1. azərbaycan əDƏBİ DİLİ VƏ onun formalaşma məRHƏLƏLƏRİ Azərbaycan ədəbi dili umumxalq danışıq dilinin cilalanmış və



Yüklə 43,17 Kb.
tarix23.10.2022
ölçüsü43,17 Kb.
#65964
növüYazı
1Cİ SUAL


1.AZƏRBAYCAN ƏDƏBİ DİLİ VƏ ONUN FORMALAŞMA MƏRHƏLƏLƏRİ
Azərbaycan ədəbi dili umumxalq danışıq dilinin cilalanmış və
normalaşdırılmış formasıdır.
Ədəbi dilin (nitqin) iki forması vardır:
1. Şifahi ədəbi dil
2. Yazılı ədəbi dil
Şifahi dildə yaranan ilkin ədəbiyyat numunələri –bayatılar, laylalar, tapmacalar, nağıllar, dastanlar və s. şifahi ədəbi dilin əsasını qoymuşdur. Məsələn, şifahi ədəbi
dilə ən gozəl numunə xalqımızın qəhrəmanlıq dastanı olan
“Kitabi-Dədə Qorqud” dastanı sayıla bilər.Buna gorədə ədəbi dilin 1300 ildən cox yaşının olduğunu deyə bilərik.
Azərbaycan ədəbi dilinə aid ilkin yazılı numunə (İ.Həsənoğlunun
qəzəli) XIII əsrə aid olduğuna gorə, yazılı ədəbi dilin
başlanğıcı həmin dovrdən goturulur:
Apardı konlumu bir xoş qəmər yuz, canfəza dilbər,
Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-sərvər.
Azərbaycan ədəbi dili oz inkişafı muddətində iki boyuk
dovru əhatə edir:
1.Əski dovr ( XIII-XVII əsrlər)
2.Yeni dovr ( XVIII əsrdən bu gunə qədərki dovr)
Hər iki dovrun ozunəməxsus xususiyyətləri var.
Samirə Mərdanova
10
Əski dövr
Əski dovr Azərbaycan ədəbi dili oz inkişafında iki mərhələdən
kecmişdir:
1.Ədəbi dilin təşəkkul mərhələsi (XIII – XIV əsr)
2.Klassik şeir dili mərhələsi (XV – XVII əsrlər)
Bu dovrdə ədəbi dilimiz İ.Nəsimi, Ş.İ.Xətai, M.Fuzuli kimi
nəhəng sənətkarlarla təmsil olunmuşdur.

Əski dovr ilə yeni dovr arasında bir sıra fərqlər


movcuddur:
1. Fonetika sahəsində - bəzi sozlərin yazılışında dəyişikliklər
ozunu gostərirdi, məs: yıldız – ulduz; yıldırım – ildırım,
2. Leksika sahəsində - bəzi sözlər dilimzdən çıxmış,yeniləri ilə əvəz olmuşdur-
sayru – xəstə, tanıq-şahid və s.
3. Qrammatika sahəsində də bir sıra fərqlər ozunu
gostərirdi. Məs:hökümdürür-hökmdür, fəsli gül-gül fəsli
Yeni dövrün 3 mərhələsi var:
1. Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr)
2. Milli ədəbi dilin təşəkkulu və inkişafı mərhələsi
(XIX əsr - XX əsrin əvvəli)
3. Müasir mərhələ (XX əsrin əvvəlləri və ondan
sonrakı dövr).
Yüklə 43,17 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin