Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
95
icma istiqamətini üstələmişdir. Amerikan sisteminin belə bir nəticəyə gəlib çıxması
təsadüfi deyil. Ancaq onu heç cür qaçılmaz adlandırmaq olmaz, və o, heç də
demokratiyanın məcburi nəticəsi deyildir. Konstitutsiyaların tədqiqatçısı Meri Enn
Qlendonun qeyd etdiyi kimi, ABŞ, yalnız özünəməxsus bu cür Avropa
demokratiyalarından tamamilə fərqli olan, "hüquqlar dilinə" malikdir. Bu liberal
amerikan dialekti asiyalıların çoxunun ağlında per se demokratiya ilə səsləşməyə
başlamışdır.
Beləliklə, liberal demokratiyanın taleyini müəyyəndirməyə kömək edəcək mübarizə
institutların hansı təbiətdə olmasına görə aparılmayacaqdır, çünki artıq bu məsələ barədə
bütün dünyada xeyli dərəcədə konsensus əldə edilmişdir. Əsl mübarizə vətəndaş
cəmiyyəti və mədəniyyət səviyyələrində gedəcəkdir. Öz avtoritar keçmişlərindən doğulan
yeni demokratik dövlətlər üçün bu sferaların tənqidi əhəmiyyət kəsb etdiyi çoxları
tərəfindən etiraf olunur. Ancaq, hazırda ABŞ-da baş verən "mədəniyyət müharibələri"
göstərir ki, vətəndaş cəmiyyətinin sağlamlığı və dinamikası çoxdan mövcud olan və açıq-
aşkar stabillik dövrünü yaşayan demokratik dövlətlərdə də problematik məsələ olaraq
qalır.
Dilimizə çevirdi: T.İmranoğlu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
96
Jorj Polti
"Bütün dünya ədəbiyyatı bir konspektdə - 36 dramaturji situasiya..."
Səlim Babullaoğlu. ―36 dramatik situasiya‖ və ya bəşər günahlarının təsnifatı ..."
Poltinin adı sənət tarixinə qızıl hərflərlə yazılıb. O, "36 dramaturji situasiya" adlı
tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi. Jorj Poltinin əsəri zamanında
və demək olar bütün proqressiv dünyada olduqca böyük diqqət cəlb eləmişdi. O, bütün
ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi...
POLTİ KİMDİR?
Bizim hamımız bu dünyaya təcrübə qazanmağa və onu bölüşməyə gəlmişik: təcrübənin
işarəsi, lazımlılığı dartışıla bilər.
Bunu həyatıyla yanaşı əyani fəaliyyətə çevirənlər, dolayı yolla, bu işi iki dəfə görənlər
yazıçılardır.
Və bizim hamımız dəfələrlə hər bir yazıçının təkcə həyat və mütaliə təcrübəsinin bədii
əsərdəki əksi ilə deyil, həm də yazıçılıq, yazı, ―mətbəx təcrübəsini‖ bölüşən yazılarıyla da
rastlaşmışıq.
Nüfuza çevrilmış, təsdiqini tapmış bir çox yazıçı və şairlər olub ki, ―kitabı necə
oxumalı‖, ―gənc yazıçıya tövsiyyələr‖, ― düzgün oxu qaydaları‖, ―dünya ədəbiyyatı
kitabxanası‖ və sair bu kimi esselər, məqalələr yazıblar.
Belə yazıların praktik tərəfi bir yana, amma etiraf edək ki, onlar ən azı sevdiyimiz
yazarlarla daha yaxın tanış olmaq imkanı verib bizə.
―Təsnifləşdirmə-dərketmənin ən ali növüdür‖
M.Plank
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
97
―Təzə söz yazsan,
onun təzəliyinə inansan,
sonra da təzə sözlər olmur deyib
gülsən, ağlasan,
görəcəksən ki, sən daha maraqlısan…‖
Bir şeirdən
Məsələn, yəqin bir çoxumuz Hessenin, Borxesin və Brodskinin tərtib etdikləri ―Dünya
ədəbiyyatı kitabxana‖larını maraqla oxumuşuq, bəlkə müqayisə belə eləmişik.
Bu tip yazılar, bizi ən azı ―lazımsız kitabları oxumaq‖ yükündən qurtarıb, yaxud da ―əsas
kitabları müəyyənləşdirməkdə‖ əvəzsiz kömək göstərib.
Siyahını uzatmaq olarsa da bunu hər kəs qoy, oxucu kimi və fərdi qayda da eləsin.
Hər bir adam ya şüurlu, ya da intuitiv olaraq ―əvəzolunmazlığını‖ hiss edir, bu hissin
təminatçısı onun diriliyi, yalnız ona aid olan ömrüdür.
Yazıçını isə həmin o ―hər bir adamdan‖ fərqləndirən bu əvəzolunmazlığı, təcrübəni dilə
gətirmək imperativinin gücüdür.
Yaradıcılığın erkən çağında bu güc yazanın gözlərini o qədər tutur ki, o, özündən əvvəlki
irsin fərqində olmur(hərçənd tərsini düşünür), yaxud olmaq belə istəmir.
Sonra isə nağıllardakı kimi üç yol ayrılır: biri qrafomaniyaya, biri susqunluğa, o biri isə
ecazkar və yeni üsluba aparıb çıxarır.
Bütün izmlər, konsepsiyalar, cərəyanlar, məktəblər həmin sonuncu yolboyu baş
verənlərdir.
Yalnız o yolun yolçuları şüurlu şəkildə anlayırlar (bu yerdə mən çox sevdiyim fikri bir
dəfə də sitat gətirmək məcburiyyətində qalıram) ki, bir şey heç nəyə bənzəmirsə - o
yoxdur (Pol Valeri) və bizim hamımızı əlifba kitabından plagiatda nə qədər desən ittiham
eləmək olar.
Görünür, dünya teatr tarixində dərin iz buraxmış, fyabların (fiabe) yaradıcısı olan Karlo
Qozzini də ( Carlo Gozzi -1720-1806; görkəmli italyan dramaturqu, teatrşünası, məşhur
əsəri ―Turandot‖ ) həmin bu məsələ ciddi şəkilə düşündürübmüş.
Əks-təqdirdə, Höte (Johann Wolfgang von Goethe - 1749-1832; görkəmli alman şairi,
filosofu və dövlət xadimi) o vaxta qədərki bədii-dramaturji irsi nəzərdə tutaraq bu sözləri
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
98
deməzdi- onun vəfalı katibi Ekkerman yazır: ― ...Sonra Höte Qozzi və onun Venesiya
dell‘arte teatrını xatırladı, orda aktyorlar müəllifdən yalnız süjeti alırlar, qalanı
improvizədi.
Qozzi hesab edir ki, yalnız 36 faciəvi situasiya var; Şiller (Johann Christoph Friedrich
Schiller (1759-1805); görkəmli alman şairi, filosofu) daha çox olduğunu sübut eləmək
üçün xeyli əziyyət çəkdi, amma heç 36-nı belə müəyyənləşdirə bilmədi‖ (bax:
İ.P.Ekkerman ―Höteylə söhbətlər‖, Academia-1934 (Moskva) , səh. 495, 803). Venesiya
teatrının tamaşaçısı olan Höte Qozziylə görüşmüşdümü? Və bu məsələ şəxsi söhbətdəmi
danışılmışdı?
Bəlkə Höte Qozzinin hansısa tədqiqatını oxumuşdu? Bu sullara indi cavab vermək
çətindi. Amma bir şey yəqindi ki, problem çoxlarını düşündürüb və bu gün də rahat
buraxmır.
Məsələn, 2003-cü ildə Rusiyanın Bates VİAG agentliyinin reklamçıları müasir reklam
reallıqlarını-çarxları, xəbərləri araşdırıb bu qənaətə gəldilər ki, bütün reklamları ―30 süjet
və mövzu‖ deyə ümumuləşdirmək olar.
Düşünülə bilər ki, reklamçıların məsələyə nə dəxli var? Amma sənət olub-olmamasını
kənara qoysaq, reklam filmləri və ya çarxlarının kinodan ayrılmış bir qol olduğu kimsə
də şübhə doğurmaz; kino isə özünə qədər poeziya→dramaturgiya→nəsr yolunu
keçmişdi.
Günümüzdən bir az əvvələ qayıdaq. 1972-cı ildə, Qozzidən 150 il sonra bu məsələdə ən
təəccüblü mövqeni Borxes (Jorge Luis Borges -1899-1986; görkəmli argentina şairi,
nasiri, esseisti , publisisti) ortaya qoymuşdu, adını ―Dörd hadisə‖ kimi də tərcümə etmək
mümkün olan ―Los cuatro ciclos‖ başlıqlı kiçik hekayəsində o yazırdı: ― Cəmi dörd
əhvalat var.
Onlardan biri, ən qədimi istehkama çevrilmiş şəhər haqqındadı : şəhərə hücum edirlər və
qəhrəmanlar onu qoruyur (Troya- S.B)... İkinci birinci ilə bağlıdı, qayıdış haqqındadı
(Odissey- S.B.)...Üçüncü- axrarışdı, onu əvvəlkinin başqa variantı saymaq olar (Yason-
S.B.) ...
Üçüncü müqəddəsin intiharı, özünü qurban verməsi haqqındadı (Odin, Atis- S.B.)...
Əhvalatlar cəmi dörddü. Və nə olur olsun, biz yalnız həmin hadisələri bu və ya başqa
şəkildə nağıl edəcəyik.‖
İndisə daha əvvələ qayıdaq. Qozzi tərəfindən ilk dəfə söylənilən, bəlkə də yazılan,
zamanında Höte tərəfindən lazımınca qiymətləndirilən, əslində elə ―Höteylə söhbətlər‖
kitabıyla unudulmayan, uzun onillər sonra yenidən dövriyyəyə buraxılan məsələ Jerar de
Nervalı (Gerard Labrunie de Nerval -1808—1855; romantik məktəbə mənsub tanınmış
fransız yazıçısı, şairi və dramaturqudur) da məşğul etmışdi, amma Nervalın da
hesablamaları 30-dan o yana keçməmişdi, hətta bəzi mənbələrə görə 24-dü.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
99
Problemi adını sənət tarixinə qızıl hərflərlə yazmış Polti çözmüşdü. O nəyi müəyyən
etmişdi? Hələlik həyatı və bioqrafiyasıyla bağlı onsuz da kasad məlumatlar olan müəllifi
bir kənara qoyub onun bütün ədəbiyyatın süjet- mövzu təsnifatını vermiş ―36 dramatik
situasiya‖ əsərinə , daha doğrusu əsərdən çıxarışa- qısa siayhıya nəzər salaq: 1) yalvarış;
2) xilas; 3) cinayət əvəzinə intiqam; 4) bir qohumdan digər qohuma və ya qohumlara
görə intiqam; 5) təqib; 6) qəfil bədbəxtlik; 7) özgə qəddarlığının və bədbəxtliyinin
qurbanı; 8) qiyam; 9) cürətli cəhd; 10) qaçırılma; 11) sirr, və ya tapmaca; 12) bir şeyin
əldə olunması və ya məqsədə çatma; 13) yaxınlara nifrət; 14) yaxınların rəqabəti; 15)
qətlə aparıb çıxaran adyülter ( zina, vəfasızlıq) ;16) ağılsızlıq və ya dəlilik; 17) nəhs tale
yazısı ; 18) məhəbbbətə görə biixtiyar cinayət; 19) zorən yaxın adamın qatilinə
çevrilmək; 20) ideal naminə özünü qurban, fədailik; 21) yaxınlarına görə özünü qurban
vermək; 22) ehtiras üçün hər şeyi qurban; 23) qaçılmazlıq və vacibat üzündən yaxın
adamın qurban verilməsi; 24) bərabər olmayanların rəqabəti; 25) yenə adyülter (zina,
vəfasızlıq, xəyanət); 26) məhəbbət cinayətləri; 27) doğma və ya sevimli insanın
şəərəfsizliyindən xəbər tutmaq; 28) sevgi maneələri və ya əngəlləri; 29) düşmənə sevgi;
30) şöhrətpərəstlik və hakimiyyət sevgisi; 31) Yaradana üsyan; 33) məhkəmə səhvi; 34)
vicdan əzabı; 35) itirilən və tapılan; 36) yaxınların itkisi
İndisə gəlin təsnifata uyğun bəzi əsərləri xatırlayaq: Şekspir -―Hamlet‖(4) ; Şiller-
―Quldurlar‖ (5); Molyer -―Don Juan və ya Esxil- ―Zəncirlənmiş Prometey‖(5,31); Zolya-
―Pul‖və ya Anfons Dode -―Tartarenin sonu‖(6) Şiller-― Vilhelm Tepl‖ və Zolya -
―Jerminal‖ (8); Esxil- ―Prometey-od oğrusu‖, Jül Vernin bir çox macəra romanları (9);
Mopassan- ―Pyer və Jan‖ (14); Qonkur -―Əxlaqsız Eliza‖(16); Esxil, Sofokl, Kornel və
Volterin ―Edip‖i(18) ; Hüqo- ―Kral şənlənir‖ (19); Tolstoy -―Dirilmə‖(20); Qonkur-
―Zemgano qardaşları‖(21); Şekspir- ―Antoni və Kleopatra və ya Puşkin- ―Misir
gecələri‖(22) Esxil- ―İfiqeniya‖və ya Hüqo ―93-cü il‖ (23); Şiller- ―Mariya Stüart‖(24);
Flober- ―Madam Bovari‖ və ya Tolstoy- ―Kreyser sonatası‖ (25); Sofokl -
―Fedra‖(26);Şekspir- ‖Romeo və Cülyetta‖(29), Şekspir- ‖Maqbet‖ və ―III Riçard(30);
Şekspir-.‖Otello‖ (32) ;Dostoyevski- ―Cinayət və cəza‖ (34); Jül Vern- ―Kapitan Qrantın
uşaqları (35)
Bu siyahıya əlbəttə ki müvafiq bölmələrə uyğun olaraq, Servantesin ―Don Kixot‖unu,
Dümanın ―Üç müketçi‖sini, Rablenin ―Qarqantua və Pantaqrüel‖ini, Dostoyevskinin
―Anna Karenina‖sını, Tolstoy, ―Tövbə‖sini, Çexovun ―6 saylı palatasını‖, Qorkinin
―Ana‖sını, Strinberqin ―Tənha‖sını, Hessenin ―Yalquzağ‖ını, Hamsunun ―Viktoriya‖ və
―Pan‖ını, ―Kafkanın ― Hökmü‖nü, Bekketin ―Qodonu gözlərkən‖ini, Kamyünün
―Yad‖ını, ―Sartrın ―Divar‖ını, Oruelin ―1984‖ünü, Nabokovun ― Edam kötüyü‖ və
―Lolita‖sını, Pinterin ―Məşuq‖unu, daha nələri və nələri əlavə eləmək olar. Hətta bütün
dünya ədəbiyyatını.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
100
Şəxsən mən mövzu və ya situasiya başlıqlarına təkrar baxdıqca, kursoru aşağı yuxarı
çəkdikcə yaddaşımı zorlamadan milli ədəbiyyatımızdan bir çox nəsr və dram əsərlərini,
filmləri xatırlayırdım: ―Nadanlıq‖, ―Şamdan bəy‖, ―Nadir Şah‖, ―Xırs Quldurbasan‖,
―Hacı Qara‖, ―Sevil‖, ―Almaz‖, ―Oqtay Eloğlu‖, ―Dağılan tifaq‖, ―Ölülər‖, ―Topal
Teymur‖, ―Şeyx Sənan‖, ―İblis‖, ―Leyli Məcnun‖ və ümumiyyətlə Nizaminin ―Xəmsə‖si
, ―Əli və Nino‖, ―Qətl günü‖, ―Qılınc və qələm‖, ―Məşhər‖, ―Ömür urası‖, ―Babək‖,
―Nəsimi‖, ―Bizim Cəbiş müəllim‖, ―Gün keçdi‖, ―Dədə Qorqud‖,―Beşmərtəbəli evin
altıncı mərtəbəsi‖, ―Qayınana‖, ―Əhməd haradadır‖, ―Onu bağışlamaq olarmı?‖ və sair və
ilaxır... Siyahını hər kəs daha böyük, daha intizamlı təsəvvür edə bilər deyə qaıyıdıram
Poltiyə.
―36 dramatlk situasiya‖ dan başqa daha bir məşhur tədqiqatı- ―Rəmzləri kəşf etmə sənəti‖
ilə xatırlanan fransız yazıçısı, sənətşünası və teatr xadimi Jorj Polti ( Georges Polti )
1868- ci ildə anadan olub, zamanında kifayət qədər tanınıb, xüsusən sürrealistlərlə
yaxınlığı ilə seçilib.
Ölüm tarixi haqqında dəqiq olmayan müxtəlif məlumatlar var .
Qardaşı Jülyen Polti ( Julien Polti ; 1877-1953) dünya çapında tanınmış memar olub.
1896-cı ildə fransızca çap olunan ―36 dramatik situasiya‖ 1916-cı ildə ilk dəfə ingilis
dilində çap olunub. Sonradan Fransanın, İngiltərənin və ABŞ-ın ―Fayard‖, ―Gallimard‖,
―Penguin‖, ―Ridgewood-New Jersey‖ və başqa nəşriyyatları, elmi mərkəzləri tərəfindən,
eləcə də onlarla dildə və interpretasiyada, gah ―situasiyalar‖, gah ―süjetlər‖, gah
da―motivlər‖ deyə nəşr olunur, xatırlanır.
Hərçənd akademik ədəbiyyatşünaslıq ―situasiya‖, ―süjet‖, ―motiv‖ kateqoriyalarnı dəqiq
sərhədlərlə ayırsa da onların arasında şərti bərabərlik işarəsi qoymaq da olar. Amma yenə
də ―dramatık situasiyanın- personajdan güclü vəziyyət‖ kimi səciyyəsi nəzərə alınaraq
məhz ―sitauasiya‖ sözünə üstünlük verilib, necə deyərlər, məhz ―situasiyada hər şey
özünü faş edir‖.
Başqa tərəfdən, bu təsnifatın banisi hesab olunan Qozzinin Höte tərəfindən sitat olunan
fikrində ―faciəvi situasiyadan‖ danışılırdı ki, görünür ―dramatik‖ sözüylə Polti bir
tərəfdən faciəviliyi, digər tərəfdən isə bütövlükdə ―janrı‖ nəzərdə tuturdu .
Hər halda o öz tədqiqatında 1200-dən çox dram əsərini sərf-nəzər eləmişdi.
Jorj Poltinin əsəri zamanında və demək olar bütün proqressiv dünyada olduqca böyük
diqqət cəlb eləmişdi. Voloşin ( Maksimilian Voloşin (1877-1932); görkəmli rus
şairi,tərcüməçisi, rəssamı, ədəbiyyatşünası və ictimai xadim) ölümünə bir neçə ay qalmış
qeydə aldığı gündəliklərində 1916-20 –ci illərə təsadüf edən Paris günləri və Jorj Polti
haqqında yazırdı: ―...
O axşam, daha əvvəllər ―36 dramatik situasiya‖ əsərinin müəllifi kimi tanıdığım Jorj Polti
ilə tanış oldum.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
101
Bilirdim ki, bu adam ―Hötenin Ekkermanla söhbətləri‖ kitabına əsasən bir mətləbin izinə
düşmüş , onu tapmış və sübut eləmişdi. Belə ki, həmin kitabda Höte Qozziyə istinad
edərək bütün ədəbiyyatda mövzu və süjetlərin 36-dan çox olmadığını söyləyirdi.
Amma Karlo Qozzinin işləri arasında belə bir araşdırmaya heç kim rast gəlməmişdi.
Polti bunun doğru olduğunu sübut etmişdı və belə çıxırdı ki, həmin yazıları tapmışdı...
Polti mənə həm də ―Merkür‖ün köhnə saylarındakı "gemographia‖- qanın təsviri və
təhlili ilə bağlı yazılarından danışdı. O axşam biz görüşdük.
Şekspirdən, Bodlerdən, dramatirji təcrübədən danışdıq, o mənə bəzi yazılarının surətini
hədiyyə elədi...‖
İnqilaba qədərki ―Teatr və incəsənət‖ jurnalında, ―Paris məktubları‖nın birində
A.V.Lunaçarski (Anatoli Vasilyeviç Lunaçarski (1875-1933; rus-sovet yazıçısı,
tərcüməçi, publisist, sənətşünas, akademik, maarif naziri, siyasi xadim)
yazırdı : ―Hötenin Ekkermanla söhbətləri‖ndə ― Qozzi, cəmi 36 faciəvi situasiya
olduğunu iddia edir, özü də Şiller də bunun üzərində çox baş sındırıb və nəhayət
razılaşıb‖. Bu olduqca impozant məqamdı . Qozzi XVIII əsrin ən itizəkalı, hazırcavab
yazıçılarındandır.
Və birdən Höte, Şiller kimi dramaturqlar ilk baxışdan məhdud görünən bu rəqəmlə
razılaşırlar. İndi Polti bunu təsdiq edir, adlarını verir, özü də xeyli sayda keçidlər və
variantlar sadalayır.
O bunu necə hesablayıb? Bütün dövrlərdən və ədəbiyyatlardan olan 1200 dramaturji əsəri
təhlil edib, bölmələrə, başlıqlara ayırıb, 8 000 -ə yaxın personajın taleyini
izləyib,ümumiləşdirmə aparıb.
Əlbəttə, o burda heç bir mistik və kabbalistik bir şey görmür və bilir ki, onunla asanlıqla
razılaşmamaq da olar, bəzi variant və varisasiyaları birləşdirmək olar.
Hər necə olur-olsun, deməli bütün dəyişmə cəhdləri 36 rəqəminin ətrafında baş verəcək.
Mən Poltinin siyahısını göz atıb onu yoxlamaq istədim. Amma təxəyyülümü necə zora
salmağa cəhd etdimsə də başa düşdüm ki, yeni şərait deyə tapdığım təzə situasiya artıq
müəllif tərəfindən başqa bir əsas variantın törəmə variasiyası kimi nəzərə alınıb.Şiiler
təvazökarlıqla tapdığı əsas situasiyaların heç 30-a çatmadığını deyirdisə, Polti onu
ustalıqla, bəzən bir məqamı, notu iki, hətta üç dəfə bu və ya başqa variantda qeyd edir.
(...) Bütün ziddiyyətli tərəfləri ilə yanaşı kitab olduqca diqqətəlayiq və lazımlıdı.‖ .
Polti təsnifatının ixtisarla təklif olunan rus variantını təqdim etməmişdən əvvəl Belyanski
və Vdovenko bunları da qeyd eləməyi unutmurlar: ―
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
102
Nəzərə almaq lazımdır ki, Poltinin təqdim etdiyi süjetlər yox, motivlər, şəraitlər,
situasiyalardır...
Polti tədqiqatının zəif yeri məncə onu tarixdənkənar, tarixilikdən kənar olmasındadır.
Ona görə də bu gün elə şəraitlər var ki, onlar, necə deyərlər, ya ―səslənmirlər‖, ya da
başqa keyfiyyətdə, özgə cürə görünürlər. İnsan, onun dünya görüşü, qanunlar, ailə və
nigah münasibətləri, onu tənzimləyən hüquq indi tamam başqadır.
İşin digər zəif yeri,Lunaçarski tərəfindən doğru qeyd olunan kimi, vahid təsnifat
prinsipinin olmamasıdır, təsnifatında o olduqca azad davranıb, bəzən bir situasiyanın
variantları özləri müstəqil variantlar kimi çıxış edə bilərlər.‖
―İstənilən təsnifatdakı səhvlər əşya və hadisələrin təbiətinə, səciyyəsinə təsir etmirsə də,
nəzəriyyənin və onun dərkinin də inkişafına mütləq təsir edir‖ (A.Mirzəcanzadə) - bu
məqam nəzərə alınmaqla Poltinin günümüzədək dartışılan tədqiqatı böyük ehtimalla
ədəbiyyat durduqca, yazıldıqca öz aktuallığını saxlayacaq, imrpovizə olunacaq, təsdiq və
inkar ediləcək, ixitisar və əlavələrə məruz qalacaq.
Çünki bəşər yaradıcılığı olan ədəbiyyatın məhvərində elə insanın özü dayanır.
Səhvləri və günahlarıyla. Əlbəttə Poltinin əsəri bədii və analitik təfəkkür üçün yeni
ideyalar və perspektiv vəd edir amma şəxsən mənim üçün Polti ―bölgüləri‖ yalnız bir
əsas məqamıyla maraqlı oldu. Anladım ki, bir çox məsələlərlə olduğu kimi bu bölgünün
də əsasında yenə üç böyük səmavi kitabda əksini tapan, həzrəti Musaya Sinada bəxş
olunmuş qadağa-qanunlar (dekaloq), həzrəti İsanın ―Dağdakı moizələri‖, həzrəti
Məhəmmədin insanları tez-tez saqındırdığı böyük günahlar durur. Və Polti tədqiqatının
doğru adı bəlkə ―Bəşər günahlarının təsnifatı‖ ola bilərdi.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
103
Jorj Polti
36 dramaturji situasiya
1.
Yalvarış.
Siutasiyanın elementləri: 1) təqibçi; 2) təqib olunaraq kömək, sığınacaq və bağışlanmaq
istəyənin yalvarışları; 3) müdafiənin, özü də müdafiə üçün ilk başdan qərarlı olmayan,
tərəddüd edən, özünə əmin olmayan və elə buna görə də yalvarışları, situasiyanı həm
emosional olaraq,həm də kəmiyyətcə gücləndirən, köməyə tələsməyən güc;
Nümunələr: 1) təqib olunanlar, qaçanlar düşməndən qorunmaq, xilas olmaq üçün hər
hansı bir gücə,nəhəngə yalvarırlar;2) qadağan olunmuş dini borcunu yerinə yetirmək
istəyənlər kömək istəyirlər;3) ölmək və canını tapşırmaqdan ötrü sığınacaq üçün
yalvaranlar; 4) gəmidə qəzaya uğrayaraq sığınacaq axtaranlar; 5) ölkəsini biabır etmiş və
ordan qovulmuşların yalvarışları və mərhəmət istəmələri; 6) bağışlanma:əfv üçün, şəfa və
xilas üçün yalvarışlar; 7) bədənin və ya cəsədin, xatirə olan əşyaların, tutyaların
qaytarılması üçün xahiş və yalvarışlar;8)iqtidar sahiblərinə əziz adamların və qohumların
bağışlanması üçün yalvarışlar;9) bir qohuma digəri üçün ağız açma və yalvarışlar; 10)
məşuqun anasına onun adından xahiş və yalvarma;
«36 dramatik situasiya» fransız yazıçısı və sənətşünası Jorj Polti tərəfindən hazırlanan,
xəyalən və ya real təhkiyədə mümkün hər bir dramatik stiuasiyanı indeksləşdirmək və
qətiləşdirmək məqsədi güdən təsviri siyahıdır.
Bunun üçün Polti 1200-dən artıq klassik yunan mətnlərini, eləcə də fransız klassikasını
və dövrünün çağdaş ədəbiyyatını təhlil edib.
Qismən də digər Avropa ədəbiyyatlarını. Tədqiqatına giriş yazısında Polti yazır ki, artıq
ona qədər bu işi görmüş olan və yenə 36 rəqəmi və ya 36 stiuasiya üzərində dayanan
Karlo Qozzinin işini davam elətdirib. Yaxud təkmilləşdirib. Bu siyahı daha böyük
nümunələr və izahların yer aldığı eyniadlı kitabdandır.
|