Fakültə: İTİF
İxtisas: İnformasiya Təhlükəsizliyi
Qrup: 693.20
Fənn: Kriptoqrafiyanın əsasları
Müəllim: Kənan Məmmədov
Şagird: Əhmədova Şəms
Mövzu:
Blok şifrələmə üsulları
PLAN:
1.Blok şifrələmə
2.Blok şifrələmənin üstünlüyü və mənfi cəhəti
3.Lüsifer şifrəsi
4. DES və AES şifrələmələri
Kriptoqrafiyada blok şifrəsi , bloklar adlanan sabit uzunluqlu bit qruplarında simmetrik açarla deterministik bir alqoritmin tətbiqidir. Blok şifrəsi bir çox kriptoqrafik protokol dizaynlarının mühüm fundamental komponentidir və böyük verilənləri şifrələmək üçün geniş istifadə olunur.
Blok şifrələmə yalnız zəif kriptoqrafik strukturları birləşdirərək və daha güclü struktur yaratmaqla əldə edilir.
BLOK ŞİFRƏLƏMƏ
Müasir kriptosistemlərdə bir çox hallarda blok şifrlərinin tətbiqi daha üstün tutulur. Bir çox dövlətlərin şifrləmə standartları məhz şifrlərin bu sinfinə məxsusdur.
Blok prinsipi ənənəvi yerdəyişmə şifrlərinə də xasdır. Məsələn, marşrut yerdəyişmələrində informasiya bloku mxn ölçülü cədvələ yazılan m*n hərfdən ibarətdir. Lakin blok şifri anlayışı yalnız XX əsrin 70-ci illərinin əvvəllərində meydana çıxıb formalaşmışdır. Yeni sinif şifrlərin yaradılmasına zərurət əsasən iki səbəblə şərtlənmişdi: axın şifrləməsi aparaturası ilə hesablama maşınlarının funksional uyuşmazlığı və verilənlərin simvollarla emalından istifadə edən şifrləmə proqramlarının lazımi surətə nail ola bilməməsi.
Blok şifrinin üstünlüyü və çatışmayan cəhəti
Blok şifrlərin üstünlükləri aşağıdakılardır:
• eyni bir açarın çoxqat (dəfələrlə) istifadəsinə, dözüm o cümlədən eyni açarla alınan praktiki olaraq qeyri-məhdud sayda açıq mətn-şifrmətn cütü olduqda dözüm;
• şifrlənmiş mətnə ixtiyari müraciət (blok dəqiqliyi ilə);
• blok şifrinin əsasında axın şifrinin realizəsi imkanı.
Blok şifrlərin nöqsanlarına aiddir:
• səhvin çoxalması əmsalı blokun uzunluğuna bərabərdir;
• şifrin bloklarla olması;
• axın şifrləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı iş sürəti (keyfiyyətli şifrlər üçün);
blok şifrinin yaradılması zamanı istifadə olunan standart əməliyyatların realizəsinin yüksək çətinliyi (sürüşdürmə əməliyyatı, şifrlənən blokda altblokların ayrılması və s.); şifrləmə zamanı istifadə edilən daxili verilənlərin saxlanması üçün tələb olunan yaddaş həcminin nisbətən böyük olması (əsasən səpici çevirmələr üçün əvəzləmə cədvəlləri).
Blok şifrələməsinə DES, AES, RC2, RC5, SAFER, FEAL, İDEA, Skipjack, Blowfish, Kameliya, və s. alqoritmləri aid etmək olar.
Lüsifer şifri
Lüsifer təsviri açıq ədəbiyyatda nəşr edilən və mütəxəssislərin kriptoqrafiyaya marağının yeni dalğasını yaradan ilk ciddi blok şifridir. Lusifer şifrləmə blokunun ölçüsü 128 bitə bərabərdir. Şifrin açarı da həmin ölçüdə idi. Şifrləmə funksiyası nöqtəbənöqtə balanslaşdırılmış Feystel şəbəkəsini təkrarlayır. Şifrləmə proseduru verilənlər bloku üzərində ardıcıl yerinə yetirilən 16 raunddan ibarətdir. Hər raundda giriş verilənləri blokunun sol yarısından hesablanmış F qammalama funksiyasının nəticəsi blokun sağ yarısı ilə 2 moduluna görə toplanır.
Dostları ilə paylaş: |