39. Maliyyənin id.ed zəruruliyi məzmunu və mahiyyəti
40. Maliyyənin id.ed əsas prinsipləri
41. Maliyyənin id. Ed. Obyekt və subyektləri
42. Maliyyənin id.ed metodları və üsulları
43. Maliyyənin id. Ed elementləri və prosesi
44. Maliyyə planlaşdırılması və proq. Maliyyənin id.ed mühüm mərhələsi kimi
45. Maliyyə planlaşdırmasının məzmunu vəzifə və prinsipləri
46.Maliyyə proq. Onun məzmunu və əhəmiyyəti
47. Maliyyənin id.et. orqanları
48. Maliyyənin id.ed mahiyyəti və metodları
İdarəetmə fəaliyyətinin mühüm sahəsi maliyyənin idarəedilməsindən ibarətdir. O xüsusi aparat, xüsusi metod, o cümlədən müxtəlif stimul və sanksiyaların köməyi ilə həyata keçirilir.
Digər idarəetmə sistemlərdə olduğu kimi maliyyənin idarə edilməsində də idarəetmənin obyektləri və subyektləri vardır. İdarəetmənin obyekti kimi pul gəlirlərinin və yığımlarının formalaşması və onların təsərrüfat subyektləri və dövlət tərəfindən istifadəsi ilə əlaqədar olan maliyyə münasibətləri ilə çıxış edir. İdarəetmə subyekti isə idarəetməni həyata keçirən təşkilatı struktur hesab edilir.
Maliyyə münasibətlərinin təsnifatına uyğun olaraq, idarəetmə obyekti onların sahəsinə görə təşkilatların (müəssisələrin, idarələrin) maliyyəsi, sığorta münasibətləri, dövlət maliyyəsi, ev təsərrüfatının maliyyəsi kimi müxtəlif qruplara ayrılır. . Maliyyənin idarəedilməsini həyata keçirən təşkilat strukturlarının məcmusu maliyyə aparatı hesab edilir.
İdarəetmə subyektləri maliyyə münasibətlərinin hər bir sahəsində və hər bir həlqəsində maliyyəyə məqsədyönlü təsirin spesifik metodlarından istifadə edirlər. Eyni zamanda onlara idarəetmənin vahid metod və üsulları da məxsusdur. Maliyyənin idarəedilməsində planlaşdırma, operativ idarəetmə, nəzarət kimi mühüm funksional elementləri ayırmaq olar.
Planlaşdırma maliyyənin idarəetmə sistemində əhəmiyyətli yer tutur. Planlaşdırma zamanı təsərrüfatçılığın istənilən subyekti maliyyənin vəziyyətini hərtərəfli qiymətləndirir, maliyyə resurslarının artırılması imkanlarını aşkar edir, onların daha səmərəli istifadə edilməsi istiqamətlərini müəyyən edir. Plan qərarları mühasibat, statistik və operativ hesabatlara əsaslanan maliyyə informasiyasının təhlili əsasında qəbul edilir.
Operativ idarəetmənin əsas məzmununu təsərrüfat fəaliyyətini yaxşılaşdırmaq üçün maliyyə resurslarının səmərəli istifadə edilməsindən ibarətdir.
Nəzarət planlaşdırma və operativ idarəetmə prosesində həyata keçirilir. O, maliyyə resurslarının istifadəsi üzrə faktiki nəticələri plan göstəriciləri ilə müqayisə etməyə, maliyyə resurslarının artırılması və onların daha səmərəli istifadə edilməsi ehtiyatlarını aşkar etməyə imkan verir.
Maliyyənin idarə edilməsinin strateji (ümumi) və operativ formaları fərqləndirilir.
Dostları ilə paylaş: |