“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
272
Postmodernizm modernizm qaşqabaqlı, qaramat görkəminin yerinə, hər şeyi oyun
materialı kimi görən, həyata və sənətə əyləncə pəncərəsindən baxan yanaşmanı
dəstəkləyirlər.
Yumor
Postmodern romançı ədəbiyyatı əyləncəli hala gətirmək üçün oyunlardan başqa,
yumoristik cümlələrə də tez-tez müraciət edir. Bu yumoristik cümlələr modernist
təhkiyəçinin ağırtaxtalı, hər şeyi bilən tanrıvari mövqeyinə də ironiyadır. Bir məsələni
dəqiqləşdirək : modernist romanlarda da əlbəttə ki, bütün əsərlərdə olduğu kimi
yumoristik elementlər olub, lakin modernist əsərlərdəki yumor qəhrəmanın vəziyyətinə
uyğun işlədilirdi. Postmodernizmdə isə belə bir qayda yoxdur.
Kollaj
Postmodern roman xronoloji ardıcıllıqla nəql edilmir, əksinə, tədriciliyin yerinə,
parçalılıq, bölünmüşlük, fraqmentallıq təqdir edilir. Bu fraqmentallıq əsərlərin içində
qəzet xəbərləri, şeir, broşura, gündəlik kimi ünsürlərin girməsinə imkan yaradır.
Postmodern roman bir-birindən fərqli olan mətnlər kollajı formasında qurulur.
Postmodern mətn konkret bir təhkiyə növündə israr etməyi sevmir, romançı istədiyi növə
rahatlıqla keçə bilər. Əsərdən modernizm dövründə olduğu kimi "böyük sənət mahiyyəti"
gözlənilmir. Modernist romandakı kollaj simmetriyaya can atırsa, postmoderndə əksinə
fraqmentallığa meyllidir. Postmoder kollaj vasitəsilə mənt şərhə, yozuma açıq sonsuz
sayda ziddiyətlərdən ibarət olur.
Detektiv
Əvvəllər detektiv əsərlər ancaq yüngül əyləncə məqsədilə oxunardı. Lakin
strukturalistlərin bədii mətnlərə yeni yanaşması sayəsində detektivə maraq artdı. Borxes,
Grillet, Calvino, Muriel Spark, Eko kimi yazıçılar detektivi öz məqsədləri üçün istifadə
etməyə başladılar. Detektivin postmodern romanda çox işlənməsinin əsas səbəblərindən
biri də detektiv xəttin oxucunu istər-istəməz mətni yozmağa təhrik etməsidir ; bu vasitə
ilə oxucunu oyuna cəlb olunur və yazıçının uydurduğu, mətnə səpələdiyi işarələrin içinə
düşür. Postmodern mətnlərdə oxucu köhnə detektivlərdə olduğu kimi onu intizarda
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
273
saxlayan, həyəcanlandıran, beynini məşğul edən şeylərin cavabını yazıçıdan ala bilmir və
məcbur olur özü bir cavab tapsın.
Realizm
Postmodernistlər modernistlər kimi "mütləq" həqiqətin arxasınca qaçmırlar, həqiqətin
hər adama görə fərqli ola biləcəyini düşünürlər, beləcə, öz həqiqətlərinin yerinə mətnin
həqiqətlərini təklif edirlər. Postmodernizmə görə dildən başqa reallıq yoxdur, buna görə
də postmodernizm realla irrealın, qurama ilə həqiqinin iç-içə olduğu bir dünyadır.
Postmodernin realizmə bu cür yanaşması fantastikanın, xəyaliyin, uydurmanın
postmodern mətnlərdə geniş istifadəsinə gətirmişdir.
Tarix
Postmodernizmin tarixə münasibəti, modernizmdən fərqli olaraq, hamı tərəfindən qəbul
edilən, mütləq, dəyişməz deyil. Postmodernizm tarixi hadisələrin də subyektiv
yozumlarla fərqli izahlarının ola biləcəyini deyir. Postmoderndə fərqli yozumlara açıq
bütün tarixi hadisələr modernizmdə olduğu kimi səbəb-nəticə əlaqəsinə tabe deyil,
əksinə, bölünmənin, fraqmentarlığın hökm sürdüyü yeni dünyada dəyişən vəziyyətləri,
mühitləri, fakt və hadisələr özü öz içində yenidən yazan bir tarix anlayışı ilə yazılır.
Postmodern roman tarixə baxışını tarixin əsas nöqtələrindəki qəhrəmanlardan alt
səviyyədəki adi insanlara çevirir.Bununla postmodernizm tarixi ibrət alınası anlayışdan
uzaqlaşdırıb, oyun materialına çevirmək məqsədi güdür. Orxan Pamukun dediyi kimi :
"Tarixi romanları elmi-fantastika kimi oxuyun. Fantastika gələcək haqqında
fantaziyalardır. Tarixi roman da keçmiş haqqında fantaziyalardır."
Qəhrəmandan subyektə
Modernist əsərlərdəki qəhrəmanın yerini postmodern əsərlərdə kimliyi qeyri-müəyyən
olan, Kafkanın "Məhkəmə"sindəki Cozef K. kimi bulanıq tutur. Bu tiplər mətnin
obrazlar, təsvirlərlə toxunmuş strukturu içində çevrilməyə, dəyişməyə açıq subyektlərdir.
Fərdiliyin yox edildiyi postmodern mətnlərdə, qəhrəmanlara sadəcə subyekt demək daha
doğru olar. Subyektlə obyekt, daxili dünya ilə xarici aləm, reallıq ilə quramanın
sərhədinin yox olduğu postmodern mətnlərdə subyektin varlığı da konkret deyil.
Modernizmin humanizmin təsirilə ilahiləşdirdiyi insan, postmodernizmdə ilahilik
mərtəbəsindən yerə endirilib, oyun cəlb edilir. Postmodern mətndə modernist mətnlərdəki
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
274
kimi ilahiləşdirilmiş insana ehtiyac yoxdur, çünki postmodern mətnlərin onun vasitəsilə
demək istədiyi konkret mesaj yoxdur.
Obraz
Modernist romanda reallıqla əlaqəsi olan obrazlar, postmodern romanda gerçəkliklə
əlaqəsini tamam kəsir. Türk ədəbiyyatşünası Yıldız Ecevit posmodern obrazın ilk
rüşeymi kimi Kafkanın əsərlərinə müraciət edir: " Kafkanın "Məhkəmə" romanında
məhkəmənin, "Qəsr" romanında qəsrin, ya da "Çevrilmə"də böcəyin konkret olaraq nəyin
qarşılığı olduğu bəlli deyil, konkret bir şeyi simvolizə etmirlər, alleqoriya da deyillər. XX
əsrin ilk yarısında Kafkanı araşdıran bir çox alman ədəbiyyatşünasları axırda çözə
bilmədikləri bu obrazların adına müstəqil alleqoriya dedilər." Postmodern romanın təklif
etdiyi bu individual obrazlar, məcazlar əsərin oxucu tərəfindən şərh edilməsinə, yəni
romanın açıq mətn olmasına imkan yaradır.
Müəllifin ölümü
Postmodern roman üzünü tamamilə oxucuya tutur. Bütün cəhdlər statik olmayan dil
yaradıb oxucu üçün mümkün qədər yozuma,şərhə açıq mətn yaratmaqdır. Mətnin
yozuma açıq olması mətnin hər oxucuda ayrı-ayrı mənalara gəlməsinə imkan yaradır ki,
bu da əsəri birqatlı, bir mənalı olmaqdan çıxardır. Bu vəziyyət yaranması üçün müəllifin
də mətnə oxucu kimi yanaşması vacibdir. Postmoderizmin nəzəriyyəçilərindən Rolan
Bart yazır ki, onun görmək istədiyi mətnin arxasındakı müəllif (author) yox, mətni
oxuya-oxuya yazan, "ehtimal olunan", çox vaxt elə Rolan Bart olan oxucudur. Başqa
sözlə, əsas müəllif yox, mətnin oxucu ilə əlaqə yaratmaq formasıdır. Barta görə bu
müxtəlif cür təzahür edir : "Gah yazı prosesinin suç ortağı olan oxucu, gah mətnə müxalif
olan oxucu, gah mətndən narahat olan oxucu, gah da oxumaqdan həzz alan oxucu."
Təkrar
Mənanı bulanıqlaşdırmaq, konkretlikdən, birqatlılıqdan çıxarmaq üçün postmodern
əsərlərdə sözlər və hətta hadisələrin təkrarlanır. Bunu ən çox Alain Robbe Grilletin öz
romanlarında istifadə edib. Təhkiyədə təkrarlardan istifadə həm təhkiyənin sürətini
yavaşladır, həm düşüncəni asılılığa çevirir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
275
Formalizm
Kökü rus strukturalistlərinə gedən formalizm anlayışını qısaca belə izah edə bilərik : bir
romandakı personaj, məkan, zaman, ya da əlavə ünsürlər romançının demək istədiyini
deməkdən başqa bir işə yaramayan şeylərdi. Rus nəzəriyyəçi Viktor Şklovski bunu belə
izah edir : "Don Kixot əslinə qalanda xarakter deyil, eləcə Servantesin ayrı-ayrı fikirləri,
əhvalatları nəql etmək üçün istifadə etdiyi bir vasitədir."
Modernist romandan posmodernist romana dəyişən roman yazma prosesini türk alim
Mustafa Kutlu belə ümumiləşdirir : " Əvvəllər romançıların məqsədi "problemi nəql"
etmək idi, indi isə "problem" yoxdur, indi yalnız "nəqletmə" var."
Yıldız Ecevit isə belə yazır : "Türk oxucusu sosiallığı sevən oxucudur. Buna görə də
romanı bir sənət nümunəsi kimi mənimsəmir, onu zövq üçün oxumur. Türk oxucusu
yazıçını hələ də sosioloq, psixoloq, bələdçi, nə bilim, militan hesab edir. Oxucunun bu
gözləntisini təmin etməyən usta yazıçılar isə - məsələn Oğuz Atay kimi - uzun müddət
diqqətdən kənarda qalıb. Formalizm, üslubçuluq türk ədəbiyyatında az qala estetik
cinayət hesab edilir"
Dil
Postmodernizm dilin konkret olmasına inanmır, dilin gerçəkliyi tam təmsil və təsvir edə
biləcəyini inkar edir, buna görə də əsərlərdə dil oyunlarına gedərək oxucunun mətni başa
düşmə cəhdlərini sındırır. Dil oyunları vasitəsilə postmodern əsərlərin vektoru real həyat
yox, intertekstual dünyadır.
Poststrukturalist Jak Derrida strukturalist Fernind De Sössürlə dilin, yəni göstərənin,
göstəriləni təmsil etmədiyi fikri il razıdır, lakin onun göstərinin göstərənlə izahında alim
kimi konkret qənaətlərə varmaq cəhdinə gülür. Derridaya görə məna həmişə özünü
ertələyir, yəni məna davamlı deyil, o, hər oxucuda ayrı cür təzahür edir. Deməli "gerçək",
"doğru", "konkret", "mütləq məna" kimi şeylər ola bilməz.
Postmodern anlayışa görə yazıçının "mən burda bunu demək istəmişəm" deməsi
absurddur.
Təhkiyəçi-oxucu münasibətləri
Postmodern romanda ( təhkiyədə ) təhkiyəçi personajdır. Təhkiyəçinin oxucu ilə
münasibəti romantik ədəbiyyatda rastımıza çıxan və "ey oxucu" deyən təhkiyəçi tipindən
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
276
fərqlidir. Postmodern romanda təhkiyəçi sadəcə hadisəni nəql edən deyil, o, artıq
romanın əsas hissələrindən biridir. Və bu təhkiyəçinin nəqletmək başqa ona diqqətlə
qulaq asan oxucu ilə zarafatlaşmaq, məzələnmək, onun zəkasını aşağılamaq, oxucunun
oxuduğu mətni layiqincə qiymətləndirib-qiymətləndirmədiyini müəyyənləşdirmək və
oxucunu aktiv olaraq mətndə iştirak etməyə dəvət etmək kimi vəzifələri var.
***
Postmodern kinonun ideoloqlarından sayılan Kventin Tarantinonun manifestal xarakterli
bir ifadəsi var : "Bir növün içinə baş vurub, ordan əvvəllər xoşuma gələn şeyləri
götürməyi və onları yeni formada təqdim etməyi sevirəm." Tarantino kult olmuş
"Kriminal qiraət" ( Pulp fiction) filmini çəkəndə 31 yaşı vardı. Gənc olmasına
baxmayaraq, öz epoxasının, dövrünün dilini ustalıqla mənimsəyən Tarantino, media
erasının, ya da "simulyativ kainat"ın hər yerə dolduğu bir vaxtda öz reallığını yaradan və
öz yaratdığı reallıqdan xarici reallığa baxan bir nəslin ən önəmli təmsilçilərindən oldu.
Tarantino vasitəsilə postmodern kinoda intertekstuallıq anlayışı aktuallaşdı.
İntertekstuallıq postmodernizmin kəşfi deyil ; bu fənd postmodernizmdən əvvəlki
cərəyanlarda da olub. Lakin postmodernizmlə belə demək mümkünsə daha çox
bütövləşib. İntertekstuallıq bir mətnin, yaxud filmin özündən əvvəlki əsərlərdən nəsə
daşıdığını deyir və sənətçi bunu qabartmaqla, özündən əvvəlki mətnlərdən müəyyən
hissələri açıqca öz əsərində istifadə etməklə, yaxud hansısa əsərə eyham vurmaqla
orjinallıq, mütləqlik, müəllifin avtoritar mövqeyinə ironiya edir, yaratdığı əsərin sadəcə
bir əsər olduğunu demək istəyir.
Tarantino bu üsuldan ustalıqla istifadə edir. Müəyyən mənada demək olar ki,
Tarantinonun söykəndiyi ənənə Ridli Skotun "Blade runner" filmiylə başlayan ənənədir.
Tarantinodan sonra isə bu ənənəyə söykənən "Matriks" filmi növünün ən yaxşı
nümunələrindən, postmodern kinonun şedevrlərindən hesab edilir.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
277
Fitsceraldın yoldaşı: ―Onunla yaşamaq vulkan üstündə oturmaq kimidir‖
Ötən həftəsonu əslən avstraliyalı Baz Lurmanın―Böyük Qetsbi‖ (Great Gatsby) filmi bir
sıra ciddi tənqidçilərin bədbin proqnozlarına baxmayaraq kassa rekordu vurdu.
ABŞ-da nümayiş etdirildiyi iki həftə ərzində film kassaya 100 milyon dollar gətirib.
Filmin baş qəhrəmanını məşhur aktyor Leanordo di Caprio oynayıb və bir çoxları filmin
uğurunu məhz bu aktyorun istedadlı ifası ilə bağlayırlar.
Lakin bu günlərdə yada düşməyən bir baş səbəbkar var.
Bu, 1920-ci illərin məhəbbət əhvalatını roman kimi qələmə almış şəxs, ―Böyük
Qetsbi‖nin müəllifi, görkəmli Amerika yazıçısı F Scott Fitzgerald-ın özüdür.
Fitzgerald-ın yada düşməməsini isə, necə deyərlər, ―The İndependent‖ qəzetinin yazarı
Rupert Cornwell yada salıb.
Maraqlıdır ki, bu jurnalist xatirə və nekroloqların ustası kimi tanınır, amma əslində
bundan daha böyük qiymətə layiqdir.
Əvvəla, Rupert Cornwell qəzetin ilk Moskva müxbiri olub və Sovet İttifaqının çökməsini
əks etdirən reportajlarına görə iki dəfə Britaniya Mətbuat Mükafatına (British Press
Award) layiq görülüb.
Əvvəllər ―Financial Times‖ və ―Reuters‖də çalışmış jurnalist bir neçə il bundan əvvəl
Londonda Blekfrayers körpüsündən asılmış vəziyyətdə tapılmış Roberto Calvi haqqında
―Allahın bankiri‖ kitabının müəllifidir.
Yenə də nekroloq. Amma nekroloqu da yazmağı bacarmaq lazımdır.
ONUN MƏZARINA XIRDA PUL VƏ VİSKİ QOYAN YOXDUR
Qayıdaq Fitzgerald-a. ―Böyük Qetsbi‖ filmi kassalarda dollar fontanı vurduğu bir vaxtda
Rupert Cornwell yazıçının məzarını ziyarət edib.
O yazır ki, burada dəfn olunmaq belə yazıçıya yaraşmır. O da Hollivud təpəsinin
ətəklərində dəfn oluna bilərdi. Və yaxud onu da Oscar Wilde və Jim Morrison kimi
Parisin məşhur Per Laşez qəbiristanlığında dəfn edə bilərdilər. Amma əvəzində
Fitzgerald-ın son mənzili Vaşinqton rayonunda anbarların və sənaye ofislərinin yanında,
6 xətli şosse yolu ilə dəmir yolu zolağının arasındakı balaca bir kilsənin məzarlığı olub.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
278
Jurnalist təəccüblənir ki, onun əsəri barədə məqalələr dünyanın qəzetlərini dolaşdığı bir
vaxtda yazıçının məzarı üzərində bircə çiçək də yoxdur.
―Barı yazıçının pərəstişkarları məzar üstünə xırda pul və ―Seagram‖ viskisinin kiçik
şüşəsini qoyaydılar, axı məhz bu iki şeyə 1940-cı ildə vəfat etməzdən əvvəl yazıçının
daha çox ehtiyacı olub‖ – yazır jurnalist.
GATSBY FİTZGERALD-IN ÖZÜDÜR
Bütün bunlardan əlavə bu günlərdə yazıçının təlatümlü evlilik həyatını əks etdirən üç
romanı təkrar çap olunub.
―İki tərəfimdən qatarların və maşınların şütüdüyü bir yerdə, bu məzarı ziyarət edən yalnız
mənəm‖, - yazır Rupert Cornwell – ―və bu tənhalıq məni ―Böyük Gatsby‖ni yenidən
oxumağa həvəsləndirir‖.
Cornwell yazır ki, ədəbiyyat tarixində çox az sayda roman bu qədər metafizik yükə malik
olub.
Roman Jay Gatsby-nin özünü yeni dünyada – Amerikada yenidən realizə etmək arzusu,
buna nail olması, lakin acınacaqlı sonluqla üzləşməsi üzərində qurulub.
Lakin bu əsəri yazanda Fitzgerald ―Böyük Amerika arzusu‖nun ardınca ―Böyük
Depressiya‖nın gələcəyini bilmirdi.
O öz naşirinə 1924-cü ildə yazırdı ki, hazırda özündə böyük bir qüvvə hiss edir və belə
bir qüvvə onun içində indiyədək heç vaxt olmayıb.
―180 səhifəlik ―Böyük Qetsbi‖, oxunması son dərəcə asan, unudulması son dərəcə çətin
olan əsərdir‖ – yazır jurnalist.
Bu il ABŞ-da əsərin daha 750 min nüsxəsi satılacaq. Ölkə kolleclərinin ədəbiyyat
müntəxabatlarına bu roman oxunması icbari olan əsər kimi daxil edilib.
Yazıçı 1940-cı ildə vəfat edəndə sınmış, içkiyə qurşanmış birisiydi və Hollivud üçün heç
vaxt istifadə olunmayacaq ssenarilər yazırdı. O özünü uğursuz bir yazıçı hesab etməyə
başlamışdı.
VULKAN KİMİ GÖZƏL VƏ TƏHLÜKƏLİ
Onun ailə həyatı da darmadağın olmuşdu. Sevimli xanımı Zeldaya şizofreniya diaqnozu
qoyulmuşdu.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
279
Zeldanı da dəli edən əri deyildimi?
Zelda əri haqqında yazırdı: ―Fitzgerald-la yaşamaq vulkan üstündə oturmaq kimidir.
Mənzərəlidir, lakin həm də təhlükəlidir‖…
Lakin hətta indi uyuduğu tənha və unudulmuş yeri də Fitzgerald-lara asanlıqla
verməmişdilər.
Onların ailəsi Rokvildən olsa da, özü orada heç vaxt yaşamamışdı. Onu ailənin kiçik
torpaq sahəsi olan Müqəddəs Meridə dəfn etmək istəyəndə, kilsə buna icazə verməmişdi.
Çünki Fitzgerald mömin katolik deyildi.
Əvəzində Fitzgerald-ı yaxınlıqdakı Rokvil qəbİristanlığında torpağa tapşırdılar.
Dəfndə bir-iki adam iştirak edirdi.
Protestant keşiş necə bir dahi üçün son duaları oxuduğunu bilmirdi.
Bütün bunlar onun əsərindəki Gatsby-nin miskin dəfnini xatırladırdı.
Gatsby-nin dəbdəbəli malikanəsində kef edən yüzlərlə ―dostundan‖ bir kimsə gəlməmişdi
dəfninə.
8 il sonra xanımı Zelda da ərinin yanında dəfn olundu.
Lakin yalnız 1975-ci ildə bu məzarlar Fitzgerald-ın halal ata-baba yurdu olan Müqəddəs
Meri kilsəsinin həyətinə köçürüldü.
Burada onların ortaq başdaşı var.
Lakin ən mühümü bu başdaşının üstündə həkk olunan cümlədir. Cümlə onun ən məşhur
romanından götürülüb:
―Bax belə… biz qayıqlarımızı axının əksinə sürürdük, nəticədə dalğalar bizi aramsız
olaraq keçmişə gətirirdi‖…
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
280
Führer hipnozu. Nasional-sosializmin anatomiyası
Bu ağrılı mövzunu bu günlərdə qaldırdığı üçün Seymur Baycana təşəkkür edirəm.
Doğrusu mən də uzun illər cəmiyyətimizdəki, Seymurun yazdığı kimi - orta statistik
azərbaycanlının düşüncəsinə görə, hər bir almanın içində Hitlerə və faşizmə gizli rəğbəti,
sevgisinin olduğu haqda ümumi rəyin haradan qaynaqlandığını düşünmüşdüm. Burada
hansısa arqumentlər işləmir, rasional dəlillərin də əsla mənası yoxdur. Total savadsızlıq
hökm sürən cəmiyyətdə ehkamlar və yalnız ehkamlar çalışır. Bizim cəmiyyət bir ucdan
yaradılan ehkamlarla aşıb-daşır, budda yazısında bunu artıq demişdim.
Yaxşı bəs nədən məhz Hitler? O haradan sanki bir arxetip kimi daxil olub bizim kifayət
qədər qapalı cəmiyyətimizə? Nədən bu haqda yazmaq ehtiyacı yaransın ki?
Uşaqlıqda ―dava-dava‖ oyununda həmişə ―bizimki‖ olmaq istəyimiz vardı, püşklə
―nemes‖ olmağa məcbur edilənlər öncədən ölümə məhkumluq səbəbindən həvəssiz
oynayırdılar. Sonradan, böyüdükdə bu həvəssizlik nəsə gizli bir marağa çevrildi.
Müharibə filmlərində və 30-cu illərin xronikasında seyr edə bildiyimiz paradlarda alman
əsgərlərinin ifrat səliqəli qiyafədə nizamlı yerişi, pardaqlı və hətta seksual obrazı marağı
gücləndirirdi – necə ola bilərdi ki, bütün bu möhtəşəm düzənli marşlar, hərbi paradlar,
ekzaltasiyanın son həddində deyilən vətənpərvərlik haqdakı nitqlər, böyük ruh yüksəkliy
və entuziazmla keçirilən təntənə kökündən yalan olsun? Necə ola bilərdi ki, milyonlarla
insan bu yalana uysun? Necə ola bilərdi ki, almanlar kimi dünya kültürünü müstəsna
nailiyyətlərlə zənginləşdirmiş toplum kitab yandıqmaqla məşğul olsun? Və bütün bu
piramidanın başında duran, ―Heil Hitler‖ deyə salamlanan Führer – Hitler milyonların
qibləsinə, o dövr üçün cinsi məsələlərdə kifayət qədər qapalı alman xanımlarının
xülyasına çevrilsin?
Müharibənin nəticəsində ərazisinə görə 3-4 Azərbaycanı keçəcək, bu ölkənin
yaranmasının başlıca mərkəzi – Prussiyanın demək olar ki tamamilə yox olması, bundan
başqa tarixi Sileziya ərazilərinin və Elzasın əbədilik itirilməsi. 12 milyon almanın 45-in
yayında zorla deportasiya edildiyi Sudet. Bir zamanlar Sileziyanın paytaxtı olan –
Breslau (indiki Vrotslav), Prussiyanın paytaxtı – indi Kalininqrad adlanan qədim
Könisberg, bir zamanlar Danzig adlanan Qdansk, indi Klaypedaya çevrilmiş Memel,
Şetsin olmuş Stettin, lap elə Avroparlamentin yerləşdiyi Strasbourg şəhərləri, saymaqla
bitməz, hətta Nürnberq məhkəməsinin qərarı ilə bir zamanlar ―Deutschland, Deutschland
über alles‖ (―Almaniya hər şeydən ucadır‖) adlanan Almaniya himninin ön iki bəndinin
qadağanı, 45-in yayında milyonlarla alman xanımının kütləvi zorlanması... Sonuncu
hadisə alman cəmiyyətində çox ağır bir iz qoymuş, bu haqda yalnız 60 ildən çox bir
zaman keçdikdən sonra danışıldı və bu hadisə kinoya gətirildi. Bu alman rejissoru Max
Färberböck tərəfindən lentə alınmış və 1945-in aprel-mayında Berlində sovet əsgərləri
tərəfindən törədilmiş kütləvi zorlanma zamanı alman xanımlarının acı taleyindən bəhs
edən ―Anonyma – Eine Frau in Berlin‖ (―Anonim – Berlində qadın‖, 2008) filmidir.
|