Zemfira haciyeva qarabağ xanliğI


na görə,  əvvəllər bu mahalda 2000 ailə  yaşayırmış.  Görünür,  rus



Yüklə 5,78 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix31.01.2017
ölçüsü5,78 Mb.
#7212
1   ...   7   8   9   10   11   12   13   14   15

na görə,  əvvəllər bu mahalda 2000 ailə  yaşayırmış.  Görünür,  rus 
işğalından  soma və  I rus-İran  müharibəsi  dövriində  mahal  sakin- 
lərinin  əksəriyyəti  öz  ev-eşiklərini  tərk  edib  Azərbaycanm  ayrı 
yerlərinə  və  digər  ölkələrə  köçmüşlər.  Mahalın 
8  azərbaycanlı 
kəndində  105  ailə,  cəmi  2  xristian  kəndində  93  ailə  (bunlardan 
2  ailə  azərbaycanlı  idi)  yaşayırdı  (193,  ss.47-51).  Azərbaycan 
kəndlərinin sayma nisbətən sakinlərinin bir o qədər çox olmaması 
rus  işğalçılarınm zülmündən ən çox azərbaycanlıların qaçması ilə 
bağlı  olmuşdur.  Mahalın  mərkəzi  37  azərbaycanlı  ailənin  yaşa- 
dığı  Sisyan  kəndi  idi.  Bunu  da  qeyd  etmək  lazımdır  ki,  xristian 
kəndlərində  yaşayan  əhalinin  heç  də  hamısı  xristian  deyildi  və 
burada 2  azərbaycanlı  və  3  zülani  kürd ailəsi  də qeydə  alınmışdı. 
Həm də  xristianların  bir  hissəsi  -   12  ailə  Pimau  kəndinə  Baya- 
ziddən köçüb gəlmişdi.
Mahalda  başlıca  olaraq  taxılçılıqla  və  maldarhqla  məşğul 
olurdular.
Dəmirçihəsənli mahalmda xanlıq ləğv edilən dövrdə 
8 kənd- 
də cəmi 467 (335+ci vergiödəyən,  138-i ödəm əyən) ailə yaşayırdı 
və  bütünlüklə  azərbaycanlılardan  ibarət  idi  (193,  ss.52-56).  Bu 
mahaü  Əlimərdan  bəy idarə edirdi.  Mahalda buğda,  arpa yetişdi- 
rilməsinə  baxmayaraq,  maldarlıq  daha  çox  inkişaf  etmişdi.  Ən 
böyük  kəndləri  134  ailənin  yaşadığı  Adıgözəl  bəy  və  İmamqulu

bəyin  oymağı,  110  ailənin  daxil  olduğu  Təklə  oymağı  idi  (193, 
ss.52-56).
Xanlıq ləğv edilən dövrdə Küpara mahalmda 
6 kənddə cəmi
56 ailə yaşayırdı.  Əhalinin əksəriyyəti  xristianlar  idi.  Mahal  mə- 
liyi Parsadan Qəqərək kəndində yaşayırdı.
Bərgüşad mahalı Araz çaymm sol sahilində, xanlığın cənubi- 
qərb  hissəsində  Ordubaddan  şimal-şərqdə  yerləşən  düzənlik  ra- 
yon  idi  (150,  s.123).  Xanlıq  ləğv  olunan  zaman  cəm i  5  kənddə 
146 ailə yaşayırdı. Kəndlərdən üçündə yalnız azərbaycanlılar, iki- 
sində  isə həm  müsəlmanlar,  həm  də  xristianlar yaşayırdı.  Mahal 
naibi  Şəfi bəyin yaşadığı Xocaxan kəndindəki  58  ailədən 41-nin 
azərbaycanlı  olduğu  mənbədə  göstərilir,  qalan  17  ailənin  isə 
azərbaycanh  və  qeyri-azərbaycanlı  rəncbərlərdən  ibarət  olduğu 
yazılsa  da  (193,  ss.7 5-76),  dəqiq  nə  qədərinin  azərbaycanlı,  nə 
qədərinin  isə  xristian  olduğu  qeyd  olunmur.  Buna  görə  də  orta 
rəqəm kimi 9  azərbaycanlı v ə 7 xristian ailəsinin yaşadığım deyə 
bilərik.  Qeyd  etmək  lazımdır  ki,  ə w ə lk i  dövrlərdə  bu  kənddə 
yalmz  azərbaycanlılar  yaşamışlar  (29,  s.491).  Cəmi  28  ailənin 
yaşadığı Ucanis kəndində təqribən 
20 ailənin xristianlardan ibarət 
olduğunu  güman  etmək  olar  (193,  s.71).  Beləliklə,  mahal  üzrə 
cəmi  119  azərbaycanlı  v ə  27  xristian  ailəsi  yaşayırdı.  Bərgüşad 
mahalmda bütün vergi və mükəlləfıyyətlər Əbülfət xanm xeyrinə 
toplanırdı.  Mahal əhalisi  maldarlıqla məşğul  olur,  eyni  zamanda. 
buğda,  arpa,  darı,  çəltik və  bostan  bitkiləri yetişdirirdi.  Ə w əlki 
dövrlərdə mahal ərazisində pambıq  əkilirdi (29,  s.491).
Qısamüddətli  Osmanlı  hakimiyyəti  dövründə  Bərgüşad 
«liva»  (qəza)  adlanırdı.  Bu  livanm  ən  böyük  kəndləri 
68  nəfər 
azərbaycanlı  kişinin  qeydə  alındığı  Ağalı,  87  nəfər  azərbaycaıılı 
kişinin yaşadığı  Kəbudtərcinə  idi.  O  zaman  Bərgüşadm  31  kən- 
dində  və  28  məzrəəsində  heç  kim  yaşamır,  tarlalarmda  digər 
kəndlərin sakinləri  dənli  bitki  əkib  becərirdilər.  Bərgüşad  sakin- 
ləri  buğda,  arpa,  darı,  çəltik  yetişdirir,  maldarlıqla  məşğul  olur-
dular.  Bəzi  kəndlərdə  (m əsələn,  Səhih  kəndində)  pambıqçılıqla 
məşğul olurdular (29,  ss.480-529).
Cəmi 5 kənddən ibarət Baqabürd mahalmda 243 (o cümlədən 
137  vergiödəyən,  106  ödəməyən)  ailə  vardı.  Mahalda  yalnız 
azərbaycanlılar  yaşayırdı.  Bu  mahalın  kəndləri  də  Əbülfət  xana 
məxsus olmuş və  o, İrana keçərkən sakinlər də arxasmca getmiş- 
dilər.  1822-ci  ildə  baqabürdlülər  geri  qayıtmış  v ə  yenidən  öz 
kəndlərində  məskunlaşmışdılar (193,  s.77).
Kəbirli  mahalmı  iki  nəfər  idarə  edirdi.  Mahalın  minbaşı 
divanbəyi  M əhəm m ədəli  bəyin  idarə  etdiyi  hissəsində,  1822-ci 
ilə  olan məlumata əsasən,  18  oymaqda cəmi  535  (261  vergi ödə- 
yən,  274  ödəm əyən)  ailə  yaşayırdı.  Bir  oymağm  -   Gürcüstan 
kürdü  oymağmm  bütün  sakinləri  Şuşada  yaşayırdılar,  buna  görə 
də  şəhər siyahısında qeydə alınmışdılar.  Mahal sakinləri maldar- 
lıq və taxılçılıqla məşğul  olur,  buğda və arpa yetişdirirdilər.  Əra- 
zinin  minbaşı  M əhəmm ədəli  bəyin  idarə  etdiyi  hissəsindən 
xəzinə ildə 366 əşrəfı və 3085 manat 83 qəpik (366 rubl 83 qəpik) 
gəlir  götürürdü  (193,  ss.92-98).  Qeyd  edək ki,  mahal  əhalisinin 
əksəriyyətini  azərbaycanlılar təşkil edirdi,  yalnız bircə  kənddə -  
Siznikdə  25 xristian  ailəsi  vardı (193,  s.98).
Sözügedən  mahalın  kapitan  M irzəli  bəyin  idarə  etdiyi 
hissəsində  19  kənddə  cəmi  367  (171  vergiödəyən,  196  ödəmə- 
yən)  ailə yaşayırdı.  Əhali başlıca olaraq maldarlıqla məşğul olur, 
mal-qara, qoyun və at saxlayır, buğda və arpa yetişdirirdi.  Kəbirli 
mahalının bu  hissəsində  azərbaycanlılar  əksəriyyət təşkil  edirdi. 
Yalmz bir kəndin -  Xaçmazın əhalisi xristianlardan (cəmi  13  ailə) 
ibarət  idi,  bir kəndin -  Xələfşanlmm  əhalisi isə  qarışıq (cəmi  12 
azərbaycanlı,  5  erməni)  idi  (193, ss.92-98).
Beləliklə, bütövlükdə  Kəbirli  mahalında 902  (432 vergiödə- 
yən,  470  ödəməyən)  ailə  yaşayırdı.  Onların  əksəriyyətini  azər- 
baycanlılar təşkil  edirdi.  Mahalda cəmi 43  qeyri-müsəlman ailəsi

yaşayırdı ki, bu da mahal əhalisinin ümumi sayının cəmi 4,77 %-ni 
təşkil edirdi.
Tatev mahalında  13 kənddə cəm i 698  (508 vergiödəyən,  190 
ödəm əyən)  ailə  yaşayırdı.  Bu  mahalda  xristianlar  çoxluq  təşkil 
edirdi  (635  ailə,  yaxud  90%).  Mahal  sakinləri  əkinçiliklə  və 
maldarlıqla məşğul olur,  evlərdə xalça toxuyurdular.
Cavanşir mahalınm  1  kənd və  32  oymağmda  696  (370 vergi 
ödəyən  və  326  ödəm əyən)  ailə  yaşayırdı.  Hamısı  müsəlman- 
azərbaycanlılardan  ibarət  idi  (193,  s .l 16-124).  Mahal  sakinləri- 
nin  başlıca  m əşğuliyyəti  maldarlıq  və  taxılçılıq  idi.  Ən  böyük 
oymaqlar  97  ailədən  ibarət  Qaravənd,  51  ailədən  ibarət  Köçərli 
idi.  Mahalı minbaşı  Şərifxan bəy idarə  edirdi (193,  s .l 16).
Kolanılar mahalmda 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 
259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman-azərbaycan- 
lılar  idi,  əhalinin  başlıca  məşğuliyyəti  isə  maldarlıq  və  taxılçılıq 
idi.  Mahalda hər bir oymağm öz hakimi vardı.  Ən böyük oymaq- 
lar  61  ailədən  ibarət  Qaravənd,  67  ailədən  ibarət  Qızılhacılı, 
120 ailədən ibarət Dinnibayəhmədli oymaqlarıydı.  Əhalisi yalnız 
azərbaycanlılardan  ibarət idi  (193,  s s .133-135).
Xırda-para  D izaq  mahalı  12  kənddən  ibarət  idi.  Burada 
218  (129-u  vergiödəyən,  89-u  ödəm əyən)  ailə  vardı.  Ən 
böyük  kəndləri  46  ailənin  yaşadığı  D aşkəsən  v ə   39  ailənin 
yaşadığı  Q oçəhm ədli  idi.  Mahalda  başlıca  olaraq  taxılçılıqia 
v ə   maldarlıqla  m əşğul  olurdular.  X alı  vergisinin  toplanması 
mahal kəndlərində xalçaçılığm  inkişaf etdiyini göstərir.  Mahal 
ə h a lisi  bütünlüklə  azərbaycanlılardan  ibarət  idi  v ə   onu 
minbaşı  m əlik  H əsən   idarə  edirdi  (193,  1 3 9-14 5).  Qapan 
çaymm  sol  sahilində  yerləşən  Püsyan  mahalma  29  kənd  və 
oymaq  daxil  idi,  bu  kənd  v ə  oymaqlarda  612  ailə  yaşayırdı. 
Ə hali  vergilərdən  azad  idi.  K ənd  əhalisi  maldarhqla  m əşğul 
olurdu.  M ahal  əhalisi m üsəlm an  azərbaycanlılardan  ibarət  idi 
v ə   burada  yalm z 
6  erməni  ailəsi  vardı  (0,98%).  Mahalın  ən
böyük  oymaqları  97  ailənin  yaşadığı  Zadumanlı,  45  ailənin 
yaşadığı  K ərbəlayı  D im ahm əd  oymaqları  idi.  M ahalı  M ə- 
h əm m əd   H üseyn  sultan  idarə  edirdi.  Püsyan  m ahalm da 
yaşayan  ailələrin  vergilərdən  azad  olmasınm  səbəbi  əslən  
qarabağlı  olan 
20  oymağm bir müddət ə w ə l  İrana qaçması və 
cəm i bir neçə  ay  əv vəl  geri  dönm əsi  ilə   izah olunur.
D igər  9  kənd və  oymaq isə  m ü xtəlif şəxslərə  m əxsus  idi. 
Onlarda yaşayan  əhalinin də bir h issəsi İrana köçüb  sonra geri 
qayıdanlar  idi.  A ilələrin   əksəriyyəti  İrandan  M əh əm m əd  
H iiseyn  sultanla  birgə  dönm üşdülər.X anlıq  lə ğ v   olunan 
ərəfəd ə  Çovundur  mahalının  Qapan  çayınm  sol  sahilindəki 
h issəsi də Püsyan mahalı ilə  birgə idarə  olunurdu.  Bu h issəy ə 
cəm i 
6  kənd  və  oymaq  daxil  idi.  Həmin  kənd  v ə  oymaqlarda 
cəm i  269  (55  vergi  ödəyən,  214  ödəm əyən)  ailə  m əsku n- 
laşm ışdı.  Vergi ödəm əyənlərin sayımn belə çox olm ası onunla 
əlaqədar  idi  ki,  ailələrin  çoxu vaxtilə  İrana köçm üş v ə  yenicə 
qayıtmışdılar.  İki  kənd isə  (Muşkulan v ə Zeygilan (Zəngilan)) 
Ə bülfət  xanm  m ülkiyyətində  olmuşdu.  Çovundur  mahahnın 
Qapan  çayınm  sol  sahilində  yerləşən  hissəsində  ən  böyük 
oymaqlar  89  ailənin  yaşadığı  Babalı,  198  ailənin  yaşadığı 
Sultanlı  oym ağı  idi. 
Çovundur  m ahalının  sözügedən 
hissəsində  əsasən   maldarhqla  m əşğul  olur,  habelə  buğda  və 
arpa yetişdirirdilər.  Çovundur mahalmın 
6 kənd v ə oymağmda 
yalnız azərbaycanlılar m əsku nlaşm ışd ı  (193,  ss.1 46-1 51).
Cavanşir mahalı Tərtər və  Araz çayları arasındakı ərazidə 
yerləşirdi.  XV I  əsrin  sonu XVII əsrin  əvvəllərində  osmanhlar 
Qarabağı işğal edərkən  cavanşirlər burada qalmış,  ancaq səfə- 
vilərin   ilk   hücum u  zamanı  onlara  tabe 
old u q la rın ı 
bildirmişdilər.  Bu  tayfaya  həm   də  «Otuzikilər»  (32  boya 
bölündüyü üçün)  deyirdilər (
2 1 1 ,  s.88).

Dizaq-Cavanşir  mahalında  18  kənd  və  oymaqda  617  (285 
vergi ödəyən,  332 ödəm əyən) ailə vardı. Başlıca olaraq maldarlıq 
v ə taxılçılıqla məşğul olurdular.  B əzi yerlərdə,  Hacılı oymağında 
ipəkçilik  inkişaf  etmişdi.  Ən  böyük  yaşayış  məntəqələri  117 
ailədən  ibarət  H acılı,'73  ailədən  ibarət  Yağlıvənd,  84  ailədən 
ibarət  Qaradonlu  və  55  ailədən  ibarət  Qaraxanbəyli  oymağı  idi. 
Mahal üzrə xəzinəyə ildə 2852 man.  31  qəp.  (452 rub.  78  qəp.) və 
326  əşrəfı  məbləğində  vergi  və  m ükəlləfıyyət  daxil  olurdu. 
Mahal  əhalisinin  böyük  əksəriyyətini  azərbaycanlılar  təşkil 
edirdi.  Yalnız kiçik bir kənddə (Yedili)  10 xristian ailəsi,  2 kənd- 
də isə qarışıq (Düdükçü v ə X əxli)  10 xristian və 5 müsəlman ailə- 
si yaşayırdı.  Beləliklə, xristianlar (20 ailə) mahal  ailələrinin cəmi 
3,24 %-ni təşkil edirdilər (193,  ss.152-157).
Otaziki  mahalmm  22  kənd  və  oymağında  628  (384-ü  vergi 
ödəyən, 244-ü ödəm əyən) ailə yaşayırdı. Mahalm ən böyük yaşa- 
yış  məntəqələri  70  ailədən  ibarət  Səfikürd,  59  ailədən  ibarət 
Xıdırlı,  73  ailədən ibarət Boyəhm ədli,  90 ailədən ibarət Paradm- 
nı oymaqları,  81  ailənin yaşadığı Ağcabədi kəndi idi.  Mahal əha- 
lisi  maldarhqla məşğul  olur,  buğda,  arpa  və  başqa  dənli  bitkilər 
yetişdirirdilər.  Mahalda  əhalinin  əksəriyyəti  azərbaycanhlar  idi. 
Yalnız 2 xırda kənddə (Taşbaşalı və Taşbaşı)  10 qeyri-müsəlman 
ailəsi yaşayırdı (1,59%)  (193,  ss.158-164).  Ərazini minbaşı-qala- 
bəyi Məmməd Kəlbi bəy idarə edirdi. Mahal üzrə 3571  manat 85 
qəpik və  539  əşrəfi məbləğində xəzinəyə vergi  daxil olurdu.
İyirmidörd  mahalmm 
8  kənd  və  oymağmda  cəmi  155  (85-i 
vergiödəyən,  70-i  ödəməyən)  ailə  m əskunlaşm ışdı.  Ən  iri  yaşa- 
yış  məntəqələri  32  ailənin  yaşadığı  Borsunlu  və  Saran  kəndiəri 
idi.  Mahal  sakinləri  maldarlıqla  məşğul  olur,  buğda,  arpa  və 
başqa  dənli  bitkilər  yetişdirirdilər.  Mollavələdli  kəndində  ipək- 
çiliklə də məşğul  olurdular.  Mahal əhälisinin əksəriyyətini  azər- 
baycanlılar təşkil edirdi. Yalnız 
6 qeyri-müsəlman ailəsi yaşayırdı
ki,  bu  da  mahal  əhalisinin  cəm i  3,87  faizini  təşkil  edirdi  (193, 
ss. 161-167).  Mahalı Mirzə Məmmədqulu bəy idarə  edirdi.
7  oymaqdan  ibarət  Qaraçorlu  mahalmda  538  (294-ü  vergiö- 
dəyən,  244-ü  ödəməyən)  ailə  vardı.  Ən  böyük  oymaqları  112 
ailədən ibarət Şeylanlı, 95 ailədən ibarət Güloxçu, 97 ailədən iba- 
rət Təhm əzli,  103  ailədən ibarət Şadamanlı və 
86 oymaqdan iba- 
rət  Kürd  oymağı  idi.  Bu  oymağm  sakinləri  bütün  mahal  boyu 
səpələnmişdilər.  Mahal  əhalisinin  böyük  əksəriyyətini  azərbay- 
canlılar,  kiçik bir  hissəsini  müsəlman  kürdlər  təşkil  edirdi  (193, 
ss. 168-170).
Acnan-Türk  mahalı  9  kənddən  ibarət  idi  və  cəmi  67  (42-i 
vergiödəyən,  25-i  ödəməyən)  ailəyə  malik  idi.  Mahalda müsəl- 
manlarm  (33)  v ə  qeyri-müsəlmanların  (34)  sayı  demək  olar  ki, 
bərabər idi.  Bu  sırf türk soylu mahalda xristianlarm saymm azər- 
baycanlılara bərabər  olması  yəqin ki,  mahalda  azərbaycanlıların 
xeyli  hissəsinin  birinci  rus-İran  müharibəsi  zamam  İrana  və 
Türkiyəyə qaçması ilə bağlı idi.  Eyni zamanda,  ən böyük xristian 
(13  ailədən  ibarət)  Noraşenik  kəndinin  adı  bu  kənddə  yaşayan 
ermənilərin  Qarabağa  gəlm ə  olduqlarma  işarədir.  Mahalı  məlik 
Hüseynqulunun  nəzarəti  altmda  məlik  Stepan  idarə  edirdi  (193, 
ss.223-225).
Vərəndə mahalı qərbdə Kirs dağmdan başlayıb şimalda Şuşa 
çayma və X əlifəliyə qədər uzamrdı.  Bu mahalda buğda və başqa 
taxıl  məhsulları  yaxşı  yetişirdi.  M irzə  Y u sif Qarabağinin  yaz- 
dığma  görə,  Vərəndə  məliklərinin  sələfləri  Göyçə  və  Zivə 
kəndlərindən  gəlib  Canaqçı  kəndində  məskən  salmış  və  ətraf 
kəndlərə  hakimiyyətlərini  yaya  bilmişdilər.  Vərəndə  məliklə- 
rindən  Mirzəbəy  adlı  birisini  Nadir  şah  Əfşar  hansısa  cinayətdə 
müqəssir bilib edam etdirmişdi  (57,  s.13).
«M üfəssəl dəftər»ə görə, XVIII əsrin  1-ci yarısında Vərəndə 
nahiyəsi  birbaşa  Gəncə-Qarabağ  bəylərbəyinə  daxil  idi. 
Nahiyənin ən böyük kəndləri  143  qeyri-müsəlman kişinin qeydə

alındığı Şuşikənd və 35 qeyri-müsəlman kişinin yaşadığı İsfahan- 
ceq  kəndləri  idi.  Nahiyə  sakinləri  buğda,  arpa,  darı,  çəltik 
yetişdirir,  maldarlıq və  arıçılıqla məşğul olurdular.  B əzi kəndlər- 
də  (m əsələn,  Şeyx  Dursun  kəndində)  pambıq  əkir,  ipəkçiliklə 
m əşğul olurdular (29,  ss.380-400). Nahiyənin Şütədaş, Vərəndə- 
çik, Dovşanlı, Qarıqışlaq, Əlməlik, Qıindura, Qalıgədik, Qaraçuq, 
Rudxanəyi-Pirəhməd,  Söyüdlü, Keçiqıran Dövlətyar,  M usəlləm, 
Qozluq,  H əm əgərək  kəndlərində  və  Yağlıca,  Dirvan,  Quşçu, 
Sülüklü,  Yaycı,  Qoyluqam,  Dahış,  Şamtaq,  Baba H əm zə,  Ağqa- 
ya, Əmirxan, Üçdərə, Ağcakənd, Cuhudlar, Kətəlparaq, Mərvan, 
Ömərli,  Tərlan,  Bərxudarlı,  Talıb,  Şərəfabad,  İrəvan,  Cəqəcim- 
məqaş,  Güzinabad,  Üryan,  Küdük  m əzrəələrində  heç  kim 
yaşamır,  onlarm  tarlalarmda  qonşu  kəndlərin  sakinləri  dənli 
bitkilər əkirdilər (29,  ss.380-400).
Cəmı 24 kəndi əhatə edən bu mahalda 625 (297-si vergi ödə- 
yən,  328-i  ödəm əyən)  ailə  vardı.  Ən iri kəndləri  57  ailə yaşayan 
Ağali, 41  ailənin yaşadığı Zardanişin,  34 ailənin yaşadığı Qayatıq 
və 97 ailənin yaşadığı  Şuşakənd kəndləri idi.  Mahalda xristianlar 
çoxluq  təşkil  etsə  də,  müəyyən  qədər  müsəlman  yaşayırdı.
57  ailənin  yaşadığı  Ağali  kəndində  yalnız  müsəlmanlar,  Şuşa- 
kənddə  isə  qeyri-müsəlmanlarla  yanaşı,  ən  azı 
8  azərbaycanlı 
ailəsi  yaşayırdı.  Beləliklə,  mahal  əhalisinin  10,40  %-ni  müsəl- 
manlar,  89,60 %-ni isə xristianlar təşkil edirdi. Mahal üzrə xəzm ə 
ildə  3506  manat  78  qəpik  və  222  əşrəfı  gəlir  əldə  edirdi  (29, 
s.128,  132).  Mahalı məlik Qəhrəman idarə edirdi.
Çiləbörd mahalında 
8  kənddə 201  (127-si vergiödəyən,  74-ü 
ödəməyən)  ailə  yaşayırdı.  Ən  iri  kəndləri 
88  ailənin  yaşadığ: 
Kisabet  və  36  ailənin  yaşadığı  Naxçivanik  idi.  Mahal  sakinləri 
başlıca olaraq əkinçiliklə, qismən də maldarlıqla, habelə bağçılıq- 
la,  Yenkencə kəndinin  sakinləri  sənətkarlıqla,  o cümlədən silah- 
qayırma  ilə  məşğul  olurdular.  Mahalda  yalnız  xristianlar  yaşa- 
yırdı.  X əzinəyə  ildə 2205  manat (1822-ci  ildə  cəm i  1269  manat)
və  185  əşrəfı məbləğində vergi və  ödənişlər toplanırdı.  Mahalın 
bir çox kəndlərini məlik Oqanes, Naxçivanik kəndini isə Əsri bəy 
idarə edirdi.
Dizaq mahalı  qərbdə Həkəri  çayı və  Kültəpədən başlayaraq 
şərqdə  M altəpəyə  kimi,  cənubda  Araz  çaymdan  başlayıb  Xurat 
dağma kimi uzamrdı.  Mahalm torpağı çox məhsuldar olduğundan 
burada  yaxşı  pambıq,  çəltik  və  taxıl  yetişdirilirdi.  Mirzə  Y u sif 
Qarabağinin  yazdığma  görə,  Dizaq  məlikləri  gəlm ə,  onlarm  əsli 
isə  Anadoludan  idi.  Dizaq  m əliyi  Yegan  Nadir  şahın  böyük  eti- 
madım qazanmış,  buna görə  şah bütün məliklərin vəkilliyini  ona 
tapşmnışdı (57,  s.12).
Mahalm  16  kəndində  288  (110-u  vergiödəyən,  178-i  ödə- 
m əyən)  ailə məskunlaşmışdı.  Ən iri kəndləri 70 ailənin yaşadığı 
Hadrut v ə  78  ailənin yaşadığı Tuğ idi.  Mahal sakinləri taxılçılıqla 
və  qismən  maldarlıqla  məşğul  olurdular.  B əzi  kəndlərdə  ipək 
m ələfə  vergisinin  ödənilməsi  sakinlərin  toxuculuqla  məşğul 
olduğunu  göstərir.  Cuvarlı  kəndinin  sakinləri  xan  şahinlərinə 
qulluq etməklə  məşğul  idilər.  Mahal  üzrə  xəzinəyə  1822-ci  ildə 
6746  manat  2  qəpik  və  214  əşrəfi  məbləğində  vergi  və  ödəniş 
daxil  olmuşdu.  Əhalinin  əksəriyyəti  xristianlardan  ibarət  idi, 
6 
ailənin yaşadığı yalnız bir azərbaycanlı kəndi vardı.  Üstəlik,  Tuğ 
kəndində  xristianlarla  yanaşı,  4  müsəlman  ailəsi  də  yaşayırdı. 
Mahal üzrə müsəlmanlar əhalinin  3,47  %-ni təşkil  edirdi.  Dizaqı 
məlik Aslan idarə edirdi  (193,  ss.180-186).
«M üfəssəl  dəftər»ə  görə,  Dizaq  nähiyəsi  birbaşa  Gəncə- 
Qarabağ  bəylərbəyliyinə  tabe  idi.  Nahiyənin  ən  böyük  kəndləri 
79 qeyri-müsəlman kişinin qeydə alındığı Tağan, 73 qeyri-müsəl- 
man  kişinin  qeydə  alındığı  Tuğ,  62  azərbaycanlı vergi  ödəyicisi- 
nin yaşadığı Cəbrayıllı, 
88 qeyri-müsəlman kişinin qeydə alındığı 
Hadrud,  30  nəfər  azərbaycanlı  kişinin  yaşadığı  Marulyan  kəndi 
idi.  Nahiyənin  Əyri,  Kənak,  Kürzandı,  Dövlətyar,  Xəlifəşahlı, 
M əzrəə,  Bulataq,  Oxçu,  Xırdaxaç,  Namxeş,  Həkərim,  Xırman-

cıq,  Makladərə,  Nurkişi,  Zimmi  Çocay,  Vəng,  Mania,  Nureşin, 
Məlikcan v ə  Çimənək kəndlərində  heç  kim yaşamır,  tarlalarında 
qonşu  kəndlərin  sakinləri  dənli  bitkilər  əkirdilər.  N ahiyə 
sakinləri  buğda,  arpa,  çəltik,  darı  yetişdirir,  maldarlıqla  məşğul 
olurdular. B əzi kəndlərdə ipəkçilik və pambıqçılıq inkişaf etmişdi 
(29,  ss.401^428).
Xaçm  mahalmm  ərazisi  cənubda  Qarqar  çaymdan  başlayıb, 
şimalda Qabartıda,  qərbdə  Qırxqız və Mıxtökən dağından şərqdə 
Bayat  m eşəsinə  qədər  uzanırdı.  Bu  mahal  Vərəndə  kimi  məh- 
suldar  olmasa  da,  buğda  və  s.  bol  yetişirdi.  B əzi  yerlərdə  çəltik 
yetişdirilirdi.  Mahalın  ərazisinin  çox  hissəsi  m eşəlik  idi.  Xaçm 
mahalında  13  kənddə  230  (99-u  vergiödəyən,  131-i  ödəməyən) 
ailə yaşayırdı.  Mahal  sakinləri taxılçıhqla  və  qismən maldarlıqla 
m əşğul olurdular. Ən iri kəndləri 36 ailənin yaşadığı Vəngli və 21 
ailədən  ibarət  Mehdikənd  idi.  Xanlıq  ləğv  olunan  dövrdə  ma- 
halda yalnız  xristianlar yaşayırdı.  Lakin bir  sıra  kəndlərin  adımn 
s n f  türk adı olması (Seyidbəy, Mehdikənd və s.) bu kəndlərin əv- 
vəllər azərbaycanlıların yaşadığmı sübut edir.  Görünür, müəyyən 
səbəblərə  görə  azərbaycanlılar nə vaxtsa həmin kəndləri  də  tərk 
etmiş  və  burada  xristianlar  məskunlaşmışlar.  Mahalı  yüzbaşı 
m əlik Səfər  idarə  edirdi  (29,  s. 171-174).  Xaçm  məlikləri  qədim 
alban  nəsli  olan  H əsən  Cəlalin  şəcərəsindən  idi.  Sonralar 
Pənahəli  xan  mahala  xmzırıstanlı  (Xmdırıstan  -  red.)  Mirzəxam 
m əlik təyin etmişdi  (57,  s.13).
«M üfəssəl  dəftər»ə  görə,  o  zaman  Xaçm  nahiyəsi  Bərdə 
livasınm  tərkibinə  daxil  olmuşdu.  Nahiyə  sakinləri  buğda,  arpa. 
çəltik  əkir,  maldarlıqla  məşğul  olurdular.  Ən  böyük kəndləri  41 
qeyri-müsəlman  kişinin  yaşadığı  Qazançı  və  23  qeyri-müsəlman 
kişinin  qeydə  almdığı  Xmzmstan  (digər  adı  Helvi)  kəndləri  id  . 
Qanzasar  monastrı  bu  nahiyədə  yerləşirdi.  Monastrm  yerləşdiyi 
kənd  «Yuxarı  Külədək»  və  «Ağvənd»  adları  ilə  tanmırdı  (29, 
Yüklə 5,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin