1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir



Yüklə 1,97 Mb.
səhifə1/5
tarix21.04.2017
ölçüsü1,97 Mb.
#15168
  1   2   3   4   5
1. Aşağıdakılardan biri dilin funksiyalarına aiddir:

A) əşya və hadisələrin adlarını bildirmək

B) əşyaları rənglərlə təsvir etmək

C) hadisələrin qarşısını almaq

D) əl–qol hərəkətləri yaratmaq

E) idarə və təşkilatlarda münasibətləri tənzimləmək



2. Ünsiyyət vasitəsi olan dilə köməkçi vasitə kimi götürülə bilər:

A) cestlər

B) mütaliə

C) mətbuat

D) idman hərəkətləri

E) ifadəli oxu



3. Heca yazısı nəyi ifadə edir?

A) sözün ayrı – ayrı hissələrini

B) əşyanın şəklini

C) ancaq sait səsləri

D) sözü

E) bütöv fikri



4. Şəkildəki səməni bahar anlayışı ifadə edirsə, bu yazının hansı növünə aiddir?

A) ideoqrafik

B) fonoqrafik

C) şəkli


D) pikroqrafik

E) sillabik



5. Aşağıdakı əlifbalardan birinin yaradıcısı türklər olmuşdur:

A) Orxon – Yenisey əlifbasının

B) latın əlifbasının

C) yunan əlifbasının

D) ərəb əlifbasının

E) kiril əlifbasının



6. Bəstəkar olmaqla bərabər, həm də dilçiliyin lüğətçilik sahəsində də fəaliyyət göstərən sənətkarı müəyyən edin.

A) Üzeyir Hacıbəyli

B) Fikrət Əmirov

C) Niyazi

D) Müslüm Maqomayev

E) Qara Qarayev



7. Şəki bölgəsinin yerli – məhəlli danışığını dilçiliyin hansı sahəsi öyrənir?

A) dialektologiya

B) fonetika

C) leksikologiya

D) üslubiyyat

E) sintaksis



8. Aşağıdakılardan biri Azərbaycan xalqının varlığı üçün ən əsas amillərdəndir:

A) Azərbaycan dili

B) Azərbaycan əlifbası

C) Azərbaycan nefti

D) Azərbaycan xalq musiqisi

E) Adət-ənənə



9. Azərbaycan dilinin də daxil olduğu qazax, qırğız, tatar, çuvaş, özbək və s. dillər bütövlükdə nə adlanır?

A) Türk dilləri ailəsi

B) Dialekt və şivələr

C) Flektiv dillər qrupu

D) Latın dillər qrupu

E) Kök (amorf) dillər



10. Nə üçün Azərbaycan dili iltisaqi dil adlanır?

A) söz kökünün sabit qaldığı, şəkilçilərin isə kökə əlavə olunduğu üçün

B) ön, iç və son şəkilçi işləndiyi üçün

C) qrammatik quruluşu birinci minillikdə formalaşdığı üçün

D) dövlət dili olduğu üçün

E) sözlərin əksəriyyəti Azərbaycan mənşəli olduğu üçün



11. Aşağıdakılardan biri cəmiyyətin bütün sahələrində digərlərindən fərqlənir:

A) dil


B) iqtisadiyyat

C) mədəniyyət

D) incəsənət

E) siyasət



12. Azərbaycan dilində ərəb və fars sözlərinin, əsasən, çox işlənməsi nə ilə bağlıdır?

A) Azərbaycanda islam dininin qəbul olunması ilə

B) Səfəvilərin hakimiyyətə gəlməsi ilə

C) Türk dillərinin formalaşması ilə

D) Azərbaycanda elmə marağın artması ilə

E) Azərbaycan dilinin təsir dairəsinin genişlənməsi ilə



13. Aşağıdakılardan biri dilimizin müstəqil dil vahidlərindən biridir:

A) cümlələr

B) samitlər

C) heca


D) ahəg qanunu

E) şəkilçilər



14. «Zaman», «saman» sözlərinin ilk səsi nə adlanır?

A) fonem


B) vurğu

C) kök


D) sait

E) heca


15. Şifahi nitqdə ifadə olunan cümləni yazarkən onun durğu işarələri nəyin əsasında müəyyənləşdirilir?

A) intonasiyanın

B) baş üzvlərin

C) ahəng qanununun

D) söz sırasının

E) II dərəcəli üzvlərin



16. Sözün törəmə mənası adlanır:

A) məcazi məna

B) leksik məna

C) həqiqi məna

D) qrammatik məna

E) ilkin məna



17. Azərbaycan dilinin lüğət fondunu nə təşkil edir?

A) dildə olan fəal, ümumişlək sözlərin hamısı

B) dildə olan uzunömürlü sözlər

C) neologizmlər

D) tarixizmlər

E) ümumişlək sözlər



18. Nöqtələrin yerinə uyğun gələn ifadələri müəyyən edin:

……………… vulqar sözlər deyilir.

A) kobud ifadələrə, nalayiq ifadələrə

B) tarixizmlərə, dialektizmlərə

C) kobud ifadələrə, yersiz əcnəbi sözlərə

D) köhnəlmiş sözlərə, nalayiq ifadələrə

E) dialektizmlərə, kobud ifadələrə

19. Aşağıdakılardan biri dilin sabit söz birləşmələri də adlanır:

A) frazeoloci birləşmələr

B) feili birləşmələr

C) ismi birləşmələr

D) mürəkkəb söz birləşmələri

E) mürəkkəb sözlər



20. Cümlədə özündən əvvəlki üzvü izah edən və konkretləşdirən sözə və ya söz birləşməsinə nə deyilir?

A) əlavələr

B) ara sözlər

C) xitablar

D) adlıq cümlələr

E) həmcins üzvlər



21. Dilin funksiyalarını göstərin.

1) Dil ünsiyyət vasitəsi olmaqla insanlar arasında əlaqə yaradır

2) Dil bioloci yox, ictimai hadisədir

3) Dil təfəkkürlə bağlı hadisə olaraq fikir ifadə edir

4) Dil əşya və hadisələrin adlarını əks etdirir

5) Dilin başa düşülməsini təmin edən müxtəlif cestlər də ünsiyyət vasitəsidir

A) 1, 3, 4

B) 2, 5

C) 1, 2, 4



D) 3, 4, 5

E) 2, 3


22. Fikirlərdən biri yanlışdır:

A) dil cəmiyyətdə formalaşsa da, bioloci hadisədir

B) dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir

C) dil əşya və hadisələri adlandırır

D) dildən başqa, digər ictimai hadisələr də vardır

E) dil vasitəsilə insanlar fikirlərini, arzularını bir–birlərinə çatdırırlar



23. Səhv fikri göstərin.

A) dilin irqi və irsi cəhətlərlə bağlı olan məqamları çoxdur

B) cəmiyyət dilsiz mövcud ola bilməz

C) dilin və şüurun yaranması vahid ictimai prosesdir

D) dilin yaranmasında insan bədəninin şaquli vəziyyətə düşməsi də əsas şərtlərdəndir

E) dil insanlara qulluq göstərən yeganə ictimai hadisə deyil



24. Düzgün fikri göstərin.

A) dil canlılardan ancaq insana məxsusdur

B) dildən savayı, insanlara xidmət göstərən başqa ictimai hadisələr yoxdur

C) üzün, saçın rəngi və forması, gözün, sifətin quruluşu kimi, dil də irsidir

D) dil bioloci hadisədir

E) küçə hərəkəti qaydalarını göstərən işarələr, gəmilərdən bayraqlarla verilən siqnallar və s. dilin əsas ünsiyyət imkanları səviyyəsinə qalxa bilər



25. Qapının örtülməsini xahiş etmək üçün aşağıdakı cümlələrin hansından istifadə etmək daha münasibdir? (Nitq normalarına riayət etmək şərti ilə)

A) Mümkünsə, qapını örtün.

B) Qapını çəkin.

C) Zəhmət olmasa, qapını bağlayın!

D) Qapını çırpın.

E) Sizin evdə qapı yoxdur?



26. Sözün kökü dəyişmir, şəkilçilər ona əlavə olunur. Bu dil tipi necə adlanır?

A) iltisaqi

B) iltisaqi və flektiv

C) flektiv və kök

D) flektiv

E) kök


27. Dil haqqında fikirlərdən biri səhvdir:

A) dil başqa antropoloci cizgilər kimi bioloci hadisə sayılır

B) dil insan cəmiyyətində meydana gəlir

C) insanların bir–biri ilə ünsiyyətinə xidmət edir

D) dilin yaranması üçün insan orqanizminin fizioloci cəhətdən müəyyən şəkildə formalaşması da müəyyən şərtdir

E) dilin və şüurun yaranması bütöv halda vahid bir ictimai hadisədir



28. İltisaqi dillərə məxsus əlamətləri müəyyənləşdirin.

1) Şəkilçinin yeri sabitdir

2) Kök eyni zamanda bir neçə şəkilçi qəbul edə bilməz

3) Ahəng qanunu həm kökdə, həm də şəkilçidə gözlənilir

4) Qayıqçı, kəskinləş, yaylaqçı iltisaqi dillərə məxsus söz yaradıcılığıdır

5) Sözün kökü daxildən dəyişir

A) 1, 3, 4

B) 1, 2, 3

C) 2, 4, 5

D) 1, 4, 5

E) 2, 3, 5



29. Hansı əlamətlər şəkli yazıya məxsusdur?

1) əşyəvi yazıdan sonra yaranmışdır

2) hansı əşyadan yazmaq nəzərdə tutulursa, onun şəkli çəkilir

3) şəkli yazıda it şəkli iti, baş şəkli başı, ağac şəkli ağacı bildirir

4) şəkli yazıda eyni zamanda günəş işıq, baş düşüncə mənasında da işlədilir

5) şəkli yazıdan bu gün istifadə olunmur

A) 1, 2, 3

B) 2, 3, 5

C) 1, 4, 5

D) 1, 3, 5

E) 1, 2, 4



30. Fikri, yəni ideoqrafik yazıya aid əlamətləri seçin.

1) yazının inkişafının üçüncü mərhələsi fikri (ideoqrafik) yazı hesab olunur

2) fikri yazı hərfi yazıya doğru əhəmiyyətli addım idi

3) fikri yazıdan ilk dəfə qədim misirlilər, assuriyalılar istifadə ediblər

4) lotoreya biletlərində «50 qəpiyə udmaq olar» sözlərindən sonra verilən şəkillər (maşın, fotoapparat və s.) fikri yazı nümunələridir

5) dövlətlərin gerblərindəki və bayraqlarındakı rənglər və şəkillər fikri yazıya aiddir

A) 1, 2, 5

B) 1, 2, 4

C) 2, 3, 5

D) 3, 5

E) 2, 4


31. Dil ilə yanaşı, daha nələr ünsiyyətə xidmət göstərir? Səhvi göstərin.

A) kəşfiyyat xarakterli məktublar və carqon sözlər

B) küçə hərəkətli qaydalarını göstərən nişanlar

C) gəmilərdə bayraqlarla verilən nişanlar

D) müxtəlif rəsm əsərləri

E) cestlər və mimikalar



32. Dillərin tipoloci bölgüsünə əsaslanıb sıranı tamamlayın.

İltisaqi dillər, flektiv dillər, …

A) kök (amorf) dillər

B) oğuz dilləri

C) hind – Avropa dilləri

D) qıpçaq dilləri

E) qarluq dilləri



33. Nitq mədəniyyətinin əsasını nə təşkil edir?

A) ədəbi dil normalarına əməl etmək

B) təbəssümlü, xoşrəftar olmaq

C) cestlərdən istifadə etmək

D) natiqlik sənətinə yiyələnmək

E) mimikalardan istifadə etmək



34. Avropalıların «mədəniyyət dili» adlandırdıqları anlayış Azərbaycanda nə adlanır?

A) ədəbi dil

B) «ünsiyyət dili»

C) «natiklik sənəti»

D) nitq mədəniyyəti

E) «ədəbi dil normaları»



35. Azərbaycan Respublikası ərazisində nitq mədəniyyətinin daşıyıcısı kimdir?

A) Azərbaycan xalqı

B) ziyalılar

C) orta məktəb şagirdləri

D) azsaylı xalqlar

E) xarici vətəndaşlar



36. Aktyorlardan, müğənnilərdən, şairlərdən, ümumiyyətlə, söz sənətkarlarından nitq mədəniyyətinin daha çox tələb olunan şərti hansılır?

A) ifadəlilik

B) məntiqlik

C) dəqiqlik

D) düzgünlük

E) ardıcıllıq



37. Aşağıdakılardan biri nitq mədəniyyətinin fərdi məsələsidir:

A) nitqin gözəl olması

B) düzgün tələffüz

C) sözün düzgün yazılışı

D) qrammatik qayda–qanunlara riayət edilməsi

E) sözün leksik mənasının qavranması



38. Digərləri ilə müqayisədə aşağıdakılardan biri daha az dəyişir:

A) dil


B) yazılı nitq

C) lüğət tərkibi

D) şifahi nitq

E) ünsiyyət



39. «Aydın nitq» adlanır:

A) əlavə vasitələr olmadan başa düşülən nitq

B) tərcümə yolu ilə çatdırılan nitq

C) Azərbaycan dilində olan nitq

D) alimlərin nitqi

E) sənət adamlarının nitqi



40. Hansı nitq «təmiz nitq» hesab olunur?

A) dialekt və şivə elementləri olmayan nitq

B) terminlərlə zənginləşdirilən nitq

C) neologizmlərdən ibarət olan nitq

D) obrazlı ifadələrlə zəngin olan nitq

E) qısa, yığcam nitq



41. Nitqdə zərb–məsəllərdən, frazeoloci vahidlərdən istifadə edilməsi nə ilə bağlıdır?

A) nitqin zənginliyi ilə

B) nitqin elmiliyi ilə

C) dilin statusu ilə

D) nitqin konkretliyi ilə

E) nitqin ardıcıllığı ilə



42. Biri yazılı ədəbi dil nümunəsi kimi verilə bilər:

A) mühazirələr

B) plakatların dili

C) nitqlər

D) nəğmələr

E) çıxışlar



43. Biri şifahi ədəbi dil nümunəsi kimi verilə bilər:

A) reklamlar

B) bədii əsərlər

C) elmi kitablar

D) mühazirələr

E) publisist kitablar



44. Orfoqrafik və orfoepik normalar nəyin əsasında yaranır?

A) fonetik və qrammatik normaların

B) leksik normanın

C) söz yaradıcılığının

D) şifahi ədəbi dilin

E) üslubların



45. Azərbaycan xalq danışıq dili hansı normaya əsaslanır?

A) qeyri – mükəmməl

B) fonetik

C) qrammatik

D) orfoqrafik

E) leksik



46. Azərbaycan ədəbi dilinin normaları nəyə uyğundur? Səhv olanı müəyyən edin. Dilimizin …

A) xalq danışıq dilinə

B) daxili quruluşuna

C) qrammatikasına

D) fonetikasına

E) leksikasına



47. Hamının əməl etməsi vacibdir, tarixi təkamülün məhsuludur. Söhbət nədən gedir?

A) ədəbi dil normalarından

B) söz yaradıcılığından

C) lüğət fondundan

D) lüğət tərkibindən

E) xalq danışıq dilindən



48. Bir aktyor səhnədə ifa etdiyi rolun dilindən Təbriz dialektinə aid sözlər deyir. Bu zaman ədəbi dilin hansı norması pozulur?

A) leksik

B) orfoepik

C) qrammatik

D) fonetik

E) orfoqrafik



49. Hansı sözün tələffüzündə orfoepik norma pozulmuşdur?

A) müəllim

B) həssas

C) təyyarə

D) üfük

E) təmkinnən



50. Cümlədə tamamlıq mübtədadan əvvəl işlənsə, dilin hansı norması pozular?

A) qrammatik

B) leksik

C) orfoepik

D) orfoqrafik

E) fonetik



51. Sabitliyin nisbətən az olduğu, yəni çox dəyişən ədəbi dil norması hansıdır?

A) leksik

B) orfoepik

C) fonetik

D) qrammatik

E) orfoqrafik



52. Qrammatik normaya düzgün əməl etmək üçün mübtədanın, xəbərin, zərfliyin və tamamlığın iştirak etdiyi cümlədə cümlə üzvlərinin sırası necə olmalıdır?

A) mübtəda, tamamlıq, zərflik, xəbər

B) xəbər, tamamlıq, mübtəda, zərflik

C) zərflik, xəbər, mübtəda, tamamlıq

D) tamamlıq, zərflik, xəbər, mübtəda

E) mübtəda, xəbər, tamamlıq, zərflik, xəbər



53. Natiqlik sənətinin əsas tələbləri sırasında verilənlərdən biri səhvdir.

A) auditoriyadan asılı olmayaraq, nitqin yüksək elmli olması

B) mümkün qədər yığcam danışmaq, mətləbdən uzaqlaşmamaq

C) düzgün, dəqiq və gözəl danışmaq

D) nitqə əvvəlcədən hazırplaşmaq, konkret nəticələr çıxarmaq

E) auditoriyanın səviyyəsini, xarakterini nəzərə almaq, onlar üçün anlaşıqlı dildə danışmaq



54. Hansı bənddə nitqin dəqiqliyi pozulmuşdur?

A) İşlərimi bir neçə günə bitirdim.

B) Çay kənddən keçirdi.

C) Qonaqlara yaxşı süfrə açdım.

D) Eşitdiklərim qanımı qaraltdı.

E) Bu oğlan çox ciddidir.



55. Şeirin, nəsrin məlahətlə, emosional ifa edilməsi natiqlik sənətinin hansı sahəsinə aiddir?

A) bədii


B) işgüzar

C) akademik

D) siyasi

E) inzibati – idarə



56. Nöqtələrin yerinə uyğun gələn sözləri müəyyən etməklə cümləni tamamlayın.

…………….. normalarda dəyişmə ləng gedir.

A) fonetik, qrammatik

B) fonetik, leksik

C) leksik, qrammatik

D) leksik, orfoepik

E) orfoqrafik, leksik

57. İş adamlarının, sahibkarların iqtisadi – idarəçilik mövzusunda çıxışları natiqliyin hansı sahələrinə aiddir?

A) inzibati – idarə natiqliyi

B) bədii natiqlik

C) siyasi natiqlik

D) işgüzar natiqlik

E) akademik natiqlik



58. Nitq etiketləri kimi verilənlərdən dördü yanlışdır. Doğrunu müəyyən edin.

A) alqışlar

B) teoremlər

C) mimikalar

D) məsləhətlər

E) cestlər



59. Ünsiyyət prosesində nitq etiketlərindən necə istifadə etmək səmimi münasibət yaradır?

A) yerli – yerində

B) ciddi

C) qeyri – rəsmi

D) təbəssümlü

E) rəsmi


60. Hər bir xalqın dilində işlənən nitq etiketləri daha çox hansı xüsusiyyətlərə malikdir?

A) milli

B) fərdi

C) siyasi

D) işgüzar

E) qeyri – rəsmi



61. Fəal nitq prosesindən çıxan hansı söz bir neçə il bundan əvvəl fəal olmuşdur?

A) kommunizm

B) romantizm

C) nəfəslik

D) realizm

E) soydaş



62. Aşağıdakılardan biri özləşmə prosesinin nəticəsində baş verir:

A) çavuş, yarlıq, ulus və s. kimi sözlərin yenidən işlənməsi

B) yeni terminlərin yaranması

C) dil haqqında qanunun qəbul olunması

D) dövlət müstəqilliyinin qazanılması

E) təhsilin ana dilində olması



63. Aşağıdakılardan birinə bəzən piktoqrafik yazı da deyilir:

A) şəkli yazıya

B) əşyəvi yazıya

C) fikri yazıya

D) heca yazısına

E) hərfi yazıya



64. Heca yazısının mahiyyəti nədir?

A) bir neçə səs bir işarə ilə verilir

B) cümlədə sözlər hecalara ayrılmış formada yazılmalıdır

C) bir heca bir səsi ifadə etməlidir

D) heca yazısı ən geniş yayılmış yazı formasıdır

E) kimyəvi işarələr heca yazısına aiddir.



65. Hərfi yazının ilk mərhələsi olmuşdur:

A) heca yazısı

B) əşyəvi yazı

C) şəkli yazı

D) fonoqrafik yazı

E) fikri yazı



66. Dilə aid olanlardan biri yanlışdır:

A) irsi xarakter daşıyır

B) fikir ifadə edir

C) ünsiyyət vasitəsidir

D) əşyaları adlandırır

E) fərdi deyil



67. Ədəbi dilin fonetik, leksik və qrammatik normaları funksional üslublardan hansı üçün məcburidir?

A) hamısı üçün

B) bədii üslub üçün

C) rəsmi üslub üçün

D) yalnız məişət üslubu üçün

E) publisistik üslub üçün



68. Nitq mədəniyyətinin ən mühüm şərti hansıdır?

A) ədəbi dil normalarına riayət etmək

B) lüğət ehtiyatını zənginləşdirmək

C) durğu işarələrindən yerində istifadə etmək

D) milli sözlərdən istifadə etmək

E) sözün leksik mənasını bilmək



69. Hansı söz fəal nitq prosesindən çıxmışdır?

A) sosializm

B) bazar

C) ardıcıllıq

D) dayanacaq

E) humanizm



70. Oğuz qrupuna daxil olmayan dil hansıdır?

A) başqırd dili

B) Azərbaycan dili

C) Türkiyə türkcəsi

D) qaqauz dili

E) türkmən dili



71. İntonasiyalara aid göstərilənlərdən biri səhvdir:

A) mürəkkəblik

B) modallıq

C) bitkinlik

D) sadalama

E) sual


72. Azərbaycan dili kimin ana dilidir?

A) azərbaycanlıların

B) bu dildə təhsil alanların

C) türk xalqlarının

D) azsaylı xalqların

E) Azərbaycanda yaşayan bütün xalqların



73. Dil haqqında verilənlərdən biri düzgün deyil:

A) yeganə ünsiyyət vasitəsi olmaq

B) əşyalara ad vermək

C) fikir ifadə etmək

D) insanlar arasında əlaqə yaratmaq

E) ən mühüm ünsiyyət vasitəsi olmaq



74. Hansı yazı növünə bəzən ideoqrafik yazı da deyilir?

A) fikri yazıya

B) heca yazısına

C) əşyavi yazıya

D) şəkli yazıya

E) fonoqrafik yazıya



75. Cümlələrdən birində nitqin düzgünlüyü pozulmuşdur:

A) bütün sahələrdə olduğu kimi, iqtisadiyyatda da çatışmamazlıq vardı

B) imtahanların iyunun birinci yarısında keçirilməsi planlaşdırılır

C) tənəffüs yollarının keçməzliyindən şikayəti vardı

D) şərtlərin dəyişdirilməsi planlarımızı alt – üst etdi

E) sərhədlərlə bağlı danışıqlar bitmək üzrə idi



76. Biri başsağlığı etiketi deyil:

A) Allah kömək olsun!

B) belə dərdli vaxtda təsəlliverici söz tapmaq çox çətindir …

C) xəbər məni çox mütəəssir etdi

D) Allah rəhmət eləsin!

E) balaları torpağı sanı yaşayınlar …



77. Biri qonaq qarşılama etiketi deyil:

A) sizin dəvətinizi qəbul edə bilmədiyim üçün üzr istəyirəm …

B) həmişə siz gələsiniz!

C) biz çox şadıq ki, gəlmisiniz …

D) sizi evimizdə görməyə çox şadıq …

E) xoş gəlmisiniz!



78. Sıranı tamamlayın.

Əlvida! Xudahafiz! Sağ olun! Salamat qalın! … .

A) gecəniz xeyrə qalsın!

B) təbrik edirəm!

C) etiraz etmirəm

D) məmnuniyyətlə gələrik

E) sizdən üzr istəyirəm



79. Düzgün cavab hansıdır?

A) düzgün olmayan cest gülüş doğura bilər

B) cestləri natiqlər eynilə tətbiq edirlər

C) cest bəzən nitqin tezliyini də təmin edir

D) çox usta natiq cestsiz də təsirli nitq söyləyə bilər

E) nitqdə mimikasız da keçinmək olar



80. Yanlış fikri göstərin:

A) şifahi ədəbi dil orfoqrafik normalara tabe olur

B) mədəni inkişaf dildə də özünü göstərir

C) dil faktları xalqın mədəni tarixi haqqında məlumat verir

D) elmi dil və xalq danışıq dilinin sintezi – elmi–kütləvi üslub deyilən bir nitq forması yaradır

E) mədəni inkişaf dialektin sosial işlənməsini məhdudlaşdırır



81. Nitq mədəniyyətinin ən mühüm şərti:

A) ədəbi dilin normalarına riayət etmək

B) iltisaqiliyə riayət etmək

C) nitqin ifadəliliyi

D) nitqin üslubi imkanlarını tapmaq

E) nitqin dəqiqliyini təmin etmək



82. Nitq mədəniyyəti filologiyanın elə bir sahəsidir ki, o … . Aşağıdan uyğun olanları seçin.

1) Dilin bütün sahələrində: fonetik sistemində, lüğət tərkibində, qrammatik quruluşunda mövcud olan qanunlara əməl olunmasını tələb edir

2) Nitqin məzmununun gözəl, danışığın aydın və dinləyənin səviyyəsinə uyğun olmasına diqqət yetirir

3) Natiqlik bəstəkarlıq və rəssamlıq və s. kimi bir sənətdir

4) Onun konkret predmeti vardır

5) Ona yiyələnmək hamının, hər kəsin işi olmalıdır

A) 1, 2, 5

B) 1, 2, 3

C) 4, 5


D) 1, 4

E) 1, 3, 5



83. Mədəni nitq üçün birinci növbədə tələb olunur:

1) Dilin səlisliyi, ifadə imkanlarının genişliyi

2) İnsanı əhatə edən əşya və ya hadisələri əks etdirmək

3) Həmin dildən istifadə edənlərin ifadə imkanlarının genişliyindən, səlisliyindən düzgün faydalanmaq vərdişlərinin olması

4) Ən müvafiq, üslub baxımından ən uğurlu dil vasitəsini tapmaq

A) 1, 3


B) 1, 2

C) 2, 4


D) 3, 4

E) 1, 4


84. Müasir Azərbaycan ədəbi dilinin normaları ilə bağlı fikirlərdən biri səhvdir:

A) bu normalarda flektiv dil tipinin tələbləri əsas götürülür

B) müasir Azərbaycan ədəbi dilinin normaları müəyyən təkamülün məhsuludur

C) bu normalar dilin dialekt, yaxud şivələrindən, xalq danışıq dilindəki qeyri–mükəmməl ifadələrdən fərqlənir

D) müasir Azərbaycan ədəbi dili fonetik, leksik–semantik və qrammatik normalar əsasında fəaliyyət göstərir

E) ədəbi dilin normaları onun nisbi sabitliyini, əhatəliliyini təmin edir, dilin daxili quruluşunu əks etdirir



85. Natiqliyin belə bir sahəsi yoxdur:

A) iqtisadi natiqlik

B) bədii natiqlik

C) siyasi natiqlik

D) məhkəmə natiqliyi

E) akademik natiqlik



86. «Ədəbi dilin normaları bir sistem olsa da, onların … vardır». Nöqtələrin yerinə hansı sözü yazsaq, fikir daha düzgün alınar?

A) müstəqilliyi

B) konkretliyi

C) ümumiliyi

D) əhatəliliyi

E) qeyri – mükəmməlliyi



Yüklə 1,97 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin