Erk
ən
daş dövrü
(paleolit)
54
Asiyanın güney-doğusunda Antalya, Xatay bölgələrində (Beldibi, Altın-
t
əpə, Belbaşı, Musa dağı, Karain mağarası, Tıkalı mağara və b.) ortaya
çıxarılmışdır.
35
İkiçayarası (Mesopotamiya) ərazisində isə nəinki erkən,
heç orta paleolit
düşərgələri də qeydə alınmamışdır.
36
Elam
daş abidələri
d
ə erkən dövrü əks etdirmir. Əgər Azərbaycanla Elam sınırında yerləşən
üst paleolit
ə aid Xürrəmabad civarındakı Yafte, Pa-Sanqar və Arceş dü-
şərgələrini nəzərə alsaq, onların da Zaqros daş kulturunun lokal variantı
oldu
ğunu qəbul etməliyik.
37
Az
ərbaycanı güney və güney-doğudan əhatə
ed
ən qonşu bölgələrdə orta paleolit açıq düşərgə şəklində deyil, qayaaltı
dü
şərgə (Fars, Duzlu-çöl) və mağara (Kunci) şəklindədir. Azərbaycanın
doğu sınırları dışında qalsa da, sonrakı prototürk boylarının formalaşdığı
bölg
ələrdən olan Xorasanda erkən paleolit qalıqları da tapılmışdır.
38
Az
ərbaycanın quzey-batı sınırına yaxın bölgələrdə Tbilisi-Kutaisi-Kaz-
bek üçbu
cağındakı Trialeti, Suram və Raçin dağ silsilələri arasında xeyli
orta v
ə üst paleolitə aid düşərgə və mağaralar aşkar edilmişdir ki, bu da
Qaf
qazın qədim insan məskənlərindən biri olduğunu sübut edir.
39
Bel
əliklə, Azərbaycan ən qədim çağlarda paleolit dövrünün arxeo-
loji abid
ələrini az-çox əks etdirən qonşu bölgələrlə əhatə olunmuşdur.
Az
ərbaycanıın özündə isə erkən paleolitdən tutmuş üst paleolitə qədər
xeyli abid
ə vardır. Quzeydə Dərbənd civarında, Balakəndən batıda Qanıx-
Qabırrı çayları arasında, quzey-batıda Borçalı, Axıska, Göycə gölü, Qazax
bölg
ələrində,
batıda Göycə-İrəvan arasında, Zəngi çayı hövzəsində,
Ağrı
ovalığı və Ələyəz dağının ətəklərində arxeoloji qazıntılar aparılmış,
burada
çoxlu paleolit
düşərgələri ortaya çıxarılmışdır. Azərbaycanın orta bölgə-
l
ərində
Azıx,
Tağlar,
Qazma (
Şərur) və Buzeyir (Lənkəran) paleolit abidə-
l
əri aşkar
edil
mişdir.
Güney
Az
ərbaycanın paleolit dövrü az
t
ədqiq olundu-
ğundan bu sahədə Quzey Azərbaycandakı kimi tam təsəvvür yaranmasa
da, h
ər halda əldə olunmuş bəzi məlumatları ümumiləşdirmək mümkün-
dür. Burada paleolitin
aşeləqədər qatına aid abidə hələlik tapılmamışdır,
35
Kınal,
10-11;
Заблоцка,
20;
АЗА,
20.
36
Заблоцка
, 22.
37
АЗА
, 22.
38
Заблоцка
, 20;
Türkm
ənistanın güneyindəki Anau abidəsi sonrakı mərhələlərə
aiddir. X
əzərin o biri tərəfində (Yanqaça I-II, Tomçi-su, Kaskır-Bulak, Beq-
Arslandaq) v
ə Amudəryanın sağında qalan Teşik-taş kimi paleolit abidələr isə Azər-
baycan
sınırından uzaqdır
(
Палеолит СССР
, 136).
39
Палеолит СССР
, 45-70.
55
ya
lnız Kərkük-Süleymaniyə yolundakı dağlıq yerdə aşel çağına aid Barda
Balka
düşərgəsi vardır. Güney Azərbaycanda paleolit, əsasən, mustye
(orta paleolit)
çağını əhatə edir və düşərgələr açıq yerlərdə yox, qayaaltı və
mağara tipli sığınacaqlardadır. Belə düşərgələr Xəzərin güney-doğusunda
(Ke Aram-1), Gir
manşah civarındakı Varvasi qayaaltı abidəsində, Həmə-
dan-
Girmanşah yolundakı Bisutun və bura yaxın Kare-xar mağaralarında,
Luristandakı
Kunci
mağarası və
başqa
abid
ələrdə
aşkar
edilmişdir.
40
Zaqros
dağlarının batı ətəklərində xeyli mustye abidələri qeydə
alınmışdır. Mustye çağı insanları Süleymaniyə civarındakı Xazar-Merd
mağarasında davamlı olaraq yaşamışlar. Zarzi mağarası da bura yaxındır.
Polyak alimi Y.Zablotska
buranı Ön Asiyadakı dörd qədim arxeoloji kul-
tur m
ərkəzindən biri hesab edir və Urmu gölünün batı tərəfində İraqın
quzey
dağlıq bölgəsindəki mustye və üst paleolit abidəsi olan Şanidar
40
ИИ
, 21-22;
Заблоцка,
20;
АЗА
, 22-23.
56
mağarasının yaşını 100 min il əvvələ aid edildiyini yazır.
41
Şanidar mağarasında 50-40 minil əvvəl yaşayan neandertallara aid
yeddi böyük v
ə iki uşaq skeleti tapılmışdır. Burada ilk ölübastırma gələ-
n
əyi aydın görünür: «çuxur formalı qəbrin dibindəki gül və cır moruq
toz
ları
göst
ərir
ki,
onları qəbirə
ölünü
basdırmadan
önc
ə
qoy
muşlar.
Burada
basdırılan şanidarlı neandertallardan biri hələ gənc yaşlarında sağ qolunu
itirmiş 50 yaşlı kişidir.
Görünür,
dişləri iç tərəfdən sürtülmüş bu əlil kol-
lektiv
əməkdə iştirak etmək üçün nəyisə gücü çatan qədər dişlərinin kö-
m
əyilə daşıyırmış».
42
Bu detal göst
ərir ki, şanidarlılar birgə əmək fəaliyə-
tind
ə
əlil yoldaşlarına
qayğı ilə
yanaşaraq, onları ac qoymamış,
öl
əndə
is
ə ilk «insani»
əxlaq nümunəsi göstərib
«
şərəflə»
torpa
ğa gömmüşlər.
Bel
əliklə, Bütöv Azərbaycanda insan tarixinin paleolit çağını əks
etdir
ən abidələrin coğrafiyası əksər bölgələri əhatə edir. Bu abidələrin
ən möhtəşəmi isə Azıx mağarasıdır. Quruçayın sol sahilində ümumi sa-
h
əsi 8000 m
2
, çöküntünün ümumi
qalınlığı isə 14 metr olan və paleolitin
əksər mərhələlərini özündə əks etdirən Azıx mağarasının 10 arxeoloji
t
əbəqəsi vardır. Azıx abidəsini açmaqla dünya şöhrəti qazanmış arxeoloq
M
əmmədəli Hüseynov burada 1960-cı illərdən başladığı tədqiqatı ömrü-
nün
axırına qədər otuz il davam etdirdi. O burada qatbaqat qədimə enərək
III qatda mustye, V-VI qatda
aşel, VII-X qatda isə bir milyon ildən artıq
davam
etmiş Quruçay kulturunu açdı. Arada IV təbəqədə yaşayış izinin
olma
ması, görünür, buzlaşma vaxtı adamların mağaranı müvəqqəti tərk
etm
əsi ilə bağlıdır. M. Hüseynov mağaranın V təbəqəsindən 350 minil
əvvəl yaşamış gənc bir azıxlı qadının çənə sümüyünü tapdı və bu, elmi
kataloq v
ə ensiklopediyalarda «azıxantrop» adı ilə dünya tarixinə düşdü.
Şanslı arxeoloq V qatda dünyanın ən qədim ocağını, VI qatda isə daha bir
neç
ə ocaq yeri ortaya çıxartdı.
43
Azıx mağarasında təbəqələrin ardıcıllığı onu göstərir ki, burada
yaşayış davamlı olmuşdur. Belə sürəkli yaşayış Azıxa yaxın ərazidə olan
Tağlar mağarasında da görünür; 6 kultur təbəqəsi olan mağaranın mustye
çağında 40 minil davamlı yaşayış olmuşdur. Daş alətlərin təkmilləşmə
m
ərhələlərini
ən yaxşı əks etdirən bu cür
davamlı yaşayış məskənləridir.
Əgər ilk Azıx sakinləri kobud biçimli 4-5 kiloluq qəlpələnmiş daşdan
41
Заблоцка
, 20-26.
42
АЗА, 21.
43
Гусейнов, 1985; Палеолит СССР, 42-71; Cəfərov, 1994; АТ, 1998, 60-67.
57
istifad
ə edirdilərsə, sonrakı dövrlərdə bu daş alətlərin həcmi get-gedə
kiçilir, onlar
ın hazırlanma texnologiyası da təkmilləşir. Tağlardakı daş
al
ətlər belə təkmilləşməni və yeni-yeni növlərin ortaya çıxmasını tam
əks etdirir
v
ə bu baxımdan Tağlar arxeoloji ədəbiyatda Ön Asiyada əvəzi
olmayan bir abid
ə kimi qeyd olunur.
Paleolit dövründ
ə daş alətlər bitkilərin kökünü eşib çıxarmaqda,
müxt
əlif heyvan, balıq və quş ovunda, heyvan dərisini soymaqda və sair
əmək fəaliyətində istifadə olunmuşdur. Mustye dövründə qəlpələnmiş
çaxmaq
daşından, «dəvəgözü» adlanan vulkanik şüşədən, ağacdan, iti
sümükd
ən müxtəlif biçimli əl çapacağı, qaşovlar, biz, qarmaq, süngü, iti-
ağızlı və itiuclu kəsici silahlar və digər alətlər hazırlanmışdır. Bu çağın
sonunda
artıq ağac saplaqlı kobud daş baltalar vardı.
Paleolit dövrünün orta v
ə üst çağlarına aid abidələrin əksərində
özünü göst
ərən kül-ocaq qalıqları vardır. Azıx mağarasında tapılmış kül
v
ə ocaqlar göstərir ki, buranın sakinləri yarım milyon il bundan əvvəl
süni od
əldə etməyi və ən önəmlisi, onu saxlamağı öyrənmişdilər. Bəşər
tarixind
ə odun kəşfi ən böyük hadisələrdən biri hesab olunur. Od təkcə
soyuqdan qorunmaq üçün yox, h
əm də ocaq qurmaq, ocaqda ət bişirmək,
sonrakı çağlarda isə metal əldə etmək üçün imkan verən bir tapıntı idi.
Paleolit dövrü arxeoloji qaynaqlara gör
ə, bütöv Azərbaycan ərazi-
sind
ə böyük tipoloji kultur sahəsi vardır və bu sahə fonunda kiçik lokal
qruplar da
yaranmışdır.
44
N
əzərə alsaq ki, aşel, mustye və üst paleolit
buz
laşma və istiləşmə dövrləri idi, onda bəzi yerdəyişmə olayını təbii
saymaq
lazım gəlir. Hələ erkən paleolit insanlarının isti iqlim şəraitində
Ön Asiya
dağlıq hissələrinə qalxması və Güney Qafqazda geniş yayılma-
sı buzlaqlar arası çağlarda havaların istiləşməsi ilə bağlı olmuşdur.
45
Bu
da lokal kulturlar
arasında tipoloji oxşarlıqların ortaya çıxması ilə nəticə-
l
ənmiş, Arazın sağ və solunda oxşar kulturlar yaranmışdır.
44
H
ətta Borçalı-Qazax-Allahverdi rayonlarının kəsişdiyi kiçik bir bölgədə üç lokal tip
formalaşıb: Tsopi (şarant); Qədirdərə, Yuxarı Salahlı, Qoçəskər, Daş-Salahlı (tipik-
mustye);
Çaxmaqlı, Gilik (dişli-mustye). Lakin paralellik daha geniş sahələrdə nəzəri
c
əlb edir. Arazın hər iki sınırında oxşar aşel və mustye tapıntısına rast gəlinir; tipoloji
aşel alətləri İrəvan, Cavaxetiya, Kars və Güney Azərbaycanda özünü göstərir. Luristan,
Zaqros mustye kulturu paralell
Tağlar kulturuna uyğun gəlir
(
Палеолит СССР
, 65,
69).
45
Butzer
, 1975.
58
Arxeoloqlar
Azıx abidəsinin alt təbəqələrindən tapılan bəsit yön-
t
əmli daş alətlərlə birgə müxtəlif və nəsli kəsilmiş heyvan sümüklərinin
qalığı toplusunun yerli xüsusiyətini nəzərə alaraq, bunu Azıx arxeoloji
kulturu kimi d
əyərləndirmiş, Quruçay vadisində formalaşan bu kulturu
«Quruçay m
ədəniyəti» adlandırmışlar. Quruçay kulturu dünya arxeoloji
abid
ələri sırasında, bəlkə, ən uzunömürlü olub, davam etdiyi sürəcə isti
iqliml
ə müşayət olunmuş, 700 min il öncə isə ömrünü başa vurmuşdur.
Quruçay kulturu Ön Asiya tarixind
ə əvəzsiz bir mərhələdir.
Az
ərbaycan 2 milyon ildən bəri insanların fasiləsiz məskunlaşma
ərazisi olduğu üçün burada əldə edilmiş erkən, orta və üst paleolit abidə-
l
ərinin qısa xülasəsi bəzi ümumiləşdirmələr aparmağa imkan verir. Belə
ki, burada
əksər antropogenez mərhələlərini keçirmiş paleolit insanları
b
əzi örtülü və açıq düşərgələrdə müəyyən zaman kəsiyində, bəzilərində
is
ə davamlı yaşamış, yeməli bitki, çır meyvə yığımı və müxtəlif heyvan
ovu il
ə yaşamlarını təmin etmək üçün düzəltdikləri primitiv daş alətləri
zaman-zaman t
əkmilləşdirərək güzəranlarını yaxşılaşdırmış, bu sahədə
xeyli ir
əli getmişlər. Dünyada ilk davamlı yaşayış məskəni və ilk ocaq
(
Azıx, Tağlar), ilk qəbir (Şanidar) burada aşkar olunmuşdur. İnsan fəali-
y
ətinin mümkün növləri, icma özəyinin ilkin təşkili orta paleolit dövrünə
düşür, orta və üst paleolit qovuşuğunda bəsit icma qurumu, bu qurum da-
xilind
ə ilk vəzifə bölgüləri, ölübasdırma adəti, dəri geyimi, təbiət, ocaq,
heyvan v
ə ov kultları, nitq ünsiyəti, primitiv qaya cizgi rəsmləri ortaya
çıxır. Ən önəmlisi isə, daş dövrünün bu çağında irq və Homo sapiens for-
ma
laşmasının başa çatmasıdır. Beləliklə, ilkin daş dövrünü sürü şəklində
başlayan bəsit insan artıq bu dövrün sonunda tam formalaşmış insan gör-
k
əmini almışdı.
Az
ərbaycanda mezolit m.ö. X minildə, yəni 12 minil
bundan
əvvəl başlanır. Arxeoloji ədəbiyatda mezolit
dövrünün
başlanma və bitmə tarixi barədə mübahisə
h
ələ davam etməkdədir. Yuxarı qurşaq buzlaqlarının
əriməsi ilə mezolit dövründə isti iqlim artımı həm
t
əbiətin, ətraf mühitin, həm də heyvan və bitki çeşid-
l
ərinin Azərbaycanda az da olsa, dəyişməsinə səbəb olmuşdur. Mezolit
dövründ
ə
quş, balıq və heyvan ovu,
yığım texnikası xeyli təkmilləşdi; yeni
qarmaq tipl
əri, düzmədişli kəsici və karandaşvari nukleuslar artdı və daş
dövrü üçün böyük olay kimi tarix
ə düşən yay-ox və qayıq yarandı.
Орта daş
dövrü
(mezolit)
59
B
əşər tarixində inqilabi mərhələ sayılan ərzaq istehsalı mezolit
dövründ
ə baş verdi, hazır məhsulu mənimsəmə ilə yanaşı, məhsul isteh-
salı forması ortaya çıxdı. Bu dövrdə həm də əkin və maldar təsərrüfatın
başlanğıcı qoyuldu. Göründüyü kimi, orta daş dövründə insan əməyində
bir
sıra mühüm dəyişikliklər ortaya çıxır, ona görə də, bu dövrün arxeolo-
giyasını dərindən öyrənməyə ehtiyac vardır.
Bu dövrün abid
ələri həm Güney, həm də Quzey Azərbaycanda az
öyr
ənilmişdir, lakin müəyyən təsəvvür yarada biləcək qaynaqlar da əldə
oluna
bilmişdir.
Güney Az
ərbaycanda mezolit dövrü daha erkən başlayıb.
Mellart Zaqros
dakı bəzi mezolit abidələrinin tarixini m.ö. XIII-IX minilə
aid edir.
46
H
ər
hansı bir bölgədə mezolit
dövrünün
hüdudları çox
vaxt
müx-
t
əlif elmi ədəbiyatda dolaşıq salınır.
47
Güneyd
ə Qənc-dərə, Paliqavr və
əvvəlcədən davam edən Şanidar düşərgələri, Xəzərin güney yönündə
Əlitəpə, Damdamçeşmə, Qara-Kamarbənd, Cəbəl, Xotu, Girmanşaha yaxın
Qarasu dü
şərgələri vardır. Bu abidələrdə mezolitə aid çeşidli bəzəklər və
daş alətlər qeydə alınmışdır. Xəzərin güneyində düşərgə sakinləri müxtə-
lif ov
heyvanları ilə yanaşı, suiti ovlamağı da öyrənmişdilər.
Güney Az
ərbaycanın batısındakı Şanidar mağarasının mezolit mər-
h
ələsi xüsusi əhəmiyət daşıyır. Buranın sakinləri hələ üst paleolit çağla-
rında (m.ö. XIII-XI minilliklər) yayda çay vadilərinə, Zavi-Çemi-Şanidar
sah
ələrinə enib, iribuynuzlu heyvanlar ovlayırdılar. Onların düşərgələrin-
d
ə, zooloqların qənaətinə görə, qoyuna aid qalıqlar vardır ki, bu da dün-
yada
əhliləşən ilk qoyun izləridir. Artıq mezolit dövründə burada qoyunçu-
luq t
əsərrüfatının yaranması doğal idi.
Əgər mezolit dövründə ilk əhliləşən
keçi
izin
ə
Suriya-Anadolu
ərazisində rast gəlinirsə,
qoyunun
da
batı Azər-
baycanda
əhliləşdiyini görürük.
48
Quzey Az
ərbaycanın quzey-batısında
paleolit
vaxtından davam edən Avey dağındakı Damcılı mağarası və Qa-
rabulaq
çayı kənarındakı Zurtaki mağarası, mezolitdən başlayaraq orta
əsrlərə qədər yaşayış məskəni olmuş Qobustan düşərgələri (Ana-zağa,
Ceyranlar, K
ənizə, Qayaarası, Öküzlər, Firuz və s.) mezolit abidələridir.
Bütün bu
düşərgələrdə yeni kiçik daş alətlərin meydana çıxması özünü
46
Mellart, 283.
47
«Az
ərbaycan tarixi» (I c.) kitabının müəllifləri yazır ki, «mezolit dövrü təxminən e.ə.
XIII-X minillikl
əri əhatə edir», lakin həmin kitabda «üst paleolitin 35-12 minilliklər
arasında mövcud olduğu» da deyilir (AT, 1998, 69, 80 və 84). Əgər üst paleolit 12 min
il
əvvəl başa çatıbsa, deməli, mezolit həmin tarixdən başlamalı idi.
48
Berger - Protsch, 42, 214.
60
göst
ərir. Ağac və ya sümükdə açılmış yarığa kiçik daş qəlpə dişlərin dü-
zülm
əsi ilə hazırlanan kəsici alətlərə mezolit öncəsi tək-tük rast gəlmək
olurdusa,
artıq mezolit dövründə belə pərçimli düzmədişli alətlər çoxalır.
Bu da d
ənli bitkilərin biçilmə texnikasının artdığını bildirir. Xəzərin gü-
neyi, Zaqros v
ə Qobustan bölgələrində yabanı buğda-arpa bitdiyini arxe-
oloji b
əlgələr aydın göstərir. Zaqros bölgəsi Ön Asiyada m.ö.VIII minil-
likd
ən başlanan dörd əsas əkinçilik mərkəzindən birinə çevrilmişdi.
49
D
ənli bitkilərin yığımı artdıqca əkinçiliyə yol açıldısa, ov qaydala-
rının dəyişməsi də heyvandarlıq üçün təkan verdi. Əvvəllər iri heyvanları
qurulmuş bərəyə, tələyə və ya uçurum qırağına doğru qovub vurmaq
üçün sür
ək olayında çoxlu ovçu iştirak edirdisə, artıq yay-ox meydana
çıxandan sonra ova az adam lazım olurdu. Düşərgədə qalanlar isə əkin-
biçin,
heyvandarlıq və sair sahələrlə daha çox məşğul olmaq imkanı əldə
edirdi. Bel
ə durum, bir tərəfdən bütün fəaliyətini yemək əldə etmək üstə
quran
əkinçi-maldarın həyat şəraitini yaxşılaşdırır, digər tərəfdən, silah-
yaraq,
iş alətləri və geyim-kecim hazırlanması ilə yanaşı, onların mənəvi-
estetik yönlü g
əlişmələri üçün də şərait yaradırdı. Bu baxımdan, Qobustan
abid
ələri əvəzsiz örnəklər ortaya qoyur.
Qobustanda
yaşayış 13-12 minil bundan əvvəl başlayıb.
50
X
əzər
sahilind
ə 15 km uzunluğunda böyük ərazini əhatə edən Qobustan komp-
leks abid
ələri paleolitin sonundan tutmuş orta əsrlərə qədər davam edən
böyük bir arxeoloji kulturdur. Qobustan kulturu qatbaqat öyr
ənildikcə
yeni-yeni bilgi b
əlgələri açılır. Bu kultur yaxın bölgədən gəlmiş mezolit
insan
ları tərəfindən yaradılmış, nəsillər əvəzləndikcə burada kultur qat-
ları da dəyişmişdir. Qobustanın mezolit təbəqəsində sümük və daşdan
b
əzək əşyaları, kiçik daş alətlər, ocaq yerləri və ən önəmlisi, qayaüstü
r
əsmlər aşkara çıxarılmışdır.
51
Burada keçi, ceyran,
öküz v
ə sairə heyvan şəkilləri ilə yanaşı,
o döv-
rün etnoqrafik-mifoloji durumunu
əks etdirən çox qiymətli yallı rəqsi və
ov s
əhnələri, Günəş qayığı kimi nadir rəsmlər vardır. Yazılı təpədə pir
üçün
qurbanlıq keçi rəsmi kimi əsərlər, Günəş qayığı ilə o biri dünya
yolçuluğu təsəvvürü artıq maqik və kosmoqonik düşüncənin yaranmasını
göst
ərir. Yallı rəqsi ilə ritmik musiqi duyumlu qobustanlı insanın digər
49
Заблоцка
, 30;
АТ,
1998, 82;
АЗА
, 24-26.
50
Рцстямов,
1994, 145.
51
C
əfərzadə,
1999.
61
çağdaşlarından nə qədər irəli getməsi aşkar olur. Qobustan abidələrində
müq
əddəs pir-ocaq yerlərinin çox olması, burada bir neçə tapınaq yerinə
mezolit kulturu
qatında rast gəlinməsi onu göstərir ki, sonrakı prototürk
dilinin g
əlişmə çağlarında belə tapınaq yerlərindən biri «Tanrı Dağı» an-
la
mında Cingir Baba (Dingir-dağ) adlanmışdır. Sonrakı çağlarda İkiçaya-
rasına gəlib yerləşən sumerlər də öz tanrılarına Dingir deyirdilər.
Bu dövrd
ə Azərbaycan əhalisinin nitqində böyük irəliləyiş vardı.
Artıq mezolit insanı Homo sapiens mərhələsinə qədəm qoyandan sonra
t
əfəkkürün inkişafı ilə əlaqəli yaranmağa başlamış nitq ünsiyətinin gəliş-
m
ə çağını yaşayırdı. Nitq inkişaf etdikcə sistemə düşən dil vahidlərinin
quruluşu formalaşırdı. Mezolit çağında prototürk dilinin monosillabik
(t
əkhecalı) və müxtəlif semantik yüklü sinkretik sözlərində ad və feil
kateqoriyaları üzrə ayrılma artıq başlanmışdı, söz dağarcığı omonimlərlə
z
ənginləşirdi.
52
Bu dövrün
icmaları düşərgə ətrafı ərazilərin sahiblərinə çevrilir,
icma daxilind
ə soy qurumu möhkəmlənirdi. Artıq qohum və yaxın icma-
lararası uruq
(q
əbilə)
qurumunun cüc
ərtiləri görünürdü.
Ölübasdırma get-
ged
ə sistemə düşür, icma üzvləri özünəməxsus silah, bəzək əşyaları ilə
birlikd
ə torpağa gömülürdü. Mezolitin sonuna aid Firuz düşərgəsindəki
q
əbirdə 11 insan skeleti aşkar edilmiş, bunların içində dolixokefal və bra-
xikefal tipl
ərin olması müəyyənləşmişdir.
53
Dem
əli, Qobustan sakinləri
ara
sında qarışma olayı daha qabaqlar gerçəkləşmişdi.
Mezolit
çağında istehsal yeni əmək sahələrini ortaya çıxardı. İcma
daxilind
ə əkinçi, maldar, ovçu, balıqçı və başqa sənət çeşidləri artdıqca
t
əsərrüfat böyüyür, icmanın parçalanıb bölünməsinə səbəb olurdu. Arxe-
oloji qaynaqlar göst
ərir ki, zağa, mağara və qayaaltı sığınacaqla yanaşı,
açıq düşərgələrdə qurulan qazma, yarımqazma və komalarda yaşayan
insanlar toplumu 30-100 n
əfərlik icmalardan ibarətdir. İcmaların artması
il
ə mağaradan çayqırağı ovalara, dağ ətəklərinə enib yeni ərazi axtarışına
52
Bu bar
ədə Azər dilinin mənşəyi bölməsində geniş məlumat verildiyndən burada yal-
nız mezolit çağına qədər yaranmış sait (Vokal) və samitlərdən (Consonant) ibarət dörd
CV, CVC, V, VC heca
quruluşu olduğunu və bugünəcən sıx (feil) - sıx (sifət), ac (feil) -
ac (isim-sif
ət) kimi leksemlərdə sinkretik əlaməti saxlamış əksər sözlərin müxtəlif nitq
hiss
ələrinə aid yük daşıdığını yada salırıq.
53
AT 1998, 85; Q
əbir, məzar kimi alınmalarla yanaşı tuva dilində Bazırıq adlanan yerdə
saqalardan qalma
Pazırıq kurqanı adındakı basırıq sözünü işlətməyi faydalı sayıram.
62
çıxmaq, yeni düşərgələr salmaq mezolit insanlarının yerdəyişmə hərəkə-
tin
ə bir intensivlik gətirmişdi.
Dü
nyanın hər yerində mezolit dövrü abidələrin az tapılmasından
şikayət edən arxeoloqlar bunun səbəbini həmin dövrdə miqrasiyaların
artmasında görürlər. Belə miqrasiyalar müxtəlif bölgələrdə yaranmış
kul
turların əlaqəsində özünü göstərir. Vaxtaşırı bir bölgədən digərinə
sızmalar, yem ehtiyatının tükənməsi və quraqlıqla bağlı münasib düşərgə
üçün
əlverişli yer axtarışları kiçik miqrasiyalara təkan verirdi. Mezolit
boyunca Az
ərbaycan daxilindəki yerdəyişmələr kultur gələnəyin inteqra-
siyasına, müxtəlif bölgələrdə tipoloji paralellərin artmasına, prototürk dil
strukturunun sistem
ə oturmasına səbəb olmuşdur. Maraqlıdır ki, mezolit
dövrü Qafqaz (Qarad
əniz sahili, İmeret, Trialet və s.) abidələri içində
bir neç
ə lokal kultur mərkəzi seçilir. Azərbaycan sınırlarından kənarda
qalan abid
ələrin arasında sıx əlaqə olduğu halda, Trialet (Borçalı) kulturu
onlardan f
ərqlənir.
54
Burada Zurtaketi,
Barmaqsız və bu bölgəyə yaxın
Damcılı düşərgələrində at və qulan ovu Azərbaycanın digər bölgələri ilə
uyğunluq təşkil edir. Görünür, etnik-dil fərqi ilə yaranan təbii sınırlar
artıq mezolit dövründə xarakterik hal alır. Ümumiyətlə, Azərbaycan
sakinl
ərinin həyatında mezolit dövrü mühüm yeniliklər epoxasıdır.
T
əkcə Qobustan və Şanidar kulturu orta daş dövrünun şah əsərləridir.
Mezolit dövrü öyr
ənildikcə prototürk etnosunun mənşəyinə işıq tutan
b
əlgələr qaynağı daha da zənginləşəcəkdir.
Az
ərbaycanda neolit dövrü m.ö. VIII-VII minillik-
l
əri əhatə edir. Bu dövrün arxeoloji abidələri həm
Güney, h
əm də Quzey Azərbaycanda xeyli yayıl-
mışdır.
55
Bu
çağın arxeoloji kulturunda daş
al
ətlərin təkmilləşməsi, onların cilalanıb deşilməsi,
pardaxlı düzmədiş ağızlı oraq dişlərinin, daş çəkic
v
ə cilalı baltaların artması, deşici, iskənə, iynə, biz, burğu və bıçaqların
çoxalması xarakterik hal alır. Gil qabların yaranması «saxsı» epoxasının
54
Мезолит СССР,
103
.
55
Güneyd
ə Urmu yaxasında Firuztəpə, Təbrizə yaxın Yanıqtəpə, Qəzvindən güneydə
Saqzabad
yaxınlığında Təpə-Zağa, Luristan ətrafında Təpə-Quran, Əbdül-Hüseyn, Zaq-
ros
dağlarında Carmo, Tell-Şemşar, Mosulda Xasun, Arazdan yuxarıda Naxçıvan, Qara-
bağ neolit abidələri, Şuşa mağarası, Mingəçevir düşərgəsinin alt təbəqəsi, Gəncə ətra-
fında Gillidağ, Gəncəçay düşərgəsi neolit çağında davam edən Damcılı və Qobustanda
bir neç
ə düşərgə son daş dövrünü əks etdirən arxeoloji qaynaqlardır.
Dostları ilə paylaş: |