Исторические аспекты хирургического лечения переломов шейки бедренной кости
Зейналов Р.М.
Резюме:
Перелом шейки бедренной кости, часто встречающийся перелом, среди пожилых людей. Лечение и последствие переломов шейки бедренной кости для травматологов и ортопедов и в наше время остается нерешенной проблемой. В связи с остеопарозом, при внутренней фиксации у пожилых больных, может развиваться ее расслабление. Коррелляция между стабилизацией и сращением переломов описана на разных статьях. В целях предотвращения миграции и вторичного перемещения, разработаны специальные винты и особые материалы (ПММА, Кальций фосфат) для укрепления окружающей кости. Наша статья, посвяшена историческому развитию, тактике лечения переломов, шейки бедренной кости.
Yer kürəsində insanların ömrü uzandıqca bud sümüyü boynu sınıqları da artmaqdadır. Bu sınıqlar bəşəriyyətin hal hazırda ən ciddi sosio-iqtisadi problemlərindən birini təşkil edir. Əhalisi təqribən üç yüz milyon olan ABŞ-da hər il 280000 bud sümüyü boynu sınığı qeyd edilir və müalicəyə alınır. 2050-ci ildə bu miqdarın 2 qat artacaği düşünülür.(24).
Bud sümüyü boynu sınıqları müalicə nöqtəyi nəzərən ortoped-travmatoloqlar arasında həmişə mübahisə mövzusu olmuşdur və indi də bu patologiyanın müalicəsində kifayət qədər müvəffəqiyyət əldə olunmamışdır. İnkişaf etmiş ölkələrdə yaşlı əhali getdikcə artmaqda və osteoparozun qabağının alınması üçün istifadə olunan dərmanlar da bu sınıqların miqdarını azaltmamaqdadır. Bunun nəticəsidir ki, bu xəstələtin osteoparozlu sümüklərindəki sınıqların müalicəsində internal fiksasiya metodu ilə müalicə getdikcə azalmaqda və artroplastika əməliyyatları isə artmaqdadır. Artroplastika əməliyyatları isə müalicə məsrəflərini artırmaqdadır.(1,4,7,11,22,28). Bud sümüyü boyun sınıqlarında artroplastika əməliyyatlarının üstün cəhətləri olduğu kimi çatışmayan cəhətləri də var.(3).
Proksimal bud sümüyü sınıqları haqqında ilk məlumat 16. əsrdə Amroise Pare tərəfindən verilmişdir. O vaxta qədər bu sınıqlar çıxıq sayılırdı.(11).
Cooper (1882) ekstrakapsulyar və intrakapsulyar sınıqları müqayisə edərək birincinin nəticələrinin daha qənaətbəxş olduğunu və ikincinin bitişmədiyini qeyd etmişdir. Eyni əsrdə bu mühakimə əsas götürülmüş və 1858-ci ildə von Langenbeck, daha sonra Senn (1889), ardından Nicolaysen (1897) və Delbet (1919) bu sınıqları millərlə, vintlərlə, incik sümüyündən kortikal sümük greftləri ilə açıq reduksiya və internal fiksasiya metodu ilə müalicə etməyə çalışmışdır. Senn heyvanlarda təcrübələr apararaq intrakapsulyar bud sümüyü boynu sınıqlarının uyğun reduksiya və stabilizasiya ilə sağala biləcəyi fikrini müdafiə edən bir neçə cərrahdan bir idi. Aseptik şəraitin, implantların toxuma uyğunluğunun olmaması və ya zəif olması və mexaniki stabilliyin ürək açan olmaması əməliyyat nəticələrinə pis təsir edirdi. Buna görə hətta Kocher (1896) bud sümüyü başının rezeksiyasını təklif etmişdir.(5,11,15,26).
Sınığın bitişməsi ilk dəfə Whitman (1925) tərəfindən sınıq reduksiya edildikdən sonra gipsə alınaraq bir neçə xəstədə əldə edilmişdir. Təqribən altı aylıq bu müalicə metoduyla xəstələrin çoxunda ağırlaşma qeyd olunurdu. 1936-cı ildə Hohenhaq bu vəziyyəti belə şərh etmişdir: Bud sümüyü boynu sınığı yaşlıların xəstəliyidir və çox vaxtı sonun başlanğıcıdır. Xəstələrin əksəriyyətinin ölümünə pnevmaniya, sidik-ifrazat sisteminə bağlı sepsis və ya yataq yaraları səbəb olur. Bu acı sonun qarşısını almaq üçün həkimlər xəstələri ayağa qaldırmaq üçün əlindən gələni etməlidir.(11,29).
İlk dəfə Axhausen Cooperin dediklərinə qarşı çıxmışdır. O autopsiya vaxtı tamamlilə osteonekrozlu başı olan sınığın bitişdiyini göstərmişdir. Daha sonra sınığın bitişmə müddətini azaltmaq üçün yeni təcrübələr aparılmışdır. 1925-ci ildə ilk dəfə Smith-Petersen bu yöndə öz üç yaxalı mili ilə ilk böyük addımı atmışdır (Şəkil 1, a). Mil artrotomiya edildikdən sonra taxılırdı. Daha sonralar Johansson (1932) mərkəzindən kanal keçən mil istifadə edərək lazımsız artrotomiyanın qabağını almışdır (Şəkil 1,b). O mərkəzindən kanal keçən mil və rəhbər istifadə edərək lazımsız artrotomiyanın qabağını aldı. Eyni vaxtda Jerusalem də oxşar mil dizayn etmişdir. Rəhbər telin keçəcəyi dəlik iki yaxa arasındakı gövdədə yerləşirdi. Felsenreich (1938) və Böhler (1996) yaxaları genişlədərək fiksasiyanın stabilliyini artırdılar və milin boyun qisminə sivri çıxıntı(spike) dizayn edərək geri çıxma riskini azaltdılar (Şəkil 1,b). (8,11,13,27).
Dostları ilə paylaş: |