Yeni Yazarlar və Sənətçilər Qurumu



Yüklə 3,88 Mb.
Pdf görüntüsü
səhifə31/58
tarix29.11.2016
ölçüsü3,88 Mb.
#461
1   ...   27   28   29   30   31   32   33   34   ...   58

 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

225 


Fransanın məşhur şərqşünası Qustav Löbonun yazdığına görə, Qortobada (Kordova) 

Əməvi xəlifə olan İkinci Əlhakimin kitabxanasında altı yüz min kitab var idi. Halbuki, 

400 il ondan sonra Fransa padşahı olan beşinci Şarlın kitabxanasında ancaq 900 kitab 

vardı. Qustav Löbonun dediyinə görə, islam kağızı dünya mədəniyyət tarixində yeni bir 

dövr açıb. Əgər kağız, barıt və qütbnamə kimi islam mirasları olmasaydı, Renessans 

nəhzəti (hərəkatı) necə yarana bilərdi? Əgər müsəlmanlar olmasaydı, Qərbdə elmi 

renessans əsrlər boyu gecikəcəkdi. 

Kitab çapının və mətbuatın da kökü islamidir. Professor Risler bu barədə belə yazır: 

―Səlib əhli (xaçpərəstlər) qumaş (parça) üzərinə vurulan taxta qəliblərlə basma çap 

texnikasını Misirdə müsəlmanlardan öyrəndilər, bu texnika Avropada çap texnikasının 

əsasını təşkil edib, onun inkişafına səbəb oldu. O zaman basma çap Əndəlüsdə də inkişaf 

etmişdi. Qortobada Əbdülrəhman Münşi rəsmi sənədləri bizə hələ də məchul qalan 

vasitələrlə hazırlayırdı. 

19-cu əsrdən bəri Qərb alimləri bu tarixi həqiqəti etiraf etmişlər ki, bugünkü sivilizasiya 

əski yunan və roma mədəniyyətinə bağlı olmayıb, parlaq islam mədəniyyətindən öz 

kökünü alıb. (Professor Gotiyer, ―Müsəlmanların əxlaq və ədabı‖ kitabı, Əlcəzair 

Universiteti). 

İndi bir az da elmin müxtəlif sahələrindən bəhs edək, sözümüzə tibb elmi ilə başlayaq. 

Professor Risler bu barədə belə yazır: ―Müsəlmanlar tibdə ən yüksək mövqe və məqamı 

əldə edib, 500 il dünya tibbinin zirvəsində dayandılar. Bu sahədə peyğəmbərə istinad 

edilən 300 hədis var. Bu hədislərin çoxu yeməkdə etidal və imsaq etmək, sağlıq, sıhhi 

(sanitar-gigiyenik) üsullara riayət etməyə aiddir. Məsələn, ―Taunun olduğu yerə 

girməyin, orda olsanız, oradan çıxmayın‖ tapşırığı bugünkü karantin anlayışının əsasını 

təşkil etməkdədir. Rislerin dediyinə görə, müsəlmanlar Hippokrat və Calinusun tibbini 

tərcümə edib öyrəndikdən sonra kifayətlənməyib, şəxsi müşahidə və klinik təcrübələrini 

təşxis (diaqnoz) və dərman (müalicə) üçün əsas qərar verdilər. O zamandan bəri tibb 

təcrübi elm mahiyyətini qazandı və böyük islam həkimi Ali İbn Abbasın yazdığına görə 

onun tədqiq və təhqiqləri xəstəxanalardan toplanıb, o zamandan bəri islam 

mədrəsələrində tibb, mühəndislik fakültələri və laboratoriya qurulub. 

Vil Durantın yazdığına görə, ilk islami xəstəxana miladi 704-cü ildə ―bimaristan‖ adı ilə 

Şamda qurulub və 978-ci ildə bu xəstəxananın 24 həkimi var idi. Tibb dərsləri 

xəstəxanada verilirdi. İmtahan vermədən və diplom almadan həkimlik etmək qadağan idi. 

Harun ər Rəşid zamanında Bağdadda ilk xəstəxana quruldu, 10-cu əsrdə orada daha 5 

xəstəxana yaradıldı. Belə nəzərə gəlir ki, bu xəstəxanaların bərpa edilməyində Condi 

Şapurdakı universitet xəstəxanasından faydalanıblar. 

Professor Jorj Rivar ―İslamın siması‖ adlı kitabında deyir ki, müsəlman həkimləri ən çox 

cərrahlıqda məharət qazandılar. İslam cərrahları 11-ci əsrdə katarakt, məsanə daşı, 

kotrizasyon (dağlamaq) əməliyyatlarını bilir, uyutmaq (anesteziya) və uyuşdurmaq (lokal 

anesteziya) üçün ―İvraie təlxə‖, buğda və xaşxaş işlədirdilər. Qurtubəli Abbas oğlu 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

226 


Əbülqasım xələf bir çox cərrahi alətlər düzəltmiş və cərrahlıqla işlətmişdir. Farmokoloji 

və tibbdə işlənən maddələrin elmi tədqiqi də islamda başlanıb. V.Duranta görə, İbn Sina 

ən böyük müəllim, Razi ən böyük həkim, Cabir (İmam Cəfər Sadiqin (a) şagirdi) əski 

zamanın ən böyük şimisti (kimyaçısı) sayılır. İbn Sina və Razinin əsərləri bugünkü tibbin 

əsasını təşkil edib, əsrlər boyu qərb tibb məktəblərində oxunub. 

Gotiyerin ―Müsəlmanların əxlaq və ədabı‖ adlı kitabında yazılıb ki, orta əsrlər və 

renessans dövründə Avropa Boqrat və Calinusdan çox islam həkimlərini təqib edib. Razi 

(850-932) əlli il Bağdadda həkimlik edib, onun əsərləri 16-18-ci əsrlərdə dəfələrlə latın 

dilinə tərcümə edilib. 

İbn Sina tibb sultanı hesab olunur və dəyəri Razidən də artıqdır. Onun ―Qanun‖ adlı tibb 

kitabı Avropanın bir çox dillərinə tərcümə edilib. Bu iki həkimin kitabları 17-ci əsrə 

qədər tibb tədrisatının əsasını təşkil edib. ―Qanun‖ əsrlər boyu Avropanın dərslik kitabı 

və həkimliyin müqəddəs kitabı olub. Razinin çiçək və qızılca haqqında kitabları 

xəstələrin klinik müşahidəsi və təhlili ilə yazılıb. Bu kitablar yoluxucu xəstəliklər 

haqqında yazılan ilk elmi əsərlərdir. Bu iki əsərin ingiliscə tərcümələri 15-19-cu əsrlərdə 

40 dəfə nəşr edilib. 

Tibb elmi və həkimlik islam məktəblərindən İtaliyada Salerin və Fransada Montpelier 

tibb məktəblərinə keçdi. Salerin məktəbi 9-cu əsrdə Şarl Mayn tərəfindən quruldu və 3 

əsr Avropanın tibb mərkəzi oldu. 

Riyaziyyatın da tibb kimi islami kökü vardır. Riyaziyyat və hesab elminin əsasları əşari 

rəqəmlər və sıfır üzərində qoyulub. Avropada 13-cü əsrin ortasına qədər riyazi ədədlərin 

yerinə latın hərflərindən istifadə edilirdi. 1 yerinə I, 2 yerinə II, 3 yerinə III, 5 yerinə V, 

on yerinə X və 100 yerinə C işlənirdi. Risler, Sedilot (Sedillot) və Vil Durantın 

düşüncələrinə görə, əşari rəqəmlər və sıfır müsəlmanların kəşfidir. İlk dəfə 9-cu əsrdə 

işlənib, yanlış olaraq hindi rəqəmlər adlanıb. İbn Əhmədin 976-da ―Məfatihu`l ulum‖ 

kitabında təklif etdiyinə görə, əşarat (onluqlar) cədvəlində (xanə) bir ədəd olmasa, tərtibi 

qorumaq üçün kiçik bir dairə qoyulmalıdır. Bu dairəyə ərəbcə sıfır (boş) deyildi, latınca, 

italyanca tərcümələrində zero (zero) adlandı. 

Ədəd mənasına gələn şifrə (shiffre) sözü də buradan çıxdı. Gotiyerə görə, Uqlidüsün adı 

böyük görünür, lakin qərblilərin riyaziyyat müəllimi müsəlmanlar olublar. 

19-cu əsrdə müqayisəli riyaziyyat tarixi mütəxəssisi olan professor Sedillot öz kitabında 

yazır ki, müsəlmanlar heyət (astronomiya) elmində işlədikləri üçün onların riyaziyyata 

əlaqələri çox təbii olub, bu sahədə çox çalışıblar, belə ki, onları öz müəllimlərimiz saya 

bilərik. Onlar yalnız hesab, həndəsə və cəbrdə yox, optika və mexanikada mühüm 

nailiyyətlər əldə etdilər. 

Müstəmiəratı elmlər akademiyası üzvü Artur İlqren ―Dünyada islam‖ adlı kitabında belə 

yazır: orta əsrlərdəki Məsihi (xristian) alimlər riyaziyyat müsəlmanlardan öyrəndilər, 

amma çox keçmədən öz müəllimlərindən qabağa keçdilər. 



 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

227 


Ən mühüm müsəlman riyaziyyatçıları bunlardır: 

Əl-Xarəzmi (Muhəmməd bin Musa, miladi 780-850-də yaşayıb) üsturlabı ixtira edib. 

Muhəmməd əd-Bətani (miladi 972-də ölüb), Günəş və Ayın hərəkətlərini hesablayıb və 

qeyd edib. Abbas ibn Fiynas bülluru düzəltmiş, ayrıca bir təyyarə düzəldərək, havada bir 

qədər məsafədə uçmuşdur. Heyətşünaslardan Əbu Yunus və Əbülabbas Fərqanidən də 

bəhs olunur. 

Vil Durant Xarəzmi haqqında deyir ki, onun beş elm sahəsinin inkişafında böyük 

xidmətləri olub. Əvvəldən ərəb və hind rəqəmlərini tədqiq edib, kosmoqrafiya cədvəli 

hazırlayıb. 

Ən əski triqonometri (məsəlləsat) cədvəlləri onun əsəridir. 69 alimin həmkarlığı ilə 

coğrafiya ensiklopediyasını Məmun xəlifə üçün yazıb. İkinci dərəcə maddələrin (tənlik) 

təhlil və həndəsi həll etmə yollarını öz cəbr və müqabilə kitablarında göstərib. Bu kitabın 

ərəbcə mətninin itməyinə baxmayaraq, onun latınca tərcüməsi miladi 12-16-cı əsrlərdə 

Avropa universitetlərində dərslik kitabı və mənbə sayılırdı. Beləliklə, cəbr kəlməsi aljebr 

şəklində Avropa kitablarına girib. Cəbrin həndəsəyə tətbiqi də 9-10-cu əsrdə Qaraoğlu 

Sabit tərəfindən aparılıb. Professor Gotiyer deyir ki, islam mədəniyyətinin inkişafı 

durandan sonra biz avropalılar islam mədəniyyətinin verdiyi məlumat və gətirdiyi 

vasitələrdən faydalanaraq yeni mədəniyyəti qurmağa başladıq. Bu da bizə əski yunanda 

(olimpiya yarışı) müqəddəs məşəlin əldən-ələ keçməyini yada salır. Vil Durant 

triqonometri (məsəlləsat) haqqında yazır ki, Bətani Batlimiusun mürəbbe həll yolu yerinə 

məsəlləsi həll yolunu təklif etdi və vətən (hipark) yerinə cieybi (sinus zaviyəsi) qoydu və 

bu gün raic olan nisbətləri təqdim etdi. 

Heyət (astronomiya) elmində də müsəlmanlar tədqiqatlarında tərəssüd müşahidə və 

təcrübəni əsas qəbul etdilər, böyük nailiyyətlər qazandılar. Heyət elmi müsəlman 

alimlərinin diqqətini cəlb edən ilk elm sahəsi olub. Bağdad və Əndəlüs xəlifələri, 

Səlcuqlu padşahları, Moğol Elxaniləri və Teymurilər heyət və astronomiyaya xüsusi 

əlaqə göstəriblər: böyük şəhərlərin çoxunda rəsədxanalar (observatoriya) qurublar. 

Bunların ən məşhuru Bağdad, Qahirə, Qortoba, Tolido, Səmərqənd və Marağa 

rəsədxanaları olub. Vil Durant bu barədə deyir ki, Məmun xəlifə bir heyəti rəsədxana 

tikməyə və tərəssud etməyə məmur etdi ki, Batliəmiusun kəşflərini və Günəşdəki ləkələri 

tədqiq etsinlər. Bu alimlər yerin yuvarlaq (kürə) olduğuna inanırdılar. Onlar Günəşin 

vəziyyətini Palmir (Suriyada) və Sənccar (Əlcəzairdə) da eyni zamanda qeyd edib, ərz 

zaviyəsini ölçdülər. Ələ gələn məsahət 56 2/3 mail, yəni yarım mail bugünkü 

mühasibədən artıq idi. Əldə etdikləri nəticəyə görə yerin mühiti 35 min kilometr oldu. Bu 

alimlər tamamilə elmi çalışırdılar və təcrübəylə sübut olmayan şeyi qəbul etmirdilər. 860-

cı ildə Əbülfərqani tərəfindən tərif edilən heyət kitabı Avropa və Qərbi Asiyada 700 il 

elmi məxəz olub. 

Vil Durant Əbu Reyhan Biruni haqqında belə yazır: ―Bu alim Yerin yuvarlaq olduğuna 

inanırdı, Yerin cazibəsini kəşf və sübut etdi. Onun fikrinə görə, heyətin əsasını Yer 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

228 


kürəsinin vəzi və dövranı hərəkəti, yəni Günəşin dövrəsinə dolaşmağına əsaslanmaqla və 

ya əksinə izah və tərcih etmək olar.  

Rislerə görə, üsturlab müsəlmanlar tərəfindən ixtira edilib və düzəldilib, 10-cu əsrdə 

Avropaya gətirilib, 17-ci əsrdə qədər dənizçilər tərəfindən işlədilib. 

İslam alimlərinin kitabları İspaniyada ərəbcədən latın dilinə tərcümə edilərək əsrlərcə 

avropalıların dərslik kitabları oldu. 

Musiqi dəxi İslamın altun dövründə inkişaf etdi və riyaziyyatın bir şöbəsi kimi tədqiq 

edildi. Avropa müəlliflərinin çoxları İslam musiqisinin qaynağını qədim Türküstan 

musiqisi və qaraçıların musiqisi bilirlər. 

5-ci əsrdə Beşinci Bəhramın dəvəti ilə bir çox qaraçılar Hindistandan İrana gəldilər, bu 

şəkildə qaraçı musiqisi İrana gəldi, 9-cu əsrdə əsli Musul kürdlərindən olan məşhur 

müsəlman musiqişünası Zəryab bu musiqini Qurtubaya apardı. 10-cu əsrdə əsli türk 

(oğuz) olan böyük islam filosofu və musiqişünası Fərabi (Əbunəsir Muhəmməd bin 

Tarxan bin Özluq) bu məqamları elmi şəkildə tədvin etdi. Fərabi ―Əl-musiqi‖ kitabında 

Fisağorisin yanlış olan musiqinin asimanı (cosmotic) mənşəyini (ulduzlar və göy 

kürələrinin ahəng məqamati) rədd edir və musiqi səslərinin icadını havanın titrəməyinə 

və bu titrəmələrin dalğa uzunluğuna bağlayır. Təcrübəyə əsaslanan bu kəşfin nəticəsində 

musiqi alətlərinin qayırılmağında ehtiyac olan qaydaların sübutuna müvəffəq olur. Bu 

nailiyyətlərin nəticəsində müsəlman İspaniya və Portuqalda musiqi inkişaf etdi. 

Vil Durantın yazdığına görə, müsəlmanlar 7-ci əsrdən sonra qaydaya dayanan musiqi 

əsərləri yazmağa başladılar, səslərin ucalıq və uzunluğunu da sübut etdilər. Belə əsərlər 

12-ci əsrin sonuna qədər Avropada tanınmamışdır. Ona görə də Avropa musiqisi 12-ci 

əsrdən sonra islam musiqi təsiri altında yaranıb. 

Ədəbiyyat barədə vəziyyət eynidir. İngilis müəllifi Şarl Miller ―Muhəmməd (s.səlləm)in 

tarixi‖ kitabında belə yazır: ―Ədəbiyyat İtaliya və İspaniya yoluyla Avropada yayıldı. 

İspaniyada əski romanlar tamamilə islami fikirlər təsirilə yazılıb. Fransız xalq şeirindəki 

eşq cazibəsi, düşüncə və duyğunun həmahənglik, adət və ənənələrin əfsanəvi incəliyi və 

qadınların səciyyəvi xüsusiyyətləri şərq şeirindəkinin eynidir. Qafiyə daxi islami şeirlərlə 

Qərbə gəlib. 

Şovalye dastanlarında daxi islam qəhrəmanlarından ilham alınıb‖. J.Barru 1842-də çıxan 

―Müsəlman millətlərin tarixi‖ adlı kitabında yazır ki, islam mərdlik ruhunu din ilə 

birləşdirdi, bu mərdlik ruhu bütün müsəlman millətlərin ədəbiyyatında təcəlli etdi, 

onların vasitəsilə avropalılara aşılandı. 

Risler bu barədə deyir ki, Əndəlüsdə şeir ümumi bir adət kimi yayılmışdı, hətta hakim və 

əmirlər də şeir söyləyirdilər. 8-ci əsrdən sonra platonik eşq və duyğu ərəb şeirinin əsas 

temalarını təşkil edib. 11-ci əsrin sonlarından bu temalar Fransanın cənubundan 

Avropaya gəldi. Fransız xalq şairləri qurtubalı və zəccacəli müğənnilərini təqlid edirdilər. 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

229 


İspaniya həmasi romanları və Don Kixot dastanının mənşəyi də islami imiş. Servantesin 

fikrinə görə, dastanın əsli ərəbcə yazılıb. Dante daxi ―İlahi komediya‖sındakı bir çox 

gözəl səhnələri yazıb-yaradarkən ilhamını islam filosof və mütəsəvvifi İbn Ərəbidən alıb. 

Bu ədəbi mənzumədə calib və əfsanəvi behişt və cəhənnəm parçaları islami ədəbi 

obrazlarla doludur. 

Memarlıqda daxi qərb islama borcludur. Məscid ilk islami sənətin nümunəsidir. 

Məscidin ilk nümunəsini Peyğəmbər (s) Mədinədə verib. Səadət məscidi peyğəmbərin 

nəzarəti ilə 50 metr mürəbbəlik (kvadrat) bir yerdə tikildi. Memarlıq sənəti məscid və 

başqa binaların islam ölkə və şəhərlərində tikilməyilə inkişaf etdi. 

Professor J.P.Ru (Raux) ―Qərbdə islam‖ adlı kitabında islam memarisinin böyük 

kilsələrdə izləri barədə belə yazır: ―İspaniyada Toledu şəhərində tikilən Santa-Mariya 

Blanka kilsəsinin binasında islam memari şəkilləri işlənib. Bu ölkə də islam memarisini 

təqlid edərkən kilsə və tarixi binaların tikilməyində müsəlman əsirlərdən də istifadə 

edilib. Məscidlərin minarələrindən kilsələrin zəng bürclərini yapmaq üçün faydalanılıb. 

Belə nəzərə gəlir ki, Avropanın əsgəri memarisi daxi islami əsgəri memarisi təsiri ilə 

vücudə gəlib. Səlib müharibələrin bu işdə böyük rolu olub. Məsələn, Oqumurt 

istehkamatı Misirdə tikilən Dimat istehkamatından ilham alınaraq tikilib. Şəhər 

memarisində də avropalılar müsəlmanlardan çox şeylər öyrəniblər, məsələn, apartman və 

çoxmərtəbəli binaların tikilməyində, evlərdə sərin hava və sulama sistemini qurmaq 

işlərində müsəlmanlar önayaq olublar. 

Geyim və zahiri qiyafət işində də qərblilər Şərqdən təqlid edib bir çox şeylər alıblar. Əski 

yunanlılar və romalıların geyimi Quzey Afrikada olduğu kimi uzun köynək (ihram) imiş. 

Kot. şalvar, çəkmə, botun, börk Orta Asiyadan Avropaya gedib. Bu tarixi həqiqət 19-cu 

əsrdə Türküstanda qazıntı işləri görən ingilis, fransız və alman mühəqqiqlər heyəti 

tərəfindən kəşf edilib. Türküstandakı əski məbədlərin divarlarındakı şəkillər (nəqqaşlıq) 

bu gün Avropada qadın və kişilərin geyimlərinin bütün xüsusiyyətlərini göstərməkdədir. 

Professor Fon Lecoke (Lökok) bu şəkillərin nümunələrindən rəngli atlas düzəldərək 

1925-ci Berlində nəşr edib. 

Davamlı təmas və mədəni münasibətlər nəticəsində Qərb dillərinə islami dillərdən bir çox 

sözlər və terimlər keçmişdir ki, alkol, əlcəbr və digərləri onlardan nümunələrdir. Biz 

məqaləmizi uzatmamaq üçün verdiyimiz nümunə və misallara qənaət edirik. Bütün 

bunları nəzərə alaraq, belə nəticəyə gəlirik ki, bugünkü Qərb mədəniyyəti əski yunan və 

roma mədəniyyətinin ihyası (oyanışı) və ya tamamilə şəxsi təşəbbüsləri olmayıb, bəlkə 

daha çox islam mədəniyyətinin davamı olub. Bizim ulu babalarımızın Quran və İslamdan 

ilham alaraq qurduğu mədəniyyət Avropaya gedib, orada işlənib, inkişaf edib, bugünkü 

mərtəbəyə yüksəlib. 

 

 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

230 


Əlif Şəfəqin ―Ata və bic‖ romanının psixoloji alt qatları 

 

Türkiyənin tanınmış gənc qadın yazıçı-publisistlərindən Əlif Şəfəq (Elif Şafak) 



əsərlərinin yeni ideya məzmunu və mündəricəsi, hadisə və əhvalatlara təzə baxış bucağı, 

süjet və kompozisiya qurma ustalığı, tip və xarakter yaratma məharəti, zəngin dili və 

özünəməxsus üslub xüsusiyyəti (yeri gəlmişkən, qeyd edək ki, yazıçı ikidillidir və 

əsərlərini ingiliscə də yazır) ilə seçilən nasirlərdən biridir. 

1971-ci ildə Strasburqda doğulan yazıçı Ankaradakı Orta Doğu Texniki Universitetinin 

məzunudur. Uzun illər Avropa və Amerikada yaşamış və universitetlərdə işləmişdir. 

Siyasi elmlər sahəsində yazdığı doktorluq işi mükafata layiq görülüb. 1994-cü ildə ilk 

hekayələr kitabını nəşr etdirib. Sonrakı illərdə ona bir sıra mükafatlar qazandıran əsərlər 

yazıb. ABŞ və Avropanın ayrı-ayrı mətbuat orqanlarında yazıları dərc olunur. Kitabları 

müxtəlif dillərə tərcümə edilib. Onun son illərdə bir-birinin ardınca qələmə aldığı yeddi 

romanında Türkiyə sərhədlərindən kənarda cərəyan edən hadisə və əhvalatların, bir sıra 

xarici ölkə və şəhərlərin təsvir və təhkiyəsinin, personajlarının yerli və xarici ictimai-

siyasi mühit və fərqli məişət müstəvisində təhlilinin bu dərəcədə təbii alınmasında, 

görünür, xarici ölkələrdə yaşama amilinin də rolu az deyildir. 

Bunu xüsusi olaraq vurğulayaq ki, hal-hazırda ―Zaman‖ qəzetinin köşə yazarı olaraq 

aktiv publisistik fəaliyyətini davam etdirən Əlif Şəfəqə çox az sənətkara nəsib olan ədəbi 

tale qismət olmuşdur. Belə ki, o, işıq üzü görən ilk romanı ―Pinhan‖la tanınmış və geniş 

oxucu kütləsinin rəğbətini qazanmış, ədəbi ictimaiyyət tərəfindən qəbul edilmişdir. 

―Şəhərin aynaları‖, ―Bit Palas‖, ‖Əraf‖ və ―Mədd-cəzir‖ romanları ilə də 

ədəbiyyatsevərləri xəyal qırıqlığına düçar etməyən istedadlı yazıçı ingilscə yazdığı və 

müəllifin iştirakı ilə türkcəyə çevrilən haqqında danışacağımız ―Ata və bic‖ (―Baba ve 

Piç‖) romanından sonra daha da məşhurlaşmışdır. Yeri gəlmişkən, Türkiyənin televiziya 

kanallarından birinin ən sevilən seriallarından olan ―Xəlil və Bənövşə‖ (―Halil və 

Menekşe‖) filminin ssenari müəllifi də Əlif Şəfəqdir. 

Romanın təhlilinə keçmədən əvvəl xatırladaq ki, yazıçının qələmə aldığı sonuncu əsəri 

onun yenicə çapdan çıxmış avtobioqrafik səciyyəli ―Siyah süd‖ romanıdır (2008). Əsərdə 

yeni uşaq dünyaya gətirən qadınların keçirdiyi psixoloji böhranları, şəxsi problemlərlə 

məişət qayğıları arasında çırpınan ananın depresiyaları əks etdirilməyə çalışılır. 

Əlif Şəfəqin ―Ata və bic‖ romanını Azərbaycan oxucusuna ilk dəfə təqdim edən və əsər 

haqqında son dərəcə maraqlı məqalə yazan tanınmış yazıçı-publisist Rəşad Məciddir 

(―Yazıçının bicliyi‖, ―525-ci qəzet‖, 26 oktyabr 2006-cı il). 

Romanının alt qatı dərin ictimai-siyasi və tarixi hadisələrdən hörülüdür. 1915-ci ildən 

başlayaraq (məlum 1915-ci il hadisələrinin əsərdə bəhs edilən iki ailənin taleyinə təsiri 

romanın bütün süjeti boyu müzakirə olunur) bugünlərə qədər uzanan zaman dilimini 

əhatə edən əsər tarixi ekskurslar şəklində nəql edilən hadisə və əhvalatlarla xeyli 


 

“Çağdaş dünya ədəbiyyatı. Ədəbi söhbətlər. Müsahibələr.”.

 

Ə

dəbi-kulturoloji tərcümə e-Antologiyası 



Yeni Yazarlar və Sənətçilər Qurumu

 



 

www.kitabxana.net

 



 

Milli Virtual Kitabxana 

 

231 


zəngindir və zəncir halqaları kimi iç-içədir. Təhkiyəçinin nəqli anında iki müxtəlif 

məkanda yaşayan iki müxtəlif ailənin tarixin eyni zaman kəsiyində cərəyan edən 

hadisələrlərə münasibəti, o dönəmdə və hal-hazırda yolları-nın kəsişməsi romanda son 

dərəcə inandırıcı şəkildə və ustalıqla qurğulanmışdır. Əsərdə San-Fransisko və İstanbulda 

yaşayan insanların həyat tərzinin, məişətinin, mənəvi-psixoloji dünyasının müqayisəli-

qarşılaşdırmalı bədii təhlili, bu ölkələr, hətta qitələr arasında (Amerika – Avrasiya) 

yaşanan oxşar tarixi hadisələrin təsviri romanın əsas qayəsinin, yazıçı məramının 

açılmasına xidmət edən ədəbi fon, bədii kolliziya olaraq seçilmişdir. 

Əlbəttə, bütün dünyada geniş rezonansa, zaman-zaman siyasi mübahisə, hətta 

münaqişələrə yol açan hadisələrin bədii ədəbiyyata gətirilməsi böyük cəsarət tələb edir. 

Geniş erudisiyalı, necə deyərlər, Şərqi də, Qərbi də sadəcə mütaliə ilə deyil, həm də 

şəxsən yaşayaraq təcrübədən keçirən Əlif Şəfəq bunun fərqindəydi və onun bütün 

―gözlənilən və gözlənilməyən‖ hücumlara hazırlıqlı olduğu əsər işıq üzü gördükdən 

sonrakı dönəm içərisində yaşadıqları (məşhur 301-ci maddə ilə məhkəməyə verilməsi 

qarşısında mətanətlə duruşu, demokratiya oyunları ilə ikili standartlardan əl çəkməyən 

―demokratların‖ hay-küyünə aldanmaması, onu vətənə xəyanətdə, türklüyü aşağılamaqda 

ittiham edənlərə layiqli cavabları, fürsətdən istifadə edib onu öz qondarma ―soyqırım‖ 

təbliğatına qoşmaq istəyən erməni diasporasını əlinin tərsi ilə kənarlaşdırması və s.) sübut 

elədi. 

Türkiyə mətbuatının bir-birinə zidd, tamam fərqli qiymətləndirmələrinə baxmayaraq, 



sağçı, solçu, islamçı, yaxud millətçi mətbuatın nə deməsindən asılı olmayaraq, türk və 

dünya ədəbiyyatına yeni, çox istedadlı bir yazıçının gəldiyi artıq ədəbi fakt olaraq ortada 

idi. Roman əleyhdarlarının dediyi kimi, heç də ―bəsit söz yığını‖ deyil. Bir tərəfdən 

həddən artıq canlı, diri söhbətlər, bir tərəfdən əsərin maraqlı, gözlənilməzliklərlə zəngin 

süjet xətti göstərir ki, Əlif Şəfəq ən yeni türk nəsrində öz sözü və çəkisi olan peşəkar bir 

nasir, istedadlı bir yazıçıdır. R.Məcidin yuxarıda adı çəkilən məqaləsində qeyd etdiyi 

kimi, ―reklama, yoxsa antireklama xidmət etməsindən asılı olmayaraq, məhkəmə prosesi 

həqiqətən romanı diqqət mərkəzinə çəkmişdi… Çünki romanda ermənilərin dilindən 

səslənən, türklərin guya ermənilərə qarşı soyqırım törətmələrilə bağlı cümlələrdən daha 

qəliz, daha mübahisəli məqamlar əsərin alt qatlarındadır və əslində həmin məqamlar 

qabardılmaq, müzakirəyə çıxarılmaq üçün ―gəl-gəl‖ deyir‖. 

Həqiqətən də romanda qarışıq və eyhamlarla dolu alt qatlarda gizlənən xeyli məqamlar 

var ki, onlar yazıçının ―erməni soyqırımı‖ barədə işlətdiyi cümlələrdən daha artıq 

dərəcədə ―türklüyü aşağılayan fikirlər‖ şəklində yozula və yaxud da əksinə, ermənilərin 

bir millət halında təhqir olunması kimi qiymətləndirilə bilər. R.Məcidin aşağıdakı 

mülahizələri də dəqiq və sərrastdır: ―Əsərdə bu iki xalqın bir-biriylə yanaşı yaşamasının 

yalnız fəlakət gətirəcəyi mənasında yozula biləcək məqamlar olduğu kimi, bu 

birgəyaşayışın qazandıracağı üstünlüklərə işarə vuran notlar da tapmaq mümkündür‖. 

―Ata və bic‖ romanı erməni əsilli Çakmakçıyanlarla türk əsilli Qazançıların ailə-məişət 

məsələlərinin, bu ailələrin bir-biri ilə olan şaquli və üfüqi əlaqələrinin bədii təhlilinə həsr 



Yüklə 3,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin