“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
384
dururdu. İraq İranla öz sərhədlərini yenidən qaydaya qoymaq istəyirdi. İslam
inqilabından sonra iranlılar da Bağdadı İranın Xuzistan əyalətində yaşayan ərəblərin
muxtariyyət tələblərini qızışdırmaqda ittiham edirdilər. Üstəlik, İraq, öz əhalisinin 60
faizini təşkil edən şiələrdən qorxurdu. 1980-ci ildəki bir sıra sərhəd döyüşləri gedən vaxt
İraq qoşunları İran ərazisinin içərilərinə doğru irəlilədilər. Müharibə yalnız 1988-ci il
müqaviləsi ilə başa çatdı və hər iki tərəfdən yarım milyon insanın həlak olması ilə
nəticələndi.
İran şahı ölkədə yaratdığı avtoritar rejimə, demokratiyanın ayaq aça bilməməsinə görə
iflasa, yıxılmağa məhkum idi. Əlbəttə, müəllif 70-ci illərdə böyük iqtisadi, mədəni
dəyişikliklər baş verdiyini yazır və insaflılıqdan uzaq qaçmayaraq, bir ildə neftin
qiymətinin dörd dəfə artmasını, neft istehsalını 300 milyon tondan çoxa çatdıran İranın
böyük gəlir götürməsini də qeyd etməyi unutmur. Savadlılığın 70 faizə çatdığını qürurla
qeyd edir. Lakin ikrahla danışdığı SSRİ-də 30-cu illərin sonunda savadsızlıq kütləvi
qaydada ləğv edilmişdi. Təəssüf ki, yanız Persiya dövlətinin 2500 illik tarixinə həsr
olunmuş yubileyə hazırlıq görülərkən israfçılığa yol verildiyini ittiham edənləri qeyri-
obyektivlikdə günahlandırır. Lakin onu da yaddan çıxarır ki, neftdən gələn milyardlarla
vəsaiti şah bədxərcliklə müasir hərbi texnika və cihazlar alınmasına sərf edirdi və
bunların çoxlu limandan daşınıb təyinatına çatdırılmırdı, səhrada qumun altında qalıb
yararlılığını itirirdi.
Təsərrüfatsızlıq eybəcər hədlərdə mövcud idi. İş o yerə gəlib çatmışdı ki, İran körfəzi
limanlarına gələn gəmilərdəki idxal malları vaxtında boşaldılmadığında dövlət ağır
cərimələr ödəməyə məcbur olurdu. Bir dəfə məlum olmuşdu ki, Bəndər Abbas limanında
800 gəmi xeyli müddətdir ki, ərzaq mallarından ibarət olan yüklərinin boşaldılmasını
gözləyir, onlardan çoxu altı ay idi ki, boşaldılma növbəsində dayanmışdı.
Bir qayda olaraq tərif həddi aşdıqda əks effekt verir. Müəllif şahın gördüyü işləri elə
yağlı boyalarla təsvir edir ki, elə bil, Bisütun dağında Persiya çarı I Daranın
şücaətlərindən bəhs edən ―Nəqşi-Rüstəm‖ kimi əlavə yeni bir qalereya yaratmaq ehtiyacı
yaranır. Qaya üstünü yeni yazılarla bəzəmək olar, lakin şahın Daranın nailiyyətlərinə
azacıq da olsa yaxınlaşan bir əməlini tapmaq qeyri-mümkündür. Kitabda canfəşanlıqla
təbliğ edilən ―Ağ inqilabın‖ tərkib hissələrindən biri olan torpaq islahatından da şah
böyük torpaq sahələri ələ keçirməyə müvəffəq olmuşdu.
Şah sarayı dəbdəbəsiz mümkün deyildir. Şərq saraylarında isə bu, elə bir hədd tanımır.
Dəbdəbə artıq başqa miqyas almışdı. Hətta Makedoniyalı Aleksandrın da mənəviyyatının
korlanmasında perslərin zinyətə, dəbdəbəyə vurğunluğu az rol oynamamışdı, onun da bu
mərəzə tutulmasına şərait yaratmışdı. Bu pulların bir hissəsi də dövlət büdcəsindən yan
keçir, saray üzvlərinin varlanmnsına yol açırdı.
Fərəh Pəhləvinin özünə gəldikdə o, zinyətə, dəbdəbəyə vurğunluqda öz sələfi olan
Argentina prezidentinin xanımı Evita Perondan, Filippin prezidentinin xanımı, özündən
bir qədər sonra belə yüksək mövqeyə çatan və iti iştahı ilə seçilən İmelda Markosdan çox
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
385
şey öyrənmişdi. Onlar sosial müdafiə və abadlıq tədbirləri adı altında xeyli vəsait ələ
keçirmişdilər. Fərəh xanım da bəzi üsulları onlardan əxz etmişdi.
Şah, əlbəttə ki, vətənpərvər insan idi və o, atasından bu xüsusiyyəti əxz etmişdi. Türk
yazıçısı və diplomatı Yaqub Qədri Qaraosmanoğlu Rza şahın Tehranın
abadlaşdırılmasına göstərdiyi diqqəti xüsusi qeyd edir və göstərir ki, şah tikilən binaların
inşaatçılarına həftəlik tapşırıqlar verib, onun icrasını yoxladıqda, fərqlənənləri qızıl
sikkələrlə mükafatlandırırdı və bu tikinti-abadlıq işlərinə böyük vüsət vermişdi.
Məhəmməd Rza Pəhləvi uşaq olarkən İsveçrədə təhsil almışdı. Qonşu kənddən bir qadın
satmaq üçün ona inək südü gətirirdi. Bir dəfə onun xoşuna gələn bu uşaqdan haralı
olduğunu soruşduqda o, iranlı olduğunu demişdi. Qadın belə bir ölkəni tanımadığını
etiraf etmişdi. Yeniyetmə öz dostları qarşısında and içirmiş kimi söz vermişdi ki, mən elə
edəcəyəm ki, İranı dünyada hamı tanısın. Buna görə də o, bəzən hətta bu xeyirxah
məqsəd naminə ağılsız layihələrə də əl atırdı, Tehranı on iki milyon əhalisi olan şəhər
kimi görmək istəyirdi. İndi onun bu arzusu deyəsən reallaşmağa yaxınlaşır və şəhər çox
sayda yeni problemlərlə üzləşmişdir.
Şahı devirmək, rejimi süquta uğratmaq tərəqqiyə yol açmaq məqsədini güdür, qəbahətli
bir iş deyildir. Lakin şahın və ailəsinin təqib edilməsi, ölümlə hədələnməsi bir növ
yakobinçiliyi yada salır. Yəqin ki, İran inqilabının da, kitabda qeyd olunduğu kimi,
Xalxali adında öz Robespyeri var imiş. Ona görə də ağır xəstəliyin mənfur caynaqları ilə
boğduğu şahın sakitcə ölməsinə də dözümsüzlük göstərilməsi heç də yaxşı hisslər
yaratmır. Şah hələ İranda olarkən təhlükənin kiçik olmaması qənaətinə gəlmişdi,
vəziyyətin ağır olduğunu anlamışdı, ona görə də çaşqınlıq keçirirdi, baş nazirləri
dəyişməkdən başqa bir səmərəli yol və ya vasitə görmürdü. Bir italyan qadın jurnalisti
belə bir vaxtda şahla görüşdükdə onun halına acıyan adam kimi kədərli bir sual vermişdi.
– Şah deyəsən karvan yorulub.
Şah ah çəkərək, cavabında demişdi ki, karvan yorulsaydı, nə vardı ki, bir qədər dincələr,
yenə yoluna davam edərdi. Karvan azmışdır, səhrada azmaq isə ölümdən betərdir.
Şah adlanan sarvan karvanı azdırdığını özü etiraf etməyə məcbur olmuşdu. Ağır xəstəlik
isə onun iradə gücünü də əlindən almışdı. Az qalırdı o, özünü zəhər içib öldürən
Hannibal kimi bütün dünyaya haray çəksin ki, artıq o, həyatdan gedir, qoy onu sakit
buraxsınlar. Deyilənlərə görə, ölümündən qabaq Hannibal bu sözləri söyləmişdi:
―Romalıları onların köhnə qayğısından azad edək, bir halda ki, onların qocanın ölümünü
gözləməyə belə səbrləri qalmayıbsa‖. Şahın ölümü bunu arzulayanlar üçün töhfə hesab
edilsə də, bu arzunun özünün mahiyyəti humanizmdən tam kənar olan bir istək təsiri
bağışlayır.
Şahbanu Fərəh Pəhləvi taxt-tacın əldən getməsilə razılaşmır, otuz il keçəndən sonra belə
şah rejiminin reinkarnasiyasına ümidini itirmir. Axı ―hava qəsrlərini‖ tikmək asandır,
uçurub, dağıtmaq çox çətindir. Şahın xanımı da keçmişi qaytarmaq barədə düşünür, hətta
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
386
tam virtual olan kölgə kabinetinin formalaşmasına müdaxilə etməməsinə görə özünü
qınayır. O, oğlu şahzadə Rzanın reallıqdan çox uzaq olan İran xalqına müraciət adlı, elə
bir dəyəri olmayan sənədinin işıq üzü görməsində xüsusi canfəşanlıq göstərir. Oğul Rza
Pəhləvi İran şahı kimi məsuliyyətləri və səlahiyyətləri öz üzərinə götürməyə hazır
olduğunu bəyan edir, öz tərəfdarlarını səflərini sıxlaşdırmağa çağırır. İran xalqı
vidalaşdığı rejimi bir də geri qaytarmaq istəyəcəkdirmi, bu sual bir qədər qeyri-ciddi
səslənir, irəli sürülən vəzifənin həlli yolları isə heç uzaq üfüqdə də görünmür.
Kitabda şəxsi məsələlərə, ailəyə, ərinə, uşaqlarına, özünün və ərinin qohumlarına daha
çox yer verilmişdir. Ona görə də müəllifin görmə bucağı o qədər də geniş deyildir. Tarixi
hadisələr çox vaxt mövcud reallıqdan, kontekstdən qoparılaraq verildiyindən, elə bir təsir
gücünə malik olmur. İran İkinci Dünya müharibəsindən əvvəl İngiltərənin, müharibədən
sonrakı üç onillik ərzində isə ABŞ-ın güclü təsiri altında öz siyasətini yürütmüşdü.
Amerikanlar qanuni Müsəddiq hökumətini devirdiklərini özləri etiraf etdikləri halda,
Fərəh xanım bunu xalqın adına çıxır. Şahın da xatirəsini əsas götürür ki, 1953-cü il
avqustun 19-da fəhlələr, sənətkarlar, tələbələr, müstəqil vəzifə adamları, əsgərlər,
jandarmalar, qadınlar, hətta uşaqlar vəziyyəti tərsinə çevirdilər. Şah tərəfdarı olan
tankdan atılan atəş sabiq baş nazir Müsəddiqin villasını dağıtdı. Bu vaxt ölkədən qaçmış
şah Tehrana qayıtdı və vəziyyətə nəzarəti əlinə keçirdi.
Müsəddiq neft sənayesinin milliləşdirilməsinə başçılıq etmişdi və bu şah və onun
havadarları üçün böyük zərbə idi. O, hətta sarayın büdcəsinə müdaxilə etməyə də cəsarət
etmişdi. Saray adamlarının xaricə lüzumsuz bədxərc səfərlərinə qadağa qoymuşdu.
Fərəh xanım özünün Diba nəslinin Azərbaycana mənsub olduğunu yazsa da, bu ölkəyə
elə də bir məhəbbət hissləri ifadə etmir. Şimali azərbaycanlıları, hörmət hissindən kənar
bir şəkildə, azərbaycanlı ruslar adlandırır. Cəfər tərəfdarlarına, Demokratik Respublika
yaradanlara isə nifrin yağdırmaqdan çəkinmir.
Müəllif tarixi hadisələrdən danışarkən bəzi həqiqətlərə bilərəkdən, ya bilməyərəkdən göz
yumur. Məsələn, Parisdə İranın yeddi min illik tarixinə həsr olunmuş sənət sərgisindən
söhbət açır. Axı bəşər sivilizasiyası tarixinin beş min il yaşı vardır və bunu bütün
tarixçilər etiraf edirlər. ―Tarix Şumerdən başlayır‖ ifadəsi dillərə düşmüşdür. Şumerin
tarixi isə miladdan əvvəl üç min ildən uzağa getmir. Axı Persiyanın iki min beş yüz illik
tarixi vardır, ondan əvvəl isə bu ərazidə Midiya dövləti mövcud olmuşdu. Digər tərəfdən
Fərəh xanım öz düşüncələrini tarixin gedişinə zidd şəkildə qoymaq istəyir, rus çarlarının
saray mirasına böyük təşvişlə tamaşa etdikdə, bir vaxtlar öz şah saraylarının da belə
ekskursiya obyektləri olacağını göz önünə gətirdikdə onu dəhşət bürüyür.
Bütün bunlarla yanaşı cənub qonşumuza maraq göstərən azərbaycanlı oxucular üçün
keçmiş Şahbanunun kitabının nəşr olunması təqdirəlayiq təşəbbüs hesab olunmalıdır.
Tərcüməçi və redaktor bu nəcib işi öz üzərlərinə götürməklə yaxşı əməldə bulunmuşlar.
Uzun illərdən bəri oxucuları böyük dəyəri olan elmi, dini və bədii əsərləri çap edib
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
387
yaymaq kimi nəcib işlə məşğul olan ―Adiloğlu‖ nəşriyyatı bu dəfə də bəslənilən ümidləri
doğruldaraq, bu kitabı yüksək poliqrafik səviyyədə üzə çıxarmışdır.
Lakin kitabda tərcümədə yol verilən qüsurlar da nəzərə çarpır, onun hansı dildən tərcümə
edildiyi də sirr kimi qalır. Digər tərəfdən coğrafi adlarda və şəxsiyyətlərin adlarında
səhvlərə yol verilmişdir. Dilimizdə ―Yelisey çölü‖ ifadəsi olduğu halda, bu yer
orijinaldakı adında, fransızca ―Place de L`Etoile‖ – ―Ulduz meydanı‖ isə səhv qaydada
Atol kimi verilmişdir. Həmin Etual meydanı indi General de Qoll meydanı adlanır.
Əlillər evi fransızsa ―Hotel National des Invalides‖ adlandığı halda halda ―Invalide‖ kimi
verilmişdir, ―Notre-Dame de Paris‖ isə qısaldılaraq sadəcə ―Notr-Dam‖ kimi getmişdir.
Tarixi şəxsiyyətlərə gəldikdə Persiya çarı Kserksin adı ―Kserkes‖ kimi, Çin rəhbərləri
olan Çjou En-layın və Xua Qo-fenin adları başqa transkripsiyada verilmişdir. Bəzi
sözlərin tərcüməsi təhrif edilmişdir; musiqi aləti olan truba ―boru‖ kimi, ―islahat‖ sözü
isə ―reforma‖ kimi deyil, anlaşılmayan ―reffum‖ kəlməsi şəklində verilmişdir. Torpaq
kadastrının izahı da yanlışdır. Mərakeşin Sakit okean sahilində olması isə yəqin
diqqətsizliyin nəticəsi hesab olunmalıdır. Bütün bunlar tərcüməçinin və redaktorun böyük
zəhmətinin dəyərini və qiymətini azaltmamalıdır.
Şahbanu Fərəh Pəhləvi kitabında bir neçə yerdə bağa, yaşıllığa vurğunluğunu qeyd edir.
Belə bağlarda gəzintilər etməkdən o, xüsusi həzz alırmış. Bu da yəqin onun nəslindən,
azərbaycanlılardan gəlir. Yeni Babilistan çarı Nabuhodonosor (onu ―Nabukko‖ da
adlandırırlar) Midiyadan olan arvadının düzənlik ərazidə qəmgin olduğunu, vətəninin
bağları üçün həsrət çəkdiyini görüb, Dəclə sahilində məşhur ―asma bağları‖ saldırmışdı.
Bəzi tarixçilərin günahı ucbatından bu bağlar daha çox ―Semiramidanın asma bağları‖
kimi məşhurdur. Midiyalı qadından və onun çar ərindən tarixə belə bir möcüzəli töhfə
verilmişdi. Fərəh xanım da belə ―asma bağları‖nın olmasını istərdi və bir müddət yəqin
ki, bu arzusuna çatmışdı. Lakin taleyin dalambacları mürəkkəb, hökmü bəzən qəddar
olur. Güclü, iradəli adamlara öz taleləri ilə barışmaq fürsəti qalır, öz kitabı ilə bu qadın da
qarşısına çıxan sınaqlardan sınmadığını bir daha yada salmaq istəməklə, əslində ömrünün
kamillik dövründə faydalı bir iş görmüşdür.
Lakin kitab şah sarayının, tac qoyma mərasiminin və ya Şahbanunun regentşa elan
edilməsi hadisəsinin detallarına, parıltısına daha çox yer ayırdığından dövrün bəzi
mühüm məsələləri kölgədə qalır və ya istənilən səviyyədə öz əksini tapmır. Əslində şah
sarayını ―Yerin göbəyi‖ hesab edən müəllifdən başqa şey ummaq da düzgün deyildir.
ABŞ-ın dörd dəfə prezidenti seçilmiş Franklin Delan Ruzveltin xanımı Eleanor Ruzvelt
1958-ci ildə vətənində çap edilmiş öz memuarlarında dövrünə tam başqa prizmadan
yanaşır. O, tanınmış jurnalist idi, radioda icmal verilişi aparırdı, qəzetdəki ―mənim
günüm‖ adlı köşə yazısı ona böyük auditoriya toplamağa imkan vermişdi.
Bu qadın mədənçilərlə görüşmək üçün yerin dərin qatındakı şaxtaya enir, döyüşən orduya
mənəvi güc təlqin etmək üçün Sakit okeanın cənubunda, müharibə teatrında vuruşan
amerikan əsgərlərinə baş çəkir, onların döyüş ruhunu yüksəltməyə kömək edir və burada
cəbhələrdə vuruşan oğlu ilə görüşməyə də müvəffəq olur. Prezidentin dörd oğlundan üçü
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
388
və kürəkəni müharibə başlayan kimi cəbhəyə yollanmış və mərd döyüşçü kimi
vuruşmuşdular.
Ərinin vəfatından sonra Eleanor Ruzvelt 1946-1951-ci illərdə Birləşmiş Millətlər
Təşkilatının İnsan Haqları Komissiyasına başçılıq etmiş, BMT tərəfindən 10 dekabr
1948-ci ildə qəbul olunmuş, şəxsiyyət, vətəndaş və siyasi hüquqların və azadlıqlarının,
həmçinin sosial-iqtisadi hüquqların xartiyası xarakteri daşıyan məşhur İnsan Haqları
Ümumi Deklarasiyasının qəbul edilməsində fəal iştirak etmişdi.
Demokratik ölkə olan Birləşmiş Ştatları şah rejimi altında olan İranla müqayisə etmək də
düzgün deyildir. Ona görə də Fərəh Pəhləvinin maraq dairəsi ilə xanım Ruzveltin
dünyagörüşü və dünyabaxışı tam fərqlidir. İncildəki əhvalatlardan birində İisus Xristin
dediyi kimi ―Allaha ona məxsus olanı, Sezara isə Sezarınkını‖ vermək lazımdır. Ruhun
saflığı ilə zinyətə sitayiş bir araya sığmır, könlünü dəbdəbəyə qurban verənlər heç vaxt
onun əsarətindən xilas ola bilmirlər. Fərəh Pəhləvinin kitabı da bu həqiqəti bir daha
inkaredilməzlik həddinə çatdırır.
Lakin zinyətə sitayiş öz tədavül xərclərini, acı bəhrəsini də göstərməmiş qalmır. Çünki
azlığın ifrat xoşbəxtliyindən xəbər verən günləri çoxluğun əzablı, bədbəxt yaşayışın
əhatəsində keçir. Şah sarayının dəbdəbəsi isə yoxsulların səfalətli həyatı ilə tam kontrast
təşkil edirdi. Narazı qalan bədbəxtlərin səsini kəsmək üçün onların qanı axıdıldıqda isə,
bu, gözlənilməyən ağır nəticələrə gətirib çıxardı. 1978-ci ilin sentyabrında şahın icazəsi
ilə Tehranın Jalə meydanında qırğın törədiləndə, həlak olanların səssiz naləsi təkcə
inqilabın qələbəsinə yol açmaqla kifayətlənmədi, günahsız insanların məhvinə bais
olanların həyatına sonralar zəhərli jalə (şeh) damlalarını səpməklə intiqam harayını
davam etdirdi. Sonradan bədbəxtliklə üzləşməli olan belə adamları yandıran əzab
tonqalına əlavə çırpı atmaq sadəcə müqəddəs sadəlövhlük deyildir, bir növ qisasa
qoşulmaq təsiri bağışlayır və buna elə bir lüzum da yoxdur. Onlar da özlərini keçmişin
şirin xatirələrinin ağuşunda ovundurmaq istəyirlərsə, fırtınalardan qorunmaq üçün quduz
dalğalardan uzaq olan sakit limana üz tutsalar, daha düzgün hərəkət etmiş olarlar. Axı
günahsız həlak olanların ruhu hələ sakitlik tapmamışdır. Ona görə də bu cəhəti nəzərə
almaq vacibdir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
389
PİFAQORUN ÜNLÜ DEYİMLƏRİ
Pifaqoru çoxumuz bir riyaziyyatçı olaraq tanıyırıq,
özlüyündə isə o, fəlsəfənin ilk yaradıcılarından biri
olmuşdur. ―Filosof‖, ―kosmos‖ kimi terminləri elmdə
ilk olaraq onun yaradıb işlətdiyi də bəllidir. Görkəmli
ingilis riyaziyyatçısı, filosofu Bertran Rassel yazırdı:
―Mən, İnsan düşüncəsini irəli aparan kimsələrin
arasında Pifaqordan böyük sayıla biləcək kimsəni tanımıram‖.
Heykəli onun gözəlliyi, insanı isə gördüyü işlər yaraşıqlı göstərir.
Öz düşkün istəklərindən asılı olan kimsə özgür sayıla bilməz.
Uşaqlarınızın göz yaşlarını qoruyun, qoy öz çağında onlar, sizin qəbrinizin üstünə
tökülməyə yaraya bilsin.
Ağgünlü yaşamağın elmi yolu, bugünü gərəyincə yaşamağı bacarmaqdır.
Özünə gerçək arxadaş axtar, tapdınsa, tanrılara da gərək duymayacaqsan.
Elə yaşamağa çalış, arxadaşlarını yağılarına, yağılarını arxadaşlarına çevirməyəsən.
İnsanın üzü, onun ruhunun gözəlliyindən soraq verəndə ən gözəl olur.
Gücləri tən gələn ikisindən, kim doğrudursa, o da güclüdür.
Susmaqdan yaxşı olan nəsə deməyəcəksənsə, onda ən yaxşısı elə susmaqdır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
390
İçkiyə öyrəşmək, özünü anlamazlığa alışdırmaq üçün çalışmaqdır.
İçki düşkünü öz yaramazlığından necə qurtula bilər? Mən onun yerinə deyirəm: qoy o,
içkili olanda elədiklərini tez-tez ansın.
Hamısından öncə, bütün nəsnələri öz adları ilə deməyi öyrən, bu–bütün gərəkli elmlərin
ən birincisidir.
Ey Xalqlar! Yaxşı yasalar yaratmaqdan öncə, yaxşı qanacağınızın olmasına çalışın,
yasalara uyğun yaşamaq, elə qanacaqlı olmaq deməkdir.
Gənclər! Özünüzü dərindən düşünməyə alışdırın, bu sizləri çox danışmaq düşüklüyündən
çəkindirər.
Özünə yaxşı arxadaş tapa bilmirsənsə, onda çalış özünlə arxadaşlıq elə.
Ağgünlük axtarmağa yollanma, o–sənin özcə əlindədir.
Birdən səndən soruşsalar: ―Ölüm nədir?‖–Deyərsən: ―Anlamazlıqdan böyük ölüm
yoxdur‖.
Günün doğan, batan çağlarında gölgənin uzunluğuna baxıb, özünü böyük sanma.
Ancaq öz yazılarında bilgə(müdrik) görünənlərdən olma.
Gözəl tikililərinin, böyük abidələrinin yanında xalqı çox yoxsul, kiçik görünən şəhərdə
yaşama.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
391
Bədənini ruhunun tabutu eləmə.
Xalqın gözü qarşısında, onun inancına bağlı olan nəsənələrə gülməzlər, xalqa acımaq
olar, ancaq onu ələ salmaq olmaz.
Krotonlular!* Tanrılara, sizinlə yaxşı davransınlar deyə qurbanlar verib, onları
alçaltmayın.
Krotonlular! Haçağacan sizin şəhərinizdə varlılarla yoxsullar olacaq, oçağacan özünüzü
özgür xalq saya biməzsiniz: yoxsullar dolanışıq ucbatından, istər-istəməz varlıların
qullarına çevrilirlər.
Krotonlular! Qoy sizin ilk tanrılarınız günəşlə, yasalar olsun: birincisi sizin əməyinizi
yönətir, ikincisi davranışınızı.
Ey bilgə! Sən xalqa aşılamaq istədiyin hansısa doğruya, elliyin istəyi donunu
geyindirməyi bacarmasan, əməyin boşuna gedəcək. Elliyin istəyi deyilən nəsnə, bütün
xalqların inandığı bir yasadır.
Krotonlular! Tanrılarınızın əlinə qamçı verməyin: yoxsa o sonradan, sizləri uşaq yerinə,
qul yerinə qoyub, yazıqlayacaqdır.
Xalq onun gözünü qamaşdıran nəsnələrə sayqı duyur, onun Günəşi tanrı sayması da buna
görədir. Bir də xalq ən çox, təpərli tanrıları sevir.
Ey yasalar yazan! Sən öz işində Təbiəti yamsılamağa çalış: görürsən, onun ayrı-ayrı
gerçəklikləri də, onların toplusu da, necə bitkin görünür.
Adamların mülkiyyət ayrı-seçkiliyi qaldıqca, onların hüquq ayrı-seçkiliyi aradan
qalxmayacaqdır.
|