Kiçik ölçülülər. Kiçik konteyner kranları əsasən gəmidən dəmiryol yarımvaqonlarına, avtomobil qoşqularına və əksinə istiqamətdə konteynerləri aşıranda istifadə olunur.
Əməliyyatlar. Kran kabinada oturmuş operator tərəfindən vaqonetdən idarə olunur. Vaqonet kranın üst tərəfində relslər üzərində yerləşir və relslər boyu hərəkət edə bilir. Sprinder konteyneri qaldırmazdan əvvəl qıfıllarlar bərkidir, dokun üzərindən köçürür və limanın tretoriyasında və ya avtomobil treylerlərində yerləşdirir. Kran həmçinin gəminin üzərinə yükləmək üçün konteynerləri dokların üzərindən qaldırır.
Güc qurğuları.Konteyner kranlarında əsasən 2 növ güc qurğularından istifadə olunur: dizel mühərriklə idarə olunan və elektriklə idarə olunan kranlar. Elektrik enerjisi ilə işləyən kranlardan daha çox istifadə olunur. Tələb olunan gərginlik 4000-13,200 volt arası dəyişə bilər.
Tarixi. Kranlar orta əsrlərdən başlayaraq limanlarda istifadə olunmuşdur. Müasir intermodal konteyner aşıran kranlar İkinci Dünya müharibəsində və Korea müharibəsi illərində, yəni 1950-ci ilin ortalarında yaranmış və inkişaf etmişdir.