksiyası bununla izah olunur. 

Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat 

tərəfindən geniş şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış, 

hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən 

diametral şəkildə bir-birinə əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir. 

Postmodernist istehza onların hamısı ilə bu və ya digər dərəcədə baglıdır və həmin 

ənənələrə əsaslanır. Lakin bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII əsrin 

əvvəllərində alman estetik fikrində təşəkkül tapmış romantik istehza konsepsiyasının 

bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda qayıdışı kimi dəyərləndirilə bilər. 

Məlum olduğu kimi, alman romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada 

Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin açıqlanmasının və 

həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa sivilizasiyası 

tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının əsas 

bədii vasitəsi hesab olunurdu. 

Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla ―romantik istehza‖nın 

əleyhinə çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə ―mən‖in özünə 

qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir. Həm 

dünyaduyum forması, həm də bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-

estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı ilə romantik istehzanın 

özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil etmək olar. Əhatə dairəsi 

etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə mövcud olan bütün 

dəyərlərə təsdiqedici - inkaredici mövqedən yanaşan postmodernist istehza total 

özgələşmə üçün şərait yaradır. 

Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən 

ilk baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə 

yardım edir. Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə 

ənənəvi olaraq öz adı ilə ―möhür basması‖nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi 

yozur. Mən isə bir vaxtlar bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu 

ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən hansı dogrudur? Axı həqiqətən də 

sənətkar bir tərəfdən öz adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz 

ona - Füzuliyə məxsus olduğunu vurğulayır. Lakin digər tərəfdən bu əməllyyatla şair iki 

cür düşünən, iki müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət edən, digəri 

birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır - özünütəsdiq özünüinkara çevrilir. 

Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar bir-birinə 

ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında ziddiyyət yoxa çıxır; 

onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist ruhunda istehzalı 

münasibət bəsləyir. Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

44 


ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək imkanı verir. 

Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi onun 

ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik 

ovqat laylarının aşkarlanmasına gətirərdi. 

U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə 

diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına 

məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir: ―Kişi 

bilir ki, qadına ―mən səni dəlicəsinə sevirəm‖ sözləri ilə müraciət edə bilməz. Çünki o 

bilir ki, bu sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir 

ki, kişi bundan məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də 

çıxış yolu mövcuddur. Kişi deyə bilər ki, ―Liala demişkən, mən səni dəlicəsinə sevirəm‖. 

Bax, beləcə kişi saxta məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum 

söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda qadını sevdiyini, hətta 

məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə davam etdiyini bildirir. Onların hər 

ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv edilməsi qeyri-mümkün olan 

keçmişin onlara meydan oxumasını qəbul edirlər. Onların hər ikisi şüurlu şəkildə və 

məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha məhəbbət 

haqqında danışmaq imkanı əldə edirlər‖. 

Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə 

edərək oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında 

məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də 

eyni zamanda, həm sitat gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial 

oxucularının hamısını, həm də xüsusilə özünü barmağına dolayıb ələ salmalı olur. Oxucu 

da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur olur. 

Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və total istehza 

bərqərar olur. 

Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz 

buna görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı 

potensiala malikdir. 

Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə 

kimlərinsə dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və 

ya digər müəllifə məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə 

dəyişməlidir. Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün 

məna variantlarını müəyyənləşdirən, özü isə əsərin hüdudlarından kənarda yerləşən xarici 

instansiyadır, bir növ yaratdığı ―bədii dünyanın Allahıdır‖ və eyni zamanda, əsərinin bu 

gün və gələcəyin istənilən məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr üçün 

məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən xarici instansiya rolunu oynamasını 

və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: ―Xarici səbəb bütün başqa səbəblərdən 

daha artıq səbəbdir‖. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

45 


Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini 

yenidən nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış 

prosesində yeni, son dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib 

gözlənilməz assosiasiyalara rəvac verə bilər. 

Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar 

əslində əsər yox, mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin 

aparıcı kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida 

tərəfindən təklif olunan bu neologizm ―destruksiya‖ (‖dağıtma‖, ―sökmə‖) və 

―konstruksiya‖ (‖quraşdırma‖, ―tikmə‖) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində 

meydana gəlmişdir. Dekonstruksiya prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə 

- kompozisiya, süjet, üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü şərh 

əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir oxucu mətnin yaradıcısı statusunu 

qazanır. Məhz buna görə də ―hər bir mətn daim (oxucu tərəfindən. - Q.Q.) burada və indi 

yazılır‖‗. (R.Bart). 

Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində, 

postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən 

qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin ―polifonik‖ (çoxsəsli) romanı konsepsiyasını 

təhlil edərkən onun əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud 

olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən 

görkəmli nümayəndəsi H.Gadamer də özünün ―Həqiqət və metod‖ əsərində göstərirdi ki, 

hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir 

yerdə həqiqəti ortaya qoyur. Filosofun terminologiyasında ―deyim‖ və ―mətn‖ sinonim 

anlayışlar olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin kontekstində mövcud 

olması ideyasından çıxış etməsi nəticəsinə gələ bilərik. Bu faktların əsasında fransız 

postmodernist fikrinin nümayəndəsi Y.Kristeva ―intertekstuallıq‖ anlayışını irəli sürmüş 

və göstərmişdir ki, ―hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir‖. 

Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər mətnlərin eklektik 

toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar etdikləri 

meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif 

semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdir...  

 

 

 



 

 

 



 

1   2   3   4   5   6   7   8   9   ...   58


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə