Konteyner kranı (həmçinin, konteyner aşıran portal kran və ya gəmidən-quruya yerdəyişmədə istifadə olunan kran) konteyner terminallarında intermodal konteynerləri konteyner gəmilərinə yükləyən və boşaldan ən böyük liman portal kranının bir növüdür. Bu kranlara sprinder deyilir. Bu sprinderlər vasitəsilə konteynerlər aşırılan zaman onun ucluqları konteynerlərin "künc dəmir"lərinə keçir və bunun vasitəsilə konteynerlər aşırılan zaman möhkəm qalır. Normal konteyner kranları 1 dəfəyə yalnız 1 konteyner nəql edə bilir, lakin bəzi yeni kranlar 1 dəfəyə 2 və ya 4 20 futluq konteynerləri aşırmaq gücünə malikdir.
Ölçülər.Konteyner kranları əsasən yükqaldırma qabiliyyətinə görə və yükləyib boşaldan konteyner gəmilərinin ölçülərinə görə klassifikasiya olunurlar.
Panama. Panama kranı Panama kanalından keçə bilən koteynerdaşıyan gəmini tam olaraq yükləyib və boşaltmaq qabiliyyətinə malikdir (12-13 geniş konteynerlər).
Post-Panama.“Post-Panama” kranı Panama kanalının ölçülərindən geniş olan konteynerdaşıyan gəmilərin yüklənməsini və boşaldılmasını həyata keçirə bilər