Yükləmə-boşaltma əməliyyatlarının gəmi daşımalarına təsirinin tədqiqi (Disertasiya işinin adı) İхtisaslaşma: tm 100005-«Nəqliyyatda daşımaların və idarəetmənin təşkili»



Yüklə 1,15 Mb.
səhifə21/41
tarix06.03.2022
ölçüsü1,15 Mb.
#53438
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
SON

Konteynerdaşıyan gəmilər.

Yükləmə və boşaltma əməliyyatları üçün limanda itirilən zamanı qısaldan bu cür gəmilər olduqca yenidir. Konteyner gəmilərin xüsusiyyəti olan konteynerlər quru yol daşımalarında da yükləmə problemini asanlaşdırır. Konteynerlər dəyişik ölçülərdə (6.1 m uzunluğunda, 12,2 m uzunluğunda s.) istehsal olunub. Gəmilərin anbarlarının uzunluğu müəyyən sayda konteyner alacaq ölçüdə hesablanır, ayrıca soyutma tələb edən konteynerlər üçün soyuducu üçün də yer ayrılır. Bu gəmilərdə kameralar və maşın şöbəsi ümumiyyətlə gəminin arxa tərəfində inşa edilir. Beləcə göyərtədə həm yükləmə-boşaltma üçün, həm də böyük kran üçün geniş bir sahə buraxılır. Doklardakı konteyner kranları və daşıyıcı avtoyükləyicilər ancaq standart ölçülərdəki konteynerləri qaldırır və müəyyən ölçülərdəki anbar qapaqlarından keçirir. Konteynerlər gəmi ambarına baş-ayaq istiqamətində yerləşdirilir. Bu üsulla həm yükün daha az sarsılması təmin edilir, həm də avtomobil və ya dəmiryoluna gəmidən edilən birbaşa aşırma asanlaşdırılır. Konteyner gəmilərinin bir üstünlüyü də göyərtədə konteynerin daşınıla bilməsidir, amma bunun miqdarı anbar qapaqlarının dayanıqlılığına və dispetçer körpüsünün görüş bucağının qabağının alınmamasına görə müəyyən edilir. Yüklə hərəkət edərkən gəminin ağırlıq mərkəzi yüksələcəyi üçün tarazlığına tez-tez nəzarət edilməlidir. Əks halda gəminin yatmasına ya da aşmasına səbəb ola bilər. Göyərtə üstünə yüklənən konteynerlərin hamısı qarmaqlı tellər və vintlərlə ya da polad tellərlə bağlanaraq dənizə düşmələrinin qabağı alınır. 2010-cu il etibari ilə dünyada 9535 konteyner gəmisi vardır.

Konteyner gəmilərinin sürəti əsasən 21–25 knot (uzel) olur.

Əvvəllər konteyner ölçüləri Amerika tərəfindən təyin olunmuş daha sonra ölkələr hətta qitələr arası (xüsusilə Avropa və Yaponiya) konteyner daşımalarının inkişafı yükləmə-boşlatmalarda asanlıq və birlikdəliyin təmin edilməsi düşüncəsi ilə yeni standartların təyin olunması gərəyi doğulmuşdur. Bu mövzuda inkişaf etmiş olan ölkələrin cəhdləri ilə konteynerlərin eyni ölçülərdə (10', 20', 30', 40' kimi) edilməsi düşüncəsindən yola çıxılaraq da yeni standartlar yəni bugünkü ISO standartları təyin olunmuşdur.

Konteyner istifadə etmənin təmin etdiyi asanlıq və faydaları səbəbiylə konteyner taşımacılığı sürətli bir inkişaf göstərmişdir. Standartların tutulması və artan yük müxtəlifliyinə paralel olaraq konteyner tiplərində də inkişaflar olmuşdur. Hər cür yükə xitab edəcək şəkildə indiki vaxtda bir çox sahədə geniş şəkildə istifadə edilən konteyner növləri (normal, reefer, tank, bulk vs.) çıxarılmışdır.

Konteyner istifadəsinin bütün dünyada sürətlə yayılması təbii olaraq konteyner gəmilərində də sürətli bir inkişafı özü ilə gətirmişdir. Məsələn əvvəllər müxtəlif yüklər ilə konteynerlər (general yük - konteyner, tökmə yük - konteyner ) eyni gəmilərdə daşınarkən indiki vaxtda yalnız konteyner daşımaq üçün dizayn edilmiş gəmilərin sayı və tutumları da hər keçən gün artmaqdadır. Hazırki dövürdə 12.000-14.000 TEU tutumlu konteyner gəmiləri səfərlərə başlamışdır.

Təkcə konteyner daşınan ilk dəniz daşıması 1951-ci ildə Danimarkada baş vermişdir. Həmin il Seattle ilə Alyaska arasında konteyner daşımaları həyata keçirilməyə başlanmışdır. Konteyner daşımaq üçün ilk inşa edilən xüsusi gəmi Clifford J. Rodgers 1955-ci ildə Montreal-da inşa edilmiş və ilk reysində Vancouver – Alaska xəttində 600 konteyner daşımışdır.

Konteyner gəmiləri yük gəmiləri sinfinə daxildir və intermodal konteyner daşımalarını həyata keçirir. Konteyner gəmiləri əsasən 20 futluq (TEU) konteynerləri daşımaq üçün dizayn olunub. Lakin bəzi tipik konteyner gəmiləri həm 20 futluq və həm də 40 futluq İSO standartlı konteynerləri bir yerdə daşımaq üçün inşa olunublar.

General (quru) yüklərin 2 əsas növü vardır: Səpilən yüklər və qalama yüklər. Səpilən yüklər, məsələn taxıl və ya daş kömür gəminin gövdəsində əsasən böyük həcmdə və paketsiz danışılır. Qalama yüklər digər tərəfdən, paketlərdə nəql edilir və ümumiyyətlə sənaye əhəmiyyətli mallar daşınılır. Konteynerləşdirmədən əvvəl 1950-ci illərdə, qalama yüklər gəmilərə tək tək yüklənilib boşaldılır və gəmilərdə açılıb bağlanmaq məcburiyyətində qalırdı. Ancaq konteynerləşdirmənin tətbiqindən sonra həcmi 1000fut3-dan 3000fut3-a (28m3-dan 85m3-a qədər), çəkisi isə 29,000 kq-a qədər yüklərin konteynerlərə yükləyib boşaltmaq mümkündür və bu zaman onları təhlükəsiz şəkildə gəmilərdə daşımaq olur.

Konteynerləşdirmənin tətbiqindən sonra qalama yüklərin daşıma effektivliyi xeyli artmış, həmçinin 84% gəmi daşımaları vaxtına və 35% xərclərə qənaət edilmişdir. 2001-ci ildə dünya ticarətində səpilən yüklərdən başqa digər yüklərin 90%-dən çoxu İSO standartlı konteynerlərdə nəql edildi. 2009-cu ildə dünya üzrə daşınan quru yüklərin demək olar ki dörddə biri, ehtimal olunan 125 milyon TEU ilə və ya yükün 1.19 milyard metrik ton dəyəri konteynerlərlə gəmilərdə daşınılıb.

Tipik konteyner daşıyan gəminin gövdəsi şaquli bələdçi relsləri ilə kameralara bölünülən nəhəng anbardır. Bu kameralar qabaqcadan qalaşdırılan yükü konteynerdə daşımaq üçün dizayn olunublar. Gəmiçilikdə istifadə olunan konteynerlər əsasən polad lövhələrdən hazırlanır, lakin başqa materiallardanda, məsələn alümindan, möhkəm kartonlardan və ya fanerdən hazırlanan konteynerlərdən də istifadə olunur. Konteynerlərin bir neçə tipi var və onlar onların ölçülərinə və funksiyalarına müvafiq olaraq kateqoriyalara bölünürlər.

Bu günkü gündə dünya üzrə səpilən yüklərdən başqa yüklərin təxminən 90%-i konteynerlərdə daşınılır və müasir konteyner gəmiləri 16,020TEU konteyner daşıya bilir (CMA CGM Marco Polo). Bir sinif kimi hal-hazırda konteyner gəmiləri okeanda rəqibləri xam neft tankerləri və bulkerlər kimi ən böyük ticarət gəmilərindən üstünlük təşkil edir.

Baxmayaraq ki, konteynerləşdirmə dünyada yükdaşımalarda inqilaba səbəb oldu, amma ona keçid çoxda asan olmadı. Çünki onu tətbiq etmək üçün limanlar, dəmiryol kompaniyaları və gəmi sahibləri çox böyük xərc çəkdilər. 1966-cı ildə ABŞ-dan Hollandanın Rotterdam şəhərinə konteyner layneri xidməti başlandı. Konteynerləşdirmə təkcə gəmi ilə daşınmanın üzünü dəyişmədi, həmçinin o dünya ticarətini də yenidən qurdu. Konteynerdaşıyan gəmi ənənəvi yük gəmisinin günlərlə yüklənib boşaldılmasından fərqli olaraq bir neçə saata yüklənib boşaldıla bilər. Bundan başqa işçi qüvvəsi xərclərini azaldır, əhəmiyyətli dərəcədə reysin müddətini azaltmışdır. Məsələn, Avropaya Hindistandan daşınılan yük ayların əvəzinə bir neçə həftəyə gəlib çata bilir və ya əksinə. Həmçinin konteynerlərdə daşınma zamanı yüklərlə az rəftar edildiyi üçün itkilərin miqdarı azalır. Konteynerlər möhürlənir və yalnızca təyinat yerində açılır. Bunun nəticəsində oğurluq səviyyəsi çox azalmışdır.

Bugünkü gündə ən böyük konteyner daşıyanlar gəmilərin uzunluqları demək olarki 400 metr (1300 fut)-ə qədərdir.


Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin