___________________Milli Kitabxana__________________
204
Silahsız qələm - yazıq,
Qələmsiz silah - yetim,
Arxası xalq olmasa,
Şair bədbəxt, şah yetim.
CENEVRƏ MƏNZƏRƏLƏRİ
2004-cü il sentyabr ayının son günləri idi.
Dünya Parlamentləri ittifaqının 111-ci sessiyasında
iştirak etmək, Azərbaycan
həqiqətlərini dünyaya catdırmaq üçün Avropanın ən gözəl şəhərlərindən biri olan
Cenevrəyə getmisdik. Yol yoldaşlarım xalq yazıçısı,
millət vəkili Anar müəllim,
millət vəkili Gülçöhrə xanım Məmmədova və yazıçı-tərcüməçi, parlament
aparatının işçisi Hamlet Qocayev idi. Yüksək insani keyfiyyətlərə, alicənab
sifətlərə malik olan bu insanlarla belə bir tarixi səfərdə yol yoldaşı
olmaq məni
həddən artıq sevindirdi.
Sessiyanın gündəliyində olan məsələlər başa çatdıqdan sonra şəhərə gəzməyə
çıxırdıq. Cenevrənin tarixi, təbiəti, insanları ilə daha dərindən tanış olmaq üçün çox
maraqla tarixi, elmi, bədii söhbətlərə girişir,
gördüklərimizi təhlil edir, şəhərə öz
münasibətimizi bildirirdik. Ən çox diqqətimizi çəkən Cenevrənin bir-birindən
gözəl memarlıq
abidələri, Cenevrə gölünün ətrafinda yerləşən səhərin ecazkar
mənzərələri, burada yaşayan insanların tarixə və təbiətə ilahi sevgiləri, ilahi
məhəbbəti oldu. Elə bil ki, Allah bu ölkəni, bu təbiəti ilhamının ən coşqun çağında
yaradıb, dünyaya gətirib. Bu yerləri yaradanda, görünür, Tanrı dünyanın ən böyük
rəssamı, ən ilhamlı şairi olub. Nə ki gücü və istedadı var, bu yerlərə sərf edib. Hər
birimiz dünyanı çox yerlərini gəzmiş olsaq da, heyrətimizi gizlədə bilmir, özümüzü
nağıllar aləmində hiss edirdik. Maraqlı cəhətlərdən biri də o idi ki, Cenevrənin ən
qədim tikililərini gördükcə Bakının İçərişəhərini, Cenevrə gölünə baxdıqca
Göygölü, hündür qarlı dağları seyr etdikcə Kəpəzi xatırlayırdıq. Qürbət
nə qədər
gözəl olsa da, Vətənimizin, Müstəqil Azərbaycanımızın tarixi mənzərələrini göz
önünə gətirir, söhbətlərimizdə min illərin vətən-qürbət mövzusundan
da yan keçə
bilmirdik.
Əziz oxucular! Ataların "çox oxuyan çox bilməz, çox görən çox " deyimində
böyük və danılmaz bir həqiqət yaşayır. İnsan təbiəti belədir daha çox görməyə,
qulaq daha çox eşitməyə, ürək daha çox duymağa can atır.
___________________Milli Kitabxana__________________
205
Bu yaşamaqdı, bu, həyatdı. Mən də
gördüklərimin, duyduqlarımın və
eşitdiklərimin çox az bir hissəsini Allahın mənə verdiyi imkan daxilində varaqlara
köçürə bildim. Cenevrə mənzərələrini sizə təqdim edir, diqqətinizə görə sizə, bəri
başdan təşəkkür edirəm.
14 oktyabr 2004
Dostları ilə paylaş: