Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə36/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

264 


XX əsr qəribə əsr idi. Bir yandan baxanda ağıl, zəka yolu ilə yer kürəsində cənnət 

yaradacağına inanılan, ilahiləşdirilən, böyük hərflərlə yazılan İNSAN milyonların məhv 

olmasına səbəb olan iki müharibə törətdi, o biri yandan bu qarmaqarışıq, soyuq, qanlı-

qadalı zaman diliminin içində və sonrasında ağılasığmaz kəşflər etdi. XX əsrin 60-cı 

illərindən etibarən dünya High-tech, yəni yüksək texnologiyalar erasına qədəm qoydu. 

Bir vaxtlar Jül Vernin qəhrəmanlarının 80 gündə dolaşdığı yerlərə getmək üçün artıq 

saatlar kifayət edirdi. Telefon, televizor, kompüter kimi vasitələr fərdi, yaxud kütləvi 

şəkildə sonsuz informasiya əldə etmək imkanı əldə edən insan, bu qəribə, sürətli inkişafın 

içində nədənsə əbədi fitrətindən - tənhalığından xilas ola bilmədi, əksinə, get-gedə onun 

yalqızlaşması, tənhalaşması böyüdü, çoxaldı, bütün dünyaya yoluxdu. Bu, modernizmin 

qırılma nöqtəsi, postmodern vəziyyətin zühur etməsi idi. 

 Jan Fransua Liotarın "Postmodern vəziyyət" dediyi bu ovqat ümumdünya mədəniyyət 

qarışdığı, beynəlxalq mədəni sərhədlərin əriyib yoxa çıxdığı, dünyadakı bütün insanları 

istehlakçıya çevirən bir durumdur. Postmodernlə birlikdə bəzi yerlərdə orta əsrlərdəki din 

anlayışına oxşayan geridə qalmış dindarlıq xortlayıb ortaya çıxdı, bəzi yerlərdə isə dini 

inanc sistemlərinin xarabalıqları üstündə uzaq şərf fəlsəfəsinə, kosmik inanclara, 

okkultizmə, mistisizmə qədər gedib çıxan yanaşmalar cücərməyə başladı. Bu yeni 

dünyada astronomiya ilə astrologiya, elmlə sehr-cadu /magiya, akademik tibblə alternativ 

tibb, texnologiya ilə təbiətçilik bir yerdə yaşamağa başladı. Əsrin sonlarına doğru 

əvvəllər tabu şeylər üçün sərhədlər bir az da açıldı. Məsələn, klassik qərb musiqisinin 

özünəməxsus ifaçıları olan pianist Pekinel qardaşları Baxı caz ritmində çaldılar və bu çox 

normal qarşılandı. Əvvəllər yalnız pop musiqi ifa edilən məkan olan diskoteka və 

barlarda artıq türkülər, milli oyun havaları, aşağı mədəniyyət hesab edilən öz fəaliyyət 

səviyyəli mahnılar da ifa edilməyə başlandı. Ənənəvi modernist dəyər sisteminin həmişə 

ikinci plana atdığı düşüncələr, yanaşmalar, qruplar, postmodern mühitdə heç bir 

aşağılanma hissi olmadan, köhnələrin dəyərli dedikləri şeylərlə yanaşı yaşamağa başladı. 

Postmodern dönəm elitarlıqla kütləvinin, kitçlə hörmətli sayılan ədəbiyyatın bir yerdə 

olduğu, "baboçka"nın cins şalvarla geyinildiyi bir dönəmdir. 

 XX əsrin 50-60-cı illərində postmoderni qloballaşmanın yaratdığı post-imperializm kimi 

dəyərləndirənlər də oldu və polemika sənət söhbətlərinə də aid edildi. 60-cı illərdə 

başlayan polemika 80-ci illərdə lap qızışdı. Məsələn, ABŞ-da İrwing Howe və  Harry 

Levin son vaxtlar yaranan ədəbiyyatın (80-ci illər nəzərdə tutulur) Yitslərin, Eliotların, 

Poundların və Coysların möhtəşəm ədəbiyyatlarının yanında rəngsiz,quru, mənasız 

olduğunu elan etdilər. Vəziyyəti ifadə etmək üçün görünür ən xarakterik hadisə 80-ci 

illərin əvvəlində Fransanın ünlü mətbu orqanı "Le Monde Dimanche"-ın verdiyi 

manşetdir : "Avropada bir ruh, bir xəyalat dolaşır - onun adı postmodernizmdir."  

 O illərdə sənətdə, xüsusilə ədəbiyyatda sosialist baxış hakim idi və yeni tendensiya olan 

postmodernizm, onun demokratik, azad manerası mühafizəkarlar tərəfindən sənətçinin 

məsuliyyətsizliyi, estetik deqradasiya kimi qiymətləndirilirdi. Məsələn, Türkiyə Orxan 

Pamukun "Qara kitab" romanı ətrafındakı müzakirələrə  jurnalistlər, tibb professorları, 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

265 


ədəbiyyatçılar, kamalistlər, solçular, əxlaqçılar və s qoşulmuşdu. Kamalistlər mətndə 

Atatürk əleyhinə yazılmış hissələr axtarır, sosialistlər Marksizmə uyğun gəlib-

gəlmədiyini araşdırırdılar. 

İdeologiyalarla nəfəs alan sosio-mədəni modernizm üçün bütün ziddiyyətlərin bərabər, 

bir yerdə olması fikri qəbulolunmaz idi. XX əsrin 60-cı illərində və sonrasında Derrida, 

Fuko, Bart, Lakan, Levi-Ştraus, Liotar və Bodriyar kimi fikir adamları elmi-mədəni 

sahələri postmodern baxış bucağından analiz etməyə başladılar və bunun nəticəsində get-

gedə modernizm sönükləşməyə başlayır. 

  

*** 


  

Postmodernizmin əcdadlarından hesab edilən Nitşe deyirdi : "Həqiqət, həqiqətin illüziya 

olduğunu unudanların illüziyasıdır:" Nitşe hər şeyi baş-ayaq çevirmək istəyən, başqa cür 

baxan, dəyərləri yenidən dəyərləndirən yanaşması ilə özündən sonrakı əsrlərə xeyli təsir 

etdi : "Bütün dəyərləri tərsinə çevirmək olmazmı ? Bəlkə yaxşı elə pisin özüdür, ola 

bilməz ? Bəlkə tanrı sadəcə kəşfdir, şeytanın uydurmasıdır ? Bəlkə hər şey nəticə 

etibarilə səhvdir, ola bilməzmi ?" 

 Postmodern romanın əsas inkişafı İkinci Dünya müharibəsindən sonra başladı. XX əsrin 

50-ci illərindən etibarən fransız romançılığında yeni bir anlayış ortaya çıxdı. Bu yeni 

anlayış özünəqədərki klassik roman anlayışını, yəni Balzak romanı deyilən roman 

anlayışına müxalif oldu. Bu yeni roman anlayışının tərəfdarlarına bəzi tənqidçilər "anti-

romançılar" dedi, lakin "Yeni roman", "Yeni romançılar" sözü daha çox dillərə düşdü. 

Balzak romanı deyilən roman anlayışına qarşı çıxan bu qrupun əvvəlcə konkret 

müəyyənləşmiş prinsipləri yox idi. Sonralar "postmodern roman" da adlanacaq bu 

anlayışın əsas müddəalarını müəyyənləşdirən iki əsər vacib hesab edilir : Natali Sarrotun 

1956-cı ildə çap etdirdiyi "L Ere du Soupçon"(Şübhə erası) və Alain Robbe-Grilletin 

1963-cü ildə yazdığı "L Ere Nouveau Roman" ( Yeni roman ) adlı əsərləri. Qrupun lideri 

Grillet köhnə romanda əleyhinə çıxdığı bütün xüsusiyyətlərin yerinə nəyi təklif edirsə, 

hamısını öz əsərlərinə tətbiq etdi. Sarrotdan və Grilletdən başqa bu müxalifliyi Michel 

Butor, Claude Simon, Robert Pinget, Claude Ollier öz əsərlərində davam etdirdilər. Bu 

qrupun roman anlayışları tamamilə eyni olmasa da, birləşdikləri, həmfikir olduqları 

nöqtələri belə ümumiləşdirmək mümkündür : 

  

1. Balzak romanı deyilən ənənəvi romandakı ( həyəcanlı səhnələri) süjetləri rədd etmək. 



 2. Reallığa çox yaxın olan, həyatda gerçəkdə var olan roman qəhrəmanı yaratmaq imtina 

etmək.  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

266 


3. Ənənəvi psixologiya anlayışının rəddi. Bu anlayış romançını ittiham edən, hökm verən 

vəziyyətə gətirirdi. 

 4. Romanda mərkəzə otuzdurulan, hər şeyi bilən, hər şeyə hakim olan romançı anlayışını 

rədd etmək. 

 5. Ənənəvi romandakı dilin yağlı, bəlağətli, gözəl istifadəsindən imtina, onun yerinə 

dilin təbiiliyinə üstünlük vermək. 

 6. Yeni roman anlayışının əmələ gəlməsi üçün nəzəri fəaliyyətdə olmaq.  

 

Bu yazını oxuyanlar roman yazmağa başlayacaq... 



 

Alain Robbe Qrillet roman anlayışını bu sözlərlə ifadə edib və sanki onun dediyi sözlər 

indiki zamanda bir çox cəhətdən bizim mühit üçün də aktualdır: "Yeni roman heç bir 

qayda qoymayıb. Biz köhnə romandakı qatı qaydalara qarşı savaşmaq üçün bir-birimizlə 

birləşmişik. Bizə belə deyirlər : qəhrəmanları yerinə otuzdurmursunuz, deməli 

yazdıqlarınız həqiqi roman deyil. Bir xarakteri, bir mühiti araşdırmırsınız, deməli 

yazdıqlarını həqiqi roman deyil... Bizi nəzəriyyəçilikdə ittiham edirlər, halbuki biz həqiqi 

romanın necə olmalı olduğunu dəqiq bilmirik. Bildiyimiz bircə şey var ki, missiyamız, 

məqsədimiz dünənin romanın kopyasını çıxarmaq yox, onları keçmək, daha irəli 

getməkdir." 

 Grilletgildən sonra "yeni roman" anlayışı yerinə postmodernizm sözü daha çox işləklik 

qazandı və postmodernizm haqqında həm nəzəri müstəvidə, həm də bədii mətnlər 

çevrəsində çoxlu mübahisələr oldu ; "postmodernizm nədir ?" sualına hərə özünə görə 

cavab verməyə, onun konkret bir nəzəri proqramda ümumiləşdirməyə çalışdı, lakin 

indiyəcən bu mümkün olmayıb. 

 Postmodernizm bir şeyin nə olduğunu yox, necə olduğunu soruşur. Postmodernizm 

soruşmur ki,  "varlıq nədir ?", o soruşur ki, "varlığa nə olur?". 

 Steven Bestlə Douglas Kellnər görə "post" ön şəkilçisinin anlamı modernizmi keçən, 

anti modern deməkdir ; Vattimoya görə  müsbət mənada modernizmdən qopma, ayrılma, 

azadolma deməkdir ; Fukoya görə yeniliyin ifadəsi və işlənməsi, Arnold Toynbiyə görə 

acınacaqlı geriləmək, Habernasa görə modernizmdən azadolma, Mateiyə görə 

modernliyin yeni üzü, Eagletona görə modernizmə qarşı olan təpkilərin cəmi, Oktavia 

Paza görə modernin daha modern görünüşüdür. 

 Postmodernizm haqqında bir-birinə daban-dabana zidd fikirləri sonsuzluğa qədər 

uzatmaq mümkündür, lakin postmoderni maraqsız, darıxdırıcı bir düşüncələr toplamı, 

nəzəriyyələr məcmuəsi kimi təqdim etməkdənsə, onu Liotar sözləri ilə desək, bir vəziyyət 

kimi dərk etməyə çalışmaq fikrimcə daha məqsədə uyğundur. Bir də onu deməliyəm ki, 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

267 


mənə görə postmodernizm haqqında danışmağın ən yaxşı yollarından biri konkret əsərlər, 

yaxud konkret metodlar, fəndlər ətrafında danışmaqdır, nəinki ona tərif verməyə 

çalışmaq. Beləliklə, bir neçə metoda diqqət yetirək. 

  

Metafiction. 



  

Metafiction ( türklər üstkurmaca deyirlər ) modernist əsərlərdə də istifadə edilib, amma 

modernistlər bunu tərəfsizliyi, inandırıcılığı artırmaq üçün etsə də, postmodernistlər 

əksinə, əsərin qurulmuş, hörülmüş olduğuna işarə etmək üçün bu metoddan istifadə 

edirlər. Modernist əsərdə başqa bir əsərə aid ünsürdən istifadə edilsə də, bu simmetriya 

yaratmaq, əsəri gücləndirmək üçün edilir, lakin postmodern əsərlərdə pastiş-parodiyadan 

istifadə etməkdə məqsəd, əksinə, assimmetriklik, əsəri gücləndirmək yox, qurama 

olmasına eyham vurmaqdır. 

 Metafiction romanın necə əmələ gəlməsinin hekayəsidir. Bu hekayə ilə yazıçı romanın 

təhkiyəçisinə başqa bir təhkiyəçidən bəhs elətdirir və beləcə oxucu ilə aradakı məsafəni 

bir qat daha artırmış olur, yəni romanda əsas xəttdən başqa bir hekayə də olur və bu 

hekayəcik bizə romanda oxuduqlarımızın necə öyrənildiyinə, yazıldığına dair işarələr 

verir. 

 Metafiction effekti yaratmaq üçün bir neçə metod olsa da, əsas üç metoddan danışmaq 



olar : 

  

1. Mətnin quruluşunu, yazılma prosesini faktlaşdırma, bundan başqa digər qurama 



mətnləri qısmən mətndə yerləşdirmə. 

 Təhkiyəçi bir gündəlik tapır və bizə bu gündəlikdəki yazılanları oxumağa başlayır. 

Beləcə, əsər qurama deyilmiş kimi göstərilir, amma oxucu anlayır ki, bu əsər xətrinə 

deyilmiş yalandır. 

Klassik ədəbiyyatda, məsnəvilərdə "səbəb-i təlif" deyilən hissələr olurdu, bu hissələrdə 

şair əsərin yazılma səbəbinə aid bir hekayə danışırdı, müəyyən mənada demək olar ki, 

metafiction "səbəb-i təlif"ə bənzəyir. Hətta klassik ədəbiyyatda elə örnəklər var ki, 

konkret "səbəb-i təlif" hissəsi yoxdur, lakin şair, yazıçı hardansa tapdığı məktublardan, 

qeydlərdən, ya da xatirə dəftərlərindən bəhs edir və o tapdıqları bir növ əsərin önsözü, 

yazılma hekayəsi yerinə keçir.   

 2. Obyektiv reallıq ilə təqlid/qurama əlaqəsini, paradoksunu üzə çıxartmaq. 

 Təhkiyəçi oxuduğumuz mətnə açıqca roman deyir və bununla da  əsərin gerçək olmayan, 

real olmayan, qurama bir hadisə olduğuna işarə edir. Bu anlayış postmodernizmin çox 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

268 


önəmli özəlliklərindəndir. Modernizmin saxta şəkildə gerçəyi ifadə etdiyini iddia 

etməsinin əksinə olaraq, postmodernizmlə səmimi şəkildə oxucusunda yazdığının bir 

əsər, bir roman, təxəyyül məhsulu ola biləcəyinə dair etiraflar edir.  

 3. Modernist romanda kimliyi arxa planda keçən təhkiyəçini aktiv fiqur kimi üzə 

çıxartmaq. 

 Təhkiyəçi roman qəhrəmanı kimi özü haqqında "mən" deyə danışır, bunun kökləri 

romantizmdə də var. 

 Burda mütləq mənada Alain Robbe Qrilleti və Andre Jidi yad etməliyik, çünki Jidin 

heraldika ( gerblər, emblemlər və s haqqında elmin adı ) sənətindən dartıb çıxardığı  

"mise en abyme" ( miz en abim - kimi oxunur ) adı verilən  metodunu öz əsərlərində ən 

çox istifadə Qrillet olmuşdur və bu metod metafictionun bu bəndini izah etmək üçün 

xarakterikdir. Bu metodu daha anlaşıqlı etmək üçün çox istifadə olunmuş, məşhur bir 

analogiyanı təkrar edək. Reklamlarda körpələr üçün qida məhsullarını çox görmüsünüz. 

Onların üstündə eynən reklam olunan məhsulun şəkli olur, o şəklin içində də həmin 

məhsulun balaca şəkli və beləliklə bu şəkillər mozaikası sonsuzluğa qədər uzanır. Eyni 

effekt iki güzgü arasındakı hər hansı bir nəsnə üçün də keçərlidir.Bu fənd romanlarda 

romanın ana mövzusunun içinə o mövzuya oxşayan başqa hekayəciklər yerləşdirilərək 

tətbiq edilib.Yeni bir şey deməyən bu hekayələrə tez-tez qayıdaraq yazıçı elə bir effekt, 

illüziya yaradır ki, oxucu bilmir ki, bu hekayələrdən hansı gerçəkdir. 

 Oxucuda əsərin qurulmuş, yaradılmış olduğuna dair eyhamlar vuran başqa metafiction 

fəndləri də var : 

 1. Qəhrəmanın/təhkiyəçinin oxuduğumuz romanın müəllifi olduğunu deməsi. 

2. Romanın içində başqa romanın yazılması. 

3. Romanın içində başqa bir romanın yazılması və ya oxunmasının mövzu olması. 

4. Romanın roman yazma sənətini, yaxud ədəbiyyat haqqında fikirləri mübahisə 

mövzusunda çevirməsi, öz yazılışından bəhs etməsi. 

5. Roman müəllifinin romanın içində qəhrəman olaraq iştirak etməsi. 

6. Romanın başqa romanları üslub, forma və məzmun olaraq təqlid etməsi. 

7. Personajların başqa əsərlərdən bəhs etməsi və bu  oxuduğumuz romanın haqqında 

danışdığı əsərlədən fərqli olaraq "guya real" olması illüziyasını yaratması. 

8. Qəhrəmanın müəlliflə dialoqa girməsi, ona söz atması. 

9. Romanda oxucu ilə söhbət edilməsi, ondan fikrinin soruşulması. 

10. Hadisələrin xronologiya zəncirinin qırılması. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

269 


11. Ana hekayənin içində başqa hekayələrdən bəhs edilməsi. 

12. Qəhrəmanın bir roman qəhrəmanı olduğunu dərk etməsi. 

  

İntertekstuallıq 



  

Bu metod hər əsərin mütləq özündənəvvəlki əsərlərlə bağlantısı, əlaqəsi olduğunü deyir. 

XX əsrin 60-cı illərində Yulia Kristeva və Rolan Bart kimi nəzəriyyəçilər tərəfindən 

aktuallaşdırılmışdır. 

 İntertekstuallıq ideyasının başlanğıc nöqtəsi yazıçının bir əsəri yazana qədər onsuz da 

başqa mətnlərdən xəbərdar olması düşüncəsidir. Postmodern yazıçı öz əsərində belə bir 

effekti normal qəbul edir və köhnə mətnlərə, hətta öz əsərlərinə də işarə vurur, 

göndərişlər edir. Postmodernizmə görə orjinallıq artıq mümkün deyil, deyiləcək yeni söz 

qalmayıb,  demək yazıçının işi əvvəllər deyilmiş olanlara əlavələr edərək ortaya nəsə 

çıxartmaqdır. 

 Çağdaş sənətçi yaşadığı dünyaya yadlaşıb, özgələşib və o, bu yadlaşdığı reallığı əks 

etdirməkdən imtina edib, özündən əvvəl yazılmış mətnlərin dünyasına sığınır, onlara 

istinad edərək, qurama, alternativ reallıq yaratmağa çalışır. 

 İntertekstuallıq əslində, klassik ədəbiyyatda çox istifadə edilib. Nəzirə, təxmin, iqtibas 

kimi klassik şeirdə istifadə edilən bu metodlar bir növ çağdaş intertekstuallıq anlayışı ilə 

qohumdur. Lakin burda vacib bir məqama diqqət etmək lazımdır. Klassik ədəbiyyatdakı 

metodlarla çağdaş postmodern əsərlərdəki intertekstuallıq arasında məqsəd fərqi, niyyət 

fərqi var. Belə ki, klassik ədəbiyyatda, tutalım, nəzirə ustada ehtiram xarakterli idi ; 

postmodern estetikada isə məqsəd çox ölçülü oyun qurmaq, əsəri maraqlı etmək, 

dəyərlərin ənənəvi bütövlüyünü parçalamaqdır.  



 

 ―Postmodernizm‖ məqaləsi III 

 

Parodiya 



  

Parodiya təqlid edilən mətnin məzmunu dəyişdirərək istifadə etməkdir. 

 Parodiya bir ədəbi əsərin formasını məzmunundan qopardıb, o mövzunun yerinə başqa, 

tamam zidd bir mövzu yerləşdirirək gülməli bir uyğunsuzluq yaratmaqdır. 

  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

270 


Bir məqama diqqət etməliyik : parodiya deyiləndə ağlımıza o dəqiqə məzə, lağlağı gəlsə 

də, parodiyanın məqsədi bir mətni təqdir etmək də olar bilər. 

 Yuxarıda metafictionda bəhs etdiyimiz hissədəki 6-cı bənd, yəni " Romanın başqa 

romanları üslub, forma və məzmun olaraq təqlid etməsi" fikri elə bir növ parodiyanın 

tərifidir. 

   


Pastiş 

 

Pastiş mətnin formasını, biçimini təqlid etməkdir. Lakin təkcə formanın təqlidi yox, 



məzmunun da təqlidi pastiş sayıla bilər. Pastişlər parodiya təqlidə söykəndikləri üçün bir-

birinə bənzəyir, ancaq pastiş təqlidi parodiyadakı kimi istehza xarakterli deyil. 

Parodiya ilə pastiş arasındakı əsas fərq istifadə edilən mətnin digər mətndə necə 

yerləşməsidir; yəni iqtibas edilənin mətndə istehzalı bir üslubla yerləşməsi çox vaxt 

parodiya, daha ciddi şəkildə yerləşməsi isə pastişdir. Məsələn, Orxan Pamukun "Qara 

kitab" romanında əsərin qəhrəmanı Qalibin yer altına enməsi və minarəyə çıxması, 

Dantenin "İlahi komediya"sındakı cəhənnəm və cənnət gəzintilərinin təqlidi, 

parodiyasıdır, "Qara kitab"ın forması isə "Min bir gecə nağılları"na çox bənzəməsiylə 

pastişdir. 

  

İroniya 



Postmodernistlər modernizmə tuşlanmış sərt tənqidi fikirlər səsləndirmək əvəzinə

ironiya vasitəsilə demək istədikləri üstüörtülü, ikibaşlı, çoxmənalı formada ifadə edirlər. 

İroniya postmodern əsərlərdə çox vaxt müxtəlif dil oyunları vasitəsilə edilir. 

  

  



Plagiat 

 

Plagiat başqasına aid mətni, mətn parçasını, fikri mənbə göstərmədən, mötərizə, dırnaq 



işarəsi qoymadan, hər hansı fərqləndirici üsula baş vurmadan ( məsələn kursiv kimi ) 

istifadə etməkdir. Elmdə və klassik sənətdə bu hörmətsiz, qeyri-ciddi iş sayılır, 

postmodernizm isə buna normal baxır. Fikri aydınlaşdırmaq üçün belə misal gətirək. 

Nazim Hikmətin məşhur "Kərəm kimi" şeirində dırnaq içində təqdim edilən "dərd çox, 

həmdərd yox" misrası Füzulidəndir, postmodern sənətkar bu şeiri yazsa, dırnaq işarələrini 

qoymaya bilər. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

271 


Plüralizm 

 

İntibah tanrının mərkəzdə olduğu dünya görüşündən imtina edib, tanrının yerinə insanı 



qoymuşdu. Postmodern dünyada dünyada isə nə tanrı, nə də insan mərkəzdədir, mərkəz 

bir dənə deyil, mərkəz çoxdur.Bu mənada postmodernizm modernizmdən fərqli olaraq 

təkliyə, bir dənəliyə, avtoritarlığa hesablanmış hər şeyi rədd edir. Postmodern əsərlərdə 

bir-birinə zidd fikirlər yanaşı dura bilir. Kütləvi sənətə aid olan elementlərin postmodern 

əsərlərdə yer alması da plüralizmdir. Merilin Monronun, Çe Gevaranın, Mona Lizanın 

həqiqi mənalarından uzaqlaşıb sadəcə bir poster, istehlak məhsulu kimi görünməsi də bu 

yanaşmanın nəticəsidir. 

Fokkema bunu "qeyri-iyerarxiya" prinsipi adlandırır. Postmodernist mühakimələri 

işarələmək üçün Fokkema "güzgü" ( kim baxırsa, ancaq onu göstərir ), "labirint" ( 

çıxılması mümkün olmayan, çıxış yolu onun içində yaşamaqdır), "xəritə" ( heç bir 

mərkəz yoxdur və heç bir iqtiqaməti göstərmir), "ensiklopediya" (istənilən yerindən açıb 

oxumaq olar ), "reklam", "televiziya", "qəzet", "fotoqrafiya" və kimi tipik söz-

obrazlardan istifadə edib. 

  

Karnavallaştırma 



  

Kökləri Qədim Yunanıstana qədər gedən karnavallar qorxu, doqmatizm, hörmət və 

dindarlıqla yüklənmiş "rəsmi həyatın" vecə alınmadığı, ciddiyətin yerinə azadlığın 

keçdiyi, zaman və məkan sərhədləri bəlli olan şənliklərdir. Karnaval meydanında ikibaşlı 

istehza, gülüş, söyüş və müqəddəs olan hər şeyə qarşı hörmətsizlik, aşağılama sərbəstdir. 

"Rəsmi həyatda"  qatı ictimai qadağalar ucbatından keçərsiz olan hər şeyə burda icazə 

var. Məşhur rus nəzəriyyəçisi Mixail Baxtinin ədəbiyyata bəxş etdiyi karnavalizm 

anlayışı əsərlərdə bir-birinə zidd görünən mövzuların, obrazların, personajların yan-yana 

gəlməsidir. Hər şeyin mümkün ola biləcəyini ifadə edən "anything goes" ( hər şey 

keçərlidir )  anlayışına sahib olan postmodern əsərlərdə  müsbətlə mənfi, müqəddəslə adi, 

kübarla avara, məsum ilə qəddar bir-biriylə yanaşıdır. 

  

Oyun 



Postmodernizmin manifesti yoxdur, mütləq həqiqət hesab etdiyi şeylər yoxdur və təbii ki, 

öyrətmək iddiasında olduğu dərslər də yoxdur. Postmodern romançılar oxucunu 

maarifləndirmək, ona nəsə öyrətmək, dərs vermək əvəzinə, oxucunu və özünü 

əyləndirməyi düzgün sayırlar. 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin