Zeynalova Ülkər İlham qızı “Müəssisələrin iqtisadi təhlükəsizliyinin təmin edilməsində strateji marketinqin tətbiq edilməsi”



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə19/21
tarix08.01.2023
ölçüsü1,02 Mb.
#78746
1   ...   13   14   15   16   17   18   19   20   21
Zeynalova-lk-r-lham-q-z-

Tədqiqatın obyekti və predmeti. Tədqiqatın obyekti kimi xalq təsərrüfatının 
müxtəlif sahələrinin müəssisələri, konkret halda istehsal-təmir müəssisəsi çıxış edir. 
Tədqiqatın predmeti müəssisənin iqtisadi təhlükəsizliyi strateji marketinq 
alətlərinin, elementlərinin tətbiqi yolu ilə onun təmin edilməsi sistemidir. 
Tədqiqat işinin informasiya bazası və işlənməsi metodları. Tədqiqat işində 
normativ-hüquqi aktlardan, təlimatlardan, ixtisaslaşmış ədəbiyyatdan, istehsal-təmir 
müəssisəsinin statistik və mühasibat hesabatlarından istifadə edilmişdir. 
Tədqiqat işinin elmi-nəzəri əsasını bazar iqtisadiyyatının ideologiyası, struktur-
funksional təhlil, detallaşdırılan sistemli yanaşma, iqtisadi nəzəriyyə, sosiologiya, 
strateji və maliyyə menecmenti, strateji marketinq, idarəetmə qərarlarının qəbulu 
nəzəriyyəsi və s. təşkil edir. 
Bir sıra məsələlərin həll edilməsində SWOT-analiz, sistemin morfoloji təhlili və 
sintezi, ekspert qiymətləndirməsi, qərarların qəbulunun çoxkriteriyalı metodlarından 
istifadə edilmişdir. 
Tədqiqatın elmi yenilikləri. Tədqiqatın elmi yenilikləri aşağıdakılardır: 
- təhlükəsizlik elementlərini nəzərə almaqla iqtisadi təhlükəsizlik analıyışının 
dəqiqləşdirilməsi; 


83 
- müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin qiymətləndirilməsinin 
mövcud göstəricilərindən fərqli olaraq istehsalın aktivliyini, maliyyə vəziyyətini və 
sosial inkişafı xarakterizə edən göstəriciləri, bazar göstəricilərini əhatə edən 
göstəricilər sisteminin formalaşdırılması; 
- iqtisadi təhlükəsizliyin səviyyəsini tam və ətraflı qiymətləndirməyə, 
müəssisənin inkişafının çoxsaylı alternativ variantlarını modelləşdirməyə və iqtisadi 
təhlükəsizliyin optimal səviyyəsini müəyyən etməyə imkan verən struktur-məntiq 
modelinin hazırlanması; 
- müəssisənin iqtisadi təhlükəsizliyinin vəziyyətinin ekspres qiymətləndirmə 
metodunun və monitorinq sisteminin hazırlanması. 

Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin