“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
377
―Oskar‖ı mən ancaq səkkizinci cəhddə əldə edə bildim. Ona qədər məni yeddi dəfə
siyahıya salmışdılar, vəssalam.
Bilmirəm mən bu məsələyə adekvat münasibətimi bildirə bilərəmmi, heç olmasa
qismən... İndi mən nominantlara baxıram və düşünürəm: ―Bəs birdən onlar neyroxirurq
olsaydılar necə? Məcbur qalsaydın onlara öz beynini əməliyyat eləməyə etibar edərdin?
―Oskar‖ı məhz o etibarlı şəxsə vermək lazımdı.
Amma əvvəllər hər şey mənim əhval-ruhiyyəmin necə olmasından asılı olardı.
* * *
Elə il olub ki, mən alkoqoldan və həblərdən hədsiz dərəcədə çox istifadə eləmişəm. Bu
məsələləri mən çoxdan qapatmışam. Amma mərasimdə oturduğum zaman düşündüyüm
vaxt olub: ―Birdən məni təltif eləsələr, səhnəyə qədər gedə biləcəyəmmi? Əmin
deyiləm‖.
* * *
Atam beş dəfə evli olub, amma mən heç vaxt evlənməmişəm. Bundan hansı nəticəyə
gəlirəm? Biz öz vərdişlərimizin köləsiyik.
* * *
Əgər aktyorun çoxlu pulu varsa, o adətən onu xərcləməyə yer tapır. Mən öz pullarımı
şəxsi filmim olan ―The Local Stigmatic‖ə (―Mestnıy Stiqmatik‖) xərcləsəm də, sonradan
onu prakata çıxarmadım.
* * *
Bir gün Mərkəzi parkda gəzişirdim, tanımadığım bir insan mənə yaxınlaşdı və dedi:
―Qulaq as, sənə nə olub belə? Niyə biz səni görmürük?‖ Mən nə isə mızıldamağa
başladım: ―Bilirsiz mən...heç...mən...‖ Amma o: ―Hə Al, mən səni zirvədə görmək
istəyirəm!‖ Və mən anladım ki: mənim bəxtim gətirib, mənə istedad verilib və mən
ondan istifadə etməliyəm.
* * *
Bir filmdə mən suda üzən tirin üzərində qəhrəman Robin Uilyamsı təqib etməli
olmuşdum. Bu səhnəni ideal səviyyədə oynamaq lazım deyil. Bunun üçün lazım olan şey
- spontanlıqdı. Bütün fokus spontanlıqdadı.
* * *
20 il bundan əvvəl Frenk Sinatranın konsertinə getmişdim. Çətin anlarda onun Baddi
Riçi vardı. Beləliklə, səhnəyə Baddi Riç çıxdı və mən necə oldusa fikrə getdim: ―Axı
Baddi Riçin 79 yaşı var, amma o baraban çalır‖. Mən bilirdim o yaxşı barabançıdır,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
378
amma o zaman düşünmüşdüm: ― İndi Frenk Sinatra səhnəyə çıxana qədər otur, Baddi
Riçin qımıldanmağına, yerində yırğalanmağına bax‖.
Baddi Riç başladı, necə başladı. Onun ifası mənim gözlədiyimdən on qat artıq idi.
Riffin ortasında hamı yerindən sıçradı və heyranlıqla əl çalmağa başladı. Sonra isə
Sinatra gəldi və sadə bir söz dedi: ―Görürsünüzmü, bu oğlan necə baraban çalır? Bəs
bilirsizmi ki, bəzən seçilmiş yoldan çıxmamaq xeyirlidi‖.
Baddi Riç seçilmiş yoldan çıxmadı. O təkcə illər boyu barabanda ifa etmədi, həm də
həmin gecə öz yoluyla getdi. O dəqiq belə dedi: ―Gör mən nə qədər yol gəlmişəm, gəlin
yoxlayaq, mən davam edə biləcəyəmmi...‖ Qəflətən yol onu lazım olan yerə gətirdi.
Bax, biz bütün bunları ona görə edirik. Lazım olan yeri tapmaq istəyirik. Amma o yeri
tapmaq hələ hər şey demək deyil. Lazım olan kifayətlənməməkdi. Bilirsizmi, belə bir
atalar sözü var: ―Kim ki, öz dəliliyindən əl çəkmir, o hansısa gözəl bir gündə müdrik
olacaq‖.
Ruscadan çevirdi: Cavid Ramazanov
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
379
Telman Orucov
Saray həyatının dəbdəbəsinin xiffəti və ya hələ uçmamış yeni ―hava qəsrləri‖
(Fərəh Pəhləvinin kitabı haqqında qeydlər)
İstənilən memuarı panegirik ədəbiyyatın bir növü saymaq olar. Məddahlıq edənlər öz
qəhrəmanını göylərə qaldırdığı kimi, ötən ömrün xatirəsini qələmə alanlar da adamlara
xas olan zəifliyin nişanəsi kimi özlərinə vurğunluğu açıb ağardaraq, az qala keçmişini
idealizə etməyə girişir, həqiqətin ən güclü atası sayılan Zamanın etdiyi düzəlişlərə məhəl
qoymadan yaşadığı xoşbəxtlik dövrünü cazibədar naxışlarla bəzəməklə öz nostalji
hisslərini başqalarına da təlqin etməyə səy göstərir. Ədalətlə demək lazımdır ki, kənardan
bir qədər əlçatmaz görünən bu adamlar əslində qarşılarına qoyduğu məqsədə müəyyən
ölçülərdə çatmağı da bacarırlar. Onların prizmasından öz həyatları, günəşin şüaları
havadakı yağış damcılarını qövsi-qüzeh rənginə boyayan kimi al-əlvanlıq qazanır,
ətrafdakı bədbəxtliklər və səfalət dənizi büsbütün unudularaq Yer üzərindəki mövcudluq
az qala cənnət haləsinə bürünür, qələminin şişirtmə gücü və hadisələri birtərəfli təsvir
etmək üslubu hesabına bu adamlar özlərini bir qədər ―göy sakinləri‖ kimi təqdim
etməkdə rahatlıq tapırlar.
Axırıncı İran şahının axırıncı xanımı Fərəh Pəhləvinin ―Xatirələr. Yıxılan rejimin və
bitməyən eşqin hekayəti‖ kitabı bir qədər mütaliə təcrübəsi olan oxucuda da məhz belə
hisslər yaradır. Rejimin mövcudluğu dövründəki tituluna görə ―Şahbanu‖ adlanan bu
xanım İran şah rejiminin süqutuna qədər olan son iyirmi ili görünməmiş inkişaf,
firavanlıq dövrü kimi qələmə verməyə cəhd etsə də, bəzən qeyri-iradi olaraq onun
―anadangəlmə ləkələrini‖, qüsurlarını da bütünlüklə danmağı, inkar etməyi bacarmır.
Gənc qızın saray mühitinə düşməsi, şahın üçüncü arvadı olması səadətinə qovuşması elə
qeyri-adi cizgilərlə təsvir edilir ki, elə bil ki, ―Min bir gecə‖ nağılının səhnələri ilə
yenidən tanışlıq başlayır və ya fransız imperessionist rəssamların fırçasından çıxmış
gözəl təbiət mənzərəsini seyr edirsən.
Müəllifin bu sahədəki cəhdlərinin həddi aşdığı da diqqətdən yayınmır. Bəlkə adi keçi
dərisini də ―qızıl yun‖ kimi və ya istənilən iplik kələfini Ariadna sapı kimi təqdim etmək
olar, lakin bundan azacıq baş çıxardanlar mifik hadisələrin yenidən təkrarlanması
cəhdlərinə inanmayacaqlar. Mərhum şahın evlənmə tarixçələrini yaxşı bilən adamları
şahın son xanımının qələmindən çıxan əhvalatlara inandırmaq o qədər də asan məsələ
deyildir. Şah qvardiyasının rəhbəri və müəllifin, xəyanət edərək dini rejimə xidmətə
keçməkdə ittiham etdiyi general Hüseyn Fərdostun ötən əsrin sonlarında ingiliscə çapdan
çıxmış kitabında Fərəh xanımın şaha hansısa varlı adam tərəfindən nikah üçün real
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
380
namizəd kimi irəli sürüldüyü bütün təfərrüatı ilə açılıb göstərilir. Məhz belə təqdimat
gələcək Şahbanunun əvvəllər mütləq xoşbəxtlik rəngində olan, son iyirmi ildə isə
bədbəxtlik dumanına bürünmüş həyata ilk dəfə qədəm qoymasından xəbər verir. Ona
görə də ―bitməyən eşq hekayəti‖ bir o qədər də inandırıcı görünmür, burada gələcək ərə
vurğunluqdan daha çox uşaqlıqdan qulağında səslənən ―Şahın arvadı‖ olmaq ifadəsinin
yaratdığı arzuya ürəkdən bağlılıq, sarayda əslində ikinci adam olmaq istəyi daha çox gözə
çarpır. Axı o, əslində qiyamla meydana gələn yeni sülalənin hələ yüzillər, minillər davam
edəcəyinə ümid bəsləyirdi, şah kimi o da bu sülalənin ömrünün vur-tut yarım əsrdən bir
qədər artıq davam edəcəyini ağlına belə gətirə bilməzdi.
Kazak ruhunda tərbiyə almış general Rza xan 1921-ci ildə olcuqda zəif və səriştəsiz
hökmdar olan Əhməd şahın dövründə dövlət çevrilişi etmiş, bu vaxt yeni hökumətə
jurnalist Seyid Ziyəddin Tabatabai başçılıq etmiş, general Rza xan isə müdafiə naziri
təyin edilmişdi. İki ildən sonra jurnalist də hökumət başçılığından uzaqlaşdırıldı, bu
vəzifəni tutduqdan az sonra 1925-ci ildə Persiya parlamenti olan Məclis ölkədə olmayan
Əhməd şahı devirdikdən sonra şahlıq rejimini qoruyub saxlamaq üçün, Rza şah adı
altında onu taxt-taca qaldırdı və o, öz sülaləsini Persiya xanədanı dövründə dili və yazını
ifadə edən simvolik ―Pəhləvi‖ sözünü özünün sülalə adı elan etdi. Rza xan respublika
elan etməyi nəzərdə tuturdu. Lakin xalqın böyük çoxluğunun bu ideyaya güclü əks
çıxması onu öz fikrindən dönməyə məcbur etdi.
İlk şah 1941-ci ilin sentyabrında İran əraziləri cənubdan ingilis orduları, şimaldan isə
sovet qoşunları tərəfindən işğal edildikdə öz oğlu Məhəmməd Rzanın naminə taxt-tacdan
uzaqlaşdı, bir müddət qürbətdə yaşadıqdan sonra, vətənindən uzaqlarda da həyatla
vidalaşdı.
Şahbanu Fərəh Pəhləvi gənc və təcrübəsiz qız olmasına baxmayaraq saray həyatına
qədəm qoyduqdan sonra buranın boğucu, intriqalarla dolu olan mühitindən baş çıxarmağı
bacardı, qısa müddətdə ərinin məhəbbətini qazanmaqla mühüm nüfuz sahibinə çevrildi.
Onun bir sıra sosial problemlərin həllində fəal iştirakı təqdirə layiqdir. O, cüzam
xəstəliyindən dəhşətli əzab çəkən xəstələrə yardım əlini uzatmış, onlar üçün ayrıca
yaşayış məntəqəsi saldırmışdı. Onun təhsil müəssisələrinə qayğısı da xüsusi qeyd
olunmalıdır.
Fərəh xanım ərinin həyata keçirdiyi ―Ağ inqilab‖ islahatlarının bəzilərinin həyata
keçirilməsində təşkilatçılıq işi aparır, əsas diqqətini qadınların cəmiyyətdə, xüsusilə
ailədə fəal rol oynaması problemlərinə yönəldirdi.
Qadınlar seçmək, seçilmək hüququna yiyələnmişdilər, universitetlə daxil olur və
qazandıqları ixtisaslara müvafiq işləyə bilirdilər. Kəndlərdə isə cəhalət hökm sürməkdə
davam edirdi. Onu maraqlandıran məsələlərdən biri yetimlərin üzləşdiyi acınacaqlı
vəziyyət idi. Bu şəraiti aradan qaldırmaq vacibliyi onu həmin uşaqlarla məşğul olan
təşkilata başçılıq etməyə həvəsləndirmişdi. Ölkədə olan on minə yaxın yetim və kimsəsiz
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
381
uşağı məskunlaşdırmaq üçün ölkənin ayrı-ayrı yerlərində yetimlər üçün olan evlərdən
ötəri yeni binalar inşa edildi. Onların tərbiyəsi ilə təhsil almış qadınlar məşğul olurdu. Bu
qayğı hesabına uşaqların qarnı doyuzduruldu, onlar müvafiq paltarlarla təmin edildilər,
kimsəsizliyin acı xofundan uzaqlaşa bildilər. Fiziki cəhətdən qüsurlu olan uşaqlar, korlar
üçün məktəblər açılmışdı, xüsusi istedada sahib olan uşaqların öz qabiliyyətlərini inkişaf
etdirməsi üçün şərait yaradılmışdı.
Bu Şahbanunun çoxtərəfli fəaliyyətinin bir sıra sahələridir. İctimai, siyasi fəaliyyəti ilə
yanaşı o, öz ailə borcunu da uğurla ödəməyi yaddan çıxarmırdı. Şah uzun müddət idi ki,
vəliəhd arzusunda idi, lakin ikinci arvadı Sürəyya da bu ümidləri doğrultmadığından
nikaha xitam verilmişdi. Şahbanu Fərəh isə şahı ilk oğlunu doğması ilə sevindirdi, sonra
onun ardıcıl olaraq qızı, ikinci oğlu və ikinci qızı dünyaya gəldi. Ərinin vəfatından iyirmi
il sonra o, ailənin sonbeşiyi olan qızı Leylanı itirmək faciəsi ilə də üzləşməli oldu.
Kitabda şah ailəsinin islam inqilabından sonra sığınacaq tapmaq üçün dünyanın çox
yerlərinə müraciət etməsi, beynəlxalq münasibətlərdə problemlərin yaranacağını nəzərə
alaraq vaxtilə dost sayılan bəzi ölkə başçılarının onları öz torpağında qəbul etməkdən
imtina etməsi, bu vaxt ağır ―ağ qan‖ xərçənginə tutulmuş ərinin nəinki müalicəsinə, hətta
öz ömrünü sakitcə başa vurmasına imkan verilməməsi dəhşətli səhnələrlə qələmə alınır.
Müəllif bütün inqilabların qanla qidalandığı həqiqətini yaddan çıxardaraq, şah rejimi
iflasa uğradıqdan sonra İranda baş verən edamlara, ailələrinin təqib olunmasına böyük
yer ayırır. Lakin bu məsələlərdə ölçü hissinə riayət olunmur. Ən eybəcər siyasi polis kimi
sayılan SAVAK-ın rəisi general Həsən Pakravanın vaxtilə ayətüllah Xomeynini
mühakimədən azad olunması təklifi ilə çıxış etdiyi halda, inqilabdan sonra onun edam
edildiyini böyük faciə kimi qələmə verməklə, müəllif əvvəllər SAVAK-ın zindanlarında
həyatla vidalaşan minlərlə insanların xatirəsini əslində təhqir etmiş olur. SAVAK ölkədə
əsl inkvizisiya qaydaları yaratmışdı, İranda elə bil ki, ikinci Torkvemada meydana
gəlmişdi. Qərb jurnalistləri 1970-ci illərdə yazırdılar ki, azacıq narazılıq işartıları
bildirənlər aradan götürülür, onların diri ya ölü olmasından bir daha xəbər tutmaq
mümkün olmurdu. Bir jurnalist qeyd edirdi ki, isti, bürkülü havada saatlarla avtobus
gözləyən fəhlə hətta qızmar istidən şikayətləndikdə, onu sakitcə oradan aparırdılar və
ittihamı bu olurdu ki, sən havadan yox, şahdan şikayət edirsən. Beləliklə, ehtiyatsızlıq
edib, iqlimdən gileylənən bir adam zindana atılır və onun gələcəyi qatı naməlumluq
dumanında itib batırdı. Bəlkə də şahın heç də hər bir qəddarlıq hadisəsindən xəbəri yox
idi, lakin bu sistemin belə quduzlaşmasına məhz o, rəvac vermişdi. Tehranın özünün daha
mənfur şöhrət qazanmış Bastiliyası, hər cür vəhşiliklər səhnəsi olan zindanı var idi. Şah
bunlardan yaxşı agah idi.
Fərəh xanım isə SAVAK-ın törətdiyi faciələrdən deyil, yalnız onun ―agentlərinin
qanqaraçılığa səbəb olduğunu‖ qeyd edir, adamların bu agentlərin kobud sərtlikləri ilə
üz-üzə gəldiklərini vurğulayır. Əgər Şahbanunun diqqətini yalnız xırda xətalar cəlb
edirdisə, əhalinin başına açılan fəlakətlər onu düşündürmürdümü? Onu yalnız şahın
mənəvi nüfuzuna, həm də rejimə bu agentlərin ziyan vurmaları həyəcanlandırsa da, bu
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
382
hərəkətlərə əslində haqq qazandıraraq onların bunu istəmədən etdiklərini qeyd edir. Və
bir qədər qeyri-ciddi nəticəyə gəlir: ―Amma SAVAK-çıların çoxu ölkədə təhlükəsizliyin
təmini üçün əməlli-başlı çalışdılar‖. Şahbanunun bu sözləri rejimi qoruyub saxlamaq
xatirinə hər cür vəhşiliyə əl atan siyasi xəfiyyənin fəaliyyətinə haqq qazandırır və
müəllifliyi Fransa kralı XVI Luiyə aid edilən ―Məndən sonra qoy lap hər şey daşqına
qərq olsun‖ sözlərinin, yaxud Kaliqulanın ―Qoy nifrət etsinlər, ancaq qorxsunlar‖
prinsipini yada salır. Şah rejiminin zülmü özündən sonra dünyaya mələklər gətirə
bilməzdi və SAVAK-ın mənfi təcrübəsinin nəhəng bünövrəsi üzərində sonrakı
haqsızlıqların da heykəli qoyuldu.
Kitabda kommunistyönlü Tudə partiyasının, ifrat solçuların, dini təməlçilərin adı xüsusi
ikrahla çəkilir. Ölkədəki başqa cür düşüncələrin hamısı az qala düşmən qismində təsvir
edilir və qədim Romanın eybəcər imperatorlarından birinin ―xalqın bircə boynu
olmamasına‖ görə heyfislənməsi fikiri yada düşür. Guya ki, ölkədə doğulan hər bir körpə
öz ilk qışqırtısı ilə şaha sədaqət andı içməli idi. Rejimə etiraz edənlərlə məşhur yazıçının
SSRİ-dəki repressiyalara haqq qazandıran ―Əgər düşmən təslim olmursa, onu məhv
edirlər‖ prinsipinə uyğun qaydada davranmaq lazım imiş. Böyük fransız mütəfəkkiri Şarl
Montesiyə qədim Çində imperatora məhəbbət bəsləməyənlərin edam edilməsi barədə
qanunun mövcud olduğunu xəbər verir. Bu edamlar xüsusi qəddarlıqla həyata keçirilirdi.
İttiham da asan başa gəlirdi, çünki məhəbbət hissinin dəqiq meyarı yoxdur.
Şahbanu üçün isə insan azadlıqları uğrunda mübarizə aparan hər bir kəs çoxbaşlı gidradır
və onların başını nəinki kəsmək, hətta kəsilmiş yeri Heraklın təcrübəsindən istifadə
edərək kösövlə yandırmaq lazımdır. Onlar ―idealist gəncləri ya da boşboğazları yanlarına
çəkən və yalnız rejimi devirməyi düşünən adamlar‖ kimi təsvir edilir. Ona görə də
Azərbaycan Demokratik Respublikasının lideri Seyid Cəfər Pişəvəri Stalinin siyasətini
həyata keçirən şəxs kimi qələmə verilir. Cənubi Azərbaycanda yaradılmış milli dövlətin
1946-cı ilin dekabrında ordu gücünə, qan axıtmaqla boğulmasını xüsusi pafosla ifadə
edir. Şah bu vaxt Təbrizdə çoxlu qan axıtdırmışdı, Kürdüstanın paytaxtı Mehrabadda da
eyni ssenari həyata keçirilmişdi. Bu hadisələrdən azacıq sonra Mehrabada gələn şahı heç
kəs, heç öz təyin etdiyi qubernator da qarşılamamışdı. Təbrizdə isə adamlar bir az əvvəl
qanla sulanmış küçələrdə şahı alqışlarla qarşılamışdılar. Əlbəttə ki, şah belə qəbuldan çox
razı qalmışdı.
Şah 1946-cı ilin 12 dekabr gününü ―Azərbaycanın xilas günü‖ kimi elan etməklə özünə
xilaskar qiyafəsi geyindirməyə cəhd etsə də, bütövlükdə azərbaycanlılar onun törətdiyi bu
qətliamı heç vaxt yaddan çıxarmayacaqlar. Əslində, şah xarici qüvvəyə arxalanmasa belə
qan tökülməsinə cəsarət edə bilməzdi. Bu yalnız sovet ordusu hissələri İran ərazisini tərk
etdikdən sonra mümkün olmuşdu. Hələ 1943-cü ilin noyabr-dekabrında keçirilən Tehran
konfransında qərara alınmışdı ki, müharibə başa çatdıqdan sonra İranın ərazi bütövlüyü
təmin edilsin və altı ay ərzində xarici dövlətlərin qoşunları İran torpaqlarından çıxarılsın.
Stalin heç də Şimali İranı tərk etmək istəmirdi, axı burada mili Azərbaycan Demrokratik
Respublikası yaranmışdı. Lakin 1946-cı ilin başlanğıcından ABŞ hökuməti öz
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
383
narazılığını bildirməyə başladı və Sovet qoşunlarının dərhal çıxarılmasını tələb etdi.
Hətta Trumen atom bombası ilə hədələməyə başladıqda, Stalin ölkəsinin ağır vəziyyətdə
olduğunu nəzərə alaraq, yeni dünya müharibəsinin hansı fəlakətlər gətirəcəyini
anladığından qoşunları çıxarmaq məcburiyyətində qaldı. Bəziləri o dövrün reallığına
əhəmiyyət verməyərək, bunu Stalinin Azərbaycanın birləşməsi işinə göstərdiyi xəyanət
kimi qələmə verirlər. Bu mülahizə hər cür məntiqi və tarixi səbəblərdən və köklərdən
məhrumdur və Stalin öz imperiyasını genişləndirmək üçün hər cür risqə getməyə hazır
idi. Lakin Stalin vəziyyəti düzgün qiymətləndirməyi bacarırdı və daim avantüradan uzaq
qaçmağa çalışırdı.
İran inqilabının, kitabda getdiyi kimi təsadüfən baş verməsi fikri də qeyri-ciddi görünür.
İranda təşəkkül tapmış proletar sinfi yox idi, kəndlilər isə yalnız bunt qaldırmağa
qadirdir, onu inqilaba çevirməyə qüdrətləri çatmır. İran inqilabı bu ölkənin malik olduğu
ictimai mərkəzlərdən başlamalı idi və 1979-cu il ərəfəsində bu rolu tarixən İranda böyük
nüfuzu olan din müəssisələri – məscidlər yerinə yetirdilər. Sovet şairi Aleksey Surkov
1946-cı ildə İranda səfərdə olduğu barədəki xatirələrində yazır ki, İranda ictimai rəy iki
mərkəzdə – məsciddə və bazarda formalaşır və yayılır. Həqiqətən də İranda rejim üçün
təhlükə bu mənbələrin birində yaranmalı idi və yarandı da. Şah rejiminə etiraz edənlərin
çıxışı zorakılıqla yatırılırdı. İnqilab ərəfəsində, 1978-ci ilin yanvarında Qumda altı nəfər
ilahiyyat tələbəsi öldürülmüş, səkkiz ay sonra isə Tehranda Jalə meydanında yüzlərlə
etiraz edən adamın qırğını törədilmişdi. Nəzarəti ələ keçirməyi bacarmayan şah 1979-cu
ilin yanvarında sürgünə yollanmağa məcbur olmuşdu. Fevralın ilk günündə isə Xomeyni
inqilaba rəhbərlik etmək üçün İrana döndü və İslam respublikasını qurdu.
Ayətullah Xomeyni isə mübarizləri din bayrağı altında birləşdirməyi bacardı və onun
başçılıq etdiyi hərəkat qalib gəldi. Şah rejimi içəridən çürüyürdü, çat verirdi, təəssüf ki,
bunu nə şah özü, nə onun yaxın adamları, nə də özünü uzaqgörən kimi qələmə verən
Şahbanu görürdü.
İnqilabdan sonra İranda teokratik dövlət quruluşu meydana gəldi. Tarixə hələ orta
əsrlərdən tanış olan bu quruluş cəmiyyəti təkcə öz sərhədləri çərçivəsində idarə etməklə
kifayətlənməyib, adamların ruhuna da hakim kəsilmək iddiasına düşür. Adamların
şüuruna ağalıq etmək istəyi belə dövlətə əlavə səlahiyyətlər verir. Dini ehkamları
qorumaq vəzifəsi bu dövləti izahi idarəetmə imkanlarına yiyələndirir, adamların mənəvi
dünyasına hakim kəsilmək üçün nəhayətsiz müdaxilə vasitələrindən istifadə etməklə o
əslində Yer üzərindəki səltənətə hökmranlıq etmək kimi adəti qaydalardan kənara çıxır.
Bu isə insan haqları sferasında yeni fəsadların meydana çıxması ilə nəticələnir.
Kitabda yeni rejimə nifrət hədd tanımır, ona görə də bütün qüsurlar onun ünvanına
yazılır. Hətta İraqla aparılan müharibənin təqsiri də əsassız olaraq inqilabi quruluşun
üzərinə atılır. Körfəz müharibəsi adlanan bu münaqişənin kökündə isə başqa səbəblər
|