www.kitabxana.net
–
Milli Virtual Kitabxana
195
«Dünya Birliyi» termini evfemer kollektiv ad olub («Azad Dünya» deyiminin yerini
tutub). Bu deyimdə məqsəd Birləşmiş Ştatlar və başqa Qərb ölkələrinin maraqlarından
doğan siyasətə dünya miqyasında legitimlik verməkdir (4). Qərb, lazım olanda,
Beynəlxalq Volyuta Fondu və başqa beynəlxalq iqtisadi qurumlar vasitəsilə öz iqtisadi
maraqlarını irəlilədir, bu maraqlara uyğun saydığı iqtisadi siyasəti başqa millətlərə sırıyır.
Qərbdən olmayan xalqların BVF haqqında rəyi pisdir, hərçənd, o, bu ölkələrin maliyyə
nazirlərinin və hətta daha kimlərinsə dəstəyini qazanıb. G. Arbatov BVF-nin məmurlarını
xarakterizə edəndə bunları deyir: «onlar başqa millətlərin pullarını məmnuniyyətlə
əlindən alan neo-bolşeviklərdir, başqa ölkələrə iqtisadi və siyasi davranışın demokratik
olmayan yad qaydalarını sırıyır, onların iqtisadi azadlığını əllərindən alır».
Qərbin BMT Təhlükəsizlik Şurasında üstünlüyü onun – hərdən Çin tərəfindən veto ilə
yumşaldılan – qərarlarına qanunilik verir: İraqı Küveytdən çıxarmaq üçün Qərbin güc
işlətməsinə, İraq silahlarının mürəkkəb növlərini və bir də belə növləri istehsal etmək
imkanlarını yox etməyə qanuni əsas verir.
Başqa bir örnək: Birləşmiş Ştatlar, Britaniya, Fransa görünməmiş aksiya edib
Təhlükəsizlik Şurasına tələb etdirdilər ki, Liviya ―Pan American» N-103 təyyarəsini
partlatmaqda əli olması haqqında şübhələri dağıtsın. Liviya imtina edəndə BMT ona qarşı
sanksiyalar işə saldı. Böyük ərəb ordusunu dağıdandan sonra Qərb tərəddüd etmədən
bütün ağırlığı ilə Ərəb dünyasının üstünə çöküb. O, əslində, beynəlxalq institutları , hərbi
gücünü, iqtisadi qaynaqları işə salır ki, öz üstünlüyünü doğrultmaq, maraqlarını qorumaq,
siyasi, iqtisadi dəyərlərini təsdiqlətmək hesabına dünyanı idarə etsin.
Vəziyyət başqa cür olsa belə, hər halda qərbli olmayanlar yeni dünyanı belə görürlər və
onların bu baxışlarında gerçək az deyil. Gücdə fərqlər, hərbi, iqtisadi, institusional qüvvə
üstündə mübarizə Qərb ilə başqa sivilizasiyalar arasındakı konflikt qaynaqlarından
biridir. Mədəniyyətdəki, başlıca dəyərlərdəki, inanışlardakı fərqlər konfliktlərin o biri
qaynağıdır. V.S. Naypol bildirmişdi ki, Qərb sivilizasiyası «hamıya uyğundur», ona görə
də «universaldır». Üzdəki qatda, doğrudan da, Qərbin bir çox şeyləri yerdə qalan
dünyaya hopmuşdur. Ancaq təməl qatlarda vəziyyət bambaşqadır. Fərdiyyətçilik,
liberalizm, konstitusionalizm, İnsan Haqları, bərabərlik, azadlıq, qanunun aliliyi,
demokratiya, azad bazar, kilsənin dövlətdən ayrılması kimi Qərb ideyaları demək olar ki,
İslam, Konfutsian, Yapon, Hindu, Buddist və ya Pravoslav mədəniyyətlərə dəyib geri
qayıdır. Əvəzində, Qərbin o ideyaları yaymağa çalışması «insan haqları imperializmi»
haqqında düşmən reaksiyası doğurur. Sonucda yerdə qalan dünyada özlərinin köklü
dəyərləri təzə bir nəfəslə təsdiq olunur. Bunu Qərbdən qıraqdakı mədəniyyətlərdə gənc
nəslin dini fundamentalizmə necə dəstək verməsinə görmək olar. «Universal
sivilizasiyaya» tezisinin özü Qərb ideyasıdır. Bu ideya Asiyadakı çox kültürlərin
partikulyarizmi ilə, insanları ayıran fərqləri saxlamaq arzusu ilə kəllə-kəlləyə gəlir. Ayrı-
ayrı toplumlarda yüz dəyərin önəmi üzrə aparılan tutuşdurmalardan bir müəllif belə bir
nəticə çıxarıb: «Qərbdə çox önəmli olan dəyərlər yerdə qalan dünyada daha az
önəmlidir» (5). Siyasi planda bu fərq Birləşmiş Ştatlar və başqa Qərb ölkələri öz
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
196
demokratiyaları, İnsan Haqları ilə bağlı ideyalarını ayrı xalqlara sirayət etdirmək
istəyəndə aydınca açılır. Çağdaş demokratik idarə forması tarixən Qərbdə formalaşıb.
Demokratiya Qərbdən qıraqda hansı ölkədəsə yer alıbsa, bu, ancaq Qərb
müstəmləkəçiliyinin və ya basqısının sonucunda olub.
Kişor Məhbubaninin dediyinə görə gələcəyin siyasətində mərkəzi ox çox yəqin ki, «Qərb
ilə yerdə qalanlar arasındakı» konfliktlərdən, bir də qeyri-Qərb sivilizasiyalarının Qərbin
gücünə və dəyərlərinə qarşı reaksiyalarından törəyəcək (6). Cavab reaksiyası ya bir, ya da
üç formanın cürbəcür birləşməsində olacaq.
Birincisi, ən ifrat formadır, qeyi-Qərb dövlətləri Birma, Şimalı Koreyanın ardınca
təcridçilik yolunu tutub gedə bilərlər ki, Qərbin öz ölkələrinə yolunu kəssinlər və «Qərbin
çürüməsinə» yoluxmaqdan öz toplumlarını qurtarsınlar və beləcə, Qərbin üstün olduğu
Dünya Birliyinin həyatında iştirak etməsinlər. Ancaq bu kurs çox baha başa gəlir və az
ölkə tapılar ki, axıracan onu tuta bilsin.
İkincisi, Qərbə qoşulmaq və onun dəyərlərini, institutlarını qəbul etmək. Beynəlxalq
ilişgilər nəzəriyyəsində buna ―qatara tullanmaq» deyirlər.
Üçüncüsü, alternativ iqtisadi və hərbi gücü artırmaqla və eyni zamanda başqa qeyri-Qərb
ölkələri ilə əməkdaşlıq etməklə Qərbin əksini yaratmağa cəhd etməkdir. Bu alternativdə
doğma dəyərləri, institutları qorumaq da var. Bütünlükdə isə üçüncü alternativ
vesternləşmək (qərbləşmək) yox, modernləşməkdir.
İÇƏRİDƏN İKİTİRƏLİ ÖLKƏLƏR
Gələcəkdə hansısa sivilizasiyaya mənsub olmaq ölkələrdə, insanlarda özünü
identifikasiya etməyin əsası olanda ayrı-ayrı sivilizasiyalardan olan əhalini özündə
birləşdirən Sovetlər Birliyi, Yuqoslaviya kimi ölkələr parçalanmağa məhkum olacaqlar.
Bəzi başqa ölkələrdə yetərli dərəcədə mədəniyyət homogenliyi var ancaq cəmiyyətin
qrupları arasında hansı sivilizasiyaya aid olmaq üstündə ikitirəlik özünü göstərir. Belə
ölkələrdə, adətən, hökumət ―qatara tullanıb‖ Qərbə qoşulmaq istəyir. Halbuki bu
ölkələrin tarixlərində, mədəniyyətlərində, ənənələrində Qərbə ortaq heç nə yoxdur.
Türkiyə bu baxımdan ən parlaq və tipik örnəkdir. XX yüzilin sonlarında belə, ölkənin
rəhbərliyi Atatürkün ənənələrini saxlayaraq ölkələrini modern, dünyəvi, Qərb millət-
dövləti tipinə aid edir. Bu rəhbərlik məmləkətini NATO-da və Körfəz Savaşında Qərbə
müttəfiq edib. Ölkəni Avropa Birliyinə qəbul etdirməyə çalışır. Ancaq eyni zamanda
Türkiyədə başqa yolun tərəfdarları da var. Onlar hesab edilər ki, ölkələri İslam dirçəlişinə
qahmar çıxmalıdır, çünki mahiyyətcə Orta Şərq Müsəlman ölkəsidir. Bax, bu vəziyyətdə
Türkiyənin elitası ölkəni Qərb cəmiyyəti saysa da Qərb elitası elə hesab etmir. Türkiyəni
Avropa Birliyinə üzv götürmürlər və bunun gerçək səbəbi haqqında Prezident Özal belə
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
197
söyləyib: «səbəb ondadır ki, biz müsəlmanıq, onlarsa xristian. Hərçənd heç vaxt bunu
açıq demirlər». Beləliklə, hara getməli? Türkiyə Məkkədən üz döndərib, Brüssel isə
ondan? Kimlərsə cavab verə bilər ki, Daşkəndə getməli. Sovetlər Birliyinin sona yetməsi
Türkiyənin naxışını açdı. O, yunan sahillərindən Çinəcən uzanan yeddi ölkədən
toplanmış dirçələn türk sivilizasiyanın lideri ola bilər. Qərbin bəyənişi ilə Türkiyə əlindən
gələni edir ki, bu yeni identikliyi düzüb qoşsun.
Son on ildə Meksikanın durumu da Türkiyəninki kimidir. Necə ki Türkiyə tarix boyu
Avropaya qarşı durmasını bir tərəfə qoyub ona qoşulmaq yolunu tutmuşdur, eləcə də
Meksika Birləşmiş Ştatlara qarşı durmuş ölkə kimi özünü bilməsini dayandırıb ABŞ-ı
yamsılamağa başlamışdır. O çalışır ki, Şimali Amerika Azad Ticarət Zonasına (NAFTA-
ya) qoşulsun. Meksika siyasətçiləri ölkənin yeni kimliyi üçün azman vəzifələrin
öhdəsindən gəlirlər. Bunun üçün elə fundamental iqtisadi islahatlar aparırlar ki, axırda
köklü siyasi dəyişmələri çəkib gətirsin. 1991-də Prezident Karlos Salinasın baş müşaviri
de Kortari mənə təfərrüatı ilə Salinas hökumətinin gerçəkləşdirdiyi dəyişmələri
anlatmışdı. Sözünü bitirəndə bildirdim: «Dedikləriniz çox təsirlidir. Belə çıxır ki, siz
Meksikanı Latın Amerikası ölkəsindən Şimali Amerika ölkəsinə çevirmək istəyirsiniz».
O təəccüblə mənə baxdı: «Tam düzdür! Bizim istədiyimiz məhz budur, ancaq, sözsüz,
bunu heç vaxt camaata söyləməyəcəyik». Onun sözlərindən bilindi ki, Meksikada da
Türkiyədəki kimi xeyli adam məmləkətlərinin bu yeni kimliyə qarşı çıxır. Türkiyədə
Avropa yönümlü liderlər İslama sarı jestlər etməli olurlar (Özal həccə getmişdi). Eləcə də
Meksikada Şimali Amerika yönümlü liderlər Meksikanı Latın Amerika məmləkəti kimi
saxlamaq istəyənlərin önündə jestlər etməli olurlar (bunun üçün, məsələn, Salinas İbero-
Amerikan-Qvadalaxara samitini irəli sürmüşdü).
Tarixən Türkiyə içəridən dərin ikitirəliyi olan ölkədir. Birləşmiş Ştatlar üçün ən yaxın
ikitirəli ölkə Meksikadır. Qlobal miqyasda isə ən kəskin ikitirəliyi olan ölkə Rusiyadır.
Rusiya necə məmləkətdir? Qərbin bir parçasıdır, yoxsa ondan fərqlənən Slavyan-
Ortodoks sivilizasiyasına başçılıq edir? Sual Rusiya tarixində təkrar-təkrar qoyulub.
Kommunistlər qələbə çalanda məsələ daha da dolaşığa düşdü. Kommunistlər Qərbdən
ideologiyanı götürüb öz şəraitlərinə uyğunlaşdırandan sonra bu ideologiyanın adından
Qərbi mübarizə meydanına çağırdılar. Kommunist hökmranlığı qərbçilərlə slavyanofillər
arasında gedən tarixi dartışmanı gündəmdən çıxartdı. Kommunizm puç olanda isə ruslar
yenidən həmin sualla üz-üzə qaldılar.
Prezident Yeltsin Qərb prinsiplərini, məqsəd və axtarışlarını Rusiyaya uyğunlaşdırmaq
istəyir ki, onu Qərbin bir parçası olan «normal ölkəyə» çevirsin. Ancaq hələ də Rusiya
elitası və geniş camaat yığnağı bu məsələ üstündə parçalanıblar. Qərbləşməyə yumşaq
müxalifətliyi olan Sergey Stankeviç hesab edir ki, Rusiya «Atlantistlərin» kursunu
tutmamalıdır, çünki bu kurs ona gətirəcək ki, Rusiya olacaq Avropa ölkəsi. Onu tezcə və
yaxşı təşkil olunmuş şəkildə dünya iqtisadiyyatının bir parçası edəcəklər. Beləliklə, o,
Yeddilərin səkkizinci üzvü olacaq. Bununla da Atlantik birliyinin üstün üzvlərinə, -
Birləşmiş Ştatlara və Almaniyaya çox böyük önəm vermək məcburiyyətinə düşəcək».
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
198
Stankeviç ifratçı Avroasiya siyasətini də inkar edərək irəli sürür ki, Rusiya başqa
ölkələrdəki rusları qorumağa üstünlük verməlidir. Bu zaman Rusiyanın türk və müsəlman
ilişgilərini xüsusi vurğulayır. Sonra belə bir düşüncəni yeridir ki, «biz resurslarımızı,
prioritetlərimizi dəyişməmizi, ilişgilərimizi, maraqlarımızı, əsasən, Asiyanın xeyrinə,
Şərq istiqamətində paylamalıyıq». Belə inamda olan adamlar Yeltsini Rusiya maraqlarını
Qərbə tabe etdirməkdə tənqid edirlər. Tənqid edirlər ki, Rusiyanın hərbi gücünü elə
zəiflədib ki, Serbiya kimi ənənəvi dostlarını dəstəkləmir, iqtisadi, siyasi islahatları ruslar
üçün çox ağrılı aparır. Anlatdığımız tendensiyanın göstəricisi Pyotr Savitskinin
ideyalarının populyarlaşmasıdır. 1920-də o irəli sürmüşdü ki, Rusiya ―unikal Avroasiya
sivilizasiyasıdır» (7). Rusiyada daha kəskin, bəzən millətçi, anti-qərbçi, anti-semit səslər
ucalır. Onlar çağırırlar ki, Rusiya yenidən öz hərbi gücünü artırmalıdır, Çin və müsəlman
ölkələri ilə sıx ilişgilər qurmalıdır. Rusiyanın əhalisi heç də siyasi elitasından az
parçalanmayıb. 1992-nin payızında onun Avropa kəsimindəki ictimai rəyin öyrənilməsi
aydın edib ki, burada yaşayanların 40% Qərbə müsbət baxır, 36%-in rəyi isə mənfidir.
Tarixinin çox dönəmlərində olduğu kimi 1990-ın erkənlərində də Rusiya içəridən
ikitirələnmiş ölkə olaraq qalır.
İçəridən bölünmüş ölkə öz mədəniyyət identikliyini yenidən qazanmaq üçün üç tələbə
cavab verməlidir. Birincisi, iqtisadi və siyasi elita bu addımları bütünlükdə dəstəkləməli
və alqışlamalıdır. İkincisi, əhali hətta həvəssiz də olsa yeni identikliyin qəbul edilməsinə
razı olmalıdır. Üçüncüsü, ikitirəli ölkənin qatılmaq istədiyi sivilizasiyanın hakim qrupları
yeni gəlmək istəyəni götürməyə razı olmalıdır. Bu üç tələbə Meksika tam cavab verir.
Türkiyə birinci iki tələbə cavab verir. Qərbə qoşulmaq istəyən Rusiyanın bu üç tələbə
cavabı isə bilinmir necədir. Bir vaxtlar liberal demokratiya ilə Marksizm-leninizm
arasındakı konflikt ideoloji idi. Aralarındakı bütün ayrılmalara baxmayaraq üzdə onlar
azadlıq, bərabərlik, iqtisadi çiçəklənmə kimi eyni məqsədləri bölüşürdülər. Ənənəviçi,
millətçi və avtoritar Rusiya isə başqa-başqa məqsədlərə can atacaq. Qərb demokratı
Sovet marksisti ilə asanca intellektual debata girə bilərdi. Ancaq onun rus tradisionalisti
ilə diskussiyası alına bilməz. Əgər ruslar marksist olmayandan sonra liberal
demokratiyanı götürməsələr və başlasalar özlərini qərblilər kimi yox, ruslar kimi
aparmağa, Qərblə ilişgiləri yenidən uzaq və düşmən olacaq (8).
KONFUTSİAN-İSLAM BİRLİYİ
Qeyri-Qərb ölkələrinin Qərbə qoşulmasında ortaya çıxan əngəllər gücünə və
mürəkkəbliyinə görə cürbəcürdür. Latın Amerikası və Şərq Avropa ölkələri üçün onlar
elə də böyük deyillər. Keçmiş Sovetlər Birliyinin pravoslav ölkələrinə gələndə isə
maneələr çox böyükdür. Bu əngəllər müsəlman, Konfutsian, Hindus, Buddist ölkələr
üçün daha çoxdur. Yaponiya Qərbə assosiativ üzv kimi özünə unikal mövqe qurub: bəzi
yönləri ilə o, Qərbdədir, ancaq başlıca ölçülər baxımından Qərb da deyil.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
199
Mədəniyyətlərinə, hakimiyyətlərinə görə Qərbə qoşulmayan və ya qoşulmağı
bacarmayan ölkələr Qərblə yarışırlar. Bu yarış üçün içəridən özlərini gəlişdirirlər, başqa
qeyri-Qərb ölkələri ilə əməkdaşlıq edirlər. Belə əməkdaşlığın ən seçilən örnəyini
Konfutsian-İslam birliyi verir. Bu ilişgilər Qərb maraqlarına, dəyərlərinə, gücünə qarşı
durub ona meyda oxumaq kimi formalaşıb.
Demək olar ki, bütün Qərb ölkələri hərbi arsenallarını aşağı salmaqdadırlar. Yeltsinin
başçılığı ilə Rusiya da eyni cür davranır. Ancaq elə bu vaxt Çin, Şimali Koreya və bəzi
Orta Şərq ölkələri öz hərbi imkanlarını önəmli dərəcədə genişləndirirlər. Onlar həm Qərb,
həm də qeyri-Qərb qaynaqlarından silah daşıyırlar, eləcə də öz silah istehsalatlarını
gəlişdirirlər. İndi həmin proses Çarlz Krouthemmin dediyi yeni «yaraqlı dövlətlər»
fenomenini verib. Özü də yaraqlı dövlətlər heç də Qərb dövlətləri deyil. Bu proseslərin
ikinci nəticəsi silahlara nəzarət konsepsiyasının yenidən və başqa cür gözdən
keçirilməsidir. Silahlara nəzarət Qərb ideyasıdır və Qərb tərəfindən irəli sürülmüşdü.
Soyuq Savaş boyunca silahlara nəzarətin başlıca məqsədi Birləşmiş Ştatlar və onun
müttəfiqləri ilə Sovetlər Birliyi və onun müttəfiqləri arasında dayanıqlı hərbi tarazlıq
yaratmaq idi. Soyuq Savaşdan sonrakı çağda isə silahlara nəzarətin əsas amacı Qərbdən
qıraq ölkələrdə Qərbin maraqlarına təhlükə olan hərbi güclənmələrin qarşısını almaq
oldu. O vaxtdan Qərb çalışır ki, həmin nəzarəti Uluslararası sazişlərlə, iqtisadi basqılarla,
yaraq-yasağın, silah texnolojisinin ötürülməsinə göz qoymaqla gerçəkləşdirsin.
Qərblə Konfutsian-İslam dövlətlərinin bir böyük, ancaq yeganə olmayan konflikti
fokusdakı kimi cəmləşib nüvə, kimyəvi, bioloji silahlar üstündə. Bu sadalananların
davamı olaraq ballistik raketləri, onları daşımağa yönəlik başqa mürəkkəb vasitələri,
eləcə də elektron vasitələrlə işləyən idarə sistemini, izləmə və hədəfləri vurmaq araclarını
göstərmək olar. Qərb silahların yayılmasının qarşısını almaq üçün onların yayılmamasını
universal norma etməyə çalışır. Silahların yayılmaması haqqında bağlaşmaları,
inspeksiyaları isə həmin normaları gerçəkləşdirən vasitə olaraq yeridir. Qərb eləcə də
cürbəcür sanksiyalarla silahları geniş yayanları hədələyir, bunu etməyənlərə isə bəzi
imtiyazlar verir. Bu zaman, sözsüz, Qərbin diqqəti aktual və ya potensial olaraq Qərbə
düşmən olan ölkələrə zillənir.
O biri yandan, Qərbdən qıraqkı ölkələr təhlükəsizlikləri üçün gərəkli bildikləri silahları
əldə etmək, yerləşdirmək hüquqları üstündə dirənməkdə davam edirlər. Onlar Hindistanın
Müdafiə Nazirinin ağzından çıxmış bir gerçəyi tam mənimsəyiblər. Nazirdən soruşanda
ki, Körfəz Savaşı hansı dərsləri verdi, cavabı belə olmuşdu: «Nüvə silahınız yoxdursa,
Birləşmiş Ştatlarla işiniz olmasın». Buralarda, bəlkə də yanlış olaraq, nüvə silahına,
kimyəvi silaha, raketlərə, Qərbin ənənəvi üstün gücünə tən gələcək potensial kimi
baxırlar. Sözsüz, Çinin belə silahı var. İndi Pakistan, Hindistan da o vasitələri öz
ərazisində yerləşdirə bilər. Şimali Koreya, İran, İraq, Liviya, Əlcəzair onları əldə etməyə
yaxınlaşıblar. Bir yüksək vəzifəli İran məmuru bildirib ki, bütün müsəlman ölkələrinin
nüvə silahı oilmalıdır. Deyirlər ki, 1988-də İranın prezidenti göstəriş veribmiş ki,
müdafiə və hücum xarakterli kimyəvi, bioloji, radioloji silahlar inkişaf etdirilməlidir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
200
Qərbə qarşı duran hərbi potensialın gəlişdirilməsində mərkəzi yeri Çinin artıb yayılan
hərbi gücü tutur. O, uğurlu iqtisadi inkişaf sayəsində hərbi xərclərini yeyincə artırır,
onları modernləşdirməkdə sərt dirəniş göstərir. Keçmiş Sovet dövlətlərindən silah alır,
özünün uzaq mənzilli ballistik raketlərini yaratmaq üçün işlər görür; 1992-ci ildə bir
meqaton nüvə bombasını partladıb sınaqdan keçirib. Çin nüfuzunu yaymaq üçün havada
yanacaq daşıyıb havada da yanacaqla doldurmaq texnologiyasını əldə edir,
aviodaşıyıcılar alır. Onun Güney Çin Dənizində hərbi sistem qurması və bu dəniz
üzərində suverenliyə iddia etməsi Şərq Asiyada millətlər arasında regional hərbi ötüşmə
yarışını qızışdırır. Çin həm də silah və hərbi texnologiya üzrə baş eksportyordur. Nüvə
silahlarını, sinir qazlarını istehsal etmək üçün istifadə olunası materialları o, Liviyaya,
İraqa eksport edir. Nüvə silahı üzrə araşdırma aparıb sonra da istehsalına keçmək üçün
gərəkli reaktoru qurmaqda o, Əlcəzairə yardım edir. Çin İrana nüvə texnolojisini satıb, -
Amerika mütəxəssisləri hesab edirlər ki, bu texnologiya yalnız nüvə silahını düzəltmək
üçün işlədilə bilər. Çin Pakistanın 300 mil mənzilli raketləri üçün detallar yollayıb. Neçə
vaxtdır ki, Şimali Koreya nüvə silahı proqramını işləyir, eləcə də Siriyaya, İrana daha
irəli çeşiddə raketlər, raket texnolojisi satır. Orta Şərqə silahların, silah texnolojisinin
axını, adətən, Şərqi Asiyadan gəlir. Ancaq hərdən tərs yöndə hərəkət də baş verir: Çin
stinger raketlərini Pakistandan alır.
Beləliklə, indi Konfutsian-İslam birliyi əmələ gəlib. Bu birliyin üzvləri birliyi qurmağı
onun üçün planlaşdırmışdılar ki, Qərbə qarşı silah və silah texnolojisini əldə etməyi daha
da irəlilətsinlər. Onlar bununla Qərbin hərbi gücünə qarşı duracaq mərtəbəyə qalxmaq
istəyirlər. Konfutsian-İslam birliyi davam edə də bilər, etməyə də bilər. Ancaq hal-
hazırda Deyv Mekködi bildirir ki, bu birlik ―nüvə silahlarını yaymaq istəyən reneqatların
başçılığı altında onların tərəfdarlarının ittifaqıdır‖. Beləliklə, İslam-Konfutsian dövlətləri
ilə Qərb arasında yeni bir hərbi yarış fır-fırası başlayıb. Silahlanma yarışının əski
dönəmində hər tərəf öz hərbini ya tarazlıq yaratmaq üçün, ya da qarşı tərəfi üstələmək
üçün gəlişdirirdi. İndi isə hərbi yarışda bir tərəf yeni yaraq növlərini yaradır, istehsal edir,
o biri tərəfsə hərbi güc artımını dar çərçivədə saxlayıb qarşısını almağa çalışır. Özü də bu
vaxt tarazlıq məqsədi güdmür və öz hərbi potensialını azaldır.
QƏRB ÜÇÜN SONUCLAR
Bu məqalə onu söyləmir ki, sivilizasiya kimliyi başqa kimliklərin yerini tutacaq və
millət-dövləti yox olacaq; ki, hər sivilizasiya siyasi vəhdətdə və bütövlükdə olacaq və bir
sivilizasiyanın içində olan qruplar arasında konflikt olmayacaq. Bu yazı, sadəcə, belə bir
güman verir ki,
1) sivilizasiyalar arasında fərqlər önəmli və gerçəkdir;
2) sivilizasiya mənsubiyyətindən doğan özünüdərketmə artır;
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
201
3) sivilizasiyalar arasında konfliktlər öncələr qlobal dominantlıqda olmuş ideoloji və
başqa konflikt formalarını sıxışdırıb çıxaracaq;
4) tarixən Qərb çərçivəsində oyun olaraq oynanılan beynəlxalq əlaqələr getdikcə daha
çox devesternləşəcəklər (qərbsizləşəcək) və elə oyuna çevriləcəklər ki, artıq, Qərbə
mənsub olmayan dövlətlər orada passiv obyektlər yox, oyunçular olacaqlar;
5) uğurlu beynəlxalq siyasi, iqtisadi və təhlükəsizlik institutları çox güman ki,
sivilizasiyaların arasında yox, içində inkişaf edəcək;
6) ayrı-ayrı sivilizasiyalardan olan qruplar arasındakı konfliktlər bir sivilizasiyanın
içindəki qrupların konfliktinə baxanda daha tez-tez baş verəcək, davamlı və qanlı olacaq;
7) ayrı-ayrı sivilizasiyaların qrupları arasındakı konfliktlər qlobal savaşa gətirə biləcək
səbəbə çevriləcək;
8) dünya siyasətinin əsas oxu «Qərb və yerdə qalanlar» arasındakı ilişgilərdən keçəcək;
9) bəzi içəridən ikitirəlikli qeyri-Qərb ölkələrinin elitaları vətənlərini Qərb ölkələri
sırasına salmağa çalışacaqlar, ancaq çox hallarda onlar böyük əngəllərlə rastlaşacaqlar;
10) yaxın gələcək üçün konfliktlərin ocaqları Qərb və bəzi İslam-Konfutsian ölkələri
arasında olacaq.
Bu düşüncələr sivilizasiyalar arasında konfliktlərin arzuolunarlığını söyləmək üçün deyil,
güman edilən gələcəyi görükdürmək üçündür. Əgər mənim fərziyyəmin ehtimal gücü
varsa, onun əsasında Qərb siyasəti üçün sonuclar çıxarmaq gərəkdir. Həmin sonucları
yaxın zaman və uzaq zaman arasında bölək. Yaxın zamanda, aydındır ki,
1) Qərbə sərfəlidir öz maraqları üçün içindəki ölkələr arasında işbirliyini və vəhdəti daha
da irəlilətsin. Bu deyilənlər, özəlliklə, Şimali Amerika ilə Avropaya aiddir;
2) Qərb ona mədəniyyətcə yaxın olan Şərqi Avropa və Latın Amerikası ölkələrini
inteqrasiya etməlidir;
3) Rusiya və Yaponiya ilə əməkdaşlığı qorumalı və irəlilətməlidir;
4) sivilizasiyalar arası konfliktlərin böyük sivilizasiyalar savaşına keçməsinin qarşısını
almalıdır;
5) Konfutsian və İslam hərbi güclərinin genişlənməsinə cızıq qoyulmalıdır;
6) Qərb öz hərbi potensialını azaltmağı yavaşıtmalı, Şərq və Cənub Asiyada hərbi
üstünlüyünü qorumalıdır;
|