Ölçü kateqoriyaları. Konteyner gəmiləri 7 əsas ölçülü kateqoriyaya ayrılır: Kiçik feeder, feeder, feedermax, Panamax, post-Panamax, yeni Panamax və ultra-geniş. Dekabr 2012-ci il etibari ilə 161 VLCS sinif (Çox Böyük Konteyner Gəmiləri, tutumu 10.000TEU-dən çox) konteyner gəmiləri və dünyada belə gəmiləri qəbul edə biləcək 51 liman mövcuddur.
Panamax gəmisinin ölçüləri Panama kanalının ölçülərinə uyğun limitləndirilir və maksimal eni 32,31m, uzunluğu 294,13m, suya oturumu 12,04m-ə qədər olur. "Post Panamax" kateqoriyasına tarixən eni 32,31m üzərində olan gəmiləri aid etmək olar, buna baxmayaraq Panama kanalının genişlənməsi layihəsi terminologiyada bəzi dəyişikliyə səbəb olur. "Yeni panamax" kateqoriyasına aid olan maksimum ölçülü gəmilər yeni keçid məntəqəsi 3-cü şlüzə uyğun olacaq. Yeni şlüzlər uzunluğu 366 metr(1201 fut), maksimum eni 49 metr(161 fut) və tropik şirin suda suya oturumu 15,2 metr(50 fut) olan gəmilər üçün tikilir.
Dostları ilə paylaş: |