1. Ekologiya haqqında ümumi məlumatlar. Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri»



Yüklə 400,34 Kb.
səhifə1/33
tarix02.01.2022
ölçüsü400,34 Kb.
#42710
  1   2   3   4   5   6   7   8   9   ...   33
EKOLO


1. Ekologiya haqqında ümumi məlumatlar.

Ekologiya yunan mənşəli söz olub oikos – «yaşayış yeri» və logos – «elm» deməkdir. Ekologiya termini ilk dəfə 1866-cı ildə alman təbiətşünası Ernest Hegel

tərəfindən irəli sürülmüşdür və biologiyanın bir bölməsi kimi canlı orqanizmlər arasında və onların olduğu mühitlə qarşılıqlı əlaqəni öyrənmişdir. İnsanın həyatında və fəaliyyətində təbiətin rolunu qiymətləndirmək olduqca çətindir. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Hələ XX əsrin başlanğıcında Yer kürəsinin əhalisi təmiz hava ilə tənəffüs edir, saf su içirdilər. Dünya sonsuz, təbii sərvətlər isə tükənməz hesab edilirdi. XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmitexniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. XX əsrin əvvəlində Yer üzərində əhalinin sayı cəmi bir milyarda yaxın idi, əsrin sonunda isə, yəni bir əsr ərzində bu rəqəm 6 dəfə artaraq 6 milyarda çatdı. Ekoloqların əksəriyyəti belə hesab edirlər ki, təbii resursların tükənməməsi və texnogen fəaliyyət nəticəsində dəyən ziyanın təbii yolla bərpa olunması üçün Yer üzərində əhalinin sayı 1 – 1,5 mlrd nəfər hüdudunda olmalıdır. Hazırda ekologiya – insanın fəaliyyəti ilə mühitə edilən dəyişikliklər nəzərə alınmaqla orqanizmlərin həyat fəaliyyəti qanunauyğunluqlarını (onun istənilən ifadəsində, inteqrasiyanın bütün səviyyələrində) onların təbii yaşayış mühitində öyrənən elm kimi qəbul edilir.



Yüklə 400,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin