Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə55/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   50   51   52   53   54   55   56   57   58

 



 

Milli Virtual Kitabxana 

 

413 


Ziya Göyalpın 1914-1915-ci illərində ətrafına topladığı Orxan Seyfi, Xalid Fəxri, Ənis 

Behiç, Yusuf Ziya və Faruq Nafiz kimi şairlərə heca vəznini, sadə türkcəni və milli 

mövzuları tövsiyə etməsilə bu təlqinlərə uyub qəbul edən bu beş şairə daha sonralar 

İsmayıl Həbib Sevük tərəfindən "beş hecaçılar" adı verildi. Bunlar indiyə qədər ədəbiyyat 

tarixlərində bu adla anılsalar da, bu o qədər də dəqiq adlandırma deyildir. Bu, ikinci nəsil 

hecaçılar qrubunu daraltmaq mənasına gəlir. 

Balkan savaşları və I dünya müharibəsi illərində şeirə başlayan ikinci nəsil hecaçılar 

əvvəllər əruz vəznilə yazırdılar və ədəbi aləmdə tanınmışdılar. Ancaq özəlliklə Ziya 

Göyalpın türkçü fikirlərinin və "Yeni məcmuə"nin təsiri altında heca ilə də yazmağa 

başladılar. Bu sıralarda həm əruzu, həm də hecanı birlikdə işlətmişlər. Özəlliklə Faruq 

Nafiz ölüncəyə qədər hər iki vəzni işlətməyə davam etmişdir. Heca ilə şeir yazmağa öncə 

Orxan Seyfi, Ənis Behiç və Yusif Ziya başlamış, daha sonra bunlara Xalid Fəxri, Faruq 

Nafiz və digərləri qoşulmuşdur. Bunların ortaq yönlərindən biri başqa dərgilərdə də çıxış 

etməklə birlikdə, heca ilə yazdıqları şeirlərini ümumiyyətlə Ziya Göyalpın çıxarmış 

olduğu "Yeni məcmuə"də çap etdirmiş olmalarıdır. "Yeni məcmuə" şeirdə heca vəzni 

şərtını qoyurdu. 

Heca vəznini əsrlər boyunca daha çox kənd və qəsəbələrdə yaşayan türk xalq şairləri 

işlədirdi. İkinci nəsil hecaçılar "kəndli vəzni" adlandırılan heca vəznini bəlli bir təhsil və 

kültür səviyyəsinə sahib kütlələrə yönəlik olaraq uğurlı bir şəkildə işlətdilər. Bunların 

türk şeirinə verdikləri önəmli bir töhfə heca vəznilə yazdıqları şeirlərdə əruz ahəngini də 

saxlayaraq bir mənada heca ilə əruzun imkanlarından birlikdə yararlanmağa 

çalışmalarıdır. Milli ədəbiyyat cərəyanının Ömər Seyfəddin, Əli Canib, Məhməd Əmin, 

Ziya Göyalp kimi nəzəriyyəçilərinin təcrübədə o qədər də bacara bilmədiklərini ikinci 

nəsil hecaçılar sənət, estetik və texniki dəyəri yüksək lirik şeirlərilə bacardılar. Bunlardan 

bəziləri ara-sıra sərbəst nəzmlə də yazdı. 

 

Milliyyətçi məmləkət ədəbiyyatının ən önəmli şairi Faruq Nafizdir. Sıra ilə onun və digər 



şairlərin haqqında qısaca bilgilər verək. 

 

Faruq Nafiz Çamlıbel (1898-1973). Bu dönəmdə yayınlanan şeir kitabları bunlardır: 



"Çoban çeşməsi" (heca ilə, 1927), "Suda halqalar" (əruzla, 1928), "Bir ömür belə keçti" 

(seçmələr, heca ilə, 1933), "Əlimlə seçdiklərim" (1934), "Axar su" (heca və əruzla, 

1937), "Dadlı, sərt" (həcv şeirləri, 1938), "Axınçı türküləri" (heca ilə, 1938). Şeirə çox 

erkən yaşlarda başlayan Faruq Nafizin ədəbiyyat aləmində tanınması Cəlal Nurinin 

çıxardığı "Ədəbiyyati-ümumiyyə" məcmuəsində çap olunan əruzla yazdığı "Şərqin 

sultanları" şeirilə başlanmışdır. İlk şeirləri Balkan və I dünya savaşları 

məğlubiyyətlərinin doğurduğu bədbinlik mühitində çıxmağa başlayır. Bunlarda 

"Ədəbiyyati-cədidə" və "Fəcri-ati"çilərin təsirləri görünür. Bundan başqa, Yəhya 

Kamalın dil və səs yönündən təsiri bariz şəkildə hiss edilir. O, ümumən eşq və təbiət 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

414 


mövzularına yer verir. Eşq şeirlərində bu duyğu daha çox şəhvət və ehtiras yönündən 

işlənmişdir. 

II məşrutiyyət illərində inkişaf edən milliyyətçilik cərəyanının doğurduğu məmləkət 

ədəbiyyatı və milli mücadilə hərəkatı, Anadoluda həm qəzetçi, həm də müəllim kimi 

işləməsi onun milli ədəbiyyat cərəyanına qoşulmasına səbəb olmuşdur. 1922-ci ildə 

"İləri" qəzetnin Ankara təmsilçisi olması, Kayseri litseyində ədəbiyyat müəllimi işləməsi, 

dönəmin milli təhsil naziri Mustafa Nəcatinin dəstəyi ilə Sivas, Ərzincan, Ərzurum, 

Gümüşxana, Trabzon, Kastamonu kimi vilayətləri gəzməsi, qısacası, 1932-ci ilə qədər 10 

il Anadoluda çalışması onun Anadoluya yönəlməsinə, Anadolu insanının problemlərini 

və Anadolunun təbii gözəlliklərini işləməsinə, yəni məmləkət ədəbiyyatı cərəyanı içində 

əsərlər yazmasına vəsilə olmuşdur. O, Anadolunun gözəlliklərini və çatışmazlıqlarını, 

geri qalmışlığını, baxımsızlığını, unudulmuşluğunu, Anadolu insanının çiləsini, 

çarəsizliyini, acılarını, ümid və həsrətlərini çox yaxından görmüş, hiss etmiş və bunları öz 

şeirlərində təsirli şəkildə göstərmişdir. "Çoban çeşməsi", "Sənət", "Yolçu və arabaçı", 

"Çankaya", "Qız, Hüseyni vurdular", "Məmləkət türküləri", "Dağlar", "Ayşə, sənə", 

"Əli", "Allaha ismarladıq", "Bugün yoldan keçənlər" kimi şeirlərində Anadolu 

mövzusunu işləmişdir. O, Anadolunun geriliyini, baxımsızlığını göstərir, eyni zamanda 

təbii gözəlliyini də tərənnüm edir. Təbii olaraq, gözəl Anadolunun və ərdəmləri yüksək 

Anadolu insanının daha üstün bir səviyyəyə çatmasını istəyir. "Sənət" şeirində məmləkət 

ədəbiyyatının əsas fəlsəfi yanaşmasını ortaya qoyur. Kosmopolit, qərbçı, milli mənliyini 

itirmiş olanlara qarşı Anadolu qaynaqlı türk-islam kültürünü, sənətini, dünya görüşünü 

önə çıxarır. 

Faruq Nafiz hecaçı şair kimi tanınsa da, əruzla yazdıqlarını heca ilə yazdıqlarından daha 

dəyərli sayır. O, əruzu daha işlənmiş, hecanı isə xam hesab edir. Əruzu ahəng vasitəsi 

kimi daha uğurlı sayır. Rübailərini əruzla yazdı. Bəzi şeirlərində heca vəzninə əruz havası 

verdi. Faruq Nafizin dili yalın bir türkcəyə, xalqın danışıq dilinə, türk millətinin əsrlər 

boyu işlədiyi, bir xalı kimi hördüyü, qıvraq, işlək bir hala gətirdiyi, bütün duyğu və 

düşüncələri ən incə təfsilatına qədər ifadə edə bilən şəklə saldığı saf bir türkcəyə dayanır. 

Sənətində hansı dili işlətdiyini "Ana dili" adlı bir dördlüyündə belə dilə gətirir: 

 

Hansı sözlərlə nənəm könlünü açmışsa mənə, 



Mən o sözlərlə könül vermədəyəm sevgilimə. 

Sözlərim ninni qədər duyğulu olmaq yaraşır, 

Bağlıdır çünki dilim könlümə, könlüm dilimə. 

 

 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

415 


Ənis Behiç Koryürək (1891-1949). İlk şeirlərini əruz vəzni ilə yazmağa başlamış, ərəbcə 

və farsca kəlmə və epitetlərə çox yer vermişdir. Sonralar Ziya Göyalpın təsiriylə heca 

vəzninə keçmişdir. Ənis Behiç Ziya Göyalpla tanış olmasını və əruzdan hecaya 

keçməsini 26 oktyabr 1934-cü ildə Ankara xalqevində verdiyi bir konfransda 

açıqlamışdır. Ənis Behiçin milli anlayışa keçməsində Ziya Göyalpdan sonra təsirində 

qaldığı bir başqa önəmli isim Müftüoğlu Əhməd Hikmətdir. Son illərində spirtizm ilə 

maraqlanaraq metafizik mövzulara meyl etmiş və ruh çağırma seansları ilə bir mövləvilik 

təriqətinə mənsub olan Süleyman Çələbinin ruhu ilə təmasa keçmiş, ondan aldığı 

ilhamları əruz vəznilə əski kəlmə və epitetlərlə dolu bir dil və üslubla nəzmə çəkmiş, 

sonra da bunları "Varidati-Süleyman" (1949) adlı kitabında toplamışdır. Digər şeir 

kitabları bunlardır: "Miras" (1927), "Günəşin ölümü" ("Miras"la birlikdə, 1951). 

Ənis Behiç şeirlərində ən çox eşq və qəhrəmanlıq mövzularına yer vermişdir. Şeirə 

canlılıq və hərəkət qazandırmaq üçün bəzi şeirlərində hecanın birdən artıq vəznini 

işlətmişdir. Beləcə, "Ədəbiyyati-cədidə"nin eyni şeirdə əruzun birdən artıq qəlibini 

işlədərək yeknəsəkliyi pozma səylərini o, heca vəznində sınaqdan keçirmişdir. Ənis 

Behiç heca ilə mənzum hekayə yazma gələnəyinin əsasını qoymuşdur. Bu mövzuda da 

ilk olma özəlliyinə sahibdir. Son şeirlərində təkrar əruza dönmüşdür. 

 

Orxan Seyfi Orxon (1890-1972). Həmin dövrdə sadəcə "Karvan" (1935) adlı şeir kitabı 



çıxmışdır. Orxan Seyfi dini, mistik, sosial və siyasi mövzulara heç yer verməmiş, 

ümumiyyətlə, eşq, sevgili, qadın mövzuları üzərində daha çox dayanmışdır. Budaqdan 

budağa qonan, uçarı bir xarakterə sahibdir. Hoppa, asanca aşiq olan və xəfif eşqləri 

tərənnüm edən bir şairdir. Eşqi dərin, sarsıdıcı səviyyədə yaşamamış, böyük ehtiraslar və 

eşq iztirabları duymamış, ötəri bir çapqınlıqla kifayətlənmişdir. Xalq şeirinin nəzm 

şəkillərinə yönələrək qələmini türkü, mani kimi janrlarda da sınamışdır. Üslubunda 

yüngül istehsa sezilir, fantaziya və oyun ünsürlərinə önəm vermişdir. 

 

Yusif Ziya Ortaç (1895-1967). Bu dönəmdə yayınlanan şeir kitabları bunlardır: 



"Yanardağ" (1928), "Bir sərv kölgəsi" (1938), "Quş civiltiləri" (1938). Yusuf Ziya daha 

çox "qadın şairi" kimi tanınmışdır. Şeiri dərin deyildir. Onun ən qüvvətli yönü satirik şair 

olmasıdır. Heca vəzninə və türkcəyə xidmətlərini bu şəkildə dilə gətirir: "Bиz шeиrdя 

ингилаб едян nяsиlик. Dцшцnцn, bюyцk шaиr Ящмяд Haшиmиn "Zцcacи-sяnяtц fиkrяtlя 

yцksяlиrlяr hяp" deyя yazdыьы bиr zamanda бир нечя gяnc чыxыr, яряб vя яcяm notуну 

bиr yana atыб heca vяznиlя vя данышыlan Иstanbul тцrkcяsиylя шeиr сынагларына baшlаyыr. 

Bu юrnяksиz иши asan sanmayыn. Дейясян, баъардыьыmыz яn gюzяl vя яn чятин иш еля 

budur: шeиrиn sюzцnц vя sяsиnи dяyишdиrmяk. O zamanlar bиr ay яvvяl yazdыьыmыz hяr 

mяnzumяnиn dиlиnи bиr ay sonra кющня сайырдыг. Bиzиm nяsиl heч bиr шey етмямиш olsa 

bеlя, bюyцk яsяrlяrи yaзacaг bюyцk sяnяtkarlara шeиrиn ana материалыnы, тцrk dиlиnи 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

416 


яlяkдяn keчиrdи, yoьurdu, hazыrladы" (Mustafa Baydar. Edebiyatçılarımız Ne 

Diyorlar, İst., 1960, s. 160). 

 

Xalid Fəxri Ozansoy (1891-1971). Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: 



"Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri 

əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi 

mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, 

vətənpərvər şeirləri də vardır. 

Kamaləddin Kami Kamu (1901-1948). Öncəliklə bir qürbət və yalnızlıq şairi kimi tanınır. 

İşğal illərinin və istiqlal hərbinin şairidir. Qürbət mövzulu başlıca şeirləri bunlardır: 

"Qürbət", "Xəzan yolçusuna", "Qürbət gecələrində", "Əngində xatirələr". Parisdə olduğu 

illərdə də ölkəmizi özləmiş və oradakı qürbət duyğularını "Qürbətdə rənglər" şeirində 

tərənnüm etmişdir. Ümumən yalnızlıq içində keçmiş bir həyatı vardır. Onun bir başqa 

önəmli mövzusu eşqdir. 1926-cı ildə sevdiyi qızın nişan mərasimi keçiriləcəyi gün başqa 

birisi ilə bala gedəcəyini xəbər alır. Qısqanclıqdan dolayı ondan soyuyur və ayrılır. Bu 

durum onu ölənə qədər nakam eşqini tərənnüm edən dərdli bir eşq şairi edir. Bu əsmər 

gözələ platonik bir eşqlə bağlanır, ona görə də ölüncəyə qədər evlənmədən subay qalır. 

Xəyal qırıqlığı ilə sonuclanan dramatik eşqi ona "Kitabə", "Bəxtiyarlıq", "Tək adam", 

"İrşad", "Qürbət", "Xəzan yolçusuna", "Sənələr", "Yetər ki", "Kimsəsizlik", "Fəraqat", 

"Havada əsən" kimi eşq şeirləri yazdırır. 

K.K.Kamu mütarikə və milli mücadilə illəri mövzusunda qəhrəmanlıq şeirləri də yazdı. 

Milli mücadilənin müxtəlif yönlərini epik üslubda dastanlaşdıraraq "milli mücadilə şairi" 

ünvanını qazandı. Milli mücadilə şeirləri müşahidə və təcrübələrinə dayanır. İstanbulun 

və İzmirin işğalı, Sakarya savaşı, milli mücadilənin qazanılması, Atatürk, Çankaya, 

məhmətcik kimi mövzuları işlədi. Ölkənin içinə düşdüyü işğal fəlakəti qarşısında dərin 

sarsıntılar, üzüntülər keçirdi və bu duruma reaksiyasını fəryadlar halında ortaya qoydu. 

Məmləkət mövzulu şeirləri bunlardır: "Ərzurum", "Bingöl çobanları", "Hicrət", "İzmir", 

"Söyüd", "Qara dəniz", "Güz", "Yurda dönüş", "Akdənizdən keçərkən". Özəlliklə 

"Bingöl çobanları" şeiri məmləkət ədəbiyyatının şah əsərləri arasında sayılır. Şair 

sağlığında şeirlərini kitablaşdıra bilmədi. Ölümündən sonra Rifət Nəcdət Əvrimər (1949) 

və Gültəkin Samanoğlu (1986) onun şeirlərini toplayıb nəşr etdilər. 

Əhməd Qüdsi Təcər (1901-1967). O, cümhuriyyətin rəsmi ideologiyasına sıx şəkildə 

bağlı olmuş, sənət və kültürü xalq arasında aramışdır. Çünki saf kültür və sənətin xalq 

tərəfindən yaradıldığı fikrindədir. Fərdi sənətin bəsləndiyi təməl qaynağın xalqın ortaq 

sənət və kültür təcrübəsi olduğunu qeyd edir. Dolayısı ilə, qurulacaq yeni cümhuriyyət 

ədəbiyyatı da türk xalq qaynağından bəhrələnməlidir. Burada türk ədəbiyyatçısına 

yabançı ideologiyalardan deyil, yerli xalq qaynağından bəhrələnməsi gərəkdiyini təlqin 

edir. Onun fikrincə, xalq sözü proletariat və burjuaziyanı deyil, bütün kütləni ifadə edir. 

Marksizmin parçalanan və mübarizə edən siniflər tezisinə qarşı ünsürləri bir-biri ilə 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

417 


uyumlu, ortaq bir yaşama coşğusunu tərənnüm edən bütöv bir xalq düşüncəsini qoyur. 

Cümhuriyyət rejimi milli bir xalq bütünü yaratmaq məqsədi güdür. Yəni yabançı bir 

ideologiya olan marksizmə söykənib milləti bir-biri ilə çarpışan siniflərə bölməyin həm 

gərəksizliyini, həm də təhlükəsini göstərir. Əhməd Qüdsi milli uyumun estetizə olmuş və 

gözəl bir ifadəyə qovuşmuş olan xalq ədəbiyyatına və folklora söykənmişdir. 

Əhməd Qüdsi sənət siyasəti ilə bağlı olaraq bunları söyləyir: "Hяr шeyиn bиzя gюrяsиnи, 

bиzdяsиnи aхтарыrыг. Bиzя gюrя, bиzиm цчцн roman, bиzиm цчцн шeиr, bиzиm цчцн театр. 

Vя bu aradыьыmыz шей kюkцnя qяdяr mиllи olduьu kиmи, kюkцnя qяdяr dя xalqчыdыr" 

(Veyselden Deyişler, s. 5). Düşüncəsində və sənətində iki əsas prinsip hakimdir: milli 

birlik və tam bağımsızlıq. Poeziyası əsasən 1930-cu illərdə önəm qazanır. İlk şeirlərində 

bir qədər Bodler havası vardır. Nəcib Fazillə də söyləyiş bənzərliyi hiss edilir. İlk 

şeirlərində eşq, yalnızlıq, ölüm, üzüntü kimi mövzulara, daha sonra isə bunlara əlavə 

olaraq Anadolu, məmləkət məsələlərinə yer verir. 1930-cu ildə Sivasa getməsindən sonra 

xalq ədəbiyyatı ilə daha yaxın bir münasibətə girir, xalq ədəbiyyatı və folklor 

araşdırmaları onun şeirinə də təsir edir. Şeirində xalq musiqisinin səsini yaxalamaya 

çalışır.  

Türk millətinin canlı danışıq dilinə diqqət göstərir. Təmiz, yalın və gözəl türkcənin dadını 

tapmaya çalışır. Şeirlərində xalq dilinə aid folklorik ünsürlərə çox da yer verməmişdir. 

Onun şeirində xalq söyləyişi, deyimləri, ifadə qəlibləri o qədər də görünmür. Daha çox 

şəhərlilərə xas və yalın bir dili, açıq bir üslubu var. Ədəbi sənətlərə, süslü ifadələrə, 

sifətlərə çox yer vermir, xalq şeirinin həm şəkil, həm dil və üslub özəlliklərindən, həm də 

motivlərindən yararlanır. Modern bir xalq şairi olmağa çalışır. Türk xalq ədəbiyyatından, 

şeirindən, kültüründən və folklorundən artıqlaması ilə bəhrələnmişdir. Onun şeiri bir 

baxıma xalq qaynağından aldığı materialla qərbli həssaslığın xəlitəsidir. Şeirinə 

folklordan ifadələr, kəlmələr, hətta duyum olaraq çox ünsür girmişdir. O gerçək cəmiyyət 

həyatına, ələlxüsus kənd və qır insanlarının həyatına girmək üçün folkloru bir bələdçi 

kimi görmüşdür. 

Ömər Bədrəddin Uşaqlı (1904-1946). Bütün şeir kitablarını bu dövrdə nəşr etdirdi: 

"Dəniz sərxoşları" (1926), "Yayla dumanı" (1934), "Sarıqız mərmərləri" (1940). Gənclik 

şeirlərində ümumiyyətlə "Ədəbiyyati-cədidə" və "Fəcri-ati" təsiri görünür. Məmləkət 

ədəbiyyatı içində isə Şərq və Qərb ədəbiyyatlarının təqlidi əvəzinə yerli, milli bir 

ədəbiyyat yaradılması gərəyinə inanmış, Yəhya Kamalın düşüncələrindən hərəkətlə 

məmləkətin içindən, türkün ruhundan doğan bir ədəbiyyatı mənimsəmişdir. Şeirlərində 

Anadoluya aid müxtəlif görüntüləri sanki birər tablo halında rəsm etmişdir. Məmləkətin 

gözəlliklərini, insanını gerçək özəlliklərilə deyil, öz duyğu dünyasına və xəyalında 

qurğuladığı şəklə görə təsvir edir. Məmləkət sevgisi və həsrəti üstün olan motivdir. 

Məmləkətin çalışdığı, müxtəlif vəsilələrlə getdiyi yörələrini, təbii gözəlliklərini sevgi ilə 

vəsf edir. Bu arada Türkiyənin fərqli yerlərinin folklor özəlliklərini, özünəxas mədəni 

zənginliklərini də poeziyasında əks etdirmişdir. Dəniz sevgisini və həsrətini qüvvətli bir 

şəkildə işləyən şair türk ədəbiyyatında qabaqcıl dəniz şairlərindən biridir. O bir dəniz 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

418 


aşiqidir. Dəniz onda daha çox xəyallarının genişliyini, ruhunun özgürlüyünü və 

sonsuzluğa açılmasını ifadə edən bir vasitədir. 

 

II. Fərdi mövzulara və estetik dəyərə öncəlik verən şairlər 



 

Bu qrupda yer alan şairlər də ara-sıra, zaman-zaman milli mövzulara, Anadoluya 

yönəlmişlər, məmləkət ədəbiyyatına uyğun əsərlər yazmışlar, heca vəzninə və yalın dilə 

bağlı qalmışlar. Lakin onların poeziyasında gözə çarpan ən mühüm xüsusiyyət daha çox 

fərdi mövzulara, hətta fəlsəfi böhranlara yönəlmələri, simvolist fransız şairi Bodelerin 

təsirində qalmaları, şeirdə estetik, ədəbi dəyərə öncəlik vermələri, saf şeir yazmağı hər 

şeydən üstün saymalarıdır. Bunu söylərkən, milliyyətçi məmləkət ədəbiyyatı şairlərini 

şeirdə estetik dəyərə önəm verməməklə suçlamıram. Onlar da dərin, lirik, saf şeir 

yazmağa çalışırdılar, ancaq milli məzmun və sosial məsuliyyət duyğusu bu şairlərdə daha 

üstün idi. Atatürk dövründə fərdi mövzulara və estetik dəyərə öncəlik verən şairlər 

arasında bunları göstərə bilərik: Əhməd Həmdi Tanpınar, Əhməd Mühib Dıranas, Cahid 

Sidqi Tarançı, Nəcib Fazil Qısakürək, Mustafa Seyid Sutüvən. Onlar üçüncü nəsil hecaçı 

şairlər arasında yer alırlar.  

Estet şair Əhməd Həmdi Tanpınarın (1901-1962) şeirləri çox sonralar, 1961-ci ildə 

"Şeirlər" adı ilə kitablaşdı. Tanpınara görə, şeir şair ruhunun əzəli həqiqətlə təmasından 

doğan bir söhbət, gözəllik adlanan idealla bir an baş-başa qalmanın verdiyi bir 

sərxoşluqdur. Şeir kəlmələrin tərkibindən doğan ritm, ahəng kimi vasitələrlə dillə ifadə 

edilməsi mümkün olmayan iç durumlarımızı, daxili aləmimizi, həyəcanlarımızı, nəşə və 

kədərimizi ifadə edən və beləliklə, bizdə bədii maraq dediyimiz sehri ortaya çıxaran bir 

sənətdir. Dolayısı ilə, poeziya şairin başqasına yönələn təlqinlərindən, öyüdlərindən, 

yönləndirmələrindən uzaq olan, tamamilə şairin öz ruhunu hiss etmək, öz-özünü 

dinləmək, öz-özünü ifadə etmək səyidir. Şeir ruhi bir dinginlik və dərinlikdən doğur. Şair 

başqalarına, topluma necə faydalı ola bilərəm əndişəsilə dışa dönük bir fəaliyyət yerinə 

öz içinə yönəlib özünü dinləməyi və özünü ifadə etməyi bacarmalıdır. Tanpınar şeiri 

məhz şeir olaraq dəyərləndirən nadir saf şairlərdən biridir. Şeirə şeirin xaricində heç bir 

maddi, dünyəvi, sosial, siyasi funksiya yükləmir. Şeiri, sosial və siyasi əndişələrlə 

cəmiyyəti bir yerə yönləndirmə və nəzarət vasitəsi kimi görmək istəmir. Şair cəmiyyəti 

irşad edən bir vaiz də deyildir. Nəsrin ifadə sahəsi ilə nəzminkini dil baxımından bir-

birindən kəskin şəkildə ayırır. O, şeirlə nəsrin etmək istədiklərini etməyə çalışan, 

ağladan, düşündürən, öyrədən, coşduran nəzm arasına da dəqiq bir xətt çəkir. 

Sürrealistlərin şüur altına yönələn çalışmalarını o, röya ilə etməyə çalışdı. Hər iki 

metodda da məqsəd insan gerçəyini kənar ünsürlərin, ağlın və məntiqin məhdudlaşdırıcı 

təsirindən uzaq bir şəkildə verməkdir. İçində yaşadığımız konkret, qatı, qaranlıq, 

çərçivəsi və hüdudları bəlli, dar, sonlu bu dünya həyatına, bu şəhadət aləminə qarşı 

çıxarılan dünya sənətçinin hər mənada manevr imkanlarına açıq konkret, sərhədsiz, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

419 


sonsuz, çərçivəsiz, qaydasız, saf, təmiz, büllur bir dünyadır. Tanpınar bu mücərrəd və 

konkret iki dünya arasında gedib gəlir. 

Tanpınar öz sənətini daim "oyaq həyat" və "röya" arasındakı ziddiyyət və bunun 

doğurduğu ritm üzərində qurur. Oyaq həyat nəsrlə ifadə edilir, röya aləmi isə şeirlə... 

Oyaq həyat günəş aydınlığı altında bütün hüdudları bəlli olan, görünən, donmuş konkret 

varlıqların və konkret həyatın aləmidir. Röya isə tənhalığın, sükunətin, sonsuzluğun, 

zamansızlığın, iç-içə çoxalmanın, saflıq və şəffaflığın, dərinliyin aləmidir. Röyada zaman 

keçmiş-indi-gələcək deyə parçalanmamış, sonsuz bir bütövdür. İnsanın hərəkət sahəsini 

məhdudlaşdıran qapı, divar, yüksəklik, alçaqlıq yoxdur, maneə yoxdur. Bura tam bir 

azadlıq sahəsidir. Sərhəd və say anlayışıları olmadığı üçün insanın mənliyi saysızdır. 

Röya sənətçiyə sonsuzluqla pərdəsiz söhbət etmək imkanı verir. Röyalar insanların arzu, 

kin, ehtiras, şöhrət, vüslət kimi bütün istək və duyğularının yerinə yetməsi üçün 

maneənin olmadığı bir sərhədsizlik və özgürlük ölkəsidir. Sənətçi varlığın özünü 

qavrayır, Allah, cənnət, cəhənnəm kimi anlayışılar bilinən bütün təriflərindən azad olur, 

hamısı özünü konkret bir sintez içində sənətçidə tapır. Röya insana özünün də böyük bir 

röyanın bir parçası olduğunu xatırladır. Bütün miflər röyalardan doğmuşdur. İnsan röyanı 

oyaqkən də görə bilər. Oyaq şüurun o biri tərəfinə keçməklə adam oyaq ikən də röya 

görməyə başlayır. 

Tanpınarda röya insanı ölümün qorxuncluğundan və soyuqluğundan uzaqlaşdıran bir 

qaçış vasitəsidir. Şair gerçək həyat və ölüm reallığına qarşı çarəni röyaya sığınmaqda 

tapır. Tanpınar sonsuza qədər qalacaq bir gözəllik və yaşama arzusunun, sonsuzluğun, 

əbədiyyətin röyasını görən insandır. Bu da dinlərin təqdim etdiyi sonsuz axirət aləmi 

şəklində deyil, bu dünya gözəlliklərinin ortaya qoyduğu şəffaf, lətif, konkret mənadakı 

eşq, gözəllik və sənət sonsuzluğudur. Tanpınarın şeirində metafizik ürpərti vardır. 

"Allaha inanıram. Lakin tam bir müsəlman olub-olmadığımı bilmirəm" desə də, 

(Tanpınarın "Hatıra defterinden", Nokta Der., 1 iyun 1990) dini mənada metafizik imana 

bağlı bir davranış içinə girmir. Təsəvvüfi mistisizmə yer verməyən şair qərbli 

mənasınada idealıst fəlsəfə və spiritualist düşüncəyə daha yatqındır. Onda mistik dünya 

motivi müəyyəndir, ancaq bu, dinə dayanaraq qurulmuş mistik bir dünya deyil, tamamən 

fərdi, öz ruhuna, duyğularına bağlı, profan bir mistisizmdir. 

Tanpınar həm duyğu, həm də kültür şairidir. Mədəni arxa plan onun şeirinin hüceyrəsini 

təşkil edən önəmli ünsürlərdan biridir. Onun yaradıcılığında Şərq və Qərb kültürü diffuz 

bir sintez halında hiss edilir. Tanpınarın da aralarında olduğu Cahid Sidqi Tarançı kimi 

bodlerçi şairlərdə ölüm faciəsinə qarşı yaşama sevinci motivini önə çıxarma bəlirgin bir 

özəllikdir. Ancaq Tanpınarın yaşama sevinci anlayışına baxışı bir az fərqlidir. O, fiziki 

mənadakı həyata və ölümlə bağlı deyildir. Bunları bir reallıq kimi qəbul edir, o qədər... 

Bunun ötəsində həyatın, məhəbbətin, təbiətin sürəkliliyi ilə təmin olunan bir 

ölümsüzlüyün sorağındadır. Ölüm düşüncəsi onun həyatı şərh etməsində bir məhək daşı 

olmuşdur. Onun şeirlərində ölümdən sonra davam edəcək əbədi bir həyat düşüncəsi o 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin