Zamansizliq və QƏDƏr gerçƏYİ



Yüklə 0,93 Mb.
səhifə22/54
tarix25.12.2016
ölçüsü0,93 Mb.
#3084
1   ...   18   19   20   21   22   23   24   25   ...   54
Hiss Edən Kimdir?

Bura qədər aydın olacağı kimi, içində yaşadığımızı sandığımız və "xarici dünya" adını verdiyimiz maddi dünyanın əslində beynimizdə meydana gəldiyinə şübhə yoxdur. Amma əsl əhəmiyyətli sual burada ortaya çıxır: Bildiyimiz bütün maddi varlıqlar həqiqətdə bir duyğu isə, o halda beynimiz nədir? Beynimiz də qolumuz, qıçımız ya da başqa hər hansı bir obyekt kimi maddi dünyanın bir parçası olduğuna görə, o da digər maddələr kimi bir duyğu olmalıdır.

Yuxu ilə əlaqədar bir nümunə mövzunu daha yaxşı açıqlayacaq. İndiyə qədər olan izahatımıza uyğun olaraq beynimizin içində bir yuxu seyr etdiyimizi düşünək. Yuxuda xəyali bir bədənimiz olacaq. Xəyali bir qolumuz, xəyali bir gövdəmiz, xəyali bir gözümüz və də xəyali bir beynimiz. Yuxu əsnasında bizə "harada görürsən?" kimi bir sual gəlsə verəcəyimiz cavab "beynimdə görürəm" olacaq. Amma ortada həqiqət bir beyin yoxdur. Yalnız xəyali bir bədən, xəyali bir kəllə və xəyali bir beyin vardır. Yuxunuzdakı görünüşü görən iradə isə, yuxudakı xəyali beyin deyil, ondan daha "kənarda" olan bir varlıqdır.

Yuxudakı mühitlə həqiqət həyat dediyimiz mühit arasında hər hansı bir fiziki fərq olmadığını bilirik. Elə isə, bizə həqiqət həyat dediyimiz mühitdə, "harada görürsən?" sualı soruşulduğunda da üstdəki nümunədəki kimi "beynimdə" cavabını vermənin bir mənası yoxdur. Hər iki vəziyyətdə də görən və duyan iradə, bir ət parçası xüsusiyyətindəki beyin deyil.

Beyni analiz etdiyimizdə qarşımıza, digər canlı orqanlarda da olan zülal və yağ molekullarından daha fərqli bir vəsait çıxmaz. Yəni beyin dediyimiz ət parçasında, görünüşləri seyr edərək şərh edəcək, şüuru meydana gətirəcək, qısacası "mən" dediyimiz şeyi yarada biləcək bir şey yoxdur.

R. L. Gregory beynin içində görünüşün qəbul edilməsi ilə əlaqədar insanların düşdükləri bir yanılmanı belə dilə gətirməkdədir:

Gözlərin beyində şəkillər meydana gətirdiyini söyləməyə istiqamətli bir meyl söz mövzusudur, lakin bundan qaçınmaq lazımdır. Beyində bir şəkil meydana gəldiyi söylənsə bunu görməsi üçün içdə bir göz daha olması lazımdır -lakin bu gözün şəkilini görə bilmək üçün bir gözə daha ehtiyac olacaq,... və bu da sonsuz bir göz və şəkil olması mənasını verər. Bu mümkün ola bilməz. 21

Maddədən başqa bir varlığı qəbul etməyən materialistlərin içindən çıxa bilmədikləri əsl nöqtə burasıdır: Görən, gördüyünü qəbul edən və reaksiya verən "içdəki göz" kimə aiddir?

Karl Pribram da elm və fəlsəfə dünyasında, beynin şərhini hiss edənin kim olduğu ilə əlaqədar bu əhəmiyyətli axtarışa diqqət çəkmişdir:

Yunanlılardan bəri, filosoflar "maşının içindəki xəyalət", "kiçik insanın içindəki kiçik insan", vs. üzərinə düşünüb dayanmışdırlar. Mən -beyni istifadə edən varlıq- haradadır? Əsl bilməyi reallaşdıran kimdir? Assisili Əziz Francisin də söyləmiş olduğu kimi: "Axtardığımız şey baxanın nə olduğudur. "22

İndi bunu düşünün: Əlinizdəki kitab, içində oturduğunuz otaq, qısaca önünüzdəki bütün görünüşlər beyninizin içində görülməkdədir. Yaxşı bu görünüşləri atomlarmı görür? Həm də kor, kar, şüursuz atomlar... Niyə atomların bir qisimi bu xüsusiyyətləri qazanmış da, digərləri qazana bilməmişdir?... Düşünməmiz, qavramamız, xatırlamamız, sevinməmiz, kədərlənməmiz, bütün bunlar bu atomların arasındakı kimyəvi reaksiyalardanmı ibarətdir?

Bu sualları diqqətlə düşündüyümüzdə, atomlarda iradə axtarışının bir mənasının olmadığını görərik. Açıqdır ki, görən, eşidən və hiss edən varlıq, maddə kənarında bir varlıqdır. Yaxşı bu görünüşləri beyninizin içində görən kimdir? Beyninizin içində, bir gözə ehtiyac duymadan bu kitabın görüntüsünü görən, gördüklərini anlayan, oxuduqlarından təsirlənən, bunlar üzərində düşünən kimdir? Beyinə çatan elektrik siqnallarını bir qulağa ehtiyac duymadan, bir dostunun səsi və ya ən sevdiyi mahnı olaraq dinləyən, dinlədiklərindən zövq alan kimdir?



Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin