iqtisadi və mədəni inkişafı üçün münbit şərait yaradılmışdır.
Azərbaycan xanlıqları arasmda öncül yer tutan Qarabağ xanlığı
isə özünün hərbi-iqtisadi və hərbi-siyasi qüdrətinə görə xüsusi
mövqeyə malik idi. Buna görə də bu xanlığın tarixini öyrənmə-
dən bütövlükdə Azərbaycan xanlıqlarmm tarixinin obyektiv və
dolğun mənzərəsini yaratmaq çətindir.
Qarabağ xanlığmm sosial-iqtisadi münasibətləri v ə dövlət
quruluşuna həsr olunmuş xüsusi tədqiqat olmasa da, mövcud
tarixşünaslıq əsərlərində bəzi problemlər öz əksini tapmışdır.
Qarabağ xanlığmm tarixini və ilk növbədə xanlıqda mövcud ol-
muş sosial-iqtisadi və sosial-siyasi münasibətləri arxiv sənədləri
və ilk tarixi mənbələr əsasmda tədqiq etmək mühüm əhəm iyyət
kəsb edir. M əzkur tədqiqat zamam m üxtəlif metodlardan
kompleks şəkildə istifadə edilərək problemi araşdırmaq cəhdi
edilmişdir. Xanlığm sosial-iqtisadi və sosial-siyasi quruluşunu
öyrənmək üçün hər hansı bir tarixi problemin tədqiqində olduğu
kimi ilk mənbələrin müstəsna əhəm iyyəti olmuşdur.
Qədim dövrdə və erkən orta əsrlərdə Qarabağ ərazisi Alba-
niya dövlətinin Uti və Arsax vilayətlərinin tərkibində olmuşdur.
Ərəb işğalından sonra əsasən Uti «Aran», Arsax isə «Aqvan»
adlanmağa başlanmışdır. «Qarabağ» istilahı isə təxminən XII
əsrdən qeyd olunur. Tədqiqatçılar Qarabağ toponimini peçeneq-
kəngərlərin bir qolu olan Qarabay (Qarabağ) tayfasmm adı ilə
bağlayırlar.
Səfəvi dövründə Qarabağ ayrıca bəylərbəylik təşkil edirdi.
İnzibati mərkəzi Gəncə şəhəri olan bu bəylərbəylik Araz və Kür
çayları arasmda, qərbdə Samxet dağları və Göyçə gölünə kimi
uzanan geniş bir ərazini əhatə edirdi. Bəylərbəyliyin tərkibinə
Bərdə şəhəri, Aqstabad (indiki Ağstafa), Bərgüşad, Arazbar, Ca-
vanşir və digər mahallar daxil idi.
XVIII əsrin 20-ci illərinin ortalarında Azərbaycanm bir çox
yerləri kimi, Qarabağ bəylərbəyinin ərazisi də Osmanlı hakimiy-
yəti altmda idi. Osmanlı hakimiyyəti dövründə bu ərazi «Gəncə
əyaləti» adlanır və Qarabağ bəylərbəyinin ərazisindən xeyli kiçik
idi, çünki Qazax Tiflis əyalətinə, Lori və Pəmbək mahalları isə
İrəvan əyalətinə birləşdirilmişdi.
XVIII əsrin 30-cu illərində Nadir şah Əfşar ölkəni azad
etmiş, ona qarşı çıxan Ziyadoğlular nəslini cəzalandıraraq Qazax
və Borçalı elatlarım onların tabeliyindən çıxarıb Kartli çarının
tabeliyinə keçirtmişdi. O, Qarabağda yaşayan cavanşir, otuziki və
kəbirli tayfa birliklərini ona müxalif mövqedə dayandıqları üçün
Xorasanm Sərəxs mahalına köçürdü. Şah Qarabağm dağlıq hissə-
sində yaşayan alban məliklərinə əmr vermişdi ki, Qarabağ (Gən-
cə) bəylərbəyinə deyil, onun özünə, yäxud Azərbaycanın hakimi
təyin etdiyi qardaşı İbrahim xana tabe olsunlar.
Nadir şah Pənahəli xanın qardaşı Fəzləli bəyi öldürdükdən
sonra cavanşirlərin başçısı ona qarşı mübarizəyə başladı. O öz tə-
rəfdarları ilə birgə Gəncəyə, Naxçıvana, Şəkiyə və digər yerlərə
basqmlar etdi. Pənahəli bəy özünə çoxlu təəssübkeş toplamaq
üçün ələ keçirdiyi qəniməti - mal-qaranı, atları əhaliyə payla-
yırdı.
1747-ci il iyun ayında Nadir şah öldürüldükdən sonra İranda
mərkəzi hakimiyyət iflic vəziyyətinə düşdü. Beləliklə də ucqar-
larm müstəqilləşməsi üçün münasib şərait yarandı. Bu dövrdə
Azərbaycanda 20-yə yaxm müstəqil və yarımmüstəqil xanlıq
təşəkkül tapdı. B elə bir tarixi şəraitdə Pənahəli bəy Qarabağ xan-
lığınm əsasını qoydu. Cavanşir və başqa köçürülmüş ellər Qara-
bağa qaytarıldı. İnzibati mərkəz kimi 1748-ci ildə Kəbirli maha-
lında Bayat qalası inşa olundu. M ənbələrin yazdığma görə, qala
dərin xəndək və bişmiş kərpicdən tikilmiş divarlarla əhatə
olunmuşdu.
Bayat qalasmm inşası Qarabağm dağlıq hissəsində yaşayan
xristian məliklərini və Qarabağı özünə tabe etmək niyyətində
olan şəkili Hacı Çələbi xam narahat edirdi. Siyasi müstəqillik
xülyasında olan məliklər Pənahəli xanın tədbirlərinə müqavimət
göstərirdilər. Məliklər o zaman güclü hərbi qüvvəyə malik Hacı
Çələbini Pənahəli xana qarşı çıxmağa təhrik edə bildilər. Lakin
Pənahəli xan bütün zərbələri d ə f edə bildi. Bu döyüşlər göstərdi
ki, xanlığa Bayat qalasma nisbətən daha etibarlı qala lazımdır.
Buna görə də Pənahəli xan 1751-52 ildə Təməkütdə «Şahbulaq»
adı ilə tanınan qala inşa etdirdi.
Bütün bunları nəzərə aldıqda Qarabağ xanlığmm yaranma
prosesinin digər Azərbaycan xanlıqlarınm yaranma prosesindən
fərqli olduğunu müşayiət etmiş oluruq. Əgər başqa xanlıqlar
hansısa bir şəhər ətrafında yaranmışdısa, Qarabağ xanlığı üçün
mərkəz rolunu oynaya biləcək bir şəhər yox idi, ona görə də xan-
lığın banisi Pənahəli xanm ən ümdə vəzifəsi mərkəz rolunu
oynaya biləcək şəhər-qala inşa etdirmək olmuşdur. Bir çox xan-
lıqların baniləri xanlıqlarm yarandığı ərazinin irsi hakimlərinin
nəslindən olduğu halda Pənahəli xan sadəcə bir tayfanm-Cavan-
şirlər tayfasmm başçısı idi. Qarabağ xanlığı xristian məliklərinin
separatçılıq hərəkatları ilə mübarizə şəraitində yaranmış və
möhkəmlənmişdi.
1749-1750-ci illər arasında Pənahəli xan G əncəyə hücum
edib Şahverdi xandan 450 tümən bac alıb geri döndü. Bundan
sonra Pənahəli xan Xəm sə məliklərinin bölüşdürücülük fəaliyyə-
tinə qarşı mübarizəyə başladı. Vərəndə m əliyi Şahnəzər xoşluqla
Pənahəli xanın hakimiyyətini qəbul etdi, Xaçm məliyi Allahverdi
Ballıca ətrafında müqavimət göstərsə də, tutuldu. Beləliklə, Xa-
çm məlikliyi də Qarabağ xanmdan asılı vəziyyətə düşdü. Dizaq
m əliyi Yegan kəskin müqavimət göstərdi, lakin onun tərəfdaşla-
rmm bir hissəsi döyüşlərdə qırıldı, digər hissəsi isə İslam dinini
qəbul etdi. Çiləbörd məliyi Allahqulu Pənahəli xanın təbəəliyini
qəbul etdi (sonralar isə qətlə yetirildi) və bundan sonra Qarabağ
xam öz hakimiyyətini ətrafa yaymağa başladı. O, Gəncə, Qa-
rabağ, Ərdəbil və Naxçıvan xanlarmı öz təsiri altma aldı, öz
mülklərini cənub-şərqə və cənub-qərbə tərəf genişləndirərək
Tatev, Sisyan, Qafan, Mehri mahallarım özünə tabe etdi.
Tarixi mənbələri araşdıraraq belə nəticəyə gəlm ək olar ki,
K içik Qafqazm cənub-şərq çıxmtısında yerləşən Qarabağ xanlığı
Azərbaycan ərazisinin mühüm hissəsini tuturdu. Xanlıq şimal-
qərbdə Kürəkçay və Qaraçay boyunca Gəncə, cənub-qərbdə
Naxçıvan, qərbdə İrəvan, şimal-qərbdə Kür çayı boyunca Şəki,
daha sonra şərqdə Kür çay boyunca Şamaxı, cənubda Qaradağ və
qismən Təbriz xanlıqları ilə həmsərhəd idi.
Qarabağ xanlığmm qüdrətinin artdığı bir dövrdə İranda şah
taxtı uğrunda mübarizə bütün kəskinliyi ilə davam edir, bu müba-
rizə Qarabağ xanlığı üçün təhlükəli idi. Yürüşlərə davam gətir-
mək m əqsədilə Pənahəli xan möhkəm bir sığınacaq yaratmaq
qərarına gəlir, Şuşa kəndi yaxınlığında yer seçilir və yerlə tanış
olduqdan sonra Pənahəli xan qalanın bünövrəsinə daş qoyur.
Şuşa şəhərinin XIX əsrin I qərinəsində çəkilmiş planı sübut
edir ki, qala olduqca möhtəşəm bir istehkam idi. Tarixi faktların
təhlili göstərir ki, qalanm inşa vaxtını müəyyən etməyə çalışan
tədqiqatçılar yanlışlığa yol vermişlər. Ehtimal ki, qalanın
tikintisinə 1753—1754-cü illərarasında başlanılmış, 1756—1757-ci
ildə xan öz iqamətgahmı bura köçürmüşdür.
1757-ci ildə İran şahı taxtına ən güclü namizəd olan
M əhəmm ədhəsən xan Qacar Qarabağa hücum etdi, Araz çayını
keçib Şuşa qalasmın 4 ağaclığmda düşərgə saldı. Lakin M əhəm-
m ədhəsən xan təxminən bir ay Şuşa ətrafmda qalsa da, heç bir
uğur qazana bilmədi.
Bir müddət sonra urmiyalı Fətəli xan Əfşar bütün Cənubi
Azərbaycanı ələ keçirdikdən sonra Pənahəli xanın yanına elçi
göndərərək itaət göstərməsini tələb etdi. Rədd cavabı aldıqda
1759-cu ildə Fətəli xan böyük qoşun toplayaraq Qarabağa hərə-
kət etdi və Şuşa qalasının bir ağaclığında düşərgə saldı. Pənahəli
xana qarşı gizli düşmənçiliyi davam etdirən Çiləbörd v ə Talış
məlikləri Fətəli xanm yanma getdilər. Şuşa əhalisinin qəhrəman-
casma müqavimət göstərm əsinə baxmayaraq, Fətəli xanm qoşun-
ları tədricən qalaya yaxınlaşır, qalaya gedən yollar bağlandığı
üçün orada azuqə və hərbi sursat azalırdı, şəhər süqut etmək
təhlükəsi qarşısında idi. Pənahəli xan vəziyyətdən çıxış yolunu
zahiri itaət göstərməkdə görüb, öz oğlu İbrahimxəlil ağanı girov
kimi Fətəli xan Əfşarın düşərgəsinə göndərmiş və zahirən də olsa
asılıhğı qəbul etmişdi.
1761-ci ilin yaymda Kərim xan Zənd urmiyalı Fətəli xam
məğlub etdi. Urmiya xam ilə münaqişədə olan Azərbaycan xan-
ları, o cümlədən Pənahəli xan Kərim xan Zəndə qoşuldu. Lakin
Fətəli xan məğlub edilib, edam olunandan soma K ərim xan
qonaqlıq adıyla Azərbaycan xanlarım Şirazda girov kimi saxladı.
Y'ad ölkədə asılı vəziyyətdə yaşaya bilm əyən Pənahəli xan
müəmmalı şəkildə öldü. Onun cənazəsini Qarabağa gətirib
Ağdamda dəfh etdilər. Xanın oğlu İbrahimxəlil ağa Qarabağa
qayıtdı və xanlığa yiyələndi. Bu dövrdə qubalı Fətəli xan Azər-
baycan torpaqlarım birləşdirmək uğrunda mübarizədə Qarabağlı
İbrahimxəlil xana rəqib kimi baxırdı. Buna görə də o, dəfələrlə
Qarabağa hərbi yürüşlər etmişdi. Lakin İbrahimxəlil xan Şuşa
qalasmda möhkəmləndi və bütün yürüşlər d ə f olundu.
1795-ci ildə Qarabağ daha qüdrətli düşmənin - Ağa M əhəm-
məd xan Qacarın basqınma məruz qaldı. Lakin qarabağlılar mərd-
liklə müqavimət göstərdilər. 1797-ci ildə ikinci yürüş zamanı
döyüşlər əsnasında Ağa Məhəmməd şah Şuşa qalasmı tutmağa
müvəffəq oldu. Bir müddət sonra şah saray sui-qəsdi nəticəsində
öldürüldü. Onun qoşunu pərən-pərən olub geriyə qaçdı, xanlıq öz
müstəqilliyini bərpa etdi.
1803-cü ildən etibarən Rusiya qəti şəkildə Azərbaycan
torpaqlarınm işğalma başlamışdı. 1805-ci il mayın 14-də (26-da)
G əncə şəhərinin 20 verstliyində, Kürəkçay sahilində general
Sisianovla İbrahimxəlil xan arasında bağlanmış müqaviləyə görə,
xan rus imperatorundan vassal asılılığmı qəbul etdi. Müqavilənin
şərtləri göstərir ki, xan daxili müstəqilliyini saxlayırdı.
1806-cı ilin yazmda İran qoşunu yenidən Qarabağa hücum
edəndə rus qoşunlarmın zabiti mayor Lisaneviç İbrahimxəlil xanı
ailəsi ilə birgə qətlə yetirdi. Həmin ilin sonunda Mehdiqulu xan
xanlığın başçısı təyin edildi.
Tədqiqat Qarabağ xam İbrahimxəlil xanm Azərbaycanın
tarixində yüksək mövge tutduğunu təsdiq edir.
Monoqrafiyada tarixi mənbələr və mövcud ədəbiyyatdan isti-
fadə edilərək xanlığm coğrafi mövqeyi, relyefin quruluşu, torpaq-
ların strukturu, təbii ehtiyatları, iqlimi, yağıntı səviyyəsi, bitki və
heyvanat aləmi, çaylar sistemi, habelə xanlığm nəqliyyat yolları
və vasitələri ətraflı təhlil edilir. Təhlil göstərir ki, əlverişli iqlim
və mühit, torpaqların bolluğu Qarabağ xanlığında kənd təsərrüfa-
tının inkişafına təkan verirdi.
Rus işğalı zamanı Qarabağ xanlığmın ümumi torpaq fondu
1354000 desyatin (o cümlədən 100 min desyatini əkinə yararlı)
təşkil edirdi. Əhalinin hər nəfərinə təxminən 1,1 desyatin əkin
sahəsi düşürdü. Kənd təsərrüfatında əsas yeri əkinçilik və mal-
darlıq tuturdu. Əkinçilikdə süni suvarma həyati əhəm iyyət daşı-
yırdı. Çaylar olmayan yerlərdə süni suvarmada kəhrizlərdən,
quyulardan istifadə olunurdu. Xanlığm kəndlərində əsasən növ-
bəli əkin sistemindən istifadə edirdilər. Monoqrafiyada bölgədən
asılı olaraq səpilən toxumun miqdarı və əldə olunan məhsulun
miqdarı tarixi mənbələr əsasmda araşdırılmışdır. Burada kənd tə-
sərrüfatmda istifadə edilən alətlər tədqiq olunmuşdur. Əkinçiliyin
ayrı-ayrı sahələri təhlil edilərək yetişdirilən başlıca əkinçilik
məhsullarmın - taxıl məhsulları: buğda, arpa, çəltik, darı və pə-
rinc (buğda növü), lifli bitkilərin (pambıq və kətan), yağ bitkiləri-
nin (küncüt və gənəgərçək) olduğu aydınlaşmışdır. Ə kinçilikdə
tütünün yetişdirilməsi m üəyyən yer tuturdu. Əlverişli iqlim
şəraiti və bərəkətli torpaqlar bağçılıq və üzümçülüyün inkişafma
təkan verirdi. Xanlıqda baramaçılıq və ipəkçilik inkişaf etməkdə
idi. Xanlığm iqtisadiyyatmda m eyvəçilik və üzümçülüyün də
m üəyyən yeri vardı. Bağ və bostançılığm inkişafma bir tərəfdən
təsərrüfatın qapalı xarakteri, digər tərəfdən də aztorpaqlılıq, su
çatışmazlığı mane olurdu.
Zəngin otlaqlarm olması burada maldarlığın digər xanlıqlara
nisbətən daha yaxşı inkişaf etm əsinə səbəb olurdu. Yayda sərin
yaylaqlarm, qışda isti qışlaqların olması xanlıqda maldarlığm
köçmə maldarlığı səciyyəsi daşıdığmı göstərir. Qoyunçuluq daha
çox yayılmışdı. Qarabağda cins atlar yetişdirilirdi. Qış mövsü-
mündə mal-qaranı Kür və Araz çaylarmın sahillərində otarırdılar.
Azərbaycanda elatlar maldarlıqla yanaşı, əkinçiliklə də məşğul
olur, qışa yem tədarük edir, daimi yaşayış evləri və təsərrüfat
tikililəri inşa edirdi. Bu da öz növbəsində elatların köçəri yox,
köçmə (otqonnoye) maldarlıqla m əşğul olmaqlarına sübutdur.
Lakin feodal münasibətlərinin hökmranlığı üzündən təsərrüfat
ekstensiv səciyyə daşıyırdı.
Təbii fəlakətlər kənd təsərrüfatına böyük ziyan vurur,
xanlığm aran hissəsində quraqlıq, dağlıq hissəsində isə tez-tez
yağan leysan yağışlar və dolu məhsulu təhlükə altma alırdı. Mü-
haribələr, basqmlar, qarətlər də kənd təsərrüfatma dağıdıcı təsir
göstərirdi. 1794-cü ildə Qarabağda 60 min ailə yaşayırdısa, 1805-ci
ildə bu rəqəm
10 minə enmişdi.
Tarixi mənbələrin təhlili m övcud sosial təbəqələrə aid in-
sanlarm yaşayış tərzini öyrənməyə imkan vermiş və bu məqam
tədqiqatda öz geniş əksini tapmışdır.
Tədqiqatda xanlığın sosial quruluşu təhlili edilmiş, istehsal
münasibətlərinin öyrənilməsi nəinki istehsal üsulunun tam mən-
zərəsini bərpa etməyə, habelə xanlığın maddi həyat şəraitini
öyrənməyə kömək edir. K ənd təsərrüfatmda inkişaf etmiş feodal
münasibətləri hökm sürürdü. Torpağın əsas hissəsi xana və onun
ailəsinə, xan xəzinəsinə və qismən yerli mülkədarlara məxsus
idi. Xan mülklərinin bir hissəsini yaxm adamlarma və ona qulluq
edən şəxslərə ömürlük istifadə etmək üçün, yaxud irsi mülkiy-
yətə vermişdi. Ə w əlk i dövrlərdə olduğu kimi torpaq sahibliyinin
beş əsas forması vardı: xalisə, divani, mülk, tiyul, vəqf. Tarixi
mənbələrin məlumatları bu torpaq kateqoriyaları arasında olan
fərqləri, onlarm hər birinin xüsusiyyətlərini öyrənməyə imkan
verir. Xanlıq dövründə xalisə ilə divani torpaqlarm arasındakı
fərq tədricən itir, onlar bir yerdə xan torpaqları adlamrdı. Təd-
qiqatda torpaqdan istifadə qaydaları, onların müəyyən şərtlərlə
icarəyə verilməsi faktları təhlil edilir. Arxlar, kəhrizlər, quyular
xüsusi şəxslərin, yaxud kənd icmalarınm torpaqlarında olduğun-
dan onların mülkiyyəti hesab olunurdu. Xanlıq dövründə Qara-
bağda fəaliyyətdə olan kanallarm əksəriyyəti ayrı-ayrı feodallarm
ixtiyarında idi. Su sahibliyi və sudan istifadə etmə xüsusi qay-
dalarla tənzimlənirdi ki, onlar tədqiqatda ətraflı şərh olunur.
Xanlıq əhalisi iki əsas sinfə - feodal və kəndlilərə bölünür-
dü. Feodal sinfınə xan, məliklər, ağalar, bəylər, minbaşılar, kənd-
xudalar, yüzbaşılar və yasavullar daxil idi. Onların çoxsaylı qru-
punu bəylər təşkil edirdi. Bəylər üç ‘qrupa bölünürdü: öz
rütbələrini şahlardan və osmanlı sultanlarından almış və irsi titul
daşıyan bəylər; Qarabağ xanlarmın təliqəsi ilə bu adı alanlar.
Onlarm da titulu irsi səciyyə daşıyırdı; təliqəsi olmayan, müəy-
yən vəzifə daşıdığma görə bu adı müvəqqəti daşıyan bəylər. Ru-
hanilərin yuxarı təbəqəsi - şeyxülislam, axundlar, qazilər, əfən-
dilər, seyidlər, ağamirlər; xristian ruhanilərindən patriarx, «qara
ruhanilər» adlandırılan arxiyepiskop, yepiskop və vardapetlər də
feodal sinfinə daxil idilər.
Kəndlilər rəiyyətlərə, rəncbərlərə v ə elatlara bölünürdü.
Rəiyyətlərin öz təsərrüfatı və istifadəsində pay torpağı var idi.
Rəncbərlərin isə öz təsərrüfatı olmayıb, ağa torpaqlarmda çalışır,
əməyinin müqabilində məhsulun bir hissəsini alırdılar. Elatlar isə
köçmə maldarlıqla m əşğul olan tayfalarm sıravi üzvləri idi. Xan
qoşununun əsas hissəsini də elatlar təşkil etdiyindən onlardan
daha az vergi alımrdı.
Müsəlman ruhanilərin aşağı təbəqəsi - mollalar və başqaları,
xristian ruhanilərindən - «ağ ruhanilər» adlandmlan keşişlər,
dyaklar və başqa kilsə xadimləri öz vəziyyətlərinə görə kəndlilər
sinfinə daxil idilər.
Maaflar deyilən xüsusi zümrə feodallarla kəndlilər arasmda
orta vəziyyəti tuturdu. Onlar xanın çağırışı ilə hərbi xidmətə
gedir və digər tapşırıqları yerinə yetirirdilər. Bunun müqabilində
bütün vergilərdən və ödənişlərdən azad idilər.
Tədqiqatda nökər, xalisə və qulların statusu, hüquq və
vəzifələri araşdırılır.
Kəndlilər xəzinənin və torpaq sahiblərinin xeyrinə bir çox
vergilər ödəyir və m ükəlləfiyyətlər yerinə yetirirdilər. Tədqiqat
zamanı vergi və m ükəlləfıyyətlər aşağıdakı qruplara bölünərək
təhlil edilmişdir: 1. Torpaq və sudan istifadəyə görə verilən ver-
gilər. Bunlardan ən başlıcası malcəhət (bəhrə), salyana, çöpbaşı
- cütbaşı, bağbaşı və s. vergilər idi. 2. Qoşunu və dövlət aparatmı
saxlamaq üçün toplanan vergilər. Burada 14 adda vergi təhlil
edilir. 3. Feodallara və məmurlara gətirilən məcburi bəxşişlər,
burada 4 növ belə yığım forması təhlil olunur. 4. Ruhanilərin
xeyrinə toplanan 3 növ vergilər. 5. Adambaşı və evbaşı əlavə ver-
gilər. Tədqiqatda işləyib-ödəm ə mükəlləfiyyətlərinin Qarabağ
xanlığında tətbiq edilən formaları da araşdırılır (biyar, əvtəz,
çapar). Monoqrafıyada hər bir verginin və m ükəlləfiyyətin
mənası və şərtləri ətraflı göstərilir.
Kürəkçay müqaviləsindən sonra əhali üzərinə «Rusiyaya
bac» adlı yeni, ağır bir vergi qoyuldu. Xanlıq üzrə onun ümumi
m əbləği
8 min əşrəfı idi. Kitabda vergilərin yığılma qaydaları,
m üəyən əhali təbəqələrinə verilən vergi imtiyazları öz əksini tap-
mışdn. Xanlıqda natural təsərrüfatın üstünlük təşkil etməsinə
baxmayaraq vergi ödənişlərinin xeyli hissəsi pulla toplanırdı.
Qarabağ xanlığınm bütün mahallarmdan və ayrı-ayrı şəxslərə
məxsus mülklərdən xəzinəyə ildə 4987 yük odun, 9506 əşrəfı və
185592 manat
88 qəpik (30364 rubl 10 qəpik) məbləğində gəlir
daxil olmalı idi (cədvəl
1).
Şuşa şəhəri xanlığın iqtisadi həyatmda mühüm rol oynayırdı.
Şəhər əhalisinin əsas hissəsini sənətkarlar və tacirlər təşkil
edirdi. Feodalların əksəriyyəti, onların sahib olduqları kəndlilərin
bir hissəsi şəhərdə yaşayırdı. O dövrdəki Azərbaycan şəhərlə-
rindən fərqli olaraq Şuşanm iqtisadi həyatında əkinçilik heç bir
əhəm iyyət kəsb etmirdi. Qarabağ xanlığmm təsərrüfat həyatında
sənaye-kustar istehsalı kənd təsərrüfatı ilə müqayisədə mühüm
yer tutmurdu. Sənətkarlığm ev forması daha geniş yayümışdı.
Evdə istehsal olunan məhsullar, əsasən, kəndlilərin öz tələbatını
ödəm əyə yönəlmişdi. Xanhğın kəndlərində ağac emalı, toxucu-
luq geniş yayılmışdı. Ev və sənətkar - kustar sənayesinin çox
mühüm sahəsi xalçaçüıq idi. Qarabağ xalçaları xanhğın hüdudla-
rından çox-çox uzaqlarda məşhur idi. Sənötkarlıq və kustar isteh-
salı başlıca olaraq Şuşada cəmlənmişdi. Burada ipək və pambıq
parçalarm toxunması, boyaqçılıq, sabunbişirmə, dabbaqlıq kimi
sənət sahələri inkişaf etmişdi. Sənətkarlar əsasən bəsit əl alətləri
ilə işləyirdilər. Sənətkar emalatxanalarında çalışanların sayı adə-
Dostları ilə paylaş: |