“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
39
3. Subyekt-obyekt qarşıdurmasında həm təbiət elmlərində, həm də humanitar elmlərdə
subyektin aparıcı rolunun vurğulanması; bədii əsərin qavranılması prosesində oxucunun
ön plana çıxarılması;
4. Subyekt-obyekt münasibətlərində sərt və barışmaz qarşıdurmanın aradan götürülməsi;
5. Obyektin təsviri dillərinin plüralizm zəminində həyata keçirilməsi; ―varlığın vahid
düsturu‖ axtarışlarından imtina;
6. Gələcəkdə bu və ya digər hadisənin məruz qala biləcəyi durum və formanın
əvvəlcədən dəqiq şəkildə müəyyənləşdirilməsi cəhdləri ideyasından onların mümkün
proqnozlarının verilməsi ideyasına keçid;
7. Həm təbiət, həm də humanitar elmlərdə bu və ya digər hadisənin izahı üçün
kontekstdən istifadənin rolunun artması.
Dünyanı dərkin, nəhayət ki, vahid paradiqmasının yaranması humanitar yönümlü elmlərə
də təsir etdi; onlarda bir yaxınlaşma, bir sıxlaşma meyli hiss olundu: predmetin
ümumiliyi ilə bir-birilə üzvi şəkildə bağlı olan, yalnız analitik metodologiyanın labüd
təzyiqi nəticəsində bir-birindən aralı düşmüş bir sıra elmlər vahid postmodernist
paradiqma əsasında bir araya gəldilər. Məhz bunun nəticəsində müxtəlif problemlər vahid
görmə bucağından araşdırılmağa və izah olunmağa başladılar. ―Postmodernist fəlsəfə‖,
―postmodernist kulturologiya‖, ―postmodernist sosiologiya‖, ―postmodernist dilçilik‖,
―postmodernist estetika‖ anlayışları meydana gəldi. Vahid paradiqmanın təsbiti ilə bağlı
baş vermiş iki köklü dəyişikliyi xüsusilə qeyd etmək lazımdır. Birincisi, müəyyən
spesifik məqamlar kənara çıxmaqla bütün humanitar elmlər eyni anlayışlar sistemi
əsasında, demək olar ki, eyni dildə danışmağa başladılar. Bu isə onların yaxınlaşması, əl-
ələ verib müştərək problemləri birgə həll etmək üçün zəmin yaratdı. İkincisi, həm
sinergetik, həm də postmodernist dünyadərkin əsasını təşkil edən ―asentrizm‖
(‖mərkəzyoxluğu‖) prinsipinə tam uyğun olaraq hər hansı bir elmi istiqamətin
hegemonluq iddiası əsassız hesab olundu. Dünya vahid mərkəzdən məhrum olduğu üçün,
yaxud onun hər bir nöqtəsi eyni zamanda həm mərkəz, həm də periferiya olduğuna görə,
bu mərkəzsiz dünyanı tədqiq edən elmlərin də müəyyən bir iyerarxiya prlnsipi əsasında
düzülüşü qeyri-məqbul hesab olundu.
***
Bəs bütün XX əsr ərzində get-gedə güclənən mərkəzdənqaçma meyllərin təsiri altında
sürətlə bir-birindən aralanan, getdikcə qarşılıqlı təmas nöqtələrindən məhrum olan bu
müxtəlif istiqamətli elmləri bir araya gətirən paradiqma nə üçün məhz XX əsrin sonu -
XXI əsrin əvvəllərində meydana gəlmişdir? Mənə elə gəlir ki, bu prosesin bir-birindən
doğan, bir-birini şərtləndirən, bir-birini tamamlayan səbəbləri çoxdur. Yəqin ki, bu, hər
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
40
şeydən əvvəl hərə öz yolu ilə gedən elmlərin müəyyən inkişaf səviyyəsinə nail olandan
sonra gerçəkliyi daha geniş perspektivdə görmək ehtiyacları, dar rakurslarından çıxıb bir-
biri ilə çulğalaşmaları ilə bağlıdır. Artıq bu dövrdə ən müxtəlif elmlər vahid və bütöv
dünyanın analoji, ən azı yaxın və oxşar metodlarla maksimum geniş perspektivdə tədqiq
və izah olunması zərurətini hiss edirlər.
İkincisi, keçən əsrin sonunda təkcə ayrı-ayrı avanqardist cərəyanların deyil,
ümumiyyətlə, modernist dünyanıdərk konsepsiyasının dərin böhrana məruz qalması,
cəmiyyətdə mövcud olan son dərəcə qarışıq və dolaşıq münasibətlərin keçmişin total
inkarı əsasında yalnız indiki zaman müstəvisində təqdim olunması və yozulması, insan
böhranının səbəblərinin kənara qoyularaq yalnız onun nəticələrinin vurğulanması
mədəniyyətin özünü ―postmodern‖, yəni çağdaş dönəmdən sonrakı gerçəklik kimi dərk
və təqdim etməsinə səbəb oldu. Bu, postmodernizmə total inkara əsaslanan modernist
konsepsiyalardan məsafələnmək və bütün XX əsr ərzində klasslk ənənələrlə qırılmış
əlaqələri yeni, fraqmentar əsasda bərpa etmək imkanı verdi.
Lakin bu, hər şeydən əvvəl, XX əsrin ortalarından başlayaraq bəşəriyyətin guya taleyinə
təsir göstərə biləcək hər hansı köklü qlobal hadisə ilə üz-üzə gələ bilməsi ehtimalının
sıfıra düşməsi ilə bağlı tarixin öz hərəkətini başa vurması va onun posttarix (tarixsonrası)
mərhələyə qədəm basması haqqında müxtəlif kontekstlərdə mülahizələr söylənilməsi ilə
nəticələndi. Fransız postmodernist fikrinin erkən nümayəndələrindən olan M.Blanşo
yazırdı: ―Biz bu və ya digər dərəcədə ömrünü başa vurmuş tarixin kontekstində yaşayırıq,
hamımız yanımızdan axıb keçmiş, artıq qurumuş çayın qırağında hərəkətsiz oturmuşuq‖.
Postmodernistlərin fikrincə, tarix təbiətləri etibarilə yayğın, blr-birilə əlaqəsi olmayan
dağınıq hadisələri bir araya gətirməyə və onları süni şəkildə bir-birinə calamağa cəhd
göstərən mifdən başqa bir şey deyildir. Bədii fikir sahəslndə isə roman analoji funksiyanı
yerinə yetirir və bir növ tarixin gerçəkliyin bütün hadisələri arasında məntiqi bağlılıq
olması haqqında illüziyasını bədii obrazlar vasitəsilə əsaslandırmağa çalışır. Məhz buna
görə də ―tarix əsri eyni zamanda roman əsri‖ (J.Bodriyar) hesab oluna bilər. Bundan belə
bir nəticə çıxarmaq olar ki, tarixin və romanın məhz XIX əsrdə - bəşər nəslinin ən çox
illüziyaya qapıldığı yüzillikdə - iInkişaf etməsi təsadüfi deyildir.
Bu baxımdan tarixsonrası anlayışı sosial dinamikanın xətti şərhindən, tarixi prosesin hər
hansı bir məntiqə və məqsədə malik olması ideyasından qəti imtinadır.
Müasir amerikan filosofu F.Fukuyama bir qədər də qabağa gedərək belə hesab edir ki,
əgər tarix dövründə brounvari, xaotik, bir-birini tarazlaşdırmayan, heç bir məntiqə
sığmayaraq gah gözlənilmədən bir-birini inkar, gah da təsdiq edən hadisələrin cərəyan
etməsi müşahidə olunurdusa, tarixsonrası dönəm ümumiyyətlə tam durğunluğun hökm
sürməsi ilə xarakterizə olunur. Alimin fikrincə, indən belə bəşər nəslinin taleyinə
əhəmiyyətli şəkildə təsir göstərə biləcək hər hansı bir hadisənin meydana gəlməsi
ehtimalı istisna olunur.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
41
Postmodernizm zaman nöqteyi-nəzərindən ümumbəşər mədəniyyət tarixini üç mərhələyə
bölür: birincisi, mifologiyanın hökm sürdüyü mənəvi dövr; ikincisi, elmi təsəvvürlərin
formalaşdırdığı dövr və nəhayət, üçüncüsü, postmodernist dövr.
Birinci dövrdə insanın zaman haqqında təsəvvürləri çevrə boyu hərəkəti xatırladır; eyni
hadisələr dönəm-dönəm, il-il, fəsil-fəsil təkrar olunur. Mifoloji dövrdə zaman çevrəsinin
hüdudlarını aşmaq, bir-birini təkrar-təkrar izləyən hadisələrin təsbit olunmuş nizamını
qırmaq qeyri-mümkündür.
İkinci dövrdə bəşər nəslinin zaman haqqında təsəvvürləri xətt boyu hərəkəti yada salır;
hər bir hadisə cəmisi bircə dəfə baş verir və heç vaxt təkrar olunmur. Bir-birini ardıcıl
şəkildə izləyən hadisələr muncuq sayağı düz xətt kimi uzanıb gedən sapın üzərində
düzülür.
Üçüncü - postmodernist dövrdə, klassik ənənəvi dönəmdə oldugu klmi, bəşər nəslinin
keçmişin tabeçiliyində olması iddia olunur, lakin indi zaman qırılmış sap kimi təsəvvür
olunur; keçmişdə baş vermiş muncuq-hadisələr hara gəldi səpələnir, ―əvvəl-sonra‖,
məntiqi ardıcıllıq prinsipinə tabe olmaqdan imtina edirlər. Onlar bir-birinə qarışır, xətti
düzümü bərpa etmək - zamanın qırılmış sapını düyünləmək qeyri-mümkün olur.
Bu, əlbəttə ki, keçmişdən total imtinaya söykənən modernist zaman təsəvvürlərinə uyğun
deyil. Eyni zamanda, postmodernizmin ənənəvi zaman konsepsiyasından imtinası
mifoloji çevrə təsəvvürlərinin də bərpası deyil. Faktiki olaraq postmodernizmdə keçmişə
münasibət ayrı-ayrı, bir-birindən təcrid olunmuş, bir-birilə əlaqəsi olmayan hadisələri
şərh etmək, onları sitata çevirmək şəklində özünü büruzə verir ki, bu da onun zaman
konsepsiyasının elmi-ənənəvi və modernist konsepsiyaları arasında orta mövqe
tutmasından xəbər verir.
Ardıcıl şəkildə bir-birini izləyən, məntiqi ardıcıllıqla bir-birinə bağlı olan hadisələrdən
ibarət keçmişi itirmiş postmodernist zaman konsepsiyası şaquli məhvərdən məhrum olur,
indiki zaman hüdudları ilə kifayətlənməyə məcbur olur. Çağdaş dövrdə insan ―diaxron
yox, sinxron zamanda yaşayır‖ (Ceymison).
Postmodernistlər belə hesab edirlər ki, tarixilik ideyası təkcə zamanın xəttilik prinsipinin
təsdiqi deyil; bu konsepsiya labüd şəkildə teleoloji (tarixi gedişin mütləq bir sonu olması)
prinsiplərinin təsbit olunmasına gətirib çıxarar. Bu isə zamanın vahid tarixi məntiqə
malik olması ideyasının təsdiqi ilə nəticələnir.
Halbuki, postmodernist konsepsiyaya görə gerçəklikdə həm diaxron, həm də sinxron
kəsimlərdə vahid məntiq axtarmaq, guya zamanın dünyanın həm keçmişini, həm də
gələcəyini bütövlükdə ehtiva edərək əvvəlcədən müəyyən edilmiş istiqamətə aparmasını
iddia etmək kökündən səhvdir. Fransız postmodernist fikrinin ən görkəmli
nümayəndələrindən biri olan M.Fuko yazırdı: ―Dünya bir-birindən doğmayan, bir-birini
izah etməyən, bir-birini tamamlamayan hadisələrin çulğalaşmasıdır. Onun əvvəlini-
axırını, mahiyyətini axtarmaq əbəsdir. Bizə elə gəlir ki, bizim bugünkü durumumuz
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
42
dəruni niyyətlərə, əbədi zəruriyyətlərə söykənir. Tarixçilərdən də tələb edirik ki, bizi
buna inandırsınlar. Bu qətiyyən mümkün deyil; biz, əslində, ilkin koordinatlardan
məhrum saysız-hesabsız hadisələrin içərisində yaşayırıq‖.
Heç bir məntiqə tabe olmayan saysız-hesabsız hadisələrin içərisində yaşamağa, daim
onlarla üzləşməyə məhkum olan insan nahaq yerə onların mahiyyətini dərk etməyə
çalışır.
Sadəcə olaraq belə bir mahiyyət mövcud deyil. Belə olan halda bəşər nəslinin artıq
keçdiyi və bundan sonra keçəcəyi yolun əsas istiqamətini, məqsədini, hədəfini müəyyən
etmək qeyri-mümkündür.
Vaxtı ilə Hegelin ―dünya idrakının hiyləgərliyi‖ kimi dəyərləndirdiyi ―tarixin istehzası‖
fenomeni, postmodernistlərin fikrincə, zaman-zaman bəşər övladının tarixi proseslərə
əvvəlcədən düşünülmüş və məntiqi baxımdan götür-qoy edilmiş şəkildə müdaxilə etmək
cəhdləri, prosesləri istədiyi istiqamətə yönəltmək niyyətləri daim boşa çıxır.
Tarixi hadisələrin guya hansı isə düşünülmüş bir məqsədə xidmət etməsi illüziyasından
heç cür yaxa qurtara bllməyən insan belə hesab edir ki, onları istədiyi şəkildə idarə edə
bilər. Platondan bəri saysız-hesabsız utopiyalar, XX əsrdə yaranmış bütöv bir
futurologiya elmi məhz bu zəmində təşəkkül tapmışdır. Halbuki tarix bizi daim
barmağına dolayır, hadisələr təşəkkül tapan kimi dərhal nəzarətimizdən çıxır, əvvəlcədən
onlara sırıdığımız məntiqə tabe olmayaraq gözlənilmədən, bəzən bir-birini təsdiq, bəzən
də inkar və rədd edir, ağlımıza belə gəlməyən kombinasiyalar əsasında bir-blrilə
birləşirlər. Tarixi hadisələrin gedişi heç vaxt insanların onlara bəslədiyi ümidləri
dogrultmur, heç vaxt sonda əldə olunan nəticələr bizim ilkin niyyətlərimizlə üst-üstə
düşmür. Beləliklə, bəşər nəslinin üzləşdiyi bu və ya digər problemin həllinin
mümkünlüyü ilə bağlı əvvəlcə illüziya yaradan tarix, sonra bizim planlarımızı alt-üst edir
və gözlənilməz gedişlə məqsədlərimizin gerçəkləşməsinin qarşısını alır.
Tarixsonrası labüd şəkildə çağdaş dövrdə hər hansı yeni bir ideyanın, yaxud
konsepsiyanın yaranmasını qeyri-mümkün edir: bütün hadisələr artıq baş vermiş, bütün
sözlər deyilmiş, bütün insan düşüncələri və hissləri ifadə olunmuşlar. Biz təkrar-təkrar
vaxtı ilə artıq baş vermiş hadisələri yaşamağa, keçirilmiş hissləri keçirməyə, deyilmiş
sözləri deməyə məhkumuq. Bu isə postmodernist dönəmdə yaşayan insanı keçmişdən
tam asılı vəziyyətə salır.
Çağdaş postmodernist fikrin öncüllərindən olan Umberto Eko belə hesab edir ki,
postmodernizm modernizmdən fərqli olaraq keçmişdən imtina etmir və onu qəbul edir;
əgər bu gün baş verən və yaxud sabah baş verə biləcək hər hansı bir hadisəni dəyişdirmək
və hətta ləğv etmək olarsa, keçmişi məhv etmək qəti qeyri-mümkündür… Belə olan
halda, keçmişi nəzərə almamaq, onun təsir dairəsindən yan keçmək olmur. Keçmiş daim
bizim həyatımıza müdaxilə edir, hisslərimizi və düşüncələrimizi istədiyi kimi dəyişdirir.
Onun təcavüzündən yaxa qurtarmaq, onu neytrallaşdırmaqdan ötrü həzm-rabedən
keçirmək, onu özününküləşdirmək lazımdır. Bu isə yalnız keçmişi eyni zamanda həm
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
43
inkar, həm təsdiq etmək, ona həm ciddi, həm də qeyri-ciddi münasibət bəsləmək əsasında
mümkündür. Deməli, keçmişə münasibət yalnız istehza əsasında köklənə bilər. İstehzanın
postmodernist fəlsəfi-estetik və bədii fikirdə struktur və münasibət formalaşdıran
funksiyası bununla izah olunur.
Bəşər övladının mürəkkəb və ziddiyyətli gerçəkliyi dərki üsulu kimi hələ Sokrat
tərəfindən geniş şəkildə istifadə olunan istehza zaman-zaman transformasiyaya uğramış,
hadisələrə ikili, haçalanmış münasibət prinsipinə riayət etmək şərtilə müxtətif, bəzən
diametral şəkildə bir-birinə əks məqsədlərin həyata keçirilməsinə xidmət etmişdir.
Postmodernist istehza onların hamısı ilə bu və ya digər dərəcədə baglıdır və həmin
ənənələrə əsaslanır. Lakin bununla yanaşı, postmodernist istehza ilk növbədə XVIII əsrin
əvvəllərində alman estetik fikrində təşəkkül tapmış romantik istehza konsepsiyasının
bədii-fəlsəfi inkişaf spiralının yeni, çağdaş burumunda qayıdışı kimi dəyərləndirilə bilər.
Məlum olduğu kimi, alman romantizmində (Şlegel qardaşlarının, müəyyən mənada
Zolgerin konsepsiyalarında) istehza gerçəkliyin mahiyyətinin açıqlanmasının və
həmçinin guya antik dövrdə mövcud olmuş, lakin sonralar Avropa sivilizasiyası
tərəfindən itirilmiş şəxsiyyət bütövlüyünün və universallığının bərpa olunmasının əsas
bədii vasitəsi hesab olunurdu.
Yeri gəlmişkən, artıq həmin dövrdə Hegel konseptual planla ―romantik istehza‖nın
əleyhinə çıxış edərək belə hesab edirdi ki, istehza son nəticə etibarilə ―mən‖in özünə
qapanması, onun bütün ətraf aləmlə əlaqələrinin qırılması vasitəsinə çevrilir. Həm
dünyaduyum forması, həm də bədii təcəssüm üsulu kimi postmodernist istehza fəlsəfi-
estetik fikirdə tamamilə yeni hadisə olsa da, Hegelin vaxtı ilə romantik istehzanın
özgələşdirici təbiəti ilə bağlı söylədiklərini ona da şamil etmək olar. Əhatə dairəsi
etibarilə daha qlobal xarakter daşıyan, sinxron və diaxron kəsimlərdə mövcud olan bütün
dəyərlərə təsdiqedici - inkaredici mövqedən yanaşan postmodernist istehza total
özgələşmə üçün şərait yaradır.
Postmodernist istehza konsepsiyasının hadisələrə təsdiqedici-inkaredici münaslbəti bəzən
ilk baxışdan onunla heç bir əlaqəsi olmayan bədii-estetik hadisələri izah və həll etməyə
yardım edir. Esselərinin birində Kamal Abdulla Füzulinin qəzəllərinin son beytinə
ənənəvi olaraq öz adı ilə ―möhür basması‖nı sənətkar şəxsiyyətinin ikiləşməsi kimi
yozur. Mən isə bir vaxtlar bu faktı şairin özünütəsdiqi kimi izah etməyə çalışmışdım. Bu
ilk baxışdan bir-birinə zidd mülahizələrdən görəsən hansı dogrudur? Axı həqiqətən də
sənətkar bir tərəfdən öz adını çəkməklə konkret olaraq bu qəzəlin başqasına yox, məhz
ona - Füzuliyə məxsus olduğunu vurğulayır. Lakin digər tərəfdən bu əməllyyatla şair iki
cür düşünən, iki müxtəlif dünyagörüş mövqeyində dayanan, biri müraciət edən, digəri
birincisinə qulaq asan iki şəxsiyyətə haçalanır - özünütəsdiq özünüinkara çevrilir.
Göründüyü kimi, hər iki konsepsiyada həqiqət var, lakin eyni zamanda, onlar bir-birinə
ziddir. Yalnız postmodernist istehza işığında bu iki mövqe arasında ziddiyyət yoxa çıxır;
onlar çulğalaşır, birləşir. Məlum olur ki, Füzuli özünə postmodernist ruhunda istehzalı
münasibət bəsləyir. Məhz sənətkarın özünə bu cür münasibəti ona aciz, məhdud Füzulini
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
44
ilahi məhəbbətin yaratdığı yüksək mənəvi-gərginlik sahəsində təsvir etmək imkanı verir.
Yeri gəlmişkən, Füzuli yaradıcılığının postmodernist konsepsiya baxımından şərhi onun
ilk baxışdan birölçülü və birtərəfli ciddi görünən əsərlərində tamamilə yeni semantik
ovqat laylarının aşkarlanmasına gətirərdi.
U.Eko postmodernist situasiyanı, daha doğrusu, postmodernnizmin dünya mədəniyyətinə
diaxron-sinxron planda münasibətini komplekssiz intellektual kişinin intellektual qadına
məhəbbətini izhar etməsinin mümkün formasının timsalında izah etməyə cəhd edir: ―Kişi
bilir ki, qadına ―mən səni dəlicəsinə sevirəm‖ sözləri ilə müraciət edə bilməz. Çünki o
bilir ki, bu sözlərin artıq Liala tərəfindən yazıldığından qadının xəbəri var. (Qadın da bilir
ki, kişi bundan məlumatsız deyil.) Amma buna baxmayaraq, bu vəziyyətin özündə də
çıxış yolu mövcuddur. Kişi deyə bilər ki, ―Liala demişkən, mən səni dəlicəsinə sevirəm‖.
Bax, beləcə kişi saxta məsumluqdan yan keçərək və aydın şəkildə indən belə məsum
söhbətlərin alınmayacağını ifadə edərək eyni zamanda qadını sevdiyini, hətta
məsumluğun yoxa çıxdığı zamanda belə sevməkdə davam etdiyini bildirir. Onların hər
ikisi bir vaxtlar kiminsə tərəfindən deyilmiş və artıq məhv edilməsi qeyri-mümkün olan
keçmişin onlara meydan oxumasını qəbul edirlər. Onların hər ikisi şüurlu şəkildə və
məmnuniyyətlə istehza oyununu oynayırlar. Lakin bununla onlar bir daha məhəbbət
haqqında danışmaq imkanı əldə edirlər‖.
Beləliklə, postmodernist sənətkar dünyaya total istehza münasibət üsulundan istifadə
edərək oxucunu iqtibas etdiyi yaxud sitat gətirdiyi mənbələr haqqında
məlumatlandırmağa, hər halda, dediklərinin ona məxsus olmadığını bildirməyə, həm də
eyni zamanda, həm sitat gətirdiyi yaxud iqtibas etdiyi müəllifi, həm potensial
oxucularının hamısını, həm də xüsusilə özünü barmağına dolayıb ələ salmalı olur. Oxucu
da bütün sözü gedən mənbələrə və özünə analoji münasibət bəsləməyə məcbur olur.
Bununla ciddilik müasir dünyanın strukturundan sıxışdırılıb çıxarılır və total istehza
bərqərar olur.
Postmodernist istehza heç zaman satiraya, yəni birdəfəlik və qəti inkara çevrilmir. Məhz
buna görə də satiradan fərqli olaraq, postmodernizm dağıdıcı deyil, əksinə, yaradıcı
potensiala malikdir.
Əgər yeni söz demək, yeni fikir ifadə etmək mümkün deyilsə, əgər biz vaxtı ilə
kimlərinsə dediklərini sitat gətirməyə məhkumuqsa, onda bu və ya digər bir əsərin bu və
ya digər müəllifə məxsus olması haqqında təsəvvürlərin özləri də köklü şəkildə
dəyişməlidir. Ənənəvi tənqiddə əsərin müəllifi onun bütün məzmununu, bütün mümkün
məna variantlarını müəyyənləşdirən, özü isə əsərin hüdudlarından kənarda yerləşən xarici
instansiyadır, bir növ yaratdığı ―bədii dünyanın Allahıdır‖ və eyni zamanda, əsərinin bu
gün və gələcəyin istənilən məqamında çıxarılan və çıxarıla biləcək bütün nəticələr üçün
məsuliyyət daşıyır. Məhz sənətkarın əsərə nisbətən xarici instansiya rolunu oynamasını
və Allah statusunu nəzərə alaraq R.Bart yazırdı: ―Xarici səbəb bütün başqa səbəblərdən
daha artıq səbəbdir‖.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
45
Bu isə qətiyyən mümkün deyil, çünki hər hansı bir əsər oxucu (sonralar öz əsərini
yenidən nəzərdən keçirən sənətkar daxil olmaqla) tərəfindən qiraət və qavrayış
prosesində yeni, son dərəcə rəngarəng məna çalarları, ağlasığmaz məzmun kəsb edib
gözlənilməz assosiasiyalara rəvac verə bilər.
Postmodernist konsepsiyaya görə, yaradıcı demiurq statusundan məhrum olmuş sənətkar
əslində əsər yox, mətn yaradır. Mətnin oxucu tərəfindən qavranılması postmodernizmin
aparıcı kateqoriyalarından biri olan dekonstruksiya əsasında həyata keçirilir. J.Derrida
tərəfindən təklif olunan bu neologizm ―destruksiya‖ (‖dağıtma‖, ―sökmə‖) və
―konstruksiya‖ (‖quraşdırma‖, ―tikmə‖) anlayışlarının blr-birilə çulğalaşması nəticəsində
meydana gəlmişdir. Dekonstruksiya prinsipi oxucuya mətni bütün mümkün müstəvilərdə
- kompozisiya, süjet, üslub, psixologiya və sairə baxımdan sökmək və özümlü şərh
əsasında yenidən yığmaq imkanı verir. Əslində hər bir oxucu mətnin yaradıcısı statusunu
qazanır. Məhz buna görə də ―hər bir mətn daim (oxucu tərəfindən. - Q.Q.) burada və indi
yazılır‖‗. (R.Bart).
Postmodernistlərin fikrincə, mətn heç vaxt avtonom şəkildə mövcud olmur. Əslində,
postmodernizmin mətnə bu konseptual münasibətinin əsası M.Baxtin tərəfindən
qoyulmuşdur; tədqiqatçı F.Dostoyevskinin ―polifonik‖ (çoxsəsli) romanı konsepsiyasını
təhlil edərkən onun əsərlərinin mətnlərinin ondan əvvəl və onunla eyni zamanda mövcud
olan mətnlərlə dialoqa girməsi fenomenini üzə çıxarmışdır. Çağdaş hermenevtikanın ən
görkəmli nümayəndəsi H.Gadamer də özünün ―Həqiqət və metod‖ əsərində göstərirdi ki,
hər bir deyim öz-özlüyündə yox, ondan əvvəl deyilmiş və hələ deyilməmiş deyimlərlə bir
yerdə həqiqəti ortaya qoyur. Filosofun terminologiyasında ―deyim‖ və ―mətn‖ sinonim
anlayışlar olduqlarına görə, onun da mətnin yalnız başqa mətnlərin kontekstində mövcud
olması ideyasından çıxış etməsi nəticəsinə gələ bilərik. Bu faktların əsasında fransız
postmodernist fikrinin nümayəndəsi Y.Kristeva ―intertekstuallıq‖ anlayışını irəli sürmüş
və göstərmişdir ki, ―hər bir söz (mətn) başqa sözlərin (mətnlərin) kəsişdiyi yerdir‖.
Tədqiqatçının mətnə verdiyi bu tərifdən məlum olur ki, mətn digər mətnlərin eklektik
toplusu yox, onların bir-biri ilə mübarizə apardığı, bir-birini təsdiq və inkar etdikləri
meydandır. Məhz bu mübarizə, bu qarşılıqlı inkar və təsdiq əsasında mətn müxtəlif
semantik qəlpələrin çulğalaşıb üzvi vəhdət təşkil etdir...
|