1 Aşçılıq, yaxud bavurçuluq: hökmdar sarayında mətbəxdə çalışanlara məxsus rütbə. Bəkavulluqdan [yeməklərə nəzarət edən şəxsin ünvanı] aşağı dərəcədə bir rütbə.
1 Nağara: ənənvi olaraq hökmdarın qapısı önündə hər alacaqaranlıq və şəfəq vaxtında çalınan davul.
1 Qurbəyi: hərbi bir rütbə.
1 Mülazimət: bir neçə mənası var: yavər, xidmət etmək, müşayiət etmək, məiyyətdə olmaq deməkdir. Mülazim isə əski dönəmdə hərbi rütbə olub leytenant deməkdir.
1 Təvarid: iki şairin bir-birindən xəbərsiz eyni misra və ya beyti söyləməsi.
1 Rafizi: Babur bu təbirlə şiəliyi nəzərdə tutur.
1 Sədi Şirazidən.
1 Məhfə: dəvə, fil kimi heyvanların belinə qoyulan, içində iki adamın qarşılıqlı otura biləcəyi şəkildə düzəldilmiş səbət.
2 Şəhribanu bəyimin güvəndiyi kiçık qardaşı Çikmən müharibəsində Sultan Hüseyn Mirzə ilə savaşan [Baburun əmisi] Sultan Mahmud Mirzədir.
3 Çərşənbehi: sevimli qadın, cariyə, gözde, favori qadın.
1 Teymurun oğlu Miranşahın soyundan olan və Baburun babası Əbu Səidi də əhatə edən mirzələr. Sultan Hüseyn Mirzə isə Mirahşahın böyük qardaşı Ömər Şeyxin soyundandır.
2 Kütub: sufilərin işlətdiyi bir təsəvvüf deyimi olub mənəvi dərəcələrin yeddincisi və ən yüksəyidir. Hər dövrdə tanrı tərəfindən təsərrüf qüdrəti verilmiş bir kütub olur.
1 Üstürlab: ulduzların dünyaya görə yüksəkliyini tapmaqda işlədilən bir astronomiya aləti, astrolyabiya. Heyət və ya elmi-heyət, yaxud nücum astronomiya deməkdir.
1 Divan: idarəçiliyə, ələlxüsus də maliyyə idarəçiliyinə baxan mərkəzi təşkilat və bu təşkilatın rəhbəri.
2 Pərvanə: hökmdarların əmr və fərmanlarını yazıb bildirən məmur.
1 Tümən sözü on min rəqəmini ifadə edir. Kibəki isə Mavəraünnəhr bölgəsində 1308-26-cı illər arasında hökm sürən Kibək xan tərəfindən qoyulmuş bir dinar standartıdır.
1 Kimsan: süsləmədə istifadə olunan yarpaq, buta.
1 Türkcə nəşrdə bu şeir nəsrlə verilmişdir.
1 Nə asığ = nə xeyri.
1 Sədi Şirazidən.
1 Kütval: hərbi bir rütbə.
2 Bu iki sətir və altdakı duanın mətni özbəkcə nəşrdə yoxdur.
1 Təhbətəh – üst-üstə, qat-qat, lay-lay
1 Kirxər sözü erkək eşşəyin cinsi orqanı mənasına gəlir.
2 İddət müddəti: keçmişdə ərindən ayrılan qadının təkrar ərə getməsi üçün keçməsi lazım olan zəruri müddət, yəni üç dəfə aybaşı keçirib təmizlənənə qədər keçəcək müddət (ərindən boşansa - 100 gün, əri ölsə - 130 gün).
1Baranğar (döyüş cərgəsində olan ordunun sağ qolu), cavanğar (həmin ordunun sol qolu), ön(həmin ordunun mərkəzinin sağ tərəfi), sol (həmin ordunun mərkəzinin sol tərəfi).
2 Qol: döyüş cərgəsinə girəndə ordunun mərkəzinə (qəlb) verilən ad. Yasal: döyüş səfi. Qəlb: döyüş cərgəsində ordunun əsas qüvvələrinin olduğu mərkəz.
3 Tabın: bölük, alay.
4 Boy: döyüş cərgəsinə girmiş ordunun mərkəzindəki özəl bir bölüyə verilən ad.
5 Mücərrəd: təcrid edilmiş; soyulmuş; tək.
1 Quran, 2:249.
1 Təsbit olunan bu tarixlərin hər ikisindəki sözlərin hərflərinin cəmi əbcəd hesabı ilə 913 edir.
1 Baburun xatirələri burada kəsilir, təxminən on bir illik fasilədən sonra yenidən başlayır. Yəni kitabda 914-cü ilin əvvəllərindən 925-ci ilə qədər olan (may 1508-3 yanvar 1519) dövr yoxdur. Bu dövrdə baş verən hadisələr aşağıdakı şəkildə cərəyan etmişdir: Babur bu moğol üsyanını yatırmışdır. Şeybani xanın üstünə qoşun çəkən Şah İsmayıl Xətai onu Mərvdə məğlub edərək öldürmüş və Xorasan bölgəsini istila etmişdir. Şeybani xanın ölümündən sonra Babur ata yurdunu yenidən ələ keçirmək arzusu ilə Qunduza gəlmiş, ancaq arzusuna nail ola bilməmiş və Şah İsmayıla tabe olaraq onunla müqavilə bağlamışdır. Onun yardımıyla güclənərək Hisar, Buxara, Səmərqənd və Daşkəndi almışdır. Lakin əvəzində şiəliyi qəbul etməsi lazım gəlmişdir. Xalq və qoşun bunu bəyənməmişdir. Nəticədə Babur zəifləyərək özbəklərə məğlub olmuş və yenidən Şah İsmayıldan kömək istəmişdir. Yenə yenilmiş, əvvəlcə Hisara, sonra Qunduza çəkilmiş, iki il orada qalıb fürsət gözləmişdir. Yavuz Sultan Səlimin 920-ci ildə (1514) Şah İsmayılı Çaldıran savaşında yenməsi nəticəsində Babur təkrar Kabilə qayıtmışdır. Ordusunu qüvvətləndirmiş, qardaşlarındən və onların çıxardığı qarışıqlıqdan qurtulmuş, Hindistana hücumlar etməyə başlamışdır.
1 Kəmali: məcuna bənzəyən ləzzətli, nəşə verən narkotik bir maddə.
1 Bu sözün təfsilatı belədir ibarəsi ilə başlayan abzasdan buraya qədər olan hissə rusça nəşrdə buraxılmışdır.
1 Teymur bəy Hindistan səfərinə 1398-ci ilin martında başlamış və Dehli kimi uzaq yerlərə qədər axın edib yağmaladıqdan sonra 1399-cu ilin aprelində Səmərqəndə dönmüşdü.
1 Pərgənə: Hindistanda böyük vilayətlərə tabe olan daha kiçık ərazi-inzibatı vahidlərinə verilən ad.
2 Kurur: Hindistanda on milyona uyğun gələn bir rəqəm.
1 Səbuhi: sərxoşluğun axşamdan qalma halını ötürmək üçün səhər vaxtı içki içmək.
1 Xənzəl: yabanı qabaq, Hindistanda yetişən acı bir meyvə.
1 Əvrad: vird sözünün cəmidir, oxunması adət halına gələn dualar.
2 Baburun xatirələrinin bir qismi itmişdir. 926-cı ilin əvvəllərindən, yəni 12 dekabr 1520-ci ildən 932-ci ilə, yəni 18 oktyabr 1525-ci ilə qədər olan hissəsi yoxdur.
Bu müddət ərzində aşağıdakı hadisələr baş vermişdir. 926-cı ildə Babur üçüncü Hindistan səfərinə çıxmışdır. Həmin il Xan Mirzə Bədəxşanda öldüyü üçün Babur böyük oğlu Hümayunu oraya vali təyin etmişdir. Qəndəhar bölgəsini ələ keçirdikdən sonra Qəhdəhar şəhərini almağa çalışmış və 928-ci ildə buna nail olmuşdur.
929-cu ildən etibarən Baburun Hindistandakı işləri də asanlaşmışdır, çünki bəzi əfqan bəyləri Sultan İbrahim Ludiyə qarşı mübarizədə ondan kömək istəmişlər. Bu bəylərin dəstəyindən faydalanan Babur 930-cu ildə yenidən Hindistana girmiş, Lahor və Dibalpur şəhərlərini almış, Pəncabın böyük hissəsini ələ keçirmişdir. Ancaq Babur Kabilə döndükdən sonra ona kömək edən əfqan bəyləri Pəncabı almaq sevdasına düşmüşlər.
1 Əşrəfi: altın sikkələrə verilən ümumi ad. Təngə: gerçək dəyəri bu gün dəqiq bilinməyən bir pul vahidi.
1 Məhəmməd Salih: «Şeybaninamə» əsərinin müəllifi.
2 Mübəyyin: Baburun hüquqi səciyyə daşıyan, iqtisadiyyat və vergi siyasəti haqqında nəzmlə yazılmış əsəri.
3Quran, Fəth surəsi, 48:10.
1 Quran, Əraf surəsi, 7:23.
1 Sədi Şirazidən.
1 963-1187-ci illər arasında hökm sürən Qəznəvi türk dövlətinin başına 998-ci ildə keçən Sultan Mahmud hakimiyyətini Hindistana qədər genişlətmiş və Lahoru Bəlxdən sonra üçüncü dövlət mərkəzi etmişdir. 1031-ci ildə öldükdən sonra oğulları taxta keçərək 1186-cı ilə qədər Pəncab bölgəsində hökm sürmüşlər.
2 Əfqanistanda hökm sürən Quri xanədandan olan Sultan Şəhabəddin Quri qəznəvilərin son hökmdarı Xosrov Məliki yenərək 1187-ci ildə bu xanədana son vermiş və Hindistan içlərinə səfərlər edərək burada Quri hakimiyyətini qurmuşdur. Onun xanədanından gələnlər Şimali Hindistanda 1206-cı ilədək hakimiyyət sürmüşlər.
1 Sultan Hüseyn Cunpurdakı Şərqi sultanlarının sonuncusudur, 1458-79-cu illər arasında hökm sürmüşdür.
1 Seyidlər sülaləsindən olan Sultan Əlaəddin [Ludi] 1446-51-ci illər, Bəhlul Ludi 1451-89-cu illər, oğlu Sultan İskəndər isə 1489-1517-ci illər arasında hökm sürmüşdür.
2 Sultan Müzəffər 1512-26-cı illər arasında hökmdarlıq etmişdir.
3 Bəhmənilər xanədanı Dəkkən bölgəsində 1347-1527-ci illərdə hökmdarlıq etmişdir.
4 Sultan Mahmud 1512-31-ci illər arasında hökm sürmüşdür.
1 Bu həbəşin adı Şəmsəddin Müzəffərdir. 1494-97-ci illərdə padşah olmuşdur.
2 Sultan Əlaəddin 1497-1519-cu, oğlu Sultan Nüsrət şah isə 1519-32-ci illər arasında hökmdar olmuşdur.
3 Bicangər racəliyi Dəkkəndə 1336-cı ildə qurulmuşdur və bu sülalədən gələn racələr 1565-ci qədər, yəni güclərini birləşdirən digər Dəkkən racələri tərəfindən yenilib Bicangər şəhəri yıxılanadək hökm sürmüşlər.
1 Buğu: geyik, ren geyiyi. Baburda bəzən buğu-maral şəklində birlikdə və tək bir ad kimi keçir, lakin bu iki təbirlə geyiyin erkəyi və dişisi nəzərdə tutulur.
2 Huna: bir geyik növü, dişisinə ceyran, erkəyinə huna deyilir.
1 Arxarqulça: qızıl geyik.
1 Çir: kiçik bir quş növü.
1 Sona: erkək çöl ördəyi, dişisinə bürçin deyilir.
2 Sanduvaç: bülbül, yaxud kanarya növündən bir quş.
1 Cikə: nə olduğu tam olaraq anlaşılmayan bir bitki.
1 Səhv olduğu hamı tərəfindən bilindiyi halda işlənən söz.
1 Orijinalda kəbisə adlananbu aylara qriqori təqvimində visokos ay, yəni fevralı 29 gün olan ay deyilir.
2 Şərq təqvim sistemləri, bürclər və aylar haqqında ətraflı bilgi üçün bax: Ramiz Əskər. Təqvimdən-təqvimə, iqlimdən-iqlimə. Bakı, İşıq, 1987.
1 Bu cümlə rusca nəşrdə yoxdur.
1 Bu cümlə türkcə nəşrdə buraxılmışdır.
1 Gili-məxdum: bir cür torpaqdır, zəhərlənməyə qarşı dərman olaraq işlədilir.
1 Ser/sir: indi qarşılığı tam olaraq bilinməyən bir ağırlıq ölçüsüdür.
1 Nə vaxtadək günah işlərdən zövq alacaqsan,
Tövbə həm biməzə deyil, ona bax.
2 Üsyan – şəriətə əməl etməmək.
3 Hirman – məhrum olma, əl üzmə; qovulma.
4 Qəzv – qəzavat, cahad.
1 Cəzm – əhd.
2 Dur – uzaq.
3 Mənahi – mən edilən, yasaq olunan şeylər.
4 Altunü nüqrə – qızıl və gümüş.
5 Sürahiyü əyağ – şüşə və qədəh.
6 Saqqal buraxmaq: kafirlərə qarşı səfərə çıxanda, qələbəyə qədər saç və ya saqqalın kəsilməyəcəyi barədə içilən and.
1 Bu fərmanın orijinalı farscadır.
2 Bu abzas ərəbcədir. Özbək nəşrində ərəbcə verilmişdir.
3 Quran, Yusif surəsi, 12:53.
4 Quran, Hədid surəsi, 57:21.
5 Quran, Hədid surəsi, 57:16.
6 Quran, Əraf surəsi, 7:23.
1 Quran, Əraf surəsi, 7:143.
2 Quran, Maidə surəsi, 5:90.
3 Quran, Bəqərə surəsi, 2:181.
1 Şahnamə əsərindən.
1 Quran, Ənam surəsi, 6:45. Farsca olan fərmanın kursivlə verilən qismi ərəbcədir.
2 Quran, Abəsə surəsi, 80:42.
1 Quran, Bəqəra surəsi, 2:34.
1 Əşəreyi-mübəşşirə: cənnətlik olduqlan sağlıqlarında özlərinə peyğəmbərimiz tərəfindən müjdələnən on adam: hz. Əbubəkr, hz. Ömər, hz. Osman, hz. Əli, hz. Talha, hz. Zübeyr, Əbdürrəhman bin Övf, Əbu Übeydə bin Cərrah, Səid bin Zeyd, Səd bin Əbu Vəqqas.
2 Quran, Ali-İmran surəsi, 3:21.
3 Quran, Nur surəsi, 24:40.
4 Rana Sankanın taygöz olmasına işarə edilir. Rananın bir gözü kor idi.
5 Quran, Ənqəbud surəsi, 29:6.
6 Quran, Tövbə surəsi, 9:73.
1 Əshabi-fil: fil sahibləri. Həbəşistan kralı Nəcaşi Əshamə tərəfindən Yəmənə hökmdar təyin edilən Əbrəhə bin Səbbah-ül-Əşrəm və ordusu fil sahibləridir. Ziyarətçiləri Kəbə yerinə öz bölgəsinə çevirmək istəyən Əbrəhə Sənada Qülleys deyilən bir kilsə tikdirir. Kinanə qəbiləsindən bir adam isə bir gecə bu kilisəyə təcavüz və həqarətdə bulunur. Bundan qəzəblənən Əbrəhə Kəbəni yıxmağa and içir və ordusuyla birlikdə Məkkəyə gəlir.
Yanında ən qüvvətlisi Mahmud adını daşıyan bir sürü fil varmış. Əbrəhə bu fillərlə Kəbəyə doğru getmək istədikdə heyvanlar diz çöküb hərəkətsiz qalır, başqa səmtlərə yönəldildikdə isə qaçaraq gedirdilər. Allah Əbrəhənin ordusunun və fillərinin təpəsinə sürülərlə quşlar göndərib hamısını öldürdü. Hz. Məhəmmədin bu hadisənin baş verdiyi il içində doğulması bu ilə "fil ili" adının verilməsinə səbəb olmuşdur.
1 Quran, Səf surəsi, 61:4.
2 Quran, Bəqərə surəsi, 2:5.
3 İnna fətəhna: «bizlər fatehlərik" cümləsi bayraq dirəkləri kimi dimdik yüksələn əliflərlə başlayır və bitir mənasındadır.
4 Radəndaz: savaşda yüksək nəslə nərə cəkib düşməni vahiməyə salan dəstə.
1 Yasavul: yasaqçı, mühafizə məmuru, səflərin nizamını təmin edən zabit.
1 Quran, İbrahim surəsi, 14:29.
2 Quran, Tövbə surəsi, 9:52.
1 Quran, Möminin surəsi, 23:102.
2 Quran, Qəəriyyə surəsi, 101:5.
1 Firdövsinin Şahnaməsindən. Dini təsəvvürə görə, göylər yeddi, yer isə beş təbəqədir. Şair demək istəyir ki, toz üzündən göylər səkiz, yer isə altı təbəqə olmuşdur.
2 Quran, Ali-İmran surəsi, 3:139.
3 Quran, Səf surəsi, 61:13 və Tövbə surəsi, 9:112.
4 Quran, Fəth surəsi, 48:1.
5 Quran, Fəth surəsi, 48:3.
6 Quran, Qəəriyyə surəsi, 101:5 və 101:4
1 Quran, İsra surəsi, 17:46 və Əhzab surəsi, 33:38.
1 Yazı – çöl.
2 Küffar – kafirlər.
3 Hünud – hind sözünün cəmi, hindlər.
4 Hərbsazi oldum – hərb elədim, savaşdım.
5 Fəthi-padşahi-islam: (islam padşahının fəthi) ifadəsindəki hərflərin əbcəd hesabı ilə cəmi 933 (=1527) edir.
6 Vəsəti-şəhri-rəbiüləvvəl: (rəbiül-əvvəl ayının ortası) ifadəsindəki hərflərin əbcəd hesabı ilə cəmi 930 (=1524) edir.
1 Vird: müəyyən zamanlarda oxunması adət olan Quran cüzləri, duaları.
2 Təqti: ədəbiyatda mənzuməni vəzn parçalarına görə ayırıb aralıqlı oxuma.
1 Baburun bu sözləri farscadır.
1 Fəthi-darül-hərb: kafir diyarının fəthi deməkdir. Əbcəd hesabı ilə 934 (=1527) edir.
1 Burada 1528-ci ilin 2 aprelindən 15 sentyabrınadək beş yarım ayı əhatə edən və açıqlanmayan bir qopma vardır.
1 Hicri tarixlə 630-cu ildir (=1232/3).
1 Rana: Hindistandakı yerli hökmdarların titulu.
2 Urğamçı və ya ərğəmçi: Baburda yüksəklik ölçüsü kimi işlədilir.
2 Qəsideyi-bürdə (Xirqə haqqında qəsidə) VII əsri şairi Kəəb bin Zübeyr tərəfindən hz. Məhəmmədin şərəfinə yazılmış bir əsərdir.
1 Şahi-səadətmənd əbcəd hesabı ilə 934 (=1528) edir.
1 Nizaminin Xosrov və Şirin əsərindən.
2 Sədi Şirazidən.
1 Əlik çağatayca barmaq, cəv isə farsca arpa deməkdir.
2 Daş: qiymətli şeyləri çəkməkdə istifadə edilən bir ağırlıq ölçüsü.
1 Baburun xatirələri 936-cı il məhərrəm ayının 3-də (3 sentyabr 1529) kəsilir. Ondan sonra yaşadığı on beş ay yarım boyunca ya bir şey yazmamış, ya da yazdıqları itmişdir. Babur 937-ci ilin 5 cümadüyüləvvəl günü (25 dekabr 1530) vəfat etmişdir.