–
Milli Virtual Kitabxana
432
üçün mənimsəyirlər. Sərbəst nəzm nəsr demək deyildir. Musiqi olmadan şeir olmaz.
Uyum və ritm heca vəzni kimi müəyyən qəliblərin içinə sıxışdırılan misralarda deyil,
şeirin bütün mətnində təmin edilir. Şeirdə ahəngin vəzn və qafiyə ilə bağlı olmadığını
sübut etməyə çalışdılar.
Dil və üslub: dil və üslubları açıq, anlaşıqlı və yalındır. Xalqın danışıq dilinin
özəlliklərini əks etdirməyə çalışırlar. Konkret şeir, mənasız şeir anlayışlarına, sənət sənət
üçündür nəzəriyyəsinə, fərdi şeirə qarşıdırlar. Fəhlələrə və kəndlilərə xitab etmək
istədikləri üçün imkan daxilində mənası açıq şeirlər yazmağa çalışırlar. Xalqın gündəlik
danışıq dilinə və tələffüzünə ən çox yer verənlər sosialist gerçəkçi şairlər oldular.
Jargona, şüar ünsürlərinə yönəlmələri üslublarının ən bariz özəlliyidir. Qovğacı tərzləri
də çox aşkardır.
Təkrara düşmə: Türkiyədə sosialist gerçəkçi şeirin gözə çarpan özəlliyi bir çox şairin
həm mövzu, həm də dil, üslub, forma və texnika baxımdan Nazim Hikməti təqlid etməsi,
təkrarlardan qurtula bilməməsidir. Bu dövrdə sosialist gerçəkçi şeirin ən önəmli
təmsilçisi və önçüsü Nazim Hikmətdir. Digər önəmli təmsilçiləri arasında İlhami Bəkir
Tez, Həsən İzzəddin Dinamo, Nail V. Çakırxan, Səbahəddin Əli, Ərcümənd Behzad Lav
sayıla bilər.
Nazim Hikmət (1901-1963). İlk şeirlərində milliyyətçilik duyğuları üstün olmuş, hətta
mövləvilik fəlsəfəsinə də yer vermişdir. 1917-ci ildə hələ onbeş yaşında ikən Həybəliada
dənizçilik məktəbinə daxil olur və tarix müəllimi Yəhya Kamaldan çox faydalanır. Anası
Cəlilə xanımın sevgilisi olan Yəhya Kamal Nazimin evinə tez-tez gedir və bu arada onun
gənclik eşqləri barədə yazdığı bəzi şeirlərini düzəldir. 1 yanvar 1921-ci ildə arxadaşı Vala
Nurəddinlə birlikdə gizlicə Anadoluya keçir. İki dost Ankarada Anadolu gəncliyini milli
mücadiləyə dəvət edən "Siz də mi satıldınız?" adlı şeiri yazırlar və bu şeir Mətbuat
Umum Müdirliyi tərəfindən 10.000 nüsxə tirajda çap olunub xalqa paylanır. İki dost
qüvveyi-milliyyəyə qatılmaq istəyirlər, ancaq müəllimə ehtiyac duyulduğundan Bolu
sultanisinə müəllim olaraq təyin edilirlər. Bu sırada Ziya Hilmi bəy adında bir hakim
onlara inqilabçı düşüncələr aşılayır. Xalqın mənfi reaksiyasını görən Ziya Hilmi onlara
Sovetlər Birliyinə getmələrini tövsiyə edir. Bu məsləhətə əməl edərək 30 sentyabr 1921-
ci ildə Batuma, oradan da Moskvaya gedirlər.
Nazim Hikmət 1921-ci ildə Batumda bir qəzetdə uzun-qısa misralardan qurulu, nərdivan
formasında rusca yazılmış bir şeir görür. Moskvaya gedərkən küçədəki ac insanların
halından mütəəssir olur və qəzetdə gördüyü şeir formasında sərbəst nəzm şəklilə qırıq,
qısa, uzun misralardan ibarət "Acların göz bəbəkləri" adlı şeirini yazır. Bu şeir onun heca
vəznini buraxıb sərbəst vəznlə yazdığı ilk şeiridir. Nazim Hikmət Şərq Xalqları
Kommunist Universitetində iqtisadiyyat və sosiologiya oxuyur. Bu arada Mayakovskinin
önçüsü olduğu futurizm (gələcəkçilik) və konsruktivizm (quruculuq) cərəyanları ilə tanış
olur. 1929-cu ildə Türkiyəyə qayıdır və "835 sətr" adlı ilk şeir kitabını nəşr etdirir. Onu
digərləri təqib edir: "Jakond ilə Sİ-YA-U" (1929), "Varan 3" (1930), "1+1=1" (1930),
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
433
"Səsini qeyb edən şəhər" (1931), "Bənərçi özünü niçin öldürdü?" (1932), "Portretlər"
(1935), "Taranta Babuya məktublar" (1935).
Nazim Hikmət "Qarıma məktub" ("Portretlər", 1935) şeiri ilə yüksəkdən hayqıran xitabət
üslubu yerinə daha alt pərdədən, yumşaq söyləyişə dayanan bir tərzə keçmişdir. Bu
dönəmdə şeirdə məktub formasına üstünlük verir. Bu üslubu mənimsəməsində 22 mart
1933-cü ildə gizli örgüt qurma iddiası ilə Bursa həbsxanasına göndərilməsinin və
sevgilisi Pirayəyə olan həsrətinin də payı böyükdür. 12 avqust 1934-cü ildə həbsxanadan
çıxır. Həbsdə ikən Məhməd Şərafəddin əfəndinin "Simavnə qazısı oğlu Bədrəddin" adlı
kitabını oxumuş və ondan ilham alaraq 1936-cı ildə "Şeyx Bədrəddin dastanı"nı
yazmışdır. Bu şeirində ənənəvi kültür və ədəbiyyat təcrübəsindən, klassik şeir və xalq
şeiri özəlliklərindən yararlanmış, gələnəkdən aldığı motivləri modernizə edərək yenidən
işləmişdir. Bu əsərində XV əsrdə, 1402-1422-ci illər arasındakı fətrət dövründə Osmanlı
dövlətində Simavnə qazısı olan Şeyx Bədrəddin və müridləri Torlaq Kamal və Börklücə
Mustafanın öndərlik etdiyi bir kəndli üsyanını tarixini dialektik materializmə görə şərh
etməyə çalışır.
Şair 1939-1941-ci illər arasında "Qüvveyi-milliyə dastanı"nı yazar. Bunu yazmadan öncə
Atatürkün nitqini oxuyur. Dastanda qəhrəman komandanlar yerinə, adsız qəhrəman olan
xalq tiplərinə yer verərək milli mücadiləni xalq kütlələrinin qələbəsi kimi şərh edir ki, bu
onun sosialist nəzəriyyəsinə uyğundur. Olayı bir xalq üsyanı, kütlə ayaqlanması olaraq
təqdim edir. Rolu iradəli qəhrəman tiplərə deyil, ümumi xalq yığınlarına verir. Milli
mücadiləni sosialist baxış bucağından dəyərləndirir. Şeirə çox səsli bir orkestrasyon
gətirir. Meydanlarda kütlələri marksist ideologiyaya bağlı sosial və siyasi fikir, ideal və
hərəkətlər istiqamətində toplaya biləcək bir xitabət üslubuna sahibdir. Çox üst pərdədən
söyləyir. Tox bir səslə hayqırır, yüksək səslə bağırır, qovğaya, devrimə çağırır. Kütləni
həyəcana gətirir. Xitabət üslubu çox açıq olmaqla birlikdə, lirik bir tərzi də vardır.
Həbsxanada yazdığı şeirlərdə isə çox daha yumşaq bir üslub işlədir. Bunu
"Məmləkətimdən insan mənzərələri"ndə görmək mümkündür.
Sosialist bir quruluş qurmaq üçün qovğa şeirləri yazır. Əzilənləri, istismar olunanları
kommunist bilinclə xəbərdar etməyi özünə borc bilmiş və onları inqilab edərək
kommunist rejim qurmağa səsləmişdir.
Futurizm italyan şairi Filippo Tommoso Marinettinin 1909-cu ildə qurduğu bir
cərəyandır. O, manifestində əsas etibarilə sükunətə qarşı hərəkəti, keçmişə qarşı gələcəyi,
təsirə qarşı əks-təsiri qoyur. Məsələn, kitabxanaların, muzeylərin, akademiyaların yıxılıb
yox edilməsini istəyir. Çünki bunlar keçmişə dönük, sükunət və statik mövqedə olan
qurumlar və bilgi xəzinələridir. Bunların yerinə sürət, hərəkət, istehsal və maddi faydanı
əhatə edən fabrik, sənaye, texnologiya daha önəmlidir. Bəzi rus şairləri, özəlliklə
Mayakovski kommunist inqilabı gerçəkləşdirmədə bu cərəyana uyğun bir şeir anlayışını
işlətmişlər. Dolayısı ilə, Nazim Hikmət də inqilabçı şeiri üçün bu cərəyanın hərəkət,
gələcək, makina kimi ünsürlərindən gen-bol yararlanmışdır. "Salxım söyüd", "Bəhri-
Xəzər", "Makinalaşmaq" və "Orkestr" şeirləri onun futurist şeirlərinə örnəkdir. Makina,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
434
fabrik və texnologiyanın sürəti bu şeirlərə, formaya və məzmuna hopmuşdur.
Texnologiya və sənaye onun önəmli mövzularından biridir. Rus şairi Mayakovski də
texnologiyanı mədh edən şeirlər yazmışdı. Nazim "835 sətr" kitabı ilə birlikdə
makinalaşmaq, fabrik, sənaye mövzularına önəm verir, insanlığın qurtuluşunu ona
bağlayır.
İlhami Bəkir Tez (1905-1984). Əruzu yaxşı bilir. İlk şeirlərində heca vəznini işlətsə də,
sonrakı şeirlərini sərbəst vəznlə yazır. Şeirində ahəng ünsürü açıqdır. Bu dönəmdəki
şeirlərini "Həyat bilgisinə görə uşaq şeirləri" (1927), "Mavi kitab" və "24 saat" (Nazim
Hikmətlə birlikdə hazırlamışdır və bir fəhlənin iş günündən bəhs edir), "Birinci forma A"
(1930), "Hər hansı bir şeir kitabıdır" (1931), "Mustafa Kamal" (1933-cü ildə,
cümhuriyyətin onuncu ilində yazdığı bir dastandır. Bu kitabında Atatürkün həyatına,
qurtuluş savaşına və istiqlal fikrinə yer verir), "Olduğu kimi" (1935) adları altında
toplayır. Sosialist şeiri Mayakovskidən öyrənir. Eşqə, fərdi mövzulara yer verir.
Şeirlərində savaş və savaşın nəticəsi olan aclığı, mədən fəhlələrini işləyir. Sosial
mövzulara marksist nöqteyi-nəzərdən yanaşır. Şeirlərində zaman-zaman yaşama sevinci
də sezilir, yalın xalq dilinə yer verir.
Nail Vəhdəti Çakırxan (1910). Önçülərindən olduğu sərbəst şeir anlayışının
yayğınlaşmasına töhfəsi böyükdür. 1950-ci illərdən sonra şeiri tərk etmiş, daha çox siyasi
mücadilə ilə uğraşmışdır.
Həsən İzzəddin Dinamo (1909-1989). Şeirlərini "Yeni yol", "Sokak", "Həmlə", "Küllük",
"Səs", "Yeni ədəbiyyat" dərgilərində çap etdirir. Bu dövrdəki şeirlərini "Adsız kitab"
(1931-ci ildə, Vəhbi Cəm və Məhməd Cavad ilə birlikdə) və "Dəniz fənəri" (1937) adı
altında nəşr etdirir. 1926-cı ildən etibarən çap olunan ilk şeirlərində Faruq Nafizin təsiri
görünür və heca vəznini işlədir. Fərdi mövzulara yer verir. Nazimin "835 sətr" kitabını
oxuyunca Nazimin təsiri ilə sərbəst vəzndə şeirlər yazmaya başlayır. Mövzuları fərdidən
sosiala dönür. Şeirlərində ideoloji ünüsürlər çox bəlirgin, sənət dəyəri isə çox zəifdir.
1933-cü ildən sonrakı şeirlərində N.Hikmətin təsiri azalır, öz şəxsiyyətini tapmağa çalışır.
Ərcümənd Behzad Lav (1903-1983). Bu dövrdə aşağıdakı şeir kitablarını yayınlayır:
"S.O.S." (1931), "Xaos" (1934), "Açıl, kilidim, açıl" (1940). İlk şeirlərini ənənəvi şeir
tərzində yazır. Sonradan Nazim Hikmətin təsiri ilə sərbəst tərzdə şeirlər yazmağa
başlamışdır. Daha çox sürrealizmin təsiri altına düşmüşdür.
Səbahəddin Əli (1907-1948). Əslində hekayəçi və romançı şəxsiyyətilə tanınan yazar bu
dönəmdə "Dağlar və rüzgar" (1934) adlı bir şeir kitabı çıxarmışdır.
Çevirəni: Ramiz Əsgər
Dostları ilə paylaş: |