Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə41/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   37   38   39   40   41   42   43   44   ...   58



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

308 


Mən onun yanında dayanıb ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, 

eyni zamanda kasıb olmaq necə də dəhşətlidir. 

  

Deyirlər, ömrün ən çətini ilk yetmiş ildir. Qalanı öz-özünə gedir. 



 

Hazırladı: Günel ƏSGƏRZADƏ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

309 


Rus yazıçısı Anton Çexovun ən maraqlı fikirləri 

 

Unutma; İnsanları tanımağın üçün ən uyğun zaman ayrılmağa ən yaxın vaxtdır. Çünki o 



vaxt saxta üzlər bilinir. 

  

Həyata ilk küskünlüyümüz – yanımızda düşündüyümüz insanların qarşımızda görməkdir. 



  

Anlamağa çalışma. Həyat belədir. Həmişə bir telinə belə qıymadıqlarımız qıyır bizə. 

  

Sənə bir yaxşı, bir də pis xəbərim var; yaxşı xəbər – hələ ölməmişik; pis xəbər – hələ 



yaşayırıq. 

  

İki mükəmməl insan heç vaxt birlikdə ola bilməz. Çünki mükəmməl qadın birinci 



dəfəsində ―hə‖ deməz, mükəmməl kişi isə ikinci şansı verməz. 

  

Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı 



anlayacaq baş yox, gözəlliyi görəcək göz var. 

  

Ağlatdığın bir qadının göz yaşlarını ya o vaxt silərsən, ya da o göz yaşlarında 



boğulmamaq üçün ömür boyu çırpınmaq məcburiyyətində qalarsan. 

  

Bir insanı həqiqətən unutmaq istəyirsənsə, onunla yaşadıqlarını deyil, onun sənə 



yaşatdıqlarını xatırla. 

  

Kimsə arxanızdan danışırsa, onlardan qabaqdasınız demək. 



  

Doğru vaxtda gələn yanlış insana verdiyin şansı, yanlış zamanda gələn doğru insana 

verməyincə əziyyət çəkən sən olarsan. 

  


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

310 


İnsana kəpənək həyatda bir dəfə qonar: qaçırtsan, başqa şansın qalmaz. Çünki o kəpənək 

səhəri gün ölmüş olacaq. 

  

Saxta bir gülüşlə gözlərimə baxmaqdansa, üzümə qarşı həqiqi bir nifrəti üstün tutaram. 



  

Sən sevdiyin üçün heç vaxt utanma, bil ki utanması lazım olan sevildiyini bildiyi halda 

sevməyi bilməyəndir əslində. 

  

Həyatınızın sonuna qədər yaşamayınca taleyinizdən şikayət etməyin. 



  

Özünü tənha hiss edən biri üçün hər yer çöldür. 

  

Əgər tənhalıqdan qorxursunuzsa, evlənməyin. 



  

Sevməyib evlənmək, inanmadan ibadət etmək kimi alçaq işdir. 

 

Hazırladı: Rəna NEVZAT 

 

 



 

 

 



 

 

 



 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

311 


Kendzaburo Oe 

 

Nobel Nitqi 



 

Yaponiya, Çoxmənalılıq və Mən 

 

Faciəvi II Dünya Müharibəsi zamanı mən uşaq idim, burdan minlərlə mil uzaq Yapon 



arxipelaqının Sikoku adasında, ucqar meşə kəndində yaşayırdım. O vaxt məni sözün əsl 

mənasında valeh edən iki kitab var idi: ―Heklberi Finin macəraları‖ və ―Nilsin qəribə 

sərgüzəştləri‖. Bütün dünya qorxu içində idi. ―Heklberi Fin‖i oxuduqdan sonra meşənin 

dərinliklərinə qaçıb, ağacların arasında yatarkən özümü nə üçün evdəkindən daha 

təhlükəsiz hiss etdiyimi anladım. ―Nilsin sərgüzəştləri‖nin baş qəhrəmanı kiçik varlığa 

çevrilir, quşların dilini anlayır və macəralarla dolu səyahətə çıxır. Mən bu hekayətdən 

müxtəlif həzlər alırdım. Birincisi, uzaq əcdadlarım kimi mən də Sikoku adasının sıx 

meşəliyində yaşayır və inanırdım ki, bu həyat tərzi doğrudan da insanı azad edir. İkincisi, 

mən Nilsə rəğbət bəsləyir, özümü ona – İsveçi başdan-başa gəzib dolanan, vəhşi qazlara 

qoşulub quşlar naminə savaşan balaca dəcəl, dəcəl olduğu qədər də məsum və sadəlöhv 

oğlana bənzədirdim. Nils yenidən oğlana çevrilir, o indi də əvvəlki kimi məsumdur, lakin 

artıq özünə inanır. Nəhayət, evə gəlib çatandan sonra valideynləri ilə danışır. Mənə ən 

çox zövq verən isə yazıçının dili idi, Nilsin sözlərini təkrarlayan zaman mənən 

təmizləndiyimi, əhval-ruhiyyəmin yüksəldiyini hiss edirdim. O deyirdi: 

- ―Maman, Papa! Ce suis grand, ce suis de nouveau un homme!‖ - criat ill.  

- ―Mother and Father!‖ - he cried. ―İ`m a big boy İ`m a human being again!‖ 

- ―Ata, ana!‖ - o qışqırdı. ―Mən böyüyəm. Mən yenə insanam‖. 

Xüsusilə, ‖mən yenə insanam‖ sözləri məni riqqətə gətirirdi. Böyüdükcə həyatımın 

müxtəlif sahələrində - ailəmdə, Yapon cəmiyyəti ilə münasibətlərimdə və sevdiyim həyat 

tərzimdə çətinliklərlə üzləşdim. Yalnız bu əzabları romana çevirməklə yaşamağa nail 

olurdum. Addımbaşı «mən yenə də insanam» kəlməsini təkrar etməyim sanki ibadət 

formasını almışdı və bu, mənə çox kömək edirdi. Bəlkə də belə bir gündə, belə bir yerdə 

özüm haqda bu cür danışmağım düzgün deyil. Hər halda icazə verin deyim ki, mənim 

yazı üslubum şəxsi məsələlərdən başlayıb, sonradan cəmiyyət, dövlət və dünya ilə əlaqə 

yaratmaqdan ibarət olub. Ümid edirəm, şəxsi məsələlər haqqında bir az da danışsam, 

məni bağışlayarsınız.  

Yarım əsr əvvəl sıx meşəlikdə yaşayan zaman ―Nilsin sərgüzəştləri‖ni oxudum və sanki 

gələcəyi gördüm. Bilirdim ki, nə vaxtsa quşların dilini başa düşəcəyəm. İkinci öncə 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

312 


görməm isə bundan ibarət idi ki, bir gün sevimli vəhşi qazlarımla birlikdə uzaq diyarlara, 

ən yaxşısı, Skandinaviyaya uçacağam. 

Ailə qurduqdan sonra dünyaya gələn ilk övladımın əqli çatışmazlığı var idi. Ona yapon 

dilində ―işıq‖ mənasını verən Hikari adını qoyduq. Körpə ikən o, yalnız vəhşi quşların 

cikkiltisinə reaksiya verirdi, insan səsləri isə həmişə reaksiyasız qalırdı. Altı yaşı olanda 

bağ evimizdə idik. Oğlum meşənin yaxınlığındakı göldə üzən bir cüt qu quşunun səsini 

eşitdi və heyvanlar aləmindən danışan radio şərhçisinə məxsus ciddi səslə dedi: ―Bu, qu 

quşudur‖. Bunlar, mənim oğlumun insan səsiylə tələffüz etdiyi ilk sözlər idi. Elə həmin 

vaxtdan etibarən mənim həyat yoldaşım oğlumla nitq vasitəsiylə ünsiyyət qurmağa 

başladı. 

İndi Hikari əlillər üçün peşə təlim mərkəzində çalışır. Mərkəzin iş prinsipi İsveçdən 

öyrəndiyimiz ideyalara əsaslanır. Bununla yanaşı, o, bəstəkarlıqla da məşğuldur. 

Hikarinin musiqiyə yönəlməsinə təkan verən quşlar oldu. Beləliklə, quşların dilini başa 

düşəcəyimlə bağlı öncə görməm Hikarinin timsalında gerçəyə çevrildi. Onu da deyim ki, 

əgər mənim həyat yoldaşımın qadın qüdrəti və müdrikliyi olmasaydı, bu xəstə uşaqla 

həyatımız çox ağır keçərdi. O, Nilsin vəhşi qazlarının bacısı Akkanın əsl mücəssəməsidir. 

Onunla birlikdə işlərimlə bağlı Stokholma uçanda son dərəcə xoşbəxt idim, uşaqlıqdakı 

ikinci öncə görməm – Skandinaviya səmasında pərvaz etmək arzum da beləcə həyata 

keçdi.  

Ədəbiyyat üzrə Nobel mükafatçısı kimi bu kürsüyə qalxan ilk yapon yazıçısı Yasunari 

Kavabata öz məruzəsinə ―Yaponiya, Gözəllik və Mən‖ adını vermişdi. Onun çıxışı həm 

gözəl, həm də qeyri-müəyən idi. ―Qeyri – müəyyən‖ sözündən yapon sözü ―aimaina‖nın 

ekvivalenti kimi istifadə edirəm. ―Aimaina‖ ingilis dilinə müxtəlif cür tərcümə edilə 

bilər. Kavabatanın könüllü surətdə boynuna götürdüyü qeyri-müəyyənlik mühazirənin 

adında da nəzərə çarpır. Həmin başlığı ―Gözəl Yaponiyanın məni‖, yaxud ―Gözəl 

Yaponiya və mən‖ kimi də tərcümə etmək olar. Mühazirənin adının qeyri-müəyyənliyi 

həmçinin onun mənası ilə bağlı müxtəlif yozumlara səbəb olur. Başlıq ―Mən gözəl 

Yaponiyanın bir hissəsi kimi‖, yaxud ―Yaponiya, Gözəllik və Mən‖ kimi də başa düşülə 

bilər. Kavabatanın nitqi Yapon ədəbiyyatı üzrə görkəmli Amerika mütəxəssisi tərəfindən 

ingilis dilinə tərcümə edilib. O, mühazirəyə ―Yaponiya, Gözəllik və Mən‖ adını verib. Bu 

peşəkar tərcüməyə görə mütərcimi zərrə qədər də xəyanətkar saymaq olmaz.   

Kavabata həmin başlıq altında təkcə Yaponiya deyil, bütün Şərq düşüncəsinə xas qeyri-

adi mistisizmdən danışır. ―Qeyri-adi‖ deməklə mən Zen buddizminin ideyalarını nəzərdə 

tuturam. İyirminci əsr yazıçısı olmasına baxmayaraq, Kavabata öz ruhi vəziyyətini orta 

əsrlərin Zen kahinləri tərəfindən yazılan şerlərin köməyi ilə ifadə edirdi. Bu şerlərin çoxu 

həqiqəti söz vasitəsilə çatdırmağın qeyri-mümkünlüyü prinsipinə söykənirdi. Kahinlər 

hesab edirdilər ki, məna sözün daxilində gizlənib. Oxucular sözlərin nə vaxtsa öz 

qabıqlarından çıxıb onlara aydın olacağını gözləməməlidirlər. Yalnız özünü kahinin 

ixtiyarına verib, sözün daxilinə nüfuz edən insan Zen şerlərini anlaya, yaxud onlara 

rəğbət bəsləyə bilər. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

313 


Kavabatanı bu sirlə dolu şerləri Stokholm auditoriyası qarşısında yapon dilində 

söyləməyə vadar edən nə idi? Mən onun parlaq karyerasının sonlarına doğru göstərdiyi 

cəsarətini və öz inancı ilə bağlı səmimi etirafını nisgillə xatırlayıram. Kavabata özünü 

şahəsərlər müəllifini yaratdığı on illər ərzində əsl zəvvarlıq edib. Yalnız bu zəvvarlıq 

illərindən və əlçatmaz Zen şerlərinə heyranlığını etiraf etdikdən sonra o, ―Yaponiya, 

gözəllik və özü‖, yəni yaratdığı ədəbiyyat və içində yaşadığı dünya haqqında danışmağa 

nail oldu. Kavabata nitqini belə yekunlaşdırmışdı:  

―Tənqidçilər çox vaxt əsərlərimi məzmunsuz hesab edirlər, lakin bunu Qərb nihilizmi ilə 

eyniləşdirilmək olmaz. Düşünürəm ki, ruhi prinsiplərimiz bir-birindən fərqlənir. Dogenin 

fəsillərin gözəlliyini vəsf edən ―Əzəli xəyal‖ adlandırdığı şerlər – bax əsl Zen budur‖.  

 Burda da mən cəsarət və özünəinam görürəm. Bir tərəfdən Kavabata özünü Zen fəlsəfəsi 

və klassik Şərq ədəbiyyatının estetik ənənələrinin davamçısı hesab edir, digər tərəfdənsə 

əsərlərindəki məzmunsuzluğu Qərb nihilizminin bir hissəsi kimi səciyyələndirir. 

Düzünü desəm, iyirmi altı il əvvəl bu yerdə dayanan həmvətənim Kavabatadan daha çox, 

özümü yetmiş bir il əvvəl mənimlə təxminın eyni yaşdaykən bu mükafata layiq görülən 

irland şairi Uilyam Batler Yitsə yaxın hesab edirəm. Əlbəttə, özümü dahi Yitslə bir 

cərgəyə qoymağa cürət etməzdim. Mən ―sadəcə― onun İrlandiyadan çox uzaq  

məmləkətdə yaşayan miskin bir davamçısıyam. Yitsin izafi dərəcədə yüksək 

qiymətləndirdiyi Uilyam Bleykin də dediyi kimi: ―Avropa və Asiyadan Çinə və 

Yaponiyayadək ildırım sürəti ilə‖.   

Son bir neçə ildir, trilogiya üzərində işləyirəm. İstəyirəm, bu trilogiya yaradıcılığımın 

zirvəsi olsun. İlk iki hissə artıq işıq üzü görüb, üçüncü və sonuncu hissəni də bitirmişəm. 

Kitabın adı ―Alovlanan yaşıl ağac‖dır. Bu başlığa görə Yitsin ―Tərəddüd‖ poemasına 

daxil olan bu beytə borcluyam:  

Bir ağac var, uca zirvəsinədək  

Yarısı bütün alov, yarısı yaşıl. 

Nəmli yarpaqları şehlə islanıb…  

Əslində, mənim trilogiyama bütövlükdə Uilyam Batler Yitsin təsiri hopub. İrland 

senatının Nobel mükafatı münasibətilə Uilyam Batler Yitsi təbrik etmək üçün hazırladığı 

məktuba bu sözlər daxil idi: 

―...Dünya mədəniyyətinin görkəmli xadimi kimi Yitsin timsalında irlandların qazandığı 

nüfuz…‖  

―... Bu vaxtadək millət kimi tanınmayan bir xalq…―  

―... Mədəniyyətimiz senator Yits sayəsində qiymətləndiriləcək.―  

―Nobel mükafatı: senator Yitsə təbriklər…― 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

314 


Mən Yitsin yolunu davam etdirmək istərdim və bunu yalnız elektron texnologiyalar 

sahəsində əldə etdiyi nailiyyətlərə, istehsal etdiyi avtomobillərə görə millətlər sırasına  

daxil edilən başqa bir xalqın naminə etmək istərdim.  

Müasir dövrdə yaşayan və keçmişin acı xatirələrini yadında saxlayan bir insan kimi mən 

Kavabatanın ―Yaponiya, Gözəllik və Mən‖ ifadəsini yekdilliklə təkrar edə bilmirəm. Bir 

az əvvəl Kavabatanın nitqinin məzmunun və adının ―qeyri-müəyyənliyi‖ haqqında 

danışdım. Çıxışımın qalan hissəsində Britaniya şairəsi Ketlin Reynin təsnifatına uyğun 

olaraq ―çoxmənalı― sözündən istifadə edəcəyəm; Bir dəfə Ketlin Uilyam Bleyk haqqında 

demişdi ki, o, çoxmənalı olduğu qədər qeyri-müəyyən deyil. Mənsə özüm haqqında 

yalnız ―Yaponiya, çoxmənalılıq və mən‖ başlığı altında danışa bilərəm.  

Müşahidələrim göstərir ki, yüz iyirmi illik modernləşmədən sonra bu gün Yaponiya iki 

qütb arasında parçalanıb. Bir yazıçı kimi məndə də bu qütbləşmənin dərin çapığa 

bənzəyən əlamətləri var . 

Bu ikiqütblülük o qədər güclü və nüfuzedicidir ki, həm insanları, həm də dövləti iki yerə 

parçalaya bilir. Yaponiyanın modernləşməsi Qərbdən öyrənməyə, Qərbi təqlid etməyə 

yönəlib. Digər tərəfdən Yaponiya Asiyada yerləşir və milli ənənələrini qoruyub saxlayır. 

Yaponiyanı işğalçılığa təhrik edən də bu təzad idi. Ən pisi isə budur ki, Yaponiya təkcə 

siyasi yox, həm də ictimai və mədəni baxımdan digər Asiya ölkələrindən təcrid olundu.  

Yapon ədəbiyyatı tarixində ən səmimi və vəzifələrinin əhəmiyyətini daha yaxşı anlayan 

yazıçılar müharibədən dərhal sonra ədəbiyyat səhnəsinə çıxan yazıçılar idi. Faciə bu 

yazıçıları dərindən sarsıtsa da, onlar yenidən dirçəlmək ümidlərini itirmir, bir tərəfdən 

yapon hərbi qüvvələrinin Asiyada törətdiyi vəhşilikləri ürək ağrısı ilə qəbul edir, digər 

tərəfdən Yaponiya ilə Dünya – Qərb ölkələri, Latın Amerikası və Afrika cəmiyyətləri 

arasında yaranan dərin mənəvi uçurumu qapamağa çalışırdılar. Onlar dünyayla yalnız bu 

yolla barışa biləcəklərini düşünürdülər. Mən həmişə bu ədəbi ənənəyə sadiq qalmaq 

istəmişəm.  

İkinci dünya müharibəsi Yaponiya modernləşməyə qədəm qoyduqdan altmış il sonra 

başladı. Müharibə isə Yaponiyanın modernizasiya yolundan uzaqlaşmasının nəticəsi idi. 

Məğlubiyyət yaponlara böyük iztirab və əzablardan sonra yenidən dirçəlmək ümidi verdi. 

Yaponların bu arzusu demokratiya ideyalarından və müharibədən birdəfəlik imtina etmək 

qərarından qidalanırdı. Təzadlı haldır ki, belə əxlaqi dəyərlərə malik yapon xalqı və 

dövləti günahsız deyildi, əksinə, başqa Asiya ölkələrini işğal etməklə öz tarixinə ləkə 

salmışdı. Bu əxlaq prinsipinə görə Yaponiya həm də ilk dəfə Xirosima və Naqasakidə 

tətbiq edilən nüvə silahının qurbanlarına borcludur. 

Son illər Yaponiyanın dünyada sülhü bərqərar etmək və qorumaq üçün Birləşmiş 

Millətlərə daha çox hərbi qüvvə təklif etməyə borclu olduğu haqda fikirlər səslənir. Bu 

tənqidi iradları eşitdikcə ürəyimiz əsir. İkinci Dünya Müharibəsindən sonra yeni 

Konstitusiyamızın əsas maddələrindən birində müharibədən imtina etdiyimizi elan etmək 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

315 


bizim üçün danılmaz ehtiyac idi. Yaponlar İkinci Dünya Müharibəsindən sonra yenidən 

yüksəlmək üçün əbədi sülh ideyasını özlərinə mənəvi təməl seçdilər. 

Mən inanıram ki, bu prinsipi ən yaxşı halda hərbi xidmətdən şüurlu imtina sahəsində 

uzun müddət dözümlülük göstərən Qərb ölkələri anlaya bilər. Yaponiyanın özündə də 

müharibəni rədd edən maddəni Konstitusiyadan çıxarmaq istəyən qüvvələr tapılıb, onlar 

bu məqsədlə xarici köməkdən istifadə etmək fürsətlərini də fövtə verməyiblər. Lakin 

Daimi sülh maddəsinin ləğvinə Asiya xalqları və Xirosima – Naqasakidəki atom 

qurbanlarına qarşı xəyanətdən başqa ayrı bir ad vermək olmaz. Yazıçı üçün bu xəyanətin 

nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil.  

Mütləq hakimiyyət prinsipini əsas götürən müharibədən əvvəlki yapon konstitusiyası 

əhali arasında nüfuza malik idi. Hazırda yarıməsrlik yeni konstitusiyaya mailk olsaq da, 

bəzi məhəllələrdə hələ də köhnə konstitusiyanın tərəfdarları yaşayır. Yaponiya 

müharibədən sonrakı xarabalıqlar üzərində verdiyi əlli il ərzində sadiq qaldığı qərara yox, 

başqa prinsipə qanuni status versəydi, bizim bəşəri humanizm ideyamız heçə çevrilərdi.  

Yapon ―çoxmənalılığı‖ əslində müasir dövrdə geniş yayılmış xroniki xəstəlikdir. 

Yaponiyanın, ətraf mühitin mühafizəsi və dünyanın iqtisadi inkişafı zəminində 

təhlükələrlə müşayiət olunan iqtisadi tərəqqisi də bu xəstəlikdən xali deyil. Müharibədən 

sonrakı yoxsulluq şəraitində ümidimizi zərrə qədər də itirmədik və bu sınağa dözmək 

üçün özümüzdə güc tapdıq. Lakin qəribə səslənsə də, müasir tərəqqinin qorxulu nəticələri 

qarşısında aciz olduğumuzu hiss edirik. Digər tərəfdən Yaponiyanın inkişafı Asiyanın 

həm istehsal, həm də istehlak gücünün artmasına imkan yaradır.  

Mən yalnız alıcıların tələblərinə cavab verməklə kifayətlənən romanlardan fərqli, ciddi 

ədəbiyyat nümunələri yaratmağa çalışıram. Bəs bir yapon kimi mən hansı kimliyə can 

atmalıyam? V.H.Oden yazıçıya belə tərif verirdi:  

Çirkli olmalıdır, çirkab içində  

Bütün insanların günah yükünü  

Çəkməlidir o, öz zəif cismində. 

Yazıçı kimi mənim ―həyat vərdişim‖ (Flanneri O‘konnorun sözləri) bundan ibarət olub.  

Arzuedilən yapon kimliyini təyin etmək üçün ―insani‖, ―ağıllı‖, ―gülərüz‖ sifətləri ilə 

yanaşı Corc Oruelin sevimli epitetlərindən olan ―nəcib‖ sözünü vurğulamaq istərdim. Bu 

zahirən sadə epitet ―Yaponiya, çoxmənalılıq və mən‖ başlığında istifadə etdiyim 

―çoxmənalılıq― sözü ilə ziddiyyət təşkil edə bilər. Yaponların necə görünmək istədikləri 

və əslində necə göründükləri arasında böyük fərq var.  

Çox güman ki, ―nəcib‖ sözündən fransız dilinin ―humanist‖ və ya ―humaniste‖ sözlərinin 

sinonimi kimi istifadə etsəm, Oruelə qarşı qəbahət etmiş olmaram. Çünki hər iki sözün 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

316 


insaniyyət və dözümlülük kimi məna çalarları var. Əcdadlarımız arasında ―humanist‖ və 

―nəcib‖ yapon şəxsiyyəti yaratmağa cəhd edənlər çox olub. 

Onlardan biri də Fransa İntibahı və ədəbiyyatı üzrə görkəmli alim, professor Kazuo 

Vatanabe idi. Şüursuz vətənpərvərlik coşğunluğunun düşüncələrə hakim kəsildiyi İkinci 

Dünya Müharibəsi zamanı, eləcə də müharibə ərəfəsində təkcə Vatanabe humanist insan 

ideyasını, yaponların təbiətə həssaslığı və gözəllik duyumu ilə birləşdirmək arzusu ilə 

yaşayırdı. Onu da əlavə etmək istəyirəm ki, Vatanabenin gözəllik və təbiət anlayışı 

Kavabatanın ―Yaponiya, Gözəllik və Mən‖ başlığı altında nəzərdə tutduqlarından 

fərqlənirdi.  

Yaponiya Qərb modeli əsasında dövlət yaratmaq üçün dağıdıcı yol seçmişdi. Fərqli 

cəhətləri olsa da, nisbətən oxşar üsulla yapon ziyalıları öz ölkələri ilə Qərb arasındakı 

uçurumu aradan qaldırmağa çalışırdılar. Bu çətin öhdəlik bizə ağrı-acı ilə yanaşı sevinc 

də bəxş edirdi. Professor Vatanabenin Fransua Rable ilə bağlı tədqiqatları Yaponiyanın 

ən görkəmli elmi nailiyyətlərindən biridir.  

Vatanabe İkinci Dünya müharibəsindən əvvəl Parisdə təhsil almışdı. O, elmi rəhbərinə 

Fransua Rableni yapon dilinə tərcümə etmək niyyətində olduğunu açıqlayanda fransız 

alim gənc tələbəyə belə cavab vermişdi: ―L‘enterprise inouie de la traduction de 

l‘intraduisible Rabelais‖ (Tərcüməsi qeyri-mümkün olan Rableni yapon dilinə çevirmək 

misilsiz cürətdir). Başqa bir fransız alimi isə heyrət içində demişdi: ―Belle enterprise 

Pantagruelique‖ (Qəribə Pantaqruel cəsarəti). Bütün bunlara baxmayaraq, Vatanabe 

müharibə və Amerika işğalı dövründə, olduqca yoxsul bir mühitdə nəinki tərcümə 

arzusunu həyata keçirdi, həm də Fransız humanistlərinin, Rablenin müasirləri və 

ardıcıllarının həyat və düşüncə tərzinin Yaponiyada kök salması üçün əlindən gələni etdi.  

Bütün həyatım və yaradıcılığım boyu mən onun şagirdi olmuşam. Vatanabe mənə iki 

mənada böyük təsir edib. Onlardan biri mənim yazı metodumla bağlıdır. Mixail Baxtinin 

nəyi qrotesk realizmin bədii sistemi adlandırdığını, maddi və fiziki başlanğıcların 

əhəmiyyətini, kosmik, ictimai və fiziki ünsürlər arasındakı uyğunluğu, yenidən doğulmaq 

arzusu ilə ölümün üst-üstə düşdüyünü, gülüşün iyerarxiya münasibətlərini alt-üst etdiyini 

ilk dəfə ondan öyrənmişəm. 

Baxtinin bədii sistemi Yaponiya kimi təcrid edilmiş, uzaq əyalət ölkəsinin ucqar əyalət 

kəndində doğulub boya- başa çatan bəndənizin bəşəri ədəbiyyat axtarışlarına imkan 

yaratdı. Belə bir keçmişə sahib olduğum üçün mən böyük iqtisadi gücə malik olan 

Yaponiyanı yox, daimi yoxsulluq içində qıvrılan Asiya ölkəsini təmsil edirəm. Mən də 

koreyalı Kim Ci-ha, Çin yazıçıları Çon İ və Mu Cen kimi qədim və ölməz metaforalardan 

istifadə edir, beləliklə, özümü onların cərgəsinə qoşmuş oluram. Məncə, dünya 

ədəbiyyatında qardaşlıq münasibətlərini formalaşdıran da belə oxşarlıqlardır. Vaxtilə 

istedadlı Koreya şairlərindən birinin siyasi azadlığı uğrunda aclıq aksiyasında iştirak 

etmişdim. Tienanmen meydanında baş verən hadisələrdən sonra hələ indiyəcən mən 

istedadlı Çin yazıçılarının taleyindən nigaranam. 


Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin