1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti
2. Kompüterin arxitekturası haqqında
3. Kompüterin iş prinsipi
4. Xarici yaddaş qurguları haqqında
5. Kompüterin monitoru haqqında
6. Kompüterin proqram təminatı
7. Say sistemləri haqqında ümumi məlumat
8. Bir say sistemindən digərinə keçid
9. Say sistemləri üzərində əməllər
10.Kompüterin yaddaşında informasiyanın təsviri
11.Tam və həqiqi ədədlərin yaddaşda təsviri
12.Alqoritm və onun xassələri
13.Alqoritmin növləri və verilməsi üsulları
14.Alqoritmin nazırlanması üsulları
15.ƏBOB-un tapılması alqoritmi
16.Alqoritmin düzgünlüyünün yoxlanılması
17.C++ dilinin elementləri
18.Verilənlərin tipləri
19.Tam tiplər və onlar üzərindəki əməliyyatlar
20. Həqiqi tiplər və onlar üzərindəki əməliyyatlar
21. Simvol tiplər və onlar üzərindəki əməliyyatlar
22.C++ dilində giriş vasitələri
23.C++ dilində çıxış vasitələri
24.C++ dilində proqramın strukturu
25.C++ dilində istifadə olunan riyazi funksiyalar
26.C++ dilində yazılmış proqramın proqramlaşdırma sistemində
yerinə yetirilməsi mərhələləri
27.Başlangıc qiymətlə olan sabitlər
28.Əməliyyatlar və onların növləri
29.İfadələr haqqında
30.Hesab əməlləri. Mənimsətmə əməli
31.Müqayisə və məntiq əməlləri
32.Tiplərin çevrilməsi əməlləri
33.Sizeof və “vergül” əməlləri
34.”şərt ?” əməli
35.Şərti keçid operatoru
36.Seçim operatoru
37.Ön şərtli dövr operatoru
38.Son şərtli dövr operatoru
39.Parametrlə olan dövr operatoru
40.Parametrlə olan dövr operatorunun müxtəlif formaları
41.Continue operatoru
42.break və goto operatorları
43.Birölçülü massivlər
44.Çoxölçülü massivlər
45.Massivin elementlərinin artan sıra ilə nizamlanması
46.Funksiya anlayışı. Funksiyaların təyini
47.Funksiyalara müraciət qaydası. Funksiya daxilindən qiymətin qaytarılması
48.Funksiyaların prototipləri
49.Başlıq faylları
50.Kitabxana funksiyalarından istifadə edilməsi
51.Funksiyaların rekursiv olaraq təyini. Rekursiya anlayışı
52.Fibonaççi ədədlər ardıcıllıgının rekursiya ilə alınması
53.Qlobal dəyişənlər vasitəsi ilə qiymətlərin funksiya daxilinə ötürülməsi
54.Yaddaş sinifləri
55.İdentifikatorların təsir oblastları
56.Parametirsiz funksiyaların təşkili
57.İnline funksiyası
58.Formal və faktiki parametrlər
59.Funksiyaların yenidən yüklənməsi
60.Yüklənən funksiysları bir-birindən fərqləndirən əlamətlər
1. İnformatika bir elm kimi. Onun predmet oblastı və obyekti
İnformatika – kompüterlər vasitəsilə informasiyanın emalının ümumi qanunlarını, yəni informasiyanın verilməsi, yığılması və tətbiqi proseslərini araşdıran bir elmdir.
İnformatika – «Informatique» termini bizim əsrin 60-70-ci illərində fransızlar tərəfindən təklif olunmuşdur. Lakin onlardan əvvəl amerikalılar, hesablama texnikasının əsasında informasiyanın tədqiqini əhatə edən elmləri işarə etmək üçün «Computer Science» (hesablama elmləri) termini tətbiq etmişlər. Hal-hazırda «Informatique» və «Computer Science» terminlərindən ekvivalent mənada istifadə olunur.
Kompüterlər –elektron qurğudur.
Bizi əhatə edən aləm haqqında bütün elm və məlumatlara – informasiya deyilir. İnsan həmişə informasiyanı tədqiq edir:
1)yeni məlumatlar öyrənir (qəzetlərdən, kitablardan, radio və televiziyadan
2)məlum informasiyadan istifadə edir (işində, həyatda);
3)yeni informasiyanı yaradır (elmdə, incəsəntdə, ədəbiyyatda və s.).
Bütün dünya əhalisinin yarısından çoxu informasiya tədqiqi ilə məşğuldur. İnsan təkcə bu qədər nəhəng həcmdə informasiyanı tədqiq etmək iqtidarında deyildir və onun köməyinə kompüterlər gəlir. Buna görə də müasir aləmdə hər bir insan öz işində kompüterlərdən istifadə etməyi bacarmalıdır. Qeyd edək ki, öz məsələlərinin həllində hesablama texnikasından istifadə edən şəxslərə kompüter istifadəçiləri deyilir. Onları iki kateqoriyaya bölmək olar: