“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
368
daha mahirdir, bu kitabda nələrsə uğurlu, nələrsə uğursuz düşünülüb, heç nə, heç nə başa
çatdırılmayıb. Servantesin uydurması və ya Servantesin yuxusunun obrazı olan bərbər də
öz növbəsində Servantes haqqında mühakimə yürüdür… Doqquzuncu fəslin
başlanğıcında verilən məlumat, yəni romanın bütünlüklə ərəb dilindən tərcümə olması və
Servantesin Toledo bazarında əlyazmanı ələ keçirməsi, tərcümə etmək üçün kiməsə
verməsi, bu adamın əlyazmanı ay yarımdan çox müddətdə, yəni roman başa çatana qədər
evində saxlaması təəccüblüdür. Burada Karleyli xatırlayırıq, guya «Sartor Rezartus»
Almaniyada doktor Diogen Teyfelsdrek tərəfindən çap edilən əsərin natamam
tərcüməsidir; burada yadımıza «Zoqar və ya aydınlatma kitabını» yazan və bunu II əsrdə
yaşamış hansısa Fələstin ravvinin adına çap etdirən Moisey Leonskiy düşür.
Fantastik ikimənalılıqlarla oyun ikinci hissədə kulminasiyasına çatır; burada romanın
personajları artıq birinci hissəni oxuyub qurtarmışlar, yəni «Don Kixot»un personajları
elə «Don Kixotun oxucularıdır». Burada «Hamletin səhnəsinə başqa bir səhnəni qoşan
Şekspiri necə xatırlamayasan, burada o, demək olar ki, «Hamlet»də olduğu kimi faciəni
təqdim edir»; əsas və ikinci pyesin tam uyğun gəlməməsi bu
tamaşanın effektini azaldır. Servantesin üsuluna oxşar üsul olsa da bir az daha parlaq
şəkildə Valmikinin Ramanın qəhrəmanlıqları və onun şeytanlarla döyüşünü mədh edən
«Ramayane» poemasında tətbiq edilmişdir. Sonuncu kitabda Ramanın atalarının kim
olduğunu bilməyən oğulları meşədə – bir tərkidünyanın onlara oxumaq öyrətdiyi yerdə
sığınacaq axtarırlar. Bu müəllim qəribə deyil ki, elə Valmikinin özüdür; onlara dərs
öyrədilən kitab «Ramyana»dır. Rama atların qurban verilməsini tələb edir; Valmiki
bayrama şagirdləri ilə gəlir. Onlar lut alətinin sədaları altında «Ramyananı» oxuyurlar.
Rama öz əməllərinin tarixçəsini eşidir, beləliklə oğullarını tanıyır və şairə ənam verir…
«Min bir
gecə»də də belə bir vəziyyətlə rastlaşırıq. Bu fantastik əhvalatlar kompilyasiyasında ana
nağıl bölünür və başgicəlləndirici dərəcədə köməkçi hissələrə ayrılır, ancaq burada
onların reallıq səviyyələrini fərqləndirmə cəhdləri müşayiət edilmir və buna görə də
effekt (gözlənilirdi ki, çox dərin olacaq) səthidir, şərq xalısındakı butalar kimi. Bütün
dövrəni dolaşan əhvalatlar onlara məlumdur: hər gecəni bir bakirə qızla keçirən və səhər
açılanda qızın başını vurmağı əmr edən şahın qəzəb içində içdiyi and və onu nağıllarla
əyləndirən Şəhrizadın niyyəti hələ ki min bir gecə həddini ötüb keçməmişdir, və bu
zaman o, şaha oğlunu göstərir. Min bir hissəni doldurmaq zərurəti nağılı qələmə alanları
əllərindən gələn interpolyasiyanı etməyə məcbur edirdi. Onların heç biri bütün gecələr
içində ən magik olan 1001-ci gecə
kimi ürəyi həyəcana gətirmir. Bu gecə şah şahzadənin dilindən onun öz hekayətini
dinləyir. Əvvəlcə o, bütün digər əhvalatları, ən əsası isə onun özünü də ehtiva edən
hekayətin başlanğıcını dinləyir. Bu interpolyasiyanın sonsuz imkanları və həm də onunla
bağlı təhlükə görəsən oxucuya tam aydındırmı. Birdən şahzadə nağılına son verməz və
şah «Min bir gecənin» bir daha bitməyəck hekayətini fasiləsiz olaraq dinləmək
məcburiyyətində qalar… Fəlsəfənin qadir olduğu uydurmalar incəsənətdə olduğundan az
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
369
fantastik deyildir: Cosaya Roys özünün ―The World and the Individual‖ (Dünya və Fərd)
adlı əsərinin birinci cildində (1899) belə bir mülahizə söyləmişdi: «Təsəvvür edək ki,
İngiltərədə yerin hər hansı bir hissəsi ideal şəkildə hamarlanıb və xəritəçi orada
İngiltərənin xəritəsini çəkib. Onun əsəri qənirsizdir – ingilis torpağında elə bir künc-
bucaq yoxdu ki, bu xəritədə əks olunmasın, burada hər şey təkrarlanıb. Bu halda sözü
gedən xəritə xəritələr xəritəsini əhatə edən xəritələr xəritəsini… və beləcə sonsuza qədər
xəritələr xəritəsini əhatə etməliydi».
Nəyə görə xəritə içində xəritənin, min bir gecənin «Min bir gecə» haqqında kitaba daxil
olması bizi həyəcanlandırır? Nəyə görə Don Kixotun «Don Kixot»un oxucusu olması,
Hamletin isə «Hamletin» tamaşaçısı olması bizi həyəcanlandırır? Görünür, mən səbəbini
tapmışam: bu tipli işlər beynimizə belə bir fikri salır ki, uydurma personajlar oxucu və ya
tamaşaçı ola bilərlərsə, onlarla müqayisədə oxucu və ya tamaşaçı olan bizlər də bəlkə
uydurmayıq. 1833-cü ildə Karleyl sezmişdi ki, ümumdünya tarixi bütün insanların
oxuduğu və yazdığı, həm də anlamaq istədikləri sonsuz ilahi kitabdır.
Tərcümə etdi: Cavanşir Yusifli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
370
Orxan Pamuk. ―Məsumiyyət muzeyi‖
Bu, həm romandır, həm muzey...
İstanbullu zəngin ailənin övladı Kamal ilə uzaq və yoxsul qohumu Füsunun
hekayəsini anladır bu roman. Sürətli, hərəkətli hadisələrin bir-birini əvəz etdiyi və insan
ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə, əlimizdən buraxa
bilməyəcəyimiz və yenidən oxuyacağımız romandır ―Məsumiyyət muzeyi‖. Dünyada
milyonlarla oxucunun sevgi və heyranlığını qazanan kitabları əlli səkkiz dilə çevrilən və
hər yeni romanı böyük bir maraqla gözlənilən Pamuk oxucularına unudulmaz yuxular
sayağı sarsıdıcı bir hekayət danışır. Bu, bir eşq romanıdır. Hələlik Azərbaycan
oxucusunun bu romanla doğma dildə tanış ola bilmir. Lakin bizim də oxucular əsərin
sehrindən xəbərdardır desək, yanılmarıq. Romana marağı nəzərə alıb, onun ən maraqlı
məqamlarını oxuculara çatdırırıq.
* * *
Orxan Pamuk ―Məsumiyyət muzeyi‖ romanını 2001-ci ildə - ―Qar‖ romanını nəşr
etdirdikdən qısa müddət sonra yazmağa başlayıb. Əsər üzərində bir il işlədikdən sonra
yarımçıq saxlayıb ―İstanbul‖ romanını yazır. 2003-cü ildə ―İstanbul‖u oxuculara təqdim
edir və yenidən ―Məsumiyyət muzeyi‖ni yazmağa davam edir. Roman üzərində fasiləsiz
5 il işləyir.
* * *
Bu böyük eşq romanı bu sözlərlə başlayır:
―Məsumiyyət muzeyi‖ni oxuyarkən tək eşq haqqında deyil, evlilik, yoldaşlıq, cinsəllik,
ehtiras, ailə və xoşbəxtlik haqqındakı bütün düşüncələrinizdən dərindən təsirlənəcək və
kitabın rəngarəng dünyasından ayrılmaq istəməyəcəksiniz».
* * *
―Məsumiyyət muzeyi‖ bir sevgi romanıdr. Necə ki, ―Qar‖ əsəri siyasətə, ―Mənim adım
Qırmızı‖ rəsmə və sənətə həsr edildiyi kimi, bu roman da mövzusunu eşqdən götürür.
Amma bütün romanları kimi, bu əsərində də Pamuk insan həyatının hər bir sahəsinə,
gündəlik həyatın incəliklərinə və sənət, təklik, xoşbəxtlik, qəzetl və televiziya, ailə kimi -
yazıçının sevdiyi bir çox məsələlərə toxunur.
* * *
―Məsumiyyət muzeyi‖ sadəcə bir roman deyil. Pamukun illərdir qurmağa çalışdığı bir
muzeyin də adı belədir. Bu muzeydə yazıçının aşiq qəhrəmanı olan Kamalın sevgilisi
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
371
Füsunun toxunduğu əşyaların kolleksiyası sərgilənəcək. Bu muzeyin qurulması
məsələlərinə romanın özündə aydınlıq gətirilir. Bu romanı yazarkən o, dünyanın bir çox
muzeylərində gündəlik həyat əşyalarının necə sərgiləndiyini dərindən araşdırıb.
* * *
Yazıçı roman üzərində çalışdığı 7 ildə - Nobel mükafatı qarışıq, 9 beynəlxalq ədəbi
mükafata sahib olub. Bu yeddi ildə yazıçı, Türkiyədə Boğaziçi, Hollandiyada Tilburq,
Almaniyada Berlin Frei, Amerikada Georgetovn, İspaniyada Madrid, Livanda Beyrut
Amerika universitetləri tərəfindn fəxri doktor adına layiq görülüb. Bütün bu mükafatları
almaq üçün çıxdığı səfərlər zamanı Pamuk hər bir yerdə - təyyarədə, hotel otaqlarında
fasilə vermədən ―Məsumiyyət muzeyi‖ üzərində işini davam etdirib.
* * *
―Məsumiyyət muzeyi‖ 592 səhifə, 140366 sözdən ibarətdir. ―Cövdət Bəy və oğulları‖
romanından sonra bu əsər yazıçının ən uzun romanı sayılır. ―Cövdət Bəy və oğulları‖,
―Qara kitab‖ əsərlərində olduğu kimi Pamukun doğulub böyüdüyü Nişantaşı bölgəsi bu
romandakı hadisələrdə mərkəzi yerdədir.
* * *
Romanın bir çox səhnələri bir «Şevrolet» markalı 56 model maşında cərəyan edir..
* * *
Pamukun digər əsərlərindən tanıdığımız bəzi obrazlar bu romanda da təsvir olunur.
Məsələn, ―Qara kitab‖dan tanıdığımız köşə yazarı Cəlal Salik, ―Cövdət bəy və
oğulları‖dan əsas obrazlar, o cümlədən Pamukun ailə üzvləri bu romanın
iştirakçılarındandır.
Romanın təqdimatı belədir:
"Həyatımın ən xoşbəxt anıymış, bilmirdim"
* * *
Romanının əsas süjeti belədir. Fabrikant Basmacı ailəsinin yaxşı oxumuş 30 yaşındakı
oğulları Kamal uzaq qohumları yoxsul İti ailəsinin 18 yaşındakı gözəl qızı Füsuna aşiq
olur. Pamuk "kübar cəmiyyət" deyilən zümrəyə bu romanda dərin, detallı və əyləncəli bir
baxışla baxır.
* * *
Romanda 1975-ci ildə «Hilton» hotelində qeyd edilən və bütün detallarıyla izah olunan
50 səhifəlik bir nişan səhnəsinin təsviri var.
* * *
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
372
Bu əsəri Pamukun sıx izdihamlı romanı adlandırmaq olar. Oxucu 83 hissədə 150-yə
qədər obraz və xarakterlə dəfələrlə qarşılaşır.
* * *
―Məsumiyyət muzeyi‖ bir roman olmaqla bərabər, həm də yazıçının Çuxurçumada
qurmaqda olduğu muzeyin adıdır. Bu muzeydə roman qəhrəmanı Kamalın və sevgilisi
Füsunun toxunduğu əşyalar və romana bağlı bir şox şeylər nümayiş etdiriləcək.Yazıçı bu
əşyaları toplamağa çoxdan başlayıb. Eksponatları xaricdə nümayiş etdirmək təklifinə isə
yazıçı hələ də müsbət cavab verməyib.
* * *
Əsərdə eşq, əşyalara və insanlara bağlanma, kolleksiyaçılıq, muzeylər kimi mövzular,
cinsəllik, bakirəlik haqqındakı ənənəvi baxışlar da mübahisə və müzakirə predmetinə
çevrilir.
* * *
Pamukun romanları dünyada yeddi milyon nüsxədən çox satılıb və 58 dilə tərcümə
edilib . ―Məsumiyyət muzeyi‖ hələ yazılıb başa çatmadan 30 ölkədən tərcümə sifarişi
edilib. İlk sifarişçi isə bir Almaniya nəşriyyatı olub.
* * *
Pamuk romanıyla bağlı iki məqalə yazıb. İlk məqalə romanın ədəbi, fərdi və fəlsəfi
qaynaqları barədədir. Digər məqaləsini isə böyük eşq romanlarının mövzularına həsr
edib. Romanını oxucuya aydınlaşdırmaqdan daha çox, onu necə qurduğunu, necə xəyal
etdiyini və digər eşq romanlarından fərqinə toxunulan bu məqalələr də xüsusi marağa
səbəb olub.
Hazırlayanı: Sabutay
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
373
Al Paçino
Sizə bir hekayə danışacam
Tarixin ən böyük aktyorlarından biri, bəlkə də birincisi Al Paçinonun təqdimata
ehtiyacı varmı? Təbii ki, yox. Bu əsrarəngiz adamın həyatı hər zaman insanların diqqətini
cəlb edib. Milyonlar onun istedadının, dahiliyinin sirrini anlamağa çalışıb.
Bəs bu adam sizə öz həyat hekayəsini danışmaq istəsəydi necə? O zaman onu dinləmək
fürsətini qaçırmayın...
Sizə bir hekayə danışacam. Mən beyzbol matçına getmək istəyirdim. Beyzbolu
sevirəm. Yadımdadı, hələ 3 yaşım olanda babamla stadiona gedirdim. Düzdü, indi hər
şey bir az fərqlidi: tribunaya gəlib oturan kimi, dərhal tabloda mənim adım peyda olur.
Burda pis şey görmürəm - sadəcə insanlar belə yaradılıb.
Amma bu dəfə bir əngəl çıxdı. Matç gündüzüydü, axşam isə mən işlərimlə bağlı bir
yerdə olmalıydım. Qərara aldım ki, stadiona tez gedim, məşqi izləyim, 1-2 dənə də
inninqə baxım. İstəmirdim ki, matça axıradək baxmadan getməyim diqqət cəlb eləsin.
Başa düşürsüz də: idmançılar da artisdirlər. Təsəvvür edin, Brodveydə, hansısa tamaşa
zamanı mən elə ilk dəqiqələrdə ayağa dururam və hər kəsin gözü qarşısında zalı tərk
edirəm-necə başa düşülər? Qərara gəldim: gedəcəm, tribunada öz yerimi tutacam, sonra
isə çalışacam ki, sakitcə aradan əkilim. Amma birdən yadıma düşdü ki, matça birlikdə
gedəcəyim qadın mənim kimi məşhur şəxsdi.
Stadiona çatdım, maşından düşüb, mühafizəçidən soruşdum: ―Sizin avtomobilinizin
baqajında köhnə papaqdan-zaddan bir şey var?‖ O baxdı, papaqla eynəyi tapandan sonra
dedi: ―Ey, Al sən hələ bir buna bax, gör burda nə tapmışam! Köhnə saqqal!‖ Mən saqqalı
taxdım-görəsən mənim ağlım hardaydı? Stadiona gəldik, oyun başlayır və birdən
tribunadakı bütün insanlar çevrilərək mən tərəfə baxmağa başladı. Telekameralar mən
tərəfə çevrildi. Stadionda kim var, mənə tərəf baxır. ―Bu nə zəhrimardı? - fikirləşdim -
Axı məndə saqqal var‖.
Əlbəttə ki, bütün bunlar məni müşayiət edən qadına görəydi. Əşi, nə isə...
Amma birdən hiss elədim ki, saqqal çənəmdən sürüşür. ―Axmaq bir vəziyyət yarandı.
İndi nə etməli? Saqqalı qoparıb düzəltdim-başqa nə edə bilərdim ki?
Təbbi ki, bütün bunlar saat 11 xəbərlərində göstərildi: ―Maraqlıdır, niyə Al Paçino
stadiona yalançı saqqal taxaraq gəlib?‖
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
374
Bu saqqalı sancaqlar muzeyinə vermək lazım idi.
Xəbərlərdə özümü görüb xeyli güldüm, amma bəzi nəticələr də çıxardım. Bir də belə
hadisə baş verməyəcək.
Hara getməyimdən asılı olmayaraq, daha mən hər yerdə necəyəmsə - elə peyda oluram.
* * *
Balaca oğlan olduğum zaman, böyük nənəm (nənəmin anası-R.C) bəzən mənə gümüş
dollar verirdi. O mənimlə həmişə çox mehriban rəftar edirdi. Nənəm mənə pulu verməyə
hazırlaşan kimi bütün ailə xorla bağırmağa başlayırdı: ―Yox! Yox! Yoooox! Ona gümüş
dollar vermə!‖ Bu sözlər ciddiyyətlə deyilirdi - axı biz dəhşətli dərəcədə kasıb idik. Pul
mənim ovcumda peyda olan kimi hamı böyürməyə başlayırdı: ―Ver! Geri qaytar!‖ - buna
görə də hədiyyəni aldığım üçün özümü narahat hiss eləyirdim.
* * *
Valideynlərim boşanmışdılar, mən hələ çox balacaydım. Ailənin yeganə uşağıydım,
anam, nənəm və babamla birlikdə Cənubi Bronksun çoxmənzilli evlərindən birində
yaşayırdım. Biz çox çətin dolanırdıq. Buna görə də əyrilmiş yulaf sarğısından kupon
kəsməklə Tom Miksdən mahmız (şpor) əldə etmək mümkün olduğunu biləndə
sevincimin həddi-hüdudu yoxuydu. Tom Miks qərblilərin kavboy qəhrəmanı idi. O çox
məşhuruydu, çox! Kağız lentlə sarınıb poçtla göndərilmiş mahmızlar əsrarəngiz anlam
daşıyırdı.
Nə isə biz mahmızları sifariş etdik. Böyük nənəm öləndə mənim təxmini 6 yaşım
olardı.
Yadımdadır, biz dəfn mərasimindən evə gəldik və məlum oldu ki, Tom Miksin
mahmızlar olan bağlaması gəlib. Sevincimin həddi - hüdudu yoxuydu. Amma birdən
xatırladım ki, nənəm yenicə ölüb. Mən mahmızlara görə sevincimdən tullanıb düşmək
istəyirdim, amma...
Mən o gün insanın içində özü ilə ziddiyətin nə olduğunu anladım.
* * *
Anam işləməsinə baxmayaraq, hər dəfə yeni film çıxanda məni kinoteatra aparmaq
üçün vaxt tapardı.
O birisi gün mən evdə tək qalır, bütün rolları ifa etməklə filmi başdan - axıracan özüm
üçün canlandırırdım. ―Kədərli uikkend‖ filminə mən hələ çox balaca olanda baxmışdım,
amma o mənə çox ciddi təsir etmişdi. Mən ekranda baş verənləri anlamırdım, amma
heyranlıqdan tüklərim biz-biz olmuşdu. Rey Millend boş yerə ―Oskar‖a layiq
görülməmişdi, o bu filmdə rolunu əla oynamışdı.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
375
―Kədərli uikend‖də bir səhnə var, Millend viski butulkasını axtarır. Sərxoş olub o
şüşəni mənzildə harasa qoyub, amma indi ayılıb və onu tapmaq istəyir. Bilir ki, şüşə
hardasa buralardadı, amma dəqiq hardadı xatırlamır. Uzun müddət axtarır və sonda tapır.
Mən tez - tez bu səhnəni oynayardım. Atam məni ziyarət eləməyə gələndə, bəzən məni
də götürüb Qarledəki qohumlarının yanına aparardı və deyərdi: ―Onlara butulkayla olan
səhnəni göstər‖. Mən səhnəni oynayardım və hamı gülərdi. Mənsə öz-özümə
fikirləşərdim: ―Onlar nəyə gülür, axı bu ciddi səhnədi?‖
* * *
Bir dəfə uşaqlıqda küçə tamaşasına getmişdim, topu götürüb atdım və bir neçə
butulkanı yıxa bildim, amma mənə hədiyyə vermədilər. O gün mən heç cür özümə gələ
bilmirdim: necə oldu ki, onlar belə hərəkət elədilər? Bu nə ədalətsizlikdir?! Evə getdim
və babama hər şeyi danışdım. Amma o elə bir sifət aldı ki...o hələ də mənim gözümün
qabağından getmir. Onun sifətində bu ifadə vardı: ―Səncə mən indi 6-cı mərtəbədən
pilləkənlə aşağı düşməli, 5 kvartal piyada getməli və küçə tamaşasındakı hansısa avaraya
sübut eləməliyəm ki, sən butulkaları yıxmısan və hədiyyəyə layiqsən?!‖ Mən bütün
bunları onun sifətindən oxudum. Bununla belə o, mənə izah eləməyə çalışdı ki, həyatda
belə şeylər də baş verir. O haqlı idi. Həqiqətən baş verir.
* * *
Anam mən hələ uğur qazanmamışdan qabaq öldü.
Yadımdadır, mənim 10 yaşım olardı. Bizim mənzil yuxarı mərtəbədəydi. Dəhşət
soyuğuydu. Aşağıda, döngədəki dostlarım məni küçəyə oynamağa çağırırdılar. Amma
anam məni buraxmadı. Mən çox incidim və dayanmadan onun üstünə qışqırmağa
başladım. O mənim acı məzəmmətlərimə dözdü. Və mənim həyatımı xilas elədi. Başa
düşürsüz, məni o vaxt gəzməyə çağıran dostlarım indi həyatda yoxdular. Anam istəyirdi
ki, mən gecə keçənədək küçədə veyllənməyim, dərslərimi oxuyum. Məhz buna görə mən
indi burda oturmuşam və sizinlə söhbət edirəm. Hər şey çox sadədir, elə deyilmi? Amma
biz çox unutqanıq...
* * *
Mən hələ balaca oğlan olduğum zamanlarda, avtobusdan düşüb başqa marşruta
minəndə sarı, qırmızı, mavi rəngdə talon verirdilər. Biz, uşaqlarla istifadə edilmiş
talonların hara tullandığını bilirdik, onları tapır və ciblərimizə doldururduq. Bu
kağızcıqlar heç nəyə yaramırdı, amma onlar bizə çox dəyərli görsənirdi. Sən heç təsəvvür
edə bilirsənmi ki, cibində çoxlu pulla veyllənmək nə deməkdir?
* * *
Aktyor kimi mən səhnədə ilk dəfə ibtidai məktəbdə oxuduğum zaman olmuşam. Biz
tamaşa qoymuşduq, səhnənin ortasında böyük tiyan, bədnam ―hər şeyi əridən tiyan‖
varıydı, mən isə italiyalı nümayəndə kimi onu qaşıqla qarışdırırdım. İndi də xatırlayıram:
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
376
məktəbdəki uşaqlar məndən avtoqraf istəyirdilər, mən də ―Sonni Skott‖ imzasıyla
avtoqraf paylayırdım. Özümə ahəngdar təxəllüs götürmüşdüm, başa düşürsüz də?
* * *
Həyatımın ən böyük sarsıntılarından birini Cənubi Bronskda, əvvəllər varyete (yüngül
janrlı tamaşalar göstərən teatr - R.C), sonra isə kinoteatra çevrilmiş zalda yaşamışam.
Tamaşanı ―gəzən‖ truppa təqdim edirdi. Çexovun ―Qağayı‖sını (Çayka) oynayırdılar.
Tamaşa başladı...və birdən - birə də qurtardı. Zaman bir anda keçdi. Bu möcüzə idi.
Yadımdadır, mən fikrə daldım: ―Necə olmalısan ki, belə bir şey yaza biləsən?‖
Mən dərhal Çexovun seçmə hekayələrini axtarıb tapmışdım.
* * *
Bir dəfə qəlyanaltı etmək üçün ―Hovard Consona‖ girdim və gördüm ki, həmin
tamaşada parlayan aktyor piştaxtanın arxasında kofe süzür. Onda mən başa düşdüm ki,
həyat nisbidir: əvvəlcə o məni öz oyunu ilə heyran etdi, indi isə ―Hovard Consonun‖
piştaxtasının arxasında dayanıb və mənə qulluq edir.
* * *
Vaxt vardı ki, mən köşklərə ―Şou-biznes‖ adlı qəzet paylayırdım. Heç vaxt yadımdan
çıxmaz ki, mənə nə qədər maaş verirdilər - 12 dollar. Onluq və iki kağız dollar. Onluğu
dərhal xırdalayardım ki, məndə on iki dənə bir dollarlıq olsun. Barda hesab ödəyirsən,
barmaqlarını tüpürcəkləyib dəstələnmiş dollarları sayırsan və hamıya elə gəlir ki, səndə
pul ağlasığmaz qədərdi.
* * *
İlk dəfə Bostonun repertuar teatrından normal qonorar alanda, təxmini mənim 25 yaşım
olardı. Bara getdim, stulda oturub martini içdim. Hətta bundan sonra da məndə pul
qalmışdı!
* * *
Filmdə oynamaqla, tamaşada oynamaq arasındakı fərq nədir bilirsizmi? Oynamaq
onsuzda tarım çəkilmiş kəndirbaz üstündə oynamaqdır. Səhnədə ip çox yuxarıdandı.
Yıxılsan şil-küt olacaqsan. Amma kinoda ip yerin üstündədi.
* * *
Bir dəfə işıqforun yanında durub küçənin o tərəfindəki qıza baxdım və gülümsədim.
Amma o: ―O-oo, salam Maykl‖ - deyərək cavab verdi. Bilirsiz də Maykl ―Xaç atası‖
filminin qəhrəmanıdı. Məndə belə bir təəssürat yarandı ki, o bir anda məni yoldan ötən
adi insan olmaq hüququndan məhrum elədi. O məni görmüşdü, amma o məndəki məni
görməmişdi.
|