Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə10/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   6   7   8   9   10   11   12   13   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

67 


sözü də bununla əlaqədar idi. Ədəbi təsvirin dəqiqliyi elmi fakt dəqiqliyi ilə müqayisə 

olunurdu və yazıçıdan elmi obyektivlik tələb edilirdi. 

Naturalizmin əsas prinsipindən – həyati konkret müşahidə ilə öyrənmək və göstərmək 

prinsipindən Balzak da istifadə etmişdi və bu yolla böyük məhsuldarlığa nail olub 

doxsandan artıq roman yazmışdı. Lakin Balzak üçün həmişə bədii ümumiləşdirmə üsulu 

daha əsas idi. O konkret müşahidələrdəki ən fərdi, ünvanlı cəhətləri atırdı. Lakin Emil 

Zolya və onun davamçıları canlı müşahidəni məqsədə çevirirdilər. O özü şaxtaçıların 

həyatını öyrənib ən yaxşı romanlarından birini ― Jerminal‖ əsərini yazmışdı. 

Əlbəttə, naturalizmin proqramında və təcrübəsində ədəbiyyatın inkişaf tarixi üçün mütləq 

yenilik yox idi, bu realizmin ümumi inkişaf məcrası daxilində olan bir hadisə idi. Emil 

Zolya sadəcə öz zəmanəsində coşqun inkişaf edən elmi prinsip və informasiyadan, elmin 

nəticələrindən ədəbi yaradıcılıqda istifadə etməyə çağırırdı. Bu isə əslində onun həyata 

qiymətləndirici münasibətinin Balzaka nisbətən yoxsulluğunu doldurmaq üçün idi. Bu 

mənada naturalizm realizmin tarixi inkişaf üsullarından və yollarından biridir və öz 

proqramı və prinsipi ilə dünyanı ədəbi təsvirin əsas fundamental əlamətinə – dünyanı 

fərdi görümdə təsvir prinsipinə bir qədər zidd idi. Aydındır ki, naturalistlər elmin 

nailiyyətlərindən istifadə yolu ilə özlərinin dünyaya qiymətləndirici münasibətlərini 

fərdiləşdirmək üçün istifadə edirdilər. 

Naturalizm çox inkişaf etmədi: çünki onun təsvir prinsipi naturalistlərdən əvvəl də, 

onlardan sonra da olmuşdur. Sosialist realizmində, bədii publisistikada, sənədli kinoda, 

foto sənətində, neorealist kinoda naturadan təsvir prinsipindən geniş istifadə edilmişdir və 

edilir. Müasir bədii kinoda müəyyən fərdi tibbi xəstəlik tarixçələrini ssenariləşdirən kino 

janrı da naturalist sayıla bilər. Əslində hər bir yazıcı az-çox naturalistdir. E.Zolya öz 

naturalistliyini prinsip kimi təbliğ edirdi, amma sonralar yazıcılar bu təbliğatda aktual 

məntiq görmədilər 

Neoklassisizm 

 

Ədəbiyyatda neoklassisizm məhdud bir dövrü (1890-1900-cü illərin ortası) əhatə edən 



cərəyan kimi götürülür. Neoklassisizm antik obraz və motivlərdən, süjet və 

konfliktlərdən istifadəyə əsaslanan ideya-üslub prinsipidir. Ötən əsrin 30-cu illərində 

ABŞ ədəbiyyatındakı "yeni humanizm" də neoklassisizmin bir növü idi. 

 

Parnas 

(fr. "Parnasse") 

 XIX əsrin ikinci yarısında Fransada ədəbi cərəyan, məktəb. Fransız şairləri Ş.Lekont De 

Lil, T.Qotye, Ş.Bodler, A.Sülli-Prüdom, P.Verlen, S.Mallarme və başqaları tərəfindən 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

68 


yaradılmışdır. Parnasizmdə "sənət sənət üçündür" ideyası müdafiə olunur, ədəbiyyatın 

ictimai-siyasi rolu qəbul olunmur, bədii forma əsas götürülür. 



 

Personalizm 

 

 (lat.persona-şəxsiyyət) 

Şəxsiyyəti ilkin reallıq və ali ruhi sərvət, bütün aləmi isə ali şəxsiyyətin (Allahın) 

yaradıcı fəallığının təzahürü hesab edən cərəyan.P.Leybnitsin monadologiyası ilə ilə 

əlaqədardır və XIX əsrin sonu XX əsrin əvvələrində yaranmışdır. Aləmin elmi-materialst 

anlayışına qarşı çıxan personalizmin konsepsiyasına görə təbiət ruh-"şəxsiyyətlərin" 

məcmusundan ibarətdir (Plüralizm), "Ali şəxsiyyət"-hər şeyə qadir Allahdır (Teizm). 

B.Boun, R.Flüellinq, E.Braytmen,E.Munye, J.Lakrua bu cərəyanın görkəmli 

nümayəndələri hesab olunurlar. 

 

Postmodernizm 



 

Postmodernizm - XX əsrin ikinci yarısında fəlsəfədə, incəsənətdə, ədəbiyyatda inkarı 

inkar nəticəsində yaranmış cərəyan. 

Bir vaxtlar modernizm klassik, akademik dəyərləri inkar edib yeni bədii formalar 

yaratdığı kimi postmodernizm (almanca "moderndən sonra gələn") də modernizmi inkar 

edərək ədəbiyyatda xaos, elementlər müxtəlifliyi yaradır. Postmodernist amerika yazıçısı 

Con Bartın fikrincə, postmodernizm - keçmişin mədəniyyətindən şirə çəkən bədii 

təcrübədir. Postmodernizm nəzəriyyəsi məşhur filosof J.Liotarın, Jak Derridanın və 

digərlərinin fəlsəfi konsepsiyası əsasında yaranıb. Onun fəlsəfəsinə görə "dünya-

mətndir", "mətn-reallığın yeganə mümkün modelidir". Postmodernizmin əsasında duran 

ideya mənbələrindən bri olan Poststrukturalizmin nəzəri əsaslarının hazırlanmasına 

filosof-kulturoloq Mişel Fukonun və başqalarının böyük rolu olmuşdur. C.Bart, T.Pinçon, 

C.P.Danlivi, D.Bartel ("Qara yumor məktəbi"nin nümayəndələri), D.Delillo, J.Dölöz, 

F.Qatari, U.Eko, U.Gibson,C.Barns, İ.Kalvino və b. postmodernizmin görkəmli 

nümayəndələri hesab olunurlar. 

 

Müxtəlif sahələrdə postmodernism 



Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz 

postmodernizm anlayışları mövcuddur, və intellektual əməyin ən müxtəlif sahələrində 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

69 


postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, 

mübahisələr aparılmaqdadır. Riyaziyyatda modernizm hərəkatı 20-ci əsrin əvvəllərində 

başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt üçün vərdiş 

edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu 

günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri 

belə tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından 

başlayaraq riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri 

öyrənməyə meylləndilər. 

Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial 

mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz 

postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq. 

Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş 

bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya 

postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma 

postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də 

sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin 

əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası 

ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, 

hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, 

Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern 

yazıçılardır. 

Postmodernizm haqda bir-iki kəlmə 

 

Azərbaycan ədəbi mətbuatında postmodernizm haqda ən yaxşı halda olduqca qəribə və 



anlaşılmaz, ən pis halda isə gülməli və uğunub getməli fikirlər ara vermir. Məsəlçün, 

tənqidçi Esəd Cahangir 525-ci qəzetdə hansısa əsərin postmodern olduğunu 3 müddəayla 

"əsaslandırır" ki, bunlardan biri tamamilə anlashılmaz və mənasız, o birisi dibindən 

yanlışdır; 3-cü müddəa isə budur: "əsər çap olunmamışdan əvvəl onun müxtəlif 

kanallarla reklamı aparılır". Yaxud, dünyanın ən məşhur postmodern müəlliflərindən 

çoxunun öz əsərlərinin postmodern olub-olmadığı haqda "bu barədə nəsə demək mənə 

çətindir" kimi yazıçıya yaraşan təvazökarlıqla (və əslində əsl həqiqəti əks etdirən) 

cavablar verdiyi bir zamanda Azərbaycanda hansısa müəllif daha o yer qalmayıb car 

çəkməsin ki, bunun əsəri postmoderndir, və bu hansısa bir coğrafi məkanda guya 

postmodernizmin bansidir. Iş o yerə gəlib çatıb ki, mən - riyaziyyatçı baba və həvəskar 

yazıçı - nəzəri hazırlığımın çox aşağı olmasına baxmayaraq indi də durub tənqidçilik 

eləmək fikrinə düşmüşəm və bu yaxın vaxtlarda, inşallah, "Ədəbiyyatda postmodernizmə 

dair" məqaləni diqqətinizə çatdırmağı ciddi düşünürəm.  

525-ci qəzetdə və "Nar"da qarşılıqlı sayğısızlıqla müşaiyət olunan konfliktin təcililiyini 

nəzərə alıb öncədən, qısaca da olsa, aşağıdakıları demək istərdim:  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

70 


Elm tarixində ən böyük şəxsiyyətlərdən olan (riyaziyyatda topologiyanın, fizikada 

nisbilik nəzəriyyəsinin banisi) fransız alimi-filosofu Anri Puankare yazırdı:" bəzən elə 

olur ki, bir söz, tək bircə söz ixtira edirsən və sonra həmin söz özü bir ixtiraçıya 

çevrilir…" Puankare buna misal olaraq fizikada "enerji", riyaziyyatda "qrup" sözlərini 

diqqətə çatdırırdı. Zənnimcə "postmodernizm" belə sözlərdəndir! "Post" + "modern" kimi 

ilk baxışda aydın bir mənası olan bu söz hər bir təhsilli adamın diqqətini bir maqnit kimi 

çəkir, düşüncələrini sonsuzluğa qədər məşğul etmək gücündəymiş kimi görünməkdədir.  

Fəlsəfənin, ədəbiyyatın, sənətin, arxitekturanın və bir çox başqa sahələrin öz 

postmodernizm anlayışları mövcuddur, və intellektual əməyin ən müxtəlif sahələrində 

postmodernizm barədə ciddidən tutmuş anekdot səviyyəsinə qədər söz-söhbətlər, 

mübahisələr aparılmaqdadır. Hətta, mən özüm, bir riyaziyyatçı kimi, riyaziyyatda 

postmodernizm nə deməkdir mövzusunda mənasız spekulyasilyalar edə bilərəm. Bir şeyi 

demək yerinə düşür ki, riyaziyyatda modernizm hərəkatı 20-ci əsrin əvvəllərində 

başlayıb, bu hərəkatın nəticəsində çoxlu sayda çox böyük, uzun, o vaxt üçün vərdiş 

edilməmiş bir dərəcədə abstrakt nəzəriyyələr meydana gəldi, və deyək ki, günün bu 

günündə də bizim Bakı universitetlərində həmin bu qrandioz nəzəriyyələrin elementləri 

belə tədris olunmur (funksional analiz istisna olmaqla). Amma 20-ci əsrin sonlarından 

başlayaraq riyaziyyatçılar uzun nəzəriyyələri yox, daha çox konkret nümunələri 

öyrənməyə meylləndilər. Və təsəvvür edin, Azərbaycanda da həmin o qrandioz 

nəzəriyyələrdən heç bir anlayış olmadan, onların üstündən adlayıb ayrı-ayrı nümunələrin 

öyrənilməsinə başlansa, bu, Qərbdəkindən fərqli bir mənzərə yaradacaq! Bu təxminən 

ona bənzəyəcək ki, Iran hökumətindən kimsə deyirmiş ki, Qərb bizi modern olmamaqda 

suçlaya bilməz, çünki biz postmodernik!  

Ədəbiyyatda postmodernizm fəlsəfi mənada postmodernizmlə və daha geniş sosial 

mənada işlənən "postmodernizm"lə sıx bağlıdır. "Biz postmodern insanlarıq", "biz 

postmodern dövrdə yaşayırıq" kimi cümlələr işlədə bilərik, və həqiqəti demiş olarıq.  

Postmodernizm ədəbi janr yox, müxtəlif ədəbi janrları, stilləri özündə birləşdirən geniş 

bir ədəbi hərəkatdır. Intertekstuallıq, haşiyə çıxma, imitasiya, eklektisizm, dekonstruksiya 

postmodernizmin ÇOXLU SAYDA xarakterisitkalarından bir neçəsidir, amma 

postmodernizm həm də müxtəlif çox ciddi ədəbi janrları əhatə edir. Bu janrlardan biri də 

sehrli realizmdir (magical realism). Terminin tarixi qədimdir, amma daha çox Markesin 

əsərlərindən sonra populyarlaşdığı üçün bəzən müəyyən dövr Latın Amerikası 

ədəbiyyatına aid edilisə də, əlbəttə, bir ciddi ədəbi janr kimi ayrıca tərifi verilir, və təbii, 

hər hansı məkana və zamana məhdudlaşdırıla bilməz. Horhe Borhes, Toni Morrison, 

Salman Rüşdü kimi məşhur sehrli realist yazıçılar həm də məşhur postmodern 

yazıçılardır. Cənubi Amerika ədəbiyyatında duyulan ruhca bizə yaxınlıq ona görə deyil 

ki, bu əsərlər sehrli realist janrdadır, bu sadəcə latın mentaliteti, latın ruhu ilə 

azərbaycanlı menatliteti arasındakı yaxınlığa görədir. Eynilə, postmodernizm Qərbin 

janrıdır demək ona bənzər ki, durub deyək, sərbəst şer Qərb şeridir, gəlin biz qoşma, 

gəraylı və məsnəvi yazaq. Bundan əlavə ( və daha vacibi!), postmodernizm məhz 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

71 


universal dəyərləri (və universal səviyyədə təqdim olunan Qərb dəyərlərini) rədd edir, 

lokal dəyərlərə, subyektiv dəyərlərə ayrıca tək bir şəxsin dəyərlərinə inanır. 

"Postmodernizm" termininin (ədəbiyyat çərçivəsində) hələ öz məna yatağına tam yerləşib 

oturmadığı, mübahisələrin, müzakirlərin belə qızğın bir çağında "xaricdə postmodern 

ədəbiyyat olur" demək ("xaric" deyiləndə hara nəzərdə tutulur?!) qəzet səhiflərində Mark 

Tveni vaxtından əvvəl öldürməyə bənzəyir. Yalnız sənətdə postmodernizmin indi az 

populyar oldughunu eşitmişəm, amma anlayışım olmadığı üçün (bəli, mənim ədəbi 

postmodernism haqda yalnız anlayışım var!) bu barədə nəsə deyə bilmərəm.  

Və son olaraq, əgər Azərbaycanda yazıçının kimliyini müəyyən etmək küçədəki adamın 

umuduna qalıbsa (bir "xalq yazıçı"sı fəxrlə deyirdi ki, rayonlara gedəndə onun ayağının 

altında qoyun kəsirlər), onda demək lazımdır ki, küçədəki adam modernist ədəbiyyat 

tərbiyəsi görməyib əsla, və onun postmodern ədəbiyyat haqda fikir yürütməsi yuxarıda 

riyaziyyatdan və Irandan gətirdiyim misallara bənzəyir. Bəlkə bu küçədəki adamların 

təsirindəndir ki, məndə olan təəssürata görə, elə nə yenidirsə postmodern hesab olunur, o 

cümlədən "kitabın çap olunmasından əvvəl müxtəlif kanallarla reklamının aparılması". 

 

Müəllif: Azər Əhmədov 

 

Realizm 

 

Həyat həqiqətinin bədii yaradıcılığın bu və ya digər növünə məxsus spesifik təsvir 



vasitələrilə əks etdirilməsi. Ədəbi termin kimi XIX əsrin 50-ci illərindən fransız 

ədəbiyyatının "realist məktəb" adlanan cərəyan nümayəndələrinin fəaliyyəti sayəsində 

yayılmağa başlamışdır. Adətən realizmə XIX əsrdə romnatizmi əvəz etmiş, naturalizmə, 

müxtəlif modernist cərəyanlara qarşı yönəlmiş bir cərəyan kimi baxılır. Yaradıcılıq tipləri 

kimi realizm və romantizm bədii-estetik cəhətdən bir-birinə qarşı durmur, vahid tamın iki 

cəhətini təşkil edirlər; bədii həqiqət həyat həqiqəti ilə estetik idealın vəhdətində təzahür 

etdiyindən, adətən, romantik əsərlərdə realist, realist əsərlərdə isə romantik ünsürlər 

özünü göstərir. Dünya ədəbiyyatında O.Balzak, Q.Flober, G.Mopassan, Ç.Dikkens, 

M.Y.Dostoyevski, L.Araqon, P.Nerudanın, Azərbaycan ədəbiyyatında isə M.F.Axundov, 

M.Ə.Sabir və C.Məmmədquluzadənin əsərləri realist ədəbiyyatın. parlaq nümunələridir. 

 

Romantizm 

(fr.romantisme)  

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Avropa və Amerika mədəniyyətində ideya-bədii 

cərəyan. Romantizm ədəbi-estetik anlayış kimi Almaniyada "Yena məktəbi" 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

72 


nümayəndələrinin ( Şlegel qardaşları, F.Novalis, L.Tik, V.Vakkenroder) fəaliyyəti (1798-

1802) sayəsində yayılmağa başlamışdır. Romantizmin estetik əsasını "bədii 

ideallaşdırma" prinsipi, müstəsna şəraitdə müstəsna xarakterlərin yaradılması, həyatın 

olduğu kimi kimi deyil, "olmalı olduğu kimi" təsviri təşkil edir. 

Puşkin, M.Y.Lermontov, A.Hofman, C.Q,Bayron, P.B.Şelli, C.Kits, 

V.Hüqo,F.R.Şatobrian, A.Vinyi, C.Leopardi, A.Mandzoni, Ş.Petöfi, K.Maxi, 

M.Eminesku, T.Şevçenko, Azərbaycan ədəbiyyatında isə H.Cavid, M.Hadi, A.Səhhət və 

b. romantizmin ən görkəmli nümayəndələri hesab olunurlar. 

 

Sentimentalizm 

 

Əxlaqi həyatın ölçüsü olaraq duyğunu əhatəyə alan təlimlərin ümumi adı. Fəlsəfə və 



ədəbiyyatda daha geniş rast gəlinir. Çox vaxt rasionalizmə qarşı çıxma olaraq qəbul 

edilir. 


Ədəbi termin kimi ilk dəfə Lessinqin təsiriylə J.J. Bode tərəfindən 1868-də istifadə edilib. 

Duyğunu əsas alan bir ədəbiyyat janrında duyarlığı və romantikliyi əsas və ölçü sayan 

sənət anlayışını ifadə edir. İçə bağlanma, dəymədüşərlilik, gözü yaşlı bir duyğululuq, 

gedərək xoşbəxtliyi ümidsizlik, heç nə etməmək kimi yollarda axtarır. 

 

Simvolizm 

 

(fr. symbolisme, yun.-symbolon-işarə, rəmz)  



XIX əsrin sonu XX əsrin əvvəlində Avropa ədəbiyyatında cərəyan. XIX əsrin 2-ci 

yarısında naturalist romanında realist prinsiplərin təhrifi ilə bağlı olaraq meydana 

gəlmişdir. Simvolizmin estetik əsasları fransız şairləri P.Verlen, A.Rembo, 

Q.Hofmanstal, H.İbsen və A.Blokun yaradıcılığına ciddi təsir göstərmişdir. Oxucunu 

dövrün mühüm ictimai-siyasi məsələlərindən uzaqlaşdıran ifrat fərdiyyətçilik və 

mistikanın təbliği, ədəbiyyatın ictimai vəzifələrinin inkarı, gerçəkliyin mücərrəd 

simvollarla şərti və təhrif olunmuş inikası, pessimizmin, həyata nifrət hissinin və ölümün 

(əsasən intihar yolu ilə) tərənnümü simvolizmin səciyyəvi cəhətləridir. 



Sosialist realizmi 

 

Sosialist realizmi termini SSRİ-də bolşevik inqilabından sonra sovet hakimiyyətinin 



rəsmi himayə etdiyi ədəbiyyatın adı kimi yaranmışdır. 1917-ci il Oktyabr inqilabından 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

73 


sonra Rusiyada 20-ci illərdə proletar ədəbiyyatı (proletkultçuluq) konsepsiyası meydana 

çıxdı. Bu konsepsiyaya görə, hakimiyyəti almış fəhlə sinfi yeni mədəniyyət və ədəbiyyat 

yaratmalıdır. Ən qəribəsi isə yeni ədəbiyyat kadrlarının mütləq inqilabçı fəhlələr 

arasından çıxacağı ümidi idi. Bu nəzəriyyəyə əsaslanaraq varlı siniflərdən olan qələm 

adamları sinfi düşmən elan edildi və onların əsərləri irticaçı hesab edildi. 

Lakin tezliklə bolşevik ideoloqları özləri də anladılar ki, sosial siniflərin xüsusi 

ədəbiyyatı ola bilməz, bu ədəbiyyat və mədəniyyət anlayışının təbiətinə ziddir. Proletar 

ədəbiyyatı konsepsiyası V.Lenin tərəfindən hazırlanmışdı və sözün hərfi mənasında 

ədəbiyyatın proletariatın inqilabını və hakimiyyətini, daxili siyasətini himayə etməsini 

nəzərdə tuturdu. Proletar ədəbiyyatı anlayışı inqilabçı maarifçiliyin bir şəkli idi. 

Maarifçilər ədəbiyyatdan pedaqoji tərbiyə üçün, marksistlər isə sosial tərbiyə üçün 

istifadə edirdilər. 

Bolşeviklərin ədəbi siyasəti partiyanın yuxarı orqanları tərəfindən ədəbiyyata dair qəbul 

edilən xüsusi direktiv qərarlar əsasında aparılırdı. Bu qərarlar ehkam kimi tətbiq 

olunurdu. Nəticədə proletar ədəbiyyatı burjua maarifçiliyi ilə dini maarifçilik arasında 

olan bir hadisə kimi meydana çıxdı. Bu ədəbiyyat bir tərəfdən şüurlu, qabaqcıl fəhlə 

tərbiyə etməli idi və bu burjua maarifçilərinin ağıl qanunları ilə yaşayan insan 

nəzəriyyəsinə uyğun idi. İkinci tərəfdən, proletar ədəbiyyatı proletar dünyagörüşünü, 

marksizmi yayan və tərbiyə edən bir vasitə sayılırdı və bu da onu dini maarifçiliyə, din 

təbliğinə yaxınlaşdırırdı. 

30-cu illərin əvvəllərində proletar ədəbiyyatı termini guya daha dəqiq olan sosialist 

realizmi termini ilə əvəz edildi. Bu termin sosializm quran cəmiyyətin realizmi anlamına 

gəlirdi. Ad dəyişsə də, proletar ədəbiyyatı anlayışındakı əsas prinsiplər dəyişməz olaraq 

qaldı. Sosialist realizmi termini ilə bu anlayışda rəsmi ədəbiyyat elementləri də 

qüvvətləndi. Yazıçılar İttifaqı. Hakimiyyət yaranandan saraylarda məddah şairlərin 

olması ənənəsi olmuşdur. Onlar kralı və sultanı tərifləməklə əsasən onun insanlar 

arasında nüfuzunun artmasına və bu yolla hakimiyyətinin möhkəmlənməsinə xidmət 

etməli idilər. Rəsmi ədəbiyyatın əsas əlaməti onda müəllif başlanğıcının, istedad və daxili 

istəklərin ikinci dərəcəli olmasıdır. Yəni rəsmi şair özünü ifadə etmir, o sifarişi yerinə 

yetirir və pul qazanır. Onun istedadının əsas əlaməti də bədiilik yaratmaqda yox, 

yaltaqlıqda, hakimiyyətə yarınmaqda, hakimiyyəti təmsil edən adamların şəxsi 

ambisiyalarına maksimum xidmət göstərməkdədir. Rəsmi ədəbiyyatın əsas siması yazıçı 

yox, sifarişçidir, haqq ödəyən hakimiyyətdir. Sovet dövründə rəsmi ədəbiyyat Yazıcılar 

İttifaqı vasitəsi ilə yaradılırdı. Bu ittifaq formal olaraq seçkili ictimai birlik idi. Amma 

əslində Yazıcılar İttifaqı dövlət büdcəsindən maliyyələşən hakimiyyət qurumu idi. 

İttifaqın bütün işçiləri dövlət büdcəsindən əmək haqqı alırdı. İttifaqın rəhbərliyində DTK-

nın məxfi zabiti işləyir və hamıya göz qoyurdu. Rəhbər işçilər, xalq yazıcıları 

Kommunist partiyası MK-nın üzvləri, Ali Sovetin deputatları idi, onlar dövlətin xüsusi 

güzəştlər sistemindən, xüsusi mağazalardan, istirahət evlərindən, xəstəxanalardan istifadə 

edirdilər. İttifaqın rəhbərləri, xalq yazıcıları, qəzet və jurnalların redaktorları partiyaçı 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin