ması iltizamçıların inhisarma verilmişdi. Varlanmaq m əqsədilə
bu və ya digər ödəniş maddəsini iltizama götürən şəxs şübhəsiz
ki, xəzinəyə ödədiyindən daha çox pul toplamağa çalışırdı
Qarabağ xanlığmda 20-yə yaxın iltizam maddəsi mövcud idi
Zərbxana maddəsinin icarəyə verilməsindən xan ildə 47165
manat gəlir əldə edirdi (193, s.227). Biyan kökü, mizan, boyaqxa-
na, sabun, dabbaqlıq və s. sahələrin iltizammdan
xeyli gəlir əldə
edilirdi. İltizamdan gələn gəlirlərin bir hissəsi xanm
qohumlanna
və yaxm adamlarına, digər hissəsi xəzinəyə daxil olurdu (209
s.857).
Xanlıqda sələm çilik geniş yayılmışdı. Kasıb kəndlilər ehti
yaclarmı ödəmək üçün varlı qonşulardan sələm lə pul götürməyə
məcbur olurdular. Borclan pul, v ə yaxud natural şəkildə qay
taran kəndlilər həmçinin faiz ödəm əli idilər. Sələm lə borc
götürmək əksər hallarda kəndlinin müflisləşməsinə səbəb olurdu
B əzən sələmin həcmi ildə 6 0 -7 0 faizə çatırdı (185, s.
77) Şusada
tacirlər, ruhanilər, ağalar, bəylər, hətta xan özü sələm çiliklə
məşğul olurdu.
Qeyd edək ki, var-yoxdan çıxmış kəndlilər öz yurdlarmı tərk
edib getm əli olurdular. Xanlar boşalmış yerləri doldurmaq
məqsədi ilə digər xanhqlardan kəndliləri həvəsləndirmə yolu ilə
ya da zorla Qarabağa gətirirdilər. Bu kəndlilərə torpaq sahəsi
ayrılır, onlar müəyyən müddətə vergilərdən azad edilir, imtiyazh
şərtlərlə toxum, iş heyvam, kənd təsərrüfatı alətləri ’ilə təmin
edilirdilər. Əvəzində həmin kəndlilər müəyyən vaxtlarda ağanın
təsərrüfatında işləməli idilər (185, s.78).
Sələmçilərin xidmətindən kəndlilərlə yanaşı, feodallar və
tacirlər də istifadə edirdi. İri feodallar sənaye məhsulları zinət
əşyalan almaqla israfçılıq edir, sonra isə sələm i ödəmək üçün
kəndlilərdən yığılan verginin məbləğini artırmağa çahşırdılar
Beləliklə, xanlıq dövründə ticarətin vəziyyətini tədqiq edə-
rək belə qənaətə gəlm ək olar ki, natural təsərrüfatm hökmranlığı
xanlığın
ayrı-ayrı
bölgələri
arasında geniş ticarət əlaqələrinin
yaranmasına mane olurdu. Hər
bir mahal özünü təmin edən
natural təsərrüfat idi. Tədqiqatçı
M .M .M ustafayev yanlış olaraq
xanlıq dövründə sənətkarlığın
əkinçilikdən ayrılmasına yalnız
erkən
m ərhələdə
təsadüf
cdildiyini bildirir (185, s.78). Əks
halda,
Şuşada
500-dən
çox
sənətkarm
olmasını,
yüksək
keyfıyyətə malik məhsullarm
hazırlanmasmı (həm də nəinki
sifarişlə, hətta azad satış üçün)
necə izah etmək olar.
Q arabağ xanlığının p u l vahidləri
(Azərbaycan Tarixi M uzeyi)
4.
Şəhərdə sosial münasibətlər
Sənətkarların əksəriyyəti peşələr üzrə həmkar təşkilatlarda
(əsnaflarda) birləşmişdilər (boyaqçılar, dərzilər, papaqçılar və s.).
Ərəb dilində «sinif» mənası verən «əsnaf» termini xanlıqlar döv-
ründə sənətkar təşkilatlan üçün daha səciyyəvi ad hesab edilirdi.
Həm də əsnaflar yalnız sənətkarları deyil, ticarət və müxtəlif
peşə sahiblərini öz sıralarında birləşdirirdi. İstehsal olunmuş
məhsulu sərfəli satmaq və eyni zamanda yerli feodalların özba-
şmalığma qarşı mübarizəni mütəşəkkil surətdə aparmaq məqsədi
ilə sənətkarlar əsnaflarda birləşməyə üstünlük verirdilər. Heç bir
əsnafa daxil olmayan azad sənətkarlar da çox idi (58, s. 185). Şu-
şada qalayçıları, çəkməçiləri, papaqçıları, dabbaqları birləşdirən,
hər birində 10 nəfərdən 25 nəfərə qədər üzvü olan əsnaflar
mövcud idi (58, s. 185).
Qərbi Avropa istehsal müəssisələrindən fərqli olaraq Azər-
baycanda, o cümlədən Qarabağ xanlığında sənətkar birlikləri
şəhər idarəçiliyinə təsir edə bilmirdilər. Onlar şəhər idarə orqan-
larınm sərəncamlarım yerinə yetirir, ilk növbədə vergiləri emalat-
xanalar arasmda bölüşdürürdülər. Adətən hər bir əsnafın üzə-
rində təmsil etdiyi sənətə aid alətin təsvir edildiyi bayrağı olurdu
(225, s.7).
Əsnaflar müəyyən müddətə özlərinə başçı - ustabaşı seçir,
həmin ustabaşmm statusımu şəhər hakimi təsdiqləyir, bu da öz
növbəsində onu şəhər hakimindən asılı vəziyyətə salırdı. Ustaba-
şılar əsnaf üzvləri arasmda bağlanan müqavilələri təsdiq edir,
kargərliyə (usta köməkçisi) və ustalığa qəbul məsələlərini nizam-
layırdılar. Onlar şagirdlərin təhsil müddətini nizama salır, sənət-
karların m əişətdə özlərini necə aparmalarma nəzarət edirdilər.
Ustabaşı həm də əsnafm bazarda nümayəndəsi idi: o, qiymətləri
təyin edir, xammal satıcıları ilə danışıq aparırdı. Ə snaf üzvləri
malı birgə alırdılar. Onlar əsnaf daxilində məhdud m əhkəm ə ha-
kimiyyətinə malik idilər (24, ss.71-72). Ustabaşılara ağsaqqallar
kömək edir, onlar ustabaşı xəstələndikdə onu əv əz edir, ustabaşı
ilə brrlikdə m əhkəmə işlərinə baxırdılar. X əzinəyə nəzarəti sa-
vadlı xəzinadar həyata keçirirdi. Əsnaf xəzinəsinin yığım mən-
bəyi m üxtəlif idi. Əsnafa üzv qəbul edildikdə, sənətkar yeni
emalatxana açdıqda və s. hallarda əsnaf xəzinəyə pul ödəm əli idi
(24, s.73).
Əsnafhq - həmkarlıq istehsalı qaydaya salmaq, sənətkarlarm
bir-birinə kömək etmələri üçün təşkil olunurdu. Təşkilata rəhbər-
lik etmək üçün 3 il müddətinə ustagər adlı başçı seçilirdi. Usta-
gərlər ustalar arasında ixtilaf baş verdikdə mübahisələri həll edir,
ustaları xammalla təmin edir, ictimai tədbirləri təşkil edirdilər
(236, ss.3-7). Əsnaflar - həmkarlar vergiləri sənətkarlar arasmda
bölüşdürür, ustaların peşəkarlıq fəaliyyətinə nəzarət edirdilər.
Xanlar vergilərin vaxtında v ə lazımi səviyyədə toplanması
məsuliyyətini ustagərlərin üstünə qoymuşdu. Əsnaflar - həmkar-
lar qarşılıqlı yardım təşkilatı idi. Ehtiyacı olan kasıbları təşkilata
qəbul edərək təmin edirdilər (142, ss.457-458). Əsnaf üzvlərinin
sayı çox olduqda ustagər köməkçisi və dörd nəfərdən ibarət
ağsaqqallar şurası seçilirdi. O, bazara daxil olmuş yeni mallar
haqqmda məlumat verir, ustaları əsnafm yığmcağına dəvət edir
və s. işləri yerinə yetirirdi (24, s.70).
XVIII
əsrin son rübündə Şuşada qalayçılarm, başmaqçıların,
papaqçdarın, sərracların, dabbaqların əsnaf təşkilatlarınm olması
haqqmda məlumat var. Onların hər birinin 10-25 üzvü var idi (24,
s.74). Əsnafların - həmkarların hər birinin özünün ali inzibati
orqanı olan yığmcağı və m əhkəməsi fəaliyyət göstərirdi. Ustagə-
rin qərarı ümumi yığıncaqda təsdiq olunmalı idi. Ümumi yığın-
caqda təsərrüfat məsələləri, şagırdliyə qəbul, usta köməkçiliyinə,
habelə ustalığa keçid və s. m əsələlər həll edilirdi. Ümumi yığın-
cağın ustaları əsnaf təşkilatmın üzvlüyündən kənarlaşdırmaq, sə-
nətkarı m üəyyən müddətə işindən məhrum etmək hüququ var idi.
Bəzi əsnaflarda qasid vəzifəsini yerinə yetirən igidbaşı vəzi-
fəsi mövcud idi. Əksər hallarda igidbaşı vəzifəsinə təyin olunan
şəxs əsnafın üzvü olmurdu. İgidbaşı hər emalatxanadan 15 qəpik
məvacib alırdı. Əsnaf məhkəmələrinin qərarlarmı və ustabaşıla-
rın sərəncamlarmı yerinə yetirmək də igidbaşınm vəzifəsinə daxil
idi (59, ss. 187-188).
Sənətkar emalatxanasına usta başçılıq edirdi. Onun nəzarəti
altında usta köməkçiləri v ə şagirdləri işləylrdilər. Dərzi, başmaq-
çı peşələri üzrə 9-13 yaşında uşaqlar, fıziki qüvvə tələb edən də-
mirçi, misgər, dabbaq peşələri üzrə isə 16-17 yaşlarında uşaqları
şagirdliyə qəbul edirdilər. Şagirdlərə pul vermirdilər, lakin
adətə görə usta şagirdi yedirtməli, geyindirməli idi. Əgər şagird
müstəqil surətdə məhsul istehsal etməyi bacarırdısa, usta ona
«şagirdanə» ödəyə bilərdi (59, ss. 187-188). Usta köməkçiləri və
şagirdlər müəyyən qədər işləyib təcrübə topladıqdan sonra (müd-
Zemfıra Hacıyeva
G övhər ağa m əscidi və Xan qızı N atəvam n çəkdirdiyi bulaq
Qarabağ xarılığı
dət sənətin xarakterindən və şagirdin bacarığından asılı olurdu),
şagird usta köməkçisi, usta köməkçisi isə usta keçə bilərdi. Usta
keçmək üçün usta köməkçisi ziyafət təşkil etməli və hədiyyələr
verməli idi (59, s.188).
Şəhər əhalisi xana, onun məhkəməsinə və məmurlarına tabe
olub, müxtəlif vergi və mükəlləfıyyətlər ödəyirdi. Təbrizli məhəl-
ləsinin sakinləri ildə 130 əşrəfı məbləğində «miqayat» (söhbət
Rusiyaya bac hesabına ödənilən məbləğdən gedir) ödəyir, 60 yük
odun verirdilər. Bundan əlavə məhəllə sakinləri xanm bütün
qonaqlarım, onlann atlarım pulsuz saxlamalı, xanın tələbi ilə lazımi
miqdarda işçi qüvvəsi, araba və qoşqu, tikinti üçün materiallar
verməli idilər. Eyni zamanda məhəllə sakinləri Rüstəm bəyə 100
xan manatı, Bala bəyə 60 xan manatı ödəməli, hər çervondan 50 xan
qəpiyi taqvilani, qulluqi, hər çervondan 30 xan qəpiyi qulluqi, hər
odun yükündən 20 xan qəpiyi taqvilani ödəməli idilər. Məhəllə cəmi
200 əşrəfı, 398 xan manatı ödəməli idi. 1805-ci il Kürəkçay
müqaviləsindən sonra məhəllə sakinləri Rusiyaya veriləcək xərac
hesabına ildə 200-230 əşrəfı ödəyirdilər.
Şuşanın Qazançalı və Əylisli məhəllələrinin üzərinə xanlığın
mövcudluğunun son iki ilində Rusiyaya xərac hesabına 460 çervon,
müqayat hesabına 130 çervon vergi, 200 yük odun mükəlləfıyyəti
qoyulmuşdu (59, s.188).
Müqaitə əvvəllər kənddə olduğu kimi ayrı-ayrı şəxslər işləyib
ödəyirdi. 1818-ci ildə Mehdiqulu xan işləyib ödəmə mükəllə-
fıyyətinin yerinə bütün məhəllə sakinlərinin üzərinə pul ödənişi
qoymuşdu. Bu məhəllələr otaq xərci əvəzinə xanın bütün qonaq-
larını və atlannı pulsuz qəbul etməli, xanın tələbi ilə lazımi miqdar-
da işçi qüwəsi, qoşqu və araba, tikinti materialları verməli idilər.
Məhəllələrin sakinləri ildə xan mirzəsinə 100 xan manatı, ikinci
mirzəyə 34 xan manatı verməli idilər. Onlar qulluqinin hər çer-
vonundan 30 xan qəpiyi və taqvilaninin hər çervonundan
50 xan
qəpiyi xan nökərlərinin xeyrinə ödəməli idilər. Bütövlükdə hər iki
Zemfıra Hacıyeva
məhəllə bir yerdə ildə 590 çervon, 746 xan manatı və 200 yük odun
verirdi (59, s. 188).
Xanlar xırda qayğılardan uzaq olmaq üçün ayrı-ayrı təsərrüfat
sahələrini müqaitəyə verirdilər. Zərrabxana 47163 xan manatına,
qızıl boya və mizan rüsumu 1428 rus rublu 57 qəpiyə, boyaqxana
4.444 rus rublu 44 qəpiyə, bilet verilən yer 4.020 rus rubluna,
sabunxana 1400 xan manatına, dabbaqxana 500 xan manatına,
Mehdiqulu xana və Cəfərqulu ağaya məxsus bağlar 1.000 xan
manatına, dükanlar 424 xan manatına, ipəkçi ustalardan toplanan
vergi 236 xan manatına, Əsəd bəyin qəssabxanası 6.000 xan mana-
tına, Rüstəm bəyə və onun qardaşına məxsus olan bilet kassası 10
min xan manatına müqaitəyə verilmişdi. Bütün bu sahələrin
müqaitədarlarına mükafat verilmirdi. Xanlar ağaya məxsus rəh-
darxana 50 min xan manatına, Gülməmməd bəyin bilet kassası 3.300
xan manatına, qapan rüsumu 3.500 xan manatına, Azad bəyə məxsus
tənbəkixana 400 xan manatına, Əli bəyə məxsus bilet kassası 500
rubla, darğa bazan 1.000 xan manatına, Hacı Bəylərbəyə məxsus
olan boyaqxana 6000 xan manatına, Bəhram bəyə məxsus araq sexi
1600 xan manatına müqaitəyə verilmişdi. Sonuncu maddələr təltif
olunmalı idi. Bütövlükdə xanlıqda toplanan müqaitənin məbləği
132555 xan manatı və 32433 rubl 1 qəpik təşkil edirdi (192, 413).
Kənd icmalan və həmkarlardan fərqli olaraq Şuşa bazarlannı
xan məmurları idarə edirdi. Şəhərdə polis rəisi vəzifəsini darğa
yerinə yetirirdi, ticarət və bazara nəzarət bazarbaşı. ölçü vahidləri və
tərəzilər üzərində nəzarəti mizandar yerinə yetirirdi. Maliyyə
məmurlanmn işini asanlaşdırmaq üçün müəyyən mallarla yalnız
təyin olunmuş yerlərdə ticarət etməyə icazə verilirdi. Çəki ilə satılan
mallar xan tərəziləri olan yerdə satıla bilərdi. Burada qapançı
satıcıdan çəki rüsumu-mizan alırdı, mal-qara baqqalxanaya
göndərilirdi, satıcılardan hər zənbilə, kisəyə, taya və s. görə vergi
alınırdı (162, ss.355-357, 366-378). Əsnaflar - həmkarlar xanın
şəhərdəki naibi-kələntərə tabe idilər.
Qarabağ xanlığı
I V F Ə S İ L
X A N LIĞ IN İN Z İB A T İ-Ə R A Z İ Q URULUŞU
VƏ İDA R Ə Ç İLİK SİSTEM İ
1. Xanlığın inzibati-ərazi bölgüsü
Qarabağ xanlığmın inzibati-ərazi bölgüsü müəyyən tədqiqat
işlərində nəzərdən keçirilib. E.Məmmədova Qarabağ xanhğınm
ərazisinin böyük olduğunu qeyd edərək yazır: «Qarabağ düzən və
dağlıq hissəni, habelə Araz çaymdan Göyçə gölünə, Tərtər çaym-
dan Mehriyə qədər, Tatevi, Sisyanı, Ermənistanm cənub-şərq
hissəsini əhatə edirdi» (179, 16). M üəllif «Ermənistan» dedikdə
indiki Ermənistam nəzərdə tutaraq unutmuşdur ki, xanlıq döv-
ründə sözügedən ərazilərdən danışdıqda heç bir Ermənistandan
söhbət gedə bilməz.
Xanlığın ərazisi 21 mahala, o cümlədən 5 xristian məlikliyi-
nə bölünürdü. Mahallar naiblərin, məlikliklər isə mahal məliklə-
rinin idarəçiliyində idilər. B əzi iri mahalları iki hakim idarə edir-
di. Xanlığın tərkibinə daxil olan mahallar bunlar idi: 1. Sisyan;
2.Dəmirçihəsənəli; 3. Küpara; 4. Bərgüşad; 5. Baqabürd; 6. K ə-
birli; 7. Tatev;
8.Cavanşir; 9.Talış; 10. Xaçın; 11. Kolanılar;
12. Çiləbörd; 13. Xırda-para Dizaq; 14. Püsyan; 15. Dizaq Cavan-
şir; 16. Otuziki; 17. İyirmidörd; 18. Qaraçorlu; 19. Vərəndə;
20. Dizaq; 21. Acnan-Türk.
Xanlıq yaranan zaman mahallar və onların əhalisi haqqında
statistik məlumat olmadığmdan xanlığm yaranmasmdan
12 il əv-
vəl osmanlılarm tərtib etdikləri «Gəncə-Qarabağ əyaləti dəf-
təri»ndən istifadə edərək ilk dövrlərdə mahallar və onların əha-
lisi haqqında təsəvvür əldə etmək mümkündür. «Dəftər»də gös-
tərilən Şütürbasan, Yevlax, Qaramanlı, Talış, Gülüstan, İncərud,
Bərdə, Sir, Bayad, Arasbar, Çiləbörd, Xaçm, Keştək, K eştasf na-
hiyələri, Cavanşir, Otuziki, Kəbirli, Kəngərli, Ətyeməzli, Qara-
çorlu oymaqları sonralar Qarabağ xanlığınm ərazisini təşkil etmiş,
həmin nahiyə və oymaqlarda 9581 ailə yaşamış ki, bu da təx-
minən 48 min nəfər deməkdir.
Ancaq bunu da nəzərə almaq lazımdır ki, siyahıyaalma bölgə
əhalisinin həqiqi sayını əks etdirmirdi. Çünki əvvəlki dövrdə Şah
Sultan Hüseynin soyğunçu vergi siyasəti və Osmanlı işğalı ilə
əlaqədar yerli əhalinin xeyli hissəsi öz ata-baba yurdlarını tərk
edərək m üxtəlif yerlərə köçmüşdü. Xanlıq yaranan kimi isə əv-
vəllər Qarabağ ərazisində yaşamış bir çox boyların geri qayıtması
məlumdur. İbrahimxəlil xanm hakimiyyəti dövründəki nisbi sa-
kitlik xanlığa xeyli yeni sakinlərin köçməsinə səbəb olmaya bil-
məzdi. H.Verdiyevanm hesablamalarma görə, 1796-cı ildə Qara-
bağ xanlığında 10 min ailə yaşayırdı ki (73, s.25), bu da 650 min
nəfər demək idi. Ancaq cəmi 14 il sonra bu rəqəm iki dəfə
azalaraq 1807-ci ildə 5 min ailəyə düşmüşdü (73, s.25). Görünür,
bu azalma Ağa M əhəmməd şah Qacarın yürüşləri və rus işğalı ilə
əlaqədar olmuşdu. 1823-cü ilin təsvirinə əsasən isə, xanlıq ərazi-
sində
20 minə yaxın ailə (100 min nəfər) qeydə alınmışdı.
Gəncə-Qarabağ əyalətinin adı dəftərə düşmüş əhalisinin
11.818 nəfəri müsəlman (11.068 nəfəri türk, 750 nəfəri kürd),
7577 nəfəri isə qeyri-müsəlman (xristian) idi (29, giriş his..
ss.12-13). Gəncə-Qarabağ əyalətinin türk əhalisinin başqa yerlə-
rə köçmələri, xristian əhalisinin isə əsasən öz yerində qalması
nəticəsində türk əhalisinin sayında süni şəkildə azalma müşahidə
olunur. Əhalinin ümumi sayından Dizaq nahiyəsində 49,2%,
Xaçın Sığnaq nahiyəsində 13,1%, Vərəndə Sığnaq nahiyəsində
9,7% türk əhalisi qalmışdı.
«Dəftər»ə görə, 1727-ci ildə Qarabağ xanlığının ərazisinə
düşən bölgədə cəmi bir şəhər - Bərdə vardı. Ancaq vaxtilə iri və
Azərbaycan tarixində mühüm rol oynamış Bərdə şəhəri bu zaman
kiçik, əslində qəsəbə tipli yaşayış məskəni idi.
6 m əhəllədən iba-
rət şəhərdə cəm i 482 vergi ödəyən qeydə almmışdı (29, ss.277-
283). Həm də şəhər sakinləri əsasən kənd təsərrüfatı ilə məşğul
olurdu. Sənətkarlıq və ticarət ikinci dərəcəli rol oynamaqla
şəhərin və ətraf kəndlərin təlabatmı ödəm əyə yönəlmişdi.
«Dəftər»dən göründüyü kimi, 1727-ci ildə bu ərazidə qeydə
alınmış 436 yaşayış məntəqəsində 254 müsəlman, 13 qarışıq əha-
lisi olan ailələr yaşamışdır. Ərazidə qeydə alınmış yeganə şəhər-
də - Bərdədə yalnız azəri türkləri yaşayırdı (29, ss.277-283).
Müsəlmanların hamısı azəri türkləri idi, 400 ailə Qaraçorlu kürd-
ləri və iki oymaqda Püsyan kürdləri yaşayırdı. Qeyri-müsəlman
əhali əsasən altı nahiyədə - Talış, Gülüstan, Xaçın, Çiləbörd, Və-
rəndə və Dizaqda məskunlaşmışdı. Hesablamalar göstərir ki,
qeydə alınan 9581 ailədən 6089-nu müsəlmanlar, 3492-ni (o cüm-
lədən xristianlarm yaşadıqları
6 mahal-3060 ailə) qeyri-müsəl-
manlar təşkil etmişlər. 6089 müsəlman ailəsinin 5648-i Azərbaycan
türklərindən, 441-i isə kürdlərdən ibarət idi. Qeyri-müsəlmanlar
xanlıq dövründə də alban mənşəli olduqlarmı unutmayan, ancaq
xeyli dərəcədə erməniləşməyə məruz qalmış albanlardan və
bölgəyə m üxtəlif dövrlərdə köçmüş ermənilərdən ibarət idi.
Əvvəllər Qarabağ xanlığmm tərkibində olan bəzi mahallar
1823-cü il təsvirində göstərilməmişdir. Bu həmin mahalların
1813-cü il Gülüstan sülhünə əsasən İranın hakimiyyəti altına keç-
məsi ilə bağlı idi. Bunlar Qafan, Güney, Çavundur və Mehri ma-
halları idi (209, ss.832-834).
1823-cü il təsvirinə əsasən, Qarabağ xanlığı ərazisində 629
kənd və oymaq var idi və onlarda 17098 ailə yaşayırdı (193). Təs-
virdə xanlığm ərazisinə 1813-cü ildən sonrakı dövrlərə aid ərazi-
lərdə olan yaşayış məntəqələri belə tam salınmamışdır. Dizaq
'
\fi
Ch'f '
:'j
S.
. siiı
' K
'* * & .W *
■
-
r >
Şuşanın darvazalarının açarları. Onları ə lə keçirm ək üçün
neçə-neçə düşmən dəridən-qabıqdan çıxm ışdır
(Azərbaycan Tarixi M uzeyi)
mahalında yerləşən Babalı, Cavanşir mahalındakı H əsənli və bir
çox başqa yaşayış məntəqələri nədənsə «Təsvir»ə düşməmişdir
(10, f. 130, s iy .l, iş 77, v.155, 173).
«Gəncə-Qarabağ m üfəssəl dəftəri»ndə 19.395 mükəlləfiy-
yətli şəxsin adı qeydə alınmışdır. Hər ailənin orta hesabla beş
nəfərdən ibarət olduğunu nəzərə alsaq əyalətdə 96.975 nəfər
yaşadığmı müəyyənləşdirmiş olarxq. «Dəftər»də yalnız müsəl-
man əhalidən ibarət hərbiçilərin, ruhanilərin və onlarm ailə
üzvlərinin qeyd olunmadığmı nəzərə alsaq əyalət əhalisinin
saymm 100 min nəfərdən çox olduğunu söyləm ək olar (29, giriş
his., s s .12-13).
Əsas məşğuliyyəti əkinçilik olan müsəlman-türk ailəsinin bir
qismi maldarlıqla məşğul olmuş və yaylaq-qışlaq həyatı keçirmiş-
dir. Əhalinin bu hissəsi 25 oymaqdan ibarət Cavanşir camaatı, 21
oymaqlı Otuziki camaatı, 2 oymaqdan ibarət Ətyeməzli camaatı,
2 oymaqlı Püsyan camaatı, dağımq yaşayan Kəbirli və Kəngərli
camaatları, Qaraçorlu camaatı, ayrı-ayrı nahiyələrin ərazisində
qışlaqları olan daha 26 ailə, o cüm lədən Qaraqoyunlu,
Boyəhmədli, Əfşar, Arıqlı camaatları və başqaları qeydə alın-
mışdn.
XIX
əsrin əvvəllərində Məlik. Tənqinin idarə etdiyi Sisyan
mahalı xanlığın cənub-qərb hissəsində yerləşirdi. Xanlıq ləğv
olunan dövrdə bu mahala daxil olan 9 kənddə cəmi 203 (87-i ver-
giödəyən, 116-sı ödəməyən) ailə yaşayırdı. Mənbənin məlumatı-
Dostları ilə paylaş: |