Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə25/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

182 


Samuel P. Hantinqton 

 

Sivilizasiyaların toqquşması? 

 

«Foreign Affairs» dərgisi, 1993-cü ilin yayı 



 

QARŞIDAN GƏLƏN KONFLİKTİN MODELİ 

 

Dünya siyasəti yeni fazaya girməkdədir. İntellektuallar isə üstümüzə onun gələcəkdə 



hansı qiyafədə olması haqqında gümanlar yağdırırlar: tarixin sonu, millət-dövlətlərinin 

ənənəvi rəqabətə qayıtması, müxtəlif yönlərə - tayfaçılığa, qlobalizmə və s. aparan 

tendensiyaların basqısı altında millət-dövlətlərin böhrana düşməsi. Bu sadalananların 

hərəsi yaranan gerçəkliyin yalnız bir yönünü tuta bilir. Ancaq onların hamısı əsas 

nöqtəni, əslində, problemin mərkəzindəki aspekti tuta bilmirlər. 

Mənim gümanım isə belədir: yeni yaranan dünyada indən belə konfliktlərin başlıca 

qaynağı nə ideologiya olacaq, nə də iqtisadiyyat. İnsanlığın önəmli sərhədlərlə bölünməsi 

və konfliktlərin başlıca qaynaqları mədəniyyətdən gələcək. Düzdür, millət-dövlətləri 

beynəlxalq aləmdə çox güclü tərəflər kimi qalacaqlar, ancaq qlobal siyasətin prinsipial 

konfliktləri başqa-başqa sivilizasiyalara aid olan millətlər, qrupları arasında baş verəcək. 

Sivilizasiyaların toqquşması dünya siyasətinin başlıca amili olacaq. Sivilizasiyalar 

arasından keçən çatlar gələcək cəbhələri ayıracaq cızıqlardır. 

Çağdaş dünyanda konfliktlərin gəlişməsinin axırıncı fazası sivilizasiyalar arasındakı 

konfliktdir. Vestfal Barışının doğurduğu çağdaş beynəlxalq sistemin yarandığı vaxtdan 

bu yana keçən yüz əlli ildə Qərb dünyasının konfliktləri başlıca olaraq krallar, 

imperatorlar, mütləq və konstitusiyalı monarxlar arasında baş verirdi. Bununla onlar öz 

bürokratik aparatlarını genişləndirməyə, ordularını gücləndirməyə, iqtisadiyyatlarını 

artırmağa çalışırdılar və ən əsası isə odur ki, idarələri altında olan əraziləri 

genişləndirməyə can atırdılar. Bu prosesdə millət-dövlətləri yarandı. Fransız İnqilabından 

sonra isə millətlər arasında başlıca konflikt cızıqları daha çox krallar arasından yox, 

uluslar (millətlər) arasından keçdi. R. R. Palmerin yazdığı kimi «1793-də kralların savaşı 

sona yetdi və bundan sonra xalqların savaşı başladı».  

XIX yüzil boyu davam edən bu savaş modelinə Birinci Dünya Savaşı son qoydu. Sonra 

isə Rus İnqilabının sonucu kimi və həmin savaş modelinə cavab olaraq millətlərin 

konflikti yerini ideologiyaların konfliktinə verdi. İdeologiyaların konflikti öncə 

kommunizm, faşizm-nasizm, liberal demokratiya arasında baş verdi, sonra isə konflikt 

kommunizmlə liberal demokratiya arasına keçdi. Soyuq Savaş boyu bu axırıncı konflikt 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

183 


iki supergücün çarpışmasında təcəssümünü tapdı. Həm də o güclərin heç biri klassik 

Avropa anlamında millət dövləti deyildi. Onların hər ikisi özlərini ideoloji terminlərdə 

tanıyırdılar.  

Krallar, millət-dövlətləri, ideologiyalar arasında baş verən konfliktlər, əsasən, Qərb 

Sivilizasiyasının içində baş verirdi. Onlara Viliam Lind «Qərbin vətəndaş savaşları» 

yarlığını qoymuşdu. Soyuq Savaş dünya miqyaslı olsa da Qərbin yetirməsi idi, onun üçün 

də bu deyilən həm onun haqqında, həm də daha öncəki, - XVII, XVIII, XIX yüzillərdəki 

savaşlarla bağlı düz idi. Ancaq Soyuq Savaşın sona yetməsi ilə Beynəlxalq siyasətin Qərb 

fazası başa çatır. Mərkəzə Qərb ilə qeyri-Qərb sivilizasiyalarının qarşılıqlı təsiri keçir. 

Beləcə, Qərbdən qıraq sivilizasiyaların ulusları və hökumətləri daha tarixin obyekti - 

Qərb müstəmləkəçiliyinin hədəfi olmurlar. Əvəzində Qərblə birlikdə onlar da tarixi 

hərəkətə gətirənlər, tarixi yaradanlar olurlar. 

 

SİVİLİZASİYALARIN TƏBİƏTİ 



 

Soyuq Savaşın gedişi boyu dünya birinciyə, ikinciyə, üçüncüyə bölünmüşdü. Sonralar bu 

bölgü mənasızlaşdı. İndi sivilizasiyaları siyasi və ya iqtisadi sistemlərinə, iqtisadi gəlişmə 

səviyyələrinə görə təsnif etmək əvəzinə, daha yerinə düşərdi onları mədəniyyət və 

sivilizasion ölçülərdən itələnərək bölgüləndirmək. 

Sivilizasiya deyəndə biz nəyi anlayırıq? Uyqarlığın mahiyyəti mədəniyyətdəki nələrdənsə 

gəlir. Kəndlərin, bölgələrin, etnik qrupların, millətlərin, dini qrupların hərəsinin öz 

mədəniyyəti var. Bu mədəniyyətlər müxtəlif köklü (heterogen) mədəniyyətin ayrı-ayrı 

qatlarını özlərində görükdürürlər. Güney İtaliyadakı kənd Şimali İtaliyadakından fərqli 

ola bilər. Ancaq onların hər ikisi bir ortaq İtaliya mədəniyyətini bölüşdürürlər və bu ortaq 

mədəniyyətə görə də alman kəndlərindən ayrılırlar. Avropa toplumları elə bir mədəniyyət 

göstəricilərini bölüşürlər ki, məhz onların sayəsində ərəb və Çin toplumlarından 

fərqlənirlər. O biri yandan, ərəblər, çinlilər, qərblilər heç də bir geniş mədəniyyəti 

bölüşmürlər. Onlar hərəsi öz sivilizasiyalarını qururlar. Beləliklə, Sivilizasiya insanların 

ən yüksək mədəniyyət birliyidir və ulusun mədəniyyət kimliyinin (ingilis - identity) ən 

geniş qatı İnsanlığı başqa canlı növlərdən ayıran yığcam əlamətləri verir. Sivilizasiya, bir 

yandan, dil, tarix, din, ənənələr, institutlar kimi obyektiv olan ortaq cizgilərlə tanımlanır 

(təyin olunur), o biri yandan isə, xalqın subyektiv özünü identifikasiyası (öz kimliyini 

axtarıb tapmaq ilə bəllilənir. Xalqların özlərini bilmələrinin dürlü qatları var: Romada 

yaşayan kəs özünü romalı, italyan, katolik, xristian və Qərb insanı kimi tanıda bilər. 

Deməli, sivilizasiya bu romalının özünü qatdığı ən böyük birlik qatı olacaq. İnsanların 

hansı mədəniyyətlə özlərini identikləşdirib özlərinin kimliyini, necəliyini bilməsi dəyişə 

bilər. Dəyişəndə sivilizasiyanın quruluşu və sərhədləri da dəyişəcək. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

184 


Sivilizasiya çox böyük insan yığnaqlarını özünə toplaya bilər. Bunu, məsələn, Çində 

görürük. Ona görə də Çinlə ilgili Lusian Pay haçansa söyləmişdi: «O elə bir bir 

sivilizasiyadır ki, özünü ölkə kimi qələmə verir».  

Ancaq sivilizasiya azsaylı xalqdan da ibarət ola bilər, məsələn, Karib hövzəsinin 

ingilisdilli əhalisi kimi. Sivilizasiyada bir neçə millət-dövlətləri də ola bilər. Bunu biz 

Batı, Latın Amerikası, Ərəb sivilizasiyalarında görürük. Sivilizasiya yaponlarda olduğu 

kimi bir dövlətli də ola bilər. Sivilizasiyalar bir-birinə qarışa da və ya bir-birinin üstünə 

gələ də bilərlər. Onlar özlərinə subsivilizasiyalar da qata bilərlər. Qərb sivilizasiyası iki 

başlıca variantdadır, Avropa və Şimali Amerika variantlarında. İslamın ərəb, türk, malay 

subsivilizasiyaları var. Bütün bunlara baxmayaraq, sivilizasiyalar hər halda bəlli bir 

bütövlükdədirlər. Onlar arasındakı sərhədlər nadir hallarda aydın cızılırlar, ancaq hər-

halda real cızıqlardır. Sivilizasiyalar dinamikdirlər: onlarda yüksəliş də, çöküş də olur, 

bölünürlər, ya da qarışırlar. Və hər tarixçi tələbənin bildiyi kimi axırda onlar yox olub 

zamanın qumluğuna gömülürlər. 

Qərbdə hesab edirlər ki, uluslararası meydanda millət-dövlətləri başlıca aktyorlardır. 

Halbuki bu, yalnız bir neçə yüzildir ki, belədir. İnsanlığın tarixinin ən böyük kəsimi isə 

sivilizasiyaların tarixidir. Arnold Toynbi «Tarixin öyrənilməsi» əsərində 21 başlıca 

sivilizasiyanı sayıb. Ancaq çağımızda onların yalnız altısı qalıb.  

 

NƏDƏN SİVİLİZASİYALAR TOQQUŞMALIDIRLAR? 



 

Gələcəkdə sivilizasiyalar özünü identifikasiya edib kimliyini bilmək daha önəmli olacaq 

və beləcə, dünyanın sifəti yedi-səkkiz iri sivilizasiyanın bir-birinə təsirindən 

formalaşacaq. Bunların sırasına Batı, Konfutsian, Yapon, İslam, Hindu, Slavyan-

Pravoslav, Latın Amerikası və bəlkə də Afrika sivilizasiyaları düşür. Gələcəyin başlıca 

konfliktlər sivilizasiyaların arasındakı çat boyu baş verəcək. Bəs niyə belə olacaq? 

Birincisi, sivilizasiyalar arasındakı fərqlərə, sadəcə, ―real fərqlər» demək azdır, onlar ən 

köklü fərqlərdir. Sivilizasiyalar bir-birindən tarixləri, mədəniyyətləri və daha önəmlisi, 

dinləri ilə ayrılırlar. Tanrı və insan, fərd və qrup, vətəndaş və dövlət, ata-ana və uşaqlar, 

ər və arvad, - bütün bu sadalananlarda tərəflərin ilişgiləri haqqında ayrı-ayrı 

sivilizasiyalarda ayrı-ayrı baxışlar var. Haqlar və öhdəliklər, azadlıq və hakimiyyət, 

bərabərlik və ierarxiya, - bunlardan hansına daha çox önəm verilməsində də 

sivilizasiyalardan doğan baxışlar ayrı-ayrıdır. Bu fərqlər yüzillər boyu yaranıb. Ona görə 

də tezliklə aradan getməyəcək. Siyasi ideologiyalar və siyasi rejimlər arasındakı fərqlərə 

baxanda onlar daha köklüdürlər. Ancaq fərqlər, mütləq, konflikt demək deyil, necə ki, 

konfliktlər də həmişə zorakılıq deyil. Hərçənd yüzillər boyu ən davamlı və zorakı 

konfliktlər sivilizasiyalar arasındakı ayrılmalardan törəyib. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

185 


 

İkincisi, dünya daha da darısqallaşır. Ayrı-ayrı sivilizasiyaların ulusları arasında qarşılıqlı 

təsir artmaqdadır; bu isə öz növbəsində sivilizasiya mənsubiyyətinə yönəlik 

özünüdərketməni artırır. Bu, eləcə də sivilizasiyalar arasındakı fərqi anlamağı 

dərinləşdirir, bir sivilizasiya çərçivəsində isə birliyi yüksəldir. Şimali Afrikadan Fransaya 

mühacirətlər fransız toplumunda düşmənçiliyi artırıb, o biri yandan isə «yaxşı katolik və 

avropalı olan polyakların» mühacirlərinə xoş münasibət yaradıb. Amerikalılar Yapon 

yatırımlarına çox pis baxırlar. Bu yatırımlardan daha çox olan Kanada, Avropa 

ölkələrinin investisiyalarına isə münasibət belə pis deyil. Hər şey Donald Horovits 

göstərdiyi ssenari ilə gedir: «Nigeriyanın şərq bölgələrində İbo insanı Ontişa İbo və ya 

Overri İbo ola bilər. Ancaq Laqosda o, sadəcə, İbo olacaq, Londonda nigeriyalı sayılacaq, 

Nyu-Yorkda isə ona «afrikalı» deyəcəklər». Ayrı-ayrı sivilizasiyadan olan xalqlar, 

dövlətlər arasında bir-biri ilə qarşılıqlı təmaslar artdıqca xalqlarda sivilizasiya şüuru da 

güclənir. Sonucda sivilizasiya mənsubiyyətinə görə bir-birindən ayrılmalar və 

düşmənçiliklər dərinləşir. Özü də bu zaman bütün bunların tarixin dərinliklərinə gedib 

çatdığı aydın olur, ya da hər halda onlar belə qavranılırlar.  

Üçüncüsü, dünyadakı iqtisadi modernləşmə, sosial dəyişmə prosesləri insanların ənənəvi 

olaraq yaşadıqları yerlə identikləşmək əsasında kimliklərini bilməsini getdikcə pozaraq 

idendiklik qaynağı təkin millət-dövlətlərinin rolunu da azaldır. Bax, bu zaman din 

yeriyərək dünyanın çox yerlərində yaranmış boşluğu tutur. Özü də çox vaxt tutur 

«fundamentalist» yarlığını almış hərəkat formasında. Fundamentalist hərəkat İslamda 

olduğu kimi Qərb Xristianlığında da, İudaizmdə də, Buddizm və Hinduizmdə də var. 

Ölkələrin və dinlərin çoxunda fundamentalizm hərəkatına arxa duran gənclər, kollec 

təhsilli, orta sinifdən çıxmış texnarlar, professionallar, biznesmenlərdir. Dünyanın 

sekulyarlıqdan (dünyəvilikdən) diniləşməyə qayıdışı, - Corc Veyqel göstərdiyi kimi, - 

«iyirminci yüzilin axırlarında yaşayışın başlıca sosial olaylarından biridir». Dinin 

dirçəlməsini Cilz Kepel «la revanche de Dieu» (Tanrının revanşı) adlandırmışdı. Bu 

dirçəliş kimliyi tanımaq, bir-birinə qoşulmuşluqda bulunmaq üçün identiklik üçün, artıq, 

milli sərhədləri aşan və sivilizasiyaları birləşdirən əsasları ortaya çıxarır. 

Dördüncüsü, sivilizasiya özünüdərketmənin artmasında Qərbin rolunun ikiləşməsi də öz 

işini görür. Qərb, bir yandan, öz gücünün zirvəsindədir. O biri yandan isə və bəlkə də 

bunun sonucunda Qərbdən olmayan sivilizasiyalarda öz köklərinə qayıdış başlayıb. 

Yaponiyada «asiyalaşmağa», Hindistanda isə Neru irsinə son qoyub «hindulaşmağa» 

çağırışlar səslənir. İndi tez-tez deyilir ki, Orta Şərqdə millətçilik və sosializm kimi Qərb 

ideyaları uğursuzluğa uğrayıb və oranın «yenidən islamlaşma» baş verir. Eləcə də son 

zamanlar Boris Yeltsinin ölkəsində vesternləşmə, yoxsa ―ruslaşma‖ üstündə 

dartışmalardan danışırlar. Qərb gücünün zirvəsində ona oxşamaq istəməyən qeyri-Qərb 

ölkələri ilə üz-üzə durub. Onların arzuları, istəkləri və resursları yetərincədir ki, dünyaya 

Qərbə oxşamayan görünüş versinlər. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

186 


Keçmişdə qeyri-Qərb ölkəlırinin elitası, adatən, Oksfordda, Sorbonada və ya Sandhörstdə 

təhsil almış və Qərbin dəyərlərini, yaşam tərzini mənimsəmiş adamlardan toplanırdı. 

Qərb, beləcə, onları özunə çəkmişdi və Qərbdəki ilişgilər, dəyərlər bu şəxslərin içinə 

hopmuşdu. Ancaq elə o vaxtlar da həmin ölkələrin adi camaatı yerli mədəniyyətlərinin 

bütün dərinliklərinə bağlanaraq yaşamaqda idilər. İndi isə tərsinə olub. Qeyri-Qərb 

ölkələrinin çoxundakı elitalarda de-vesternləşmə (qərbsizləşmə) və yurdçuluq gedir. 

Ancaq elə bu dəmdə də həmin ölkələrin camaatı arasında Qərb, özəlliklə, Amerika 

mədəniyyəti, stilləri, adətləri getdikcə daha çox populyarlaşır.  

Beşincisi, mədəniyyət özəllikləri, ayrılmaları çox az dəyişkəndir. Ona görə də sosial və 

iqtisadi xüsusiyyətlərdən fərqli olaraq onları çözmək və ya güzəştciıl enmək daha 

mürəkkəbdir. Keçmiş Sovetlər Birliyinda kommunistlər demokrat, varlılar kasıb, kasıblar 

varlı ola bilirdilər. Ancaq ruslar eston, azərilər isə erməni ola bilmirdilər.  

Siniflərin və ideologiyaların konfliktində açar-sual bu idi: «Kimin tərəfində durmusan?» 

İnsanlar kimin tərəfinisə seçib sonra da yerlərini dəyişdirə bilərdilər. Sivilizasiyaların 

konfliktində isə sual budur: «Sən kimsən?» Bu sual, artıq, səndə elə şeylərə aiddir ki, 

onları dəyişə bilməzsən. Bosniya, Qafqaz, Sudan aydınca göstərdi ki, həmin suala 

yaramayan cavab üstündə başa güllə çaxarlar. Ancaq onu da bilməliyik ki, insanlar 

arasında din etnik kimlikdən daha kəskin, aşırı, əlahiddə ayrı-seçkilik salır. Kimsə yarı 

fransız, yarı ərəb ola bilər, hətta həmin iki ölkənin vətəndaşı da ola bilər. Ancaq yarı 

Katolik yarı Müsəlman olmaq çox çətin məsələdir.  

Və nəhayət, dünyada iqtisadi bölgəçilik də güclənməkdədir. 1980-89-cu illərdə bölgələr 

arasında ticarət dövriyyəsinin payı Avropada 51%-dən 59%-ə, Şərq Asiyada 33%-dən 

37%-ə, Şimali Amerikada isə 32%-dən 36%-ə qalxıb. Güman ki, regional iqtisadi 

blokların önəmi gələcəkdə də artacaq. Bir yandan, uğurlu iqtisadi bölgəçilik eyni 

uyqarlığa mənsub olmaq bilincini (şüurunu) gücləndirir. O biri yandan isə, iqtisadi 

regionalizmin kökü yalnız ortaq sivilizasiyada olanda uğurlu olur. Avropa Birliyi Avropa 

mədəniyyəti ilə Qərb Xristianlığı təməllərində özünə ortaqlıq qazanır. Şimali Amerika 

Azad Ticarət Zonasının uğuru indi Meksika, Kanada, Amerika mədəniyyətlərinin baş 

verməkdə olan yaxınlaşmasından asılıdır. Bunun tərsinə, Yaponiya Şərqi Asiyada iqtisadi 

birliyi yaratmağın çətinliyi ilə üzləşib. Problem ondadır ki, Yaponiya toplum, sivilizasiya 

kimi özlüyündə təkcənədir. Yaponiyanın başqa Şərq Asiya ölkələri ilə ticarət və maliyyə 

ilişgiləri nə qədər güclü olsa da aralarındakı mədəniyyət fərqləri orada Avropa Birliyi və 

Şimali Amerikanın iqtisadi inteqrasiyasına oxşar regional inteqrasiyanı irəlilətmək 

yoluna əngəllər qoyur.  

Ortaq mədəniyyət, Yaponiyadan fərqli olaraq, Çin Xalq Respublikası ilə Honq-Konq, 

Tayvan, Sinqapur və başqa Asiya ölkələrindəki çin icmaları arasında iqtisadi ilişgiləri 

yeyinləşdirir. Soyuq Savaşın sona yetməsi ilə Çinlə Tayvan arasında mədəniyyət ortaqlığı 

ideoloji fərqləri aşıb. Sonucda onlar bir-birinə xeyli yaxınlaşıblar. Əgər sayılsa ki, 

mədəniyyət ortaqlığı iqtisadi inteqrasiyanın ilkin şərtidir, onda güman etmək olar ki, 

gələcəyin Şərq Asiya bloku Çində mərkəzləşəcək. Bu blok, əslində, oluşmağa başlayıb. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

187 


Mərri Veydenbaum yaxşı deyir: bölgədə Yaponiyanın indiki üstünlüyünə baxmayaraq, 

Asiya sənayesi, kommersiyası, maliyyəsi üçün yeni mərkəz çinlilərə dayanan 

iqtisadiyyatda yaranır. Bu strateji məkanda çox güclü texnoloji və istehsal potensialı var 

(Tayvan). Burada parlaq təşəbbüskarlıq, marketinq və xidmət bacarıqları olan çoxlu 

kadrlar var (Honq-Konq), sıx kommunikasiya şəbəkəsi var (Sinqapur), azman maliyyə 

kapitalı var (hər üçündə). Bütün bu sadalananlara həm də qatılır qitədəki Çinin bitməz 

torpaqları, təbii sərvətləri, işçi resursları. Ənənəvi klanların üstündə qurulmuş bu nüfuzlu 

birlik Quançjoudan tutmuş Sinqapuracan, Kuala Lampurdan tutmuş Manilayacan yayılır. 

Bu klanları Şərq Asiya iqtisadiyyatının bel sümüyü adlandırmaq olar» (1). 

Ərəb olmayan on müsəlman ölkəsini, – İranı, Pakistanı, Türkiyəni, Azərbaycanı, 

Qazaxıstanı, Qırğızıstanı, Tacikistanı, Özbəkistanı, Əfqanıstanı özünə toplamış İqtisadi 

Əməkdaşlıq Təşkilatının da özülündə mədəniyyət və din yaxınlığı durur. 1962-ci ildə 

Türkiyə, İran, Pakistan tərəfindən qurulmuş bu təşkilatın yaşarlı olmasına, 

genişlənməsinə bir təkan da olmuşdu: həmin ölkələrin bəzi liderləri anlamışdılar ki, 

Avropa Birliyinə qatılmaq şansı yoxdur. Oxşar olaraq CARICOM (Mərkəzi Amerikanın 

Ortaq Bazarı) və MERCOSUR da ümumi mədəniyyət təməlində qurulub. Ancaq Karib 

adaları və Mərkəzi Amerika ölkələrini özünə qatan daha geniş iqtisadi birliyi yaratmaq 

cəhdləri uğur qazanmır, çünki ingilis və latın tərəfləri arasında körpü çəkmək hələ ki, 

boşa çıxır.  

İnsanlar kimliyini, yəni kimlərdən olmalarını, kimlərlə eyniləşmələrini etnik və dini 

terminlərdə biləndə özləri ilə başqa din və etnosdan olan kəslərlə ilişgilərini «biz» – 

«onlar» dirəşmələrində qavrayırlar. Şərq Avropanın və keçmiş Sovetlər Birliyinin 

ideoloji biçimdə tanımını, müəyyənliyini almış dövlətləri sona yetəndə önə ənənəvi etnik 

kimlik bilimi və düşmənçilikləri çıxdı. Mədəniyyət və dində fərqlər siyasi məsələlərdə də 

fərqlər yaradır. Bu fərqlər insan haqlarından tutmuş mühacirət, kommersiya, ticarət, ətraf 

mühit məsələlərinəcən hər şeyə adlayır. Coğrafi yaxınlıq Bosniyadan tutmuş 

Mindanaoyacan bir çox yerlərdə bir-birindən torpaq istəmələrə gətirib çıxarır. Ən 

başlıcası isə odur ki, Qərbin universal dəyərlər kimi demokratiyanı, liberalizmi hər yerə 

yaymasına, hərbi üstünlüyünü saxlamasına və iqtisadi maraqlarını yeritməsinə başqa 

sivilizasiyalar əngəl olurlar. Hökumətlərə və siyasi qruplara ideologiya üstündə əhalini 

toplayıb yönəltmək, koalisyonlar qurmaq getdikcə daha çətin olur, ona görə də onlar 

çalışırlar ki, ortaq din və sivilizasiyaya əl ataraq arxa qazansınlar.  

Beləliklə, sivilizasiyaların konflikti iki qatda gedir: mikroqatda sivilizasiyalar arasından 

keçən çatlar boyu düzülmüş qonşu qruplar çox vaxt hətta qanlı çarpışmalarda olurlar ki, 

əraziyə və bir-birinə xaqanlıq etsinlər. Makroqatda isə ayrı-ayrı sivilizasiyalardan olan 

dövlətlər hərbi, iqtisadi güclərini bir-birindən daha üstün etmək üçün yarışırlar. Yarış 

Uluslararası qurumlara, üçüncü qüvvələrə nəzarət etmək və eləcə öz siyasi, dini 

dəyərlərini yeritmək üstündə gedir.  

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

188 


SİVİLİZASİYALAR ARASINDAN KEÇƏN ÇATLAR 

 

Soyuq Savaş illərində böhranların, qantökmələrin başlıca ocaqları siyasi və ideoloji 



sərhədlər boyu düzlənmişdilər. İndi onlar Sivilizasiyalar arasındakı çatlara 

toplanmaqdadırlar. Avropa Dəmir Pərdə ilə siyasi və ideoloji olaraq iki yerə bölünəndə 

Soyuq Savaş başladı. Dəmir Pərdə düşəndə Soyuq Savaş da bitdi. Ancaq elə ki, 

Avropanın ideoloji bölünməsi aradan getdi, yerində yenidən Avropanın mədəniyyətcə 

bölünmüşlüyü dirçəldi. Bəlli oldu ki, Avropa Qərb Xristianlığına və o biri yandan, 

Pravoslavlıqla İslama bölünüb. Viliam Vəlis bildirir ki, Avropanı bölən başlıca cızıq 1 

500-cü iləcən uzanıb yerini tutmuş Qərb Xristianlığının sərhədləridır. Bu cızıq indi 

Finlyandiya ilə Rusiyanın, Baltikyanı ölkələrlə Rusiyanın arasında keçəndən sonra 

Belorusu və Ukraynanı iki taya bölüb Qərbə doğru dönə-dönə Transilvaniyanı 

Rumınyanın o biri kəsimindən ayırır. Buradan isə Yuqoslaviyaya keçərək Horvatiya ilə 

Sloveniyanı yerdə qalan Yuqoslaviyadan ayıran sərhədlə demək olar ki, üst-üstə düşür. 

Balkanlarda, sözsüz, dediyimiz cızıq Habsburq ilə Osmanlı imperiyaları arasından 

keçmiş tarixi sərhədə uyğun gəlir. Bu sərhəddən Şimalidə və qərbdə yaşayan uluslar ya 

protestant, ya katolikdirlər. Onlar Avropanın ortaq tarixini, - feodalizmi, Dirçəlişi, 

Reformasiyanı, Maarifçiliyi, Fransa İnqilabını, Sənaye inqilabını bölüşdürürlər. Onların 

iqtisadi baxımdan durumları həmişə şərqdəkilərdən qat-qat yaxşı olub. İndi onlar ümid 

bəsləyə bilərlər ki, Avropa iqtisadiyyatı içində daha sıx əməkdaşlıq və demokratik siyasi 

sistemləri həmrəy edə biləcəklər. Həmin cızıqdan şərqdə və cənubda pravoslavlar, 

müsəlmanlar yaşayırlar. Tarixən onların bir kəsimi Osmanlı imperiyasında, başqa kəsimi 

isə Çar imperiyasında olublar. O çağlar bu uluslara Qərbin taleyini həll etmiş olayların 

səsi uzaqdan-uzağa gəlib çatırdı. İndi də onlar iqtisadi baxımdan Qərbdən geri qalırlar və 

deyəsən, dayanıqlı demokratik siyasi sistemləri yaratmağa az hazırdırlar. Hazırda 

Avropada düşmüş ideoloji ―Dəmir pərdə‖nin yerini mədəniyyətin ―Məxmər pərdə‖si 

tutaraq bölücü cızıq çəkib. Yuqoslaviya olayları göstərir ki, bu cızıq yalnız ayırıcı deyil 

və zaman-zaman qana batır. 

Qərblə İslam sivilizasiyaları arasındakı çat uzunu baş verən konfliktin tarixi 13 yüz ildir. 

İslamın binası qoyulandan qərbə, şimala sarı ərəb, məğribli yürüşləri 732-ci ildə sona 

yetdi. XI-XIII yüzillərdə səliblər Xristianlığı, xristian hakimiyyətini Müqəddəs Torpağa 

gətirmək yolunda aram-aram uğurlar qazandılar. XV yüzildən XVII yüziləcən Osmanlı 

türkləri tərəzinin gözünü özlərinə sarı əydilər. Onlar Orta Şərqə, Balkanlara yayıldılar, 

Konstantinopolu tutdular, Vyananı iki dəfə qurşağa aldılar. XIX, daha sonra XX yüzilin 

erkənlərində isə Osmanlı gücünü itirəndə Qərbin nəzarətini Şimalı Afrikada, Orta Şərqdə 

Britaniya, Fransa, İtaliya gerçəkləşdirdi.  

II Dünya Savaşından sonra Qərb yenidən geri çəkilməyə başladı. Müstəmləkə imperiyası 

yox oldu. Öncə ərəb millətçiliyi, sonra İslam fundamentalizmi özünü bildirməyə başladı. 

Qərb İran Körfəzindəki enerji qaynaqlarına görə bütün ağırlığı ilə Körfəz ölkələrindən 

asılı vəziyyətə düşdü. Neftlə zəngin Müsəlman ölkələri pulla zəngin, istədikləri vaxtsa 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin