“Azərbaycan Hava Yolları” QSC
Milli Aviasiya Akademiyası
Sərbəst iş №6
Fənn:Layihə menecmenti
Mövzu: Layihənin idarə edilməsinin təşkilatı strukturu.
Fakültə: Hava nəqliyyatı
Qrup: 1168A
İxtisas: Proseslərin avtomatlaşdırılması mühəndisliyi
Müəllim: Mirzəyev Fuad
Tələbə: Qəhrəmanova Nərmin
Bakı 2020
Layihənin başa çatmasında layihənin təşkilati strukturu vacib əhəmiyyət kəsb edir. Strukturun düzgün təşkil edilməsi və layihələrin idarə edilməsində yeni metod və vasitələrdən istifadə edilməsi məqsədə nail ölmağın ən etibarlı yollarından biridir.
Layihələrin idarə edilməsinin təşkilati strukturu (Layihələrin təşkilati strukturu) - layihə məqsədlərinə uğurla nail olmaq üçün müəyyən məhdud müvafiq vaxt ərzində komanda üzvləri və bu komanda üzvləri arasındakı tabeçilik, vəzifə və müsuliyyəti bölgüsünü əks etdirən müvəqqəti əlaqə və komunikasiyalar sistemidir.
Həyata keçirilən layihələrin miqyas, dəyər və sayımn artması şəraitində layihələrin hazırlanması və həyata keçirilməsi ilə bağlı bütün məsələlər üzrə hazırlıqlı və səlahiyyətli olmaq, sifarişçi üçün, doğrudan da çətindir. Buna görə də, sifarişçi layihələrin təşkili və idarə edilməsi işini layihələrin idarə edilməsi metodu və üsullan ilə tanış olan, ən müxtəlif informasiya mənbələrinə malik və əsas idarəetmə qərarlarını qəbul etməyi bacaran ixtisaslaşmış strukturlara həvalə etməyi daha səmərəli hesab edir
Peşəkar idarəetmə strukturlarının vəzifələri:
Layihə konsepsiyasının işlənməsində iştirak və sifarişçiyə məsləhət vermək;
Layihləndiricilərin, podratçıların və digər layihə iştirakçılannın seçilməsi;
Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili və əlaqələndirilməsi;
Maliyyələşdirmə, avadanlıq, material və sairlə tikintinin təmin edilməsi üzrə işlərin təşkili və əlaqələndirilməsi;
Bütün layihə iştirakçıların məlumat ehtiyacının ödənilməsi;
Layihənin həyata keçirilməsinin bütün mərhələlərində onun vəziyyətinə nəzarət, təhlil və nizamlama.
Funksional struktor
Dünyada təşkilati strukturlarm ən geniş yayılmış tipi funksional strukturdur . Bu struktur zirvədə ali rəhbərlik, orta və aşağı səviyyədə idarəedicilər olmaqla tipik piramidanı xatırladır. Funksional struktur əsasən xətti və kadr münasibətləri, səlahiyyət və məsuliyyət, habelə nəzarət diapazonu kimi anlayışlar üzərində qurulmuşdur. Mühəndis işlərində və mühasibat uçotu sahələrində fəaliyyət sahələri əsas funksional bölmələr adlanır. Hesab edilir ki, mütəxəssislər bir yerdə oduqda və bölmənin rəhbəri həmin konkret sahədə hazırlıq və iş təcrübəsinə malik olduqda daha səmərəli və yaxşı fəaliyyət gösterirlər. Funksional təşkilatın üstünlükləri mərkəzləşdirilmiş iş prinsipindən ibarətdir.Eyni zamanda belə tip təşkilati strukturun üstünlükləri biri də rəhbərin həm layihə həm də xətti rəhbər kimi çıxış etməsidir. Bu isə onun yükünü artırır və adətən rəhbər layihə meneceri olmadığında üstünlüyü şöbənin idarə edilməsinə verir.
Funksional təşkilatı strukturun bir əsas qüsurlan da vardır. Beləki funksional təşkilatı struktur dar ixtisaslaşmış, kiçik mono layihələrin reallaşdırılması zamanı uyğundur. İri layihələrin reallaşdırılması zamanı lazımı ixtisaslaşmış komanda üzvləri çatışmaya bilər beləki, onlar bir şöbə və ya bölmənin işçiləridir və layihə uğursuz nəticələnə bilər.
Layihə strukturu
Qarşıya qoyulan konkret məqsədə nail olmaq üçün tələb edilən bütün ehtiyatlar müstəqil bölmələrdə qruplaşmışlar ki, bu bölmələrə layihə rəhbəri başçılıq edir.Layihə strukturu reallaşdırılan zaman konkret layihəyə uyğun olaraq təşkilati struktur formalaşdırılır, layihə komandası formalaşdırlır və layihə meneceri təyin edilmiş olur. Ayrılmış komanda üzvləri yalnız bu layihə ilə məşğul olurlar və layihə meneceri yalnız bu layihənin idarə edilməsi ilə məşğul olur.
Belə strukturun üstünlükləri sırasında yeganə rəhbərin mövcudluğu, lazımı ixtisaslaşmış komandanın olması, komanda üzvlərinin yalnız layihə üzərində fokuslanması kimi üstünlüklər qeyd edilə bilər. Layihə təşkilati strukturunun çatışmamazlıqları sırasında belə struktürün ciddi vəsait tələb etməsi (işçilər işindən ayrılırsa onların işin kimsə görməlidir, və ya elə komanda üzvləri var ki layihənin reallaşdırılması zamanı onları daim işə cəlb etmək olmur (məs, hüquqşunas) və həmin komanda üzvlərini layihədəki hər saatının dəyəri artır), müvəqqəti xarakterli olması səbəbində layihə sona yaxınlaşdıqca layihə komandası öz qeyri-müəyyən gələcəyi haqqında daha çox düşünməyə çalışır və ya layihə başa çatmamış uzaqlaşırlar və ya layihənin bilərəkdə müddətini uzadırlar. Bu baxımda layihə başa çatdıqdan sonra layihə komandası buraxılarkən işçilərin gələcək taleyinin konkret müəyyənləşdirilməsi son dərəcə prinsipial və vacib məsələdir.
Dostları ilə paylaş: |