 I bitik. Tarixi qaynaqlar (2014)  II bitik



Yüklə 11,02 Mb.
Pdf görüntüsü
səhifə4/35
tarix31.01.2017
ölçüsü11,02 Mb.
#6897
1   2   3   4   5   6   7   8   9   ...   35

 
Qaynaqlara 
baxış 
Az
ərbaycan arxeologiya elmində etnik atributlar sisteminə söykənən yeni 
etnoloji metodun forma
laşmasına da yardım edə bilər.    
Müxt
əlif  elm  sahələrinin  baxış  bucağı  altında  görünən  bəlgələrin 
dialektik 
əlaqəsi yönündə Azər tarixinin kompleks metodologiya ilə öy-
r
ənilməsi
 
ir
əli
 
sürül
ən konsepsiyanın elmi əsasa oturmasına

qarşıya qo-
yulan m
əqsədin gerçəkləşməsinə imkan verir. Bu metodikanın uğuru milli 
v
ə yabançı qaynaqların hansı tutumda tədqiqata cəlb olunmasından da çox 
asılıdır. 
 
Ölk
ə, dövlət tarixindən fərqli olaraq, xalqın tarixini 
öyr
ənmək
 
üçün  t
ədqiqatçı həmin
 
xalqın
 
tarix
 
boyu 
g
əldiyi yolla geri qayıtmalı olur. Keçmişin izi təkcə 
keçmiş mənbələrdə
 
yox,
 
çağdaş qaynaqlarda da var: 
etnik atribut v
ə stereotipləri saxlayan etnoqrafiyada, 
xalq 
yaddaşında, dildə və dialektlərdə, mifologiya 
v
ə folklorda, onomastikada keçmişə işıq tutan bəlgələr milli qaynaq kimi 
öyr
ənilir. Milli qaynaqlarla yanaşı, yabançı dillərdə yazılmış mənbələrdə 
az
ər etnosuna aid bəlgələr də gərəkli qaynaq sayılır. Bəzi türksoylu yazar 
yabançı dildə, yabançı yazar da türkcə yazdığından yazılı qaynaqların təs-
nifatında milli qaynağa türk və başqa dildə, yabançı qaynağa isə yalnız 
yabançı yazarların başqa dildə olan bəlgələri daxil edilir. 
Az
ər türklərinin İslamaqədər
 
tarixi
 
haq
qında əsas yazılı məlumatlar 
Az
ərbaycana  olan  işğalçı  yürüşlərlə  bağlı  təcavüz  edən  tərəfin  dilində 
ya
zılan  sənədlərdədir. Bu  qaynaqlarda  bizim  xeyirimizə  olan  bəlgələrin 
az yer 
tutması, ölkəyə-xalqa düşmən münasibətin qabarıq verilməsi təbii-
dir.  Yunan-
latın,  urartu,  asur-ərəb

hay-fars  v
ə  başqa  dilli  mənbələrdə 
bunu 
aydın görmək olur. Nə qədər paradoksal olsa da, biz həmin yabançı 
yazarlara minn
ətdar olmalıyıq ki, Azərbaycan haqqında nadir məlumatları 
onla
rın  yazılarında  tapırıq.  Özəlliklə  sumer  və  akad  mətnlərində  qədim 
Az
ərbaycana olan yürüşləri təsvir edən sənədlər çox qiymətlidir. Burada 
veril
ən bəlgələrə görə, o çağlarda Azərbaycanda yaşayan boyların adını, 
bu 
boyların qurduğu dövlətlərin tarixini öyrənmək olur. Qədim asur yazı-
ları  m.ö.XIX-XVIII  əsrlərdə asur-türk  (turuk)  savaşlarını  təsvir etməklə 
yanaşı, ilk dəfə türk adlı boylardan bəhs etməklə olduqca əhəmiyətli bilgi 
verir. 
Yabançı dillərdə yazılmış tarixi-coğrafi əsərlərdə Azərbaycanın bir 
çox bölg
ə və şəhərlərinin adı çəkilir, hətta bu şəhərlər arasındakı məsafə də 
qeyd olunur. Bu 
əsərlərə görə, ölkənin tarixi coğrafiyasını, hüdudlarını mü-
 
26 

əyyən etmək olur. Beləliklə, Altay teoriyasından fərqli olaraq, yeni Urmu 
teoriyası Ön Asiyada qədim türk bəlgələrinin öyrənilməsinə imkan açır.  
İctimai münasibətlər prosesində insanların müxtəlif yönlü fəaliyəti 
n
əticəsində yaranan tarixi informasiyanın material daşıyıcısı tarixi qaynaq 
hesab olunur.
42
 
Tarixi informasiya tutumlu b
əlgəni milli və yabançı qay-
naq üzr
ə öyrənmək mənbəşünaslıq üçün gərəkli olsa da, burada müəyyən 
m
əsələ haqqında hər iki qaynağın verdiyi bir-birini tamamlayan bilgidən 
eyni m
əqamda istifadə olunur. Yabançı qaynaqların geniş şərhini ayrı-ayrı 
bitikl
ər üzrə vermək imkanı olmadığından burada onların qısa təsnifatını 
aparmaq 
lazım gəlir. Milli qaynaqların tədqiqi isə ayrı-ayrı bitiklər üzrə 
aparıldığından, hər sahəyə aid özəlliklər uyğun bölmələrdə verildiyindən, 
burada h
əmin məsələlər üzərində təkrar dayanmağa lüzum yoxdur.
 
H
ər bir xalqın tarixi onun dilində saxlanır, yaddaşında
 
qalır

mifologiya
 
v
ə
 
etnoqrafiyasında görünür. Bütün 
etnosların ümumi cəhətləri var, lakin bu ümumi atri-
butların etnoslar üzrə fərqli əlamətləri də vardır. Et-
nosların hamısının dili, tapınağı, kultları, davranışı, 
geyim-kecimi,
 
t
əsərrüfatı,  ev-eşiyi,  yeyəcəkləri  və 
yaşam tərzini şərtləndirən digər ümumi əlamətləri olsa da, məhz bu əla-
m
ətlərin  ayrı-ayrı  etnoslar  üzrə  fərqlənən  özəlliyi,  fərqli  cəhəti  imkan 
verir ki, h
əmin fərqləndirici bəlgələr sistemi ilə bir etnos başqa etnosdan 
f
ərləndirilə bilsin. Bu  baxımdan,  milli  qaynaq üzərində araşdırma  azər 
etnosunu 
başqa etnoslara yaxınlaşdıran və başqa etnoslardan
 
ayıran
 
etnik
 
atributları
 
üz
ə çıxarır. Belə təyinedici atributlar isə antropologiya, arxeo-
logiya, tarix, onomastika, etnoqrafiya, mifologiya, filologiya elml
ərinin 
metodları
 
il
ə
 
üz
ə
 
çıxarılıb
 
sistem
ə
 
salına
 
bilir.
43 
 
Yabançı qaynaqlarda Azərbaycanla birbaşa və dolayı 
əlaqəsi olan bəlgələr sırasında əsas yeri yazılı mən-
b
ələr təşkil edir. Bunların içində vaxtilə bura gəlmiş 
s
əyyah və dövlət elçilərinin məlumat qeydləri, tarix 
v
ə coğrafiya mövzusunda yazılmış kitablar

müharib
ə 
s
əhnələri
 
v
ə
 
diplomatik
 
əlaqələrdən
 
b
əhs edən yazılar 
mühüm yer tutur. H
əmin əsərlərdəki yer-yurd adları, şəxs və boy adları, 
42 
Аласания, 1986, 21. 
43
 
Milli qaynaqlara aid n
əzəri ədəbiyat, bu sahədə tədqiqat aparan antropoloq, arxeoloq, 
etnoqraf, mifoloq, türkoloq, tarixçi, dilçi aliml
ərin fikri və  onların  əsərləri “9 Bitik” 
boyu uğyun bölmələrdə verilmişdir.  
 
Milli  
qaynaqlar 
 
Yabançı 
qaynaqlar
 
 
27 
                                                 

etnoqrafik m
əlumatlar, tarixi hadisələrin xronologiyası haqqındakı bəlgələr 
az
ər türklərinin etnik tarixini müəyyənləşdirməyə yardım edir. 
Az
ərbaycan  tarixşünaslığında  «türklərin  gəlişi»  İslamdan
 
sonrakı 
dövrl
ərdə arandığı üçün azərlərin tarixi ərəb-fars dilli qaynaqlara əsasən 
yazılmışdır, halbuki qədim farsdilli və ərəblərin də daxil olduğu qədim 
samidilli  (akad-asur,  aramey,  y
əhudi)  qaynaqlar  nəzərə  alınmamışdır. 
Eyni  durum  qafqazdilli  qaynaqlara  münasib
ətdə də təkrar olunmuşdur. 
Bel
ə ki, qədim gürcü mənbələrindəki bəlgələrdən istifadə edilsə də, daha 
q
ədim hurri-urartu dilli qaynaqlara fikir verilməmişdir. Qaynaqlara belə 
qüsurlu m
ənbəşünaslıq
 
metodu
 
il
ə
 
yanaşma yanlış mülahizələrə yol açdığı 
kimi, ortaya 
çıxan sualları cavabsız buraxmağı da adi hala çevirmişdir. 
 
Başqa dillərdə yazılmış qaynaqların bir qismi batı, bir qismi də 
do
ğu türklərin tarixinə aid bilgilər verir. Azərbaycan haqqında birbaşa 
m
əlumat  verməsə  də,  doğu  türk  boylarına  aid  qiymətli  bəlgələri  olan 
Monqol,  Çin,  Tibet,  Hind 
qaynaqları həm azər boylarının daxil olduğu 
ümumtürk  etnosunun  tarixin
ə  aydınlıq  gətirir,  həm  də  doğu  türklərin 
Az
ərbaycandan apardığı milli atributlarla Ata yurddakı analoji atributla-
rın  müqayisə  edilməsinə  imkan  verir.  Tibet  miflərində  Odiqun  və  Asar 
adları ilə bağlı motivlər, Qeser haqqındakı əfsanələrdə adı keçən druqu 
xalqı, monqol folklorunda Qeserlə bağlı süjetlərin bayat  boyu ilə əlaqəsi, 
Hind  m
ənbələrində  doğuya  köçən  saqa  boylarına aid  bilgilər,  çindilli 
qaynaqlarda türkl
ərlə bağlı tarixi-etnoqrafik bəlgələr gərəkli, tutumlu in-
formasiya 
daşıyır. Tibet, monqol, hind, çin dillərində olan qaynaqlardan 
f
ərqli  olaraq,  sumer-elam,  akad-asur,  latın-yunan,  gürcü-hay,  fars-ərəb 
dilli qaynaqlarda 
birbaşa azər türkləri ilə bağlı zəngin bəlgələr vardır. 
 
Yabançı qaynaqlar sırasında mühüm həlqələrdən biri də vaxtilə 
Az
ərbaycandan gedib yad ölkələrdə əriyən boylar haqqındakı bəlgələr-
dir.  H
əmin  bəlgələrdə  Azərbaycandan  aparılmış  onomastika,  mifoloji 
süjet v
ə folklor motivləri, azər dilinin sözləri vardır. Təkcə Avropa ölkə-
l
ərinin yerli xalqları içində əriyib dilini itirən as,  etrusk,  saqa-qamər, 
bulqar, peçeneq, kuman v
ə sair onlarla türk boyu haqqında xeyli məlumat-
lar 
vardır və həmin məlumatların ümumtürk kontekstində öyrənilməsi, 
Az
ərbaycanla bağlı məqamların çeşidlənməsi olduqca gərəklidir. Qərib-
likd
ə əriyən türk boylarından bir qisminin etnik adı içində əridiyi xalqın 
adına çevrilir, bulqar etnonimi slavyan bolqarların adında qaldığı kimi. 
Yad mühitd
ə əriyən boyların bir
 
qismi d
ə etnik atributlarını itirərək içində 
əridiyi xalqın yalnız dilində dərin iz buraxır: vaxtilə Azərbaycandan Avro-
 
28 

paya  gedib  german 
boylarına qarışaraq İslandiyaya köçən aslar,  gedib 
Amerika 
hindularına qarışan
 
bir
 
türk
 
boyu,
 
h
əmçinin
 
latınların
 
içind
ə
 
əri-
y
ən
 
etrusklar  bel
ə ərimə taleyini yaşamışlar

İsland

hindu

latın dillərində
 
özünü  göst
ərən qədim türkizmlər həmin olayın yadigarıdır.
44
 
Macar  v
ə 
german dill
ərində bugün macar-türk, german-türk paralelliyi kimi diqqəti 
ç
əkən qramatik forma və sözlər məhz qədim as, saqa, sonralar isə hun, 
bulqar, sekel 
boyları ilə olan sıx əlaqələrin və qaynayıb-qarışmaların nəti-
c
əsidir.
45 
 
  
1. Sumerdilli qaynaqlar. Dünya m
ədəniyəti tarixinə əvəzsiz töhfə-
l
ər vermiş sumerlərdən türk və protoazər tarixi üçün də gərəkli qaynaq 
qalmışdır. Sumerdilli qaynaqlar üç min illik bir dövrü əhatə etsə də, onun 
loqoqram 
yazı dövrü bizim mövzumuz üçün o qədər də maraqlı deyil.
46
 
Miladdan
 
önc
ə
 
2800-2500-ci
 
ill
ər
 
arası dövrdə dərslik və təsərrüfat 
m
əzmunlu
 
yazılarla,
 
azacıq
 
da
 
hüquq
 
v
ə
 
tikinti s
ənədləri ilə xarakterik olan 
m
ətnlər arxaik sumer dilindədir.
 
Əski sumer dili dövrü də (2500-2300) 
t
əsərrüfat və tikinti mövzularındadır. Yeni sumer dilinə keçid dövründə 
(2300-2200)  is
ə akad istilası çağı olduğundan sumercə mətnlər lap azdır, 
çünki d
əftərxana işləri akad dilində aparılmışdır.
47
 
Yeni sumer dilinin (2200-2000) 
inkişaf çağı ilk yüzillikdə olmuşdur 
ki, bu da sumerl
ərin qut-türk dövlətinə (2200-2109) tabe olduğu illərdir. 
Sumer  m
ədəniyətinin  renesans  dövrü  olan  bu  çağda  zəngin  incəsənət, 
tikinti, elm v
ə ədəbiyat abidələri yaranmışdır. Bu dövrdən sumer dilində 
tikinti,  t
əsərrüfat  məzmunlu  mətnlərlə  yanaşı,  çoxlu  poetik  və  nəzmlə 
yazılmış dini-poetik əsərlər qalmışdır. Sumer dilinin son dövrü (2000-dən 
s
onrakı  çağlar)  məişət-təsərrüfat,  hüquq,  sözlük,  himn,  mahnı  və  epik 
44
  Türk-hindu, türk-island, türk-etrusk paralell
əri bu kitablarda verilmişdir: ВТЯ, 1976, 
129-143;  
Ъялилов, 1988, 105;  Ayda, 1987; 1992;  Azər  xalqı,  13-14, 149-153; 
Ağasıoğlu, 2011. 
45
 
Əlbəttə, burada belə qaynaqlardan istifadə olunmuşdur, lakin bu qədər geniş və zən-
gin qaynaqlardan tam yararlanmaq bir t
ədqiqatçının fiziki imkanı xaricindədir. Biz bu 
sah
ədə  öndərlərin  açdığı  cığırı  yalnız  yola  çevirə  bildik,  bu  yolu  başacan  keçmək isə 
böyük bir t
ədqiqat institutunun, xüsusi elmi hazırlığı olan uzmanlar ordusunun işidir. 
46 
Bu çağın yazıları əsasən təsərrüfata aid olduğundan, yalnız bir sıra sumer ideoqramının 
türkm
ən-azər damğalarına bənzəməsi faktı (bu məsələyə Yazı bölməsində qayıdacağıq) və 
«qoyun» m
ənasında  işlənən  UDU  ideoqramının  yazılışı  maraq  kəsb edir. Belə  ki, bu 
ideoqramın dib, dip, tib, tip, dab şəklində fonetik oxunuşu eyni işarənin türk runik yazı-
s
ında da d/t səsini bildirməsi diqqəti çəkir (Дьяконов, 1967, 41; SDVG, 115, №260). 
47 
Дьяконов, 1967, 44-45;  Канева, 1996, 7. 
 
29 
                                                 

əsərlərlə xarakterikdir, 1600-dən sonralar isə dini, elmi, ədəbi, epik əsərlər 
yazılmış,  əvvəlki  dövrlərə  aid  bəzi  epik  əsərlərin  üzü  köçürülmüşdür. 
Əslində,
 
sumer dili 
artıq danışıq dili kimi aradan çıxmışdı, yalnız məktəb-
l
ərdə yazı dili kimi tədris olunurdu. 
Sumerdilli qaynaqlar türk v
ə protoazər tarixi üçün bir neçə baxım-
dan g
ərəkli material verir. Diqqəti çəkən məqamlardan birincisi, prototürk 
boyunun
 
bölg
əsinə
 
g
əlib
 
yerl
əşən
 
sumerl
ərin
 
sonralar
 
özl
ərini  «kəngərli» 
v
ə  «kəngər  ölkəsinin  adamı»  adlandırmasıdır,
48
 ikincisi,  sumer  dilind
ə 
çoxlu  türk  sözl
ərinin  işlənməsidir.
49
 
Üçüncüsü  d
ə,  Güney  Azərbaycanın 
Aratta bölg
əsindən bəhs edən bir neçə sumer epik əsəri qalmışdır: Luqal-
banda v
ə Hurrum dağı. Enmerkar və Ensuxkeşdanna (mətn nəşr olunmayıb). 
Enmerkar v
ə Aratta kahini. Luqalbanda və Enmerkar. 
Sumerl
ərin «Bilqamıs» eposunda bir sıra süjet və motivlər türk-azər 
dastanları ilə üst-üstə düşür. Dirilik suyu axtarışı, ölümdən qaçma və ölüb-
dirilm
ə motivləri, Oğuz, Qorqud, Koroğlu obrazlarının prototipləri sumer 
epik 
əsərlərində vardır.
50
 
Bir çox m
əqamda bu paralelliklər tipoloji oxşar-
lıqdan  çıxıb  genetik  əlaqə  xarakteri  alır  ki,  bu  da  türk  xalqlarının  tarixi 
üçün  g
ərəkli qaynaqlardan sayılır. Bu səbəbdən, əlinizdəki kitabda türk 
v
ə  protoazər  tarixinə  işıq  tutan  sumerdilli  qaynaqlardan  imkan  daxilində
 
istifad
ə
 
olunmuşdur.
 
İkiçayarası arxeoloji kulturun
 
Sumer
 
dövrü 
yaxşı öy-
r
ənilmişdir.
51
 
Bu  sah
əyə  aid  elmi  qaynaqlarda  sumerlərin  quzey-doğu
 
v
ə 
quzey 
qonşusu  prototürk-protoazərlərin
 
arxeoloji  kulturu
 
il
ə  müqayisələr 
aparmaq üçün xeyli material 
vardır.
 
2.  Elamdilli  qaynaqlar.  Prototürk 
boylarının güney qonşusu olan 
elamların dilində xeyli yazı nümunələri vardır, lakin bunların çoxu oxun-
mayıb və az bir qismi nəşr olunub. Elam dilində təsərrüfat, tikinti, hüquq, 
müqavil
ə  və  dəftərxana  mətnləri  Əhəməni  sülaləsi  çağına  qədər  davam 
ed
ən 2500 illik böyük bir dövrü əhatə edir. Əvvəllər loqoqram yazıdan  
istifad
ə edən elam xalqı (protoelam dili) sonralar şümerlərdən mixi yazı 
sistemini  m
ənimsəmişdi. Elam ərazilərinə gəlib yerləşən ari (pers) boyla-
rından Əhəməni sülaləsi də hakimiyətə keçəndən sonra dövlətin paytaxtı 
Persida 
şəhərində  elam  dili və elam  yazı  sistemindən istifadə etmişdir. 
48
 
Канева,
 1996, 8. 
49 
Prof. O.N. Tuna 200-
ə yaxın türk-sumer paraleli ortaya çıxartmışdır (Tuna, 1990). 
50
 
«Билгамыс дастаны», 83-89 (Son söz. Sumer dünyasına açılan pəncərə); Celilov, 1985. 
51
 
Белицкий,  1980;  Мунчаев,  Мерпет  1981;  Ллойд,  1984;  Массон,  1989;  Оппенхейм, 
1990;  
Дьяконов, 1990; Кленгель-Брант, 1991; Крамер, 1991.
 
 
30 
                                                 

Keç
ən əsrin 30-cu illərində buradakı arxeoloji qazıntı minlərlə elam dilli 
tabletl
ər ortaya çıxardı ki, bunların da əsas hissəsi m.ö.V əsr yazılarıdır. 
Elam m
ətnlərində xeyli türk sözləri vardır.
 
Bu m
ətnlərdə türkcə
 
olan 
b
əzi yer-yurd, şəxs və boy adları o çağın türk onomastikası haqqında gə-
r
əkli  bəlgələrdir.
 
Bu 
baxımdan,  Ran  Zadokun  elam  mətnlərindən  toplayıb 
n
əşr etdiyi «Elam onomastikası» kitabı və başqa elamşünasların Elamla 
bağlı əsərləri türk-elam izoqloslarının açımına yardım edir.
52 
 
Vaxtil
ə  prof.
 
Ə.
 
D
əmirçizadə  elam  dilindəki  türkizmlərdən  çıxış 
ed
ərək üçdilli Büsutun yazısındakı elam mətnini qədim azər dilində oxu-
mağa səy göstərmiş, lakin sonrakı tədqiqatlarında bu yanlış yoldan əl çək-
mişdir.
53 
 Elam dili daha çox dravid dill
ərinə yaxınlığı ilə diqqəti çəkir və 
bu yönd
ə elam-türk dil əlaqələrinin öyrənilməsi qədim dravid-türk əlaqələ-
ri kimi 
əhəmiyət kəsb edir. Beləliklə, Elam mətnləri həm prototürk çağına, 
h
əm də qədim dil əlaqələrinə işıq tuta bilən qaynaqlardandır. 
3.  Kassidilli  qaynaqlar.  Elamlarla az
ərlər arasında böyük bir böl-
g
ədə yaşayan və elamlarla birlikdə dravid dilli xalqlardan sayılan kassi 
boyları Azərbaycanın güney bölgələri və İkiçayarasında hakimiyəti ələ 
alıb  (m.ö.XVII-XII)  beş  əsrə  qədər  burada  hökmranlıq  etmişlər.
54
 
Kassi 
dilind
ə sənədlər yox dərəcəsindədir, yalnız kassi onomastikası və ikidilli 
(kassi-akad)  bir 
yazıda kassi-türk izoqlosları azər türkləri ilə bağlı bilgi 
verir,  Kassi 
çağında yazılmış akaddilli sənədlərdə də Azərbaycanla bağlı 
b
əzi məlumatlara rast gəlmək olur.
55
  
4.  Çindilli  qaynaqlar.  Bu  qaynaqlarda  Az
ərbaycandan  doğuya 
miqrasiya  edib  Çinin 
yaxın qonşuluğunda yerləşən türk boyları, onların 
yaşam tərzi, etnoqrafiyası, siyasi durumu haqqında xeyli bəlgələr vardır. 
Buradan zaman-zaman geri 
qayıdan saqa, avar, hun və sair boylara aid 
m
əlumatlar  olduqca  əhəmiyətlidir.  Lakin  çinlilər  m.ö.  III  əsrə  qədər 
Orta  Asiya  v
ə batı ölkələr haqqında formalaşmış təsəvvürə malik deyil-
dil
ər.  Həmin  dövrə  qədərki  altı-yeddi  əsrin  xronoloji  tarixləri  az-çox 
h
əqiqətə uyğun gəlirsə də, ondan əvvəlki olaylar sonrakı səlnaməçilərin 
mövcud mifl
ərə uyğunlaşdırdığı mifik məlumatlardır. Yalnız Çin impera-
toru Udi (m.ö.140-87) Çjan Tsyan 
adlı elçisini batı ölkələrə göndərəndən 
52 
Zadok, 1984; Köniq, 1965; Hinz, 1964; 
Юсифов, 1968. 
 
53 
Дямирчизадя, 1947. 
54
 Balkan, 1954; 
Мирзоев, 1997, №1-2.
 
55 
Celilov, 1997; Az
ər xalqı, 2000, 119-121. 
 
31 
                                                 

sonra  çinlil
ər  bu  bölgələrdə  yaşayan  əhali  haqqında  bilgi  əldə  edə 
bilmişdilər. Həmin  elçinin  məlumatı  və  yol  qeydləri  sonralar  tarixçilər-
d
ən  Sım  Tsyan  (m.ö.145-90)  tərəfindən  yazılan  məşhur
 
«
Şitszi»
 
(Tarixi
 
qeydl
ər)  əsərində,  Ban  Qu’nun  (32-92) «Xanşu» (Xan  tarixi)  əsərində 
istifad
ə olunmuşdur. 
Türk  elb
əyi Tuman və oğlu Baqatur (Maotun~Mətə) çağında İpək 
yolu  il
ə Batı qapıları çinlilərin üzünə açılır, Batı haqqında məlumatlar 
çoxa
lır və həm də dəqiqləşir. Çinli Syuan-Tezan sonralar uygur dilinə də 
t
ərcümə  olunan  geniş  məlumatlı  «Qeydlər»  əsərini  17  il  (629-645)  batı 
ölk
ələrdə yüzdən artıq bölgəni gəzəndən sonra yazmışdır.
56
 
Bu m
əlumatlar 
sırasında VII əsrdə doğu türk boylarının dövlət quruluşu, yaşayış məskən-
l
əri barədə qiymətli bilgilər vardır.  
Xeyli çin 
qaynağı avropa, rus və türk dillərinə tərcümə edilmişdir.
57
 
Bunların sırasında N.Y. Biçurinin tərcümə etdiyi m.ö.II əsrdən m.s. IX 
əsrə qədərki dövrü əhatə edən qaynaqlar öz dəyərini bugün də saxlamış-
dır. Burada hunlarla bağlı daha qədim mifik bəlgələr də vardır. 
Çin  heroqlifl
əri türk sözlərinin səslənməsini dəqiq
 
əks etdirməsə
 
d
ə, 
m
ətndaxili anlam onların tanınmasına yardım edir. Çin qaynaqlarını rus 
dilin
ə  çevirən  N.Y.  Biçurinin  əsərində  titul,  etnonim,  antroponimlərin 
yazılışında bunu aydın görmək olur:
 
58
 
kexan - xaqan    
 
qudulu - kutluq    
moxedu - baqadur 
katun - xatun   
 
be - b
əy   
 
tutsişi - türqeş 
dınli - tenqri  
 
biya - bilg
ə 
 
qelolu - karluk 
daqan - tarkan  
 
tutun - tutuk 
  
tukuye (tuqyu) - türk 
dele - tekin 
 
şa - şad   
 
Asilan - Arslan 
şexu - yabqu  
 
moxe - baqa 
 
Tsinxay - X
əzər   
 
Əsasən  monqol  tayfaları  və  Çingiz xan  haqqında  qiymətli  qaynaq 
olan «Monqol-
tatarların tam təsviri» (XIII əsr) adlı əsərdə türklərlə bağlı 
maraqlı bilgi və şato boylarının keçmiş tarixi haqqında bəlgələr vardır.
59
 
5.  Monqoldilli  qaynaqlar.  Az
ər türklərinin tarixinə aid qaynaqlar 
sırasında  elə  bir  əhəmiyət  daşımayan  monqoldilli  yazılar  daha  çox  türk-
monqol 
əlaqələri baxımından yararlıdır. Xüsusilə, türk-monqol dil əlaqə-
56
 
Тугушева,
 1991.
  
57
 Eberhard, 1942; Mau-tsai Liu, 1958; Mackerras, 1972; Ögel, 1988, 1991;
 
МПИКНК; 
Бичурин, 1950-1953; Малявкин, 1981; 1989; Пуллиблэнк, 1986  вя б.  
58
 
Бичурин, 1950,  I.XLVIII -Л. 
59 
Мен-да бэй-лу, 
1975
.
 
 
 
32 
                                                 

l
əri
 
il
ə
 
bağlı  bəlgələrin  tarixi-müqayisəli  tədqiqi  üçün  əski  monqoldilli 
yazılar
 
qiym
ətlidir
.
 
Çünki
 
bu
 
əlaqələrin
 
sür
əkli
 
davamı
 
v
ə
 
intensivliyi  xeyli
 
ortaq  dil  elementl
ərinin  yaranmasına  səbəb  olmuş,  hətta  altayşünaslıqda 
bu dill
ərin tipoloji yaxınlığını və ortaq vahidlərin çoxluğunu görüb,
 
türk v
ə 
monqol dilini 
yanlış olaraq qohum hesab etmışlər.
60
  
Az
ərbaycandan  4-5  minil  əvvəl  Mərkəzi  Asiya  yönündə  doğuya 
ged
ən prototürk boyları sonra orada monqoldilli monqoloidlərlə qaynayıb 
qarışmış, çox-çox sonralar isə onların cüzi bir qismi Azərbaycana artıq 
monqoloid cizgil
əri ilə qayıtmışlar. Bu cür gedib-qayıtma olayı fonunda 
gerç
əkləşən  azər-monqol  ilişkiləri  monqol  mifologiyası  və  folklorunda 
qabarıq görünür. Monqol alimi S.
 
Ş.
 
Çaqdurov «
Geseriadanın yaranışı» 
adlı kitabında bayat adlı monqol boyunun Urmu gölü hövzəsindən çıxdı-
ğını, Geserlə bağlı əfsanələrin buradan Monqolustana aparıldığını geniş 
b
əlgələrlə ortaya qoymuşdur.
61
 
Monqol-buryat
 
boylarının «Altan Tobçi», «Canqar», «Alamci Mer-
gen»  kimi  bir 
sıra epik əsərlərində, «Monqolların gizli tarixi» kitabında 
türkl
ərlə bağlı xeyli məlumatlar olmaqla yanaşı, Monqolustanın arxeoloji 
kulturu üzr
ə tədqiqatlarda qədim Azərbaycandan aparılma kulturun izləri 
aydın görünür. Batı Monqolustanda əldə olunan arxeoloji, antropoloji və 
daş bəlgələr,  piktoqrafik rəsmlər tarixi-müqayisəli araşdırmada gərəkli 
faktor 
olduğundan, monqol
 
qaynaqları protoazər tarixinin bərpasında mü-
qayis
əyə cəlb olunan yardımçı vasitəyə çevrilə bilir.
62
 

Yüklə 11,02 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə