“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
46
Rahid Ulusel
―TƏNQİDİN METODOLOJİ PROBLEMLƏRİ‖
Tənqid haqqında hədsiz rəylər ixtilafını nisbətən modelləşdirilmiş halda aşağıdakı
müddəalar şəklində qruplaşdırmaq mümkündür: I. Bir sıra tədqiqatçıların fikrincə, tənqid
- "ədəbiyyatdır", onun "tərkib hissəsidir", "komponentidir". Y.Borev "Ədəbi prosesdə
tənqidin rolu haqqında" məqaləsində yazır: "Bədii tənqid ədəbiyyat və incəsənətin tərkib
hissəsidir, o, xüsusi tələbat əsasında və cəmiyyətin incəsənəti xüsusi istehlakı əsasında...
bədii prosesin özündən törəyir". V.Kocinov da bu fikrin tərəfdarı kimi çıxış edir: "Ciddi
desək, "tənqid və ədəbiyyat" qarşıqoyulması düzgün deyildir. Tənqid və söz sənətini
əlaqələndirmək olar, ancaq tənqid və ədəbiyyat ayrılmazdır, çünki tənqid ədəbiyyatın
özünün tərkib hissəsi, cəhəti, komponentidir, həm də "aparıcı", təşkiledici
komponentidir".
II. Başqa bir fikrə görə, tənqidi fəaliyyətin əsasını yalnız publisistika təşkil edir və
hətta o, publisistikanın növüdür. Məsələn, Y.Surovtsev "tənqidi fəaliyyətin təbiətini",
"elmi-publisistik şəkildə" müəyyənləşdirir və qeyd edir ki, tənqidçi "məhz publisistcəsinə
yazır". Tənqidi ədəbiyyatın komponenti hesab edən V.Kocinov da "tənqid və publisistika
arasında prinsipial fərq" görmür və belə bir fikir irəli sürür: "gtənqidi publisistikanın
növü kimi, əxlaqi-etik, elmi, fəlsəfi, pedaqoci, iqtisadi, siyasi, hüquqi publisistika və
sairlə bir cərgəyə daxil olan "ədəbi publisistika" kimi müəyyənləşdirmək, ümumən tam
düzgündür". Y.Surovtsev və V.Kocinovun tənqid üçün irəli sürdükləri elmi-publisistik
konsepsiyasının yarımçıqlığını S.Əsədullayev "Prometeylə Orfeyin ittifaqı" adlı
məqaləsində haqlı olaraq tənqid edib. Bu konsepsiya həm də ona görə bitərəflidir ki, o,
tənqidin yalnız bir diqqətəlayiq xassəsini əsas tutur. Çünki tənqiddə publisistik keyfiyyət
var. Bunu heç cür inkar etmək olmaz. Lakin həmin keyfiyyət tənqidi fəaliyyətin müəyyən
məqamlarında özünü qabarıq büruzə verir, amma tənqidin bütün təzahür formalarında,
tənqidi idrak prosesində həlledici amil ola bilmir. Y.Surovtsev və V.Kocinovun nöqteyi-
nəzəri həm də ona görə düzgün deyildir ki, onlar tənqiddə yalnız ictimai bünövrəni əsas
tuturlar. V.Kocinov yuxarıdakı fikirlərinə onunla haqq qazandırmağa çalışır ki, incəsənət
ictimai hadisədir, publisistika da ictimai hadisəyə münasibətdir. Ona görə də ictimai
hadisə olan incəsənətə münasibət tənqidi də publisistikanın bir növünə çevirir. Fəlsəfə
psixologiya və bir çox digər elm sahələri də ictimai hadisələri öyrənmirlərmi?! Onda belə
çıxır ki, bunlar hamısı publisistikanın növləri imiş...
Yeri gəlmişkən, bir məsələyə də münasibətimizi bildirək. V.Kocinov tənqidin
ictimai-ədəbi həyatdakı rolunu qiymətləndirərkən ifrata varır: "Əgər birdən tənqid
mövcudluğunu dayandırsaydı, onda ədəbiyyat da yox olardı". Buradan belə çıxır ki, biz,
tutalım, "XII əsr ədəbiyyatı" deməkdə və onun tarixən var olduğunu təsdiq etməkdə
haqsızıq, çünki bu dövrdə "ədəbiyyat" yox, "ədəbiyyatın materialı", "sırf söz sənəti"
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
47
olmuşdur. Belə çıxır ki, Nizami haqqında əsil ciddi elmi-tənqidi fikir 700-800 il sonra
söylənildiyi üçün o dövrün ədəbiyyatını "ədəbiyyat" adlandırmaq qeyri-mümkündür.
III. Üçüncü fikrə görə, "tənqid - elmdir" (vaxtilə A.S.Puşkin də belə hesab edirdi),
"ədəbiyyatı öyrənən elm sahələrindən biridir".
IV. Lap yaxın vaxtlara qədər belə bir dördüncü fikir də mövcud olmuşdur ki,
ədəbiyyat nəzəriyyəsi, ədəbiyyat tarixi və ədəbi tənqid ədəbiyyatşünaslıq "üçlüyünü"
təşkil edir. Çox acınacaqlı haldır ki, indi artıq heç kimin təsdiq etmədiyi, üstündə təkid
etmədiyi bu müddəa Azərbaycanda buraxılan orta və ali məktəb dərsliklərində heç bir
dəyişiklik edilmədən, son dərəcə doqmatik, sxematik halda tədris edilir.
V. Beşinci fikrə görə, tənqid həm elm, həm də ədəbiyyatın xüsusiy-yətlərini özündə
birləşdirir, bədiiliyin və elmiliyin qovuşuq nöqtəsi olur. Hətta məsələnin belə qoyuluşu
bəzən çox metafizik tezis şəklini alır: "Tənqid ədəbiyyatın növüdür. O özünün analiz
obyekti kimi emosional olmalıdır. Bununla yanaşı o, estetikanın, daha doğrusu, elmin
növüdür". Qeyd edək ki, tənqidi ədəbiyyatın bir hissəsi sayan bir çox alimlər, eyni
zamanda, tənqiddə bədiilik və elmiliyin vəhdətini də təsdiq edirlər. V.Kubilyus belə
hesab edir ki, "tənqid bədii yaradıcılıq, elmi analiz və qəzet felyetonunun (ənənəvi
mənada) qovuşuğunda yaranmışdır". "Tənqidi əsərin stilistikası bədii yaradıcılıq, elm və
publisistikanın sintezi nəticəsində meydana çıxmışdır". Prof. S.Əsədul-layev də yazır:
"...Bizcə, tənqidi elmin və incəsənətin qovuşması və birliyi sa-yan konsepsiya həqiqətə
daha çox yaxındır. Tənqidin mahiyyəti cüttər-kiblidir, o, elmin və ədəbiyyatın
xüsusiyyətlərini özündə birləşdirir. Ədəbi tənqid ədəbiyyat, elm və estetikanın qovuşduğu
nöqtədə inkişaf edir".
...Bəli, tənqid haqqında müxtəlif fikirlərin ən ümumi mənzərəsi, təxminən, belədir və
ən ümumi aspektdə baxdıqda, tənqidin dəyərləndiril-məsi yolunda həmin təhlillərdəki
əsas müddəaların bitkin forması kimi üç mərhələni görmək mümkündür:
1. Tənqid - incəsənətdir, ədəbiyyatdır, bədiidir.
2. Tənqid - elmdir, ədəbiyyatşünaslıq hissəsidir, elmidir.
3. Tənqid bədiiliyi və elmiliyi özündə birləşdirən a) ədəbiyyatdır; b) elmdir; c)
publisistikadır.
1-ci və 2-ci mərhələdə bir-birilə nisbi əkslikdə olan cəhətlər qarşı-qarşıya qoyulur, 3-
cü mərhələdə isə bu ifrat qarşıqoyulma aradan qaldırılır, tənqidin mahiyyəti vəhdət
halında dərk olunur. Y.Borevin "tənqid elmi və bədii təfəkkürün birləşmə sahəsidir"
tezisi tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən konsepsiyanı dəqiq, müxtəsər
elmi model formasında əks etdirir...
Lakin tənqidin mahiyyəti barədə irəli sürülən bütün bu fikir, tezis və konsepsiyaların,
demək olar ki, əksəriyyəti üçün xas olan ümumi bir çatışmazlıq var; o da tənqidi nəyə isə
bağlamaq, nəyin isə tərkib hissəsi, kom-ponenti hesab etmək cəhdidir. Düzdür, tənqidin
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
48
özünəməxsusluğu haqqında çox danışılır, lakin müəlliflər bu özünəməxsusluğu təqdir
etsələr də, yenə də onu gah ədəbiyyatın, gah ədəbiyyatşünaslığın, gah estetikanın, gah da
publi-sistikanın tərkib hissəsi sayırlar. Olsa-olsa, ona nəyin tərkibindəsə, nəyin
daxilindəsə muxtariyyət verilir. Halbuki tənqid nə ədəbiyyatın, nə ədəbiyyat-şünaslığın,
nə estetikanın, nə də publisistikanın növüdür. Əksinə, elə həmin bu sahələrlə və digər
təfəkkür hadisələri ilə yanaşı mövcuddur; onlarla tam bərabər hüquqlu münasibətlərdədir.
Xüsusilə son yüzillikdə ümumidrak sistemində öz yerini fərdiləşdirən, özünəməxsus
nəzəriyyə və metodologiya-sını yaratmaqda olan tənqid spesifik idrak hadisəsi kimi bu
gün tamamilə formalaşmış və şübhəedilməz dərəcədə müstəqilləşmişdir...
Məlumdur ki, hələ bədii və fəlsəfi şüurun vəhdətdə olduğu zamanlarda onların ilkin
birgəliyində sonralar müstəqil inkişaf yolunu müəyyənləşdirmiş estetika, ritorika,
sosiologiya, filologiya və s. kimi tənqidin də rüşeymləri olmuşdur. Təkcə elə bu fakt
göstərir ki, tənqid qnoseoloci mənşəyinə görə də digər ictimai şüur hadisələri ilə asılı
münasibətdə yox, bərabərhüquqlu münasibətdə olmuş və bu şəkildə də inkişaf etmişdir.
Lakin bununla belə, yalnız "rüşeymlərin" təzahür etdiyi dövrü - tənqidin əsaslı yaranma
dövrü yox, olsa-olsa bünövrətapma, özülyaratma dövrü hesab etmək olar... Bu dövrün
tənqidçi tipi, şərti desək, filosof-tənqidçi idi.
Tənqidin yaranışında və özünümüəyyənləşdirməsində ən davamlı mərhələ - ictimai-
fəlsəfi elmlərin ikinci diferensiasiyası zamanından, yəni vahid elmi sistemdə estetikanın
və filologiyanın müstəqilləşməsi nəticəsində onların özünün də budaqlanması
zamanından başladı. Artıq bu mərhələdə tənqid, ümumfəlsəfi fikrin tərkib hissəsi kimi
yox, xeyli dərəcədə spesifik-ləşmiş ümumestetik fikrin tərkib hissəsi kimi özünü təzahür
etdirir. Tənqid bu mərhələdə öz tədqiqat obyektinə - ədəbiyyata və incəsənətin digər növ-
lərinə daha uzaqdan - fəlsəfədən deyil, bir qədər yaxından - estetikadan "baxır". Və bu
mərhələnin tənqidçi tipi, estetik-tənqidçidir (şərti deyimdə). Fikrimizcə, tənqidin elmi
sistemdəki tarixi inkişaf prosesinin ən ümumi hərəkət istiqaməti XIX əsrin I yarısınadək -
Belinski tənqidi dövrünədək, demək olar ki, belə olmuşdur.
...XIX əsrin I yarısından etibarən tənqid öz inkişafının yeni mərhə-ləsinə qədəm
qoydu. Sözün müasir mənasında yeni tənqidin yaranmasının ilkin zəruri şərtləri var idi:
elmi-fəlsəfi, estetik-tənqidi mübahisələrin Avropa "inhisarından" çıxıb bütün dünyaya
yayılması; bədii idrakın öyrənilməsində yeni təhlil metodunun meydana çıxması və s. Bu
mərhələdə estetik elmlər sistemində yeni bir şaxələnmə baş verdi və tənqid də ictimai-
fəlsəfi elmlərin, filologiyanın, ədəbiyyatın özünün sürətli tərəqqisi və fəal təsiri ilə estetik
idrakın inkişafı nəticəsində meydana gələn bu şaxələnmədən törədi. Ədəbi-ictimai
ziddiyyətlərin son dərəcə gərginləşməsi, zidd konsepsiyaların açıq-aşkar ideoloci-estetik
mübarizəsi bu prosesə güclü təkan verdi. "Belinski tu-fanı", "ədəbi qasırğa", "ideoloci
fırtına" tənqid "gəmisinin" möhkəm, onun heyətinin - tənqidçilərin isə dözümlü,
döyüşkən olmasını tələb etdi. Tənqid, bəlkə də özündən xəbərsiz halda özünün
müstəqilliyi uğrunda döyüşə girdi, bütün incəsənəti "öz əlində" birləşdirən estetika ilə,
həmçinin, ədəbiyyat-şünaslıq və ədəbiyyatla həmhüquq idraki sahəyə çevrildi. İctimai-
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
49
ideoloci aləmə, ədəbi-estetik həyata bir fəallıq, bir döyüşkənlik, bir mübarizlik, bir
cəsarət gətirdi, bədii sistemə daha reflektiv münasibət göstərməyə başladı, estetika və
sənətşünaslığı hətta bir sıra hallarda ortodoksallıq və sxematik-likdən təmizlədi. İndi artıq
bu sahənin nümayəndələrinə "filosof-tənqidçi", "filoloq-tənqidçi" və s. yox, məhz
"tənqidçi" deməyə başladılar. Sənətkarlar, estet və filosoflar tənqidçiləri "dinləməyə" və
sözün yaxşı mənasında tənqid-çilərdən "ehtiyat etməyə" başladılar. Tənqidi fikrin
inkişafında bu yeni mər-hələdən sonra tənqidə nəyinsə tərkibində muxtariyyət vermək
mümkün deyildi. Axı, Belinski tənqidi Belinski fəlsəfəsindən doğan tənqid deyildi.
Əksinə, Belinski fəlsəfəsi Belinski tənqidindən doğmuşdur - demokratizm ideyaları da,
fəlsəfi-estetik, ictimai-sosioloci ideyalar da Belinski tənqidindən doğmuşdur.
Tənqidin spesifikləşməsi prosesi həm də onun öz-özünü təhlilə başlaması ilə,
özünəmünasibətlə bağlıdır ki, bu da yalnız yeni mərhələnin məhsuludur...
Beləliklə, tənqidin ən ümumi tarixi inkişaf prosesini izlədikdə və filologiyada, bədii
sistemdə də inkişaf məqamlarını nəzərə aldıqda, onun, şərti olaraq, üç mərhələdən
keçdiyi aşkar olur:
İlkin mərhələ - "rüşeym dövrü" (ümumfəlsəfi sistemdə inkişaf)
Orta mərhələ - tənqidin estetik-ədəbi, filoloci, bədii fikrin tərkib hissəsi olduğu dövr
(ümumestetik sistemdə inkişaf).
Yeni mərhələ - tənqidin öz sferasında müstəqil təfəkkür hadisəsi kimi formalaşdığı
dövr (ümumidrak sistemində spesifik inkişaf).
* * *
Çoxdandır ki, tənqidə "bədii tənqid" deyirlər. Lakin açığını desək, bu termindəki
"bədii" istilahı araşdırıcıları bir qədər çaşdırır. Bu nöqtədə onlar tərəfindən tənqidlə bədii
ədəbiyyat arasındakı, daha dəqiq desək, elmi-estetik idrakla bədii idrak arasındakı
hüdudlar tam silinir və hər iki təfəkkür sahəsi eyniləşdirilir. Bu məsələ ilə bağlı prof.
S.Əsədullayevin qənaəti belədir: "O (yəni tənqid - R.U.) özündə bədii-obrazlı təfəkkürün
ünsürlərini toplayaraq nəinki bədii obrazlarla əməliyyat aparır, həmçinin obrazlarla
"düşünür" ki, bu da onu ədəbiyyata (incəsənətə) yaxınlaşdırır". S.Vayman isə "Min dənə
ev dovşanı - hələ fil demək deyil" polemik məqaləsində yazır ki, "mənim dərin inamıma
görə, tənqid yalnız bu şərtlə tam şəkildə obyektiv ola bilər; əgər o bədiidirsə, əgər o,
yazıçı və onun auditoriyası ilə incəsənət dilində söhbət etməyi öyrənirsə". Fikrimizcə,
tənqidi bədii-obrazlı idrakın məhsulu hesab etmək qətiyyən düz deyildir. Axı, görəsən,
tədqiqatçılar "tənqid bədiidir", "tənqid incəsənət dilində danışır" deyərkən, konkret olaraq
məhz nəyi nəzərdə tuturlar? Tənqidin bütün mövcud mahiyyəti - onun daxili strukturu,
təhlil-araşdırma qanunauyğunluqları, fikri prosesin dinamikası, obyektiv
dəyərləndirməyə meyli, nəzəri-metodoloci xassəsi... bu tezislərin doğruluğuna inamı
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
50
azaldır. Bəlkə müəlliflər burada tənqidin obrazlı dilə meylini, emo-sional-polemik
keyfiyyətini nəzərdə tuturlar? Lakin yenə də saysız-hesabsız faktlar həmin konsepsiyanın
xeyrinə olmayacaqdır... Bu faktlardan birisi: XVII əsrdə Qərbi Avropa fəlsəfəsində
elmşünaslıq üçün ciddi metodologiya hazırlandığı bir vaxtda F.Bekon elmdə idrakın üç
yolunu - "hörümçək yolu", "qarışqa yolu", "arı yolu" obrazlı ifadələri ilə
müəyyənləşdirmişdir. Özü də təsəvvür edin ki, söhbət elmi metodologiyanın
sistemləşdirilməsindən gedirdi. Həm də bu xüsusiyyətə təkcə F.Bekonda - rasional
fəlsəfənin nü-mayəndəsinin yaradıcılığında rast gəlmirik. Bu xüsusiyyət ictimai elmlərin,
demək olar ki, hamısında özünü qabarıq şəkildə göstərir. Obrazlı mühakimə və deyim
tərzi mütəfəkkir şəxslərin yaradıcılığının daxili mahiyyətindədir.
...Deməli, ictimai elmlərdə nə dərəcədə bədiilik varsa, onlar nə dərəcə "bədiidirsə",
tənqiddə də eyni dərəcədə bədiilik vardır və o da eyni dərəcədə "bədiidir". Və əsas
məsələ budur ki, tənqid varlığın obrazlı qavranılması deyildir. Tənqidi fikrə olan tələbatın
əsasında obrazlı təfəkkür hadisəsinə - bədii ədəbiyyata və incəsənətə münasibət
göstərmək zərurəti dayanır. Prof. M.S.Kaqan isə bu tələbatın xarakterini başqa şəkildə
izah edir. O belə hesab eləyir ki, bədii əsəri qavrayan insanın şüurunda "özünüifadə",
özünütəcəssü-metdirmə tələbatını doğuran "kommunikativlik fermenti" (Kaqanın
fikrincə, bu "ferment" bədii şüurun təbiətindədir) real həyatiləşmə yolları arayır və "bunu
məhz bədii formada edə bilməyəndə, o, bədii-tənqidi formada, inter-pretasiya formasında
həmin məqsədin həyata keçməsinə nail olur". Professorla razılaşmaq heç cür mümkün
deyil... Çünki incəsənətə tənqidi reaksiya, onun tənqidi-estetik dəyərləndirilməsi bədii
təfəkkür prosesindən yox, tənqidi-idraki fəaliyyətin öz daxili qanunauyğunluqlarından
törəyir. Doğrudanmı, tənqidçi məhz bədii əsər yaza bilmədiyindən, öz fikirlərini bədii
formada ifadə edə bilmədiyindən tənqidi formanı seçir?! Xeyr. Bu, tənqidin sırf
subyektiv dəyərləndirilməsidir. Axı, tənqidçi, demək olar ki, heç vaxt belə bir zərurət,
alternativ qarşısında qalmır. Bəzən elə olur ki, tənqidçi yenicə oxuduğu bədii əsərdə
indiyəcən heç üzərində düşünmədiyi yeni bir problemlə qarşılaşır və həmin problemi
öyrənərək, mənimsəyərək öz baxışlarını irəli sürür. Tənqidi fikrə, tənqidi özünüifadəyə
olan daxili estetik tələbat bədii özünüifadənin mümkün olmadığı yerdə meydana çıxmır.
Onun təzahür səbəblərini belə bir alternativdə axtarmaq təşəbbüsünün özü yanlışdır və
tənqidi bədii idrak hadisəsi saymağın ifrat nəticələrindəndir... Çünki tənqidi fikir bədii
özünüifadə zərurətindən deyil, sosial-estetik fenomen olan tənqidi idrakın qnoseoloci
özülündəki özünüifadə (subyektiv əsas) və ictimai fikri ifadə (obyektiv əsas) zərurətindən
törəyir. Bədii hadisə bu mürəkkəb psixoloci "struktura" təsir edir, "qıcıqlandırır" və
tənqidi idrakın fəaliyyətə başlamasına təkan verir. Bu elə bir reflektiv prosesdir ki, biz
onun cürbəcür təzahür formalarını varlığın predmet və hadisələrinə münasibət göstərmək
istəyən müxtəlif idrak fəaliyyəti növlərində də (fəlsəfi, sosioloci, estetik, elmi və s.) görə
bilərik...
"...Tənqid - elmdir" deyən konsepsiya ilə yalnız o mənada mübahisə etmək olar ki, o,
tənqiddəki elmi mahiyyətin seçilənliyini əsaslandırmır, onu digər ictimai elmlərlə, hətta
dəqiq elmlərlə eyni cərgədə qoyur. Halbuki tənqiddə elmi xassə yalnız bir həlledici
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
51
məqamda təzahür edir - bədii hadisə dəyərləndirilərkən obyektiv tənqidi təhlil və baxışın
həyatiləşməsində. Tənqidin nəzəri və metodoloci strukturunda isə (bu, tənqidi-idraki
fəaliyyətin özəyini təşkil edir) elmi-tədqiqi analiz metodu öz yerini, mövqeyini müxtəlif
səviyyələrdə təzahür edən emosional, polemik, interpretativ tənqidi təhlilə güzəştə gedir.
Dərketmə formasındakı digər fərqlərlə yanaşı, həm də belə fərqli metodoloci
istiqamətlərinə görə də tənqidi ədəbiyyatşünaslığın tərkib hissəsi saymaq mümkün
deyil...
Çoxlarının üzərində təkid etdiyi, ifrat birtərəfliliklərdən xilas olmuş ən populyar
konsepsiya - tənqiddə bədiiliyin və elmiliyin vəhdətini təsdiq edən konsepsiyadır ki, bu
barədə yazımızın əvvəlində qısaca məlumat vermişdik. Lakin bu konsepsiya ilə də
xüsusən iki cəhətinə görə razılaşmaq olmaz. Əvvələn, burada tənqidin bədiiliyi və
elmiliyi vəhdət halında dərk olunsa da, yenə də o, spesifik idrak hadisəsi kimi yox,
müvafiq şəklində gah ədəbiyyatın, gah da publisistikanın növü kimi təqdim edilir.
İkincisi, "tənqid - bədiiliyin və elmiliyin sintezidir" tezisinin özündə nə isə bir mexaniki
qovuşdurma, sxematizm vardır. Bu, dünyanın mənimsənilməsinin iki fərqli üsulunun,
yəni gerçəkliyin obyektiv qanunlarını öyrənən elmin və varlığın obrazlı dərki olan
incəsənətin hüdudları barədəki antitezanın tənqiddə birləşdirmə, calaq formasında təkrarı
kimi görünür. Məsələ burasındadır ki, tənqiddə elmilik özünü bilavasitə elmdə olduğu
kimi, bədiilik isə bilavasitə incəsənətdə olduğu kimi təzahür etdirmir. Tənqiddə elmi
mahiyyət də spesifikdir, başqa cürdür, bədiilik də. Xüsusilə tənqidin sol tərəfinə artırılan
"bədii istilahı və onun daşı-dığı mahiyyət tənqiddə tamamilə özünəməxsusdur, onun
məhz incəsənətdəki obrazlılığa qətiyyən aidiyyəti yoxdur. Çünki "bədii" tənqid
incəsənətin bədiiliyindən törəmə deyil, onun hətta başqa şəkildə təzahürü də deyil. O,
həmçinin, elmin və incəsənətin mexaniki birləşdirilməsi, qeyri-təbii hibridi, "xəlitəsi" də
deyil. Halbuki onun mahiyyətini bəzən məhz elə bu şəkildə izah edirlər. - M.Boyko yazır
ki, "...tənqid-elmdir" demək, burada nöqtə qoymaq olmaz. Tənqid - kompleksli hadisədir;
o, mürəkkəb üzvi xəlitəyə daxil olan elementlər çoxluğundan ibarətdir". V.Kubilyus isə
tənqidin "qapılarını" "müxtəlif elementlərin sintezi, canrların diffuziyası üçün açıq" hesab
eləyir. Qəribədir, görəsən müəlliflər nəyin xatirinə "tənqid xurcununa" bu qədər
"elementləri" doldururlar? Bu süni sintetizm kimə lazımdır?.. Axı, tənqid mahiyyətcə
belə yığnaq xarakterli deyildir; bədiilik, elmilik və s... cəhətlər, müxtəlif elementlər
birləşərək, sintez təşkil edərək "tənqid" deyilən bir şeyi quraşdırıb mövcudlaşdırmırlar.
Əksinə, tənqiddə təzahür edən nə varsa (ən müxtəlif formalar, canrlar, təhlil yönləri,
idraki təmayüllər...), bütün bunları elə onun öz daxili mahiyyətindən doğan xüsusiyyətlər
kimi başa düşmək lazımdır, daha onları hardansa, hansı elm sahəsindənsə gəlmə
xüsusiyyətlər, elementlər hesab etmək gərək deyil. Bir də, görəsən, niyə bizə elə gəlir ki,
müəyyən bir idrak hadisəsi ya mütləq elm olmalıdır, ya mütləq incəsənət olmalıdır, ya da
mütləq onların sintezi. Əslində, belə qəti fərqləndirmə üsulu sonsuz dərəcədə mürəkkəb
olan ümumidrak hadisəsinə metafizik - imperativ yanaşmadır. Budda kanonları,
"Bibliya", "Quran" yalnız dini kitabələrdirmi? Volterin nəsri, Dostoyevskinin
"İdiot"undakı İppolitin və Mışkinin, "Karamazov qardaşları"nda Abid Zosimin, İvanın
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
Dostları ilə paylaş: |