Yumşaq bacarıqlar (Soft skills) Bədən dili


“Mən bilmirəm” mənasına gələn çiyinləri qaldırmaq hərəkəti



Yüklə 69,3 Kb.
səhifə4/5
tarix24.12.2023
ölçüsü69,3 Kb.
#191166
1   2   3   4   5
0545

1.“Mən bilmirəm” mənasına gələn çiyinləri qaldırmaq hərəkəti.
Mütləq universal bir hərəkətdir. Onun mənası “bilmirəm” və ya “başa düşmürəm” deməkdir. Mütəxəssislər bu hərəkətin 3 hissədən ibarət bir hərəkət olduğunu bildirirlər. Əl qaldırmaq “əlim boş və təhlükəsizdir” deməkdir. Çiyinləri yuxarı çəkmək instinktiv olaraq hücumdan qorunmaq üçün bir hərəkətdir və qaşları qaldırmaq isə bir növ təslimiyyətdir.
2. Barmaqla işarə edərək üstünlüyü göstərmək jesti.
Bu hərəkət üçün əslində çox şərhə ehtiyac yoxdur. Başqa şəxsə həddi ifadə etmək və “mən səndən üstünəm” demək üçün istifadə olunur.
3. Qolları bağlamaq bir müdafiə göstəricisidir.
Bədən dilini bilmək və şərh etmək ümumiyyətlə asan olsa da, hərəkətlərini olduqları vəziyyətə görə qiymətləndirmək bu işin ən vacib məqamlarından biridir. Nümunə vermək üçün, qollarını bağlamış bir insan ünsiyyətə qapalı görünsə də bunun başqa bir səbəbi üşümüş və ya qollarını qoymağa bir yer tapmamış ola bilər.
4. Qaşlar qaldırıldıysa bir narahatlıq vardır.


Mütəxəssislər insanların narahatlıq, sürpriz, qorxu kimi narahat vəziyyətlərdə istəmədən qaşlarını qaldırdıqlarını söyləyirlər. Məsələn, kimsə saçlarınızın çox gözəl olduğunu söyləsə də, qaşları havada olarsa nəzakətli olmağa çalışır.
5. Səs tonunuzun dəyişməsi mövzuya olan marağınızı göstərir.
Xəbərdar olmasanız da, səs tonunuzun dəyişməsi mövzu ilə maraqlandığınızı göstərir. Qadınların səsləri maraqlandıqları bir mövzu haqqında danışarkən daha cılız, kişilər isə demək olar ki, bir oktava daha qalın idi.
6. Əgər qarşınızdakı şəxs sizin hərəkətlərinizə bənzər hərəkətlər edirsə, hər şey yolunda deməkdir.
Bir çox psixoloqlar, digər insanla bənzər hərəkətlər etməklə özünüzü rahat hiss etdiyinizi və aranızda bir bağlılığın olduğunu göstərir.
 7. Hər növ göz təması vacibdir.
Göz kontaktının fərqli mənaları olsa da, bu, qarşınızdakı insanı ciddi qəbul etdiyinizi göstərir. Tanımadığınız birini təhdid olaraq görüb göz kontaktında saxlamaq istəyə bilərsiniz ki, bu da baxışlarınızın qorxulu və ya narahat olduğu mənasına gəlir.

Yüklə 69,3 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin