“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
256
Corc Oruel: Böyük qardaş sizi izləyir
Azərbaycanda yəqin ki, ―1984‖ romanından xəbərdar olmayan çox az adam var. Bu
indiki dövrdə olduqca aktualdır və insanlıq var olduqca aktual qalacaq. Əsər çox sadədir,
şüşədən düzəlmiş evlər, 24 saat kamera nəzarəti, şəxsi həyatın hər sahəsinə girmək haqqı
olan polis və təhlükəsizlik ordusu, gecə-gündüz bezib-usanmadan təbliğat aparan böyük
ekranlar, yalançı və saxtakar mətbuat, yalançı ideologiyalar, saxtalaşdırılmış tarix,
idarəedicilərlə idarə olunanlar arasındakı dərin uçurum, bir ovuc dövlət məmurundan
başqa hər kəsin yadından çıxmış və taleyin hökmünə buraxılmış qara camaatdan bəhs
edən bir əhvalatdır.
Yazıçı Corc Oruelin 46 yaşının tamam olmasına bir az qalmış, 1949-cu ilin 8 iyununda,
London kitab mağazasına onun ―1984‖ romanı daxil oldu. Bu kitab qısa müddətdə
milyonların düşüncəsini alt-üst etdi.
―1984‖ romanının ilk 25500 nüsxəsi çap olunduqdan dərhal sonra, qısa müddət ərzində
satılıb qurtardı. İlin axırında romanın Britaniya və Amerikada çap olunan nüsxələrinin
ümumi sayı yarım milyonu ötdü. Sözün əsl mənasında bir günün içində şöhrət qazanan
bu məşhur kimdir?
Müasirləri onu belə təsvir edirlər: ―Arıq və uca boylu, sıx, dalğalı saçları olan, iri
addımlarla yeriyən gənc. Daim sakit və məsum gülüşü ilə qarşısındakının ona maraqlı
olduğunu göstərməyə çalışardı. Heç vaxt özünü yuxarıdan aparmaz, heç kimə ağıl
öyrətməz, zorla öz fikrini qəbul etdirməyə çalışmazdı‖. Bu müdrik və bilikli adamı şəxsi
həyatda görmüş adi insanlar onun haqqında məhz belə düşünürlər. Onun bütün həyatı və
yaradıcılığı ―1984‖ romanının ərsəyə gəlməsinə həsr olunmuş dəyərli təcrübədən
ibarətdir. Əslində o bu romanı yazmağa həqiqətən çox vaxt sərf etmişdi (düzdür Oruel
buna paralel olaraq bir neçə başqa əsər də yazmışdı amma onların içində ən məşhuru
bestsellərə çevirilmiş ―Heyvan ferması‖ dır). Roman çap olunana qədər Oruel onun adını
iki dəfə dəyişmişdi (―Avropada sonuncu insan‖, ―Ölülər və dirilər‖) və beş il ərzində
ancaq onun üzərində düzəlişlər etməklə məşğul olmuşdu. Yeri gəlmişkən kitabın adı heç
çapa veriləndə də hazır olmayıb, bu zaman naşiri Oruelə məsləhət görüb ki, kitabın
yazıldığı ilin son iki rəqəmini dəyişdirib ona ad versin. Beləcə də olur, axı kitab
gələcəyin cəmiyyətindən bəhs edirdi.
Corc Oruel, daha doğru, Erik Artur Bleyer (1903-1950) (Oruel onun yazıçı
təxəllüsüdür), bütün ömrünü ideologiyasız, təbliğatsız, rəhbərsiz cəmiyyətin qurulması ilə
bağlı öz daxilində ziddiyyətli fikirlərilə çarpışaraq keçirmişdi və axırda insan azadlığının
mümkünsüz bir şey olduğu nəticəsinə gəlmişdi. O Hindistanda doğulub, uşaqlığında və
gəncliyində ingilis imperializminin ədalətsiz üzünü görüb, polis işçisi, jurnalist, müəllim
işləyib. Demək olar, bütün ömrünü ehtiyac içində, eyni zamanda iki-üç yerdə işləyərək
keçirib, yalnız ölümündən bir neçə il əvvəl şöhrətin və pulun nə olduğunu bilib.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
257
Hakimiyyət uğrunda mübarizə və arzu olunan məqsədə nail olduqdan sonra, əvvəl sadə
insanların arasında yaşayan, onların dərdinə çarə tapmağa çalışan şəxsin sonradan əsl
iblisə çevrilib, mütləq ağalığa can atması kimi daimi təkrarlanan hal onun yaradıcılığının
əsas araşdırma mövzusudur. Despotizmin və onun kəskin forması totalitarizmin təbiətinin
izahı onun kitablarının başlıca mövzusu idi. Budur ―1984‖ də ―Böyük inkivizator‖
O`Brayn hakimiyyətin təbiəti və fəlsəfəsindən danışır: ―Alman nasistləri və rus
kommunistləri bizim metodlara çox yaxın idilər, amma onların şəxsi motivləri üzərində
işləməyə cəsarətləri çatmadı. Onlar özləribi yalandan elə aparırdılar, hətta buna
inanırdılar ki, hakimiyyətə məcburiyyətdən gəliblər, məhdud müddətdə qalacaqlar,
qarşıda isə onları ... hər kəsin azad və bərabər yaşadığı bir cənnət gözləyir. Biz belə
sadəlöv deyilik. Biz hakimiyyətin sonradan ondan imtina etmək üçün olmadığını bilirik.
Hakimiyyət vasitə deyil, o məqsəddir‖.
―1984‖ romanını yazanda Oruel konkret müasir gerçəkliyi deyil, stalin rejimini
xatırladan avtoritar dövlət modelini təsvir edirdi. Romanın süjet xəttinin əsasında
şəxsiyyətlə dövlət arasında toqquşma və burdan doğan nifrət dayanıb. Dövlət şəxsiyyəti
ruhən məhv edir.
1948 –cil ildə ―1984‖ romanını çapa göndərərkən Oruel naşir Fred Uolburqa yazırdı ki,
roman haqqında ideya onun ağlına ilk dəfə 1943-cü ildə gəlib. Sonralar Oruelin qeyd
dəftərçəsində 1944-cü ilə aid bir qeyddə ―Avropada sonuncu insan‖ adı altında romanın
planı tapılır. Burda müəllif əvvəlcədən cəmiyyəti idarəetmə işində bir sıra yenilikləri
qeyd edir, bura yalançı təbliğat, hər şeyə göz qoyma, düşüncədə ikili standart,
ideologiyalarla seksual həyatın idarə edilməsi, iki dəqiqəlik nifrət fasiləsi və s daxil idi.
Bundan əlavə o maraqlı partiya şüarları da tapmışdı: ―Müharibə - sülhdür‖, ―Güc –
biliksizlikdədir‖ və s. Oruel özü romanı haqqında deyirdi: ―Bu roman gələcək
haqqındadır, bir növ fantaziyadır, amma realsit roman formasında yazılıb. Məncə bütün
çətinlik burdadır, çünki kitab mümkün olduqca asan oxunacaq halda yazılmalıdır.
Mənim romanım sosializmə ya da Britaniya leyborist partiyasına (mən özüm ona səs
vermişəm) qarşı yönəlməyib, arxaik formada mərkəzləşdirilmiş iqtisadiyyatı olan artıq
qismən də olsa gerçəkləşdirilmiş kommunizm və faşizm kimi avtoritar rejimlərə qarşı
yönəlib. Mən bu cürə bir cəmiyyətin nə vaxtsa ortaya çıxmasına tam inanmıram, amma
qismən də olsa buna bənzər bir cəmiyyət layihəsi ağlabatandır. Həmçinin əminəm ki,
intellektualların şüurunda totalitar ideya daim mövcuddur və ələ keçən ilk fürsətdə bu
ideyanı inkişaf etdirməyə çalışırlar, mənsə romanımda həmin ideyanı sona qədər inkişaf
etdirərək, cəmiyyətin hansı formaya düşəcəyini göstərmək istəmişəm. Kitabdakı
hadisələr İngiltərədə baş verir, bununla da ingilisdilli xalqların rəhbərliyinin də
totalitarizmə meyllilikdə başqa xalqlardan geri qalmadığını və onunla mübarizə
aparılmasa, hər yerdə qalib gələ biləcəyi mesajını vermək istəmişəm‖.
Oruel totalitarizmin əsas cəlladları kimi intellektualları təqdim edir və bunun üçün
xüsusi məntiq və hətta mənəvi zəmin düşünür. Onun fikrinə görə totalitar ideya həmişə
intellektualların düşüncəsində yaşayır. İntellektuallar dünyanı fanatizm, qayda-qanunlara
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
258
çılğıncasına bağlılıq, lovğalıq və sadə insanların əzabı üzərində qurulan həzz kimi
görmək istəyirlər. Bunun üçün də totalitar ideya intellektuallar üçün daha uyğundur. Əgər
intellektuallar hansısa ideologiyaya xidmət edirlərsə, ―onlar adətən diktatura metodlarına,
gizli polisə, sistematik saxtalaşdırmaya yönümlü olurlar‖. Oruel intellektualların gələcək
diktaturasının təşəkkül ehtimalını Bellok, Vuat və xüsusilə də Bernhem kimi filosofların
əsərlərindən istifadə edərək əsaslandırır.
―1984‖ romanında bu fikri sübut etmək üçün bir neçə misal gətirirlir: partiyanın
intellektuallardan ibarət daxili və sadə insanlardan ibarət xarici sesksiyaları; sağlam
düşüncənin göstəricisi kimi ―2х2=4‖ devizi. O həqiqi ziyalılığı, soyuq, öz xeyirini güdən,
kinli intellektualizmdən fərqləndirirdi. ―İntellektuallıq rütbəsinə ciddi yanaşdığım üçün,
ingilis ədəbi aləmindəki rişxəndçiliyə, rəzilliyə, tutuquşuluğa və yaxşı pul qarşılığında
başqalarının danışan dilinə çevrilənlərə nifrət edirəm‖.
Tədqiqatçıların çoxunun yazdığına görə ―1984‖ romanının baş qəhrəmanlarından biri
Qoldşteyn, L.D.Trotskinin prototipidir. ―Bu ibtidai dövrləri xatırladan proseslərdə
Trotski, xalqın yaxşılığını istəməyən xain, İblis rolunu oynayır‖. Hər bir totalitar ideyanın
ayaqda qalması üçün bir İblisin mövcud olması ideyasını Oruel ―1984‖ romanını
yazamazdan az öncə gündəliklərində yazır. Belə ki, Trotskinin ölümündən üç gün sonra o
gündəliyində yazmışdı: ―İndi Rusiya Trotskisiz neynəyəcək?.. Yəqin onun əvəzinə yeni
birisini düşünməli olacaqlar‖.
―Biz çılğın bir dünyada yaşayırıq, burda əksiliklər daim bir-birlərinin yerlərinə keçirlər,
birdən-birə pasifistlər Hitlerə pərəstiş edir, sosialistlər millətçi olur, vətənsevərlər xalq
düşmənləri ilə əməkdaşlığa girir, buddistlər yapon ordusunun qalib gəlməsi üçün dua
edir, ruslar hücuma keçəndə isə, birjalarda aksiyaların kursu yüksəlir‖- deyə Oruel
gündəliyində yazırdı.
Yazıçı yeni dövrün ən böyük bəlalarından biri olan təbliğatın cəmiyyətdəki şəvvaflığa
vurduğu zərbələri və bunun gələcək dünyada ən böyük problemə çevriləcəyini
yaradıcılığında dönə-dönə göstərməyə çalışır. O deyirdi ki, ―hətta yaxşı məqsədlə belə
istifadə olunan təbliğatın iyrənc tərəfləri mövcuddur‖, ya da başqa bir essesində ifadə
etdiyi kimi: ―Günümüzdə bütün yazanlar və danışanlar palçıq içində çabalayır,
intellektual dürüstlük və həmkarına hörmət etmək kimi yüksək ziyalılığın simvolları artıq
yoxdur‖. BBC-dəki iş Oruelə göstərdi ki, şərə qarşı təbliğatlar xarakterinə görə tamam
tanınmaz, fərqli hallara düşə bilir ―antifaşist təbliğatını, antiimperialist təbliğatı ilə
əlaqələndirmək‖ mümkün deyil.
İspaniya xatirələri haqqında bir essesində o yazırdı: ―Mən uşaqlıqdan bəri qəzetlərin
yalan danışdığını bilirdim, amma İspaniyada olarkən mətbuatın gerçəkliyi tam
saxtalaşdıra biləcəyini gördüm. Mənim şəxsən iştrak etdiyim neçə ―döyüş‖ olub ki, orda
bircə güllə də atılmayıb, amma qəzetlər bunu qanlı döyüş kimi əks etdirirdilər, həmçinin
mən çoxlu insan ölümü baş verən neçə-neçə əsl döyüşlərdə iştirak etdim ki, mətbuat bu
haqda bircə kəlmə də yazmamışdı. Mən qəzetlər tərəfindən qorxaq kimi tanıdılan əsl,
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
259
cəsarətli əsgərlər gördüm və mətbuatın qəhrəmana çevirdiyi neçə qorxaqlar gördüm. Mən
qəzetlərin bu yalanlarla insanların dünya baxışını necə formalaşdırdığının şahidi oldum‖.
İstər ―1984‖ istər də ―Heyvan ferması‖ romanlarında olsun, istərsə də Oruelin
yaradıcılığının başqa nümunələrində, bütün əhvalatların sonu mütləq insan azadlığının
mümkün olmadığı məntiqi nəticəsinə gətirir. O, partiyaların, mətbuatın, siyasətçilərin
olduğu bir dünyada insan azadlığının hər zaman qısılacağını dəfələrlə vurğulayır. O
sosializmin, faşizmin, hətta demokratik quruluşlu cəmiyyətlərin belə insanlığın
qələbəsinin mümkünlüyünə inanmırdı.
Həmçinin, Oruelin əsərlərində totalitar dövlət quruluşlarına qarşı satirik yanaşmalar
olmasına baxmayaraq, yazıçının özü uzun müddət kommunistlərlə gizli əlaqələrdə
şübhəli bilinirdi. Britaniya əks kəşfiyyatı Mİ-5 2007-ci ildə açdığı məxfi sənədlərindən
bəlli olur ki, 1929-cu ildən başlayaraq, 1950-ci ilə, yəni yazıçının ölümünə qədər onun
bütün həyatı izlənib və gizli əlaqələri ortaya çıxarılıb. Məsəlçün 1942-ci ilə aid agent
Yuinqin məlumatında Oruel haqqında deyilir: ―Bu adam irəli görüşlü kommunistdir, hind
dostlarından bəziləri onun tez-tez kommunistlərin yığıncaqlarında iştirak etdiyini
deyirlər‖.
―1984‖ romanını mütəmadi izlənməkdən əziyyət çəkən müəllifin öz bioqrafiyası ilə sıx
bağlıdır. Romanda nəzərə çarpmayan çoxlu sayda detal yazıçının həyatı ilə səsləşir.
Məsəlçün, romanın baş qəhrəmanı Uinston Smitin otağının nömrəsi olan 101 rəqəmi
əslində Oruelin ikinci dünya müharibəsi illərində BBC-də işləyərkən böyük sıxıntı ilə
oturduğu otağının nömrəsidir. O, həmçinin BBC-də arxivlərin saxtalaşdırılmasının və
kütlənin idarə edilməsinə yönəlmiş yalan məlumatların yayılmasının da şahidi olmuşdu.
Müəllifə görə insanı totalitarizmin köləsinə çevirmək üçün, onun təbiətini dəyişdirən
uzun müddətli, çətin bir əməliyyata ehtiyac var. Oruel diktaturların yorulub-usanmadan
yenidən və yenidən tətbiq etdiyi bu əməliyyatı seyr etməkdən zövq alır. O insan təbiətini
idellaşdırmır. Əslində hamımızın içində bir Böyük Qardaş oturub, fürsət ələ keçən kimi,
istər polis, istər məmur, istər təhlükəsizlik işçisi kimi başqalarını izləməyə, tabe etməyə,
idarə etməyə çalışır. Hər bir insanı sındırmaq mümkündür, amma buna görə insana nifrət
etmək lazım deyil. İnsan təbiəti, hakimiyyətə, totalitarizmə və aqressiyaya yönümlüdür,
amma bu bir müddət sonra əyləncəsini itirir, maraqsız, zövqsüz bir şeyə çevrilir. Oruelin
bütün deməyə çalışdığı budur, əvvəl-axır absurd vəziyyətə çatan diktatura nəyə lazımdır
ki?
Namiq Hüseynli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
260
Azərbaycanda Prustu nə qədər adam oxuyub?
Axı bu bığıburma yazıçı kimdi, niyə ona bu qədər dəyər verirlər?
İndi də hay-küylə, bəh-bəhlə ―Svan tərəflər‖ kitabının çapından 100 il keçməsini qeyd
edirlər.
―New York Times‖ ayrıca bölüm də yaradıb. Hamını fransız yazar haqda düşüncələrini
bölüşməyə çağırır.
Uzağa niyə gedirik?
Nobelli türk yazarı Orxan Pamukun ən məşhur romanlarından olan ―Qara kitab‖ı
vərəqləyək.
Arvadı evdən qaçan baş qəhrəman Qalip tənha qoca jurnalistin hekayətini danışır.
Həmin jurnalist Türkiyədə heç kəsin Prustu və onun qəhrəmanı gözəl Albertini
tanımamasından gileylənir. Hətta oxumuş insanlar, qoca jurnalistin həmkarları da
onlardan bixəbərdirlər.
Jurnalist deyinir ki, ―yəqin bu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda
insanlar avamlıqdan qurtulub başqa həyat yaşamağa başlayacaqlar‖.
Həmin o bığıburma yazıçı əvvəl-əvvəl şeir yazıb, kimsənin diqqətini cəlb etməyib. Sonra
romana girişib. Uzun müddət barəsində kübar cəmiyyətlərdə fırlanan diletant obrazı
mövcud olub.
Üstəlik də homoseksual idi… 20-ci əsrin əvvəlində…
Prust 15 il ərzində yazıb ortaya qoyduğu ―İtirilmiş zamanın sorağında‖ silsiləsindən 7
kitabı ilə tanınır.
Əvvəl yarımçıq qalan əlyazmaları da burada karına gəlib.
Bu kitabların bəzilərinə roman demək olar, bəziləri uzun-uzadı jurnalist qeydlərini
xatırladır.
(Prust bir müddət ―Fiqaro‖ qəzetində Paris salonlarından xəbərlər hazırlayıb).
―Svan tərəflər‖ silsilənin birinci kitabıdır.
Son 3 kitabı redaktə eləməyə isə Prusta əcəl imkan verməyib. Onlar yazıçının ölümündən
sonra çap edilib.
Uşaqlıqdan müxtəlif xəstəliklərdən əziyyət çəkən Prust 51 yaşında ağciyərindən gedib.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
261
Kitablarında qeyri-adi heç nə baş vermir, süjet klassik romançılıq anlamında çox maraqlı
sayıla bilməz.
Onlarla səhifə hansısa xanım haqda cəmiyyətdə mövcud olan rəylərə, gəzən şayiələrə
həsr edilir.
Bəs Prusta niyə ―20-ci əsr dünya ədəbiyyatında ən vacib fiqurlardan biri‖ deyirlər.
Prust romançılıqda inqilab edənlərdəndir
Kafka və Coys kimi o da öz yazdıqları ilə ədəbiyyatda uzun müddət hökmran olan
klassik formalara və həyatı təsvir metodlarına üsyan edir.
―İtirilmiş zamanın sorağında‖ silsiləsi klassik roman texnikasıyla daban-dabana ziddir.
Burada əsərin əvvəlində əsası qoyulan ziddiyyətlər, onların kulminasiya nöqtəsinə
çatması, daha sonra düyünün açılması kimi ənənəvi struktur vahidləri ya yoxdur, ya da
çox zəifdir. (Buna görə də hazırlıqsız oxucu üçün çox darıxdıcıdır).
Bu bir düşüncə axınıdır. Baş qəhrəman Marselin öz otağında həyatını xatırlamasıdır.
Modernist Prust impressionistcəsinə bəzən həyatının hansısa xırda bir detalını oxucuya
anlatmaq üçün səhifələr ―xərcləyir‖. Bütün bunlar ondan irəli gəlir ki, Prust realizmə,
onun tipikləşdirmə metodunun həyatı təsvir etmək, insanların obrazını yaratmaq üçün
tamamilə yararsız olması, səthilikdən o yana getməməsi qənaətindədir. Onun fikrincə,
tipikləşdirmə metodu ilə hansısa insanı müsbət, yaxud mənfi obrazda vermək yanlışdır.
Çünki insan şəraitdən asılı olaraq dəyişə, gah daha çox mənfi, gah da daha çox müsbət
cəhətlərə malik bir şəxs kimi meydana çıxa bilər.
Hansısa cani əsgər aparıla və müharibədən qəhrəman kimi qayıda bilər.
Məsələn, əsərdə Marselin kübar cəmiyyətdə üzləşdiyi insanlara birmənalı qiymət vermək
olmur. Kimsə homoseksualdır, amma evlənir və daim xanımların əhatəsində olmağa
çalışır ki, heç kəs bundan şübhələnməsin. Yaxud hansısa fahişə yüksək mənsəbli şəxsə
ərə gedəndən sonra cəmiyyətdə ona münasibət ―180 dərəcə‖ dəyişir, hamı ona ehtiramla
yanaşmağa başlayır.
Bir sözlə Prust hesab edir ki, bu qədər maraq və mənafelərin, fərqli düşüncə tərzli
adamların olduğu cəmiyyətdə insan haqda dolğun təsəvvür formalaşması, onun əsl
―mən‖inin dərk edilməsi müşkül işdir, kimsə bunu etməyə cəhd göstərirsə, faktiki olaraq
vaxtı hədər gedir. Həmin zaman itirilmiş olur.
Ona görə də Prust öz əsərində keçmişə müasir dövrün prizmasından baxmağa,
ümumiləşdirmələr aparmağa, nəticələr çıxarmağa çalışmır. Onun üçün bu, anlamsız bir
işdir. Prust yalnız lap uşaqlıqdan başlayaraq keçirdiyi hisslərin salnaməsini yazır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
262
Onun üçün vacib olan - uşaq vaxtı duyduqlarını olduğu kimi, o dövrdə yaşandığı
formada təsvir etməkdir. Bütün əsər bu yaşanan hisslərin, sevincin, kədərin
tərənnümüdür. Həmin duyğuları doğurmuş hadisələrin, insanların təsviri yox.
Prust hesab edir ki, həyat insanın müxtəlif hadisələr, şəxslər haqda səthi rəylərinin
toplusu olduğu üçün itirilmiş bir zamandır.
Amma yazıçı həm də düşünür ki, zamanı müəyyən mənada bərpa etmək mümkündür -
ədəbiyyat vasitəsilə. Yəni hər bir yazar, elə hər bir insan da öz yaşadığı duyğuları
xatırlayaraq beynində ―bərpa edə‖ bilər. Məhz bu halda o özünün kimliyini anlayacaq, əsl
―mən‖i ona bəlli olacaq.
Başqa sözlə insanın əsl kimliyi ona başqalarının verdiyi qiymətlə yox, onun öz
yaşadıqları, duyduqlarının məcmusu ilə ölçülür.
Ola bilsin Prustun yazdıqları öz dövründə, elə indi də bir çoxlarına maraqsız gəlir.
Bəlkə də doğrudan da maraqsız yerləri var
Amma Prust ədəbiyyata yeni baxış gətirənlərdən idi. Oturuşmuş qaydalarla yazmaq
istəməyən, onları dəyişmək istəyən yazardı.
Çəkinmədən "belə də yazmaq olar" deyib bunu sübut edənlərdən.
Bəlkə buna ədəbiyyata plüralizm, çoxfikirlilik, demokratiya gətirən deyək?
Doğrudanmı…
―Bbu ölkədə Prustu və Albertini anlayan insanlar ortaya çıxanda insanlar avamlıqdan
qurtulub başqa həyat yaşamağa başlayacaqlar…‖
Rövşən Qəmbərov
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
263
Qismət
―Postmodernizm‖
Nədir bu postmodernizm?
"Dünya nə mənalıdır, nə mənasızdır, o sadəcə var, vəssalam". Alan Rob-Qriye
Şəhərdə tez-tez yeni kinoteatrlar açılır, çox gözəl, çox pakizə. Bəs görəsən nə vaxt bu
kinoteatrlarda öz istehsalımız olan filmləri görmək səadəti bizə nəsib olacaq? Cavab,
əslində, çox sadədir : öz filmlərimiz çəkiləndə. Film çəkilirmi ölkəmizdə? Deyilənə görə
çəkilir, mən rast gəlməmişəm, rastıma çıxanlar isə filmdən başqa hər şeydir. Həzərat, nə
vaxt bu millətin dosta-düşmənə göstəriləsi, üzə çıxardılası adam balası kimi yazıçısı,
diringə yox, çağdaş musiqi bəstələyən bəstəkarı və nəhayət nə vaxt bu millətin çağdaş
tendensiyaları, meylləri mənimsəmiş, istifadə tarixi keçmiş mövzularda deyil, öz
reallığımızın problemlərindən danışan rejissoru olacaq ? Deyim nə vaxt : nə vaxt ki,
qalstukunu həqiqəti deməyə mane olacaq qədər sıxan sənətçi libasına bürünmüş
istedadsızlar aradan çəkiləcək, nə vaxt ki, vətənpərvərliyin arxasına piştaxta kimi keçib
al-ver edən psevdo-vətənsevərlər yox olacaq, nə vaxt ki, Oruel qələminə layiq əxlaq
bəkçiləri təqaüdə çıxacaq, nə vaxt ki, oxuduğu kitabı, baxdığı filmi başıyla yox,
gündəyməziylə anlayan adamlar vızqırdıb öz işiylə məşğul olmağa gedəcək, bax onda
bəlkə nəsə eləyə bildik.
Köşə yazısında, müsahibəsində, süfrə başında "af-uf"larla, "kitayski" dərdlərlə yazdığı
kitaba, çəkdiyi filmə həyatilik dəyəri qazandırmaq istəyən, oxumaqdan, əziyyət
çəkməkdən, zəhmət çəkib yeni meylləri izləmək məcburiyyətindən danışanda eyni
bəhanələri - "iş vaxtımı çox alır", "əsas səmimi olmaqdı", "mən az oxusam da, yaxşı
oxumuşam" - utanmadan təkrarlayan milli ziyalılarımızın özünü aldatma prosesi nə vaxt
başa çatacaq görəsən ?!
Vaxt gedir, işimizə baxaq.
***
|