1. Soyqirimin hazirlanmasi. Mart faciəsi Baki xks-nin anti-azərbaycan siyasəti



Yüklə 87,73 Kb.
səhifə1/25
tarix02.01.2022
ölçüsü87,73 Kb.
#37984
  1   2   3   4   5   6   7   8   9   ...   25
Dərs vəsaiti-Azərbaycan tarixi-II Kurs YENİ


Mövzu:1. Bakı Sovetinin Azərbaycanlılara qarşı soyqırım siyasəti.

PLAN

1.Soyqirimin hazirlanmasi.

2.Mart faciəsi

3.Baki XKS-nin anti-azərbaycan siyasəti.

1917-ci il oktyabr çevrilişindən sonra Rusiyada yaranmış sovet rejimini tanımayan Xüsusi Cənubi Qafqaz Komitəsi devrildi. Noyabr ayının 15-də Cənubi Qafqazı idarə etmək üçün Tiflisdə Zaqafqaziya (Cənubi Qafqaz) Komissarlığı təşkil edildi. Komissarlığın sədri gürcü menşeviki Y.P.Gegeçkori idi.Zaqafqaziya Komissarlığı vəziyyəti sabitləşdirmək üçün dekabrın 5-də Ərzincanda Osmanlı dövləti ilə barışıq sazişi imzaladı. Ərzincan barışıq sazişinə əsasən Qafqaz cəbhəsindən rus qoşunları geri çəkilməyə başladı. Cəbhədən qayıdan rus ordusu öz silah və hərbi sursatını erməni və gürcü hərbi hissələrinə, Bakı bolşeviklərinə vermişdi. Azərbaycan fraksiyasının səyi nəticəsində Zaqfqaziya Komissarlığının qərarı ilə Şəmkir stansiyasında yerləşən rus polkunun tərk-silah olunması başlandı. Zaqfqaziya Komissarlığının sabitlik yaratmaq səyləri onu böhrandan xilas edə bilmədi. Nəhayət, 1918-ci il fevralın əvvllərində o, istefaya getməli oldu. 1918-ci il fevral ayının 10-da Zaqafqaziya (Cənubi Qafqaz) Seymi yaradıldı.

Seymdə üç əsas fraksiya – menşevik, müsavat və daşnaq fraksiyaları var idi. Burada çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Azərbaycan fraksiyaları Seymdə 4 partiyaya məxsus 44 millət vəkili ilə təmsil olunmuşdu. Fraksiyanın rəhbəri M.Ə.Rəsulzadə idi. Zaqfqaziya Seymi də öz fəaliyyətinə Osmanlı dövləti ilə sülh danışıqlarının müzakirəsi ilə başladı. Seymin Azərbaycan fraksiyası Osmanlı dövləti ilə sülh müqaviləsinin imzalanmasını Cənubi Qafqazda vəziyyətin sabitləşməsi üçün əsas şərt hesab edirdi. 1918-ci il mart ayının 14-də Trabzon konfransı öz işinə başladı. O, bir ay davam etdi. Konfransda Cənubi Qafqaz nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi. Osmanlı tərəfi isə Cənubi Qafqazın öz müstəqilliyini elan etməyincə, həmin etirazı əsassız hesab etdi. Türklərin fikrincə, Cənubi Qafqaz hökuməti müstəqil dövlət kimi tanınmaq istəyirsə, Rusiyadan ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan etməli idi. 1918-ci il aprelin 22-də Cənubi Qafqazı müstəqil federativ respublika elan etdi. Bu respublika 34 gün yaşadı. Oktyabr çevrilişindən sonra, bolşeviklər oktyabr ayının 31-də Bakı Sovetinin iclasında hakimiyyəti öz əllərinə aldıqları barədə qətnamə qəbul etdilər. Onlar noyabrın 2-də Bakı Sovetinin konfransını çağırıb Bakıda Sovet hakimiyyətini elan etdilər. Stepan Şaumyan Bakı Soveti İcraiyyə Komitəsinin sədri seçildi. 1918-ci ilin martında Bakıda vəziyyət son dərəcədə gərgin idi. Cənubi Qafqazın ən güclü siyasi partiyasına çevrilmiş “Müsəvat”ın nüfuzunun getdikcə artması Bakı Sovetini ciddi narahat edirdi. Hələ yanvar ayında Müsəlman Korpusunun komandanı general Talışinskinin Bakıda həbs edilməsi şəhərin azərbaycanlı əhalisinin ciddi narazılığına səbəb olmuşdur. 1918-ci il mart ayının 15-də Bakı Sovetinin iclasında Şaumyanın “Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir” göstərişi əslində azərbaycanlılara qarşı soyqırıma başlamaq üçün çağırış rolunu oynadı.

Milli qırğını başlamaq üçün bəhanə isə martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin tərk-silah edilməsi oldu. 1918-ci il mart ayının 30-da qırğının həyata keçirilməsinə rəhbərlik etmək üçün Bakı Soveti yanında İnqilabı Müdafiə Komitəsi yaradıldı. Martın 30-da erməni kilsəsi yanında toplaşan daşnaq dəstəsi müsəlmanlara ilk atəş açdı. Martın 31-də səhər tezdən bolşevik-daşnaq dəstələri azərbaycanlılar yaşayan “Kərpicxana” , “Məmmədli” və başqa məsəllələrə hücuma keçdi. Qeyri-bərabər döyüşdə soyqırımına məruz qalan müsəlmanların martın 31-də müqaviməti dayandırmalarına baxmayaraq, erməni quldurları şəhərin dinc müsəlman əhalisinə divan tutur, azərbaycanlılar yaşayan məhəllələrin əhalisini qılıncdan keçirirdilər. Müsəlmanların soyqırımı aprelin 2-si gecədən xeyli keçənədək davam etdi. Bolşevik-daşnaq birləşmələri 1918-ciil aprelin əvvəllərində milli qirğinin miqyasini genişləndirməyə başladilar.Şamaxi qəzasinda 72 kənd dağidildi.22 mindən çox türk-müsəlman öldürüldü.Bu erməni vəhşiliyinin əsas hissəsu qoca,qadin və uşaqlar idi.Şamaxidan sonra ermənilər Quba,qəzasina hücum çəkdilər.Quba qəzasinda 162 kənd məhv edildi.Qəzada 16 mindən çox türk-müsəlman və yəhudi qətlə yetirildi.Lənkəran qəzasinda 3 min dinc sakin ermənilər tərəfindən məhv edildi.Ermənilər Kürdəmir,Salyanvə digər qəzalarda da soyqirimi davam etdirmişlər.Ümumiyyətlə 1918-ci ilin mart-aprel aylarinda Baki quberniyasinda 50 min insan məhv edilmişdi. . Mart faciəsi nəticəsində müvəqqəti üstünlük əldə edən bolşeviklər siyasi hakimiyyətlərini möhkəmləndirmək üçün bir sıra tədbirlər görməyə başladılar. 1918-ci il aprelin 25-də S.Şaumyanın sədrliyi ilə Bakı Xalq Komissiyaları Soveti (XKS) yaradıldı. Onun rəhbərliyinə daşnaqpərəst bolşevik ermənilər daxil idilər. Bu hökumətin tərkibində cəmi üç nəfər azərbaycanlının olması (Nəriman Nərimanov – şəhər təsərrüfatı komissarı, Məşədi Əzizbəyov – quberniya komissarı və Mirhəsən Vəzirov – torpaq komissarı) onun milli dayaqlara malik olmadığını göstərirdi. May ayı ərzində Bakı XKS-nin verdiyi dekretlər əsasında bütün köhnə hakimiyyət orqanları ləğv edildi. Fəhlə-kəndli milisi, Şəhər, qəza və mahal xalq məhkəmələri təşkil edildi. Bakı XKS-nın Daxili İşlər Komissarlığı yanında Hərbi tribunal təsis edildi, əksinqilabla mübarizə üçün Fövqəladə Komissiya yaradıldı. Bakı XKS sosialist tədbirləri adı ilə bankları, iyunun 2-də neft sənayesini, iyunun 5-də Xəzər Ticarət Donanmasını milliləşdirdi. Neft məhsullarına kəskin ehtiyacı olan Sovet Rusiyanı yanacaqla təmin etmək məqsədilə neft yataqlarının vəhşicəsinə istismarına başlanıldı. Baki Xalq Komissarlari Soveti təmamilə qondarma və Azərbaycana yad olan bir qurum idi.Antiazərbaycan siyasəti yeridən bu qurumun sosial bazasi çox zəif idi.Baki XKS-nin yeganə dayagi qirğinda iştirak etmiş simasiz hərbi dəstələr idi.XKS-də qulluq edən əsgərlərin çoxu erməni idi.




Yüklə 87,73 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin