«əkər»lər də təhkimli idilər (185, s.93). Bu fıkri qətiyyətlə tək-
zib edirik. Qarabağ xanlığma aid mənbələrdə ümumiyyətlə
«əkər» termininə rast gəlinmir.
N ökərlər. Kəndlilərin bir qrupunu nökərlər təşkil edirdi.
Sərhəd mühafizəçiləri, qulluqçu, xanm v ə başqa feodalların şəxsi
qoruyucuları «nökər» adlanırdı. Nökərlik irsən keçirdi, xan fər-
manı ilə hər hansı bir rəiyyət də öz ailəsi ilə birlikdə nökər ola
bilərdi. Nökərlərin sayı çox deyildi.
Onlar vergi və
mükəlləfiyyətlərdən azad idilər. Xan nökərləri öz vəziyyətlərinə
görə feodal silkinə aid idilər və bir sıra hallarda hətta bəy rütbəsi
daşıyırdılar.
X alisə. Xan (xalisə) torpaqlarında yaşayan kəndlilər «xalisə»
adlandmlırdılar. Xalisə kəndlilər hüquqi və faktiki durumlarına
görə rəiyyətlərə uyğun gəlirdilər. Onlar xəzinəyə yox, xanrn özü-
nün, yaxud xalisə torpaqlarmm digər sahiblərinin xeyrinə bütün
vergi və mükəlləfiyyətləri yerinə yetirirdilər.
Qullar. M.Mustafayev xanlarm əsirlərdən qul kimi istifadə
etmələri haqqında yanlış fikirlər səsləndirmişdir. Q ətiyyətlə deyə
bilərik ki, yalnız dağıstanlılar əsir düşən ruslardan, gürcülərdən
və digər qeyri-müsəlmanlardan qul kimi istifadə edirdilər.
M.Mustafayev yanlış olaraq nökərləri də qul səviyyəsinə endirir.
Əslində nökərlər və hərəmxana kənizləri bir növ ailə üzvləri ilə
eyni durumda fəaliyyət göstərirdilər. Qeyd etm ək lazımdır ki,
xanm şəxsi nökərlərinin bir çoxu bəy titulu daşıyırdı, onların
səlahiyyətlərində rəiyyətlər, mülkiyyətlərində rəncbərlər vardı.
M aaflar. Bir çox tədqiqatçılar maafları feodal sinfinə aid
edirdilər. Ə.Qubaydulin maafları feodal nərdivanmm ən aşağı
pilləsi kimi səciyyələndirirdi (115, ss.33-34). İ.Petruşevski bir
əsərində maaflan kəndli sinfinə (204, s.30) aid edirdi. Əslində
maaflar ayrıca təbəqə deyildilər. Maaflar və ya ərəbcə «muaflar»
«vergi və mükəlləfiyyətlərdən azad olanlar» deməkdir. Y əni sa-
hibkara, yaxud dövlətə vergi verməkdən azad olunmuş şəxsə
«maaf» deyilirdi. D.M.Zubarev yazırdı ki, kənd idarəçiləri, sul-
tanlar, yüzbaşılar, məliklər, ağsaqqallar, koxalar və kəndxudalar,
onbaşılar-çavuşlar və gizirlər, bütün bunların qohumları, müsəl-
manlığı qəbul etmiş xristianlar, bəylərin qohumlan, nökərləri və
başqaları maaf ola bilərdilər (138). Deməli, maaflar müxtəlif
təbəqələrin nümayəndələri idilər. Vergilərdən azad olduqları
üçün maaflar xanm ilk çağırışı ilə silahlanaraq atlı dəstələrd ə
birləşib hərbi qulluğa getməli idilər. Sülh zamanı maaflar xan-
lığın hüdudlarmı qoruyurdular.
Rəiyyətlərin feodallardan m üəyyən şəxsi asılılığı olsa da,
onlar təhkimli deyildilər: onlarm almıb-satılması, bağışlanması
heç bir faktla təsdiqlənmir. A ncaq rəiyyətlərin məskunlaşdığı
kəndlər tiyul və ya mülk kimi hər hansı feodala verilə bilərdi.
Verilmiş torpaqlarda məskunlaşan kəndlilər istədikləri zaman
həm in torpağı tərk edə bilərdilər. Sadəcə Azərbaycanda əkinə
yararlı torpaqların azlığı kəndliləri bu prosesdən çəkindirirdi.
M əhz xanlıqlar dövründə v əziy y ət gərginləşir, xanlar öz
xəzinələrinin gəlirlərini artırmağa çalışaraq qonşu xanlıqlardan
kəndlilərin köçürülməsinə çalışu-, bunun üçün hər cür vasitələrə
(zorakılıqla köçürmə də daxil olmäqla) əl atırdılar. B əzi hallarda
kəndlilər daha yaxşı şərait vəd edən ağaların torpaqlarına üz
tuturdular. Xanlar öz təbəələrinin digər xanlıqlara köçməsinin
qarşısmı almaq m əqsədi ilə m üəyyən məhdudlaşdırıcı tədbirlər
görürdülər. Son nəticədə təhkimçilik şərtlərinin tətbiqi cəhdi
nəzərə çarpsa da, bu, cəhd olaraq qalmış, qanuniləşdirilmiş təh-
kimçilik hüququ (əşya-hüququ) inkişaf etməmişdir.
3. Vergi və mükəlləfiyyətlər
Torpaq v ə sudan istifadəyə görə verilən vergilər. Kəndli-
lər torpaqdan və sudan istifadəyə görə xan xəzinəsinə torpaq və
arxların sahiblərinin xeyrinə bir sıra vergi və m ükəlləfıyyətlər
yerinə yetirirdilər.
İstehsalda tərəflərin münasibətlərinin təzahürü olan rentanın
hər üç formasma rast gəlm ək mümkün idi. Rentanm əsas forması
məhsul rentası idi. İşləyib ödəmə rentası az tətbiq olunurdu, pul
rentası hələ üstünlük təşkil etmirdi. Yuxarıda sadalananları nə-
zərə alsaq, təsərrüfatm əsasən natural təsərrüfat çərçivəsində
qaldığmı aydın m üşahidə edə bilərik.
1.
«M alcəhət» sözünün hərfi mənası «məhsuldan hissə»
deməkdir, taxıldan natural qaydada almırdı. Kəndli pay torpaqla-
rmdan istifadə etdiyi üçün m əhsulun onda bir hissəsindən
otuzda dörd hissəsini torpaq sahibinə, mülkədara, yaxud tiyuldara
verməli idi (101, ss.25-29). Bu vergi məhsul toplananda verilir,
vergi kimi ödənilən məhsulu kəndli özü sahibkarın göstərdiyi
yerə daşımalı idi (163, s.55).
Təsvirlərdə olan materiallara istinad edərək deyə bilərik ki,
Qarabağ xanlığmda olan 521 kənddən malcəhət vergisini buğda
məhsulundan 189 kənd, arpadan 163 kənd, baramadan 14 kənd,
çəltikdən 4 kənd, darıdan 4 kənd ödəyirdi. Şübhəsiz ki, bu
rəqəmlər yarımçıqdır. Çünki kəndlərin əksəriyyəti buğda ve arpa
yetişdirir, barama, çəltik və darı məhsulları yetişdirən kəndlə-
rin sayı təsvirdə verilən rəqəm lərdən qat-qat yüksək idi. R ə-
qəm lərə diqqət yetirsək, 189 kənddən malcəhət vergisi hesabı-
na 6139,5 çetvert buğda, 163 kənddən 2856,5 çuval arpa, 24
kənddən 6,5 batman barama, 4 kənddən 82 çuval düyü, 271 çuval
dan miqdarmda malcəhət vergisinin toplandığını görərik (193).
Malcəhət vergisini toplayan darğalar taxıl dərzlərini böləndə
özbaşınalığa yol verir, çox vaxt kəndlilərdən məhsulun onda bir
hissəsindən daha çox hissəsini m ənim səyirdilər. Xanlığm ayrı-
ayrı kəndlərində malcəhət vergisi xəzinə ilə torpaq sahibləri
arasmda bölünürdü. Belə halda verginin xəzinənin xeyrinə topla-
nan hissəsi malcəhət, torpaq sahibinin xeyrinə toplanan hissəsi
isə «bəhrə» adlanırdı (4, s.31). Buna istinad edərək Vərəndə
mahalmm Dommi kəndində malcahət vergisinin m əhz bu qayda
ilə ödəndiyini m üşahidə ctmiş oluruq (193, s.171).
Bir çox tədqiqatlarda yanlış olaraq Qarabağ xanlığında «bəh-
rə» vergisinin malcəhətin sinonimi olduğu iddia edilir. Əslində
malcəhət torpağa, bəhrə isə sudan istifadəyə görə almırdı. Bəhrə
vergisinin həcmi məhsulun beşdə bir hissəsini təşkil edirdi və
suvarma arxmın sahibinə çatndı (35, s.109).
2. Salyana vergisinin hərfi mənası farsca «illik» deməkdir.
Bəzi müəlliflər qeyd edir ki, xanlıqlar dövründə xəzinənin xeyri-
nə toplanan malcəhət vergisi «salyana» adlann-dı. Verginin adma
istinad etsək, bu verginin arpa və buğda şəklində illik yığılan
vergi olduğunu aydınlaşdırmış olarıq.
3. Çöpbaşı - qışlaqlardan, yaylaqlardan istifadəyə görə top-
lanan vergi idi. Kəndlinin 20 başdan artıq qoyun-keçisi, 10 baş
qaramalı və 5 başdan artıq atı olduqda yaylaq və qışlaq sahibinə
çöpbaşı ödəm əli idi (163, s.429).
4. «Cütbaşı-cütpulu» adlanan bu vergini kəndli torpağı be-
cərdiyi zaman el içərisində cüt adlandırılan xış v ə ya kotandan
istifadəyə görə ödəyirdi. Cütbaşı hər xışa görə 10 xan manatı və
bəzən bu məbləğdən az (5 manatadək) alınırdı (192, s.246).
Müəyyən hallarda cütbaşı məhsulla ödənilirdi.
5. Sam an - kəndlilər öz ağalarına müəyyən miqdarda saman
verməli idilər.
6. M al-bağ və yaxud bağbaşı - bağ sahiblərindən alınan
vergi idi. Toplanan meyvə məhsulunun onda birini təşkil edirdi.
7. Karxana xərci - ipək əyirən və başqa emalatxanalardan
töplanan vergi idi. Bu vergini bəzən ipəklə ödəyirdilər.
8.
Dırnaqlıq - torpaq sahiblərinin mal-qaranı otaran kəndli-
dən pulla ödənilən vergi (203, s .l 1).
Qoşunu və dövlət aparatım saxlamaq üçün
toplanan vergilər:
L Darğalıq
- bu vergi
kəndlilərdən vergi
toplayanların -
kəndxudaların və darğaların xeyrinə toplanırdı. Darğalığı xan mir-
zəsi toplayanda o, «qulluği» adlanır və toplanan verginin 4 %-ni
təşkil edirdi. Vergini darğa yığanda isə o, «darğalıq» adlanırdı.
F.Ağamalımn əsərində göstərilir
ki,
darğahq adətən
toplanmış
buğda məhsulunun onda birini təşkil etmişdir (3, ss.243-244).
Əslində darğalığın həcmi çox cüzi olurdu.
2. A t aryası - xan qoşummm atları üçün toplaaan arpa.
3. Vezirtik
-
xan vəzirinin xeyrinə
toplanan bu vergi həm
məhsulla, həm də pulla ödənilirdi. Bu vergiyə çox vaxt «mirzə-
yana» deyirdilər.
4. Ələfə - feodal qoşun dəstəsinin həm minik, həm də yük
heyvanlan üçün toplanan yem belə adlanırdı.
5.
Diş kirəsı - rəiyyət onun evində əyləşm iş döyüşçüləri ye-
dirtməli idi. Bu m ükəlləfiyyət istehza ilə belə ad almışdı.
6.
İxracat
-
bu Fövqəladə hallarda toplanan vergi idi.
7. K ələn tərlik - ali inzibati məmurlan, oaibləri v ə s. saxla-
maq üçün toplanm vergi belə
adlanırdı.
8.
Gözətçi pulu - xan gözətçiləri xeyrinə toplanırdı.
9.
Mirzəyana - xan idarələrinin dəftərxana və mirzəsinin
xeyrinə toplanan vergi belə adlanırdı.
10. Rüsum - xan məmurlannm xeyrinə məhsul və pulla yığı-
lan vergi idi. R
üsum hər hansı
bir gəlir mənbəyini, m əsələn, ver-
gi toplamağı iltizama götürən iltizamçı, yüzbaşı və darğalann
xeyrinə toplanan vergi idi.
11.
Xan aşbazları və çörəkçiləri üçün hər evdən bir manat
miqdarında vergi alınırdı.
12. Şərbətçi pulu - xan saraymda şərbət və s. içkilər hazır-
lamaq işinə nəzarət edən məmurun xeyrinə yığılan vergi idi.
13. Poçt vergisi - hər evdən 3-5 manat miqdannda toplanırdı.
Feodallara və məmurlara gətirilən
məcburi bəxşişlər:
1. Qırxxana xərci. Xanm yemək süfrəsi üçün məhsulla yığı-
lan vergi idi.
2. Toy pulu, yaxud toy payı - ağa, yaxud onun övladları
evlənəndə gətirilən bəxşiş belə adlanırdı. M əbləği 6
manat 40 qə-
pikdən 10 manata çatırdı. Kəndli öz ailəsində olan toya görə də
10 manat ödəməli idi (3, s.32).
3. Bayramlıq - bayramlarda, xüsusən qurban bayramında
aparılan hədiyyə belə adlanırdı.
4. P eşkəş - xana, bəylərə, digər feodaWara verilirdı.
Ruhanilərin xeyrinə toplanan ödəmələr:
1. Xüm s. Hərfi mənası «beşdə bir»dir və xüms hər bir
müsəlmanm öz gəlirinin beşdə birindən ruhanilərə və seyidlərə
verdiyi vergi idi.
2. Z əkat. Müsəlmanların yoxsulların xeyrinə xəzinəyə ödə-
dikləri vergi belə adlanırdı. Əslində zəkatm çox hissəsi ruhani-
lərə və seyidlərə çatırdı (191, II his., s.68).
3. Fitrə. Yoxsulların xeyrinə, adətən Fitr bayramı axşamı
niyyətlə çıxarılan və hər bir müsəlmanın ödədiyi vergi idi.
Adambaşı və evbaşı vergilər:
1.
O taq xərci. Xanın xeyrinə hər evdən toplanan vergi belə
adlanırdı. Otaq xərci mənzil və otaq vermək mükəlləfiyyətini
əv əz edən vergi idi.
2.
Başpulu 15 yaşma çatmış bütün kişilərdən toplanırdı.
M ənbələrdə bu verginin hər nəfərdən hansı m əbləğdə almması
haqqmda məlumat yoxdur. Gətirilən rəqəmlər bütün yaşayış
məntəqələrindən toplanan başpulu vergisinin ümumi miqdarmı
əks etdirirdi. Elə bununla da ayrı-ayrı fərdlərdən toplanan başpulu
vergisinin miqdarım müəyyənləşdirmək olar. Tatev mahalmm
Tatev kəndi ildə xəzinəyə 200 xan manatı məbləğində başpulu
ödəyirdi (1 manat 20 qəpik həcmində olurdu) (193, s.99).
Işləyib ödəmə mükəlləfiyyətləri:
1. Biyar. Hər bir ailə ağanın tələbi ilə öz əmək alətləri və
qoşqu heyvanı daxil olmaqla bir nəfər ayırmalı idi ki, üç gün
ağanın tarlasında işləsin. Əkin, biçin, taxıl döymək və daşımaqla
məşğul olsun, iki gün ağa heyvanlarım bir yerdən başqa yerə kö-
çürdükdə v ə yaxud köçəndə, iki gün ot biçmək, odun daşımaq və
başqa işlərdə, bir gün ev və başqa təsərrüfat tikililərində işləm əli
idi (142, s.358). Ağa kəndlini hər dəfə çağıranda onu öz razılığı
olmadan bir gündən artıq saxlaya bilməzdi. Ona işçi lazım olma-
dıqda, o hər bir iş günü üçün kəndlidən 10 qəpik ala bilərdi (163,
s.56).
2. Qulluqçu. Ağalarm ev və çöl işlərində çalışmaq üçün hər
on ailə növbə ilə bir nəfər ayırmalı idi. Nökərin yaşı 20-dən az
olmamalı, azı bir il öz ağasına qulluq etməli, ağa isə əvəzində
nökərin həmin müddətdə bütün ehtiyaclarmı təmin etməli idi.
Nökər vermiş ailə əlavə heç bir mükəlləfiyyət daşımır, əksinə,
sahibkar həmin ailənin əvəzinə xəzinəyə 5 manat vergi ödəyirdi
(142, s.358). Kişi nökərlərindən başqa sahibkarm tələbi ilə hər
ailə bir nəfər qadın qulluqçu verməli idi. Ad.ətən qulluqçuluğa öz
təsərrüfatı olmayan qadınlar cəlb edilirdi. Qulluqçu öz işini
davam etdirmək arzusunda olmadıqda, bir ildən sonra onu başqa
birisi əv əz etməli, ağa qulluqçularm da ehtiyaclannı təm in etməli
idi.
3. İlxıçı. R əiyyətlər xanm ilxısma baxmaq üçün işçi ayırmalı
idilər. Lakin çox vaxt kəndlilər bu mükəlləfiyyətin əv əzin ə pul
ödəyirdilər.
4. X alça ilə vergi. M ənbələrdə xalça toxuyan ustalardan xal-
ça ilə vergi alınması da qeyd olunur. Xanlıqda olan mahalların
təkcə dördündən bir ildə vergi kimi 95 xalça almmışdı. B əzi
kəndlər bu vergidən azad olduğu halda, digərləri 2 -3 v ə daha çox
xalça verirdilər (193).
Vergi və m ükəlləfiyyətlər kifayət qədər ağu- idi. Xırdapara
Dizaq kəndində yaşayan cəm i 8 vergi ödəyicisi salyana 3 çetvert
buğda, otaq xərci - 1/2 çetvert, odun - 14 yük, qırxxana xərci -
1/2 çuval arpa, 5 xan manatı və 1 çetvert buğda mirzəyana, xalça
əvəzinə - 4, xışlara görə - 40, xan aşpazı v ə çörəkçisi üçün - 10
v ə qaravulçu üçün 5 manat pul ödəmişdi.
1822-ci ildə bu kənddə malcəhət hesabma 12 çetvert buğda,
6 çuval arpa, 23 stil ipək, darğalıq hesabma 4 çetvert buğda, 2 çu-
val arpa v ə 7 stil ipək də toplanmışdı. Bütün bunlarla yanaşı,
kənddən 11 əşrəfi Rusiyaya xərac üçün ahnmışdı. Kəndlilər ildə
2 gün 4 xışla xəzinəyə məxsus torpaqda şum etməli idi. Bu kiçik
kəndin ödədiyi pul və natural ödənişlərinin hamısmm dəyərini
pula çevirəndə kifayət qədər ciddi m əbləğ almırdı: 14 əşrəfi və
863 manat 72 qəpik (137 rubl 13 qəpik) (192, ss.252-253).
XIX
əsrin əw əllərin d ə qışdan 13,5 çetvert buğda v ə 13 çuval
arpa bəhrə yığılmışdı. Buna qulluqçu v ə təqvilaninin, yəni xan
nökərləri üçün hər çervondan 60, bir o qədər də otaq xərci, hər
salyanyadan 50, hər yük odundan 25, hər çuval aıpadan 50,
karxana xərci 50, hər batman yağdan bir o qədər, hər qoyundan
50, öküz əvəzinə hər tüməndən 50 və hər batman quzu yunundan
50 qəpik, habelə qulluği v ə başqa vergilər də toplamrdı (192,
ss.252-253).
Mirzə Camal yazırdı: «Hər il Novruz bayramı günündə mər-
hum xan qoşunun bütün adlı-sanlı sərkərdələrinə və minbaşılan-
na xələt, ənam, at və qılınc bağışlayırdı. Azərbaycan vilayətləri,
mahallar, habelə məliklər - hər kəs öz rütbəsinə görə peşkəş
gətirərdi. Mərhum İbrahimxəlil xan səfərdə olduğu və ya ordu
qurduğu zaman xidmətində olan minbaşılar, Azərbaycan bəyləri,
ağaları və xanlarmın səhər, günorta, axşam yem əyi və atlarmın
arpası, habelə qoşun əhlinin bir parasmın, mirzələrin, eşikağala-
nnın, keşikçilərin və yasovulların bütün məxarici mərhum xanm
xəzinəsindən verilirdi. Minbaşılara və başqalarma buraxılan diri
qoyunlardan başqa,
qırx puda yaxm düyü və otuz
qoyun sərf
olunardı» (142, s.49).
Xanlıqda natural təsərrüfatm üstünlük təşkil etməsinə bax-
mayaraq vergi ödənişlərmin xeyli hıssəsi pulla toplamrdı. Bunlar
başpulu, otaq xərci, bayramlıq, toypulu, mirzəyana və darğalıq
vergiləri idi.
Kürəkçay müqavıləsindən sonra əhali üzərinə «Rusiyaya
bac» adlı yeni, ağır bir vergi qoyuldu. Xanlıq üzrə onun ümumi
məbləği 8
min əşrəfl idı. Y.Ağamalı bacm yaşayış məntəqəsi ara-
svada'ə\va\min sayrna uyğun bölüşdürülməsini iddia edir (4, s.33).
Bu iddialar
yan/ışdır. B əzi məntəqələr ümumiyyətlə, bac ödə-
məkdən azad idilər. Digərlərinə yüklənən bacın miqdarı isə
həm işə proporsional olmurdu.
Xanlar bu və ya digər vergini öz yaxm adamlarına və yaxud
dövlət qarşısında xüsusi xidmətləri olmuş adamlara güzəştə gedə
bilirdilər. İbrahimxəIiJ xanın təlıqəsinə əsasən, Vərəndə maha-
lınm xəzinəyə məxsus bütün kəndlərindən toplanan darğalıq
vergisi Mirzə Camalm qardaşı Sadıq bəyə çatırdı (159, s.180).
Xanlıqda işləyib ödəmə rentası z ə if inkişaf etmişdi. Burada
kəndlilərin icbari əməyi biyar adlanu'dı və əsasən su hövzələ-
rinin, kəhrizlərin yaradılmasında, kanallann çəkilişi və təmizlən-
məsində, məhsulun toplanıb daşmmasmda istifadə olunurdu.
Eyni zamanda, kəndlilər ildə bir və yaxud iki gün elliklə feodalm
təsərrüfatmda işləm əli idilər. Bu m ükəlləfıyyət «əvariz» adla-
nu-dı (205, s.12). 21 vergi ödəyicisinin olduğu Novruzlu oymağı-
nın sakinləri 5 xışla, Sarıhacılı oymağmm sakinləri 2 xışla Ağda-
mın yaxınlığındakı Xan tarlasmda şum etməli idilər (231, s.78).
Məmurlar vergiləri böyük ciddiyyətlə toplayu:dılar. S.Esadze
yazırdı ki, biçini başa çatdıran əkinçi sahibkann v ə yaxud onun
nümayəndəsinin iştirakı ilə taxılı dərzlərə bölürdü, özü də bu
bölgünü məhsul yığımmdan ən geci üç gün sonra etməli idi. Əgər
sahibkar həmin mülkün ərazisində yaşamırdısa, əkinçi bölgüdən
ən geci üç gün sonra malcəhəti ona çatdırmalı idi. Sahibkar hə-
min mülkün ərazisində yaşayırdısa, verginin çatdınlması bölgü
başa çatdıqdan sonraya saxlanılırdı (231, ss.48-49). A.Milmana
görə, Qarabağ xanlığmda adətən.vergi toplayanı darğa adlandırır-
dılar (182, ss.42-43).
Bir sn-a kəndlərin sakinləri həm də xana çapar kimi bir nəfər
atlı verməli, xam və onun qonaqlarmı qəbul etməli, xanm tələbiy-
lə işçi q ü w əsi və nəqliyyat vasitəsi verməli idilər. Cəmi 13 vergi
ödəyicisinin olduğu Ataqut kəndinin sakinləri çaparxana mükəl-
ləfıyyətini yerinə yetirmək üçün ildə 1 ay müddətinə bir atlı,
cəmi 7 vergi ödəyicisinin olduğu Ərişli kəndinin sakinləri 15 gün-
lüyə 1, dörd vergi ödəyicisinin yaşadığı Şıxımlı kəndinin sakinləri
13 günlüyə 1 atlı verməli idilər (192, ss.162-163).
Qarabağ əyalətindən daxil olan gəlirlər kitabın əlavələrində
göstərilib (cədvəl 1). Cədvəldən görünür ki, Qarabağ xanlığmm
bütün mahallanndan və ayrı-ayrı şəxslərə məxsus mülklərdən
xəzinəyə ildə 4.987 yük odun, 9.506 əşrəfi və 185.592 manat 88
qəpik (30364 rubl 10 qəpik) məbləğində gəlir daxil olmalı idi
(193, ss.225-226).
Zemfıra Hacıyeva
I I I F Ə S İ L
ŞƏH ƏR HƏYATI:
SƏNƏTK ARLIQ VƏ TİCARƏT
1. Xanlığın mərkəzi - Şuşa şəhəri
Pənahəli xan tezliklə Şuşa şəhərinin ətrafına m öhkəm bir
hasar çəkdirib m üdafiə sistemini m öhkəm ləndirdikdən sonra
daxili inşaat işlərinə başlamışdı. O , qalanın bir kənarm da özü
üçün qəsr tipli hasarı və bir bürcü olan saray inşa etdirmişdi. Pə-
nahəli xan, həm çinin qalada böyük oğlu İbrahim xəlil xan, ikinci
oğlu M ehrəli bəy, üçüncü oğlu Talıbxan bəy üçün düşm ən qalaya
Pən ahəli xanın qalası (bərpa olunduqdan son ra)
Qarabağ xanlığı
yaxmlaşdıqda lazımi yerləri m ühafizə edə bilm ələrindən ötrü
bürcü və hasarı olan im arətlər inşa etdürnişdi (51, s.198).
M irzə R əhim Fəna Şuşa şəhərinin inşası prosesi haqqm da
m əlum at verərək yazır ki, Pənahəli xan şəhərin yerinə baxıb öz
şəxsi iqam ətgahı üçün əlverişli yer seçmiş, orada əh ə n g ilə m öh-
kəm hasar çəkdirib əvvəl burada əndərun, m ətbəx və xidm ətçilər
üçün otaqlar, qonaq otaqları, hərəm xana otaqları, hamam , m əscid
inşa etdirmişdi. Bu dairədə sonralar Ə hm əd xan otururdu. M əs-
kunlaşmaq üçün gələn digər qarabağlılar da m ünasib bildikləri
yerlərdə özləri üçün m ənzillər inşa etdilər. M əskunlaşanlar m ü-
səlman olduqlarmdan m ərkəzdə böyük m əscid, habelə hamam -
lar, bazar inşa etmişdilər. P ənahəli xan yeni şəhəri öz şərəfinə
Pənahabad adlandm b, «pənahabad» adlı gümüş sikkə (yarım
qram ağırlığında) zərb etdirdi (56, ss.253-254).
İlk tikililər sırasmda ham am və m əscid vardı. Ş əh ər mey-
danmda tikilən m əsciddə İbrahim xəlil xanm dövründə yenidən-
qurma işləri aparılmışdı. X IX əsrdə isə İbrahim xanm qızı
Gövhər ağa bu m əscidi tam amilə sökdürüb, yerində yenisini inşa
etdirmişdi. Xalq arasında bu m əscidə «Yuxarı m əscid» deyirdilər.
Ü m um şəhər ham am və m əscidləri ilə yanaşı, m əh əllə m əscidləri
və hamam ları tikilmişdi. Y uxarı m əscid şəh ər m eydanm a baxırdı,
meydan isə Rasta bazarbaşma doğru 300 m uzanırdı. Ruslar
A zərbaycanı işğal etdikdən sonra Bazarbaşm dakı divanxana
binasmı kilsəyə çevirmiş, sonralar, XX əsrin 60-cı illərinə kim i
isə binadan klub kimi istifadə olunmuşdu. Pənahəli xan Şuşanı
qədim Azərbaycan m em arlıq ənənələri əsasm da tikm ək üçün
Təbriz, Ə rdəbil və başqa şəh ərlərd ən ustalar d əvət etmişdi.
Sonralar həm in ustalar Şuşada qalıb yaşam ışlar (32, s.316).
Ş əh ərdə ilk ham am ı P ənahəli xanm əm isi oğlu Ə bdüsəm əd
bəy inşa etdirm işdi. Sonra Uğurlu bəy aşağı bazarda, Qazı M irəli
isə aşağı m eydanda ham am inşa etdilər. B ir ham am ı Əli bəy
Poladov, başqa birisini Rüstəm bəy tikdirmişdi. Baharlınm yazdı-
Şuşa hamamı
ğına görə ə w ə llə r Şuşa şəhərinin aşağı tərəfi daha abad imiş və
burada Uğurlu bəy bir neçə karvansara tikdirmişdi. Baharlı Şuşa-
dakı çoxsaylı karvansara adlarım sadalayn-. Lakin m ətadən hiss
olunur ki, onların çoxu xanlıq dövründən sonra inşa olunmuşdur.
Bütövlükdə xan sarayları və bir neçə iri feodahn imarətləri
istisna olmaqla Şuşada yaşayış evlərinin görkəm inə, onun rahatlı-
ğma bir o qədər də diqqət yetirmirdilər. Dövrün m ürəkkəb siyasi
vəziyyəti əsas diqqəti m üdafıə istehkamlarm ın inşasına yönəlt-
m əyi tələb edirdi. Hətta yaşayış evlərinin əksəriyyəti bir çox Şərq
şəhərlərində olduğu kimi, kiçik qalaçaları xatırladırdı. Evlər
qonşu evlərdən və küçədən qalın və hündür hasarlarla ayrılırdı
(123, s.42).
Qarabağ xanlığı
Baharlım n yazdığına görə, ilk vaxtlar Şuşada tikilm iş evlər
çox darısqal və alçaq imiş. E vlər bir-birinə bitişik inşa edilirdi,
buna görə də bir damdan o birinə keçm ək olurdu. Onların daxili
quruluşu təxm inən bu şəkildə idi: divarlarda «ləm ə» adlanan çı-
xmtılara saxsı və şüşə qablar qoyulurdu. Y orğan-döşək və digər
ev əşyaları sandıqlarm üstünə yığılırdı (135, s.42). Varlıların
evlərində ocaq əvəzinə buxarı, ucuz saxsı qablar əvəzinə çini
qablar, gümüş və qızıldan düzəldilm iş qaşıq və bıçaqlar olur,
döşəm əyə bahalı xalçalar salmırdı. Onlardan b əzilərinin evlərinin
divarları m üx təlif səciyyəli naxışlar və rəsm lərlə bəzədilirdi
(123, s.87).
Ş əhər əhalisinin sayını və sosial tərkibini dəqiqləşdirm əklə
şəh ər təsərrüfatının, yəni sənətkarlıq və ticarətin miqyası haq-
qında m üəyyən tə s ə w ü r əldə etm ək mümkündür. Çünki şəhərlə-
rin təsərrüfat həyatı əsasən yerli bazarın ehtiyacı ilə bağlı olurdu.
Zemfıra Hacıyeva
D igər Azərbaycan şəh ərlərin d ən fərqli olaraq o dövrki
Şuşanın iqtisadi həyatm da əkinçilik çox cüzi əh əm iyyətə malik
idi. Bu, ilk növbədə Şuşa şəhərinin ətrafm dakı ərazidə kənd
təsərrüfatı m əhsullarınm istehsalı üçün torpaq və digər zəruri
şəraitin olmaması ilə bağlı idi. Y əqin elə buna görə d ə Şuşa əha-
lisi əsasən kustar sənətkarlardan, tacirlərdən və ali silkin nüma-
yəndələrindən ibarət idi. Fasiləsiz ara m üharibələri və yadelli
basqmları, üm um iyyətlə, xanlığm və Şuşa əhalisinin sayma kəs-
kin təsir göstərmişdi. S.A .Yeqiazarov Şuşada əhalinin azalması
ilə bağlı yazırdı: «Xanm iqam ətgahı olan Şuşada şə h ər əhalisinin
azlığı onunla izah olunur ki, onlarm bir qismi xanla (Ağa M əhəm -
m əd şah nəzərdə tutulur - Z.H.) m üharibə zamam qaçıb dağılmış,
bir qismi isə Qarabağ Rusiyaya birləşdirildikdən sonra İrana
köçmüşdü» (131, s.257).
Qarabağ xanlığı
XVIII əsrin sonuna aid m əlum atlara görə, Şuşada 2 m indən
çox ev var idi. Bu da təxm inən 10 min nəfərdən çox sakin dem ək
idi (40, s.137). 1823-cü ildə burada cəm i 1532 ailə yaşayırdı ki,
bu da 7660 sakin dem əkdir (193, ss.4-18). Qeyd edək ki, Şuşada
da sənətkarlar m əh əllə prinsipi üzrə cəm lənm işdilər.
Ş əhərin inzibati quruluşu sənətkarların bir küçədə cəm ləş-
m əsinə əngəl törədirdi. Təbrizli m əhəlləsində baqqallar, boyaq-
çılar, keçəçilər, bərbərlər və s. yaşayırdı. Digər m əhəllələrdə də
sənətkar küçələri vardı (92, s.137). X IX əsrin 30-cu illərinin
ə w ə llə rin d ə Şuşa qalasmda 1698 ev vardı. Bu evlərdə 5079 kişi
və oğlan uşaqları yaşayırdı. Ş əhərdə 936 m üsəlm an və 762 xris-
tian ailəsi, o cüm lədən 56 bəy, 64 m olla və seyid, 21 xristian
ruhanisi qeydə almmışdı (131, s.308). M ənbənin verdiyi m əlum a-
ta görə, İbrahim xəlil xan Şuşa qalasının ətrafındakı torpaqları
sahiblərindən alıb şəh ər sakinlərinin ev və təsərrüfat m əqsədləri
üçün istifadəsinə vermişdi. Sakinlər istər təsərrüfat tikililəri, istər
qəbiristanlıq üçün yeri pulsuz alırdılar (193, s.5).
Şuşa şəh əri üç hissəyə: Təbrizli, Qazançalı və Əylisli hissə-
lərinə (m ənbədə «m əhəllə» adlandırılırdı) bölünürdü. «Qarabağ
əyalətinin təsviri»ndə yanlış olaraq hissələr m əh əllə kimi gös-
tərilir. Lakin 10 m in nəfərdən artıq sakinin yaşadığı bir şəhərdə
cəm i üç m əhəllənin olması o qədər də inandırıcı görünmür.
M üqayisə üçün qeyd edək ki, öyrənilən dövrdə əhalisi 5 m in
nəfərd ən artıq olmayan N axçıvan v ə Ordubad şəhərlərin də
müvafıq 13 və 15 m əhəllə vardı (230, ss. 477-482; 103, s.15).
Y əqin ki, m ənbədə üç rəqəm i şəhərin m üxtəlif dövrlərdə
təşəkkül tapan hissələrinə aiddir. Baharlm ın verdiyi m əlum ata
görə, Şuşanın «Çuxur» adlanan 1-ci hissəsi Pənahəli xanın
dövründə, «Yuxarı» adlanan 2-ci hissəsi İbrahim xəlil xanm
dövründə, 3-cü hissəsi isə rus işğalından sonra tikilmişdi (14,
s.276). Baharlı XIX əsrin ə w ə llə rin d ə Şuşada 17 m əhəllənin
olduğunu yazırdı. Aşağı m əhəllələr: Qurdlar, Seyidli, Culfalar,
Şuşa şəhərinin m ərkəzi hissəsinin planı.
R əqəm lərlə göstərilib: 1. Aşağı bazar; 2. Aşağı meydan;
3. Rasta bazar; 4. Yuxarı m əscid; 5. Narınqala; 6. Divanxana;
7. Gəncə darvazası; 8. Q əsrlər.
Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, D örd çinar, Çöl
qala. Y uxarı m əh əllələr: M ir və ya Xanlıq ara m əh əlləsi,
M ərdinli, Saatlı, K öçəri, M amayı, Xoca M ərcanlı, Dəm irçi, Ha-
mam qabağı və T əzə (14, s.277).
Göründüyü kimi, m əhəllə adlarınm bəzisi sakinlərin köçüb
gəldiyi yerlərin adı ilə, bəziləri sakinlərin m əşğuliyyət növü ilə,
d ig ərləri m əh əllələrin topoqrafık mövqeləri ilə bağlı olmuşdur.
Bu m əhəllələrd ə şəh ər sakinləri ilə yanaşı, bir sıra kənd sakinləri
də daimi yaşayırdılar. Onlar m ənsub olduqları kəndlərin icmaları
ilə birlikdə vergi və m ükəlləfiyyətlərini ödəyirdilər. Eyni zaman-
da, xan qonaqlarmı qəbul edib onları və atlarmı yedizdirm ək
m ükəlləfıyyətini yerinə yetirir, tələb olunduqda lazımi qədər işçi
q ü w ə si, qoşqu verir, xan üçün binalar tikilərkən şəhərlilərlə
birlikdə m aterialla yardım edirdilər.
Təbrizli m əhəlləsində 162 sakin (ham ısı m üsəlm an-azərbay-
canlı), Qazançala m əhəlləsində 126 (xristian), Əylisli m əhəllə-
sində 122 (xristian) sakin qeydə almmışdı. Üç m əh əlləd ə olan
371 evdən savayı, Şuşa şə h ərin d ə yalnız m ü sə lm a n -az ə r-
baycanlılardan ibarət olan xan ailəsinə m ənsub 2 ev, 30 m ülkədar
evi, habelə 9 x ristian ruhanisinin evi vardı. General M ədətovun
sərəncam m a əsasən, sənətkar olan 103 xristian və bir m üsəlm an
ailəsi, Petros bəyin sərəncam ında olan sənətkarlardan ibarət 16
xristian ailəsi, C əfərqulu ağanın sərəncam m da olan 101, Xancan
ağanm sərəncam m da olan 16, Şükür ağamn sərəncam m da olan 4
və Xanxam m ağanın sərəncam ında olan 5 m üsəlm an ailəsi vardı
(193, ss.6-8).
Bunlardan əlavə, Şuşada polkovnik Xanlar ağanm sərən-
camında olan M iqralı kəndinin 10 xristian ailəsi, M irikli kəndinin
7 m üsəlm an və 17 xristian ailəsi, Ə hm əd xan və onun anası Bikə
ağanın sərəncam m da olan 41 m üsəlm an ailəsi, kapitan M irzə Əli
bəyin sərəncam ında olan 24 m üsəlm an və 4 xristian ailəsi, divan-
bəyi M əm m ədəli bəyin sərəncam m da 15 m üsəlm an sənətkar
Zemfıra Hacıyeva
ailəsi, Hacı bəyin sərəncam m da 2 azərbaycanlı ailəsi vardı. Şə-
h ərd ə divanbəyi M əm m ədəli bəyin tiyulu olan K əbirli m ahalınm
K ürd Gürcüstan oymağının 12, K ürd dördlər oym ağının 17,
habelə K ürd Camalxan Qaradağlı oymağmdan 13 azərbaycanlı
ailəsi yaşayırdı (193, ss.6-8).
Şuşada Dizaq Cavanşir m ahalınm Hacılı oymağmın 13, Yağ-
lıvənd oymağmm 7, Seyid M ahm udlu oymağınm 7, Qaraxanbəyli
oymağmm 5, M ərdinli oymağınm 9, Z ərcər oym ağınm 4, D ədəli
oymağmın 2, Q ərvənd oymağının 3, Cavanşir m ahalının X anbəy
oym ağm dan o lan 30 azərbaycanlı ailəsi yaşayırdı (193, s.9).
Şəhərdə İbrahim bəyin sərəncam m da olan 19, m əlik Vanya-
nm sərəncam ında olan 3, Çiləbördlü m əlik Poqosun sərənca-
m ında olan 9 tativli xristian yaşayırdı. Bundan əlavə, şəhərd ə
Otuziki m ahalından 14, qalabəyinə m əxsus 15, Behbud bəyə
m ənsub 9, Əli bəyə m ənsub 3, Səfərəli bəyə m əxsus 2, M əm -
m ədqasım ağaya məxsus 10, İzzət bəyə m əxsus 22, Süleyman
b əy ə m əxsus 7, Böyük xana m əxsus 2, kapitan Rüstəm bəyə
m əxsus 31 azərbaycanlı ailəsi vardı. Behbud b əyə m əxsus 1, Əli
bəyə m əxsus 5, Səfərəli bəyə m əxsus 1 xristian ailəsi vardı (193,
ss.8-9).
Eyni zamanda, şəhərdə Dəm irçi H əsənli m ahalmdan 34 və
kapitan Uğurlu bəyə m əxsus 17 azərbaycanlı ailəsi, eləcə də
kapitan Hacı Ağalar bəyə m əxsus 45 xristian ailəsi, İyirmidörd
m ahalınm Saatlı oymağmdan 26, D əm irçilər oymağından 5, ha-
belə axund M olla Bağıra m əxsus 5, kapitan İsmayıl bəyə m əxsus
7, poruçik Gülm əm m əd bəyə m əxsus 4 azərbaycanlı və 2 qeyri-
azərbaycanlı ailəsi, bundan başqa, V əli bəyə m əxsus 7 azərbay-
canlı ailəsi yaşayırdı.
Bunlardan əlavə, Şuşa şəhərində M irzə Cavada məxsus 4 sə-
nətkar qeyri-azərbaycanlı ailəsi, qubem iya katibi Zurab Tarımova
m əxsus 5 azərbaycanlı və 7 qeyri-azərbaycanlı ailəsi, K ərim bə-
yə m əxsus 4 azərbaycanlı ailəsi, divanb
əyi Əhm əd ağaya m əxsus
Qarabağ xanlığı
1 azərbaycanlı sənətkar ailəsi, Cavahir xanıma m əxsus 7 azərbay-
canlı və 1 qeyri-azərbaycanlı ailəsi, Hacı Y usifə m əxsus 5, Fətəli
bəyə məxsus 6 azərbaycanlı ailəsi, habelə Şuşakənddə 4 xristian
ailəsi, Xaçın m ahalından 5 qeyri-azərbaycanlı, bir azərbaycanlı,
X ocavənd oymağında isə 3 azərbaycanlı ailəsi, üstəlik, Dizaq ma-
halından 5 qeyri-azərbaycanlı ailələri yaşayırdı.
Şəhərdə 28 molla və seyid ailəsi, 22 xan nökəri (azərbay-
canlı), 9 kəngərli ailəsi yaşayırdı. Şuşada heç bir m əh ə llə y ə mən-
sub olmayan 69 qeyri-azərbaycanlı dul qadın, yoxsul və yetim
azərbaycanlı 25 dul qadın, yoxsul və yetim xristian, m üxtəlif
şəxslərə m əxsus daha 17 azərbaycanlı və 16 qeyri-azərbaycanlı
ailəsi də yaşayırdı. X ınzirəkdən 2 xristian ailəsi, M əm m əd yüz-
başıya məxsus 5 m üsəlm an və 1 xristian ailəsi, N əcəfəli bəyə
m əxsus 6 və xana m əxsus 12 azərbaycanlı, habelə 4 qeyri-azər-
baycanh sənətkar ailəsi də qeydə alınmışdı (193, ss. 10-12).
2. Sənətkarlıq və kustar sənayesi
Xanlıqlar dövründə Azərbaycan siyasi və iqtisadi parçalan-
m aya m əruz qalsa da, sənətkarlığın bir sıra sahələri öz inkişafını
dayandmnamışdı. Bu dövrdə xanlıqların m ərkəz şəhərləri həm
də sənətkarlıq m ərkəzləri idi. Ş əhərlərdə xanlar, onların ailələri,
saray əyanları, bəylər, ruhanilər və əsasən də sənətkarlar, ticarət
adamları yaşayırdüar. Burada sənətkar em alatxanaları v ə tacir
dükanları vardı (25, s.23; 39, s. 189).
Qeyd edək ki, Qarabağ xanlığmda sənətkarlıq və kustar sə-
nayesi M .M ustafayevin dissertasiyasında nisbətən dolğun, həm
də düzgün tədqiq edilmişdir. Buna görə də həm in əsərə geniş
istinad etm əklə əsas diqqətim izi bu əsərdə öz əksini nisbətən az
tapmış m əqam lara yönəltm əyə çalışmışıq.
Sənaye-kustar istehsalı kənd təsərrüfatı ilə m üqayisədə
tə sə rrü fa t fəaliy y ətin d ə m ühüm yer tutm urdu. H əm də
sənətkarlıq-kustar sənayesi ilə yanaşı, xanlığm kəndlərində ev
sənətkarhğı da yayılmışdı. «Ev sənətkarlığı» dedikdə xam m alın
istehsal olunduğu təsərrüfatm özündə emal edilm əsi, peşəkar
olmayan fəaliyyət nəzərdə tutulurdu.
Ticarət m ərkəzlərinin uzaqda yerləşm əsi, rah a t yolların
olmaması və əhalinin təsərrüfat həyatım n qapalı səciyyə daşı-
ması, zəhm ətkeşlərin asudə vaxtlarında əldə etdikləri əkinçilik
və m aldarlıq m əhsullarını em al etm ək imkanı yaradırdı.
Evdə istehsal olunan m əhsullar əsasən kəndlilərin tələba-
tınm ödənilm əsinə yönəlmişdi. K əndlilərin əksəriyyəti çörək bi-
şirir, ipək sarıyır, yun boyayır, paltar tikir, dəri aşılayır, m üxtəlif
m əqsədlər üçün nəzərdə tutulmuş binalar inşa edir, bəsit əm ək
alətləri hazırlayırdılar. Süleymanlı, Qorunzur, Gedişə, Tatev, Qa-
zannı, Şinger, Dığ kəndlərində kəndlilər boş vaxtlarm da yun ip-
lər, m ahud, kilim, ipək parçalar, ipək şalvarlar, xalçalar, kisələr,
pambıq parçalar istehsal edirdilər.
Peşəkar sənaye fəaliyyətinin əsas forması sənətkarlıq və
kustar sənayesi sayılır. Sənətkarlığın fərqləndirici xüsusiyyəti
sifarişlə, kustar sənayesinin fərqləndirici cəhəti isə azad bazar
üçün işləm ək idi.
Sənətkarhq və kustar sənayesi şəh ər m əişətinin tərkib his-
səsi idi. Buna baxmayaraq, natural təsərrüfatın hökm sürdüyü bir
vaxtda kənd əhalisi ilə şəh ər əhalisi arasmda əm ək bölgüsünün
yoxluğu, ticarət m ərkəzlərinin uzaqda yerləşm əsi, əlverişli
nəqliyyat yollarınm olmaması, yerlərdə ‘ev, sənətkarlıq-kustar
sənayesinin inkişafma təkan verirdi, xanlığın xammal ehtiyat-
larınm bolluğu da sahələrin inkişafma şərait yaradırdı. Əkinəya-
rarlı torpaqlarm azlığı, ilin fəsillərindən asılı olaraq əm əyin təbii
şərtlərinin dəyişm əsi də ev və sənaye-kustar sənayesinin inki-
şafma təsir edən am illərdən idi.
Zemfira Hacıyeva
Xanlığın kəndlərində m isgər, boyaqçı, silahsaz, bənna, də-
mirçi, dabbaq, dulusçu və başqa sənətkarlarm olması haqqmda
m əlum at var (185, s.61).
Xanlıqda toxuculuq geniş yayılmışdı, h ə r bir ailədə bəsit də
olsa, əyirici və toxucu dəzgahı var idi. Toxuculuq m əhsulları baş-
lıca olaraq ailənin təsərrüfat-m əişət tələbatım ödəyirdi. Xanlığm
dem ək olar ki, bütün k əndlərində xalça, palaz, cecim, m əşrəf, yun
parçalar, xurcun, çuval və s. toxunur, yun ayaqqabı, palan və s. is-
tehsal edilirdi. Y unu daraqla darayır, cəhrə ilə əyirirdilər. Əyi-
ricilik və toxuculuqla qadmlar m əşğul olurdu. 1832-ci ilin məlu-
m atma istinadən dem ək o lar ki, kəndlərdə 500 n əfər ipək parça,
1200 n əfər bez toxumaqla m əşğul olurdu (185, s.61). Qadmlar
zərbaft tikm ələri yaradıcılığına üstünlük verir, m əxm ər, ipək
parçaların ü z ə rin d ə qızıl saplarla m ü x tə lif k o m p o zisiy a lar
toxuyurdular. M əhsulların bir hissəsi m übadilə üçün bazara
çıxarıln-dı.
Ev, sənətkar-kustar sənayesinin m ühüm sahəsi xalçaçılıq idi.
Naxışlarm ın gözəlliyinə, boyaların ç a la rla rın a görə Qarabağ
xalçaları xanlığın hüdudlarm dan çox-çox uzaqlarda m əşhur idi.
Xalçanı, adətən işarası fasilələrdə və uzun qış gecələrində
toxuyurdular. Şuşada xalçaçılıq ailə sənəti səciyyəsi daşıyırdı və
Şuşa xalçaları Cənubi Qafqazda m əşhur idi. Böyüklüyünə, forma
və təyinatm a görə xalçaların m üxtəlif növləri var idi: 1. Xalı (ən
irisi). Otağın ortasına salmırdı. A dətən xalm ın eni 2 xan arşmı (1
x an arşını - 1 m etrə yaxın idi, bəzən bir q ə d ə r kiçik olurdu),
uzunluğu 5-6, nadir hallarda 7 arşın olurdu. Xalm ı əsasən
sifarişlə toxuyurdular. 2. Yan (kənarə) - uzun xalılar, onları orta
xalınm yanına salırdılar. Eni 1 xan arşını və yaxud iki verşok olur,
uzunu isə yanma salmacaq xalmın uzunluğuna uyğun olurdu.
Yanları cüt satıb alırdılar. Bir cüt yan xalmın qiym əti ona uyğun
orta xalının qiyməti qədər olurdu. 3. G əbə - iriliyinə görə orta
xalıdan kiçik və yan xalıdan enli olur. 4. Taxt üstü - uzunu 3 xan
Şuşada toxunmuş parçalar d ərzilər tərəfındən m əm nuniyyətlə
alım r və g ö zə l paltarlara çevrilirdi
arşını, eni 1 xan arşm ı olurdu; adından göründüyü kimi, bu növ
xalçaları taxt və çarpayının yanmdakı divardan asırdılar. 5. Xalı
balası - adətən uzunu 4, eni 1 xan arşmı olurdu. 6. Canam az -
namaz qılmaq üçün istifadə olunurdu (136, ss.31-32).
Naxışlarına görə xalçalar bir-birindən seçilirdi: 1. Dam na -
bir növ rəng fonuna malik, ortasında kiçik naxış olurdu; 2. Balıq
- balıqvarı naxışh; 3. Buta - badamlı naxışlı; 4. Güllü yaylıq;
5. Xonça; 6. Aşma-yumma; 7. Bulud - onun fonu iki rəngdən (boz
rənglər) toxunurdu; 8. Muncuq; 9. Zərm əxm ər - qızılı-m əxm əri
- adətən yanları bu cür toxuyurdular (136, s.32). X alçanın qiy-
məti ölçüsü ilə yanaşı, naxışından da asılı idi. Balıq, Bulud, Mun-
cuq və Z ərm əxm ər çeşniləri ilə toxunmuş xalçalar b a şq a la rın a
n isbətin baha olurdu. K eyfıyyətli xalçalar nazik, m ö h k əm və
xovları qısa o lan xalçalar sayılırdı.
Palazlar növlərinə görə iki cür olurdu: yer palazı (sadə, zo-
laqlı) və kilim (naxışlı, xalı kimi). K ilim lər öz n övb əsin d ə m üx-
təlifliyi ilə fərqlənirdi: 1. Sumaq, 2. Lampa, 3. Cəbrayıllı, 4. Gül-
vəngli (136, s.32).
Xalçaçılıqla yanaşı, boyaçılıq da inkişaf etm işdi. Boyanı
m üxtəlif təbii bitkiləri qaynatmaq yolu ilə əldə edirdilər.
X anlığm ayrı-ayrı k ən d lərin d ə m isg ərlər, daşyonanlar
fəaliyyət göstərir, hərbi sursat - odlu və soyuq silahlar hazırlamr-
dı. M əsələn, tüfəng və tapança lülələrinin hazırlanm ası ilə Çilə-
börddə bir usta, tüfəng üçün xəzinə hazırlam aqla Vəng və
İşimkirt kəndlərinin h ə r birində bir usta m əşğul olurdu (185,
s.62). K ə n d lə rd ə də tə sə rrü fa t alətləri - d əry az, o ra q , b alta,
bıçaq, nal, mıx və s. hazırlanırdı.
Dulusçuluq ən qədim zamanlardan yayılmış sən ət növü idi.
Süd, yağ, şərab, su və b a şq a m əhsulları saxlam aq üçün sakinlər
gildən bardaqlar və evləri işıqlandırmaq üçün çıraqlar hazır-
layırdılar. Saxsı m əm ulatlar pis bişirildiyindən prim itiv görünüşə
malik idi.
Zemfıra Hacıyeva
Q arabağ xalçası (Nyu-York, M etropoliten m uzeyi)
Qarabağ xanhğı
= 149
Xanlıqda ağac emalı sənəti geniş yayılmışdı. Çanaxçı kəndi
öz admı m üxtəlif növ taxta çanaqların hazırlanm asına görə almış-
dı. M eşələrin bolluğu bu sənətin inkişafma şərait yaradırdı. Ağac-
dan m əişət və təsərrüfat ehtiyacları üçün zəruri olan vəllər,
cəhrə, bel, kürək və s. hazırlanırdı (185, s.62 ). Qadınların əksə-
riyyəti toxuculuqla məşğul olduqları halda, kişilər h əsir zənbil-
lərin, hasarların, şəbəkələrin, samanlıqların hörülm əsi ilə m əşğul
olurdular.
Ağacdan başlıca olaraq m ənzillərin qızdırılması üçün istifadə
olunurdu. K əndlilər öz ehtiyaclarım ö d əm ək üçün xüsusi çala-
larda köm ür hazırlayaraq qışa eh tiy at tədarük edir, q a la n hissəni
isə satışa çıxarırdılar.
X anhqda 470-dən çox su dəyirm anı var idi. Yay və qış ayla-
rında su olmadığmdan dəyirm anlar işləm irdi, m əhz buna görə də
yaz və payız aylarında un tədarük etm ək vacib idi. Taxılı
üyütdüyü üçün dəyirm an sahibi unun 1/20 hissəsini alırdı.
D əyirm an daşı və qəbirüstü daşların işlənm əsi ilə X açın
m ahalında Doşanlı, Vəng və B azarkənd kəndlərində 30 n əfərdən
çox adam m əşğul olurdu. Daş karxanaları kilsəyə m əxsus olduğu
üçün hazır daşların beşdə bir hissəsini kilsəyə verirdilər (185,
s.63).
10 bəzirxana fəaliyyət g östərirdi və bəzirxana sahibləri çıxa-
rılan yağm 1/20 hissəsini alırdılar.
Xanlığın iqtisadiyyatmda şərabçılıq özünəm əxsus yer tutur-
du. Şərabçılıqla yalnız xristianlar m əşğul olurdu. M üsəlm anlar isə
üzüm dən bəhm əz hazırlayırdılar. 1832-ci ildə Qarabağda 70000
vedrə şərab, 3400 vedrə araq, 4800 pud bəhm əz istehsal olun-
muşdu. Xristianlar tutdan və başqa m eyvələrdən də araq hazır-
layırdılar. K ən d lilər dolu d ü şəcəy in d ən eh tiyat e d ə rə k üzüm ü
v a x tın d a n əvvəl toplayır, n ə tic əd ə x an lıq d a h az ırla n a n şə ra -
bın keyfıyyəti a d ə tə n yüksək o lm u rd u , onu n a d ir h a lla rd a bir
ildən çox saxlam aq m üm kün olu rd u . D igər tərəfdən, üzümün
Zemfıra Hacıyeva
Q arabağ xalçası (London, Xalça qalereyası)
Qarabağ xanlığı
emalı primitiv, antisanitariya şəraitində yerinə yetirilirdi. Toplan-
mış m üxtəlif növ üzümü quyuya töküb ayaqla tapdalayır, hasil
olunmuş şərabı bardaqlarda və tuluqlarda saxlayırdılar. Şərabçılıq
m əhsullarm ı və bəhm əzi qism ən Şuşada satışa çıxarn-dılar (138,
s.295).
X anlıqda sənətkarlıq-kustar sənayesinin ən böyük m ərkəzi
Şuşa şəhəri idi. Şuşanın ətrafında kənd təsərrüfatı ilə m əşğul ol-
maq üçün əlverişli şərait olmadığm dan şə h ər təsərrüfatında kənd
təsərrüfatm ın payı cüzi yer tuturdu. Ş əhər əhalisi sənətkarlar,
Q arabağ ustaları məşhur silahqayıranlar kimi tam nırdılar
(Azərbaycan Tarixi M uzeyi)
kustarlar, tacirlər və kənddən köçən kəndlilər hesabına artırdı.
1823-cü ildə Şuşada 1532 ailə yaşayırdı. S.A .Y eqiazarovun tam
olmayan m əlum atm a əsasən, 1823-cü ildə Şuşada 500 sənətkar
işləyirdi (131, ss.369-370). Son tədqiqatlar isə dinc dövrlərdə
Şuşada 2 m in nəfərdən çox sənətkarın çalışdığmı sübut edir (185,
s.45). Güm an ki, Ağa M əhəm m əd şah Qacarın hücum lanndan və
rus-İran m üharibələrindən ə w ə l sənətkarların sayx daha çox
olmuşdur.
Şuşada ipəkçilik inkişaf etmişdi. XIX əsrin əvvəllərinə aid
m ənbələrin birində Şuşada ipək toxumaq üçün 42, pam bıq parça
toxumaq üçün 28 toxuculuq m üəssisəsinin yerləşdiyi qeyd olunur
(138, ss.311-312). 1832-ci ildə Ş uşadacəm i 132 dəzgahı olan 42
ipək parça toxuyan m üəssisə vardı, həm in m üəssisələrdə 324
toxucu işləyirdi. Bu m üəssisələrdə şallar, dam a-dam a çadralar,
kassana
(abipMbUbi napna - Z .H .) toxunurdu. K assanadan
köynək, şalvar tikirdilər. 1829-cu ildə şə h ərd ə 740 şal, 6100
kassana və 360 kəski parça istehsal olunmuşdu (138, ss.3 11-312).
İpəyin açılması və sarınması üçün Şuşada 15 nəfərin işlədiyi
7 kələfaçan emalatxana fəaliyyət göstərirdi. İpəksarıyan v ə digər
emalatxanalardan «karxana xərci» adlı vergi toplam rdı (94, s.77).
Ş əh ərd ə yun saplardan corablar toxunur v ə bu m əhsulların
bir hissəsi Tiflisə ixrac olunurdu. Şuşada papaqçılıq da inkişaf
etmişdi. Q o y u n dərisindən hazırlanm ış Buxara və Şiraz papaq-
lara üstünlük verilirdi. XVIII əsrin sonu - XIX əsrin ə w ə llə rin d ə
Şuşada və ə tra f kəndlərdə pambıq toxumaq üçün 1000, ipək toxu-
maq üçün 500 dəzgahın olduğu haqda m əlum at var. Lakin sonrakı
2 0 -30 il ərzində həm in m üəssisələrin sayı kəskin surətdə azala-
raq 80-ə enmişdi (138, s.312; 185, s.65). M üharibələr pam bıq
parça istehsalmm kəm iyyətilə yanaşı, keyfıyyətinə də m ənfı təsir
göstərmişdi.
Ş əh ərdə bez parça istehsal edilirdi, 80 d əzgaha m alik 28 bez
toxuyan m üəssisə fəaliyyət göstərirdi. İldə 80 000 xan arşxnı
uzunluğunda bez toxunurdu. Bu da uzunluğu 10 xan arşm ı və eni
7 verşok olan 8 min kəsik dem ək idi (138, s.3 12).
İpək, yun və pambıq parçaları boyamaq üçün Şuşada 6 nəfə-
rin çalışdığı 3 boyaqxana fəaliyyət göstərirdi. R əqabət yaratm a-
m aq üçün boyaqxanalar yalnız bir rəngdən istifadə edirdilər (138,
s.3 13). Boyaq bitkilərinin bolluğu boyaqçılığın inkişafı üçün
şərait yaradırdı. Xanlığın ərazisində qırmızı rəng alm aq üçün isti-
fadə olunan «qızıl boya» (marena) adlandınlan boyaqotu xüsusilə
çox idi. Boyaqçılıqda digər bitkilərdən, o cüm lədən cır alma ağa-
cından, tut yarpağından, qozdan, nar və yemiş qabığından istifadə
edirdilər. Yunun boyanma texnologiyası çox m ürəkkəb idi. Açıq
rənglər (açıq-qəhvəyi, sarı, yaşıl) almaq üçün təm iz ağ yundan
istifadə edirdilər. Tünd və qara rəng lazım olduqda qara yun,
qınnızı rəng alm aq üçün ağ v ə sarımtıl yun işlədilirdi. Y uyulm uş
yunu rəngabda alüm inium və dəm ir duzlarının m əhlulunda
isladırdılar. Yun kələfləri rəngabdan çıxarıldıqdan sonra ayrıca
hazırlanm ış boya bitkisi suyunda qaynadılırdı. İp boyanıb
qurudulduqdan sonra onu başqa bir m əhlula salıb qaynadırdılar.
Boyanın keyfıyyətli olması üçün onu inək sidiyinə (qıcqırmamış
təzə sidiyə) salıb qaynadırdılar (192-193).
Təm iz sarı rəng almaq üçün nar çiçəyindən, yaxud sarı gül-
dən, habelə cır alma ağacmın qabığından istifadə olunurdu. Tünd-
qırmızı rəngli boya almağa imkan verən bitkilərdən biri yer boya-
ğıdır. Y er boyağı sarı rənglərin h ə r hansı biri ilə qarışdırıldıqda
zoğalı-qırm ızı rənglər alınu-dı. Göy və sürməyi rəngləri alm aq
üçün xaricdən gətirilən indiqodan istifadə olunurdu. Yaşıl rəng
almaq üçün ipi əvvəlcə sarı, sonra indiqo boyasma salırdılar.
N əhayət, m ixəyi rəngin gözəl qammalarmı təşkil edən qonur
rəngdən başlamış tünd-qm m zı-qonur rəng almaq üçün qozağacı
qabığından, nar qabığmdan da istifadə olunurdu. Evdə istifadə
olunan əşyaları çox vaxt əvəlik lə boyayırdılar (199, ss. 159-160).
|