Mövzu Maliyyə nəzarətinin mahiyyəti, məzmunu, predmeti və obyekti



Yüklə 6,03 Kb.
tarix02.01.2022
ölçüsü6,03 Kb.
#46953
referat 1945 (4)


Mövzu 2. Maliyyə nəzarətinin mahiyyəti, məzmunu, predmeti və obyekti

2.1. Maliyyə nəzarətinin mahiyyəti və məzmunu

2.2. Maliyyə nəzarətinin predmeti və obyekti

2.3. Maliyyə nəzarətinin elementləri

Maliyyə nəzarətinin mahiyyəti

D.Q.Çernik maliyyə nəzarətinin mahiyyətini bu qaydada açıqlayır: «Maliyyə nəzarəti maliyyənin nəzarət funksiyalarının həyata keçirilməsinin forması kimi çıxış edir. Onun məzmunu və təyinatı təsərrüfat subyektlərinin, sahə (idarə) və ərazi idarəetmə subyektlərinin maliyyə fəaliyyətinin yoxlanılmasından ibarət olur.

Maliyyə nəzarətinin obyekti maliyyə resurslarının, mərkəzləşdirilmiş və sərbəstləşdirilmiş pul fondlarının əmələ gəlmə mərhələsində və onlardan istifadə olunması prosesində bölgü münasibətləridir. Maliyyə yoxlamasında dəyər göstəriciləri yoxlanılır. Maliyyə nəzarəti dəyər göstəricilərinin formalaşmasının və təsərrüfat subyektlərinin fəaliyyətinin maliyyə nəticələrinin, büdcənin və büdcədənkənar fondların tərtib olunmasının və icrasının, qeyri-kommersiya təşkilatlarının smetasının xərclənməsinin, büdcə vəsaitlərinin məqsədli istifadəsinin, vergi ödənişlərinin, vergi ayırmalarının tamlığının və vaxtamüvafiqliyinin düzgünlüyünü əhatə edir».

Maliyyə nəzarəti təsərrüfatçılıq mexanizminin zəruri ünsürü olmaq etibarı ilə dəyər xarakterinə malikdir və nəzarətin digər növlərindən fərqli olaraq, ictimai təkrar istehsalın bütün sahələrində təzahür edir və maliyyə nəticələrinin qəbul edilməsi mərhələsi də daxil olmaqla, maliyyə fondlarının bütün hərəkət prosesini müşayiət edir

Buna görə də demək olar ki, maliyyə nəzarəti istənilən istehsal üsulu zamanı təsərrüfat mexanizminin obyektiv zəruri tərkib hissəsidir.

Eyni zamanda maliyyə nəzarəti ictimai təkrar istehsalın bütün mərhələlərini əhatə edir. Belə ki, istehsal sahəsində maliyyə nəzarəti ictimai əməkdən istifadənin səmərəliliyini müəyyənləşdirir

Bölgü prosesi mərhələsində maliyyə nəzarətinin vəzifəsi ictimai məhsuldan cəmiyyətin müxtəlif tələbatlarını ödəmək - istehsala sərf olunmuş vəsaitlərin yerini doldurmaq, yeni yaradılmış məhsulun bazar münasibətlərinə uyğun tərzdə bölüşdürülməsi üçün istifadə olunmasını yoxlamaqdan ibarətdir.

Maliyyə nəzarəti bölgü mərhələsində aşağıdakılara nəzarət edir

İctimai məhsul mübadiləsi mərhələsində maliyyə nəzarəti aşağıdakıları əhatə edir:

  • bazarın mallarla təchiz edilməsi yolu ilə xalq təsərrüfatının material-texniki vasitələrlə təmin olunmasını və əhalinin xalq istehlakı mallarına olan alıcılıq tələbatının ödənilməsini

  • müqavilə münasibətlərini

Təkrar istehsal prosesinin sonuncu mərhələsində - istehlak mərhələsində maliyyə nəzarəti əsasən istehsal istehlakı, yəni istehsal fondlarının bərpası və genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları yoxlayır.

Şəxsi istehlakda maliyyə nəzarəti cəmiyyət üzvlərinin maddi və mənəvi tələbatlarının ödənilməsindəki uyğunsuzluqları, habelə şəxsi tələbatların ödənilməsi prosesində normativ hüquqi aktların pozulmasından irəli gələn ziddiyyətləri aşkara çıxarır.
Yüklə 6,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin