Yoluxucu xəstəliklər ixtisası üzrə yeni nümunəvi test sualları
1) Yoluxucu xəstəliklərdə spesifik laborator müayinə üsulu hansıdır ?
A) histoloji
B) hemoqramma
C) biokimyəvi
D) urinoqramma
E) bakterioloji
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
2) “Ksantoxromatoz” simptomu aşağıdakı hansı halların birinə deyilir ?
A) Döş qəfəsi nahiyyəsində saralma
B) Kürək nahiyyəsində saralma
C) Qarın nahiyyəsində saralma
D) Ovucun və ayaqaltının dərisinin saralması
E) Yuxarı ətrafların dərisinin saralması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
3) “Jilber” sindromunun manifestasiyası nə zaman baş verir ?
A) mexaniki sarılıq
B) qarın yatalağı
C) virus hepatitləri
D) dizenteriya
E) vəba
Ədəbiyyat: Ədəbiyyat: Шлоссберг Д., Шульман И. Дифференциальная диагностика инфекционных болезней. С.-Пб., 1999 – 306 с. Шаханина И.Л. Руководство по эпидемиологии инфекционных болезней , М., Медицина, 1993, т.1, 192 с.
4) “Kurvuazye” simptomu hansı hallarda müsbət olur ?
A) dizenteriya
B) mexaniki sarılıq
C) A virus hepatiti
D) qarın yatalağı
E) vəba
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
5) Aşağıdakı hansı sarılıq zamanı dəri qaşınmır ?
A) A hepatiti sarılığı
B) mexaniki sarılıq
C) B hepatiti sarılığı
D) leptospiroz sarılığı
E) C hepatiti sarılığı
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
6) Aşağıdakı hansı infeksiya zamanı sarılıq hemolitik ola bilər ?
A) A virus hepatiti
B) listerioz
C) leptospiroz
D) B virus hepatiti
E) C virus hepatiti
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
7) İnfeksion xəstəliklərin qeyri-spesifik müalicə metodlarına nə aiddir?
A) Hemodializ, plazmoferez
B) Dezintoksikasion terapiya
C) Bütün sadalananlar
D) Qan preparatları və qan əvəzedicilər
E) Kortikosteroid terapiya
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
8) Profilaktik peyvəndlər üçün nələr istifadə olunur?
A) Bütün sadalananlar
B) Anatoksinlər
C) Kimyəvi vaksinlər
D) Öldürülmış vaksinlər
E) Diri vaksinlər
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
9) Qarın yatalağının törədicisi üçün səciyyəvi deyil:
A) B qrupu salmonellalara aiddir
B) Yalnız insan üçün patogendir
C) D qrupu salmonellalara aiddir
D) Spor və kapsul əmələ gətirmir
E) Ekzotoksin əmələ gətirir
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
10) Qarın yatalağı üçün hansı mövsümi xüsusiyyətlər xasdır:
A) Yaz-qış
B) Yoxdur
C) Payız-qış
D) Yay- payız
E) Yaz-yay
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
11) Paratif bakteriyaları üçün səciyyəvi deyil:
A) 100°C temperaturda tez məhv olur
B) D qrupu salmonellalara aiddir
C) Fermentativtoksiki maddələr hazırlayır
D) Endotoksinə malikdir
E) Xarici mühitdə yaxşı saxlanılır
Ədəbiyyat: Ədəbiyyat:N.N.Əliyev. İnfektologiya.
12) Qarın yatalağının patogenezinin əsas həlqələridir:
A) Mezenterial limfa düyünlərinin limfadenitinin inkişafı
B) Bakteriemiya, parenximatoz diffuziya
C) Bütün sadalananlar
D) Törədicinin orqanizmdən ifraz olunması, immunitetin formalaşması
E) Nazik bağırsaqda törədicinin orqanizmə daxil olması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
13) Orqanizmdə qarın yatalağı çöplərinin bu yolla miqrasiyası mümkün deyil:
A) Bağırsaq epitelindən qana bilavasitə daxil olması
B) Törədici limfatik sistemdə toplandıqdan sonra bakteriemiya
C) Limfatik yollarla mezenterial və arxa qarın limfa düyünlərinə daxil olması
D) Bağırsaq divarının limfatik follikullarına daxil olması
E) Döş limfatik axarına daxil olması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh. Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
14) Qarın yatalağı zamanı bakteriyagəzdiriciliyin inkişafını müəyyən edir:
A) Törədicinin virulentliyi
B) İmmunitetin individual qeyri-mükəmməl olması
C) Antibakterial terapiyanın müddətinin qısaldılması
D) Bağırsaqda reparasion proseslərin xüsusiyyətləri
E) Xəstəliyin residivli gedişi
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
15) Qarın yatalağı zamanı hərarət bu əlamətlərlə xarakterizə olunmur:
A) Adətən 39°C-ni keçmir
B) Febril xarakterlidir
C) Orta müddəti 13-15 gündür
D) Gündəlik dəyişiklik adətən 1°C-dən çox olmur
E) Qeyri-düzgün və remittəedici tipdə ola bilər
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
16) Qarın yatalağı zamanı tənəffüs orqanlarının zədələnməsi:
A) Bronxit
B) Pnevmoniya
C) Plevrit
D) Ağciyər absesi
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
17) Qarın yatalağı zamanı ağız boşluğunda qeyd olunur:
A) Bütün sadalananlar
B) Dilin yan səthlərində dişlərin izləri
C) Ödemli, ölçücə böyümüş dil
D) Hiperemiya, ağız-udlaqda iltihabi dəyişikliklər
E) Dil massiv boz-ağ, bəzən qəhvəyi rəngli ərplə örtülüdür
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
18) Qarın yatalağı zamanı infeksion-toksik şok üçün səciyyəvidir:
A) Arterial təzyiqin azalması, taxikardiya
B) Bütün sadalananlar
C) Xəstəliyin qızğın dövründə (2-3-cü həftədə) inkişaf edir
D) Mikrosirkulyasiyanın pozğunluğu əlamətləri
E) Xəstənin vəziyyəti pisləşdikdə bədən hərarətinin kəskin azalması
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
19) Qarın yatalağı zamanı bağırsaq qanaxması:
A) Onun baş verməsində qanın laxtalanma qabiliyyətinin azalması rol oynamır
B) Bütün xəstələrdə müşahidə olunur
C) Hərarətin yüksəlməsi ilə müşahidə olunur
D) Çox vaxt xəstəliyin 2-ci həftəsinin sonu, 3-cü həftəsində inkişaf edir.
E) Letal nəticələrin səbəbi deyil
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
20) Qarın yatalağının bakterioloji diaqnostikası üçün istifadə olunmur:
A) Qan
B) Öd
C) Sümük iliyi.
D) Onurğa beyin mayesi
E) Nəcis və sidik
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
21) Salmanellyoz zamanı intoksikasiyanın ifadəliyi bu simptomla müəyyən olunmur:
A) Oynaqlarda sınma, ağrı hissi
B) Baş ağrıları
C) Defekasiyanın sayı ilə
D) Başgicəllənmə
E) Ümumi zəiflik
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
22) Salmanellyoz zamanı qastrointestinal sindromun xüsusiyyətidir:
A) Epiqastral, göbəkətrafı və ileosekal nahiyyələrdə palpasiya zamanı ağrılar
B) Qarında sancışəkilli, defekasiya aktından qabaq güclənən ağrılar
C) Böyük həcmli, sulu, pis iyli nəcis
D) .Davamlı ürəkbulanma, yüngüllük gətirməyən qusma
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
23) Salmanellyoz zamanı nəcisin bu cür dəyişilməsi qeyd olunmur:
A) Nəcis xarakterini saxlamış duru və sulu
B) Selikli-qanlı
C) Bataqlıq lili tipli
D) «Moruq jelesi:» tipli
E) «Ət suyu» tipli
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с.
24) Salmanellyoz zamanı sinir sisteminin zədələnməsi əlaməti deyil:
A) Meningeal simptomlar
B) Baş ağrıları
C) Zəiflik, süstlük
D) Yuxunun pozulması
E) Ürəkbulanma, qusma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
25) Salmanellyozun generalizəolunmuş formasının septiki variantınabütün sadalananlar aiddir, bundan başqa:
A) Titrətmələr, tərləmə
B) İkincili septikopiemik ocaqların formalaşması
C) Uzun müddətli qastroenteritik sindrom
D) Qeyri-düzgün tipli hərarət, xəstəliyin gedişinin tsiklik olmaması.
E) Hepatosplenomeqaliya, sarılığın mümkünlüyü
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
26) Salmanellyoz zamanı xəstəliyin ağırlıq dərəcəsi meyarı deyil:
A) Miokardın toksiki zədələnməsi
B) İntoksikasiyanın ifadəliyi
C) İnkubasion dövrün uzunluğu
D) Defekasiyanın sayı
E) Hərarət
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
27) Qida toksikoinfeksiyalarının epidemiologiyası bununla xarakterizə olunmur:
A) Qida maddələrinin endogen infeksiyalaşması mümkündür
B) Törədici qidaya xarici mühitdən düşür
C) Parenteral yoluxma mümkündür
D) Çox zaman epidemik alovlanmalar şəklində təsadüf edilr
E) Yoluxma yolu alimentardır
Ədəbiyyat: Ədəbiyyat :Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
28) Qida toksikoinfeksiyarı zamanı qastroenterit sindromunun inkişafı və su-elektrolit itkiləri əlaqədardır:
A) Bağırsaq sekresiyasının stimulyasiyası ilə
B) Su və elektrolitlərin rezorbsiyasının pozulması ilə
C) Bütün sadalananlarla
D) Xlor ionlarının sekresiyasının güclənməsi, natriumun spontan reabsorbsiyasının azalması ilə
E) Adeniltsiklazanın aktivləşməsi, tsiklik adenozin 3,5-monofosfatın sintezinin güclənməsi ilə
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
29) Bu xəstəlikləri olan şəxslər stafilokokun enterotoksik ştamlarının gəzdiriciləri deyil:
A) Xronik tonzillit
B) Xroniki xolesistit, pielonefrit
C) Dərinin irinli xəstəlikləri
D) Xroniki rinit
E) Dişlərin kariyesi
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с.
30) Klostridiya etiologiyalı qida toksikoinfeksiyalarının xarakter kliniki simtomlarına aiddir:
A) Ürəkbulanma, qusma
B) İfadəli susuzlaşma, hərarətin olmaması
C) Qarında güclü ağrılar
D) Gün ərzində 20 dəfə və daha çox saylı duru qanlı ishal
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с.
31) Zəhərli göbələklərlə zəhərlənməni qida toksikoinfeksiyalarından fərqləndirməyə kömək edir:
A) Qaraciyərin erkən böyüməsi və ağrılı olması, sarılıq
B) Baş ağrıları, başgicəllənmə, zəiflik, hipotoniya
C) Ürəkbulanma, qusma, tez-tez duru nəcis ifrazı
D) Su-elektrolit pozğunluqları
E) Qarında ağrılar
Ədəbiyyat: Ədəbiyyat : Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с.
32) Botulizm zamanı bu göz simptomları rast gəlmir:
A) Midriaz, nistaqm
B) Göz almalarının hərəkətinin məhdudlaşması, ekzoftalm
C) Ptoz
D) Bəbəklərin işığa süst reaksiyası, konvergensiyanın və akkomadasiyanın pozulması
E) Korneal refleksin güclənməsi
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
33) Botulizm zamanı qlossofarinqonevroloji pozğunluqların əlaməti deyil:
A) Udmanın pozulması, mayenin burundan qayıtması
B) Burun çalarlı nitq, dizartriya
C) Səsin xırıltılı olması, afoniya
D) Ağızın açılmasının çətinləşməsi, çeynəmə zamanı ağrı
E) Ağızda quruluq
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
34) Botulizm zamanı əzələlərin innervasiyasının pozulması bununla təzahür etmir:
A) Yerişin pozulması
B) Kəskin ümumi zəifliklə
C) Tənəffüs əzələlərinin çatmamazlığı
D) Dəri hissiyyatının pozulması ilə
E) Boyun və yuxarı ətraf əzələlərinin parezi və zəifliyi
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
35) Botulizm zamanı xəstəliyin erkən dövründə müşahidə olunur:
A) Bütün sadalananlar
B) Arterial təzyiqin yüksəlməsi
C) Dəri örtüklərinin solğun olması
D) Taxikardiya
E) Sadalananlardan heç biri
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.
36) Botulizm zamanı xəstəliyin ağırlığının meyarı deyil:
A) Hemodinamik pozğunluqlar
B) Miastenik sindromun ifadəliyi
C) Kəskin tənəffüs çatmamazlığının dərəcəsi
D) Qastrointestinal sindromun ifadəliyi
E) Udmanın pozulması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
37) Botulizm zamanı etiotrop vasitə kimi istifadə olunur:
A) Vankomisin
B) Penisillin
C) Levomisetin
D) Kanamisin
E) Azitromitsin
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
38) Botulizm zamanı patogenetik vasitə kimi istifadə olunmur:
A) Hemodializ
B) Mədənin yuyulması və təmizləyici imalə
C) Dezintoksikasiya
D) Xəstənin adekvat qidalanmasının təmin olunması
E) Hiperbarik oksigenasiya
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
39) Dizenteriya zamanı həzm traktının zədələnməsinin ən çox rast gələn lokalizasiyası:
A) Mədə
B) Bütün sadalananlar
C) Yogun bağırsağın distal hissəsi
D) Nazik bağırsaq
E) Yoğun bağırsağın proksimal hissələri
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
40) Xronik dizenteriyanın xarakter klinik xüsusiyyəti deyil:
A) Davamlı hemodinamik pozğunluqlar xasdır
B) Palpasiya zamanı bərkləşmiş, ağrılı, hərəkəti məhdudlaşmış S-varı bağırsaq müəyyən olunur
C) 2 formada rast gəlir: residivləşən və fasiləsiz
D) Nəcis ifrazı tezləşib, nəcis adətən az miqdarda, sıyıqşəkilli, çoxlu miqdarda selik, çox vaxt qan qarışığı ilə
E) Tenezmlərin və yalançı çağırışların olması xasdır
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
41) Yaşlı şəxslərdə dizenteriyanın gediş xüsusiyyəti deyil:
A) Çox vaxt yanaşı xəstəliklərin əlverişsiz fonunda cərəyan edir
B) Kolitik sindromun olmaması
C) Xəstəliyin daha ağır gedişi
D) Bütün cavablar doğrudur
E) Çox vaxt xəstəliyin yarımkəskin və xroniki gedişi müşahidə olunur
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
42) Eşerixiozun əsas epidemioloji xüsusiyyəti deyil:
A) Qida toksikoinfeksiyası kimi baş verir
B) İnfeksiya mənbəyi-xəstə insan və ya bakteriyagəzdiricidir.
C) Əsasən ilin isti vaxtlarında rast gəlir
D) Yoluxmanın su yolu mümkündür
E) Çox vaxt infeksiya insandan insana ötürülür
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.
43) Vəbanın törədicisi üçün səciyyəvi deyil:
A) 5 faqotipi var
B) Böyük polimorfizmə malikdir
C) Qələvi peptonlu suda və ətli-peptonlu aqarda yaxşı bitir
D) Qram mənfidir
E) Obliqat anaerobdur
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
44) Vəba vibrionu üçün səciyyəvidir:
A) Xolerogen-ekzotoksin
B) Sadalananlardan heç biri
C) Bütün sadalananlar
D) Hüceyrə toksini-keçiricilik faktorudur
E) Bakterial qışa toksini-endotoksin
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
45) Vəba zamanı bakterioloji müayinə olunmalıdır, bundan başqa:
A) Qusuntu kütlələri
B) Qan
C) Meyitlərin nazik bağırsağının kəsikləri
D) Öd
E) Nəcis
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
46) Vəbanın patogenezində rol oynamır:
A) Hemokonsentrasiya, hipovolemiya, metabolik pozğunluqların inkişafı
B) Zərdab zulallarının itirilməsi
C) Vibrionların nazik bağırsağa daxil olması və çoxalması
D) Elektrolit diareya sindromunun inkişafı
E) Vəba vibrionları tərəfindən tsiklik adenozinmonofosfat sistemini aktivləşdirən enterotoksinin və neyraminidazanın ifrazı
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
47) Vəba zamanı suyun itirilməsi bunun hesabına olmur:
A) Damardaxili mayenin
B) Hüceyrəxarici mayenin
C) Bütün cavablar döğrudur
D) Hüceyrədaxili mayenin
E) Perspirasiyanın
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
48) Vəba zamanı patoloqoanatomik dəyişikliklər:
A) Bütün toxumaların kəskin susuzlaşması, qanın qatılaşması
B) Parenximatoz orqanlarda-distrofik dəyişikliklər
C) Mədənin, nazik və yoğun bağırsağın selikli qışası doluqanlı, kiçik qansızmalarla
D) Seroz qışalar doluqanlıdır, nöqtəvari qansızmalarla
E) Bütün sadalananlar
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр.
49) Vəbanın aşağıdakı klinik formaları mümkündür:
A) Vəba enteriti və qastroenteriti
B) Bütün sadalananlar
C) Vəba qastroenterokoliti
D) Vəba enterokoliti
E) Vəbanın algid forması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
50) Vəbanın yüngül formasının klinik əlaməti deyil:
A) 10 dəfədən çox olmayan ishal
B) Ağzın selikli qışasının mülayim quruluğu
C) Febril hərarət
D) Əzələ qıcolmalarının olmaması
E) Qanın qatılaşması olmur
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр.
51) Vəbanın orta-ağır formasının klinik əlaməti deyil:
A) Ağzın selikli qışasının ifadəli quruluğu
B) Lokal qıcolmalar
C) Febril hərarət
D) Dərinin turqorunun azalması
E) Gün ərzində 10-15 dəfəyədək böyük miqdarda ishalın olması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
52) Vəbanın ağır formasının klinik əlaməti deyil:
A) Anuriya
B) Saysız-hesabsız qusma və ishal
C) Təngnəfəslik, total sianoz
D) Subnormal hərarət
E) 3-cü dərəcəli susuzlaşma
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
53) Vəba nəticəsində inkişaf edən hipovolemik şok zamanı rast gəlmir:
A) Taxikardiya, təngnəfəslik, sianoz, hipotenziya
B) Çoxsayli, böyük miqdarda nəcis ifrazı
C) Arterial qanın hipoksiyası, venoz qanın hiperoksiyası
D) Anuriya
E) Dövr edən qanın və plazmanın azalması, qanın qatılaşması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
54) Vəba zamanı inkişaf etmış kəskin böyrək çatmamazlığının səbəbi deyil:
A) Hipokaliemiya
B) Qanın qatılaşması
C) Hipovolemiya
D) Arterial təzyiqin azalması
E) Yumaqcıq filtrasiyasının pozulması
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
55) Vəba zamanı xəstələrin rehidratasiyası üçün istifadə olunmur:
A) Disol məhlulu
B) Kvartasol məhlulu
C) Poliqlyukin
D) Xlosol, Laktosol məhlulları
E) Trisol məhlulu
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с
56) Vəba zamanı bu antimikrob preparatlardan istifadə olunmur:
A) Tetrasiklin
B) Sulfanilamidlər
C) Levomisetin
D) Ftorxinolonlar
E) Nitrofuran sırası preparatları
Ədəbiyyat: Ədəbiyyat : N.N.Əliyev. İnfektologiya. Rəhbərlik, Bakı, 2007, 590 səh.; В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр.
57) Rotavirusların çoxalması əsasən epitel hüceyrələrində baş verir, bundan başqa:
A) Yoğun bağırsağın
B) Sidik yollarının
C) Mədənin
D) Nazik bağırsağın
E) Yuxarı tənəffüs yollarının
Ədəbiyyat: Ədəbiyyat : В.Ф.Учайкин. Руководство по инфекционным болезням у детей.ГЭОТАР МЕДИЦИНА 1998-808 стр.
58) Rotavirus qastroenteriti zamanı diareyanın mexanizmi deyil:
A) Selikli qışanın iltihabı nəticəsində peristaltikanın güclənməsi
B) Nazik bağırsaqda mayenin sorulmasının pozulması
C) Orqanizmin toxumalarından bağırsaq boşluğuna mayenin paylanması
D) Parçalanmamış disaxaridlərin toplanması və yoğun bağırsaqda osmotik təzyiqin yüksəlməsi
E) Disaxaridləri parçalayan fermentlərin kifayət etməyən sintezi
Ədəbiyyat: Ədəbiyyat : Шувалова Е.П. Инфекционные болезни. М., Медицина, 1990 – 558 с.; Н.Д.Ющук, Ю.Я.Венгеров.Инфекционные болезни: национальное руководство. М.: ГЭОТАР – Медиа, 2009.-1056 с.
Dostları ilə paylaş: |