Azərbaycan Milli Elmlər Akademiyası



Yüklə 0,53 Mb.
səhifə1/3
tarix26.10.2022
ölçüsü0,53 Mb.
#66284
  1   2   3
fərdi iş 4


Azərbaycan Milli Elmlər Akademiyası

AMEA-nın akademik M.Nağıyev adına


Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Sərbəst iş Nº4

Müəllim: k.ü.f.d Samirə İmaməliyeva
Tələbə: Flora Bayramova
Fənn: Qeyri-üzvi materialşünaslığın əsasları
Mövzu: Binar sistemlərin T-x diaqramları, nonvariant tarazlıqların əsas tipləri. Evtektik tipli binar sistemlər. Bərk məhlul əmələ gətirən binar sistemlər. Bərk məhlulların əsas tipləri.


Tərkib-xassə diaqramları.
Fiziki-kimyəvi analizin əsas vəzifələrindən biri tərkib-xassə diaqramlarının öyrənilməsidir. Tərkib-xassə diaqramlarının öyrənilməsinin yeni faza və birləşmələrin sintezində böyük rolu vardır. Onun əsasında birləşmələrin olduğu müəyyənləşdirilir və onlar fərdiləşdirilir. Bu yol ilə müəyyən xassəli metallik ərintilər, yarım və ifrat keçiricilər, keramik materiallar, mikroelektironikada və enerji dəyişdiricilərində işlədilən bir çox materiallar alınmışdır
İki komponentli sistemlərdə tərkib-xassə diaqramları.
F
azalar qaydasını iki komponentli sistemlərə tətbiq etdikdə,    k  2 və k  2 olduqda   4  olur. Deməli, iki komponentli sistemdə tarazlıqda dörddən artıq faza ola bilməz. Fazaların sayından asılı olaraq sistemin variantlığı aşağıdakı kimi dəyişir.

İki komponentli sistemlərdə komponentlərdən biri adi halda maye olursa belə sistemlər şərti həllolma sistemləri adlanır. Həlledicinin buxar təzyiqi arasında asılılığı səthi diaqram şəklində ifadə etmək olar.


Fərz edək ki,B maddəsi A həlledicidə-suda müəyyən temperaturda həll olaraq doymuş məhlul əmələ gətirir. Belə doymuş məhlulu soyutduqda bundan B maddəsi kristallaşacaqdır və hər bir aralıq temperatur üçün doymuş məhlul alınacaqdır. Əgər daha duru məhlulları soyutsaq , o zaman həlledicinin kristalları alınacaqdır.
Buradan belə nəticəyə gəlmək olar ki, məhlul elə qatılıqda olmalıdır ki, soyuma zamanı oradan həm həlledci (A), həm də həll olan maddə (B) kristallaşsınlar,yəni evtektik qatılığa uyğun məhlulda proses sabit temperaturda getməlidir. Buzun duzla və ya onun hidratı ilə əmələ gələn evtetikaya kriohidrat adı verilmişdir.
Burada temperatur sabit qaldığı üçün əvvəllər onu birləşmə kimi təsəvvür edirdilər. Lakin dəqiq mikroskopik analiz onun mexaniki qarışıq olduğunu aşkar edir.
İki komponentli sistemlərin tərkib-xassə diaqramlarını iki ölçülü səthi diaqramlarla təsvir edə bilərik. Bu zaman tərkib xəttinə perpendikulyar çəkib, onun üzərində xassəsinin qiymətini götürə bilərik.
Temperatur, təzyiq və tərkibi bir-birilə bağlayan diaqrama hal diaqramı deyilir.
Sistemin müxtəlif fazalarla halını əks etdirən diaqramlara faza diaqramları deyilir.
Əgər xassə tərkibdən xətti asılıdırsa, tərkibin verilmiş hər hansı qatılıqla ifadə edilməsi halında xassə additivliyə malikdir.
O kəmiyyət additiv hesab olunur ki, onu sistemin ayrı-ayrı hissələrinin xassələrinin cəmi kimi hesablamaq mümkün olsun.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin