8. tmk-lar Qloballaşmanın hərəkətverici amili olaraq



Yüklə 17,8 Kb.
səhifə1/4
tarix10.05.2022
ölçüsü17,8 Kb.
#57029
  1   2   3   4
muhazire8 (2)


8. TMK-lar Qloballaşmanın hərəkətverici amili olaraq
Plan:

1. TMK-lar və qloballaşma prosesləri;

2. ''Qlokalizasiya'' və ya ''lokal qloballaşma'' anlayışlarının meydana çıxması;

3. iqtisadi qloballaşma mərkəzləri çox böyük miqyasda fəaliyyət göstərirlər;

4. Qloballaşma dövründə TMK-lar rəqabət güclərini artırmaq məqsədləri;

5. Milli və transmilli maraqlar arasında əlaqələr.


Qloballaşma kapitalist istehsal üsulunun bütün dünyanı öz sistemi çərçivəsində düzənləmə prosesi kimi də qiymətləndirilir. Kapitalist istehsalının əsas məqsədi kapital toplamaqdır. Lakin müəyyən olunmuş sərhədlər daxilində daimi mənfəəti təmin etmək qeyri-mümkündür. Buna görə də kapitalist münasibətlərinin iştirakçıları fəaliyyətlərinin ərazi sferasını genişləndirərək yeni qazanc mənbələri axtarmaq məcburiyyətindədirlər. Məqsədi bütün dünyanı ''kapitalizm bayrağı'' altında birləşdirmək olan bu proses qloballaşma adını almışdır.

M.Albrou qloballaşmanı dünya xalqlarının vahid dünya cəmiyyətində birləşdirən bütün proseslər, bəşəriyyətin ilk dəfə kollektiv aktor olacağı bir cəmiyyət kimi xarakterizə edir. Qlobalizm o dəyərlərlə təyin olunur ki, onlar real dünyanı – 5 milyardlıq əhalini əndişə obyekti kimi, bütün yaşayanları dünya vətəndaşları, istehlakçılar və istehsalçılar kimi nəzərdə tutsun. Bir tək maraqla – qlobal problemlərin kollektiv həll edilməsi marağı ilə.70 Robertson isə qloballaşmanı həm dünyanın sıxılması həm də dünyanın vahid tam şəklində dərkinin güclənməsi ilə əlaqələndirir. ''Məsafənin tiraniyasına'' teleqraf, telefon, radio və televiziya ilə başlayan, kompüter, peyk ötürücüləri, faks və İnternetlə davam edən kommunikasiya inqilabı nəticəsində son qoyulur. Hava nəqliyyatı ilə birlikdə bunlar dünyanın sıxılmasına səbəb olub. Belə ki, informasiya bir anda ötürülə bilər və insanlar dünyanın bir ucundan digər ucuna 24 saatdan çox olmayan bir müddətdə çata bilərlər. Bu effekt coğrafiyaçı Devid Harvey tərəfindən ''zaman və məkan sıxlığı'' adlandırılmışdır.

R.Robertsonun yanaşmasına qarşılıqlı asılı vahid dünyanın yaranmasında çox böyük rolu olan iqtisadi institutlar və kommunikasiya texnologiyaları da aiddir. Bu yanaşma bəşəriyyətin kollektiv aktor olması və ümumi problemlərə kollektiv həll yolları axtarması ilə məhdullaşmır. Robertson da Olbrou kimi diqqəti siyasi və mədəni ideyalar (insan hüquqları, qlobal ətraf mühit üçün mə-suliyyət, kosmopolitalizm) yönəltməyə çalışır. Qloballaşma yalnız siyasi iqtisadiyyatın və ya beynəlxalq münasibətlərin subyektini təşkil edən böyük transmilli strukturları deyil, həm də bizim dünyadakı fəaliyyətimizi, qavrayışı-mızı, təcrübəmizi əhatə edir. Robertson qloballaşmanın millət daxilində baş verən kiçik miqyaslı hadisələrdən fərqli və onlara antoqonist böyük miqyaslı, dünya mərkəzli bir proses olduğunu qəbul etmir. Onun fikrincə ''qlobal'' və ''lokal'' bir-biri ilə konfliktdə deyillər. Onlar bir-birilərini itələyəcək nöqtəyə qədər qarşılıqlı təsir göstərirlər.72

Bu arqument ''qlokalizasiya'' və ya ''lokal qloballaşma'' anlayışlarını meydana çıxarır. Bunlar ilk olaraq 80-ci illərdə yapon biznes dairələrində qlobal şirkətlərin istehsalçıların fərqli tələblərini qarşılamaq üçün xüsusi yerli şəraitlərə uyğun məhsulların hazırlanması prosesinə deyilirdi. Robertson daha irəliyə gedərək qlokalizasiyanı və ya qloballa lokalın qarşılıqlı nüfuzunu qlobal cəmiyyətin təyinedici bir cəhəti kimi səciyyələndirmişdir. R.Robertsonun fikrincə, qloballaşma və qlobal ''sahə'' arasında fərq qoyulmalıdır. Qlobal sahə müxtəlif növ qarşılqlı təsirlərin və dəyişikliklərin baş verdiyi yeganə sosial dünyadır. Qloballaşma isə vahid qlobal sahənin yaranmasını şərtləndirən amildir, lakin o, qlobal sahənin yeganə komponenti deyildir. Digər komponentlərə isə millətlər, başqa cəmiyyətlər, həmçinin fərdlər daxildir. R.Robertsona görə, qloballaşma yalnız strukturlar, institutlar və şəbəkələrlə bağlı deyil, həmçinin bizim sosial həyat və oradakı yerimiz haqqında düşüncə tərzlərimizlə bağlıdır. O, qeyd edir ki, dünyanın vahid cəmiyyət olması haqqında ideya ta əvvəllərə gedib çıxır. Bu, məsələn, Allahın Yerdəki Krallığı kimi düşüncələrdə əks olunmuşdur.

İqtisadi qloballaşmanın əsasını təbii resurslar və bazarlar üzərində nəzarət uğrunda kəskin rəqabət, mübarizə təşkil edir. Onun əsas aktorları transmilli şirkətlərdir. Bu şirkətlər XX əsrin əvvəllərindən, böyük sənaye kampaniyalarının iqtisadi və maliyyə maraqlarının milli sərhədləri aşmağa başladığı dövrdən formalaşmağa başlamışdır. XX əsrin ikinci yarısından regional transmilli şirkətlərin qlobal şirkətlərə çevrilməsi prosesi başlandı. Buna xeyli dərəcədə planetin müxtəlif hissələrini vahid informasiya və iqtisadi məkanda birləşdirən elektron rabitə vasitələri sahəsindəki inqilab təkan verdi.




Yüklə 17,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin