26 fevral 1992-ci il. Taleyin və zamanın
Azərbaycan xalqına bəxş etdiyi ən dəhşətli və
amansız bir gün. Elə bil səhərdən bilinirdi bu
günün faciəsi, neçə-neçə günahsız insanın,
qocanın, uşağın, qadının, körpənin, bir sözlə
günahı azərbaycanlı olmaq olan yüzlərlə insa-
nın qətlinə fərman veriləcək. Başqa günlərdən
fərqli olaraq təbiət də öz sərt üzünü göstərirdi,
aramsız yağan qar sürətli küləyin təsiri ilə iti
qılınc kimi adamı kəsir, soyuq ilikləri belə don-
dururdu. Nə bu sərt qış gecəsi, nə də insanlı-
ğın adi məhrəmiyyət hissləri erməni qəzəbini,
kin və nifrətini cilovlaya bilmədi. İnsanların
köməksizliyindən və gecənin səssizliyindən
istifadə edən erməni vəhşiləri, öz hava-
darları olan keçmiş SSRİ-nin Xankəndində
yerləşən 366-cı motoatıcı alayının köməyi ilə
əvvəlcədən hazırladıqları soyqırım planlarını
həyata keçirdilər. O gecə bədii filmlərdə belə
görmədiyimiz dəhşət yaşadı Xocalı. Elə bir
dəhşət ki, yer üzü belə müsibət və vəhşiliyi az
görmüşdü. Evlərə, binalara od vuruldu, torpaq
qana qərq edildi o gecə. Düşmən rəhm diləyən
qocaya, xəstəyə, qadına aman vermədi. Uşaq-
lar valideynlərinin gözləri qarşısında xüsusi
qəddarlıqla qətlə yetirilirdi. Qız-gəlinlər əsir
alındı. Aramsız güllə yağışından qurtulub aya-
ğı yalın, başı açıq halda meşələrə, dağlara üz
tutanların çoxu yolda dondu, qar uçqunları-
na düşdü. O gecə hara gedəcəyini, kimdən
imdad diləyəcəyini bilməyən uşaqların doğ-
malarının meyidləri arasında çaş-baş halda
vurnuxmalarını, ətrafda nə baş verdiyindən
xəbərsiz körpənin gözlərini həyata əbədilik
yummuş anasının buz kimi soyuq döşlərini
əmməsini göz önünə gətirin... Həmin gecə
Xocalı sakinlərinin üzləşdikləri müsibətlərin
hansı birini deyəsən, hansı birini yazasan?
Qələm acizdir, bu vəhşilikləri təsvir etməkdə.
Xocalı faciəsi
şahidlərin dili ilə:
Xocalı sakini Cəlil Hümbətov: “Mənim gö-
zümün qabağında bir gəlinin qucağındakı
körpəyə beş avtomat gülləsi vurub parça-
parça etdilər. Həmin gəlini isə sinəsindən
güllə ilə vurub öldürdülər. Mənim oğlumu,
hamilə gəlinimi, həyat yoldaşımı, 16 yaşında
qızımı gözlərimin qarşısında, Xocalının içində
öldürdülər. Bir mesxeti türkünü 11 nəfər ailəsi
ilə birlikdə evdən çıxmağa qoymadılar, ben-
zin töküb od vurdular, hamısı yandı… Ensiz
taxtalardı, üzərinə mismarlar vurmuşdular.
Qollarıma və əllərimə qoyub çıxdılar üstünə.
Təpiklədikcə mismarlar girdi əlimə-qoluma...
Mən 48 gün əsirlikdə qaldım, qayıdanda
çəkim 72 kq-dan 28 kiloqrama enmişdi”.
Xocalı sakini Əntiqə Qəhrəmanova: "Əsgəran
tərəfdən bir tank, bir BTR gəldi, yoldakı və
yolun kənarındakı adamları qırdılar. Meyitləri
cərgə ilə düzdülər, adamların qulaqlarını, qa-
dınların döşünü kəsirdilər, kiminin gözlərini çı-
xarır, ya da yandırırdılar. Bir neçə hamilə qadı-
nın qarnını yarıb, uşaqlarını çıxardılar, ağacların
üstünə atdılar. Bir erməni yeznəm Təvəkkülün
qulağını kəsib ayağına bir güllə vurdu, son-
ra onu ağaca bağladılar. Ondan tələb etdilər
ki, “de, yer erməninindir”. Təvəkkül də dedi
ki, “adam ölümdən ötəri yerini, Vətənini sat-
maz!”. Sonra ayaqlarına benzin atıb od vur-
dular, xeyli yanandan sonra təkrar dedilər ki,
“de, yer erməninindi”. Təvəkkül eyni cavabı
verəndən sonra başından benzini töküb, diri-
diri yandırdılar".
Ermənilərdən etiraflar
Qarabağ hadisələrinin iştirakçışı, ermənilərin
ən çox sevdiyi ideoloqlarından biri, yazı-
çı –şair Zori Balayan "Ruhumuzun dirçəlişi"
adlı kitabında Xocalıda törətdikləri soyqı-
rım haqqında yazır: "Biz Xaçaturla ələ ke-
çirdiyimiz evə girərkən əsgərlərimiz
13 yaşlı bir türk uşağını pəncərəyə
mismarlamışdılar. Türk uşağı çox
səs-küy salmasın deyə, Xaçatur
uşağın anasının kəsilmiş döşü-
nü onun ağzına soxdu. Daha
sonra 13 yaşındakı türkün ba-
şından, sinəsindən və qarnından
dərisini soydum. Saata baxdım,
türk uşağı 7 dəqiqə sonra qan
itirərək dünyasını dəyişdi. Ru-
hum sevincdən qürurlandı.
Xaçatur daha sonra ölmüş
türk uşağının cəsədini hissə-
hissə doğradı və bu türklə
eyni kökdən olan itlərə
atdı. Axşam eyni şeyi
daha 3 türk uşağına
etdik. Mən bir erməni
kimi öz vəzifəmi
yerinə
yetirdim.
Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə
fəxr duyacaq".
Daha bir erməni müəllif, hazırda Livanda
məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan
müsibətləri "Xaç uğrunda" kitabında fəxrlə
xatırlayır: "Səhərin soyuğunda biz Daşbu-
laq yaxınlığındakı bataqlıqdan keçmək üçün
ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin
üstünə getmək istəmədim. Bunu görən pod-
polkovnik Ohanyan mənə işarə etdi ki, qorx-
mayın. Mən ayağımı 9-11 yaşlı qız meyidinin
sinəsinə basıb addımlamağa başladım. Mənim
ayaqlarım və şalvarım qan içində idi. Və mən
beləcə 1200 meyidin üstündən keçdim".
Faciənin dəhşətli
miqyası:
Erməni qoşunlarının vəhşiliyi
nəticəsində Xocalı əhalisindən 613
nəfər öldürülmüş, 487 nəfər şikəst
qalmış, 1275 nəfər dinc sakin - qoca-
lar, uşaqlar, qadınlar əsir götürülərək
ağlasığmaz erməni zülmünə, təhqir
və həqarətlərinə məruz qalmışlar. 150
nəfərin taleyi hələ də məlum de-
yildir. Bu əsl soyqırım idi. Xo-
calıda öldürülmüş 613
nəfərdən 106-sı qadın,
63 nəfəri uşaq, 70 nəfəri qocalar olmuşlar.
Xocalı faciəsində 8 ailə bütövlüklə məhv
edilmiş, 24 uşaq hər iki valideynini, 130
uşaq isə valideyinlərindən birini itirmişdir.
Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və
amansızlıqla qətlə yetirlimişdir. Onlar diri-di-
ri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi
soyulmuş, körpə uşaqların gözləri çıxarılmış,
süngü ilə hamilə qadınların qarınları yarılmış-
dır. Ermənilər hətta meyitləri də vəhşicəsinə
təhqir etmişdilər…
Qeyd etmək lazımdır ki, Azərbaycan xal-
qı tarix boyu erməni millətçi-şovinistlərinin
davamlı olaraq etnik təmizləmə, soyqırım
siyasətinə məruz qal-
mışdır. Erməni idelo-
loqlarının "dənizdən
dənizə
Ermənistan"
adlı sərsəm bir ide-
yasını reallaşdırmaq
cəhdi
neçə-neçə
kəndlərin, şəhərlərin
dağılması, on minlərə
günahsız
insanın
ölümü, yüz minlərlə
azərbaycanlının
öz
tarixi
torpaqların-
dan didərgin düşməsi ilə nəticələnmişdir. XX
əsrin faciəsi olan Xocalı soyqırımı bu aqres-
siv və cinayətkar erməni siyasətinin növbəti
təzahürüdür. Bu faciə təkcə Azərbaycan xal-
qına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı
yönəlmiş ən ağır cinayətlərdən biri olan əsrin
Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi
dəhşətli faciələri ilə bir sırada dayanır.
Xocalı şəhərini hədəfə almaqda məqsəd
nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq
hissəsində azərbaycanlılardan ibarət olan,
strateji əhəmiyyətli maneəni aradan qal-
dırmaq idisə, digər tərəfdən ümumiyyətlə
Xocalını yer üzündən birdəfəlik silmək
məqsədi idi. Çünki Xocalı elə bir yaşa-
yış məskəni idi ki, o, Azərbaycan tarixinin
qədim dövrlərindən müasir dövrə qədər ta-
rix və mədəniyyət ənənələrini özündə əks
etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-
Gədəbəy mədəniyyəti kimi düşmüşdür.
Erməni işğalından sonra bütün bu maddi
mədəniyyət abidələrinin məhv edilməsi və
dünyanın ən qədim məzarlıqlarından sayılan
Xocalı qəbiristanlığının texnika vasitəsiylə
darmadağın edilməsi erməni vandalizmi-
nin bariz nümunəsi olmaqla yanaşı, dünya
mədəniyyətinə qarşı zorakılıq aktıdır.
Bu
cinayət
cəzasız
qalmamalı
və
Ermənistanın hərbi-siyasi təcavüzü dünya
ictimaiyyəti tərəfindən ittiham edilməlidir.
Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin
parlamentləri Ermənistan Respublikasının
Azərbaycan torpaqlarında törətdiyi hərbi
cinayətə - Xocalı soyqırımına, əsl soyqı-
rım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi
qiymət verməlidirlər. Azərbaycan xalqı və
onun dövləti isə Xocalı Soyqırımını heç vaxt
unutmur və unutmayacaqdır.
“Mərkəzi Klinika” Ambulatoriyası
Ünvan: Zərifə Əliyeva küç. 5, Az1005
“Mərkəzi Klinika” Xəstəxanası
Ünvan: Parlament pr. 76, Az1006
MƏRKƏZİ KLİNİKA
“Müasir səhiyyə elmi əsaslarla dünyada əldə edilmiş təcrübə əsasında və bir də səhiyyə
sahəsində elmi-texniki tərəqqinin, bu istiqamətdə dünyada yaranmış imkanlar əsasında qurulur”
Heydər Əliyev
BÜLLETEN-4 | FEVRAL 2015
“Azərbaycanda keyfiyyətli, səviyyəli tibbi xidmətin
göstərilməsi üçün bütün imkanlar var!”
İlham Əliyev
Tel: +994 12 492 10 92 | Call center: +994 12 105 | Fax: +994 12 492 41 31 | info@merkeziklinika.az www.merkeziklinika.az www.facebook.com/MerkeziKlinika
XOCALI
- İNSANLIĞIN DƏFN OLUNDUĞU MƏKAN
Mənim gözümün qabağında bir gəlinin
qucağındakı körpəyə beş avtomat gülləsi
vurub parça-parça etdilər. Həmin gəlini isə
sinəsindən güllə ilə vurub öldürdülər.
Məlumdur ki, qış fəslinin ən soyuq
və havanın qeyri-sabit keçdiyi ayların-
dan biri fevraldır. Bu ayda soyuq hava
şəraiti və bununla əlaqədar olaraq qapalı
məkanlarda (evlərdə, iş yerlərində və s.)
daha çox vaxt keçirmək məcburiyyətində
qalmağımız bir çox xəstəliklərin meyda-
na gəlməsinə və yayılmasına səbəb olur.
Xüsusilə də, zökəm, qrip, faringit, laringit,
sinusit, otit, bronxit, pnevmoniya kimi
infeksion xəstəliklərə rastgəlmə tezliyi
artır. Əsasən yaşlılar, hamilələr və xronik
xəstəliyi olan şəxslər bu kimi xəstəliklərə
qarşı daha həssas olur.
Bəs, nə üçün mikrobların yaşamasına
mane olan soyuq hava bizi xəstələndirir?
Qış mövsümündə soyuq havaya uy-
ğunlaşmaq üçün orqanizmin daha çox
enerji sərfinə ehtiyacı yaranır. Bu ehtiyac
ödənmədikdə orqanizmin müqaviməti
düşür və infeksiyaya yoluxma təhlükəsi
artır. Orqanizmin müqavimətini aşağı
salan amillərə həddən artıq yorğunluq,
stress, qidalanma pozğunluqları aiddir.
Digər tərəfdən də məlumdur ki,
mikroorqanizmlər soyuqda deyil, istidə
daha çox inkişaf edərək artır və sonda da
məhv olurlar. Məhz qış fəslində vaxtımı-
zın çox hissəsini qapalı və isti məkanlarda
keçirdiyimizdən bu da mikrobların və
virusların yayılması üçün münbit şərait
yaradır və beləliklə, xəstəliklər insandan
insana yoluxma yolları ilə daha sürətlə
yayılr.
Yoluxma Yolları
Viruslarin yol açdığı infeksion
xəstəliklər asqırma, öskürmə nəticəsində
içərisində xəstəliyə səbəb olan canlı vi-
rusları daşıyan damcıların ətrafa saçıl-
ması ilə yayılır. Bu damcılar bir neçə saat
ərzində havada qala bilir və insanlara
xəstəliyi keçirir. Buna görə də məktəb,
bağça, xəstəxana kimi insanların sıx top-
landığı yerlərdə olanlar xüsusilə risk al-
tındadırlar. Əl ilə görüşmə, öpüşmə, bir
mertdən qısa məsafədə yaxınlaşaraq
danışmaq əsas yoluxma yollarıdır. Möv-
süm xəstəliklərinin səbəbi əksər hallar-
da viruslardır. Simptomları oxşar olduğu
üçün bu xəstəiklər cəmiyyətdə qrip adıy-
la tanınır, halbuki sadəcə İnfulenza viru-
sunun törətdiyi xəstəlik qrip adlanır. Bu
xəstəliklər arasında ən çox təsadüf edilən
və insanların gündəlik fəaliyyətlərinə
nəzərəçarpacaq dərəcədə təsir göstərən
və sürətli yayılması ilə xarakterizə olu-
nanlar qrip və zökəm xəstəlikləridir.
Qrip və Zökəm eyni xəstəlikdirmi?
Qrip və Zökəm əlamətləri tez-tez qa-
rışdırılan iki fərqli xəstəlikdir. Zökəmə
səbəb olan 100-dən çox virus vardır və
buna görə də dəfələrlə zökəm olmaq
mümkündür. Qrip və zökəmin əsas fərqi
qripdə temperaturun yüksəlməsidir. Ay-
rıca zökəm əsasən “ayaq üstə keçirilən”
bir xəstəlik olduğu halda qrip xəstələrin
günlük işlərini görməsiniə mane ola-
caq halsızlığa gətirib çıxara bilər. Hər iki
xəstəlikdə də burun axıntısı və ya tıxa-
nıqlığı, boğaz ağrısı və öskürək ola bilər.
Qrip xəstəliyində əlamətlər 1-2 günlük
gizli dövrdən sonra birdən-birə başlayır.
Ən çox görünən əlamətlər 38-41C tempe-
ratur, baş ağrısı, yorğunluq, quru öskürək,
boğaz ağrısı, burun axıntısı, əzələ ağrıla-
rıdır. Yüksək temperatur adətən 3-5 gün
davam edir. Əlavə və gizli xəstəlikləri, im-
mun çatışmazlığı olan şəxslərdə, uşaqlar
və yaşlılarda ciddi ağırlaşmalara səbəb ola
bilər.
Qrip hər il dünyada 600 milyon insa-
na təsir edən, xüsusilə uşaqlarda və yaş-
lılarda ciddi xəstəliklərə səbəb ola bilən
tibbi problemdir. Qriplə əlaqədar olaraq
yaranan pnevmoniya və meningit kimi
xəstəliklər hər il təqribən 500 min in-
sanın ölümünə səbəb olur. Qrip, həm
də xüsusilə qış aylarında məktəb və iş
həyatımızı məhdudlaşdıran ciddi sosial
problemdir.
Qripin əlamətləri
• Halsızlıq, iştahsızlıq, əzginlik, titrətmə
ilə temperaturun yüksəlməsi, baş və
əzələ ağrısı, fotofobiya, gözlərdə yan-
ma hissi və yaşarma;
• Asqırma, göz və burun axıntısı, burun
tutulması, baş, boğaz və qulaq ağrısı,
udmanın çətinləşməsi, səsin batması,
quru öskürək, döş qəfəsində və beldə
ağrılar;
• Toksikoz kəskin olan xəstələrdə
ürəkbulanma və qusma qeyd olunur
• Hərarətin 5 gündən artıq çox yüksək
qalması fəsadların inkişaf etməsindən
xəbər verir.
Müalicə
İstər qrip, istərsə də zökəm özbaşına
sağalan xəstəliklərdir. Sağalma müddəti
qrip üçün bir az daha uzun olub, 3-10 gün
davam edir. Zökəmin müalicəsi üçün hər
hansı bir dərmandan istifadə olunmur.
Qripin müalicəsində antibiotiklər təsirli
deyildir və çox zaman ehtiyac olmadan
istifadə olunur. Antibiotiklər ancaq qrip
zamanı ikincili olaraq rast gəlinən bakte-
rial infeksiyalar (sinusit, pnevmoniya, otit)
inkişaf etdiyi halda istifadə edilməlidir.
Qripin müalicəsində istirahət, bol su
istifadəsi, ağrı kəsici və temperatur sa-
lıcı dərmanlar ilə simptomatik müalicə
tövsiyyə olunur.
Qorunma tədbirləri
Qripdən qorunmaq üçün ilk öncə
güclü immunitetə sahib olmalıyıq. Bunun
üçün isə, bizə sağlam həyat tərzi lazımdır.
Gigiyena, düzgün qidalanma, yuxu reji-
mi və zərərli vərdişlərdən uzaq durmaq
sağlam həyat tərzinin təməlidir. Qripdən
qorunmaq üçün:
• Əllər tez tez yuyulmalıdır. Bol su və
sabun ilə minimum iki dəqiqəlik
yuma, mikrobların yoluxma riskini
əhəmiyyətli dərəcədə azaldır.
• Əllər bir müddət yuyulmayıbsa üzə,
gözlərə, ağıza toxundurmaq olmaz.
• Qrip keçirən insanlar və istifadə
etdikləri əşyalarla təmasdan qaçmaq
lazımdır.
• Enerji sərfiyyatı çox olduğu üçün
düzgün qidalanmaq lazımdır, amma
həddən artıq yağlı yemək və az
hərəkət artıq çəkiyə səbəb ola bilər.
Ona görə də enerji verəcək qidala-
ra, meyvə və tərəvəzlərə üstünlük
verilməlidir. Tərkibində bol miqdar-
da A,C,E vitaminləri ilə zəngin olan
qidalardan faydalanmaq, günboyu
bol maye qəbul etmək lazımdır. La-
zımi qədər meyvə-tərəvəz qəbul
etməyən insanlar isə, immun siste-
mini gücləndirən D və B vitaminləri
daxil olan multivitamin dəstəyi ala
bilər. Lakin yüksək miqdarda vita-
min qəbulunun faydadan çox zərər
verəcəyi də unudulmamalıdır.
• Geyimə xüsusi yanaşılmalı, soyuqdan
qorunacaq tərzdə geyinməklə yanaşı,
həddən artiq tərləməməyə də çalış-
maq lazımdır.
• Orqanizmin müqavimətini artırmaq
üçün insana normal yuxu da lazımdır.
Yetkin bir insan gün ərzində 7-9 saat
yatmalıdır. Ürək döyüntülərinin sayı,
qan təzyiqi və tənəffüs sayı yuxu za-
manı azalır. Həmçinin, orqanizmə fay-
dalı hormon sekresiyası yuxu zamanı
artır. Yuxu da qidalanma kimi düzgün
rejimlə olmalıdır. Yuxu üçün ən ideal
saatlar gecə 23:00 ilə səhər 07:00 ara-
sınadır.
• Zərərli vərdişlərdən, xüsusilə də siqa-
ret, digər tütün məhsulları və spirtli
içkilərdən uzaq durmaq da orqaniz-
mimizi möhkəmləndirmək və qripdən
qorunmaq üçün əhəmiyyətlidir.
Peyvənd
Mövsümi xəstəliklər içərisində Qrip,
peyvənd ilə qorunması mümkün olan
xəstəlikdir. Qrip peyvəndi kimlərə olun-
malıdır?
• 50 yaşdan yuxarı insanlara
• Xroniki ağciyər və ürək xəstələrinə
• Uzun müddətli aspirin müalicəsi
verilən 6 ay – 18 yaş arası uşaqlara
• Xroniki böyrək xəstəliyi olanlara
• Şəkərli diabet xəstəliyi olanlara
• İmmun sistemi çatışmazlığı olanlara
• Həkimlər, tibb işçiləri və xəstəxanada
çalışan digər personala
Bu risk qrupundan əlavə yaşı 6 ay-
dan yuxarı hər kəs peyvənd oluna bilər.
Hər il mövsüm xəstəlikləri yayılmazdan
öncə oktyabr, noyabr aylarında peyvənd
almaq lazımdır. Qeyd etmək istəyirəm
ki, Mərkəzi Klinikada yüksək keyfiyyətli
qripə qarşı peyvənd oluna bilərsiniz.
Unutmayın ki, sağlamlığınız öz
əlinizdədir!
Dr. Yaqut Qarayeva
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
2
Qış mövsümünün xəstəliklərindən qorunaq
MƏRKƏZİ KLİNİKA
BÜLLETEN-4 | FEVRAL 2015
3
30 yaşından sonra hər beş nəfərdən biri
yuxu zamanı daim xoruldayır. İctimai şüurda
belə bir fikir formalaşmışdır ki, xoruldama
xoşagəlməz, lakin təhlükəsiz bir səs fenome-
nidir. Lakin az adam bilir ki, "dəhşətli" xorul-
dama Obstruktiv Yuxu Apnoe kimi ciddi bir
xəstəliyin olmasından xəbər verə bilər.
Bu qorxunc xəstəliyin ilk şahidləri yuxu
apnoe olanın yaxınları olur. Onlar narahatlıq
hissi ilə həmin şəxsin xoruldamasının ani ola-
raq kəsilməsini və nəfəsinin dayanması halını
qeyd edirlər. Təxminən 30-40 saniyədən son-
ra isə o, əlini-ayağını tərpədərək və bədənini
çevirərək, bərkdən xoruldamağa və yenidən
nəfəs almağa başlayır. Bəzən gecə ərzində
ümumi müddəti 4-5 saat olan, sayı isə 500-
600-ə çatan nəfəsin kəsilməsi epizodları baş
verir. Bu da qanda kəskin oksigen enmələrinə
və beyinin xroniki hipoksiyasına səbəb olaraq,
arterial hipertenziyanın, miokard infarktının,
beyin insultunun və yuxuda qəfil ölüm riskinin
ciddi dərəcədə artmasını göstərir.
Yuxuda tənəffüs funksiyasının pozulması
insanın yuxu keyfiyyətinin kəskin pisləşməsinə
səbəb olur. Baş ağrısı, daimi yuxululuq,
əsəbilik, diqqət və yaddaş zəifləməsi, poten-
siyanın aşağı enməsi yuxudan davamlı olaraq
doymayan insanda olan simptomlardan yal-
nız bir hissəsidir.
Avtomobili idarə edərkən ani yuxuya
getməyə səbəb olan kəskin yuxubasmalar
xüsusilə təhlükəlidir. Statistik məlumatlar
göstərir ki, Obstruktiv Yuxu Apnoe Sindromu
xəstələrində avtomobil qəzaları etmə ehtima-
lı, adi qəza göstəricisindən 10 dəfə çoxdur.
Bəs bu xəstəliyin səbəbi nədir? Yuxa-
rı tənəffüs yollarının hava keçiriciliyi onların
daxili diametrindən, udlaq əzələlərinin tonu-
sundan və nəfəsalma zamanı döş qəfəsində
yaranan mənfi təzyiqdən asılıdır. Yuxu zamanı
udlağın əzələ tonusunun ciddi şəkildə azal-
ması tənəffüs yolların bağlanmasına səbəb
olur. Bu hal adətən nəfəsalma fazasında baş
verir, çünki mənfi təzyiq hava divarlarını bir-
birinə yaxınlaşdıran bir qüvvə yaradır.
Boğulma xarakterli nəfəsalmanın dayan-
ması qanda kəskin oksigen defisitinə gətirib
çıxarır və həmin anda bu təhlükədən sovuş-
maq üçün beyinin oyanması baş verir. Beyinin
aktivləşməsi nəticəsində udlaq əzələlərərinə
təkanverici impuls göndərilir və tənəffüs yol-
ları açılır. Tənəffüs funksiyası bərpa olunandan
sonra qanda və bütövlükdə orqanizmdə oksi-
gen balansı bərpa olunur, beyin sakitləşir və
yenidən yuxuya gedir, ancaq 1-2 dəqiqədən
sonra apnoe yenidən təkrarlanır.
Yuxuda tez-tez baş verən uzun müddətli
nəfəs pozulmaları qanın oksigenlə doyumlulu-
ğunun kəskin azalmasına səbəb olur. Belə hallar
ilk növbədə oksigenə böyük həcmdə tələbatı
olan daxili orqanlara - beyinə və ürəyə təsir edir.
Mütəmadı təkrarlanan səhər başağrıları gecə
yuxusu zamanı yaranmış beyin hipoksiyasının
bir təzahürüdür. Ürəyin işemik xəstəliyi olan
şəxslərdə qanın oksigenlə doyumluluğunun
pozulması halları ciddi ürək aritmiyalarına və
miokard infarktına gətirib çıxara bilər. Arterial
Hipertenziyası olan xəstələrdə isə yuxu apnoe
farmakorezistentliyi (dərmanın təsirsizliyi) yara-
daraq, beyin insultu riskini artırır. Bundan əlavə,
hipoksemiya mədəaltı vəzdə sintez olunan insu-
linin bioloji aktivliyini zəiflədərək, şəkərli diabeti
və metabolik sindromu yarada bilər.
Hər bir nəfəs dayanması orqanizm üçün
stressdir. Hər bir belə stress sistolik arteri-
al təzyiqinin 200-250 mm c.s.-dək yüksəldir.
Gecə mütamadi olaraq baş verən arterial
təzyiqin yüksəlməsi hipertenziv krizlərə səbəb
olur. Bu kateqoriya pasiyentlərdə beyin in-
sultu riskinin artması ehtimalı məhz bununla
izah edilə bilər. Belə hallarda Arterial Hiper-
tenziyanı hətta ən muasir dərman preparat-
larla da nəzarətdə saxlamaq mümkün olmur.
Hipoksemiya (qanda oksigen çatışmazlığı)
və dərin yuxu mərhələlərinin olmaması, insan
orqanizmində yağ mübadiləsini tənzimləyən
somatotrop hormonunun (STH) sintezinin
azalmasına səbəb olur. Məlum olduğu kimi,
qəbul etdiyimiz qida məsullarının bir hissəsi
enerjiyə çevrilir, bir hissəsi isə yağ şəklində
ehtiyatda saxlanılır. Qida çatışmazlığı zamanı
yağ enerjiyə çevrilir və orqanizm tərəfindən
sərf olunur. STH yağın enerjiyə çevrilməsini
təmin edir. Bəs bu hormonun sintezi pozul-
duqda nələr baş verir? Orqanizmdə enerji
defisitinin olmasına baxmayaraq, piy enerjiyə
çevrilə bilmir. Beləliklə, insan enerji tələbatının
təmin edilməsi üçün qida qəbulunu artırmaq
məcburiyyətində qalır. Bu halda bütün artıq
kalorilər "ölü çəki"yə çevrilir və insanın bədən
çəkisi qısa zamanda artır. Belə hallarda arıqla-
mağa yönəlmiş pəhriz və farma-
koterapiya kimi səylər nəticəsiz
qalır.
Bundan
başqa,
boyun
nahiyyəsində piy qatının əmələ
gəlməsi tənəffüs yollarının daha
da daralmasına və xəstəliyin
inkişafına yol açır. Bu da öz
növbəsində, STH-nın çatışmazlı-
ğını dərinləşdirir. Beləliklə, xüsu-
si müalicəsiz qırılması mümkün
olmayan sonsuz bir dairə yara-
nır. Bununla yanaşı olaraq, yuxu
apnoe-nin ağır formaları kişilərdə
libido və potensiyanın enməsinə
səbəb olan testosteron hormo-
nun sintezini azaldır.
Diaqnostika
İnsanda Yuxu Apnoe sindromunun olma-
sından necə şübhələnmək olar? Bu xəstəlikdən
əziyyət çəkən şəxslər adətən xüsusi xarici
görünüşə malikdirlər. Bu halı Çarlz Dikkensin
“Pikvik Klubunun meyarları” əsərinin Co adlı
personajında daha dəqiq təsvir edilmişdir: “O
həmişə yersiz hallarda yuxuya gedən və xorul-
damağa başlayan qısa boyunlu, qırmızı sifətli
kök adam idi...”
İlkin diaqnozu qoymaq üçün aşağıda qeyd
olunmuş xüsusiyyətlərdən üçü (və ya yalnız
birincisi) olduqda, dərinləşmiş müayinələrin
aparılması zəruridir:
• yuxuda nəfəs kəsilməsinin olması
• yüksək səsli və ya ara verən (fasiləli) gecə
xoruldamaları
• gecə ən azı 1 dəfə sidiyə çıxma
• gecə yuxusunun uzun müdətli pozulması
(> 6 ay)
• gündüz saatlarında yuxululuğun artması
• piylənmə
• arterial hipertenziya (xüsusilə gecə və
erkən səhər saatlarında baş verən)
Yuxu apnoe-ni müəyyən etməyin ən
asan yolu yuxuda olan insanın müşahidə
edilməsidir. Adətən yuxuya gedən kimi o,
xoruldamağa başlayır, tezliklə xoruldamanın
səsi birdən kəsilir, lakin sinə və qarın divarı-
nın hərəkəti göstərir ki, o, nəfəs almağa çalışır.
Təxminən 20-40 saniyə sonra bərpa olunan
xoruldamanın və bir neçə dərin nəfəsalma-
vermələrin möhkəm səsi eşidilir. Adətən
həmin şəxsin yuxusu çox narahat olur. O, ya-
taqda tez-tez çevrilir, bəzən isə öz özünə nəsə
danışır.
Xəstəliyin ağır formasında tsiklik apnoe-
lər insanın yuxuya getdikdən sonra bədənin
istənilən vəziyyətində baş verir. Xəstəliyin
yüngül və orta-ağır formalarında apnoe epi-
zodları yalnız yuxunun dərin mərhələsində
və ya insan kürəküstü vəziyyətdə yatarkən
müşahidə edilir. Tənəffüs funksiyasının po-
zulması çox hallarda spirtli içkilərin qəbulu ilə
bağlıdır. Yuxuya 3-4 saat qalmış yüksək doza-
da alkoqolun qəbulundan sonra xoruldama
və apnoe baş verir.
Yuxu apnoe-nin diaqnostikasının qızıl
standartı polisomnografiya (PSG) adlanan
yuxu testidir. Yuxu testi laboratoriya şəraitində
xüsusi avadanlığın istifadəsi ilə bir gecə
ərzində aparılır. PSG zamanı beyinin potensi-
alları, ürəyin fəaliyyəti, əzələ tonusu, tənəffüs
funksiyası və qanın oksigenlə təminatı
monitorizə edilir. Yuxu apnoe-nin ağırlıq
dərəcəsi xəstədə bir saat ərzində neçə dəfə
nəfəs dayanması baş verməsindən asılı olaraq
müəyyən olunur. Ağır apnoiklərdə yuxuda hər
1-2 dəqiqədən bir nəfəs dayanır. Ciddi yuxu
fraqmentasiyası və intermitə edən hipoksemi-
yası simpato-adrenal sistemin aktivləşməsinə,
hipotalamus-hipofis çatışmazlığına, insulinin
rezistentliyinə, oksidativ stressə, qanın qatı-
laşmasına, iltihab mediatorların aktivləməsinə
gətirərək, ürək işemik xəstəliyinin, arterial
hipertenziyanın, şəkərli diabetin, metabolik
sindromun, piylənmənin, aritmiyaların riskini
ciddi dərəcədə artırır. Avropa və ABŞ-də apa-
rılan tədqiqatlar göstərmişdir ki, Obstruktiv
Yuxu Apnoe olanlarda yuxarıda qeyd olunan
xəstəliklərin yaranma ehtimalı 10-12 dəfə (!)
yüksəkdir.
Müalicə
Mərkəzi Klinikada 2010-cu ildən etibarən
bu xəstəliklərin müalicəsi ilə məşğul olan
Azərbaycanda ilk Yuxu Laboratoriyası fəaliyyət
göstərir. Almaniya mütəxəssislərinin köməyi
ilə qısa zamanda laboratioriyamız Yuxu
Mərkəzinə çevrilərək müayinə və müalicələr
tibb elmləri doktorunun rəhbərliyi altında
ekspert səviyyəsində aparılır. Obstruktiv Yuxu
Apnoe-nın müalicəsi yuxu zamanı xüsusi ci-
haz və maska istifadəsindən ibarətdir. Bu
müalicə metodu CPAP (Continues Positive
Airway Pressure) adlanır. Cihaz insanın yuxa-
rı tənəffüs yollarında mənfi təzyiqin qarsını
alaraq, nəfəs yollarını açıq vəziyyətdə saxlayır.
Müalicə alan xəstələr qısa zamanda normal
həyata qayıdır, xroniki xəstəliklərinin gedişatı
yaxşılaşır, ciddi kardio-vaskular risklər azalır,
hətta bədən çəkisi belə azalmağa başlayır.
Son
illərdə
beynəlxalq
kardiolo-
ji konqresslərdə Obstruktiv Yuxu Ap-
noe probleminə seksiyalar ayrılır, ge-
niş müzakirələr aparılır. Düşünürəm ki,
bu xəstəlik kardio-vaskulyar riskini ciddi
dərəcədə yüksəltdiyinə görə, ölkəmizin kardi-
oloqlarının diqqət mərkəzində yer almalıdır!
Prof. Dr. Yusif Nağıyev
XORULDAMA
Dostları ilə paylaş: |