1.İqtisadi metodologiyanın məqsədi və vəzifələri



Yüklə 27,23 Kb.
səhifə1/4
tarix04.12.2022
ölçüsü27,23 Kb.
#72322
  1   2   3   4
i 2




1.İqtisadi metodologiyanın məqsədi və vəzifələri
İqtisadi metodologiya iqtisadi tədqiqatlarda mühüm istiqamət olub, iqtisadi biliklərin fundamental, nəzəri səviyyəsini, müxtəlif iqtisadi müddəalar, teoremlər və nəzəriyyələrlə bağlı onun nəticələrinin və sübutlarının prin siplərini və metodlarını öyrənir. İqtisadi metodologiyanın əsas məqsədini iqtisad elminin əsas metodlarının, habelə onların metodologiya ilə qarşılıqlı əlaqələrinin tədqiqi təşkil edir.


Ciddilik - Rasionallıq, sübutluluq, nəzəri müddəanın bütün struktur elementlərinin əlaqəliliyi;
Birmənalılıq - Nəzəriyyənin bütün müddəalarının bir-birilərinə əks olmaması, uyğunluğu;
Səmərəlik - Nəzərdə tutulan nəticənin əldə edilə bilməyi, bu nəticənin doğru və ya səhv olduğunu etiraf etməyin mümkünlüyü;
Sadəlik - Elmi nəticənin daha az əməliyyatlarla, tədqiqatı mürəkkəbləşdirən köməkçi əlavə qaydalar və prinsiplərdən istifadə etmədən əldə olunması;
Evristiklik - Yeni, orjinal nəzəriyyələrə gətirib çıxara bilməsi.
İqtisadi metodologiyanın aşağıdakı əsas vəzifələrini seçib ayırmaq olar:
1.İqtisadi fikir tarixində mövcud olan əsas tədqiqat proqramlarının (paradiqmaların), habelə onların digərləri ilə əvəz olunma dövrlərinin, yəni “elmi inqilabların” təhlili;
2.İqtisadi tədqiqatların əsas, həlledici mərhələlərinin seçib ayrılması və öyrənilməsi, habelə iqtisad elmində “elmi kəşflər” prosedurasının (proseslərinin) nəzərdən keçirilməsi;
3.İqtisad elmində “həqiqət” probleminin təhlili, habelə onun meyarlarının və təsdiqi ilə bağlı əsas üsul və vasitələrin araşdırılması;
4.Sosial və təbii elmlər sistemində iqtisadi metodologiyanın yerinin və əhəmiyyətinin tədqiqi, o cümlədən digər elmlərin metodologiyasının iqtisadi metodologiyaya, habelə iqtisadi metodologiyanın digər elm sahələrinin metodologiyasına təsirinin öyrənilməsi;
5.İqtisad elminin əsas dünyagörüşü standartlarının və ideallarının öyrənilməsi.



Yüklə 27,23 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin