“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
297
İnsansızlaşdırma
İnsansızlaşdırmaq üçün buraları tikdilər. İnsan ən çox insana möhtacdır. Necəsə bunu
dərk edirlər. İnsan insanla yaşamaqdadır. Kaş bunu bilməyəydilər. Amma diktaturalar
bir-birinə bulaşıqdır. Bir-birindən öyrənirlər.
Diktaturanın məddahlarında insanlıq da qalmayıb. Bax elə burada Tuncay Özkan və
Mustafa Balbayı (―Ergenekon‖ işi üzrə həbs olunan iki türk jurnalisti) düz 394 gün
insansız qoydular. Və onlar insan olaraq qala bildilər. Onlara insanlıq medalı verməliyik.
Hamımız üçün qaldılar.
İnsanlığından çıxanlar
Ehey, insanlıqdan çıxanlar, heç qəlb qalmayıbmış sizdə. İslamçılar ağırlaşdırılmış həbs
cəzasını uydurublar, insana və insanlığa kindir bu. İndi orda elə insancıqlarımız var ki,
diri-diri qəbirdədilər. Mən onları yada saldıqca ağlayıram, ağlamamaq üçün yada
salmıram.
Yaxşı, ―bəs ey‖ məddahlar, necə oldu ki, siz insanlığınızdan çıxdınız, - deyib ağlayıram.
Doğuşdan deyə bilmədim. Biz solçuyuq, insandan ötrü ölürük. Elə isə qəzetlər və
televizorlar insanların qəlblərini çıxarmaqdadırlar. Söküb almaqdadırlar. Bunlar
qəlbsizdilər. Qəlbsizliyi təbliğ edirlər.
Həbsxanada insan qalmaq
Tuncay yazdı ki, iki paltaryuyan icad etdik, biri ―topuqmatik‖ və digəri ―qutumatik‖.
Döşək ağını götürürsən, böyük bir ləyənə qoyursan, üstünə qaynar su, yuyucu toz, sonra
topuqlayırsan.
Afərin Çetin Paşa (Çetin Doğan – Türk Ordu generalı, ―Balyoz‖ adlı dövlət çevrilişi
planında şübhəli bilinərək həbs olunub), daha sürətli, daha sürətli fırlanacaqsan. Amma
işin bu hissəsi asandır, böyük döşəkağını sıxmaq və qurutmaq çətindir.
Ancaq insan ən çox həbsxanada heyrətamiz ola bilir, heç bir çətinliyin qarşısında aciz
qalmır. İcad arxasınca icad edirik. Heç kim dayanmır. İnsansızlığa qalib gəlmək üçün.
Yeməklər də dadlı imiş, ―sizə də qismət olsun‖, can sıxıntısı qalmayıbmış, deməli artıq
insansızlaşıblar.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
298
Kettle-də (elektrikli çaydan) də dadlı-dadlı yeməklər bişiririk. Çox gözəl olur, bundan
sonrası Mehmetin işidir, Perinçeklə (Doğu Perinçek – Türk İşçi Partiyasının lideri,
keçmiş millət vəkili, hal-hazırda həbsdədir) sarımsağı bölürük, bir az da üzərinə zeytun
yağı tökürük, amma reseptini vermirəm. Fatih Hilimoğlu Hocam (Fatih Hilmioğlu – Tibb
üzrə professor və İnönü Universitetinin keçmiş rektoru, ―Ergenekon‖ işi üzrə həbs
olunub) pomidor, xiyar salatı düzəltməkdə ustadı. Budur artıq yemək hazırdır, nuş olsun
deyirik. İnsansızlığa qalib gəlməyə çalışırıq.
İnsanla heyvan
Biz insanıq. Amma bu dünyada heyvan da var. Mən bir leyləyəm. Və o müqəddəs
Göylərə şükürlər olsun ki, bu ―super‖ həbsxanada ―straight‖ (şax, əyilməz) qala bildim.
Çətin dövrlər, bizim qarşımızda çətinliklə tab gətirir. Qalib gələcəyik, qalib gəlirik.
Çeviri: Namiq Hüseynli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
299
Zbiqnev Bjezinski
Yeni Dünya Düzəni uğrunda Şahmat Taxtası
Zbiqnev Bjezinski 1928-ci ildə Polşada anadan olmuş, Amerikan politoloqu, sosioloqu,
dövlət xadimidir. Bjezinski uzun illər ABŞ-ın xarici siyasət ideoloqlarından biri olub.
1977-1981-ci illərarası o Cimmi Karterin administrasiyasında milli təhlükəsizlik üzrə
prezident müşaviri vəzifəsində çalışıb. Klintonun hakimiyyəti dövründə isə o NATO-nun
şərqə doğru genişləndirilməsi layihəsinin müəllifi olub.
Bjezinski ABŞ-ı dünya hegemoniyası hesab edir və bu rolun yaxın 10-25 il ərzində
başqa ölkəyə verilməsini mümkün hesab etmir. O, SSR-i, ya da Rusiyanı İkinci Dünya
müharibəsi illərində olduğu kimi Almaniya, Yaponiya ilə bərabər ABŞ-ın rəqibi hesab
edir və onun zərərsizləşdirilməsini daim çıxışlarında xatırladır.
―Əgər ruslar imperiyalarını yenidən bərpa etmək kimi bir axmaqlığa cəhd etsələr,
özlərini elə münaqişələrə salacaqlar ki, Çeçenistan və Əfqanıstan onun yanında piknik
istirahəti kimi gələcək‖.
―Biz Sovet İttifaqını dağıtdıq, Rusiyanı da dağıdacağıq. Başqa şansımız yoxdur‖.
―Rusiya ümumiyyətlə, artıq ölkədir‖.
―Pravoslaviya Amerikanın əsas düşmənidir‖.
―Məncə, Qərb Putindən qorxmamalıdır, hətta o heç bizə qarşı ən cəlbedici fiqur da deyil.
O mahiyyətcə rusların milli özünüdərk ərəfəsində ortaya çıxmış tipik rus avtokratıdır.
Qərb şəxsi maraqlarını dəqiq müəyyən etməli və onları müdafiə etməyi bacarmalıdır. Rus
imperiyasının yenidən qurulması ilə bağlı istənilən cəhdin qarşısını Rusiya ilə ortaq
maraqlarda əməkdaşlıq etməklə almalıdır‖.
―Rusiya – məğlub edilmiş səltənətdir. O nəhənglərin savaşında uduzub. İndi isə deyir ki,
―məğlub olan Rusiya deyil, Sovet İttifaqıydı‖ – deməli gerçəklikdən qaçır. Əslində isə bu
Sovet İttifaqı adlanan Rusiya idi. O Rusiyaya meydan oxuyurdu. O məğlub olub. İndi
Rusiyanın böyük səltənət olması illüziyasına aldanmaq olmaz. Belə düşüncədən qaçmaq
lazımdır... Rusiya doğranacaq və ayrı-ayrı dövlətlərin vassallığı altına salınacaq.
―Rusiya ya imperiya, ya da demokratik dövlət olmalıdır, ancaq o eyni zamanda hər
ikisindən ola bilməz. Əgər Rusiya Avrasiya dövləti kimi qalsa, Avrasiya məqsədlərinə
xidmət etməlidir, bu halda o imperiya kimi qalacaq, imperiya ənənələrinə sadiq Rusiyanı
isə dünyadan təcrid etmək lazımdır. Biz bu vəziyyətə seyirci qalmayacağıq. Bütün
Avropa dövlətləri və Birləşmiş Ştatlar Rusiyaya qarşı münasibətdə vahid cəbhə halında
birləşməlidir‖.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
300
―Rusiya kimi böyük miqyaslı, on saat qurşağını tutan bir ölkə əslində uğurla inkişaf edə
bilər. Lakin bunun üçün o mərkəzləşdirilməməli, illərlə eyni vəzifəni tutan, get-gedə daha
çox parazitləşən elita tərəfində idarə olunmamalıdır‖.
―Rusiyanı Avropa hissəsi, Sibir Respublikası və Uzaq şərq Respublikası kimi üç
müstəqil konfederasiyaya bölsəydilər Avropa və Mərkəzi Asiyanın yeni yaranmış
dövlətləri, həmçinin şərq dövlətləri ilə sıx iqtisadi münasibətlər qurub, bununla Rusiyanın
inkişafını sürətləndirə bilərdilər‖.
―Rusiyanın beynəlxalq arenada mühüm rola sahib olması üçün bircə geostrateji seçimi
var‖ – bu Avropa Birliyi və NATO tərəfində genişəndirilən transatlantik Avropaya daxil
olmaqdır.
―Yeni Dünya Düzəni Rusiyaya qarşı, Rusiyanın xarabalıqları üzərində və Rusiyanın
hesabına qurulacaq‖.
―Rusiyanın neçə çemodan nüvə silahı olursa olsun, ancaq neçə ki rus elitasının 500
milyard dollar pulu bizim banklarda yatır, onda bu elitanın kimə məxsus olduğunu
müəyyən etmək lazımdır. Sizinmi, yoxsa artıq bizim?‖
―Sovet İttifaqından öncə də mövcud olan bütün imperiyalar son nəticədə daxildən
dağılıb hissələrə ayrılıb. Onlar daha çox birbaşa xarici hərbi məğlubiyyətlərin deyil,
daxildən dezinteqrasiya (qapalı cəmiyyət), sürətlənən iqtisadi və sosial problemlərin
qurbanı olub‖.
Çevirdi: Namiq Hüseynli
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
301
―Həyat bizi çobanyastığı ləçəkləri kimi yolur‖
Tam adı Pol Bencamin Osterdir. 1947-ci ildə doğulub. Yaşayan ən görkəmli ABŞ
yazarlarından biri hesab olunur. Romançı, ssenarist, esseçi, tərcüməçi və şair kimi tanınır.
1986-90-cı illərdə Prinston Universitetində yazarlıq sənəti barədə mühazirələr oxuyub.
Postmodernist və eksperimental üslubda yazdığı 16 romandan nisbətən məşhurları
aşağıdakılardır: ―Nyu-York trilogiyası‖ (―Şüşə şəhər‖, ―Kabuslar‖, ―Qapalı otaq‖ (1985-
86)), ―Qeybə qarışanlar ölkəsi‖(1987), ―Ay məbədi‖ (1989), ―Şans musiqisi‖ (1990),
―Leviafan‖ (1992), ―Mister Vertiqo‖ (1994), ―Timbuktu‖ (1999), ―Yanılmalar kitabı‖
(2002), ―Kəhanət gecəsi‖ (2003), ―Zülmətdəki kişi‖ (2008), ―Gözəgörünməz‖ (2009),
―Sanset park‖ (2010).
İki şeir kitabının, iki esse toplusunun və avtobioqrafik məzmunlu üç kitabın müəllifidir.
Bir neçə dəfə ədəbiyyat üzrə Nobel ödülünə nominant göstərilən P.Oster Fransanın sənət
və ədəbiyyat kavaleri tituluna (1993), Mediçi ödülünə (1993), Asturiya şahzadəsinin
Ədəbiyyat üzrə mükafatına (2006) və s. layiq görülüb.
1993-2007-ci illərdə Hoollivudda çəkilən altı filmin ssenari müəllifi olub. Bəzi filmlərdə
rejissorluq da edib.
Uzun müddət fransızcadan tərcümə ilə məşğul olub, J.Juber, J.Düpen, J.P.Sartr,
M.Blanşo, S.Mallarme, A.de Buşe və X.Mironun əsərlərini amerikan ingiliscəsinə, ABŞ
yazarlarının əsərlərini isə fransız dilinə çevirib.
1974-cü ildə evləndiyi ilk həyat yoldaşı yazar və çevirmən Lidiya Devis 2013-cü ildə
Buker mükafatını qazanıb. 1981-ci ildə Siri Hastvedlə ailə qurub və hazırda Bruklin
şəhərində yaşayır.
Pol Osterin aforizmlərini təqdim edirik
Səni bir kərə aldadan kəs yenə bu yolu tuta bilər. Çünki xəyanət – ruhi bir durum deyil,
xasiyyətin özünü əməllərdə büruzə vermə şəklidir.
Əgər hər hansı insanın xətrinə öz mənəvi dəyərlərindən imtina edirsənsə, onda o insana
bir daha və diqqətlə bax. O, artıq sənin ya hər şeyindir, ya da heç nəyin.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
302
Kimi isə sevməsi insanın xətası sayılmaz. Ən böyük yanlış – sevilməyə layiq olmayan
birisindən səni sevməsini ummaqdır.
Adətən deyirlər ki: ―Hər kəsə ikinci imkan vermək lazımdır‖. Unutma ki, həqiqətən
sevən birisi heç ilk imkanı da əldən verməz.
Əminəm ki, büdrəyib, yıxılan insan bunu özünə dərd eləməz. Özünü onun əlindən
tutarmış kimi göstərib, əslində onu yıxanlardır insanı həyatdan küsdürənlər.
Özünün də nə vaxtsa tərk ediləcəyinə inanmayanlar adətən başqalarını atıb, gedirlər.
Onlara heykəl qoymağa gərək yoxdur, çünki belələri onsuz da daşdandır.
Hər gün bir xəyal uydursan da, heç birisi gerçəkliyə dönməz. Ancaq bir gün elə bir
gerçəkliklə rastlaşarsan ki, onun yanında bütün xəyalların ağ yalana bənzəyər.
Birisini hər nə qədər sevsən də, bunu əsla büruzə vermə. Çünki o halda həmin adam
sevildiyi qədər də sənə iztirab verməyə can atacaqdır.
Atıldığını bildiyin birisindən heç vaxt: ―Canım-gözüm, həyatın yolunda gedirmi?‖ deyə
soruşma. Çünki artıq onun yeganə problemi – həyatının sadəcə axıb, getməsidir.
Ürəyin istəyəndə sən keçmişi unuda bilərsən. Ancaq hər dəfə bunu seçərkən bir daha
düşün, çünki gələcək sənə qarşı keçmişin qədər insaflı olmaya bilər.
Birisi bizi sevir, sevmir deyə fal açarkən çobanyastığının ləçəklərini bir-bir qoparırıq.
Əslində həyat da bizi bu cür yolur və hər dəfə: ―Dayanacaq? Ya dayanmayacaq?‖ deyə
sual verir.
Həyatı göz yaşlarınla mükafatlandırmaqdansa, gülüşünlə cəzalandır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
303
Bunları unutma:
Bir şeyi ciddi qəbul elə, ancaq ona aludə olma.
Birisiylə məzələn, ancaq qəlbini qırma.
Həyatda bir şeyə sahib ol, ancaq ona məxsus olma, yəni ağası ikən onun quluna çevrilmə.
Bu dünya beş qəpiyə də dəyməz. Özünün dünyalar qədər dəyərli olduğunu düşünənlər
sadəcə özlərini mazata mindirməyə can atarlar.
Dilimizə çevirdi – Azad Yaşar
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
304
Vaxt darlığında oxumaq üçün nə etməli?
“Kitablar ən yaxşı sirr saxlamağı bacaran və ən etibarlı dostlardır, onlar ən müdrik
məsləhətlər verəndirlər, onlar ən səbirli müəllimlərdir”.
Ç.U.Eliot
Yəqin ki, aramızda hər kəs nə vaxtsa öz-özünə "daha çox kitab oxumalıyam" demisiniz.
Yaxşı valideyn, dost, əməkdaş, müdir, yazıçı, müəllim olmaq üçün çox kitab oxumalı
olduğumuzun fərqinə varırıq. İşdən evə yorğun qayıdırsınız, yemək yeyirsiniz, sonra bir
az dincəlmək üçün TV-ni açırsınız, sonra Facebooka girirsiniz və yatmaq zamanı
gəldiyini anlayanda oxumaq üçün vaxt qalmadığını dərk edirsiniz. Müasir insanın
həyatında oxumaq üçün vaxt çatışmazlığı özünü göstərir. Ancaq narahat olmayın. Siz tək
deyilsiniz. Amerikada aparılmış son sorğulardan bəlli olur ki, yetkin insanların yarısı il
ərzində 5, yaxud daha az kitab oxuyublar.
Daha çox kitab oxumaq üçün bir neçə məsləhəti təqdim edirik.
- Həmişə özünüzlə kitab gəzdirin. Bu zaman hardasa başınızı qatmaq üçün telefonla
oynamaq məcburiyyətində qalmayacaqsınız. Beləliklə, oxuduğunuz kitabların sayı
artacaq.
- Yatmazdan qabaq kitab oxumaq üçün vaxt ayırın. Yuxuya getməmişdən 10-15 dəqiqə
qabaq kitab oxumaq həm də rahat yatmağınıza səbəb olacaq.
- Yaxşı dincəlin. Sizə elə gələ bilər ki, bu məsləhətin bura dəxli yoxdur. Amma təsəvvür
edin ki, metroda, avtobusda 5 dəqiqə yatmaq əvəzinə nəsə oxuya bilərsiniz. Ona görə
evdə doyunca yatmaq lazımdır.
- Kitab oxumaq üçün elektron cihazlardan istifadə edin.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
305
Qiyməti elə də baha deyil. Burda şriftin ölçüsünü özünüz seçə bilərsiniz, mətnin
müəyyən hissəsini seçərək göndərə bilərsniz, işarələyə bilərsiniz. Elektron kitabları hətta
avtobusda ayaq üstə gedərkən də oxumaq olar. Çünki bir əllə tutmaq mümkündür.
- Paralel olaraq bir neçə kitab oxumayın. Eyni zamanda yalnız bir kitab oxumaqla siz
onun ləzzətini daha çox çıxaracaqsınız, həmçinin diqqətinizi cəmləməkdə köməkçi olur.
- Tualetdə oxuyun. Adam var ki, unitazın üstündə 5-10 dəqiqə vaxt keçirir. Bu vaxtı
səmərəli istifadə edin.
- Oxumaq istədiyiniz kitabların siyahısını yazın. Vaxtaşırı bu siyahıya baxmaqla almalı
olduğunu kitabları da xatırlayacaqsınız.
Günel ƏSGƏRZADƏ
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
306
Alman yazıçı Erix Mariya Remarkın əsərlərindən sitatlar
Qadın sevgidən ağıllanır, kişi başını itirir.
Heç kim keçmişdə sevdiyin adamdan daha yad ola bilməz.
İnsan həqiqətən sevəndə necə də əfəlləşir! Özünə əminlik necə də tez yoxa çıxır! Adam
necə tənha olur; bütün tərifli təcrübə tüstü kimi havaya sovrulur və adam özünü inamsız
hiss edir.
İnsan ömrü bir sevgi yaşamaq üçün çox uzundur. Lap uzundur. Sevgi möhtəşəmdir.
Ancaq iki tərəfdən hansınınsa ürəyi həmişə sıxılır. Digər tərəf isə heç nəsiz qalır.
Süstləşir və nəyisə gözləyir...Dəli kimi gözləyir...
Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan
gözləri desin bunu.
İndi ancaq inəklər xoşbəxtdir.
Bir insan başqasına bir damcı istilikdən başqa nə verə bilər? Və bundan daha böyük nə
ola bilər? Sən sadəcə heç kimi çox yaxına buraxma. Buraxsan həmişə yanında saxlamaq
istəyəcəksən. Heç nəyi saxlamaqsa olmaz...
Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.
Xoşbəxtlik haqda 5 dəqiqədən artıq danışmaq olmur. Çünki xoşbəxt olduğunu deməkdən
başqa bir söz tapmırsan. Bədbəxtlikdənsə bütün gecəni danışmaq olar.
Sevdiyi ilə görüşün xoşbəxtliyini ancaq bir dəfədən çox tərk edilmiş adam bilər.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
–
www.kitabxana.net
–
Milli Virtual Kitabxana
307
İstənilən sevgi ömürlük olmaq istəyir. Elə əbədi əzabı da bundan qaynaqlanır.
Bir insandan tamamilə ayrıldıqdan sonra onunla bağlı hər şeylə həqiqətən maraqlanmağa
başlayırsan. Bu da sevginin paradokslarından biridir.
Ən gözəl şəhər odur ki, orada insan xoşbəxtdir.
Təslim olmayana qədər insan taleyindən güclü olur.
Primitiv insan özü haqda daha yüksək fikirlərə düşür.
Sevgi izahatlara dözümsüzdür. Ona hərəkət lazımdır.
Kiminsə öz ağlını nümayiş etdirməyini seyr etmək çox yorucudur. Xüsusən də o ağıl
yoxdursa.
Hamının eyni cür hissetmə qabiliyyətinin olmağını düşünmək yanlışdır.
İnsan əslində vaxta nə qədər az diqqət yetirirsə və qorxu onu nə qədər az izləyirsə, bir o
qədər xoşbəxtdir. Lap qorxu səni qarabaqara izləyir, yenə də gülmək olar. Əlimizdən
başqa nə gəlir ki?
Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə
göründüyün kimi gülməli görünməyəcəksən.
Başqasına məxsus olan qadın subaydan beş dəfə daha arzuolunandır – qəribə qaydadır.
“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.
Ə
dəbi-kulturoloji tərcümə e-Antologiyası
Yeni Yazarlar və Sənətçilər Qurumu
Dostları ilə paylaş: |